Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-14/2023 10.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1982-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il 2 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.3 və 32.4,312.1-ci maddələri ilə, xx.xx.1983-cü ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta- təhsilli, subay, "xxxx" MMC-də kargüzar işləyən, Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 32.5, 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 73-1.2ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 4 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5,178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə qeyrisinin köməkliyi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə qeyrisi və özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini vahid niyyətlə təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi üzrə 30 mart 2020-ci il tarixli, 31K nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə Zəngilan rayonu, Məlikli kəndində qeydiyyatda olmaqla, 1992-ci ilin oktyabr ayında ailəsinin yaşadığı həmin kəndin erməni silahlı qüvvələri tərəfindən işğal olunması ilə əlaqədar yaşayış yerindən məcburi köçkün düşmüş Şahid3 Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin rəhbər vəzifəli şəxsi ilə arasında ““Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə”” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş formada qanuni əsaslarla bağlanmış 30 aprel 2015-ci il tarixli 1/65 saylı kirayə müqaviləsi əsasında kirayəçi qismində sahibliyinə və istifadəsinə verilmiş Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 31 oktyabr 2007-ci il tarixli 2475 nömrəli və 21 fevral 2011-ci il tarixli 1346 nömrəli Sərəncamlarla həmin Dövlət Proqramına edilmiş Əlavənin icrası ilə əlaqədar Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədəki 1 nömrəli çoxmənzilli yaşayış binasının 65 nömrəli, 1 otaqlı mənzildə qızı Şahid2 ilə qanunsuz məskunlaşmış ünvan 5 ünvanında daimi qeydiyyatda olan məcburi köçkün Şahid1 həmin mənzilin özünün sahibliyinə və istifadəsinə verilməsinə dair qeyd edilən Komitənin Mənzil İstismar Departamentinin rəhbər vəzifəli şəxsi ilə arasında eyni qaydada «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi» bağlanmasında köməklik göstərilməsi barədə 2020-ci il aprel ayında özünə etdiyi müraciətlə əlaqədar Şahid1 özünə olan inam və etibarından istifadə edərək Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentində guya yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışı vasitəsilə qeyd edilən məsələni həll etmək imkanına malik olmasını Şahid1 yalandan bildirərək sonuncunu məsələnin həlli yolunu izah etməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktorunun 10 oktyabr 2013-cü il tarixli, 316 nömrəli əmrinə əsasən həmin Departamentin Abşeron rayonu Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin qeydiyyatçı-kargüzarı vəzifəsinə təyin edilmiş və qeyri-rəsmi qaydada rəisi olduğu Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsində köməkçisi kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 yönəldərək sonuncunun vasitəsi ilə, həqiqi niyyəti barədə aldatmaq və etibar qazanmaq üçün söhbətlər apararaq maneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini alıb ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkliyi ilə, məsələnin müsbət həll edilməsi üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs2 və özü vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2020-ci ilin aprel ayında bildirərək Şahid1 inandırmaqla razılığını alaraq sövdələşmiş, həmin niyyətlə 2020-ci ilin aprel ayında Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsinin Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən inzibati binasında Təqsirləndirilən şəxs2 vasitəsilə, yəni sonuncunun köməkliyi ilə Şahid1 1.000 manat və 3.000 manat olmaqla, cəmi 4.000 (dörd min) manat məbləğində maddi nemət olan pul vəsaitini almaqla, habelə, eyni niyyətlə, həmin ünvandakı xidməti otağında Şahid1 dəyəri cəmi 1.000 (bir min) manat olan qızıl boyunbağı və Rus çarı İİ Nikolayın relyefi əks olunmuş 5 rubl nominallı qızıl sikkədən ibarət əmlakını şəxsən alıb, həmin pul vəsaitini və əmlakı öz şəxsi ehtiyaclarına uyğun sərf edərək, törətdiyi cinayət əməllərini gizlətməklə cinayət məsuliyyətindən yayınmaq və özünə olan inamı möhkəmləndirmək niyyətilə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədəki 1 nömrəli çoxmənzilli yaşayış binasının 65 nömrəli, 1 otaqlı mənzilin kirayəçi qismində sahibliyinə və istifadəsinə verilməsinə dair Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentində təsdiq edilməsi görünən 2020-ci il tarixli, 1/65 saylı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ni Təqsirləndirilən şəxs2 vasitəsilə Şahid1 təqdim etməklə sonuncuya məxsus 5.000 (beş min) manat dəyərində pul vəsaiti və əmlakını öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2 köməkliyi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə Təqsirləndirilən şəxs2 və özü vasitəsilə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə Şahid1 vahid niyyətlə təhrik etmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etməsində köməkçi qismində iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə qeyrisi və özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini vahid niyyətlə təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi üzrə 10 oktyabr 2013-cü il tarixli, 316 nömrəli əmrlə Abşeron rayonu, Masazır qəsəbəsi, Mənzil Kommunal İstismar Sahəsinin qeydiyyatçı-kargüzarı vəzifəsinə təyin edilməklə qeyri-rəsmi qaydada həmin Departamentin Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsinin rəisinin köməkçisi kimi fəaliyyət göstərərkən Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi üzrə 30 mart 2020-ci il tarixli, 31K nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 maneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini alıb ona sahiblik edərək Təqsirləndirilən şəxs1 təqdim etməyi qabaqcadan vəd etməklə, sonuncunun vəzifəli şəxs kimi qulluq mövqeyinə görə olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirməsi məqsədilə Zəngilan rayonu, Məlikli kəndində qeydiyyatda olmaqla, 1992-ci ilin oktyabr ayında ailəsinin yaşadığı həmin kəndin erməni silahlı qüvvələri tərəfindən işğal olunması ilə əlaqədar yaşayış yerindən məcburi köçkün düşmüş Şahid3 Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin rəhbər vəzifəli şəxsi ilə arasında “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş formada qanuni əsaslarla bağlanmış 30 aprel 2015-ci il tarixli 1/65 saylı kirayə müqaviləsi əsasında kirayəçi qismində sahibliyinə və istifadəsinə verilmiş Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 31 oktyabr 2007-ci il tarixli 2475 nömrəli və 21 fevral 2011-ci il tarixli 1346 nömrəli Sərəncamlarla həmin Dövlət Proqramına edilmiş Əlavənin icrası ilə əlaqədar Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədəki 1 nömrəli çoxmənzilli yaşayış binasının 65 nömrəli, 1 otaqlı mənzildə Şahid2 ilə qanunsuz məskunlaşmış ünvan 5 ünvanında daimi qeydiyyatda olan məcburi köçkün Şahid1 həmin mənzilin özünün sahibliyinə və istifadəsinə verilməsinə dair qeyd edilən Komitənin Mənzil İstismar Departamentinin rəhbər vəzifəli şəxsi ilə arasında eyni qaydada «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin bağlanmasında köməklik göstərilməsi barədə 2020-ci il aprel ayında Təqsirləndirilən şəxs1 müraciət etməsi və sonuncunun Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentində guya yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni həll etmək imkanına malik olmasını Şahid1 yalandan bildirib məsələnin həlli yolunu izah etməsi üçün onu özünə yönəltməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 həqiqi niyyəti barədə aldatmaq və etibar qazanmaq üçün söhbətlər apararaq məsələnin müsbət həll edilməsi üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2020-ci ilin aprel ayında bildirərək Şahid1 inandırmaqla razılığını alaraq sövdələşib, cinayətin predmeti olan pul vəsaitini alıb sahiblik edərək Təqsirləndirilən şəxs1 təqdim etməsi barədə qabaqcadan verdiyi vədinə uyğun olaraq 2020-ci ilin aprel ayında Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsinin Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən inzibati binasında Şahid1 1.000 manat və 3.000 manat olmaqla, cəmi 4.000 (dörd min) manat məbləğində maddi nemət olan pul vəsaitini alıb Təqsirləndirilən şəxs1 verməklə, həmçinin Təqsirləndirilən şəxs1 eyni niyyətlə, həmin ünvandakı xidməti otağında Şahid1 dəyəri cəmi 1.000 (bir min) manat olan qızıl boyunbağı və Rus çarı İİ Nikolayın relyefi əks olunmuş 5 rubl nominallı qızıl sikkədən ibarət əmlakını şəxsən aldıqdan sonra, Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərini gizlətməklə cinayət məsuliyyətindən yayınmaq və sonuncuya olan inamı möhkəmləndirmək niyyətilə Bakı şəhəri, Qaradağ rayonunun, Müşfiqabad qəsəbəsi ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədəki 1 nömrəli çoxmənzilli yaşayış binasının 65 nömrəli, 1 otaqlı mənzilin kirayəçi qismində sahibliyinə və istifadəsinə verilməsinə dair Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentində təsdiq edilməsi görünən 2020-ci il tarixli, 1/65 saylı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ni şəxsən Şahid1 təqdim etməklə Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə Şahid1 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsində köməkçi qismində iştirak etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü və Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə Şahid1 vahid niyyətlə təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildən 2021-ci ilin iyul ayınadək Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin müxtəlif Mənzil Kommunal İstismar sahələrində işləmişdir. 4 aprel 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək həmin Departamentin Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin rəisi vəzifəsində işləmişdir. Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin rəisi kimi vəzifəsi Mənzil Kommunal İstismar Sahəsinə müraciət edən məcburi köçkünlərin müraciətlərinə baxaraq onların mənzil qeydiyyatının aparılması, arayışların verilməsi və bu kimi sənədləşmələri aparmaqdan ibarət olmuşdur. Rəisi olduğu Müşfiqabad MKİS-in strukturu rəis, bir mühəndis, bir qeydiyyatçı-kargüzar, bir sahə nəzarətçisi, xadimələr (dalandar) və fəhlələrdən ibarət olmuşdur. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi sonuncu dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydalarına əsasən tənzimlənir. Əvvəlki dövrlərdə də eynilə bu qaydalara oxşar məzmunlu qaydalar olmuşdur. Məcburi köçkünlərin ilkin olaraq yeni salınan qəsəbələrə köçürülməsi, yəni məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən həyata keçirilir və bu kütləvi xarakter daşıyır. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2 (iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə, yəni məcburi köçkünə verilir. Kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir. 2020-ci ilin aprel ayında Müşfiqabad MKİS-in rəisi təyin edildikdən sonra özbaşına zəbt edilmiş, satılmış və dəyişdirilmiş mənzilərin boşaldılmasına dair sakinlərə bildiriş göndərmişdir. Elə həmin ərəfədə Şahid1 bildirişi alaraq ona müraciət etmiş, qeyd edilən 1 saylı yaşayış binasının 65 nömrəli mənzilini pul verərək aldığını, təmir etdirdiyini, başqa yaşayış yeri olmadığını bildirərək ona köməklik etməsini xahiş etmişdir. O, Şahid1 qeyd edilən mənzillə bağlı Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə müqavilə bağlanmalı olduğunu, qeyd edilən məsələnin həllinin Departamentin səlahiyyətlərinə aid olduğunu, bununla əlaqədar ona köməklik etməyin mümkün olduğunu bildirmişdir. Lazım olan sənədlərin toplanması ilə əlaqədar məlumat almaq üçün Təqsirləndirilən şəxs2 müraciət etməsini qeyd etmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs2 Şahid1 ona 4.000 manat məbləğdə pul vəsaiti verdiyini bildirdikdə o, həmin məbləği təhvil aımışdır. Mənzil İstismar Departamentinin “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin bağlanması məsələsini həll etmək səlahiyyətləri olan şəxslərlə əlaqə saxlayaraq Şahid1 tənha qadın olduğunu, sonuncuya kömək etmələrini, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkün şəhərciyindəki 1 saylı binanın 65 nömrəli mənzilini pul ilə aldığını, həmin mənzilə dair sonuncu ilə “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin bağlanmasında köməklik etmələrini, onların xəcalətlərindən çıxacağını bildirmişdir. Şahid1 nə o, nə də Təqsirləndirilən şəxs2 pul istəməmişdir. Belə ki, qeyd edilən məsələnin 5.000 manata həll edilməsi Şahid1 qabaqcadan məlum olmuşdur. Belə ki, qeyd edilən müqavilənin bağlanması üçün Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin səlahiyyətli şəxslərinin 5.000 manat məbləğdə pul vəsaitinin qarşılığında “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin bağlanması məsələsini həll etdikləri hər kəsə ümumi məlum olmuşdur. Odur ki, Şahid1 ona müraciət edərək 5.000 manat pul verə bilmədiyini, həmin pulun 1.000 manatının əvəzinə qızıl boyunbağı və 5 rubl nominallı qızıl sikkəni məsələni həll edəcək səlahiyyətli şəxslərə verməsi üçün ona vermişdir. 2020-ci ilin elə aprel ayında qeyd edilən müqavilə bağlanmışdır. Lakin, hazırda xatırlamadığı tarixdə o, Mənzil İstismar Departamentinə iclasla əlaqədar getdikdə oradan Müşfiqabad MKİS-ə aid sənədləri də götürmüşdür. Şahid1 ilə Departament arasında bağlanmış 1/65 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ni də elə həmin vaxt Departamentin dəftərxanasından götürərək Şahid1 təqdim etməsi üçün Təqsirləndirilən şəxs2 vermişdir. Lakin müqavilə hazırlansa da, müvafiq qaydada Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsində qeydiyyata alınmadığına görə Şahid1 verdiyi pul vəsaitini və qızıl əşyaları heç kimə verməmişdir. 2020-ci ilin dekabr ayının sonunda öz ərizəsi ilə işdən çıxmışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq Müşfiqabad MKİS-in yeni təyin edilmiş rəisi X14 Qasımovaya ona verilmiş 1/65 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin saxta olduğunu bildirdiyinə görə sonuncunun verdiyi pul vəsaitini tələb etdiyini bildirmişdir. O, özündə olan 4.000 manat məbləğdə pul vəsaitini Təqsirləndirilən şəxs2 göndərək Şahid1 verməsini sonuncuda olan müqavilənin nüsxəsinin geri gətirməsini tapşırmışdır. Təqsirləndirilən şəxs2 ona Şahid1 qızıl əşyalarını da istədiyini bildirdikdə o, həmin əşyaları İlham adlı əməkdaşı vasitəsilə Şahid1 göndərmişdir. Əlavə olaraq Şahid1 dəymiş zərəri ödədiyini, həmçinin sonuncunun ondan şikayətçi olmadığını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə bildirmişdir ki, təxminən 2020-ci ildə Şahid1 qızı Şahid2 iştirakı ilə əvvəllər çalışdığı Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Təqsirləndirilən şəxs1 xidməti otağına bir neçə dəfə evinin sənədləşməsinin icrası məqsədilə gəlmiş və orada bir qədər söhbət etdikdən sonra yekunda işlərinin həll olunduğunu bildirərək sevincək halda oradan çıxmışlar. O, sonunculardan bu barədə maraqlandıqda Şahid1 ona bildirmişdir ki, adına kirayə müqaviləsinin yazılması üçün Təqsirləndirilən şəxs1 həmin tarixlərdə 4000 manat pul versə də, rəis pulun miqdarı ilə razılaşmamış və sonuncu məcbur qalaraq öz qızıl-zinət əşyalarını 1000 manat əvəzi olaraq Təqsirləndirilən şəxs1 təqdim etmişdir. O, sonuncuları təbrik etmiş və bir neçə ay sonra Təqsirləndirilən şəxs1 ona Şahid1 verməsi üçün təqdim etdiyi 2020-ci il tarixli, 1/65 saylı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ni həmin qadına təqdim etmişdir. O, Şahid1 “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanması üçün onun vasitəsilə Departamentin səlahiyyətli rəhbər vəzifəli şəxsinə 5.000 manat məbləğdə pul vəsaitini rüşvət kimi verməli olduğunu deməmişdir. Habelə Şahid1 ona heç vaxt 4.000 manat məbləğdə pul vəsaiti verməmişdir. Təqsirləndirilən şəxs1 ona xeyli vaxtdan sonra zəng edərək Şahid1 ona təqdim olunan kirayə müqaviləsinin saxtalığı ilə bağlı narazılığının yarandığını və bu səbəbdən ona tanımadığı şəxsin vasitəsi ilə göndərdiyi 5.000 manat pulu Şahid1 təqdim edərək qeyd olunan müqavilənin əslini sonuncudan götürməsini xahiş etmişdir. O, deyilənləri icra edərək 2021-ci ilin əvvəlində Şahid1 yaşadığı köçkün şəhərciyinə gedərək Təqsirləndirilən şəxs1 ona verdiyi 5.000 manat pulu sonuncunun qızı Şahid2 yanında anasına təqdim edib sayının düz olduğuna əmin olduqdan sonra sonuncudan adına olan müqavilənin əslini götürmüşdür. Həmin günün sabahı Şahid1 ona zəng edərək Təqsirləndirilən şəxs1 evinin sənədləşməsi üçün verdiyi qızıllarının 1.000 manat əvəzi olaraq ona qaytarılmasını xahiş etmişdir. O, bu barədə Yusifə məlumat verdikdə sonuncu bu şərti qəbul edərək qızılları sürücüsü olmuş İlham adlı şəxs vasitəsiylə Tamaşaya göndərməklə qızılları 1.000 manat pul ilə əvəzləmişdir. Daha sonra məhkəmə iclasında Təqsirləndirilən şəxs2 məhkəmə iclasında Şahid1 şikayətçi olmadığını nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməl üzrə cinayət təqibinə xitam verilməsini və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağdam şəhərinin qanunsuz erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə əlaqədar Ağdaş rayonuna məcburi köçmüşdür. 2017-ci ildə qızı Şahid2 Bakı Dövlət Universitetinin Biologiya fakultəsinə daxil olduğundan Bakı şəhərinə köçərək kirayə tutduğu evdə yaşamışdır. 1 il sonra qızı Şahid2 Bakı şəhərində tək yaşamaması üçün özü də, Bakı şəhərinə köçərək qızı ilə birlikdə müxtəlif ünvanlarda kirayə tutduğu evlərdə yaşamışdır. 2019-cu ildə ünvan 7 qərarına gələrək evlərlə maraqlandıqda Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkün şəhərciyində məcburi köçkün ailələrinə verilmiş mənzillərin sonuncular tərəfindən ucuz qiymətə satıldığını öyrənmişdir. 2019-cu ilin aprel ayında həmin məcburi köçkün şəhərciyinə getdikdə X3 qeyd edilən şəhərciydəki 1 saylı evin 65 nömrəli mənzilini satdığını bilərək sonuncuya müraciət etmişdir. X5 ilə həmin mənzili 13.000 manata ona satmasına dair razılığa gəlmişdir. 15 aprel 2019-cu il tarixdə X3 ona satdığı Bakı şəhəri, ünvan 8 ünvanında sonuncuya 12.000 manat məbləğdə pul vəsaitini əlbəəl vermiş və 1.000 manat borclu qaldığına dair bir vərəqdə qeyd edərək hər ikisi imzalamışlar. Daha sonra Cahangir Həsənliyə hissə-hissə olmaqla ümumilikdə 1.000 manat borcunu ödəmişdir. Bundan əlavə həmin mənzilə təxminən 10.000 manatdan artıq təmir xərci sərf etmişdir. Həmin evə köçən ərəfədə Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin rəisi Pərviz adlı şəxs olmuşdur. Qeyd edilən mənzilin ona verilməsinə dair müqavilə bağlanması üçün Pərviz adlı şəxsə müraciət etdikdə sonuncu köməklik etməyə çalışacağını bildirmişdir. Lakin Pərviz adlı şəxs ondan hər hansı bir məbləğdə pul vəsaitini rüşvət qismində, habelə başqa ad altında istəməmiş, habelə özü sonuncuya rüşvət təklif etməmişdir. Həmin dövrdə yaşadığı qeyd edilən mənzilə Şahid3 adına məktub gəldikdə ona məlum olmuşdur ki, həmin mənzildə ilkin olaraq Şahid3 ailəsi yerləşdirilmişdir. Bundan sonra 2020-ci ilin əvvəllərində Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin tanımadığı əməkdaşı yaşadığı ünvana gələrək onun həmin İstismar sahəsinə çağırıldığını bildirmişdir. Bu səbəbdən Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinə getdikdə Təqsirləndirilən şəxs1 rəis təyin edildiyini bilmişdir. Sonuncu onu qəbul edərək yaşadığı mənzilin başqa adama verildiyini, həmin evdə qanunsuz yaşadığını və bu səbəbdən evdən çıxmalı olduğunu və ya həmin mənzil ilə əlaqədar Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə müqavilə bağlamalı olduğunu bildirdikdə gedəcək evinin olmadığını, eləcə də həmin evi pul verib aldığını bildirərək sonuncudan köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 köməklik etməsinin mümkün olduğunu, qeyd edilən Departamentlə mənzil kirayəsinə dair müqavilə bağlamasını təşkil edəcəyini, bunun qarşılığı olaraq Departamentin səlahiyyətli rəhbər vəzifəli şəxsinə 5.000 manat məbləğdə pul vəsaitini rüşvət kimi verməli olduğunu bildirmişdir. Qeyd olunanlarla bağlı ətraflı olaraq köməkçisi Təqsirləndirilən şəxs2 ilə söhbət etməsini bildirdiyindən elə həmin gün Təqsirləndirilən şəxs1 otağından çıxaraq Təqsirləndirilən şəxs2 müraciət etdikdə sonuncu Departamentlə onun arasında “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanması üçün özü və Təqsirləndirilən şəxs1 vasitəsilə Departamentin səlahiyyətli rəhbər vəzifəli şəxsinə 5.000 manat məbləğdə pul vəsaitini rüşvət kimi verməli olduğunu bildirmişdir. Həmin vaxt pulu olmadığından ondan tələb olunan 5.000 manat məbləğdə pul vəsaitini verə bilməmişdir. 2020-ci ilin aprel ayında hazırda xatırlamadığı günlərdə qızı Şahid2 ilə Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinə gedərək orada Təqsirləndirilən şəxs2 1000 manat, daha sonra isə 3000 manat olmaqla, hissə-hissə cəmi 4.000 manat məbləğdə pul vermişdir. Daha sonra pulu olmadığından Təqsirləndirilən şəxs1 müraciət edərək məsələni 4.000 manata həll etməsini xahiş etsə də, sonuncu həmin pul vəsaitinin özünə çatmadığını, Departamentin səlahiyyətli rəhbər vəzifəli şəxsinə məhz 5.000 manat məbləğdə pul verməli olduğunu bildirdiyindən 1.000 manat məbləğdə pul vəsaitinin əvəzinə 1972-ci ildə 300 SSRİ rubluna aldığı, təxminən 13 qram 583 əyyarlı “Ərəb boyunbağısı” adlanan qızıl boyunbağını və valideynlərindən ona qalan üzərində Rus çarı İİ Nikolayın relyefi əks olunmuş 5 rubl nominallı qızıl sikkəni Təqsirləndirilən şəxs1 Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin inzibati binasındakı otağında əlbəəl vermiş və sonuncu, həmin qızıl əşyaların fotoşəkillərini çəkərək kiməsə göndərib, telefon vasitəsilə dəyəri barədə söhbət etdikdən sonra həmin qızıl əşyaları qəbul edərək otağındakı metal seyfə qoymuşdur. Həmin gündən demək olar ki, hər ay bir dəfə ya Təqsirləndirilən şəxs1 özünə, ya da Təqsirləndirilən şəxs2 sənədlərin ona verilməsi ilə əlaqədar müraciət etsə də, sonuncular ondan vaxt alaraq, tezliklə müqaviləni verəcəklərini, hazırda yoxlama olduğuna görə işin yubandığını bildirmişlər. 2020-ci ilin sentyabr ayında hazırda xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2 onu Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin inzibati binasına dəvət edərək 2020-ci il tarixli, 1/65 saylı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ni təqdim edərək həmin müqaviləni özündə saxlamasını, heç kimə təqdim etməməsini tapşırmışdır. Hətta o, bununla bağlı idarədə olan qeydiyyat kitabına sənədlərin götürməsinə dair imza etmişdir. Həmin müqavilədə 1-ci yaşayış binasının 65 nömrəli mənzilinin ona verildiyi qeyd edilmişdir. 2020-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs2 onu yenidən həmin inzibati binaya dəvət edərək məskunlaşmaya dair olan xx.xx.2020-ci il tarixli, 123 saylı arayışı təqdim edtmiş, həmin Mənzil Kommunal İstismar sahəsinə təyin ediləcək yeni rəisə qeyd edilən arayışı təqdim etməsini bildirmişdir. Bundan sonra 2021-ci ilin yanvar ayında şəhərciyin Mənzil Kommunal İstismar Sahəsinə yeni rəis təyin edilmiş X12 onu yanına çağıraraq həmin evdə qanunsuz yaşadığını bildirmişdir. O, sonuncuya həmin evdə yaşaması barədə sənədlərinin olduğunu bildirməklə həmin sənədləri təqdim etdikdə sonuncu təqdim etdiyi müqaviləyə baxaraq sənədlərin həqiqəti əks etdirmədiyini demişdir. Bu səbəbdən o, dərhal bu barədə Təqsirləndirilən şəxs2 bildirərək nə üçün ona əsassız sənəd verməsini maraqlandıqda sonuncu həmin sənədi üzə çıxartmalı olmadığını bildirərək həmin müqavilə və arayışın əsillərini özünə geri verərək verdiyi pulu ala biləcəyini söyləmişdir. O, Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşmış və qeyd etdiyi 2020-ci il tarixli, 1/65 saylı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ni və məskunlaşmaya dair olan xx.xx.2020-ci il tarixli, 123 saylı arayışı 2021-ci ilin yanvar ayında yaşadığı evdə qızı Şahid2 yanında Təqsirləndirilən şəxs2 təqdim etmiş, sonuncu isə 4.000 manat pulunu qaytarmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 verdiyi qızıl əşyaları tələb etdiyindən, bir neçə gün sonra tanımadığı şəxs yaşadığı ünvana gələrək həmin qızıl əşyaları özünə qaytarmışdır. Bundan sonra o, heç bir hərəkət etməmişdir və hal-hazırkı vaxta kimi qeyd olunan mənzildə qızı ilə yaşamaqdadır. Əlavə olaraq, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər ödənildiyindən qeyd olunan şəxslərdən şikayətçi olmamasının nəzərə aınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 1986-cı il tarixdə Zəngilan rayonu, Məlikli kəndində anadan olmuş, 1993-cü ildə yaşadığı kəndin qanunsuz erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə əlaqədar Bakı şəhərinə məcburi köçərək Bakı Dövlət Universitetinin Yasamal rayonu ərazisindəki yataqxanasında məskunlaşmışdır. 2013-cü ildə hazırda xatırlamadığı tarixdə ailəsinə Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən yaşayış sahəsi verilmişdir. Belə ki, Bakı şəhəri, ünvan 8 ünvandakı mənzil özünə, ev 4, mənzil 5 ünvandakı mənzil isə anası X6 verilmişdir. Lakin o, anası Nərgiz Bağırova ilə bir mənzildə yaşadığına görə özünə verilmiş mənzili yaşaması üçün qardaşı Xəqani Hüseynova vermişdir. Daha sonra xatırlamadığı tarixdə qardaşı Xəqani Hüseynov həmin mənzili 11.000 manata X1. Cahangir Həsənli özü məcburi köçkün olmasa da, arvadı X10 şəhərindən məcburi köçkün olmuşdur. Bununla əlaqədar özü və arvadı Aylana Hüseynova Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənova ərizə ilə müraciət edərək ünvan 8 ünvandakı mənzilin Xocalı şəhərindən məcburi köçkün Səbriyyə Bedzinovaya verilməsini, anası Nərgiz Bağırova tək yaşadığından onunla Aylana Hüseynovanın anasının yaşadığı ev 4, mənzil 5 ünvanına qeydiyyata alınmasını xahiş etmişlər. X11 da eyni ünvana ərizə ilə müraciət edərək həmin mənzilin onların könüllü razılıqlarına əsasən özünə verilməsini xahiş etmişdir. Lakin qeyd edilən mənzil onun adından çıxarılmamış və onunla bağlanmış müqavilə ləğv edilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Cahangir Həsənli həmin mənzili Ağdam şəhərindən məcburi köçkün olan Şahid1 satmışdır. O, hazırda Şahid1 qonşu kimi tanıyır. Ona sonradan Şahid1 deməsindən məlum olmuşdur ki, həmin mənzilin Şahid1 adına keçirilməsi üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncudan 5.000 manat məbləğdə pul vəsaiti almışlar. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə 17 avqust 2022-ci il, 27 sentyabr 2022-ci il və 27 fevral 2023-cü il tarixlərdə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cildinin 3-cü vərəqəsində olan cinayət işinin başlanması haqqında 31 mart 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 4-5-ci vərəqələrində olan 31 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq Azərbaycan Respublikası CM-nin 308.1, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ********* nömrə üzrə davam etdirilmişdir. Cinayət işinin 1-ci cildinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.3 və 32.4, 312.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi 25 iyun 2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 104-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 32.5, 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2021-ci il tarixli qərarı ilə sonuncu Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 1(012)-437/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il 2 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 32.5,178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 1(105)-704/2021 nömrəli qərarından görünür ki, Abşeron rayon məhkəməsinin 1(012)-437/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilmiş, Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmiş, sonuncunun barəsində Azərbaycan Respublikası CM-in 32.5, 178.2.3-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cİnayət işinə əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarından görünür ki, məhkum Musayev X8 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-437/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3, 32.4 və 312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunduğu 03 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının "8 noyabr-Zəfər günü münasibətilə edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının qüvvəyə mindiyi günədək çəkilməmiş 03 il 02 ay hissəsi 1 il azadılmışdır. Cinayət işinin 1-ci cildinin 188-214-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayǝt işi üzrə törədilmiş əməl Azərbaycan Respublikası CM-in 308.1, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələrindən həmin Məcəllənin 32.5, 178.2.3, 178.2.3, 308.1, 308.2, 311.3.2, 311.3.3, 32.4,312.1 və 313-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 178.2.3 və 32.4,312.1-ci maddələri ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 32.5,178.2.3 və 32.4,312.1-ci maddələri ilə ittiham elan edilmiş, iş materiallarında olan Şahid1 ilkin izahatına əlavə etdiyi 2020-ci il tarixli, 1/65 saylı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"nin surəti, Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentindən daxil olmuş 11 aprel 2022-ci il tarixli 170 nömrəli məktuba əlavə edilmiş 30 aprel 2015-ci il tarixli, 1/65 saylı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"nin surəti, Şahid1 ifadəsinə əlavə etdiyi 01 ədəd CD disk istintaq zamanı sübut əhəmiyyəti kəsb etməklə üzərində cinayətin əlamətlərini əks etdirdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 3-6-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 34-35-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi barədə 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 41-44-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 70-71-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi barədə 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmişdir. Cinayət işin əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs Şahid1 13 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır., ona dəymiş ziyan tam ödənilmişdir. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin 2-ci cildinin 39-cu vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı var. Cinayət işinin 2-ci cildinin 76-cı vərəqəsində olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı var. Cinayət işinin 2-ci cildinin 78-ci vərəqəsində olan Abşeron rayon MKİS tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli 0638 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Zəngilan rayonundan məcburi köçkündür, ünvan 10 ünvanda müvəqqəti məskunlaşmışdır. Cinayət işinin 1-ci cildinin 188-214-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayǝt işi üzrə törədilmiş əməl Azərbaycan Respublikası CM-in 308.1, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələrindən həmin Məcəllənin 32.5, 178.2.3, 178.2.3, 308.1, 308.2, 311.3.2, 311.3.3, 32.4,312.1 və 313-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 178.2.3 və 32.4,312.1-ci maddələri ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 32.5,178.2.3 və 32.4,312.1-ci maddələri ilə ittiham elan edilmiş, iş materiallarında olan Şahid1 ilkin izahatına əlavə etdiyi 2020-ci il tarixli, 1/65 saylı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"nin surəti, Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentindən daxil olmuş 11 aprel 2022-ci il tarixli 170 nömrəli məktuba əlavə edilmiş 30 aprel 2015-ci il tarixli, 1/65 saylı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"nin surəti, Şahid1 ifadəsinə əlavə etdiyi 01 ədəd CD disk istintaq zamanı sübut əhəmiyyəti kəsb etməklə üzərində cinayətin əlamətlərini əks etdirdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin İ cildinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş CD diskdə olan audio səs yazıları dinlənilərkən müəyyən olunmuşdur ki, "PHOTO-2022-05-12-11-40- 27" faylda əks olunan yazışmadan Şahid1 Təqsirləndirilən şəxs2 göndərdiyi “Salam müdirlə danışdınız? Sənədlə bağlı nə dedi?" məzmunlu ismarıca sonuncu cavab olaraq "Gəlmişdi. Amma sizə ayın axırına söz vermişdik. İnşallah, sağlıq olsun, gətirən kimi çağıracam sizi." məzmunlu ismarıc göndərmişdir. "PHOTO-2022-05-12-11-40-28" faylda əks olunan yazışmadan görünür ki, 19 avqust 2020-ci il tarixdə Şahid1 Təqsirləndirilən şəxs2 göndərdiyi "Qızım danışdın, nə oldu?" məzmunlu ismarıca sonuncu cavab olaraq "Dediyim kimi, yoxlama gəlsin, artıq Masazır qurtarıb, gəlsin, 1-ci bina sizsiz, qurtarsın veriləcək" məzmunlu ismarıc göndərmişdir. "AUDİO-2022-05-12-11-36-56" adlı audio faylda Təqsirləndirilən şəxs2 Şahid1 göndərdiyi "Salam, axşamınız xeyir Tamaşa xala nətərsiniz? Tamaşa xala gec gəldi Yusif müəllim, elə soruşdum dedi ki, yoxlama olacaq, o olsun qurtarsın verəcəm narahat olmasın. İstəsən sabah saat 3-dən sonra özü gələcək işə, gəl özü ilə danış. Yəni mən soruşdum dedi ki, yoxlama var, olsun qurtarsın verəcəm. Ona görə qaldı belə. Qoy yoxlama olsun qurtarsın sonra verəcək. Əgər istəsən özün 3dən sonra gəl, 3-dən sonra orda olacaq." məzmunlu səsli ismarıcı qeydə alınmışdır. "AUDİO-2022-05-12-11-36-57" adlı audio faylda Şahid1 Təqsirləndirilən şəxs2 göndərdiyi "Axşamın xeyir qızım, yaxşı, Allah səndən razı olsun, sabah saat 3-də 4-ə işləyəndə özüm gələrəm oturub əməlli başlı söhbət edərik. Yenə bir balaca ürəyim sakitləşdi. Qoy yoxlama da qurtarsın, təki mənim işim düzəlsin, bir gün, iki gün gecliyin eybi yoxdur. Təki o sənədi mən əlimə alım. Sağol qızım, Allah razı olsun səndən." məzmunlu səsli ismarıcı qeydə alınmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli, 268131/21-1/3-14142/17 məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-437/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-264/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 1 (bir) il müddətinə azaldılmışdır. Hal-hazırki günədək məhkum Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasının 01 il 08 ay 07 günü icra edilmiş, 03 ay 27 gün hissəsi çəkilməmişdir. Həmçinin məhkuma əsas cəza olaraq təyin edilmiş 03 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 07 ay 11 gün hissəsi icra edilmiş, 06 ay 19 gün hissəsi çəkilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin Qaradağ filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 24205 saylı və xx.xx.2023-cü il tarixli, 22477 saylı qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət işi ilə əlaqədar dəymiş ziyanın 25%-ni yəni, ümumilikdə 1252 manat məbləğində pul vəsaitini X2 hesabına ödəmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin məhkəmə baxışı zamanı verdiyi ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 qulluq mövqeyindən istifadə etməklə qeyrisinin köməkliyi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə qeyrisi və özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini vahid niyyətlə təhrik etmə, Təqsirləndirilən şəxs2 isə vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etməsində köməkçi qismində iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə qeyrisi və özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini vahid niyyətlə təhrik etmə cinayətlərini törətməlini tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 32.4,312.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri həmin Məcəllənin 32.5,178.2.3 və 32.4,312.1-ci maddələri ilə tövsif edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli, Təqsirləndirilən şəxs2 isə 32.5,178.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətmələrinə dair cinayət təqibinə xitam verilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-14/2023 saylı, 10 iyul 2023-cü il tarixli qərar nəzərə alınmalı, onlar 32.4,312.1-ci maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi-beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan övladının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən dəymiş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, törətdiyi əməldən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin vəzifələrindən biri CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Probasiya İdarəsinin 21 iyun 2023-cü il tarixli məktubunda qeyd edilən, Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı 10 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, digər Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan övladının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətdiyi əməldən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və onun üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şahid1 ilkin izahatına əlavə etdiyi 2020-ci il tarixli, 1/65 saylı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"nin surəti, Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentindən daxil olmuş 11 aprel 2022-ci il tarixli 170 nömrəli məktuba əlavə edilmiş 30 aprel 2015-ci il tarixli, 1/65 saylı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"nin surəti, Şahid1 ifadəsinə əlavə etdiyi 01 ədəd CD disk və ittiham aktı olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 işə qoşularaq 48 (qırx səkkiz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-14/2023 saylı, 10 iyul 2023-cü il tarixli qərarı nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.1ci maddələri ilə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 1(012)-437/2021 saylı hökmü ilə təyin edilmiş 03 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 02 il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasının çəkilməmiş hissəsi qəti cəza müddətinə hesablanaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-264/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarı ilə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il müddətinə azaldılması nəzərə alınmaqla onun üzərində qəti olaraq 03 ay 08 gün müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Probasiya İdarəsinin 21 iyun 2023-cü il tarixli məktubunda qeyd edilən, Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı 10 noyabr 2022-ci il tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,178.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-14/2023 saylı, 10 iyul 2023-cü il tarixli qərarı nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.1ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 ilkin izahatına əlavə etdiyi 2020-ci il tarixli, 1/65 saylı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"nin surəti, Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentindən daxil olmuş 11 aprel 2022-ci il tarixli 170 nömrəli məktuba əlavə edilmiş 30 aprel 2015-ci il tarixli, 1/65 saylı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"nin surəti, Şahid1 ifadəsinə əlavə etdiyi 01 ədəd CD disk və ittiham aktı olan 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə onu aldığı andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-14/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-14/2023
10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver