Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-140/2023 23.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X4, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X8 istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,472 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 18 noyabr 2022-ci il tarixdə, saat 17:50 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitə və digər güclü təsiredici maddələrin istifadəsində şübhəli olduğu üçün Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən yeraltı keçidin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş, polis bölməsində xidməti otaqda onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd selofan kəsiyinə bükülmüş, təmiz çəkisi 0,472 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 18 noyabr 2022-ci il tarixdə saat 15.00 radələrində Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən yeraltı keçiddən keçib gedərkən yerdə sellofana bükülmüş büküm diqqətini cəlb etmişdir. O, həmin bükümü götürmüşdür. İçərisində narkotik vasitə olan kakos aşkar etmişdir. Həmin vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18.00 radələrində həmin keçiddən keçib gedərkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra onu 11-ci polis bölməsinə gətirmişlər. Bölmədə üzərinə axtarış keçirilən zaman ona üzərində qanunsuz nə varsa, təqdim etməsi təklif edilmişdir. O da həmin vaxt əynində gödəkçənin cibindən sellofana bülülmüş narkotik vasitəni təqdim etmişdir. Törətdiyi əməldən peşmandır.İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Himayəsində iki azayaşlı uşağı var.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 11-ci polis bölməsinin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 18 noyabr 2022-ci il tarixdə saat təxminən 17:50 radələrində bölmənin əməliyyat müvəkkili Şahid3 ilə xidməti ərazidə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb Salyan yolu küçəsində yerləşən yeraltı keçidin yanında ona yaxınlaşıb özlərini təqdim etmişlər. Xarici görkəmindən və özünü aparmağına görə narkotik vasitə qəbul etməsindən şübhələnmişlər. Buna görə də ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması və üzərində narkotik vasitə heroin gəzdirməsi ilə əlaqədar Qaradağ RPİ-nin 11-ci PB-nə getməli olduğunu demişlər. Bölmədə vəkilin iştirakı ilə axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla gəzdirilməsi qadağan olunan əşya, maddə, predmet olub-olmaması barədə sual verilib, qanunsuz nəsə olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən selofan kəsiyinə bükülmüş bir büküm kütləni təqdim etmişdir. O, həmin bükümün içərisindəkinin narkotik vasitə heroin olmasını, kakos kimi tanıdığını demişdir. Büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 11-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində narkotik vasitə heroin gəzdirməsi şübhəli olduğu üçün 18 noyabr 2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci polis bölməsinə gətirilmişdir. Şəxsi axtarışbaxışla bağlı video çəkilişi o həyata keçirmişdir. Polis bölməsində xidməti otaqların birində vəklin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla gəzdirilməsi qadağan olunan əşya, maddə, predmet olub-olmaması barədə sual verilmiş və hər hansı qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən selofan kəsiyinə bükülmüş bir büküm kütləni təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin kakos kimi tanıdığı narkotik vasitə heroin olmasını, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində, yeraltı keçiddən yerdən tapmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. İş materillarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi Axtarış və Götürmə” protokoluna əlavə edilmiş 01 ədəd DVD formatında diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci polis bölməsində X4 üzərinə müdafiəçi X5 və Qaradağ RPİ-nin 11-ci polis bölməsinin sahə inspektoru Şahid2, həmin bölmənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 oğlunun iştirakları ilə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən X3 üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmadığı soruşulur. Bu zaman X8 əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən sellofan kəsiyinə bükülmüş bir bükümü çıxarıb masanın üzərinə qoyub içərisində narkotik vasitə kakos olduğunu, və həmin maddəni keçidin Qobustan qəsəbəsində keçidin yanından tapdığını bildirir. Bundan sonra həmin büküm açılır, bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunur. Daha sonra X4 üzərinə şəxsi axtarış keçirilir, lakin üzərindən hər hansı bir əşya aşkar olunmur. X4 üzərindən aşkar olunaraq götürülmüş maddə zərfə qoyularaq möhürlənir, bu barədə protokol tərtib olunur, zərfin üzərinə və protokola imzalar edilir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının 19 noyabr 2022-ci il tarixli, 6/6648 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6648” möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş ” və s. sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,472 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsin 09 dekabr 2022-ci il tarixli, 7501 nömrəli rəyindən görünür ki, X6 opioidlərdən və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülülür. İş materillarından görünür ki X3 aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,472 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq 0,422 qram çəkidə narkotik vasitə olan heroin saxlanması üçün maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki X2 məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, X8 xx.xx.2022 il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, X4 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. X4 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. X4 ilk dəfə cinayət əməli törətməsi, əməlini səmimi etiraf etməsi və səmimi peşmançılığı, himayəsində iki azyaşlı uşağının olmasıı cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. X4 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X7 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən X4 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən X7 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0.422 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə 55 manat (əlli beş) manat ekspertiza xərci X3 tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı X7 göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. X4 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası X4 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 0.422 qram narkotik vasitə heroin məhv edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən X7 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 55 manat (əlli beş) manat ekspertiza xərci X3 tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı X7 göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-140/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-140/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver