Məhkəmə qərarları › İş №1(002)-137/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-137/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-137/2024 09.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Naxçıvan MR Babək rayonu, Nehrəm kəndində anadan olmuş, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tanışı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ehtiyyatda olan hərbi qulluqçusu, gizir X4 20 il müddətində qüsursuz hərbi xidmət etdiyi üçün dövlət tərəfindən mənzillə təmin edilməsinə köməklik edəcəyinə yalandan vəd edərək etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 31 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Bulaq” restoranında 5000 manat, 2022-ci ilin mart ayının sonlarında Yasamal rayonunda yerləşən "xxxx" ASC-in binasının yaxınlığında 1000 manat, 2022-ci ilin iyul ayının əvvəllərində Qaradağ rayonunda yerləşən N saylı hərbi hissəsinin yaxınılığında N manat, 2022-ci ilin iyul ayının ortalarında Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki dairəvi yolun yanında 2000 manat, 27 may 2023-cü il tarixdə Yasamal rayonunda yerləşən "xxxx" ASC-in binasının yaxınlığında 3000 manat, 10 avqust 2023-cü il tarixdə 100 manat pulu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Kingsmart” mağazasındakı “Mpay” ödəniş terminalı vasitəsilə istifadəsində olan 4169 7388 6271 1581 nömrəli Kapital banka məxsus bank kartına göndərilməsinə nail olmaqla ümumilikdə 15100 manat məbləğində pulu ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, gizir rütbəsində olan Zərərçəkmiş şəxs 20 il qüsursuz xidmətə görə növbəsində olduğu evlə təmin olunmasına köməklik göstərməsi üçün 2021-ci ilin noyabr ayında Şahid5, Şahid4 və Zərərçəkmiş şəxs ilə Biləcəri qəsəbəsində yerləşən “Bulaq” kafesində görüşmüşdür. Görüş zamanı o, Zərərçəkmiş şəxs toplanacaq sənədlərlə bərabər 5000 manat lazım olduğunu demiş və 2-3 gün sonra onlar yenidən görüşərkən Zərərçəkmiş şəxs topladığı sənədləri və 5000 manatı ona təqdim etmiş, o, da sonuncuya evin 26 iyun və ya 8 noyabr tarixlərində təqdim ediləcəyini demişdir. Bundan sonra aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmiş və 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs guya çalışdığı Prezident Administrasiyasının Hərbi Məsələlər üzrə Şöbəsində çalışan yüksək vəzifəli şəxsə verəcəyi adı ilə 1000 manat pul da əlavə olaraq almışdır. Daha sonra yenidən ona pul lazım olduğundan Zərərçəkmiş şəxs pul istəmiş və 2022-ci ilin iyun ayında hərbi şəhərcikdə Zərərçəkmiş şəxs N manat, həmin ilin iyul ayında Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2000 manat, 27 may 2023-cü il tarixdə Yasamal rayonunda yerləşən “Ləvəngi” kafesində 3000 manat almışdır. 2023-cü ilin avqust ayında o, Zərərçəkmiş şəxs və Şahid4 Sumqayıt şəhərində yerləşən “Komutan” çay evində görüşmüşlər. O, Zərərçəkmiş şəxs aldığı pulları geri qaytarmağa maddi imkanı olmadığından müddət qazanmaq məqsədilə ona 2023-cü ilin 10 avqust tarixinədək ev veriləcəyini demiş, əvvəlcədən planlaşdırdığı şəkildə qeyd olunan tarixdə tanışları X9 və X7 ilə birlikdə Yasamal rayonunda yerləşən sosial evlərə gələrək orada bir mənzilin Zərərçəkmiş şəxs veriləcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs zəng edərək “bütün məsələlər həll olunub, bank kartımın şəklini göndərirəm, mənə 100 manat şirinlik atarsan” demişdir. Zərərçəkmiş şəxs də onun istifadəsində olan bank kartına 100 manat pul göndərmişdir. O, öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, vurduğu ziyanın 25%-ni dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 26 il 3 ay qüsursuz hərbi xidməti olduğuna görə hərbi qulluqçuların evlə təmin olunması müddəasına əsasən evlə təmin olunmaq üçün 2018-ci ildən mənzil növbəsinə dayanmışdır. 2021-ci ilin noyabr ayında Şahid4 ilə hərbi hospitalda müayinələrdən keçərkən Şahid4 ondan ev almasını soruşmuş o, isə ev növbəsində olduğunu bildirmişdir. Şahid4 bir neçə gün sonra ona Təqsirləndirilən şəxs adlı tanışının Şahid5 vasitəsilə 15000 manat ödəniş edəcəyi halda növbəsində olduğu evlə təmin olunmasına köməklik göstərəcəyini, bunun üçün ilkin olaraq 5000 manat pul verməli olduğunu, həmin mənzilin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdiyini demişdir. O, 31 noyabr 2021-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində Şahid4, Şahid5 və Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin gün o, sənədlərlə bərabər 5000 manat pulu Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu ona 10000 manat pulu 2022-ci ilin iyun ayına qədər verməli olduğunu, evi də 26 iyun 2022-ci il tarixdə Silahlı Qüvvələr günündə və yaxud 08 noyabr 2022-ci i il tarixdə Zəfər günündə sənədləri ilə birlikdə təhvil alacağını bildirmişdir. 2022-ci ilin mart ayının sonlarında Şahid5 ona zəng edərək Təqsirləndirilən şəxs 1000 manat pulun da verilməli olduğunu bildirdiyini onun nəzərinə çatdırmışdır. O da Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxsla görüşmüş 1000 manatı ona vermişdir. 2022-ci ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng edərək pulun qalan hissəsini də verməli olduğunu demiş, o da həmin ilin iyul ayında Təqsirləndirilən şəxsla görüşmüş və ona 6000 manat vermişdir. Həmin vaxtdan bir iki gün keçdikdən sonra Təqsirləndirilən şəxs ondan əvvəlcədən razılaşdıqları məbləğin 2000 manatını da gətirməli olduğunu dediyi üçün 2022-ci ilin iyul ayının ortalarında Binəqədi rayonu, Sulutəpə qəsəbəsində Təqsirləndirilən şəxsla görüşmüş və onao 2000 manatı vermişdir. 8 noyabr 2022-ci il tarixdə digər şəxslərə evlər verilərkən Təqsirləndirilən şəxs zəng edib maraqlandıqda sonuncu onun da mənzilinin yaxın günlərdə təqdim olunacaını demişdir. 26 may 2023-cü il tarixdə eyni bəhanələrlə Təqsirləndirilən şəxs ona zəng etmiş və geri qalan 3000 manatı da istəmişdir. O, qalan pulun 3000 manatını 27 may 2023-cü il tarixdə Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs vermişdir. 09 iyun 2023-cü il tarixdə ona ***-***-**-** mobil nömrəsindən ona zəng gəlmiş, Yasamal rayonu ərazisində 137 kvadratlıq mənzil ayrıldığını demiş və evlə tanışlıq üçün çağırılacağı bildirilmişdir. xx.xx.2023-cü il tarixdə həmin nömrəyə zəng etsə də həmin mobil nömrənin bağlı olduğunu müəyyən etmiş, bu səbəbdən whatsapp proqramı vasitəsilə yazdığı mesaj “səbrli olun Zərərçəkmiş şəxs deyiləcək” sözlərlə cavablandırılmışdır. 06 avqust 2023-cü il tarixdə Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxsla görüşmüş, Təqsirləndirilən şəxs orada ayın 10-na kimi mənzil veriləcəyini demiş və onlar 10 avqust 2023-cü il tarixdə Yasamal rayonunda yerləşən MİDA-nın binaları olan ərazidə görüşmüşlər. Mənzillə təmin olunmamasına baxmayaraq, Təqsirləndirilən şəxs özünün zəhmət haqqısı olaraq “şirinlik” kimi ondan 100 manat istəmiş, o da son olaraq sonuncunun 4169 7388 6271 1581 nömrəli kartına Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Kingsmart mağazasındakı “Mpay” ödəniş terminalından 100 manat köçürmüşdür. Bundan sonra aldadıldığını başa düşmüş və hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 məhkəməyə xx.xx.2024-cü il tarixdə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 15100 manat ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığın, onunla barışdığını və işin icraatına xitam verilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2020-ci ildən tanıyır, 2021-ci ilin noyabr ayında Hərbi Hospitalda tibbi müayinədən keçən zaman əvvəldən tanıdığı Şahid5 ilə qarşılaşmış, söhbət zamanı Şahid5 ona tanışının hərbiçilərə ev verilməsi məsələlərini həll etdiyini bildirmişdir. Növbəti görüşlərin birində o, Təqsirləndirilən şəxsla tanış olmuş, sonuncu özünü Prezident Administrasiyasında hərbi məsələlər üzrə şöbədə çalışan əməkdaş kimi təqdim etmiş və iş həll edə bildiyini demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs bu barədə məlumat vermiş və 2021-ci iilin noyabr ayında o, Zərərçəkmiş şəxs, Şahid5 və Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsində görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs hərbiçi olaraq mənzillə təmin olunması üçün sənədlər siyahısını izah etmişdir. Onlar Təqsirləndirilən şəxsla növbəti dəfə görüşlərində Zərərçəkmiş şəxs topladığı sənədləri və 5000 manatı ona vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, sürücülük fəaliyyətilə məşğul olarkən Təqsirləndirilən şəxs müştəri qismində tanımışdır. Təqsirləndirilən şəxs müxtəlif yerlərə aparsa da kiminlə görüşərək nə almasından xəbəri olmamışdır. O, Təqsirləndirilən şəxs ilə 20 Yanvar dairəsində yerləşən çayxanaların birində oturub çay içmiş, bundan əlavə Zərərçəkmiş şəxslə söhbəti əsnasında da yanlarında olmuş, lakin yemək yeməyə başı qarışdığından onlar arasındakı söhbətin məğzini bilməmiş, sonradan ev məsələsi olduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla N nömrəli hərbi hissədə xidmət edən zaman tanış olmuşlar. Zərərçəkmiş şəxs isə o, Şahid4 vasitəsilə tanımışdır. 2021-ci ilin yay aylarında uzun illərdən sonra Təqsirləndirilən şəxsla rastlaşmış, söhbət zamanı Təqsirləndirilən şəxs 20 il xidmət edən şəxslərə ev verilməsi məsələsini həll edə bildiyini demiş olsa da Zərərçəkmiş şəxs işini düzəltməsi ilə bağlı onun hər hansı əlbirliyi olmamışdır. Belə ki, o, Hərbi Hospitalda tibbi müayinədən keçən zaman Şahid4la qarşılaşmış, söhbət əsnasında Təqsirləndirilən şəxs hərbiçilərin evlə təmin olunmasında köməklik göstərməsi barədə ona məlumat vermişdir. Bir müddət sonra Şahid4 və Təqsirləndirilən şəxs ona zəng edərək görüşəcəklərini demiş, o da həmin görüşə gedərkən Zərərçəkmiş şəxs də gəldiyini görmüş, lakin kim olduğunu və hansı məsələ ilə bağlİ gəldiyini bilməmiş, sonradan söhbət zamanı ev məsələsinin həlli üçün gəldiyini başa düşmüşdür. Həmin görüşdə Zərərçəkmiş şəxs 5000 manat pul və sənədləri Təqsirləndirilən şəxs təqdim etmişdir. O, sonrakı proseslərin heç birində iştirak etməmiş və sonradan verilən məbləğlərdən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dayısı X8 20 il hərbi xidmətdə olduğu üçün hərbiçilərə verilən xidməti mənzil növbəsində dayansa da mənzili daha tez əldə etmək istəmişdir. 31 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib mənzilin verilməsi prosesini tezləşdirməsi üçün Şahid4 vasitəsilə Şahid5 və Təqsirləndirilən şəxs tanıdığını demişdir. Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Bulaq” ailəvi istirahət restoranında görüşə gedərkən Zərərçəkmiş şəxs 5000 manat pul götürmüş və ilkin məbləğ olaraq 5000 manat pul verilməli olduğunu demişdir. O avtomobildən düşməmiş, dayısı Zərərçəkmiş şəxs görüşə tək getmiş və qayıdanda 5000 manat pulu Təqsirləndirilən şəxs verdiyini demişdir. Sonradan Təqsirləndirilən şəxs ev məsələsinin həlli üçün dayısı Zərərçəkmiş şəxs müxtəlif məbləğdə pullar alsa da verdiyi vədə əməl etməmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid1 ibtidai istitaq zamanı verdiyi ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 1-2-ci vərəqələrində olan 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 176-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 15500 manat pul verməsi barədə notarial qaydada təsdiq edilmiş sənəd mövcuddur. Cinayət işinin 1-ci cildinin 177-ci vərəqəsində olan CD diskdən və 178-185-ci vərəqələrdə olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə 21 ədəd səs yazısı, şəkillər və videogörüntülər mövcuddur. Həmin məlumatlar müxtəlif şəxslərin monoloq şəklində və bir-birləri ilə dialoqlarını əks etdirir. Cinayət işinin 1-ci cildinin 211-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 1-ci cildinin 234-235-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(saat 15:10) Cinayət işinin 1-ci cildinin 253-256-cı vərəqələrində olan, həmçinin 2-ci cildin 85-ci vərəqəsində olan sənədlərdən görünür ki, Ş.F.X1 ilə nikahda olmaqla qızları X10 xx.xx.2012-ci il tarixdə, X11 xx.xx.2013-cü il tarixdə və X6 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Cinayət işinin 1-ci cildinin 257-258-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 124-125-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməklə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cildinin 130-cu vərəqəsində olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 131-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixdən görünür ki, iş üzrə icraat təzələnmişdir. Cinayət işinin 2-ci cildinin 145-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 146-cı vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 2-ci cildinin 156-165-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan və 167-168-ci vərəqələrdə olan eyni tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs X3 məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 15100 manatın ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığın, onunla barışdığını və işin icraatına xitam verilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-nin Qaradağ filialı tərəfindən verilmiş 1557 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 25% rüsum ödənişi olaraq 3775 manat pul ödənilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-ni 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73-1.2-ci maddəyə əsasən xitam verilmişdir. Məhkəmə, iclasda şahid qismində dindirilmiş Şahid3 ifadəsinə münasibətdə qeyd edir ki, onun ifadəsində cinayət hadisəsi barədə hər hansı məlumat əks olunmamışdır. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə yuxarıda qeyd olunmuş müddəa ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-ni 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73-1.2-ci maddəyə əsasən xitam verilməsi barədə Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı artıq mövcud olsa da, həmin qərara nəzər yetirdikdə təqsirləndirilən şəxsin hazırki cinayət əməlini daha əvvəl törətməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni, yəni 3775 manat miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə məhkəmə hesab edir ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5, məhkəmə istintaqı dövründə göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş materiallarına əlavə edilmiş CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73- 1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş materiallarına əlavə edilmiş CD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5, məhkəmə istintaqı dövründə göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar