Məhkəmə qərarları › İş №1(002)-141/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-141/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-141/2023 17.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsində yerləşən 12 saylı yataqxananın qarşısında yerləşən meyvə-tərəvəz dükanında işləyən Zərərçəkmiş şəxs guya onun arxasınca xoşagəlməz sözlər danışmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan mübahisə edib dalaşaraq, yaranmış münaqişənin ictimai xarakter alaraq oraya xeyli adam toplaşmasına baxmayaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir neçə dəfə yumruqla, alın nahiyəsinə isə bir dəfə baş zərbəsi ilə qəsdən vurub mağazanın divarına sıxmaqla, sonuncuya sol göz qapaqlarının və gözaltı nahiyələrinin ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, alın və burun nahiyələrinin qançır-şişkinlikləri və sağ dirsək oynağının sıyrığı ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2-3 il olar ki, tanıyır. Son zamanlar Zərərçəkmiş şəxs demək olar ki, tez-tez görüşmüş və yaxın münasibətdə olmuşlar. Təxminən 1 aydır ki, Zərərçəkmiş şəxslə münasibətləri soyumuş, uzaqlaşmışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində Zərərçəkmiş şəxs dayısı İlhamın mağazasının yaxınlığında olarkən tanışı olan Sənan adlı uşaq ona demişdir ki, Zərərçəkmiş şəxs onun haqqında alçaldıcı sözlər danışmışdır. O, bunu eşitdikdən sonra mağazada olan Zərərçəkmiş şəxs yanına getmiş, ondan arxasınca nə üçün danışdığını soruşmuş, bu zaman sonuncu həmin sözləri bilavasitə onun özünə də təkrarlaya biləcəyini demişdir. O, Zərərçəkmiş şəxs nə deyə biləcəyini soruşmuş, Zərərçəkmiş şəxs onun ünvanına alçaldıcı sözlər demək istəyərkən onun sifət nahiyəsindən 3-4 dəfə yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs yerə yıxılmış və yerdə olan bıçağı götürmüşdür. O, bunu gördükdə dərhal Zərərçəkmiş şəxs tutub əlini divara sıxmış, həmin vaxt mağazada və ətrafda olan şəxslər, o cümlədən bacısı oğlu Amil, Sənan, Rəşad və digər şəxslər onları aralamağa gəlmişlər. Onları aralayan şəxslər bıçağı Zərərçəkmiş şəxs əlindən alarkən o, bir dəfə kəllə ilə Zərərçəkmiş şəxs alın nahiyəsinə vurmuşdur. Bundan sonra ətrafdakılar bıçağı almışlar və onu da aralayıb evlərinə aparmışlar. Daha sonra törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla mübahisə baş verən ərəfədə Sahil qəsəbəsində dayısı X3 yanında həm yaşamış, həm də dayısının istifadəsində olan meyvətərəvəz mağazasında işləmişdir. Təqsirləndirilən şəxsla tanışlıqları yaşadıqları məhəllədən başlamış və 3 il əvvələ təsadüf edir. Son vaxtlar ondan uzaqlaşmasına səbəb, Təqsirləndirilən şəxs tüfeyli həyat sürməsi olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 19:30 radələrində o, dayısının mağazasında olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşmış, salamlaşarkən ona iradlarını bildirərkən sonuncu ona qarşı nalayiq ifadələr işlətmiş və sifət nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən gözü qaralmış, başı gicəllənmiş və o, özünü saxlaya bilməyib arxasında olan oturacağa oturmuşdur. Mübahisənin baş verdiyi yerə Təqsirləndirilən şəxs bacısı oğlu Amil, Sənan, Rəşad, Rəvan və adlarını bilmədiyi şəxslər ümumilikdə 10-12 nəfər şəxs toplaşmış, heç bir səbəb olmadan ona hücum edərək, ünvanına söyüşlər söymüş, yumruq və təpik zərbələri ilə döymüşlər. Həmin zaman qonşu mağazada işləyən Təranə adlı qadın və adını bilmədiyi yaşlı bir qadın səs-küy salmışlar və ətrafdakı adamlar gəldikdə onu döyən şəxslər qaçıb getmişlər. Həmin vaxt qonşular onun yanına gəlmiş və ona kömək etmişlər. Bir qədər sonra dayısı İlham və polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxsla münaqişə zamanı onun əlində bıçaq olmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı qəsəbədən tanıyır, Zərərçəkmiş şəxs isə onunla eyni binada qalır, hər ikisi ilə normal münasibəti olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində yaşadığı evə doğru gedərkən Rəvan və Orxanın bacısı oğlu Amillə qarşılaşmış, yoluna onlarla bərabər davam etmişdir. Şahlar Əsgərov küçəsinə çatdıqda həmin küçədə Zərərçəkmiş şəxs dayısı İlhamın işlətdiyi meyvə-tərəvəz mağazasının qarşısında Təqsirləndirilən şəxsla dalaşdıqlarını görmüşlər. Həmin vaxt orada olan tanımadığı şəxslər də Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında baş verən münaqişəni sakitləşdirməyə köməklik etmişlər. Toplaşmış şəxslər arasında olan Sənanı tanımış, onlar Amil və Rəvanla birlikdə Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışlar. Həmin vaxt onlar Ramalın əlində bıçaqı görmüş, bıçaqla Təqsirləndirilən şəxs xəsarət yetirəcəyindən narahatlıq keçirdikləri üçün bıçağı ondan almışlar. Münaqişənin sakitləşdiyini gördükdən sonra o, evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, Zərərçəkmiş şəxs isə 3 il olar ki, onların məhəlləsində meyvə-tərəvəz mağazası işlədən İlham adlı şəxsin qohumu kimi tanıyır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18-19 radələrində Ramal işlədiyi mağazanın yanında olarkən onu çağırmış, Təqsirləndirilən şəxsla ünsiyyət saxlayıb-saxlamamasını soruşmuşdur. O, Təqsirləndirilən şəxsla dost olduğunu dedikdə, Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxsla dostluq etməməsini demişdir. O da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla aralarında olan problemi onun vasitəsilə həll etməməsini, onunla bağlı bütün sözlərini bilavasitə özünə deməsini bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla bağlı səsləndirdiyi fikirləri o, sonuncuya bildirdikdə o, Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Onlar arasında başlayan mübahisə sonradan münaqişəyə çevrilmiş və Təqsirləndirilən şəxs qəflətən Zərərçəkmiş şəxs sifətin nahiyəsindən vurmuş, sonuncu zərbənin təsirindən stola oturmuşdur. Zərərçəkmiş şəxs həmin zaman yerdə olan qarpız kəsiləndə istifadə olunan bıçağı götürmüş və Təqsirləndirilən şəxs vurmaq istəmiş, sonuncu əli ilə bıçağı tutmuşdur. Həmin vaxt oraya gələn Rəşad adlı tanışı ilə birlikdə sakitləşdirmiş və bıçağı Zərərçəkmiş şəxs əlindən almışdır. Bu zaman Təqsirləndirilən şəxs kəllə ilə Zərərçəkmiş şəxs sifətindən vurmuşdur. Bundan sonra yaxınlıqda olan şəxslər də onları sakitləşdirmiş, mübahisə bitdikdən sonra Təqsirləndirilən şəxs bacısı oğlu Amilin də orada olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, Zərərçəkmiş şəxs isə qəsəbə sakini kimi 2-3 ay olar ki, tanımışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində Zərərçəkmiş şəxs işlədiyi mağazanın qarşısından keçərkən səs-küy eşitmişdir. Oraya çatdıqda dava-dalaş olduğunu, bir neçə adamın 2 nəfər münaqişə edən şəxsi ayırdığını görmüşdür. Yaxınlaşarkən münaqişə edənlərin Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olduğunu görmüş, orada olan Amilə kömək etmişdir. Onlar Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs ayırmış, daha sonra Amillə birlikdə evləri tərəfə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. Zərərçəkmiş şəxs məhəllələrində meyvə-tərəvəz mağazası işlədən İlham adlı şəxsin qohumu kimi 4-5 ay olar ki, tanıyır. xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində dostu Rəşadla Sahil qəsəbəsində Bəxtiyar Əliyev küçəsində yerləşən "Ana heykəli" abidəsinin yanından yaşadığı evə gedərkən Zərərçəkmiş şəxs dayısı İlhamın işlətdiyi meyvə-tərəvəz mağazasının qarşısına çatdıqda Zərərçəkmiş şəxs dayısı Təqsirləndirilən şəxsla dalaşdıqlarını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs qəflətən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuş, sonuncu yumruğun təsirindən yıxılmışdır. Zərərçəkmiş şəxs yerdə olan qarpız bıçağını götürmüş, Təqsirləndirilən şəxs vurmaq istəmişdir. Bu zaman onlar Təqsirləndirilən şəxs ehtiyatlı olmasını, Zərərçəkmiş şəxs əlində bıçaq olduğunu qışqırmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindəki bıçağı tutmuş, həmin vaxt o, onları sakitləşdirmək istəyərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə kəllə ilə bir zərbə də vurmuşdur. Sənanla Rəşad Zərərçəkmiş şəxs əlindən bıçağı almışlar. Bundan sonra o, Orxan, Sənan və Rəşadla birlikdə yaşadığı evə qayıtmışdır. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 71-72-ci vərəqələrində olan 23 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 09:30-da tutulmuşdur. Cinayət işinin 110-111-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 123-124-cü vərəqələrində olan 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 129-cu vərəqəsində olan 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 20-21-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin sağlamlığa zərər vurmanın təyini barədə ekspertizasının 23 sentyabr 2022-ci il tarixli, 718 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər-sol göz qapaqlarının və gözaltı nahiyələrinin ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, burun və alın nahiyələrinin qançır-şişkinlikləri, sağ dirsək oynağı nahiyəsinin sıyrığı bərk küt əşya təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün müraciət etdiyi xx.xx.2022ci il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 140-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 dekabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 228.4 və 66.3-cü maddələrinə əsasən 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2017-ci il tarixli hökmü dəyişdirilərək 01 il 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 28 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 141-159-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 1(101)-404/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 10 iyul 2016-cı il tarixdən 11 iyul 2016-cı il tarixə qədər həbsdə olduğu 01 (bir) gün ona təyin edilmiş cəza müddətinə daxil edilmiş və Təqsirləndirilən şəxs tərəfindən çəkilməli azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müəyyən edilmişdir. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə, cəzasının çəkilməsinin əvvəli 20 aprel 2017-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 166-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2022-ci il tarixli, 3/1784 saylı ekspert rəyindən görünür ki, tədqiqata dəstəyi qırılmış vəziyyətdə bıçaq təqdim edilmişdir. Bıçağın ümumi uzunluğu – 262 mm-dir. Həmin bıçağı təbii və süni işıq altında tədqiq edərkən müəyyən oldu ki, onun tiyəsi gümüşü rəngli olmaqla metaldan hazırlanmışdır, bir tərəfi küt, digər tərəfi kəsici, ucu batıcı xassəyə malikdir. Tiyənin bir üzündə “X4” yazısı – zavod işarəsi həkk edilmişdir. Tiyənin uzunluğu 148 mm, orta hissədən eni 24 mm, qalınlığı 1,2 mm-dir. Dəstək qırılmış vəziyyətdədir, üzünə qırmızı, göy və ağ rəngli plastikəoxşar materialdan hazırlanmış üzlük bərkidilmişdir. Dəstəyin birləşdirilmiş vəziyyətdə uzunluğu 114 mm, orta hissədən eni 23 mm, qalınlığı 11 mm-dir. Tədqiqata təqdim edilən predmetlər zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağının hissələridir – tiyə və dəstəkdir, soyuq silah hesab edilmirlər. Cinayət işinin 165-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 177-178-ci vərəqələrində olan 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 24 noyabr 2022-ci il tarixli və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi barədə eyni tarixli qərarlar əsassız olduqları üçün ləğv edilmişdir. Cinayət işinin 179-cu vərəqəsində olan cinayət işi üzrə icraatın dayandırılması haqqında 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 181-ci vərəqəsində olan cinayət işi üzrə icraatın təzələnməsi haqqında 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin 189-191-ci vərəqələrində olan 09 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin 192-204-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 211-212-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs 19 aprel 2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş ziyan ödənilmişdir. Sonuncuya yüngül cəza verilməsini, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında tövsiyə olunur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməli üzrə məhkumluğunun ödənilməməsi və ya götürülməməsinə baxmayaraq, hazırkı cinayət üzrə əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən cinayətlərin residivi nəzərə alınmır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdən (saat 09:30) 24 noyabr 2022-ci il tarixədək (saat 17:10; təqsirlndirilən şəxs qismində cəlb etmə haqqında qərar) tutulub saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 ibtidai istintaq dövründə 40 (qırx) iş saatı, məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş 40 (qırx) saat hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 36 (otuz altı) saat hüquqi yardıma görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdən (saat 09:30) 24 noyabr 2022-ci il tarixədək (saat 17:10; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar) tutulub saxlanıldığı 02 (iki) gün müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 64.00 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş 40 (qırx) saat hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 36 (otuz altı) saat hüquqi yardıma görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar