Məhkəmə qərarları › İş №1(002)-140/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-140/2025

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-140/2025 26.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci il Kürdəmir rayonu Dəyirmanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, Kürdəmir rayonu Dəyirmanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan bir ədəd metadon həbini əldə edib üzərində daşımaqla saxlamış, Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 07 noyabr 2024-cü il tarixdə, saat 13.00 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılıb üzərində yoxlama aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən üzərində «Methadone 40» göstəricisi olan blister kəsiyində bir ədəd açıq-qəhvəyi rəngli təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən narkotik vasitə «F/M 40» göstəricili narkotik vasitə metadon dərman həbi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 02 ədəd bükümdə 0,241 qram çəkidə ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, 31 dekabr 2024-cü il tarixdə saat, 03 radələrində Bakı şəhəri Nərimanov rayonu X11 küçəsi 123 ünvanının qarşısında özünü şübhəli apardığı üçün Nərimanov RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq ünvan 6 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,162 qram, 0,079 qram olmaqla ümumi təmiz çəkisi 0,241 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,608 qram çəkidə ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə 17 fevral 2025-ci il tarixli qərarla barəsində axtarış elan olunduğu üçün Nizami Rayon Polis İdarəsinin 25-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 18 mart 2025-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzinin qarşısında saxlanılıb həmin günü saat 01 radələrində ünvan 8 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilib həmin şöbədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən, bir ədəd bükümdə, təmiz çəkisi 0,608 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Kürdəmir rayonunda iş tapa bilmədiyinə görə işləmək üçün Bakı şəhərinə gəlmişdir. 07 noyabr 2024-cü il tarixdə əmisi oğlu Kəramət və tanışı Abduləli ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazsində görüşüb söhbət edən zaman polis əməkdaşı onlara yaxınlaşıb üstlərini yoxlamağı təklif etmişlər. Onun üstü yoxlanan zaman o, əynində olan şalvarın cibindən bir ədəd dərman həbini çıxarıb təqdim etmişdir. Bundan sonra 2024-cü ilin dekabr ayında gecə radələrində Nərimanov rayonu ərazisində olarkən əynində polis forması olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib, ondan özü haqqında məlumat verməyi istəmişlər. Həmin vaxt üzərində narkotik vasitə və psixotrop maddə olduğuna görə o, həyəcanlanmış və onların suallarına cavab verməkdən yayınaraq ərazini tərk etməyə çalışmışdır. Bu zaman polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərində olan 04 (dörd) ədəd bükümdə narkotik vasitə və psixotrop maddəni təqdim etmişdir. Sonuncu dəfə isə 2025-ci ilin mart ayında “20 Yanvar” stansiyasının yaxınlığında üzdən tandığı, barəsində heç bir məlumatı və istifadəsində olan mobil nömrəsini bilmədiyi şəxsə 10 manat pul verib şəxsi istifadəsi üçün bir bükümdə psixotrop maddə metemfetamin alıb üzərində saxlamışdır. Daha sonra şəxsi işləri ilə ələqədar olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzinin yaxınlığına getmişdir. Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən 18 mart 2025-cı il tarixdə gecə radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzinin qarşısında onu saxlayaraq Nizami RPİ-yə gətirilmişdir. Pois İdarəsində olarkən polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu demiş və cibindən çıxarıb təqdim etmişdir. O, son olaraq çıxışında törətdiyi əməldən peşman olduğu bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, Şahid2 ifadəsində göstərmişdir ki, X3, Təqsirləndirilən şəxs və X2 hadisə baş verənə kimi tanımamış, onlarla ədavəti olmamışdır. 07 noyabr 2024-cü il tarixdə Nizami RPİ-nin NMB-nə Bakı şəhərində yaşayan «Abduləli» adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin saxlanması və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Abduləli Hüseynovun olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Rəhbərlik tərəfindən verilmiş əmrə əsasən Nizami RPİ-nin NMB-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. 07 noyabr 2024-cü il tarixdə saat günorta radələrində Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri ilə birlikdə Abduləli Hüseynovun olması ehtimal edilən ünvan 10 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Abduləli Hüseynova oxşar bir şəxsin digər iki şəxslə birlikdə piyada gəldikləri müəyyən edilmişdir. Qeyd olunan üç nəfərə yaxınlaıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Həmin şəxslər özlərini təqdim etmişlər. Qeyd olunan üç nəfər əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişlər və qeyd olunan ünvanın yaxınlığında yerləşən söhbətgahda həmin 3 şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd, üzərində «M40» yazısı olan qəhvəyi rəngli dərman həbini, həmin şalvarın arxa sağ cibindən bir ədəd, üzərində “Huawei” yazısı olan mobil telefonu çıxarıb təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi həbin narkotik vasitə metadon olduğunu, üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən aldığını, narkotik asılılığından qurtarmaq üçün müalicə kimi özü istifadə etdiyini qeyd etmişdir. Sonra aşkar olunmuş həmin həb sübut əhəmiyyəti kəsb etdiyindən içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid4 oğlu Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, Tərəfindən aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində Nizami RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilən şəxs, qətimkan tədbirinin tələblərini pozduğuna görə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzinin qarşısında olması müəyyən edilmişdir. 17 mart 2025-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili Şahid7 Zabit oğlu ilə birlikdə qeyd olunan əraziyə yollanmışlar. 18 mart 2025-ci il tarixdə saat 00:30 radələrində qeyd olunan ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Qeyd olunan şəxsə yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs barəsində elan edilmiş axtarış qərarı ilə tanış edilmiş və Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdəki maddəni təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal hissəciklərdən ibarət maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin «patı» kimi tanıdığı psixotrop maddə olduğunu, həmin maddəni öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş 01 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Zabit oğlu da eyni məzmunlu ifadə verərək Şahid6 dediklərini təsdiqləmişdir. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, 31 dekabr 2024-cü il tarixdə gecə radələrində postaçı yoldaşı Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri X4 ilə ərazidə xidmətdə olduqları zaman Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində özünü şübhəli aparan bir nəfər şəxsi görmüşlər. Həmin şəxsə yaxınlaşıb özünü təqdim etməsini istəmişlər. Qarşılığında həmin şəxs qeyri odekvat hərəkətlər edərək verilən suallara cavab vermədiyindən həmin şəxsin narkotik vasitənin təsiri altında olmasından və üzərində hər hansı qanunsuz predmet olmasından şübhələnərək həmin şəxsi Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Müdafiəçisinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçının müvafiq təklifinə uyğun olaraq Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan torbanı çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs, həmin torbada narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd büküm bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 da eyni məzmunlu ifadə verərək Şahid8 dediklərini təsdiqləmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 01 fevral 2025-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X5 tərəfindən ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrılaraq istintaqı aparılmışdır. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 08 noyabr 2024-cü il tarixdə Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və həmin tarixdə də istintaq aidiyyəti üzrə göndərildiyindən İŞ-nin baş müstəntiqi Cəmşid Sadıqovun icraatına qəbul edilməklə istintaqı aparılmışdır. İş materiallarından görünür ki, 07 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Muxtar Muxtarov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 07 noyabr 2024-cü il saat 13:30-dan hesablanmışdır. İş materiallarından görünür ki, 09 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi Cəmşid Sadıqov tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 09 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən ötrü Nizami rayon məhkəməsinə təqdimat verilməsi üçün Nizami rayon prokurorluğuna vəsatət verilmiş, lakin Nizami rayon prokuroru baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərar qəbul edildiyindən həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 17 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qətimkan tədbirinin tələblərini pozduğuna görə barəsində axtarış elan edilmiş və həmin tarixdə də iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarından görünür ki, 18 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yeri müəyyən olunub istintaqa təqdim edildiyindən iş üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, 19 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi Cəmşid Sadıqov tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 19 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən ötrü Nizami rayon məhkəməsinə təqdimat verilməsi üçün Nizami rayon prokurorluğuna vəsatət verilmiş, lakin Nizami rayon prokuroru baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərar qəbul edildiyindən həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 04 aprel 2025-ci il tarixdə ərazi aidiyyəti üzrə Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarından görünür ki, 10 may 2025-ci il tarixdə ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaq ********* nömrə altında aparılmışdır. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 22 aprel 2025-ci il tarixdə aidiyyəti üzrə Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 31 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı polis kapitanı X8 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılaraq aidiyyəti üzrə göndərilmiş və həmin tarixdə də istintaqın aparılması Nərimanov RPİ-nin İŞnin müstəntiqi polis kapitanı X6 həvalə edildiyindən icraatına qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarından görünür ki, 31 dekabr 2024-cü il tarixdə Səmədov X9 RPİ-nin 17ci PŞ-nin təhqiqatçısı polis kapitanı Mahmud Mirzəyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 31 dekabr 2024-cü il saat 03:30-dan hesablanmışdır. İş materiallarından görünür ki, 01 yanvar 2025-ci il tarixdə Səmədov X9 RPİ-nin İŞnin müstəntiqi Çingiz Qurbanov tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 01 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən ötrü Nərimanov rayon məhkəməsinə təqdimat verilməsi üçün Nərimanov rayon prokurorluğuna vəsatət verilmiş, lakin Nərimanov rayon prokuroru baş ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” qərar qəbul edildiyindən həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 01 mart 2025-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 26 mart 2025-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, 01 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 20 aprel 2025-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, 10 may 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 29 may 2025-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, 30 may 2025-ci il tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarından görünür ki, 20 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəldiyindən həmin tarixdə iş üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, 23 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 08 noyabr 2024-cü il tarixli, 6/5185 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən oğlunun üzərindən...” sözləri olan zərfdə bir ədəd üzərində “Methadone 40” göstəricisi olan blister kəsiyində 1 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin dərman həbinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edir. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 18 mart 2025-ci il tarixli, 6/1146 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Saxlanılan şəxs X21(imza)...” yazıları olan bir ədəd zərfin içərisində 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,608 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psxiotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 31 dekabr 2024-cü il tarixli, 6/5609 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzrində AR DİN “Zərflər üçün № 219” möhür əksi, 1) Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayır-ayrılıqda təmiz çəkiləri 0,162 qram; 0,079 qram; ümumi təmiz çəkiləri 0,241 qram ağ rəngli, kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psxiotrop maddə metamfetamindir və bu kütlələr kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 0,061 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarında olan 07 noyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yoxlanılmasına dair” protokol və əlavə edilən DVD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyən edilmişdir ki, 07 noyabr 2024-cü il tarixdə saat 13:40-dan 14:00-a qədər olan müddət ərzində keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 11 ünvanının yaxınlığında X7 üzəri yoxlanılan zaman sonuncu əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən üzərində M40 yazıları olan dərman həbini təqdim etmişdir. İş materiallarında olan 18 mart 2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və əlavə edilmiş DVD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki , Təqsirləndirilən şəxs axtarışda olduğu üçün 18 mart 2025ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzinin qarşısında saxlanılaraq saat 01:30 radələridə Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilib təhvil verilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 31 dekabr 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və əlavə edilən DVD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki ,şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən iki ədəd ağ rəngli kağız büküm, bir ədəd gümüşü rəngli kağız büküm və bir ədəd sarı rəngli kağız bükümdə olmaqla ümumilikdə dörd ədəd bükümdə narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 mart 2025-ci il tarixli, 1662 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (nakomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 11 oktyabr 2024-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin ekspert rəyindən sonrakı qalığı, yəni, 0,558 qram psixotrop maddə metamfetamin 04 aprel 2025-ci il tarixli qərarla, 31 dekabr 2024-cü il tarixli protokolla qablaşdırılaraq götürülmüş narkotik vasitənin ekspert rəyindən sonrakı qalığı, yəni 0,141 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma anbarına təhvil verilmiş, 03 ədəd DVD disk, 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ekspertiza tədqiqatından sonra ½ metadon həbinin Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi Cəmşid Sadıqovun qərarı ilə maddi sübut kimi tanınmış və Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılır. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi il təqsirli bilinərək 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Qaaradağ Rayon Polis İdarəsiin 10 cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə tutularaq 10-cu PŞ-ya təhvil verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayətin təkrar törədilməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halın olmasını, axtarış nəticəsində tutularaq məhkəmə istintaqına cəlb edilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 13:30 dan – xx.xx.2024-cü il tarixədək tutulduğu 02 gün, xx.xx.2024-cü il saat 03:30-dan – xx.xx.2025-cil saat 11.00-dək tutulduğu 02 gün və xx.xx.2025-ci il saat 00.30-dan - xx.xx.2025-ci il saat 10.40-dək tutulduğu 02 gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli onun axtarış nəticəsində tutulduğu tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmaldır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qeyd edilmişdir ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcuri müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 343 (üç yüz qırx üç) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0.558 qram və 0,141 qram qalıqları, Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan ½ metadon həbi məhv edilməli və 03 ədəd DVD disk, 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 14 (on dörd) saata görə 154 (bir yüz əlli dörd) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 13:30 dan – xx.xx.2024-cü il tarixədək tutulduğu 02 gün, xx.xx.2024cü il saat 03:30-dan – xx.xx.2025-cil saat 11.00-dək tutulduğu 02 gün və xx.xx.2025-ci il saat 00.30-dan - xx.xx.2025-ci il saat 10.40-dək tutulduğu 02 gün, ümumilikdə 06 gün ona verilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tətbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 18 noyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 343 (üç yüz qırx üç) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0.558 qram və 0,141 qram qalıqları, Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan ½ metadon həbi məhv edilsin və 03 ədəd DVD disk, 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 14 (on dörd) saata görə 154 (bir yüz əlli dörd) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar