Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-141/2021 08.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus yeni tikilmiş Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan düşərək fərdi yaşayış evinin zirzəmisinin plastik pəncərəsini əlləri ilə güc tətbiq edərək sıxma yolu ilə itələyib açaraq saxlanc yeri olan zirzəmiyə qanunsuz daxil olub zirzəmidə olan Zərərçəkmiş şəxs məxsus üzəri qara izolasiyalı, iki damarlı ümumi diametri təxminən 10,0 mm, damarlarının diametri 4,0 mm olan tək simli, istehsal ölkəsi və markalanması müəyyən olunmayan keçirici hissəsinin metalı aliminium əsaslı ərintisindən hazırlanmış, bir metrinin qiyməti 0,40 qəpik olmaqla ümumi dəyəri 104 manat təşkil edən 260 metr uzunluğunda kabeli gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 104 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, törətdiyi əməldən səmimi peşimançılıq hissi keçirmişdir. Əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuşdur. Əvvəllər ailəli olmuş, lakin təxminən 10 (on) il olar ki, boşanmış, rəsmi nikahından 2 (iki) övladı var, övladları anası ilə yaşayırlar, lakin keçmiş arvadı aliment istəmədiyi üçün uşaqlarına aliment ödəməmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, qəsəbə ərazisində fərdi əməklə məşğul olur, yəni qəsəbədə fəhləlik edib pul qazanır. X1 və onun ailə üzvlərini tanıyır, onunla birlikdə Ələt qəsəbəsində yaşayırlar, Mərhəməd Məmmədov yeni yaşayış massivində yeni fərdi yaşayış evi tikmişdir. X7 həmin evdə yaşamırlar. Mərhəməd Məmmədov və onun ailə üzvləri ilə qonşu kimi münasibəti həmişə yaxşı olmuş, aralarında heç bir zaman ədavət və ya düşmənliyi olmamışdır. Bildirmişdir ki, yaşadığı evin elektrik naqilləri xarab olduğu üçün evinin işıqları yanmırmış, pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Buna görə də xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində tək piyada Mərhəməd Məmmədovun yeni tikdirdiyi fərdi yaşayış evinin həyətinə hasardan düşərək daxil olmuş və fərdi yaşayış evinin zirzəmisinin plastikdən olan pəncərəsini güc tətbiq edərək əlləri ilə sıxma yolu ilə itələyib açaraq zirzəmiyə daxil olmuş və oradan təxminən top halında 100-150 metr uzunluğunda elektrik naqilini oğurlayaraq çiyninə qaldırıb həyətin içəri tərəfdən giriş qapısına tərəf gəlmiş və əlləri ilə tutaraq elektrik naqillərini daş hasardan küçəyə tullamış, özü də daş hasarın üzərinə qalxaraq küçəyə çıxmışdır. Həmin vaxt küçədə heç kim olmamışdır. O oğurladığı elektrik naqillərini yaşadığı fərdi yaşayış evinə gətirmiş və usta tapa bilmədiyi üçün evin işıqlarını çəkə bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə polislər onu Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər və o, oğurluq cinayətini törətməyini etiraf etmiş və oğurladığı elektrik naqillərini polislərə təqdim etmişdir. Oğurluğu tək törətmiş, oğurluq etməkdə ona heç kim köməklik göstərməmişdir. Həmin fərdi yaşayış evinin zirzəmisindən yalnız elektrik naqillərini oğurlamış, elektrik naqillərindən başqa heç bir əşya oğurlamamış, eləcə də fərdi yaşayış evinə heç bir ziyan vurmamışdır. Mərhəməd Məmmədovun tikdirdiyi fərdi yaşayış evi təzə tikildiyi üçün güman etmiş ki, həmin evdə elektrik naqilləri olar. Ona görə də həmin evdən oğurluq etmişdir. Törətdiyi əməldən səmimi peşimançılıq hissi keçirmişdir. Oğurluq etməkdə məqsədi evinə işıq çəkmək olmuş, lakin pulu olmadığı üçün oğurluq etmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən çox peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən yeni tikilmiş fərdi yaşayış evi ona məxsusdur. X4 onun atasıdır, həmin evi atası onun üçün tikdirib. Ələt qəsəbəsində yeni tikilmiş evdə heç kim yaşamır, iş yeri ilə əlaqədar hal-hazırda Abşeron rayonunda müvəqqəti kirayədə yaşayır. Lakin yeni tikilmiş evinə mütəmadi olaraq gəlib nəzarət edir. xx xxxxxx 2020-ci il tarixdə Ələt qəsəbəsində tikilmiş yeni tikiliyə baxmaq üçün getmişdir. Bir qədər həyətdə gəzmiş, birdən evin zirzəmisinin balaca ölçülü plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb dərhal zirzəmiyə baxış keçirmişdir. Baxış zamanı görmüş ki, zirzəmidə olan ümumi uzunluğu 260 metr olan elektrik naqili oğurlanmışdır. O dərhal DİN-in 102 zəng xidmətinə oğurluq baş verməsi barədə məlumat vermişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, evdən oğurluq olması faktını aşkar edən o, olmuş, DİN-in 102 xidmətinə məlumat verən də o olmuşdur. O həmin vaxt tək olmuş, lakin o düşünmüşdür ki, ev sənəd üstündə atası X2 məxsus olduğu üçün DİN-in 102 xidmətinə məlumatı atasının adından versin. O ilkin ifadə verərək oğurlanmış naqilinin uzunluğunun dəqiq ölçüsünü bilməmişdir. Lakin evdə atası ilə söhbət zamanı atası Mərhəməd Məmmədov oğurlanmış naqilin uzunluğunun 260 metr olduğunu bildirmişdir. Zirzəminin pəncərəsi sındırılmamış, heç bir yararsız hala salınmamışdır. Ona görə də ona oğurlanmış əmlakdan başqa heç bir maddi ziyan dəyməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən dəyən ziyanın ödənildiyini, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/2742-9/5775 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir büküm, istifadədə olmuş, üzəri qara rəngli izolasiyalı, iki damarlı ayrı-ayrı izolasiyalı, ümumi diametri təxminən 10,0 mm, damarlarının diametri 4,0 mm olan tək simli (d-2,5 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı aliminium əsaslı ərintisindən hazırlanmışdır. Kabelin üzərində markalama göstəricisi olmadığından hansı ölkədə istehsal olunduğunu müəyyən etmək mümkün deyil. Kabel istifadəyə qismən yararlı hesab olunur. Tədqiqata təqdim edilmiş kabelin x xxxxxxxx 2020-ci ilin dekabr ayına olan bazar qiyməti 0,40 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 109,50 (yüz doqquz manat əlli qəpik) manat təşkil edir. Zərərçəkmiş şəxs məxsus istifadə olunmuş, üzəri qara rəngli izolasiyalı, iki damarlı ayrı-ayrı izolasiyalı, ümumi diametri təxminən 10,0 mm, damarlarının diametri 4.0 mm olan tək simli keçirici hissəsinin metalı aliminium əsaslı ərintisindən hazırlanmış ümumi uzunluğu 260 metr naqil xx xxxxxx 2021-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və maddi sübutun saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və vurulmuş ziyanı ödəməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə əlaqədar xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus istifadə olunmuş, üzəri qara rəngli izolasiyalı, iki damarlı ayrır-ayrı izolasiyalı, ümumi diametri təxminən 10,0 mm, damarlarının diametri 4.0 mm olan tək simli keçirici hissəsinin metalı aliminium əsaslı ərintisindən hazırlanmış ümumi uzunluğu 260 metr naqilin saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus istifadə olunmuş, üzəri qara rəngli izolasiyalı, iki damarlı ayrır-ayrı izolasiyalı, ümumi diametri təxminən 10,0 mm, damarlarının diametri 4.0 mm olan tək simli keçirici hissəsinin metalı aliminium əsaslı ərintisindən hazırlanmış ümumi uzunluğu 260 metr naqilin saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X9 oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-141/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-141/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver