Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-138/2024 08.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxx 2006-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ev 32, mənzil 10-da qeydiyyatda olan və yaşayan barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2006-cı ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi ev 11-də yaşayan və qeydiyyatda olan barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxxx 2003-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, yeni tikililərdə yaşayan və Qazax şəhəri, H.Əliyev prospekti ev 75, mənzil 24-də qeydiyyatda olan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,177.2.1 və 32.5,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 təhsil aldığı Bakı şəhəri, Lökbatan rayonu, Qızıldaş qəsəbəsində yerləşən Peşə liseyində təhsil alan X2 imkanlı ailədən olduğuna əmin olub sonuncunun anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, 95 nömrəli evdən oğurluq etmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşdıqdan sonra digər tanışları Təqsirləndirilən şəxs3 ilə danışaraq Zərərçəkmiş şəxs evində heç kimin olmaması barədə Təqsirləndirilən şəxs3 onlara məlumat verməklə cinayət törətmələrinə köməkçilik etməsinə razılaşdırıb xx.xx.2023-cü il tarixdə, saat 23.00 radələrində Təqsirləndirilən şəxs3 bu barədə məlumat alaraq Zərərçəkmiş şəxs evinin faktiki olaraq nəzarətsiz qaldığına əmin olduqdan sonra Təqsirləndirilən şəxs1la birlikdə həmin ünvana gedərək hasarı aşmaqla evin həyətinə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub A. İbrahimovu ətrafı müşahidə etməsi üçün həyətdə saxlayaraq özü evin pəncərəsini vintaçanla açıb oradan evə keçərək yataq otağında olan dolabdan 1800 manat məbləğində nağd pul, eləcədə cəmi dəyəri 315 manat olan 1 ədəd boyunbağıdan ibarət qızıl zinət əşyası və müxtəlif adda bjuteriyaları, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 2115 manat dəyərində əmlakı gizli olaraq talayıb qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 təhsil aldığı Bakı şəhəri, Lökbatan rayonu, Qızıldaş qəsəbəsində yerləşən Peşə liseyində təhsil alan X2 imkanlı ailədən olduğuna əmin olub sonuncunun anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, 95 nömrəli evdən oğurluq etmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşdıqdan sonra digər tanışları Təqsirləndirilən şəxs3 ilə danışaraq Zərərçəkmiş şəxs evində heç kimin olmaması barədə Təqsirləndirilən şəxs3 onlara məlumat verməklə cinayət törətmələrinə köməkçilik etməsinə razılaşdırıb xx.xx.2023-cü il tarixdə, saat 23.00 radələrində Təqsirləndirilən şəxs3 bu barədə məlumat alaraq Zərərçəkmiş şəxs evinin faktiki olaraq nəzarətsiz qaldığına əmin olduqdan sonra Təqsirləndirilən şəxs2la birlikdə həmin ünvana gedərək hasarı aşmaqla evin həyətinə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub özü ətrafı müşahidə etməsi üçün həyətdə dayanmış, Təqsirləndirilən şəxs2 isə evin pəncərəsini vintaçanla açıb oradan evə keçərək yataq otağında olan dolabdan 1800 manat məbləğində nağd pul, eləcədə cəmi dəyəri 315 manat olan 1 ədəd boyunbağıdan ibarət qızıl zinət əşyası və müxtəlif adda bjuteriyaları, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 2115 manat dəyərində əmlakı gizli olaraq talayıb qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını ələ keçrimək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən evində heç kimin olmadığı barədə məlumat verib cinayətin törədilməsi üçün yardım edərək xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, 95 nömrəli evin həyətyanı sahəsinə qanunsuz daxil olaraq evin pəncərəsini vintaçanla açıb evə keçərək yataq otağında olan dolabdan 1800 manat məbləğində nağd pul, eləcədə cəmi dəyəri 315 manat olan 1 ədəd boyunbağıdan ibarət qızıl zinət əşyası və müxtəlif adda bjuteriyaları ümumilikdə Zərərçəkmiş şəxs məxsus 2115 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmələrinə köməklik göstərmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs3 yaşadığı qəsəbədən tanımış və münasibətləri normal olmuşdur. Amini isə 8 saylı peşə məktəbindən təxminən 1 il olar ki, tanımış və onunla münasibətləri normal olmuşdur. O, Qızıldaş qəsəbəsində yaşasa da Korgöz qəsəbəsində yaşayan Xədicə adlı qızı 7 saylı peşə məktəbindən tanımış və onun imkanlı olduğunu bilmişdir. Bundan sonra o, Xədicənin yaşadığı evdən oğurluq etmək qərarına gəlmiş və bu barədə tanışı Aminə zəng etmiş, Korgöz qəsəbəsində yaşayan Xədicənin evinə oğurluq etmək üçün gedəcəyini demişdir. Amin də onunla birlikdə gedəcəyini, evdən nə oğurlasalar şərikli böləcəklərini bildirmişdir. O da Aminlə razılaşmışdır. Onlar birlikdə planlaşdırmışlar ki, Xədicənin anası işə gedən vaxt Xədicə qəsəbədən tanıdığı Türkel adlı oğlanla görüşmək üçün evdən çıxırmış. Həmin Türkel adlı şəxslə onun münasibəti olmadığından o tanışı Yaşara 16 noyabr 2023-cü il tarixdə bildirmişdir ki, onun tanışı Turkel Korgöz qəsəbəsində yaşayan Xədicə ilə görüşdüyü zaman bu baradə Yaşara xəbər versin. Yaşar Turaldan nə üçün bunu soruşduğunu soruşduqda o, dostu Aminlə birlikdə həmin qızın yaşadığı anası Samirəyə məxsus evə oğurluğa gedəcəklərini bildirmişdir. 21 noyabr 2024-cü il tarixdə axşam radələrində o yaşadığı evdə olan zaman dostu Amin tanımadığı taksi ilə onlara gəlmişdir və onlar birlikdə Yaşarın yaşadığı ünvan 2 ünvanına getmişlər. Orada Yaşarın atası vəfat etdiyindən 3 mərasimi verildiyindən Yaşar qonaqlar ilə məşğul olmuşdur. Bu vaxt Yaşar Amini və onu evlərinə dəvət etmişdir. Tural və Amin Yaşarın evində olduğları zaman o Yaşardan onun tanışı olan Türkeli maraqlanmış və ondan Türkelə zəng etməsini istəmişdir. Yaşar tanışı olan Türkellə əlaqə saxlamış harada olmasını və həmin vaxt kiminlə olduğunu soruşduqda Türkel şəhər də qıznan birlikdə olduğunu bildirmişdir. Türkelin yanında olan həmin qız onların oğurluğa gedəcəkləri evin sahibi Samirə adlı şəxsin qızı olmuşdur. Telefon danışığından sonra onlar həmin evdə heç kəsin olmadığından əmin olduqdan sonra bu barədə Yaşara demiş daha sonra gəldikləri taksi ilə Korgöz qəsəbəsinə yola düşmüşlər. Onlar nəzərdə tutulan ünvana çatdıqdan sonra gəldikləri taksi sürücüsünün pulunu ödəmiş, onu yola salmışlar. Sonra isə Aminlə birlikdə evin hasarının daşlar yığılan hissəsindən hasardan tulanmış, həyətə düşmüşlər. O, pəncərəni vintaçanla açmışdır. Amin isə həmin zaman həyətdə durmuş, gələn olsa xəbər eləyəcəyini demişdir. O, evə daxil olmuş və yataq otağında paltar dolabını axtarmışdır. O, bir ədəd qırmızı rəngli mücrü tapmış və həmin mücrünü açdıqda içərisindən 1800 manat nağd pul, həmin otaqda kamotdan isə parfumeriya qutusunda olan sarı rəngli metaldan olan bir çox əşyaları, yəni 1 ədəd saat, 1 ədəd boyunbağı, 1 ədəd üzük sırga dəstini götürmüş daha sona evə daxil olduğu kimi çıxmışdır. O, evdən çıxdıqdan sonra Aminlə birlikdə həyəti tərk etmişdir.Oğurladıqları pulları Aminlə öz aralarında bölmüşlər.Sonradan qızılları Yaşarla 28 may metrostansiyasının yaxınlığına satmağa aparmışlar.Orada həmin əşyaların qızıl yox bujuteriya olduğu müəyyən edilmişdir.Törətdiyi əməldən peşmandır. Vurulmuş zərəri tam olaraq ödəmişdir. Qeyd olunalara əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Tural adlı şəxsi peşə məktəbindən təxminən 1 il olar ki, tanıyır və onunla münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə Tural onunla görüşdüyü zaman Korgöz qəsəbəsində yaşayan Xədicənin evinə oğurluq etmək üçün gedəcəyini demişdir. O da Turalla birlikdə gedəcəyini, evdən nə oğurlasalar şərikli böləcəyini bildirmişdir. Tural da onunla razılaşmışdır. Onlar bilmişlər ki, Xədicənin anası işə gedəndə Xədicə qəsəbədən Turalın tanıdığı Türkel adlı oğlanla görüşmək üçün evdən çıxır. Həmin Türkel adlı şəxslə onun və Turalın münasibəti olmadığından Tural tanışı Yaşara bildirmişdir ki, onun tanışı Turkel Korgöz qəsəbəsində yaşayan Xədicə ilə görüşdüyü zaman ona bu baradə xəbər versin. Yaşar Turaldan nə üçün bunu soruşduğunu soruşduqda Tural onunla birlikdə həmin qızın yaşadığı anası Samirəyə məxsus evə oğurluğa gedəcəklərini ona bildirmişdir. 21 noyabr tarixdə axşam radələrində onlar birlikdə Yaşarın yaşadığı Qaradağ rayonu, Qızldaş qəsəbəsinə getmişlər. Orada Yaşarın atası vəfat etdiyindən 3 mərasimi verildiyindən Yaşar qonaqlar ilə məşğul olmuşdur. Bu vaxt Yaşar Turalı və onu evlərinə dəvət etmişdir. O və Tural Yaşarın evində olduğları zaman Tural Yaşardan onun tanışı olan Türkeli maraqlanmış və ondan Türkelə zəng etməsini istəmişdir. Yaşar tanışı olan Türkellə əlaqə sxlamış, ondan harada olmasını və həmin vaxt kiminlə olduğunu soruşduqda Türkel şəhər də qıznan birlikdə olduğunu bildirmişdir. Türkelin yanında olan həmin qız onların oğurluğa gedəcəyləri evin sahibi Samirə adlı şəxsin qızı olmuşdur. Bundan sonra onlar Yaşarın yaşadığı evdən çıxaraq taksiyə əyləşmiş və birlikdə oğurluq edəcəkləri ünvana getmişlər. Sonra isə Turalla birlikdə evin hasar;ndan tulanaraq həyətə düşmüşlər. Orada zirzəmi açıq olduğundan Tural əlində olan alışqanın işığını tutaraq zirzəmidən 1 ədəd vintaçan götürmüş və birlikdə köməkləşib Turalın ayağının altına taxtadan düzəldilmiş ayaqaltı qoyaraq evin qabaq hisəsində giriş qapısının sağ tərəfində olan pəncərəni Tural vintaçanla açmışdır. O isə həmin zaman həyətdə duraraq gələn olsa xəbər edəyəcəyini demişdir. Daha sonra Tural evə daxil olmuş və bir neçə dəqiqədən sonra evə daxil olduğu pəncərədən çölə çıxmışdır. Tural evdən çıxdıqdan sonra onunla birlikdə həyəti tərk etmiş və taksi ilə oradan uzaqlaşmışlar.Oğurlanan pulları aralarında bölmüşlər.Oğurlanan əşyaların sonradan qızıl olmadığı onlara bildirilmişdir. Törətdiyi əməldən peşmandır.Dəymiş zərəri ödəmişdir.Qeyd olunalara əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 yaşadığı qəsəbədən tanıyır.Belə ki, Tural onunla dost olmuşdur. 16 noyabr 2023-cü il tarixdə Tural ona bildirmişdir ki, onun tanışı Turkel Korgöz qəsəbəsində yaşayan Samirə adlı qadının qızı ilə görüşdüyü zaman ona xəbər etsin. O da Turaldan nə üçün bunu soruşduğunu soruşmuş, Tural bildirmişdir ki, həmin qızın yaşadığı anası Samirəyə məxsus evə oğurluğa gedəcəkdir. Onun atası 18 noyabr 2023-cü il tarixdə vəfat etmişdir.O, tanışı Turalı yas mərasimi ilə bağlı kömək etnək məqsədilə yaşadığı Qaradağ rayonu Qzıldaş qəsəbəsində yerləşən evlərinə çağırmışdır. 21 noyabr tarixdə axşam radələrində Tural Amin adlı şəxslə onlara gəlmişdir. Həmin vaxt Tural ondan Türkel adlı tanışını maraqlanmışdır. Onun harda olmasını soruşduqdan sonra Türkelə zəng etməsini ondan istəmişdir. O, Türkellə əlaqə saxlamş, harada olmasını soruşmuş və cavabında Türkel şəhərdə olmasını bildirmişdirdi. O, Türkeldən şəhərdə kiminlə olmasını soruşduqda Türkel qızla birlikdə olduğnunu bildrmişdir. O, da Turalla Aminə bu barədə bildridikdə onlar həmin qızın evlərinə oğurluğa gedəcəklərini demişlər. Bir neçə gün sonra Tural ona bildirmişdir ki, oğurluq qızılları satmaq lazımdır.Dekabr ayının əvvələrində Tural onun işlədiyi 28 may metrostansiyasının yanına gəlmiş və həmin sarı rəngli əşyaları göstərərək satmaq istədiyini demişdir. O Turala birlikdə qızıl qəbulu mağazalarının birinə getmiş və orada Turalın göstərdiyi əşyaları yoxladıqdan sonra bildirmişlər ki, həmin əşyalar sarı metaldan hazırlanmış bujuteriyadır. Törətdiyi əməldən peşmandır. Vurulmuş zərəri tam olaraq ödəmişdir. Qeyd olunalara əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o xx.xx.2023-cü il tarixdə təxminən saat axşam radələrində yaşadığı evdən çıxaraq işə getmişdir. Səhər saat təxminən 11.00 radələrində yaşadığı ünvanına gəlmiş və darvazanı açıb həyətə daxil olduqda ona məlum olmuşdur ki, naməlum şəxslər həyətdə olan evin pəncərəsini açaraq evə daxil olmuşlar və evdən ona məxsus yataq otağında olan paltar dolabından 1850 manat nağd pulunu, komotun siyirməsindən 1 ədəd dəyəri qol saatını, 2 ədəd bjuteriya üzüyünü, 1 ədəd qızıl boyunbağını oğurlamışlar.Bundan sonra oğurluqla bağlı polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyanın ödənildiyi və onlara qarşı şikayət-tələbinin olmadığnı bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildrmişdir ki, o Yaşar Əliyevi yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsindən tanımış və onunla münasibətləri normal olmuşdur. O, Qızıldaş qəsəbəsində yerləşən peşə məktəbində Xədicə adlı qızı tanımış və onunla bir müddətdən sonra münasibətləri yaranmışdır. xx.xx.2023-cü il tarixdə tanşı Yaşarın atası rəhmətə getdiyindən o səhər Yaşarın yaşadığı evdə olmuş və oradan çıxaraq işə getmişdir. Həmin vaxtlar Bakı şəhərində “Volt” daşıma şirkətində kuryer işləyirmiş. Həmin gün Yaşar ona zəng edərək harada olduğunu soruşmuş o da Yaşara şəhərdə olduğunu bildirmişdir. Onun həmin vaxtdan sonra Yaşarla heç bir əlaqəsi olmamışdır. O, Əliyev Yaşarı tanısa da, Tural və Amin adlı şəxsləri tanımamış və onların tanışı Xədicənin yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən evlərindən oğurluq etmələrindən xəbəri olmamışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvəllər məhkum olunmamışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvəllər məhkum olunmamışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilməklə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1 və 32.5,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək ona qarşı heç bir şikayət və tələbin olmamasını, cinayət törədilərkən yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 oğlunun ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək ona qarşı heç bir şikayət və tələbin olmamasını, yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 oğlunun ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan aradan qalxdığından onların törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam odənilməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda törətdikləri cinayətin sayını və iştirak dərəcələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutma altında olduqları 02 (iki) gün onlara qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatdığından onun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul Müdafiəçi1 məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X3 məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X1 məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3 oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Odur ki,yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutma altında olduğu 02 gün – həbsetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1 və 32.5,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 tutma altında olduğu 02 gün – həbsetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul Müdafiəçi1 məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X3 məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X1 məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3 oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-138/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-138/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver