Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-139/2022 18.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1983-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Dəmirçilər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, massiv 4, fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 03 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİnin 38-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 07:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massivdə saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 08:45 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağızdan olan bükülüdə ümumi təmiz çəkisi 0,428 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda yaşayır. Əvvəllər narkotik vasitələrin qanunsuz daşınmasına görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Hal-hazırda işləmir. Təxminən üç il olar ki, narkotik maddə olan kakos istifadə edir. Kakosu falqada yandırıb tüstüsünü çəkmə yolu ilə qəbul edir. 2022-ci ilin fevral ayının 2-də saat 11-12 radələrində Sumqayıt şəhərində olarkən orada dəqiq xatırlamadığı aptekdən reseptlə 5 ədəd “Tramadol” dərmanı 10 manat ödəməklə almışdır. Həmin dərmanı müalicə ilə əlaqədar qəbul edir. Daha sonra Sumqayıtda olarkən tanımadığı bir şəxslə tanış olmuş, söhbət zamanı həmin şəxsin də narkotik vasitə qəbul etdiyini bilmişdir. Üzərində pul olduğu üçün həmin şəxsdən onun üçün heroin tapmasını xahiş etmişdir. Həmin şəxs ona bildirmişdir ki, üzərində heroin var, 20 manat versə ona satar. O, həmin şəxslə razılaşıb 20 manat vermiş və bir ədəd ağ kağız bükümdə heroin alıb dərmanlarla bir yerdə əynində olan göy rəngli şalvarın sol yan cibinə qoymuşdur. Daha sonra yaşadığı Ümid qəsəbəsinə qayıtmışdır. Həmin gün nə narkotik vasitədən, nə də dərmandan istifadə etməmişdir. 03 fevral 2022-ci il tarixdə səhər saatlarında ağrıları olduğu üçün evdən çıxıb heroini çəkmək üçün münasib yer axtarmışdır. Həmin zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və özünü təqdim etməyini istəmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğumu demişdir. Bundan sonra polis əməkdaşları ondan sənəd istəmişlər, lakin üzərində heç bir sənəd olmadığı üçün ona şübhəli olduğunu bildirərək Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 38-ci Polis Bölməsinə gəlmişdir. Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X6 ona təqdim edilmişdir. Bundan sonra üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl ondan hüquq və vəzifələrinin aydın olub-olmaması, müdafiəçisinə dair hər hansı bir etirazının olub-olmaması və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmaması soruşulmuşdur. O, hüquq və vəzifələrinin aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirdikdən sonra üzərinə baxış keçirilmişdir. Həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması soruşulmuş, o, könüllü olaraq, əynində olan tünd göy rəngli şalvarın sol yan cibində olan bir ədəd ağ kağıza bükülmüş narkotik maddə olan heroini və 5 ədəd “Tramadol” dərmanını çıxardıb, masanın üzərinə qoyaraq, həmin bükümdəki maddənin heroin adlanan narkotik maddə olduğunu, özünə məxsus olduğunu, Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manata aldığını, “Tramadol” həblərini isə aptekdən reseptlə 10 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddə və dərmanlar isə zərfə qoyularaq möhürlə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imza etmişlər. O, öz ifadəsində daha sonra üzərindən aşkar edilmiş həmin narkotik vasitəni 02.02.2022ci il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manata aldığını, lakin istifadə etmədiyini, həmin şəxsin anket məlumatlarını bilmədiyini, onunla təsadüfən tanış olduğunu, təxminən 30-32 yaşlarında, orta bədən quruluşlu biri olduğunu, yaşadığı mənzildə və başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını, narkotik vasitəni mütəmadi olaraq istifadə etdiyi üçün həmişə üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən, Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-nə gətirilərkən və üzərinə baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini qeyd etmişdir. O, öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və hal-hazırda narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün məcburi müalicə almaq istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, DİO-da 2014-ci ildən, hal-hazırda tutduğu vəzifədə isə 2021-ci ilin yanvar ayından xidmət aparır. 03.02.2022-ci il tarixdə səhər saat təxminən 07:30 radələrində PB-nin Növbətçi hissəsinin sürücüsü, polis baş rerjantı X7 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv ərazisində xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparması diqqətini cəlb etmiş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərkən onun narkotik vasitənin sərxoşluğu halında olmasından şübhələnmiş və özünü təqdim etməsini istəmişlər. Həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığı üçün onu PB-yə dəvət etmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1983-cü ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-nin rəisinə məruzə olunmuş, daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Eldar Nəcəfovun iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Videoçəkiliş PB-nin Növbətçi hissəsinin sürücüsü Emin Verdiyev tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibində olan bir ədəd ağ kağıza bükülmüş bükümü və 5 ədəd “Tramadol” həbini çıxardıb, masanın üzərinə qoyaraq, həmin bükümdəki maddənin kakos adlanan narkotik maddə olduğunu, özünə məxsus olduğunu, Sumqayıt şəhərində tanımadığım şəxsdən 20 manata aldığını, “Tramadol” həblərini isə aptekdən reseptlə 10 manata aldığını və istifadə etmək üçün üzərimdə saxladığını bildirmişdir. Bundan başqa əlavə heçnə aşkar olunmadı. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm və 5 ədəd dərman həbi zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onlara müqavimət göstərməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2022-ci il tarixli 6/689 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,428 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 ədəd üzərində “трамадол 50 мг” göstəriciliri olan dərman konvolyutu kəsiyində 5 ədəd ağ-göy rəngli dərman kapsulunun əsas təsiredici maddəsi tramadoldur və həmin kapsulların tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,250 qram təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,428 qram, tədqiqata sərf edilmiş 0,050 qram, qalıq 0,378 qram. Tramadol kapsullarının ümumi sayı-5 ədəd kapsul, tədqiqata sərf edildi-1 ədəd kapsul, qalıq-4 ədəd kapsul. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 22 fevral 2022-ci il tarixli 886 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin 17 mart 2022-ci il tarixli 691 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki amnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətin görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0.428 qram 01 ədəd bükümdə olan narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,378 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs təqdim etdiyi reseptin surətindən görünür ki, Sumqayıt şəhər Narkoloji Dispanserinin resept blankı ilə “Tramadol 50 mq.” həbləri almışdır. İş materiallarında olan qəbzdən görünür ki, resept əsasında müalicə üçün nəzərdə tutulmuş 4 ədəd “Tramadol 50 mq.” həbləri Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında xidməti otaqların birində, polis əməkdaşlarının və dəvət edilmiş müdafiəçin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və ona vəzifələri izah edildikdən sonra təklif olunur ki, üzərində qeyriqanuni əşya (lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibində olan bir ədəd ağ kağıza bükülmüş bükümü və 5 ədəd “Tramadol” həbini çıxardıb, masanın üzərinə qoyaraq, həmin bükümdəki maddənin kakos adlanan narkotik maddə olduğunu, özünə məxsus olduğunu, Sumqayıt şəhərində tanımadığım şəxsdən 20 manata aldığını, “Tramadol” həblərini isə aptekdən reseptlə 10 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, narkotik vasitənin növünü və miqdarını, təqsirkarın şəxsiyyətini, məcburi müalicəyə ehtiyacının olmasını və məcburi müalicə almaq istəməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 03 fevral 2022-ci il tarixdə saat 07:30-da saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və barəsində Qaradağ rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilmiş, daha sonra 04 fevral saat 17:30-da barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 02 (iki) gün olaraq nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,378 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 18 may 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,378 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-139/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-139/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver