Məhkəmə qərarları › İş №1(002)-137/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-137/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-137/2023 17.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, 06.05,1999-cu ildə Cəlilabad rayonu, Səhrədabad kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sədərək Ticarət Mərkəzində fərdi qaydada fəhləliklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu, Səhrədabad kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək Ticarət Mərkəzi” Təsərrüfat bazarının 3-cü sırasında yerləşən “Ulduz” kafesinin qarşısında Zərərçəkmiş şəxs borc mübahisəsinə görə tanışı Şahid3 ailəsinin ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək həmin məsələnin ona heç bir aidiyyəti olmadığı, hüquq və qanuni mənafelərinə toxunmadığı halda özünü cəmiyyətin fövqündə qoyub, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edib söyüb təhqir edərək dodaq ınahiyyəsindon bir dəfə yumruqla vuraraq sonuncuya alt dodağın selikli qişasının əzilmiş yarası və qansızması ilə nəticələnən dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində fərdi qaydada fəhləliklə məşğul olur. Əsasən bazara gələn yük avtomobillərində olan yükləri boşaldır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Sədərək Ticarət Mərkəzində yerləşən '’Ulduz” kafesində onunla birgə işləyən uşaqlarla birlikdə yemək yeyib kafenin qarşısına çıxmışdır. Bazarda fəhlə işləyən Nicat adlı şəxsin qardaşı Elməddin kafenin qarşısına gəlmiş. Elməddin ona demiş ki, “İshaq hardadı, onunla söhbət etməliyəm”. O da Elməddinə demiş ki, “get. mən İshaqa xəbər edəcəm, sonra söhbət edərsiniz”. Elməddin də üzünü çevirib gedən zaman İshaqın ünvanına nalayiq ifadə işlətmişdir. O da həmin sözü qəbul edə bilməyib Elməddinİn üz nahiyəsinə yumruqla zərbə endirmişdir. Törətdiyi əməldən peşmandır.Hal-hazırda zərərçəkmiş şəxslə barışıb.Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 onun böyük qardaşıdır. Nicat uzun müddətdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində fəhləliklə məşğul olur. Təxminən 2022-ci ilin iyul ayının sonlarında qardaşı Nicat ondan 520 manat borc pul istəmişdir. O da mal-qara satmışdır deyə biraz pulu olmuş, o da Nicata 520 manat pul göndərmişdir. Nicat ona demiş ki, “‘bir yaxın qardaşa pul lazımdır, 1 həftəyə sənə qaytaracam”. 17 avqust 2022-ci il tarixdə o Nicat ilə telefon əlaqəsi saxlayıb pulunu istəmişdir. Nicat da ondan sonra pulu verdiyi İshaq adlı Cəlilabad rayonundan olan şəxsə zəng edib pulu istəmişdir. Həmin gün Nicat ona zəng edib demişdir ki, “mən pulu İshaq adlı tanışıma vermişəm, İshaq ilə əlaqə saxladım, İshaq məni Sədərək TM-də yerləşən kafelərin birinə çağırdı, orada söhbət etdik. Söhbət zamanı İshaqın yanında iki nəfər şəxs də olub. Orada həmin iki nəfər mənə dedilər ki, İshaqa verdiyin pul bizə çatıb, həmin pulu da biz yaxşı oğlanlara göndərmişik, İshaqdan əl çək, pulu istəmə“. O da Nicata əsəbləşmişdir ki, “nə yaxşı oğlan, mənim uşağımın vəziyyəti pisdir, pula ehtiyacım var“. 20 avqust 2022-ci il tarixdə o bazara gəlmişdir. Orada qardaşı Nicat və həmkəndliləri Qeyrət adlı şəxs ilə görüşmüşdür. Nicata demiş ki, “mənə pul lazımdır, uşağımın vəziyyəti yaxşı deyil, mənim pulumu ver”. Nicat da ona demiş ki, “mən gedib danışmışam, pulu vermirlər”. O Nicatdan İshaqın kim olduğunu, İshaqla söhbət etmək istədiyini demişdir. Nicat da onu İshaqın yanına aparmışdır. Onlar bazarda Şirniyyat zonasının arxasında. Alfa İnşaat adlı mağazanın yaxınlığına getmişlər. İshaq adlı şəxs orada təxminən doqquz nəfərlə işləyirmiş. Nicat İshaqı çağırmış, İshaq əlindəki işi qutarıb onların yanına gəlmişdir. Həmin vaxt İshaqın yanındakılar da İshaqın yanına gəlmişdir. O, İshaq ilə söhbət etmiş, söhbət zamanı İshaqa demiş ki, “sən qardaşım Nicatdan borc pul istəmisən, Nicata da pulu mən vermişəm, mənə də hazırda pul lazımdır, pulu xahiş edirəm qaytar”. İshaq da ona demiş ki, “Nicatdan aldığım pul gedib yaxşı oğlanlara, o puldan əlinizi götürün, həmin pul geri qaytarılmayacaq”. İshaq bu sözü deyəndən sonra geri çəkilmişdir. O da İshaqa demiş ki, “mənim uşağımın vəziyyəti pisdi, mənə pul lazımdır, mənim həmçinin banka kredit borcum var, sənə yaxşılığım ondan ibarət ola bilər ki, hər ay banka həmin məbləğ olan qaədər krediti ödə, mənim səndən artıq heç nə istəyəcəyim bir şey yoxdur”. İshaq yenə demiş ki, “o pul getdi, geri qayıdan deyil”. Daha sonra İshaqm yanında olan adının sonradan Sədrəddin olduğunu bildiyi bir nəfər ona demiş ki, “səni öldürərəm”. O da Sədrəddin adlı şəxsə demiş ki, “öldür görüm necə öldürüb sonra da məsuliyyətdən yanına bilərsən”. Sədrəddin qarnından qəfildən yumruqla vurmuş, o biraz bükülmüşdür. Dikəlmək istəyən zaman Sədrəddin qaçıb kənarda yerdən götürdüyü taxta parçası ilə onun sağ qaş nahiyəsindən zərbə vurmuş, onun qaşı partlamışdır. Nicat və yanında olan Qeyrət onu dərhal oradan uzaqlaşdırmışlar. Onlar bazarda yerləşən Qlobus hotelin yanına getmişlər. Əl-üzünü yuyub Ulduz kafesinin yanına getmişdir. Çünki Cəlilabad rayonundan olan fəhlələr Ulduz kafesinin yanında dayanırlar. O ora gedib İshaqı soruşmuş. Orada olan fəhlələrdən biri demiş ki, “İshaq yoxdur, qaçıb”. O orada olanlara demiş ki, “İshaqa deyin ki, mənim pulumu qaytarsın və buna görə də söyüş söymüşdür. O sözünü deyib dönüb gedən zaman Ruslan adlı şəxs yumruqla ağız nahiyəsindən vurmuş, dodağı partlamış, qan açılmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Sədərək Ticarət Mərkəzində fərdi qaydada fəhləliklə məşğul olur. O bazarda mağazaların yükünü daşıyır, malı boşaldıb yükləyir. Zərərçəkmiş şəxs onun ortancıl qardaşıdır, Elməddin yaşadıqları Biləsuvar rayonunda olur. Bakı şəhərinə arabir gəlib gedir. 2022-ci ilin iyul ayında Sədərək Ticarət Mərkəzində fəhlə işləyən, əslən Cəlilabad rayonundan olan İshaq adlı tanışı ondan 620 manat borc pul istəmişdir. İshaq ona demişdir ki, “qumarda uduzmuşam, təcili pul çatdırmalıyam, mənə 620 manat borc ver”. Onun özündə pul az olduğu üçün qardaşı Elməddindən 500 manat pul istəmiş, lakin qardaşına pulu nə üçün istədiyini deməmişdir. Qardaşı Elməddin 500 manat pul düzəldib ona göndərmişdir. O da müxtəlif vaxtlarda 620 manat pulu düzəldib İshaqa vermişdim. O İshaqa İki dəfə 100 manat bank kartına göndərmiş, 320 manatı bazarda işləyən Rafael adlı şəxsin vasitəsilə göndərmiş, 100 manatı da bazarda işləyən Amil adlı şəxsin vasitəsilə göndərmişdir. İshaq ona pulu 1 aya qaytaracağını demişmişdir. Lakin 1 aydan artıq müddət keçmiş İshaq ona borcunu qaytarmamışdır. Çünki o da pulu qardaşına qaytarmalı olmuşdur. 20 avqust 2022-ci il tarixdə səhər saatlarında o Sədərək TM-i, Elit zonasında işləyən İshaqın böyük qardaşı Hüseynin yanma getmişdir. Hüseyndən xahiş etmiş ki, İshaqa desin, ona olan borcunu geri qaytarsın. Hüseyn də ona demişdir ki, “məndən pul istəmə, kimə vermisən ondan istə”. O da Hüseynin yanından ayrılıb Sədərək Ticarət Mərkəzində yerləşən Qlobus hotelin yanma getmişdir. Qardaşı Elməddin rayondan gəlmişdir. Qardaşı Elməddinin yanında tanışı Qeyrət də olmuşdur. Onlar üçü bazarda yereləşən Ulduz kafesinin yanına getmişlər, lakin İshaqı orada tapa bilməmişlər. O İshaq ilə telefon əlaqəsi saxlamış, İshaq Şirniyyat zonasında yerləşən “Alfa İnşaat”-ın yanında mal boşaldırmış. Onlar üçü ora getmişlər. O İshaqı tək kənara apararaq yalvarıb xahiş etmiş ki, “məndən borcu 1 ay müddətinə istəmisən, mən də tapıb vermişəm, lakin 1 ayı keçib hələ də qaytarmamısan”. İshaq ona demiş ki, “sənin o pulun ölüb, o pul içəriyə-türməyə, yaxşı qardaşlara gedib”. O İshaqa demiş ki, “pulu sənə vermişəm, ya pulu göndərdiyin adamın adını ver gedib ondan istəyim, ya da pulumu qaytar”. O, İshaqla gəzə-gəzə söhbət edib yenidən Alfa inşaatla üzbəüz yerləşən Kral inşaatın yanında dayanmış Elməddingilin yanına gəlmişdir. Həmin vaxt İshaqın yanında İshaqla bir yerdə işləyən təxminən on nəfərə yaxın yoldaşları olmuşdur. Onların arasından İshaq ilə bir kənddən olan Sədrəddin adlı şəxs ona yaxınlaşıb demiş ki, “nə istəyirsən pulu?, sənə pul verilməyəcək, İshaqın qabağına söyüş qoyublar, pulu qaytarmayacaq”. O da Sədrəddinə demiş ki, “nə söyüş, kim qoyub söyüşü, mən pul vermişəm pulumu istəyirəm”. X3 zəng edib harada olduğunu soruşmuşdur. Lakin nə danışdıqlarını bilməmişdir. Eiməddin Ulduz kafesinin yanma getmişdir. Qeyrət də Elməddinin arxasınca getmişdir. O Ulduz kafesinin qarşısına çatanda görmüş ki, Ruslan Elməddinin sifət nahiyəsindən yumruqla vurmuşlar.Elməddini tez X4 stansiyasına aparmışlar. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Sədərək Ticarət Mərkəzində fərdi qaydada fəhləliklə məşğul olur. Əsasən bazara gələn yük avtomobillərində olan yükləri boşaldır, Biləsuvar rayonundan olan Nicat adlı şəxsi təxminən 5 ildir ki, tanıyır. Nicatla münasibəti yaxşı olmuş, daha sonra aralarında baş vermiş münaqişədən sonra münasibətləri korlanmışdır. Belə ki, Nicat da onun kimi Sədərək Ticarət Mərkəzində fəhlə İşləyir. Bu günə qədər o Nicatdan bir neçə dəfə müxtəlif məbləğlərdə borc istəmiş. Nicat da ona pul vermişdir. Daha sonra az-az geri qaytarmış, aralarında borca görə heç bir problem yaşanmamışdır. Sonuncu dəfə 2022-ci ilin iyul ayının sonlarında o yaşadığı Cəlilabad rayonunda olan zaman Nicat ilə əlaqə saxlayıb Nicatdan 100 manat borc pul istəmişdir. Nicat da tanışı Rafael Ağayev adlı şəxsin Kapital bank plastik bank kartına 100 manat pul göndərmişdir. Təxminən 3 gün sonra o Nicatdan 220 manat da pul istəmişdir. Nicat ona demişdir ki, “Rafaeldə mənim pulum var, 220 manat Rafaeldən götür". O da Rafaeldən 220 manat pul götürmüşdür. Nicatdan aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin gün o Bakı şəhərinə qayıtmışdır. O həmin vaxt Rafael ilə birlikdə olduğu üçün, Rafael də Nicata pul verməli olmuş, o da Rafaelə demişdir ki, “sən Nicata verəcəyin puldan 100 manat mənə ver, mən özüm Nicata deyəcəm”. Rafael ona 100 manat vermişdir. O da həmin pula “poz-qazan” lotoreyası almışdır. Lotoreyada 100 manatın hamısını uduzmuşdur. O Nicatdan pul aldığı zaman Nicat ilə razılaşmışdır ki, “səndən aldığım pulun 300 manatı həmin həftənin 6-cı günü qaytaracam, qalanını da 1 həftə sonraya verəcəm”. Nicat da onunla razılaşmışdır. Daha sonra o pul tapa bilməmişdir. Nicat ilə danışıb demiş ki, “Nicat mən sənə bu həftənin 6-cı gününə qədər 360 manat pul verməliyəm, indi verə bilmirəm, sən mənə 300 manat da ver mən sənin pulunu verəcəm”. Nicat ona demiş ki, “indi mənim heç nəyim yoxdur, amma bir nəfərdə 100 manatım var onu verə bilərəm”. Nicat 100 manat pulunun bazarda fəhlə işləyən Amil adlı şəxsdə olduğunu demişdir. O da Amil İlə əlaqə saxlamış, Amil ona demiş ki, “biraz uzaqdayam, kart de pulu göndərim”. O Rafaelin kartını demiş, Amil 100 manatı göndərmişdir. Nicat ona verdiyi hər 100 manata görə geri qaytaranda 100 manata görə əlavə 20 manat pul alırmış. Həmin həftənin 6-cı günü Nicat ilə görüşmüş. Nicat ilə söhbət edib demiş ki, “pulum yoxdur, vəziyyətim pisdir, tapa bilmirəm, lakin gələn həftə bütün borcumu qaytaracam”. Nicat da ona demişdir ki, “heç nə olmaz, sənin mənə qaytarmalı olduğun məbləğ gələn həftənin 6-cı gününə artıq 740 manat olacaq”. O da Nicat ilə razılaşmışdır. O biri həftənin 6-cı günü Nicat ilə əlaqə saxlamış, Nicata işdə olduğunu, daha sonra danışacağını demişdir. Sabahı günü Nicat ilə telefonla danışmış, Nicat ondan pulu istəmiş, o da Nicata pulunun olmadığını, biraz möhlət verməsini demişdir. Nicat onunla telefonda söyüşlə danışmış, aralarında mübahisə yaranmışdır. Həmin günü ona Nicatın qardaşı Elməddin adlı şəxs zəng vurmuşdur. Elməddin ona demiş ki, “Nicatdan pul almısan, onu təcili qaytar”. O da Elməddinə demiş ki, “hazırda pulum yoxdur, qaytara bilmirəm, həm də mən pulu Nicatdan almışam, səni kimsən ki?”. Elməddin İlə də aralarında mübahisə yaranmışdır. Bir-birilərinin ünvanına nalayiq İfadələr işlətmişlər. Təxminən 2022-ci ilin avqust ayının 17-si Elməddin Bakı şəhərinə gəlmiş, o Elməddin ilə 20 Yanvar dairəsində yerləşən kafelərin birində oturub söhbət etmişlər. O Elməddinə hazırda pulunun olmadığını, ona görə pulu qaytara bilmədiyini, yaxın vaxtda geri qaytaracağını bildirmişdir. Elməddin ona demiş ki, “'indi burada adam çoxdur, ona görə rahat söhbət edə bilmirəm, səninlə yaxın vaxtda görüşüb söhbət edəcəm”. Onlar söhbət edib kafedən durmuşlar, hərə öz yoluna davam etmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Sədərək Ticarət Mərkəzi, Təsərrüfat bazarında yerləşən “Alfa İnşaat” adlı mağazanın yanında yük boşaldırmiş. Nicat ona zəng edib harada olduğunu, onunla söhbət etmək üçün yanma gələcəyini demişdir. Daha sonra Nicat yanında bazarda işləyən Qeyrət adlı şəxs ilə birlikdə gəlmişdir. O Nicata yenə demiş ki, “Nicat bura söhbət etmək üçün yer deyil, get Qlobus hotelin yanına, işimi bitirib ora gələcəm söhbət edək”. Nicatın yanında oian Qeyrət ona demiş ki, “sən kişi deyilsən, şərəfsizsən, pulu niyə qaytarmırsan?”. O Qeyrətə danışığına fikir verməsini, onunla düzgün danışmasını bildirmişdir. Daha sonra Nicat Qeyrəti də götürüb getmişdir. Biraz keçmişdir ki, Elməddin zəng edib ondan harada olduğumu soruşub yanına gəlmişdir. O işini İşlədiyi zaman Elməddin qardaşı Nicat və yanında Qeyrət ilə birlikdə yanına gəlmişlər. O da Nicatgilə iş gördüyünü, işi qutarandan sonra söhbət edəcəyini bildirmişdir. Saat 12 radələri olarmış ki, Elməddimgil onu gözləmişlər. O bazarda fəhlə işləyən Sədrəddin, Rafael, Ramil, Tural, Tərlan. Vasif və Rəşad adlı şəxslərlə birlikdə işləmişdir. İşini bitirdikdən sonra o Elməddingilin yanına gəlib söhbət etmişdir. Onunla birlikdə işləyən yoldaşların bir qismi avtomobilə gedib paltarlarını dəyişmişlər, O Elməddin ilə söhbət etdiyi zaman Elməddin onun ünvanına nalayiq ifadələr işlətmiş, bundan sonra Fdməddin ilə aralarıda mübahisə yaranmışdır. Ellməddin ondan pulu tələb etmiş, o da Elməddinə demiş ki, “səni tanımıram, mən pulu Nicatdan almışam. Nicata da qaytaracam”. Elməddin ona pulun Elməddinə məxsus olduğunu, həmill pulu bu gün Elməddingilə qaytaramalı olduğumu demişdir. Elməddin onun yaxasına əi atıb tutmuşdur. O da Elməddinin qollarından tutmuşdur, O Elməddin ilə bir-biriləri ilə dartışmışlar. Daha sonra Nicat arxadan onun boynundan tutmuşdur. Ətrafa toplaşanlar onları aralaşdırmışlar. Onlar aralaşandan sonra Qeyrət gəlib onu itələmiş, o yerə yıxılmışdır, O ayağa qalxıb Qeyrət ilə tutuşmuşlar, hər İkisi də yerə yıxılmışlar. Bazarda işləyənlər onları aralaşdırmışdır. Bazarda işləyənlərdən biri onu evə yola salmışdır. O da taksiyə əyləşib evə getmişdir. Təxminən 15-20 dəqiqə sonra bazardan Rafael ona zəng edib demişdir ki, “bazarda aləm dəydi bir-birinə, Ruslan Elməddin ilə dalaşıb”. O Rafaeldən dava-dalaşın səbəbini soruşmuş, Rafael demişdir ki, “Elməddin sənin və ailənin ünvanına nalayiq ifadələr işlətdi, Ruslan da Elməddinə etiraz etdi, ona görə də aralarında münaqişə yarandı”. Ruslanın Elməddini vurmasını görməmişdir. İş materillarında olan məhkəmə-tibbi ekspertizasının 26 avqust 2022-ci il tarixli 604 nömrəli rəyindən görünür kİ, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - başuı sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ gözətrafı nahiyənin dərialtı hematoması, sol gözaltı nahiyənin qançır-zəif şişkinlik, alt dodağın selikli qişasının əzilmiş yarası və qansızması, sağ qaşın tış səthinin səthi əzilmiş yarası, sağ bazu nahiyəsinin qançırı bərk küt əşya (alət) təsirindən müayinədən 2-4 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 15 saylı X4 Stansiyasına müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə başın sağ gicgah nahiyəsinin dəraltı hematoması, sağ gözətrafı nahiyənin dərialtı hematoması, alt dodağın selikli qişasının əzilmiş yarası və qansızması həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sol gözaltı nahiyənin qançır-zəif şişkinlik, sağ qaşın tış səthinin səthi əzilmiş yarası, sağ bazu nahiyəsinin qançırı isə həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi inkar edilir. İş materillarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 28 yanvar 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 38 (otuz səkkiz) saata görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına odənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 gün azadlıqdan məhrumetmənin 1 gününə islah işləri cəzasının 4 gün hesabı islah işləri cəzasına hesablansın və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün islah işləri cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İslah işləri üzrə cəzasının əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 38 (otuz səkkiz) saata görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar