Məhkəmə qərarları › İş №1(002)-139/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-139/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-139/2023 13.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində dörd azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 185 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşamış və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 13 sentyabr 2022ci il tarixdə saat 17.00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində yerləşən “Kibel” ətriyyat dükanına müştəri qismində daxil olaraq məhsullara baxdıqdan bir qədər sonra guya qəfildən halının pisləşməsini bildirərək satıcı Zərərçəkmiş şəxs1 fikrini yayındırmaqla saxlanc yeri hesab olunan dolabın siyirməsinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus 583 manat pulu gizli talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən Zərərçəkmiş şəxs2 işlədiyi «Ucuzluq» mağazasına müştəri qismində daxil olmuş, mağazada yazı masasının altında olan satıcı Zərərçəkmiş şəxs2 məxsus əl çantasının içərisində olan pul kisəsini götürüb mağazadan çıxaraq gizli yolla talayarkən satıcı Zərərçəkmiş şəxs2 pul kisəsinin oğurlanmasını aşkar edib mağazadan çıxaraq qışqırıb onu səsləməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirib 15 manat dəyərində tünd qırmızı rəgli dəri materialdan olan pul kisəsinin içərisində 1124 manat pul olmaqla ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 1139 manat dəyərindən əmlakı açıq talayaraq soyğunçuluq etmiş və bununla da təkrarən talama cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 180.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə aludəçisidir. Buna görə də oğurluq etmək məqsədi ilə 13 sentyabr 2022-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə gəlmişdir. Orada biraz gəzdikdən sonra saat təxminən 17.00 rədələrində adını unutduğu parfum satılan mağazaya daxil olmuş və həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün satıcının başını qatmış və özünü pis hiss etdiyini bildirmişdir. Satıcı qadın ona köməklik etmək istəmiş və o satıcı qadının başının qarşıdığını fürsət bilib siyirmədən pulu götürmüş və satıcı xanımdan yaxınlıqda aptek olubolmamasını soruşmuşdur. Satıcı xanım isə onunla bərabər çölə çıxmış və sonra o pul kisəsini dükanda qoyduğunu demiş, satıcı xanım dükana qayıdanda o, artıq oradan uzaqlaşmışdır. Sonra pulu saymış və 493 manat olduğunu görmüşdür. Həmin pulu aparıb öz ehtiyaclarına xərcləmişdir. Daha sonra o yenidən oğurluq etmək qərarına gəlmiş və xx.xx.2022-ci il tarixdə yenidən Qaradağ rayonu, Lökbatan qəsəbəsinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 15.00 radələrində o, Lökbatan qəsəbəsində mərkəzi küçədə yerləşən ucuzluq mağazasına daxil olmuş və orada ayaqqabı almaq adı ilə satıcı qadının başını qatmağa başlamışdır. Həmin vaxt mağazaya başqa müştərinin gəldiyi görmüş və satıcının başının həmin müştəriyə qarışdığını görüb satcı qadının çantasının içərisindən pul kisəsini götürmüşdür. Daha sonra mağazadan çıxarkən satıcı qadına su alıb qayıdacağını bildirmiş və dərhal mağazadan uzaqlaşıb getmişdir. Sonradan pul kisəsini açmış və içərisində hal-hazırda məbləğini unutduğu pul olduğunu görmüşdür. Bir neçə gün sonra polis əməkdaşları onu saxlayıb Qaradağ rayon polis idarəsinin 10-cu polis bölməsinə gətirmişlər. Törətdiyi əməldən peşmandır. Evlidir və himayəsində altı uşağı var.Maddi vəziyyəti ağırdır.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Ucuzluq” mağazasında satıcı işləyir. O, həmin mağazada ayaqqabı satışı ilə məşğul olur. 01 oktyabr 2022-ci il tarixdə saat təxminən 15.00 radələrində mağazaya cavan bir qız daxil olmuş və ayaqqabılara baxmağa başlamışdır. Həmin qadın müxtəlif ayaqqabılara baxmışdır. Həmin şəxs çoxsaylı ayaqqabılara baxmış və həmin vaxt o yazı masasının yanında oturmuşdur. Onun çantası isə həmin yazı masasının altında olmuşdur. Bu ərəfədə mağazaya başqa müştərilər daxil olmuş və o, müştərilərin yanına getmişdir. Daha sonra həmin qadının yanına yenidən gəlmişdir. Bu zaman həmin qadın sanki onun fikrini yayındırmaq üçün ona kişi ayaqqabılarına da baxmaq istədiyini bildirmişdir. O da kişi ayaqqabılarını göstərmək üçün ayaqqabı gətirməyə getmişdir. Daha sonra həmin qadın ondan kişi ayaqqabısı qablaşdırmağı istəmiş və sonra uşaq ayaqqabısı seçməyi istəmişdir. Bu zaman su alıb qayıdacağını bildirmiş və mağazadan çıxıb getmişdir. O isə dərhal yaza masasının yanına keçərək masanın altında baxmış və çantanın ağzının açıq olduğunu görmüşdür. O, dərhal çantanı götürmüş və içindəki pul kisəsisinin olmadığını aşkar etmişdir. Bu zaman o, fikirini yayındırmağa çalışan qadının pul kisəsini oğurladığı bilib, ona görə də dərhal mağazadan küçəyə çıxmışdır. Mağazadan çıxdıqda həmin qadının getdiyini görmüş və səslənərək dayanmağını istəmişdir. Bu zaman həmin qadın qaçmağa başlamışdır. O, nə qədər həmin qadını çağırsa da həmin qadın dayanmadan qaçmış və bir anlıq gözdən itmişdir. Sonra o, bu barədə polisə müraciət etmişdir. Bu cinayət nəticəsində ona 1139 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Lökbatan qəsəbəsində yerləşən “Kibel” parfum mağazasında satıcı işləyir. 13 sentyabr 2022-ci il tarixdə saat təxminən 15.00 radələrində mağazaya bir nəfər qadın daxil olmuş və həmin qadın parfumlərə baxmağa başlamışdır. Bir qədər sonra həmin qadın özünü pis hiss etdiyini və asma xəstəsi olduğunu bildirmişdir. O da həmin şəxsə özünün oturduğu yeri təklif etmiş və həmin qadın orada oturmuşdur. Həmin vaxt onun qarşısında kataloq olmuşdur və o kataloqa baxmağa başlamışdır. Daha sonra ona ətir adları demiş və o həmin şəxsdən uzaqlaşaraq mağazanın digər tərəfindən həmin şəxsin istədiyini ətirləri gətirmək üçün getmişdir. Bu zaman həmin qadın özünü yaxşı hiss etmədiyini bildirmiş və yaxınlıqda aptek olub-olmadığını soruşmuşdur. Bu zaman o, həmin qadınla birlikdə çölə çıxmış və aptekə tərəf gedən zaman həmin qadın ona pul kisəsinin mağazada qaldığını bildirmişdir. O həmin qadının pul kisəsini gətirmək üçün mağazaya qayıtmışdır. Lakin mağazadan çıxan zaman həmin qadının artıq orada olmadığını görmüş və nə qədər axtarsa da tapa bilməmişdir. Sonradan o yenidən mağazaya qayıtmış və siyirməni açanda 583 manat pulun orada olmadığını görmüşdür. Bu zaman o pulu həmin qadının oğurladığından əmin olmuşdur. Sonradan o, bununla bağlı polisə müraciət etmişdir. Oğurluq nəticəsində ona 583 manat maddi ziyan dəymişdir.Ona dəymiş ziyan ödənilməmişdir və ziyanın ödənilməsini tələb edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün xx.xx.2023 il tarixdə axtarış elan edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə tutulmuş və xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X6 adlı övladları var. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 180.2.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, törətdiyi cinayət əməlini etiraf edərək peşman olması və himayəsində dörd azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam olaraq aradan qalxmadığından onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə hazırki cəza qismən toplanılmaqla ona 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Azərbaycan Respublikası 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 04 (dörd) gün nəzərə alınmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 26 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və onun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar