Məhkəmə qərarları › İş №1(002)-138/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-138/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-138/2023 12.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyul ayının son günlərində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü massivdə yerləşən N.Niftəliyev küçəsi, 19 saylı fərdi tikili evin plastik pəncərəsini güc tətbiq edərək açmış, qanunsuz olaraq pəncərədən yaşayış sahəsi olan evə daxil olaraq, yataq otağında döşəklərin arasında saxlanılan Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində Rusiya istehsalı olan, «LG» markalı, «32LM637BPLB» model televizoru gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs 300 manat dəyərində zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, pula ehtiyacı olduğundan qardaşına məxsus evdən oğurluq etmək qərarına gəlmişdir. O, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü massivdə yerləşən N.Niftəliyev küçəsi 19 saylı fərdi tikili evin ağ plastik pəncərəsini güc tətbiq etməklə açaraq qanunsuz olaraq evə daxil olmuşdur. Əvvəlcədən yataq otağında televizorun olmasını bildiyi üçün birbaşa yataq otağına keçmiş, həmin otaqda döşəklərin arasında saxlanılan qara rəngli «LG» markalı televizoru oğurlayaraq, evdə heç bir axtarış aparmadan daxil olduğu pəncərədən çıxmışdır. Həmin günü oğurladığı televizoru Qobustan qəsəbəsi 7-ci massivdə yerləşən İmanverdi adlı şəxsin marketində işləyən qəsəbə sakini kimi tanıdığı Əlhəm adlı satıcının yanına aparmış, televizorun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün 70 manata satdığını bildirmişdir. Ümumi razılığa gələrək televizoru Əlhəm adlı şəxsə 50 manata satmış, əldə etdiyi pul vəsaitini öz tələbatı üçün xərcləmişdir. Hadisədən sonra bir müddət evində qalsa da, qardaşı Orxan və arvadı Bəşarət tərəfindən evlərində baş vermiş oğurluq hadisəsi barədə polisə şikayət etdiklərini öyrəndikdən sonra qorxmuş, gizlənmək məqsədilə Sumqayıt şəhərinə köçmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ibtidai istintaq dövründə ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, özünün isə “Vətən müharibəsi” iştirakçısı olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübut və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Eyni zamanda yaşadığı həyətdə mövcud olan digər evdə qaynanası Roza kiçik oğlu Ağaxan ilə birlikdə yaşayırlar. Təxminən 2022-ci ilin 26 və ya 27 iyul tarixində ailə üzvləri ilə birlikdə Şabran rayonuna getmişdir. Evdən gedərkən 300 manat dəyərində «LG» markalı televizorunu yataq otağında döşəklərin arasında gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində evinə daxil olarkən döşəklərin arasında gizlətdiyi həmin televizorun yerində olmadığını görmüşdür. Evin pəncərəsinin açıq olduğunu gördükdə oğrunun pəncərədən evə daxil olaraq televizoru oğurladığını başa düşmüş və hadisə barədə Qaradağ RPİ-nin 11-ci PB-nə şikayət ərizəsi yazmışdır. Polis əməkdaşlarının apardığı araşdırma nəticəsində onun evindən oğurluq etmiş şəxsin ərinin qardaşı Ağaxan olduğu müəyyən edilmiş, evindən oğurlanmış «LG» markalı televizor ona geri qaytarılmışdır. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdən oğurlanan televizor ona geri qaytarıldığından şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs gənc olmasını, həmçinin “Vətən müharibəsi” iştirakçısı olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, həyət evində ailəsi ilə bərabər yaşayır. Yaşadıqları evdən «LG» markalı televizorun oğurlanması barədə ona arvadı Bəşarət zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs oğurluq hadisəsi ilə bağlı Qaradağ RPİ-nin 11-ci PB-nə şikayət ərizəsi yazmışdır. Bundan sonra polislər qardaşı Ağaxanı tutmuşlar və müəyyən olunmuşdur ki, qardaşı Ağaxan evdə olmadıqları zaman evin pəncərəsindən qanunsuz evə daxil olmuş və yataq otağında olan “LG” markalı televizoru oğurlayaraq qəsəbədə tanımadığı mağaza işçisinə satmışdır. Həmçinin bildirmişdir ki, qardaşı oğurladığı televizoru onlara geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təxminən beş il olar ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 7-ci massivdə magistral yolun kənarında yerləşən «Nicat» marketdə satıcı işləyir. 2022-ci ilin iyul ayının axırları Qobustan qəsəbəsinin sakini kimi tanıdığı Təqsirləndirilən şəxs əlində qara rəngli “LG” markalı televizor ilə onun işlədiyi mağazaya daxil olmuşdur. Həmin televizorun ona məxsus olduğunu, maddi çətinlikləri səbəbindən satdığını bildirmişdir. Ümumi razılığa gələrək o, həmin televizoru Ağaxandan 50 manata almışdır və eyni zamanda Ağaxanın şəxsiyyət vəsiqəsinin foto şəklini çəkib özündə saxlamışdır. Bir müddətdən sonra Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları onun işlədiyi mağazaya yaxınlaşaraq Ağaxanın ona satdığı “LG” markalı televizoru soruşanda dərhal həmin televizoru könüllü onlara təqdim etmişdir. Ağaxandan aldığı televizorun oğurluq olması barədə ona məlumat verilərkən, o, isə həmin televizorun oğurlanması barədə məlumatsız olduğunu həmin vaxt polis əməkdaşlarına da bildirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 47-ci vərəqəsində olan 19 yanvar 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 56-cı vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 66-cı vərəqəsində olan qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 69-cu vərəqəsində olan 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Bağıyev X4 RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işində olan Qaradağ Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 100-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 28 yanvar 2023-cü il tarixli, 23/65 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik kartlarının surətləri müqayisəli tədqiqat üçün yararlıdır. 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs yaşadığı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd müxtəlif ölçüdə yapışqanlı lent kəsikləri üzərlərində olan 03 ədəd əl-barmaq və 02 ədəd ovuc izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədəd əl-barmaq və 02 ədəd ovuc izi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc (02 dəfə) və böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan ümumilikdə 02 ədəd əl-barmaq izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən təqdim edilmiş Təqsirləndirilən şəxs əl-barmaq ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2023-cü il tarixli 9/549 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Rusiya istehsalı olan, LG markalı "32LM637BPLB" model, 32 düym televizorun istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 300 manat müəyyən edilmişdir. Cinayət işinin 110-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 121-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. Cinayət işinin 115-119-cu vərəqəsində olan 14 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus götürülmüş 01 ədəd Rusiya istehsalı olan, LG markalı "32LM637BPLB" model Zərərçəkmiş şəxs evindən götürülmüş Təqsirləndirilən şəxs sol əlin ovuc (02 dəfə) və böyük barmağının əksi ilə eynilik müəyyən edilmiş əl-barmaq izi iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 137-ci vərəqəsində olan qəbzdən görünür ki, LG markalı, "32LM637BPLB" model olan televizor 16 fevral 2023-cü il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 06 ay şərti sınaq müddəti təyin edilmişdir. Bundan başqa Gəncə Hərbi Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 331.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, "Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" 01 may 2020-ci il tarixli qanunu ilə CM-nin 331-ci maddəsi ləğv edildiyi üçün cəzadan azad edilmişdir. Cinayət işinin 92-96-cı vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 23 fevral 2023-cü il tarixli, 21-1/3-4213-14 saylı məktubundan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-330/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 7(002)-528/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış məhkum Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün xx.xx.2022-ci il tarixdə müvafiq olaraq qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 97-ci vərəqəsində olan Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Qobustan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli, 364 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü massiv, 19 nömrəli evdə yaşayır və ailə tərkibi anası X3 ibarətdir. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Medalının 1-9039 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi cinayəti özünün etirafedici ifadəsi və hərəkəti (300 manat dəyərində olan malı zərərçəkmiş şəxsə qaytarması), zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, “Vətən müharibəsi” iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Rusiya istehsalı olan, LG markalı "32LM637BPLB" model, 32 düym televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin maddi sübut Zərərçəkmiş şəxs evindən götürülmüş Təqsirləndirilən şəxs sol əlin ovuc (02 dəfə) və böyük barmağının əksi ilə eynilik müəyyən edilmiş əl-barmaq izi iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 275 (iki yüz yetmiş beş) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2, məhkəmə istintaqı dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə həmin büronun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- 01 ədəd Rusiya istehsalı olan, LG markalı "32LM637BPLB" model, 32 düym televizorun saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs evindən götürülmüş Təqsirləndirilən şəxs sol əlin ovuc (02 dəfə) və böyük barmağının əksi ilə eynilik müəyyən edilmiş əl-barmaq izi iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50.00 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 275 (iki yüz yetmiş beş) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2, məhkəmə istintaqı dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar