Məhkəmə qərarları › İş №1(002)-14/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-14/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-14/2024 22.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1996-cı ildə Füzuli şəhərində anadan olmuş, fərdi əməklə məşğul olan, Azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Horadiz qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı X3 ilə özgə əmlakını gizli yolla talamaq məqsədilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Meyvəli ticarət mərkəzinin çıxışı ilə üzbəüz yolun digər tərəfində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “İveco” markalı DD-437-VD Gürcüstan Respublikası dövlət qeydiyyat nömrə nişanlı evakuatorun arxa hissəsinə bərkidilmiş, avtomobillərin evakuatora yüklənməsi üçün nəzərdə tutulmuş, pilləkən funksiyasını həyata keçirən, avtomobilin ehtiyyat hissəsi sayılan, hər biri 140(yüz qırx) manat dəyərində 2(iki) ədəd 2,5 metr uzunluğunda alüminium lövhəni vahid niyyətlə gizli yolla talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 280 (iki yüz səksən) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Fəxrəddin Vəliyevi uzun müddətdi ki, tanıyır, onunla birlikdə Meyvəli TM-də fəhləliklə məşğul olurmuş. Tarixini unutduğu vaxtda Fəxrəddin Vəliyev ilə işdə olan zaman Meyvəli TM-də yerləşən kafedə spirtli içki qəbul etmişlər. Həmin gün təxminən saat kafedən çıxdıqdan sonra Meyvəli TM ilə üzbəüz yolun digər tərəfində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında yük avtobilinin durduğunu və onun arxa hissəsində metal pilləkən olduğunu görmüşlər. Daha sonra həmin pilləkənləri oğurlamağa qərar vermişlər. Müəyyən qədər ətrafa baxdıqdan sonra avtobilə yaxınlaşaraq, avtomobilin arxa hissəsinə qoşulu olan 2 ədəd metal pilləkəni oğurlayaraq oradan uzaqlaşmışlar. Daha sonra oradan təsadüfən keçən taksilərdən birini dayandıraraq yükləri avtomobilə yükləyərək Bayılda yerləşən metal qəbulu məntəqəsinə çataraq hər iki pilləkəni metal qəbulu məntəqəsinə satmışlar. Törətdiyi əməldən peşmandır.Zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İsmayıl və Fəxrəddin adlı şəxsəri əvvəlcədən tanımayıb, onlarla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. O, 6 aydır ki, “İveco” markalı DD- 437-VD Gürcüstan Respublikası dövlət qeydiyyat nömrə nişanlı evakuatoru etibarnamə əsasında idarə edərək, Bakıdan Gürcüstan Respublikasına minik avtomobilləri aparır, həmçinin Gürcüstan Respublikasından Bakı şəhərinə gətirir.Evakuatorlara avtomobilləri yükləmək üçün arxa hissəsinə bərkildilmiş pilləkən funksiyasını həyata keçirən 2 ədəd 2,5 metr uzunluğunda alüminium lövhələr olur. O, xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində idarə etdiyi evakuatoru Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi Meyvəli ticarət mərkəzi ilə üzbəüz yolun digər tərəfində yeləşən “ABU” yanacaq doldurma məntəqəsinə çatmamış boşluq ərazidə saxlayaraq şəxsi işləri ilə məşğul olmaq üçün oradan uzaqlaşmışdır. Həmin gün işlərini bitirdikdən sonra, saat 19:00 radələrində avtmobilin olduğu yerə yaxınlaşmışdır. Bu zaman avtomobilin arxa hissəsində olan pilləkən funksiyasını həyata keçirən 2 ədəd 2,5 metr uzunluğunda alüminium lövhələrin yerində omadığını, oğurlandığını aşkar etmişdir. Daha sonra isə baş verən hadisə ilə əlaqədar DİN-in 102 Xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona hər bir alüminium lövhənin qiyməti 200 manat olmaqla ümumilikdə 400 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən “ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı metal qəbulu məntəqəsində işləyir. Tarixini unutduğu vaxtda işdə olan zaman bir nəfər şəxs metal qəbulu məntəqəsinə yaxınlaşaraq 2 ədəd alüminium lövhə alduğunu və onu satmaq istədiyini bildirmişdir.O həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini ondan almışdır. Həmin alüminium lövhələrin çəkisi və qiyməti tərəfindən müəyyən edildikdən sonra həmin şəxs ilə razılaşmışlar. Həmin metal lövhələri götürərərək Fəxrəddin adlı şəxsə pulunu ödəmişdir. Polis əməkdaşları işlədiyi metal qəbulu məntəqəsinə gəldikdən sonra metal lövhələrin oğurluq olduğunu bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz evdə yaşayır. Etibarnamə əsasında idarə etdiyi “Toyota corolla” markalı, **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə “Bolt” taksi şirkətində sürücü kimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində yaşadığı Xocahəsən qəsəbəsinə gedən zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” TM-in yaxınlığından keçərkən 2(iki) nəfər şəxs əl hərəkəti edərək onu dayandırmışdır. O, həmin şəxslərin kim olmasını bilmirmiş.Həmin şəxslərdən nisbətən uca boy olan, avtomobili dayandırdıqdan sonra ona yaxınlaşaraq yükəri olduğunu həmin yükü 20-ci sahəyə aparmağını istəmişlər. O, həmin şəxslərin yükünü 20-ci sahəyə aparmaq və onları geri gətirmək üçün 15 manat qarşılığında onlarla razılaşışdır. Həmin şəxslər idarə etdiyi avtomobilə metal yükləyəcəklərini bildirən zaman onlardan metalı haradan əldə etdiklərini soruşmuşdur. Bu zaman nisbətən uca boy olan adı ona sonradan məlum olan Fəxrəddin adlı şəxs ona evakuatoru göstərərək həmin evakuatorun onun olduğunu həmin metalın yenisini aldığı üçün işlənmiş olanı satmağa apardığını bildimişdir. O, bu zaman ona görə onlardan şübhələnməmişdir ki, hər iki şəxs avtomobilinə yükləmək istədikləri metalları məhz göstərilən evakuatora söykəmişdilər. Bundan əlavə o, avtomobilini düz evakuatorun yanına sürmüşdür. Daha sonra həmin metallar avtomobilinə yükələnmiş və 20-ci sahədə yerləşən metal qəbulu yerinə getmişlər. Həmin metalları satdıqdan sonra o, hər iki şəxsi yenidən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli TM-in yaxınlığına gətirərək 15 manat pulunu almış və oradan yaşadığı evə qayıtmışdır.xx.xx.2023-cü il tarixdə polis əməkdaşları istifadəsində olan mobil nömrəyə zəng edərək oğurluq hadisəsi olduğunu onun avtomobili ilə oğurlanan əmlakların aparıldığını bildirmişlər. O, polis bölməsinə yaxınlaşmış və həmin metalların satıldığı metal qəbulu məntəqəsini polis əməkdaşlarına göstərmişdir. İş materiallarında olan məhkəmə ekpertizasının xx.xx.2023-cü il tarixli, 9/1559 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 02 ədəd, 2.5 metr uzunluğunda avtomobillərin evakuatora yüklənməsi üçün nəzərdə tutulmuş alüminium lövhələrin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 280.00 (02 ədəd x 140.00) manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, metal qəbulu məntəqəsini işlədən Şahid1 tərəfindən təqdim edilmiş 2(iki) ədəd metal lövhəyə Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı, polis kapitanı Orxan Ocaqov tərəfindən baxış keçirilmişdir. Həmin predmetlərə baxış keçirən zaman müəyyən edilmişdir ki, 2(iki) ədəd metal lövhə 2.5 metr uzunluğunda 60 santimetr enindədir və üzərlərində deşiklər vardır. Baxış keçirilmiş predmetlər Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı, polis kapitanı Orxan Ocaqov tərəfindən götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokodan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs 02 ədəd, 2.5 metr uzunluğunda avtomobillərin evakuatora yüklənməsi üçün nəzərdə tutulmuş alüminium lövhə təqdim edilmişdir. Zərərçəkmiş şəxs təqdim edilən əşyaları tanıyaraq bildirmişdir ki, həmin əşyalar ona məxsusdur, Təqsirləndirilən şəxs və X3 tərəfindən oğurlanmışdır. İş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs və X3 tərəfindən oğurluq yolla əldə edilmiş, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 02 ədəd, 2.5 metr uzunluğunda avtomobillərin evakuatora yüklənməsi üçün nəzərdə tutulmuş alüminium lövhələr cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarından görünür ki, 02 ədəd, 2.5 metr uzunluğunda avtomobillərin evakuatora yüklənməsi üçün nəzərdə tutulmuş alüminium lövhələr cinayət üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 18 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 20 fevral 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuş və həbsdə olması nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həmin cəzanın çəkilməmiş hissəsi 10(on) ay 5(beş) gün müddətində azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəza müddətini çəkib qurtardığı üçün azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək aralarında barışıq əldə olunmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimaitəhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, vurulmuş ziyanın miqdarını, dəymiş ziyanın ödənilərək zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının ən yuxarı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxanıldığı 02 (iki) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd, 2.5 metr uzunluğunda avtomobillərin evakuatora yüklənməsi üçün nəzərdə tutulmuş alüminium lövhələrin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərcinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirləndiirilən şəxs X1 tutulması nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilməlidir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 50 (əlli) manat ekspertiza xərcinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirləndiirilən şəxs X1 tutulması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd, 2.5 metr uzunluğunda avtomobillərin evakuatora yüklənməsi üçün nəzərdə tutulmuş alüminium lövhələrin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar