Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-141/2024 03.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Beləki o, istintaqa məlum olmayan tarixdə və mənbədən Sabunçu rayonu ərazisində yerləşən “BİT” bazarı adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda 1,275 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 0,391 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 84 manata əldə edib üzərində saxlayaraq daşımış, 11 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində 0,083 qram narkotik vasitə heroini və 0,110 qram psixotrop maddəmetamfetamini tanışı Şahid1 15 manat müqabilində satmış, həmin tarixdə saat 19:45 də ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq saat 20:00-da Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilərək, dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd üstündə “X13” sözləri yazılan plastik materialdan hazırlanmış yumru qabın içərisində 03 ədəd sellofan bükümdə satış məqsədi əldə edib üzərində saxlamaqla daşıdığı 02 (iki) ədəd ayrıayrılıqda təmiz çəkiləri 0,611 qram və 0,581 qram, ümumi təmiz çəkisi isə 1,192 qram olan açıq qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01(bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,281 qram olan ağ rəngli kristallik maddə küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini narkomaniyadan əziyyət çəkdiyinə və özündə olmadığına görə oxumamışdır. Onu polis əməkdaşları səhər saat 10-11 radələrində evində olarkən tutmuşlar. Narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün narkotik vasitə istifadə edir, lakin o, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. 17 saylı cəzaçəkmə müəssisəsindən tanıdığı Şahid1 ona zəng edərək ağrılardan əziyyət çəkdiyini, narkotik vasitəyə ehtiyacı olduğunu bildirmiş, o da sonuncuya pul almadan narkotik vasitə və yol pulu vermişdir. 10cu PŞ-də saxlanılarkən fiziki təzyiqə məruz qaldığı üçün ona təqdim olunmuş sənədləri imzalamışdır. Bundan əlavə qeyd etmişdir ki, Şahid1la hər hansı düşmənçiliyi yoxdur, ağrıları olduğu üçün ona narkotik vasitə vermişdir. Polis əməkdaşları əvvəlcə Şahid1 saxlamış, o da üzərində olan narkotik vasitəni ondan aldığını demişdir. İbtidai istintaq dövründə üzləşdirmə zamanı da Şahid1 narkotik vasitəni ondan pul müqabilində aldığını onun üzünə qarşı desə də bununla razılaşmır. Bundan əlavə sonuncu məhkəmə iclasında narkotik vasitəni ondan 10 manata aldığını bildirmiş, lakin ibtidai istintaq dövründə ifadəsində 15 manata aldığı qeyd olunmuşdur. Həmçinin, qeyd etmişdir ki, polis şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılarkən polis əməkdaşları tərəfindən döyülmüşdür. Gözlərini və üzünü ağ kağızla örtüb üzərindən yapışqan lentlə bağladıqdan sonra döyülməyə məruz qaldığından məhz hansı polis əməkdaşları tərəfindən döyüldüyünü görməmişdir. Onun tutulmasında 38-ci PB-nin Aqil adlı polis əməkdaşı və 10-cu PŞ-nin əməkdaşı Şahid3 iştirak etsələr də Şahid2 iştirak etməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsində qeyd etdiyi hallar, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şahid1 narkotik vasitələri əldə edib daşıması barədə məlumat daxil olmuş və rəhbərliyə məruzə olunduqdan sonra onun rəhbərliyi və 10-cu PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 üzvlüyü ilə əməliyyat qrupu yaradılmışdır. Şahid1 həmin gün, saat 17:45-də Lökbatan qəsəbəsi, 1-ci massiv ev 26 ünvanının yaxınlığında saxlanılmış və ona narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi və üzərində gəzdirməsi ilə əlaqədar şübhəli olduğu bildirilmiş və Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmişdir. Orada şəxsiyyəti dəqiqləşdirildikdən sonra videoçəkiliş aparmaqla üzərində axtarış və götürmə hərəkətləri həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən Şahid1 hüquqlarının müdafiəsi üçün dövlət hesabına Bakı şəhər 10 saylı Vəkil bürosunun vəkili X8 müdafiəçi qismində təqdim edilmişdir. Şahid1 üzərində dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üzərinə qoyması təklif olunmuş və o, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd üz hissəsi ağ rəngli, içəri hissəsi siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda açıq qəhvəyi rəngli, toz şəklində narkotik vasitəyə oxşar və içərisində isə ağ rəngli, şəffaf, kristal şəkilli, psixotrop maddəyə oxşar kütlələr aşkar edilmişdir. Şahid1 həmin maddəni 11 dekabr 2023-cü il tarixdə Lökbatan qəsəbəsində Təqsirləndirilən şəxs 15 manata özünün istifadə etməsi üçün aldığını söyləmiş və üzərində aşkar edilərək götürülmüş kütlələr təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş, qablaşdırılaraq, iştirkaçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni Şahid1 satması barədə şöbə rəisinə məruzə edildikdən sonra onun rəhbərliyi və Şahid3 üzvlüyü ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs müəyyən edilərək həmin tarixdə saat 19:45-də yaşadığı Lökbatan qəsəbəsi, 1-ci massiv, ev 26 ünvanının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına 10 saylı Vəkil Bürosunun vəkili X6 müdafiəçi qismində təyin edilmiş, kriminalist Elton Zeynalov tərəfindən videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üzərində “X13” sözləri yazılmış 01 ədəd plastik materialdan ibarət yumru qabı masanın üzərinə qoymuşdur. Masanın üzərinə qoyduğu yumru qabın içərisindən 03 ədəd şəffaf sellofana bükülü açıq qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar və içərisində isə ağ rəngli, şəffaf, kristal şəkilli, psixotrop maddəyə oxşar kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 10 dekabr 2023-cü il tarixdə Sabunçu rayon ərazisində tanımadığı İran İslam Respublikasının vətəndaşından 84 (səksən dörd) manata şəxsi istifadəsi üçün əldə etdiyini və bir qismini tanıdığı şəxslərə satışı ilə məşğul olduğunu bildirmişdir. Daha sonra onun üzərində aşkar edilərək götürülmüş kütlələr möhürlənmiş, qablaşdırılaraq iştirkaçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs narkotik və psixotrop maddəni pulla aldığını bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tutulmasında bilavasitə iştirak etmişdir, sonuncu həmin vaxt narkotik vasitənin təsiri altında olduğu üçün onun tutulmasında məhz hansı polis əməkdaşlarının iştirak edib-etməməsində yanlışlığa yol verə bilər. O və digər polis əməkdaşları heç kimə təzyiq göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, həmçinin Qaradağ RPİ-nin 10-cu PŞ-nin digər əməkdaşı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-də olarkən Şahid1 ondan aşkar edilən bükümlərdəki vasitələri Təqsirləndirilən şəxs pulla aldığını bildirmişdir. Təqsirləndirilən şəxs evinin yaxınlığında saxlanılmış, lakin qaçmağa cəhd etməmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı Şahid2 daxil olub və məlumata əsasən onun iştirakı ilə qrup yaradaraq Təqsirləndirilən şəxs tutulmuşdur. Sonuncunun tutulmasında Şahid2 və o, iştirak etmişlər, başqa kimsə olmamışdır. Təqsirləndirilən şəxs həmin vaxt narkotik vasitələrin təsiri altında olduğundan bəzi halları xatırlamaması mümkündür. Təqsirləndirilən şəxsə heç bir fiziki təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Lökbatan qəsəbəsi ərazisində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ilə görüşərək ondan 15 manata 02 ədəd bükümdə narkotik vasitə və psixotrop maddə almışdır. Lökbatan qəsəbəsində saat 17 radələrində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan narkotik vasitələrin qanunsuz əldə etməsi ilə əlaqədar şübhələndiklərini söylədikdə o, narkotik vasitədən istifadə etdiyini və halhazırda da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə Qaradağ RPİ-nin 10-cu PŞ-nə getmişdir. Videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməmişdən əvvəl siqaretin gümüşü kağızına bükülmüş 02 ədəd bükümləri masanın üzərinə qoymuş, bir bükümdə narkotik vasitə heroin, digər bükümdə isə ağ rəngli kristallik maddə metamfetamin olduğunu, 11 dekabr 2023-cü il tarixdə Lökbatan qəsəbəsində Rüstəm adlı şəxsdən 15 manata aldığını demişdir. Məhkəmə iclasında ünvanlanmış suala cavab olaraq Təqsirləndirilən şəxs ilk dəfə narkotik vasitə aldığını, həmin narkotik vasitə üçün 10 və ya 15 manat ödəniş etdiyini dəqiq xatırlamadığını bildirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 40-41-ci vərəqələrində olan 11 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və iş materiallarına əlavə edilmiş DVD diskdən görünür ki, Şahid1 narkotik və psixotrop maddələri təqdim edərək onları həmin tarixdə Lökbatan qəsəbəsində Rüstəm adlı şəxsdən 15 manata aldığını bildirmişdir. Cinayət işinin 63-cü vərəqəsində olan 11 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:45-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 80-81-ci vərəqələrində olan 11 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2, həmin şöbənin CA üzrə baş əməliyyat müvəkkili Rəşad Cavadzədə, Qaradağ RPİ-nin KTQ-nin inspektoru polis leytenantı Elton Zeynalov və Bakı şəhəri,10 saylı vəkil Bürosunun vəkili X3 iştirakı ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı polis baş leytenantı X4 tərəfindən şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd plastik materialdan ibarət yumru qabı masanın üzərinə qoyur. Həmin yumru qabın içərisində 03 ədəd şəffaf selofana bükülü açıq qəhvəyi rəngli, toz şəklində narkotik vasitəyə oxşar, digərinin içərisində isə ağ rəngli, şəffaf, kristall şəkilli psixotrop maddəyə oxşar kütlə aşkar olunur. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni 10 dekabr 2023-cü il tarixdə Sabunçu rayonu ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından 84 (səksən dörd) manata alaraq şəxsi istifadəsi üçün və bir qismini tanıdığı şəxslərə satışı ilə məşğul olduğunu bildirdikdən sonra 03 ədəd selofana bükülmüş bükümlər zərfə qoyularaq möhürləndirdikdən sonra iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin 93-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6367 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №222” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Şahid1 imza və digər ad, soyad, imza, yazılar qeyd edilmiş zərfdəki 02 (iki) ədəd bükümdən: 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,083 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,110 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №222” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs imza və digər ad,soyad,imza,yazılar qeyd edilmiş zərfdəki 03 (üçi) ədəd bükümdən: -02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,611 qram və-0,581 qram, ümumi təmiz çəkisi 1,192 qram olan açıq qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. -01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,281 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd zərfdəki Şahid1 və Təqsirləndirilən şəxs üzərilərindən aşkar edilərək götürülmüş ümumi sayı 03 (üç) ədəd bükümlərdəki heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Həmçinin həmin 02 (iki) ədəd zərfdəki Şahid1 və Təqsirləndirilən şəxs üzərilərindən aşkar edilərək götürülmüş ümumi sayı 02 (iki) ədəd bükümlərdəki metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komronent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı 1) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi (Şahid1 üzərindən aşkar olunmuş)-0,083 qram, tədqiqata sərf edildi cəmi-0,020 qram, qalıq-0,063 qram. Metamfetaminin ümumi təmiz çəkisi (Şahid1 üzərindən aşkar olunmuş)-0,110 qram, tədqiqata sərf edildi cəmi-0,020 qram, qalıq-0,090 qram. Heroinin ümumi təmiz çəkisi (Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş)-1,192 qram, tədqiqata sərf edildi cəmi(hər ob.dən-0,030 qram olmaqla)-0,060 qram, qalıq-1,132 qram. Metamfetaminin ümumi təmiz çəkisi (Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş)-0,281 qram, tədqiqata sərf edildi cəmi-0,040 qram, qalıq-0,241 qram. Cinayət işinin 92-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 130-131-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 147-ci vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 168-169-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və cinayət işinin 170-178-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 184-185-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 945 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorın birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 199-210-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 satdığı narkotik vasitə 0,083 qram heroin vǝ 0,110 qram psixotrop maddə olan metamfetamin və onun özündə aşkar edilib götürülmüş 0,281 qram psixotrop maddə olan metamfetamin, 1,192 qram narkotik vasitə-heroin, maddi sübut hesab edilərək ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda Şahid1 götürülmüş qalıq heroin- 0,663 qram, metamfetamin 0,090 qram, Təqsirləndirilən şəxs götürülmüş qalıq heroin 1,132 qram, qalıq metamfetamin 0,241 qram Təqsirləndirilən şəxs cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra Qaradağ RPİ-nin saxlancına verilmişdir. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ RPİ-nin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ-nin MSY-nə daxil olmuş və müayinəsi zamanı üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuşdur. Tibbi müayinə zamanı xəsarət aşkar olunmamış, hər iki döş nahiyəsində, sol çiyində, sol bazunun arxa səthində, sol saidin ön səthində, sağ kürəkaltı nahiyədə və sağ dizdə köhnə çapıq toxumalar müşahidələri edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsini özünü müdafiə kimi qiymətləndirir və məsuliyyətdən yayınmaq niyyəti daşıdığı qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq və videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı verdiyi ifadəsində də ondan aşkar olunan narkotik vasitəni həm öz istifadəsi həm də digər şəxslərə satmaq üçün əldə etdiyini bildirmiş, həmçinin məhkəmə iclasında da onda olan narkotik vasitə və psixotrop maddənin müəyyən hissəsini Şahid1 verdiyini qəbul etmişdir. Bundan başqa məhkəmə istintaqı dövründə Şahid1 şahid qismində ifadə verərkən onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri pul müqabilində Təqsirləndirilən şəxs aldığını, lakin 10 və ya 15 manat ödəniş etdiyini dəqiq xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə sonuncunun dediklərinin yalan olması barədə onun üzünə qarşı hər hansı fikir bildirməmişdir. İbtidai istintaq dövründə təqsirləndirilən şəxs bildirmişdir ki, üç ilə yaxındır ki narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə narkotik vasitə almaq üçün Sabunçu rayonu ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından 84 manat müqabilində 03 ədəd şəffaf selofana bükülmüş halda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edərək yaşadığı ünvana qayıtmışdır. Yaşadığı ünvanda olan zaman əldə etdiyi 03 ədəd bükümü üzərində “X13” yazılı plastik materialdan olan yumru qutunun içərisinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində Lökbatan qəsəbəsində Mahir adlı tanışına siqaret kağızına bükülmüş 02 ədəd bükümləri 15 (on beş) manat müqabilində satmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində Lökbatan qəsəbəsi ərazisində 1-ci massiv ərazisində 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək, polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olması barədə soruşduqda, narkotik vasitələrdən istifadə etdiyini və halhazırda da üzərində heroin və metamfetamin olduğunu söyləmişdir. Polis əməkdaşlarının təklifi ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nə gəlmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiçi təyin olunmuşdur. Ona üzərində narkotik vasitə və ya psixitrop maddə varsa təqdim edilməsi təklif olunduqdan sonra müdafiəçinin iştirakı və videoçəkiliş aparılmaqla üzərində “X13” yazılı plastik materialdan olan yumru qutunu masanın üzərinə qoymuşdur. Yumru qutu açılan zaman içərisində 03 ədəd şəffaf sellofana bükülmüş bükümlər aşkar olunmuşdur. Bükümlərin içərisində narkotik vasitə olan «kokos» və «patı» olduğunu bildirmişdir. Həmin maddəni xx.xx.2023-cü il tarixdə Sabunçu rayon ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından 84 (səksən dörd) manata şəxsi istifadəsi üçün əldə etdiyini, həmçinin tanıdığı şəxslərə istifadə etməsi üçün satdığını bildirmişdir. Narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsindən görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, ekspert rəyləri və digər iş materialları ilə onun Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və iki il keçmədən yəni 11 dekabr 2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını ağırlaşdıran halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasında davranışını, özünü təqsirli bilməməsini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, həmçinin narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx.xx.2024-cü il tarixli, 945 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut Şahid1 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,663 qram heroin və 0,090 qram metamfetamin, Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,132 qram heroin və 0,241 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5, məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut Şahid1 götürülmüş qalıq 0,663 qram heroin, 0,090 qram metamfetamin, Təqsirləndirilən şəxs götürülmüş qalıq 1,132 qram heroin, qalıq 0,241 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 89 (səksən doqquz) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5, məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-141/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-141/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver