Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-14/2021 28.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, ictimai təhlükəli əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, ünvan 1 mənzil 171 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mkr, Hüseyn Seyidzadə küçəsi, ev 11, mənzil 33 ünvanında yaşamış, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(002)-208 saylı Qərarı ilə axtarış elan edilməklə barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, daş karxanasına gedən yolda bacanağı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində sonuncunun bədənin müxtəlif yerlərinə bir neçə dəfə əlləri ilə vurmaqla Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin dərialtı hematoması, sıyrığı, boyun nahiyəsinin sıyrığı ilə nəticələnən dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı ictimai təhlükəli əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacanağı olmaqla Ağcabədi rayonunda yaşayır. Niyaməddin özünə məxsus “Kamaz” markalı yük avtomaşını ilə yük daşımaqla məşğul olduğundan teztez Bakı şəhərinə gəlmişdir. 2020-ci ili aprel ayının axırlarında Niyaməddin Ağcəbədi rayonunda olarkən yaxın qohumları ona çatası bağlamanı Niyaməddinə vermişlər ki, Bakı şəhərinə çatdıqda həmin bağlamanı ona çatdırsın. O, bilmişdir ki, Niyaməddin Bakı şəhərinə gəlmiş, lakin bağlamanı ona çatdırmamışdır. O da bir neçə dəfə Niyaməddinin istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəsinə zəng edərək rayondan ona göndərilmiş bağlamanı götürməyini ona bildirsə də, Niyaməddin ona vaxtı olmadığını və hazırda işlərinin olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə yenidən Niyaməddinin mobil telefonuna zəng vuraraq bağlama barədə soruşduqda sonuncu ona bağlamanı götürmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, daş karxanasına gedən yolda görüşmələrini bildirmidir. Həmin gün saat 20:30 radələrində Niyaməddinin dediyi yerdə görüşmüşlər və o orada Niyaməddinə bağlamanı niyə gecikdirdiyini irad tutmuşdur. Bu səbəbdən də Niyaməddinlə aralarında mübahisə yaranmış və yaranmış mübahisə zəminində əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə bir neçə dəfə vurmuşdur. Hadisə təxminən 15-20 saniyə davam etmişdir və həmin vaxtı orada heç kim olmamışdır. Son olaraq etdiyi əməldən səmimi peşman olduğunu və bir daha bu cür hallara yol verməyəcəyini qeyd edib Zərərçəkmiş şəxs ilə barışdığını və Niyaməddinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağcabədi rayonunda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun bacanağıdır. Özünə məxsus “”Kamaz markalı ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Bakı şəhərində yerləşən daş karxanalırdan rayonlara daş daşımaqla məşğuldur. 2020-ci ilin aprel ayının axırlarında bacanağı Yadigarın qohumları ona bir bağlama verərək Bakı şəhərinə getdikdə sonuncuya çatdırmağnını xahiş etmişlər. xx xxxxx 2020-ci il tarixdə o Bakı şəhərinə gəlmiş və işləri olduğundan həmin gün Niyaməddinlə görüşüb bağlamanı ona çatdıra bilməmişdir. xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, daş karxanasına gedən yolda bacanağı Təqsirləndirilən şəxs ilə görüşüb ona çatası bağlamanı ona vermişdir. Söhbət əsnasında Yadigar bağlamanı ona gec çatdırmasını irad tutmuş, o da həmin vaxt əsəbi olduğundan sonuncuya cavab qaytardıqda aralarında mübahisə yaranmış və yaranmış mübahisə zəmnində Təqsirləndirilən şəxs əlləri ilə onun bədəninin müxtəlif yerlərinə bir neçə dəfə vurmuşdur. Hadisə təxminən 15-20 saniyə davam etmişdir və həmin vaxtı orada heç kim olmamışdır. Son olaraq ərizə ilə məhkəməyə müraciət edib ictimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq sonuncu barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə DİN-ni 102 xidmətinə zənglə müraciət edərək, Yadigarın bibisi oğlu Vadim adlı şəxslə idarə etdiyi “Kamaz” markalı yük maşının qarşısını kəsərək əlində olan bıçaqla onu hədələyərək “Samsung J 1” markalı mobil telefonunu və 500 manat pulunu götürməsini bildirməsinə səbəb Yadigarın onu döyməsinə əsəbləşməsi olmuş, əslində hadisə vaxtı Vadim adlı şəxs orada olmamış və hadisə bağlı DİN-ni 102 xidmətinə zənglə müraciət etdikdən sonra “Samsung J 1” markalı mobil telefonunu və 500 manat pulunu avtomobilin oturacağının alt hissəsindən tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının xx xxxxx 2020-ci il tarixli 317 saylı rəyindən görünür ki, 1976-cı il təvəllüdlü vətəndaş N.B. Abdullayevdə sol qaş nahiyəsinin dərialtı hematoması, sıyrığı, boyun nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs (şəxslər) təsirindən bıçaqla yetirilə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, vətəndaş N.B. Abdullayevdə aşkar olunmuş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar edilmir.(i.v.10-12); Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.19); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx xxx 2020-ci il tarixli cavabından görünür ki, Əhmədov X2 Qarnizonu Hərbi Məhkəməsinin xx xxxxxx 2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin “A” bəndinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxx 1999-cu il tarixli amnistiya qərarının 3.3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. (i.v.41); Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-208/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi və barəsində axtarış elan edilməklə tutulması, tutulduqdan sonra isə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, xx/xx-9410 saylı məktubdan görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə baxışı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ictimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tam olaraq ödədiyini, onunla barışdığını və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışdığından və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbləbinin olmadığından, barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun təqsirini boynuna alması ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, ictimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya ictimai təhlükəli əməli törətmiş şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə ictimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növünün qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, İctimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun təhqiqat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş təhqiqat dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxx 2020-ci il tarixli № 736 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 15 (on beş) iş saatı və xx xxxxxx 2020-ci il tarixli № 1534 saylı order əsasında isə məhkəmədə 20 (iyirmi) iş saatı sadələşdirilmiş icraat materialı üzrə ictimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs təhqiqat zamanı və məhkəmədə göstərilmiş cəmi 35 (otuz beş) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş material üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs təhqiqat zamanı və məhkəmədə göstərilmiş cəmi 35 (otuz beş) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-14/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-14/2021
28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver