Məhkəmə qərarları › İş №1(002)-135/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-135/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-135/2022 28.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi X3 iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs xx xxxxxx 1985-ci ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdə saat 09 radələrində «Meyvəli» TM-nin bazasında olan zaman Zərərçəkmiş şəxs məxsus hər birisi 38 kq çəkisində və içərisində fındıq olan 10 ədəd kisəni oğurlayaraq “vosmoy” adlanan bazarda satmaqla zərərçəkmiş şəxsə 1900 manat məbləğində maddi ziyan vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 12 ilə yaxın olar ki, «Meyvəli» TM-nin bazasında satıcı işləsə də son 2-3 aya yaxın olar ki, «Meyvəli» TM bazasına gəlməmişdir. 12.03.2022-ci il tarixdə saat təxminən 05 radələrində kirayə yaşadığı evdən çıxaraq «Meyvəli» TM bazasına getmək və tanış satıcılardan nisyə mal götürmək istəmişdir. O, “Ətçilər” adlı kafenin yaxınlığında Vaz 2104 markalı ** BE *** dövlət qeydiyyat nişanlı taksiyə əyləşmiş və onu «Meyvəli» TM bazasına aparmağını xahiş etmişdir. «Meyvəli» TM bazasına daxil olduqda, o, taksidən korpuslara çatmamış düşmüş və bir neçə metr qabağa gedəndə üstüstə yığılmış sahibsiz fındıq kisələrini görmüş, maddi cəhətdən sıxıntıları olduğu üçün onları oğurlamaq qərarına gəlmişdir. O, kisələrin yanından arabaçının keçdiyini görərək onu yanına çağırmış və 10 ədəd fındıq kisəsini yükləyərək taksilər dayanan tərəfə fındıqları aparmağını xahiş etmişdir. Bundan sonra o, taksilər dayandığı «Meyvəli» TM bazasının çıxışı tərəfə gedərək bazara gəldiyi Vaz-2104 markalı taksi sürücüsünə yaxınlaşmış və fındıq kisələrini “vosmoy” bazarına aparmağını xahiş etmiş, sürücü maşının “vosmoy” bazarın yanında yerləşən “Oba” marketin arxasında saxlamış və o 10 ədəd kisələri orada boşaltmışdır. O, əvvəllər “vosmoy” bazarında işlədiyindən orada tanış işçiləri var, belə olan halda o, bazara daxil olaraq tanıdığı Təbriz adlı şəxsə yaxınlaşmış və oğurladığı 10 ədəd içərsində fındıq olan kisələri almağını təklif etmiş, Təbriz kisələrin oğurluq olduğu barədə məlumatı olmadığı üçün kisələri almağa razılaşmışdır. Təbrizin fındığın hər kilosuna ona 3 manat 60 qəpik verəcəyini razılaşmışlar. 380 kq fındığa görə Təbriz ona 1368 manat pul verməli olmuş, lakin həmin vaxtı üstündə 668 manat pul olduğu üçün o, pulu ondan götürmüş və kisələri ona vermişdir. Bir neçə saat keçdikdən sonra o, yenə də “vosmoy” bazarına gəlmiş və Təbrizin qardaşı Zaurdan əlavə 100 manat pul almışdır, Təbriz ona 600 manat pul borclu qalmış və həmin pulu 14.03.2022-ci il tarixdə verəcəyini razılaşmışlar. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq verdiyi ifadəsini təsdiq etdiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. Təhqiqat zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, 10.03.2022-ci il tarixdə sifarişlə «Meyvəli» bazarına 20 kisə hər birisi 38 kq çəkisində olmaqla fındıq göndərmişdir. 11.03.2022-ci il tarixdə saat təxminən 23 radələrində Qazax rayonundan çıxaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» TS bazasına gəlmək üçün yola düşmüşdür. 12.03.2022-ci il tarixdə saat təxminən 07 radələrində «Meyvəli» TS bazasına gələrək avtomaşını kənarda saxlamış və maşının salonunda yatmışdır. Həmin günü saat təxminən 09 radələrində «Meyvəli» TS bazasında müştərinin sifariş ilə yığılan və 2 gün əvvəl Qazax rayonundan göndərdiyi fındıq kisələrdən 10 ədədinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Oğurlanmış hər kisənin çəkisi 38 kq-dır və 190 manat dəyərindədir, ümumilikdə oğurlanmış 10 ədəd içərisində fındıq olan kisələrin dəyəri 1900 manat təşkil etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli 9/1853 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş qabıqlı fındıq məhsulunun 1 kqnın 12.03.2022-ci il tarixə orta bazar qiyməti təxminən 5,00 manat, 380 kq-nın qiyməti isə 1900,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 23.05.2007-ci il tarixdə X6 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 01.12.2008-ci il tarixdə doğulmuş Musayev Valehin və 12.11.2009-cu il tarixdə doğulmuş Musayev Malikin anaları Musayeva Aytən, ataları isə Təqsirləndirilən şəxsdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azaldığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə 100 (yüz) manat ekspertiza xərci cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün təhqiqat zamanı Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili X4 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili X5 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən mənzili hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Qəbələ rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Qəbələ rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar