Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-138/2021 15.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır.. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda gümüşü rəngli siqaret kağızma bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,510 qram olan ağ rəngli krsitallardan ibarət kusttar üsülla hazırlanmış metamfetamin psixotrop maddəsini və bir ədəd kibrit qutusunda, bir ədəd gümüşü rəngli kağızda sellofan bükülüdə, bir ədəd gümüş rəngli -kağız bükülüdə ayır-ayrılıqda təmiz çəkiləri 2, 981 qram; 3.034qram; 0,485 qram; olmaqla ümumi təmiz çəkisi 6,50 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixunanı əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 03:10-da ƏÇPA və Qaradağ RPİ-nın 10-cu PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən “Şəmkir” marketin qarşısında VAZ-2106 markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi hərəkətdə olan zaman həmin avtomobil komendat saatı zaman hərəkətə icazələrinin olub-olmamasını yoxlanılması məqsədilə polis əməkdaşları tərəfindən saxlanılmış və Təqsirləndirilən şəxs özünü şübhəli apardığından 10-cu PB-nə dəvət olunaraq xidməti otaqların birində üzərində vidoçəkiliş vasiətsi ilə axtarış və götürülmə aparılarkən ounun əynində olan boz rəngli gödəkcəsinin sağ ön cibində olan “Kent” markalı siqaret qutusunun içərisindən həmin 01 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş büküm içərisində təmiz çəkisi 0,510 qram olan ağ rəngli krsitallardan ibarət kusttar üsülla hazırlanmış psixotrop maddə metamfetamin və qara rəngli əl çantasının içərisindən bir ədəd kibrit qutusunda, bir ədəd gümüşü rəngli kağızda sellofan bükülüdə, bir ədəd gümüş rəngli kağız bükülüdə ayır-ayrılıqda təmiz çəkiləri 2, 981 qram; 3.034 qram; 0,485 qram; olmaqla ümumi təmiz çəkisi 6,50 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuna aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 02 ilə yaxın olarki narkotik vasitə qəbul etməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə Qobu qəsəbəsində yerləşən məsçidin yaxınlığında olduğu zaman taksi sürücüsü olan tanışı Şahin adlı şəxsə zəng edərək idarə etdiyi avtomobili ilə gəlib onu aparmasını xahiş etmişdir. Təxminən saat 02:30-da Şahin idarə etdiyi “VAZ 2106” markalı avtomobili ilə onu gəlib götürmüşdür. O, Şahindən xahiş etmişdir ki, idarə etdiyi avtomobili Lökbatan istiqamətində sürsün. Onlar Lökbatan qəsəbəsində olarkən polis əməkdaşları komendat saatı ilə əlaqədar olaraq onların avtomobilini saxlatdırmış və sənədlərini istəmişlər. Şahin sənədlərini polis əməkdaşına təqdim etmiş, lakin onun üzərində sənəd olmadığından polis əməkdaşları onları 10-cu PB-nə dəvət etmişlər, O, bunu görüb əynindəki gödəkçəsinin sağ ön cibindən bir ədəd “Kent” siqaretinin qutusunun içərisinə qoyduğu narkotik vasitə şüşə olan qutunu cibindən çıxarıb atmaq istəyən zaman polis əməkdaşları həmin qutunu onun əlinin içində tutmuşlar. O, yenidən həmin qutunu gödəkcəsinin ön sağ cibinə qoymuşdur. Bundan sonra onları Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Polis bölməsində onun üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi barədə qabaqcadan ona məlumat verilmiş, bundan sonra axtarış və götürülmə zamanı orada polis əməkdaşları və vəkildə iştirak etmişdir. Ona üzərində hər hansı bir qanunsuz əşya vardırsa çıxarıb masanın üzərinə qoyması təklif olunmuşdur. Şəxsi axtarış zamanı o, əyinindəki gödəkçənin sağ ön cibindən “Kent” markalı siqaretin içərisinə qoyduğu gümüşü kağıza bükülü vəziyyətdə narkotik vasitə “şüşə” adlanan maddənin cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Bundan əlavə olarq ona məxsus qara rəngli əl çantasından 01 ədəd kibrit qutusuna qablaşdırılmış narkotik vasitə marixuana, 01 ədəd gümüşü rəngli siqaretin kağızma bükülü narkotik vasitə marixuana, 01 ədəd sellefona paketə bükülü narkotik vasitə marixuana, 01 ədəd qızıl ölçən tərəzi və 01 ədəd içərisi boş sellofanı çantanın içərisindən çıxarıb masanın üzərinə qoymuşdur. O, həmin vasitələri xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri Nəsimi rayonu, Kubunka adlanan yerdə adını “Habil” kimi bildiyi şəxsdən 100 manat pul müqabilində almışdır. Lakin, “Habil” adlı şəxsin telefon nömrəsini, yaşadığı ünvanını və anket məlumatlarını bilmədiyini qeyd etmişdir. Yalnız həmin şəxsin “Kubunka” adlanan ərazidə hamamın yanında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. O, narkotik vastiləri özü üçün istifadə etmək məqsədi ilə aldığını, təxminən 3 ay olar ki, narkotik vasitəni çəkmək üsulu ilə qəbul etdiyini demişdir. Əvvəllər isə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, eləcədə yol gəldiyi Şahin adlı şəxsin taksi sürücüsü olduğunu, onun üzərində olan narkotik vasitədən həmin sürücünün xəbərsiz olduğunu bildirmişdir. Bundan başqa o, bildirmişdir ki, əl çantasında olan qızıl çəkən tərəzi işlək vəziyyətdə olmamış, həmin tərəzi nənəsi Çimnaza məxsus olmuşdur. Nənəsi Çimnaz həmin tərəzini ona vermişdir ki, aparıb ustaya təmir etdirsin. O, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə təxminən saat 16-17 radələrində evdə tək olan zaman narkotik vasitə marixuana qəbul etdiyini bildirmişdir. Etdiyi cinayəti səmimi etiraf etmiş və peşman olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış, eləcə də tərəflərindən imzalanaraq 222 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs sonda özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, narkotik vasitələrdən istifadə etdiyi üçün əməlindən səmimi peşman olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2015-ci il tarixdən DİN bilavasitə tebeliyində əlahətdə çevik polis alayının patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə təxminən saat 03:10-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində iş yoldaşı Şahid3 ilə birlikdə xidmət apardıqları 9696 çağırışıb avtopatrulda xidmətdə olarkən Lökbatan qəsəbəsi, Nizami küçəsində hərəkət etdikləri zaman “VAZ 2106” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu görüb komendat saatını pozduğu üçün avtomobilə yaxınlaşıb, həmin avtomobili saxlatdırıb özlərini təqdim edərək avtomobilin sürücüsü və avtomobilidə olan sərnişinin şəxsiyyətini təsdiq edən sənədi təqdim etmələrini xahiş etmişlər. Həmin vaxt avtomobili idarə edən sürücü şəxsiyyət vəsiqəsini təqdim etmiş, lakin sərnişin üzərində heç bir sənədin olmadığını onlara bildirmişdir. Onlar həmin şəxsləri Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət edərkən avtomobildə sərnişin qismində olan şəxsin əlini tez-tez cibinə saldığı üçün həmin şəxsin hərəkəti onları şübhələndirmişdir. Elə bu vaxt həmin şəxsdən üzərində qeyri qanuni gəzdirilməsi və istifadə olunması qadağan olunmuş hər hansı yad cisim və ya əşyanın olub-olmadığını soruşmuşlar. Həmin şəxs kurtqasının sağ ön cibindən siqaret qutusunu çıxarıb tullamaq istəyərkən onlar cəld həmin şəxsin əlini tutmuşlar ki, əlindəki siqaret qutusunu atmasın. Bundan sonra onlar həmin şəxsləri xidməti avtomobillə Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər. 10-cu PB-nin növbəti hissəsində həmin şəxs səmimi etiraf etmişdir ki, tullamaq istədiyi siqaret qutusunun içərisində narkotik vasitə vardır. Bölmədə onlara məlum olmuşdur ki, “VAZ 2106” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Abşeron rayonu, Qobu qəsəbə sakini xx.xx.1997-ci il təvəllüdlü Şahid5, sürücünün yanında avtomobildə sərnişin olan şəxs isə həmin qəsəbədə yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra həmin şəxslər barəsində qanuni tədbir görülməsindən ötrü raport yazıb onları Qaradağ RPİ-nin 10-cü PB-nə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş əlahətdə çevik polis alayının patrul bölüyünün polis nəfəri Şahid3 və Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, X7 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, Adillə münasibəti normaldır. O, “VAZ 2106” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə, təxminən saat 02:30-da tanışı Adil ona zəng vurub xahiş etmişdir ki, onu Qaradağ rayonu, Lökbatan qəsəbəsinə aparsın. O, da Adili Qobu qəsəbindəki məsçidin yanından götürüb Qaradağ rayonu, Lökbatan qəsəbəsinə aparan zaman Lökbatan qəsəbəsində polis əməkdaşları ona işarə verib idarə etdiyi avtomobili saxlatdırmış və onlardan sənədlərini tələb etmişlər. O, sənədlərini polis əməkdaşlarına təqdim etmiş, lakin avtomobildə olan Adilin sənədləri olmadığı üçün onları Qaradağ RPİ-nin 10-cu PB- nə dəvət etmişlər. Dəvət edən zaman Adil əynində olan gödəkçənin sağ cibindən 01 ədəd siqaret qutusu çıxarıb yerə atmaq istəmişdir. Lakin polis əməkdaşları Adil adlı şəxsə qutunu atmaq üçün imkan verməmişlər. Polis əməkdaşları həmin qutunu Adilin əlinin içində tutmuş, bu səbəbdən də Adil sözü gedən qutunu yerə ata bilməmişdir. Bundan sonra polis əməkdaşları onları 10-cu PB-nə dəvət etmişlər. Polis bölməsində ona məlum olmuşdur ki, Adilin yerə atmaq istədyi həmin qutunu içərisində narkotik vasitə vardır. Onun isə Adilin üzərində olan narkotik vasitlərdən xəbəri olmamış, Adil ona bu barədə heç bir söz deməmişdir. O, narkotik vasitələr qəbul etməmiş, bundan başqa Adilin narkotik vasitə qəbul etməsindən xəbəri olmamışdır. Həmçinin qeyd etmişdir ki, bilsəydi Adil narkotik vasitələr qəbul edir, onu idarə etdiyi avtomobilə götürməzdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, Şahid4 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid4 və Şahid2 iştirak etməməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid4 və Şahid2 məhkəmə iclasında dindirilmiş digər şahidlər Şahid1, Şahid3 və X3 ifadələrinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 03:10 dəqiqədən tutulmuş hesab edilmişdir. (i.v. 5, 14) Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər, Qaradağ RPİ-nin 10-cu polis bölməsində xidməti otaqların birində hal şahidlərin və vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynində olan gödəkçəsinin sağ ön cibindən Kent markalı siqaret qutusunu içərisində gümüşü rəngli siqaret kağızına bükülü büküm, içərisində ağ rəngli toz şəklində deməsinə görə şüşə adlanan narkotik vasitə büküm çıxarıb masanın üzərinə qoydu. Həmin büküm açılarkən içərisində ağ rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edildi, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu Kubinka deyilən yerdən, hamamın yaxınlığından Habil adlı şəxsdən almasını bildirdi. Bundan əlavə Təqsirləndirilən şəxs əlindəki qara rəngli çantasını masanın üzərinə qayaraq açdı və içərisindən bir ədəd kibrit qutusuna qablaşdırılmış deməsinə görə narkotik vasitə marixuna,bir ədəd gümüşü kağıza bükülü vəziyyətdə narkotik vasitə marixuana, bir ədəd sellofana bükülü narkotik vasitə marixuana, bir ədəd gümüşü kağıza bükülü vəziyyətdə narkotik vasitə marixuana, bir ədəd sellofana bükülü narkotik vasitə marixuana, bir ədəd sellofan bükülü narkotik vasitə marixuana, bir ədəd qızıl çəkən tərəzi, bir ədəd içəriis boş sellofanı masanın üzrəinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş yuxarıda qeyd olunan narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhürlə möhürlənərək bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 23-24) Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və götürülmə aparılması video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskdə olan görüntüyə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2621 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “ Təqsirləndirilən şəxs yazısı olan zərfdəki 1 (bir) bükümdə, təmiz çəkisi 0.510 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlnamış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotorp maddələr”in siyahısına “Siyahı İ” daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi – 0.510 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0.460 qram. Ekspertiza tədqiqatının dəyəri 114,00 (yüz on dörd manat ) manat təşkil edir. (i.v. 38-40) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(002)- 155/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 97-98) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/836 saylı məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: 2......... Adıgözəlli.....” yzılar və imzalar olan kağız paketdə bir ədəd kibrit qutusunda bir ədəd gümüşü rəngli kağızda sellofan bükülüdə, bir ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri- 2.981 qram; 3.034 qram; 0.485 qram, bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 6.50 qramdır. Ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik ) manat təşkil edir. (i.v. 100-101) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 118) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/851 saylı məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Qaradağ RPİ-nin İŞ-si, ********* yazıları olan kağız paketdəki gümüşü rəngli elektron tərəzi üzərində bitki mənşəli narkotik vasitənin izləri yoxdur. (i.v. 132-134) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2692 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Qaradağ RPİ-nin İŞ-si, ********* qeydləri olan bir ədəd zərfdəki br ədəd elektron tərəzinin səthində narkotik vasitə və psixotrop maddələrə məxsus izlər yoxdur. (i.v. 135-138) Abşeron RİHB-nin Qobu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2021ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (i.v. 140) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 X13-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3453 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 149-150) Sübutların qiymətləndirilməsi, maddi sübut hesab edilməsi və cinayət işindən başqa bir cinayət işinin ayrılması haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununda dəyişiklik və əlavələr edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, Qaradağ rayon məhkəməsi tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilib saxlaması, daşıması əməlləri sübuta yetirilmədiyindən onıın barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən AR Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid5 Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirməsi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən AR Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid5 barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi, avtomobilin sahibi X1 barəsində isə İXM-nin 335.1-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Qaradağ RPİ-nin YPŞ-nə göndərilmiş, İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin təmiz çəkiləri ayır-ayrılıqda 2,981 qram; 3.034qram; 0,485 qram olmaqla ümumi təmiz çıkisi 6,50 qram olan qrudulmuş marixuana narkotik vasitəsi, ilkin təmiz çəkisi 0,510 qram olan metamfetamin psixotrop maddəsi, eləcədə 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınsın, tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 6,44 qram narkotik vasitə-qurudulmuş marixuana və qalıq qalmış ümumi çəkisi 0,460 qram psixotrop maddə metamfetamin, eləcədə elektron tərəzi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, iş üzrə xx.xx.2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılmasına dair protokol, şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd elektron daşıyıcı, məhkəməkimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/2621 №-li, xx xxxxxx 2020-ci ıl tarixli 6/2692 №-li rəyləri, məhkəmə-boloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 7/836 №-li, xx xxxxxx 2020-ci il tarixli 7/851 №-li rəyləri, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3453 №-li rəyi sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitə və psixotrop maddənin mənbəsini müəyyən etmək məqsədi ilə istintaqı tamamlanan ********* №-li cinayət işindən materiallar ayrılmış və ayrılmış materiallar əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu polis bölməsinə göndərilmişdir. (i.v. 151-160) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yeni məzmunlu ittiham elan edilmişdir. (i.v. 169-170) Bakı şəhəri Qaradağ rayon prokurorunun xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayəti işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktındakı tövsiflə müqayisədə əməl cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutulan cinayətə, yəni həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və ittiham aktı təsdiq edilməklə cinayət işi baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. (i.v.210-214) Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli fəxri fərmandan görünür ki, X9 vətən müharibəsi zamanı döyüş tapşırığının layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə N nömrəli hərbi hissəinin komandiri Beyzalı Behbudov tərəfindən təltif olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Psixotorp vasitələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi etiraf edərək, əməlindən peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qardaşı X4 vətən müharibəsi zamanı döyüş tapşırığının layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə təltif olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun xx xxxxxx 2020-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CPM-158.2.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxxxx 2020-ci il tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin və psixotrop maddənin qalığı məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 işə qoşularaq ibtidai istintaq dövründə 30 (otuz) iş saatı, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 180 (yüz səksən) manat məbləğində, 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 6.44 qram marixuana və psixotrop maddənin qalığı 0.460 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri – 328,74 (üç yüz iyirmi səkkiz manat, yetmiş dörd qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 180 (yüz səksən) manat məbləğində, 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-138/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-138/2021
15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver