Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-136/2021 22.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Cənub Qapısı” yaşayış kompleksi, ev 24C, mənzil 30 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2020-ci il tarixdə saat 20:45 radələrində Qaradağ RPİ-nin CAŞ-nin və 10-cu PB-nin əməkdaşları inzibati ərazidə xidmətdə olan zaman narkoloji sərxoş olmasında şübhəli bilinərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Cənub Qapısı» yaşayış kompleksinin girişində saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin gün saat 22:00 radələrində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən şəxsi istifadə üçün saxladığı 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülüdə təmiz çəkisi 0,305 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik maddələrin aludəçisi olduğu üçün küçələrdə tanımadığı şəxslərdən narkotik vasitə əldə edib qəbul edirmiş. xx.xx.2020-ci il tarixdə təxminən saat 15-16 radələrində şəxsi işi ilə əlaqədar Bakı şəhəri, «Kubinka» adlanan əraziyə getmişdir. Həmin ərazidə olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq bir çet narkotik vasitə olan heroini 10 manata satmasını bildirmişdir. O, onunla razılaşıb 10 manat pul verib həmin oğlandan həmin bir çet siqaretin qızılı rəngli kağızında narkotik vasitə olan heroini alıb əynində olan qara rəngli şalvarının sağ yan kiçik ölçülü cibinə qoymuş ki, ağrıları olarkən istifadə etsin. xx.xx.2020-ci il tarixdə saat təqribən saat 20:45 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Cənub Qapısı» yaşayış kompleksinin girişində olarkən mülki geyimdə iki şəxs ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirərək narkotik sərxoşluğundan şübhələndikləri üçün onu Qaradağ RPİ-nin 10-cu polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 10-cu polis bölməsinə gəlmiş və xidməti otaqların birinə daxil olmuşlar. Orada polis əməkdaşları ona xəbərdarlıq edib video çəkliş aparmaqla ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən ona təklif etmişlər ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O da şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən həmin aldığı bir çet yəni 01 ədəd siqaretin qızılı rəngli kağızında bir büküm narkotik vasitə olan heroin, digər ciblərindən isə özünə məxsus bir ədəd LD markalı siqaret qutusu, bank kartı, sürücülük vəsiqəsi, A4 formatında şəxsiyyət vəsiqəsinin surəti, 27 manat 10 qəpik pul çıxardıb masanın üzərinə qoymuşdur. Həmin bükümdə ki, maddənin kakos yəni heroin olmasını və öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Üzərindən aşkar olunmuş büküm açıldıqda içərisində qəhvəyi rəngli xırda hissəciklərdən ibarət narkotik vasitə olan kakos, yəni heroin var imiş. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin maddə narkotik vasitə olan kakos, yəni heroindir. Həmin heroin ona məxsusdur, heroini tutulmamışdan əvvəl özü qəbul etmək üçün Bakı şəhəri, «kubinka» adlanan yerdə üzdən tanıdığı, lakin başqa hər hansı bir anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Ondan aşkar edilmiş həmin büküm, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunandan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçisinin və iştirakçıların iştirakı ilə imzalanmışdır. 27 manat 10 qəpik pulu və digər əşyaları özünə qaytarılmışdır. Heroinin hissəciklərinə kakos dediyi üçün eyni zamanda video görüntü zamanı da heroini kakos adlandırmışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar edilib götürülmüş bir büküm narkotik maddə heroni tanımadığı şəxsə 10 manat pul verməklə «Kubinka» adlanan yerdə üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən tutulmamışdan əvvəl özü istifadə etmək üçün əldə edərək üzərində saxlamışdır ki, sonra özü istifadə etsin. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Onun narkotik vasitə heroini satan şəxsin heç bir əlamətləri yadında qalmamışdır. Həmin şəxsi görsə də tanımaz, onun adını, soyadını və heç bir anket məlumatlarını bilmir. Həmin naməlum şəxs, barəsində ona heç bir məlumat verməmişdir. Hal-hazırda narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamaqla həyat yoldaşının xəstə olduğunu bildirmişdir. O öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, hal-hazırda heç bir narkotik vasitədən istifadə etmədiyini və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru X5 ilə xidmətdə olduqları zaman saat 20:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Cənub Qapısı» yaşayış kompleksinin girişində bir nəfər şəxsin tez-tez sağa sola baxmasını görüb hərəkətlərindən şübhələnib ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra onun narkoloji sərxoş olmasından şübhələnib onu Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə, görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən siqaretin qızılı rəngli kağızında bir büküm toz şəklində maddə, digər ciblərindən isə özünə məxsus bir ədəd LD markalı siqaret qutusu, bank kartı, sürücülük vəsiqəsi, A4 formatında şəxsiyyət vəsiqəsinin surəti və 27 manat 10 qəpik pul çıxardaraq masanın üzərinə qoyaraq həmin bükümdəki maddənin heroin olmasını və öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Üzərindən aşkar olunmuş büküm açılaraq içərisinə baxdıqda içərisində qəhvəyi rəngli maddə kütləsinin olması müəyyən edilmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin maddə narkotik vasitə olan heroindir və ona məxsusdur, həmin narkotiki tutulmamışdan əvvəl özü qəbul etmək üçün Bakı şəhərində «Kubinka» adlanan yerdə tanımadığı, hər hansı bir anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Ondan aşkar edilmiş həmin büküm, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və özü ilə bərabər bütün iştirakçılar həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Digər əşyalar özünə qaytarılmışdır. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti yoxdur. Ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməyibdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru X5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ilə xidmətdə olduqları zaman saat 20:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Cənub Qapısı» yaşayış kompleksinin girişində bir nəfər şəxsin teztez sağa sola baxmasını görüb hərəkətlərindən şübhələnib ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra onun narkoloji sərxoş olmasından şübhələnib onu Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1987ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə, görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən siqaretin qızılı rəngli kağızında bir büküm toz şəklində maddə, digər ciblərindən isə özünə məxsus bir ədəd LD markalı siqaret qutusu, bank kartı, sürücülük vəsiqəsi, A4 formatında şəxsiyyət vəsiqəsinin surəti və 27 manat 10 qəpik pul çıxardaraq masanın üzərinə qoyaraq həmin bükümdəki maddənin heroin olmasını və öz isfadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Üzərindən aşkar olunmuş büküm açılaraq içərisinə baxdıqda içərisində qəhvəyi rəngli maddə kütləsinin olması müəyyən edilmişdir. Sorğu zamanı bildirmiş ki, həmin maddə narkotik vasitə olan heroindir və ona məxsusdur, həmin narkotiki tutulmamışdan əvvəl özü qəbul etmək üçün Bakı şəhərində «Kubinka» adlanan yerdə tanımadığı, hər hansı bir anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Ondan aşkar edilmiş həmin büküm, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və özü ilə bərabər bütün iştirakçılar həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Digər əşyalar özünə qaytarılmışdır. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti yoxdur. Ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməyibdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/2643 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi – 0,305 qr., sərf edildi 0,05 qram, qalıq 0,255 qram. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2021-ci il tarixli 10 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,305 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Ege Hospital tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ultrasəs müayinəsinin nəticələrinə dair arayışdan məlum olur ki, təqsirləndirilən şəxsin arvadı X4 qalxanvari vəzdə xəstəlik aşkar olunmuşdur. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə 10-cu polis bölməsində xidməti otaqların birində video çəkiliş aparmaqla təqsirləndirilən şəxsə təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən ona polis əməkdaşı təklif etmişdir ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızında bir büküm narkotik vasitə olan heroin, digər ciblərindən isə özünə məxsus bir ədəd LD markalı siqaret qutusu, bank kartı, sürücülük vəsiqəsi, A4 formatında şəxsiyyət vəsiqəsinin surəti, 27 manat 10 qəpik pul çıxardıb masanın üzərinə qoymuş, həmin bükümdəki maddənin kakos, yəni heroin olmasını və öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməlini törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, narkotik vasitənin növünü və miqdarını, təqsirləndirilən şəxsin məcburi müalicəyə ehtiyacının olmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə xx xxxxxx 2020-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan qalıq çəkisi 0,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Cənub Qapısı” yaşayış kompleksi, ev 24C, mənzil 30 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan qalıq çəkisi 0,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-136/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-136/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver