Məhkəmə qərarları › İş №1(002)-14/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-14/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-14/2025 25.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, X1, Müdafiəçi iştirakları ilə, 20,07.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 24 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən hal hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0.229 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 27 yanvar, saat 17:15 radətərində Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, 1 nömrəli binanın qarşısında saxlanılaraq 10-eu PŞ-nə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş təmiz çəkisi 0.229 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. Tarixini unutduğu vaxtda günorta radələrində Müşfiqabad qəsəbsəində mərkəzi küçədə dayanacaqda olarkən ona iki nələr mülki geyimli şəxs yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət etmişlər. Polis bölməsində üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edilmişdir.Tutulan zaman üzərində heç bir narkotik vasitə olmamışdır.Ona verilmiş ittihamla razı deyil.Ona görə də barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq polis bölməsində ona qarşı heç bir zorakı hərəkətlər edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, 27 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Nıkolayeviçin narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında şöbənin sahə inspektoru polis baş leytenantı Şahid2 ilə birlikdə Müşfiqabad qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində saxlanılaraq Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində A.N.Lilvinenkonun üzərində baxış və keçirmə aparılarkən o, əynində olan şalvarının sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bir büküm narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə içərisində qəhvəyi rəngli toz şəklində maddə zərfə qoyularaq möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ona verilmiş sullara cavab olaraq polis şöbəsində Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilmədiyini və narkotik vasitənin onun üzərindən aşkar edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin sahə inspektoru Şahid2 eyniməzmunlu ifadə verərək Şahid1 ifadəsindəki xüsusatları bir daha təsdiq etmişdir. İş materillarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi Axtarış və Götürmə” protokoluna əlavə edilmiş 01 ədəd kompakt diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçi X4, Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid2 iştirakları ilə şəxsi axtarış keçirilir. Təhqiqatçı Təqsirləndirilən şəxsna üzərində qeyri-qanuni hər hansı predmet varsa təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim edir. Daha sonra həmin bükümün içərisinə baxış keçirilərkən qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin “kokos” olduğunu, həmin narkotik vasitəni Hökməli qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirir.Daha sonra Təqsirləndirilən şəxs təyin edilmiş vəkil ona təzyiq olunub-olunmamsı barədə soruşur və Təqsirləndirilən şəxs ona heç bir təzyiq olunmadığını və narkotik vasitənin özünə məxsus olmasını bildirir.Bundan sonra həmin büküm zərfə qoyularaq qablaşdırılır. İş materiallarından görünür ki, ********* saylı cinayət işi 28 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234,1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi iiə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham dan edilmiş və həmin tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 06 fevral 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və sonuncu xx.xx.2024-cü il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materillarında məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2024-cü il tarixli, 3-16-16/2- 6/719 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs Nıkolayeviçin üzərindən aşkar olunmuş büküm...»yazı və imzalar olan zərfdə İ ədəd bükümdə təmiz çəkisi 0.229 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 12 iyun 2024-cü il tarixli, 4183 saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs X3 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarından görünür ki, Təqsirləndirilən şəxsnun üzərindən aşkar edilərək götürülmüş 0.229 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və qalıq çəkisi 0,179 qram hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materillarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 24 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 30 aprel 2024-cü il tarixdən heablanmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlini etiraf etməyərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə ifadə versə də, həmin əməl işin faktiki halları, şahid ifadələri və axtarış-baxış istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı videogörüntü ilə təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, iş materillarında olan axtarış-baxış istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı videogörüntüdən də göründüyü kimi Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəniin özünə məxsus olduğunu və ona təyin edilmiş müdafiəçinin sualına cavab olaraq polis şöbəsində heç bir təzyiqə məruz qalmadığını bildirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq, daxili inamını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər məhkum edilməsini, hal-hazırda eyni əmələ görə məhkum olunaraq azadlıqdan məhrumemə növündə cəza çəkməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir.Ona görə də Təqsirləndirilən şəxs cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə müəyyən olunmuş tutma altında olduğu 06 (altı) gün və hazırkı iş üzrə tutma altında olduğu olduğu 02 (iki) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın əvvəlindən, yəni 30 aprel 2024-cü il tarixdən hesablanmaldır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0.179 qram narkotik vasitə heroin məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 47 (qırx yeddi) saata görə 282 (iki yüz səksən iki) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki cəza ilə qismən toplanılmaqla ona 02 (iki) il 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 08 (səkkiz) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Cəzasının əvvəli 30 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0.179 qram narkotik vasitə heroin məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 47 (qırx yeddi) saata görə 282 (iki yüz səksən iki) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar