Məhkəmə qərarları › İş №1(002)-141/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-141/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-141/2025 21.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2007-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Türkiyə Respublikası Kütahya Dumlupınar Üniversitetinin 1-ci kurs tələbəsi, işsiz, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ərazi dairəsi, Sahil qəsəbəsi, Natiq Mustafayev küçəsi, ev 2, mənzil 69 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olun bir qrup şəxs halında ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə təkrar qanunsuz daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qanunsuz daxil olmaq məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxs və ya şəxslərlə cinayətkar əlaqəyə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxslərdən naməlum tarix və şəraitdə “Telegram” sosial şəbəkəsində ictimai əhəmiyyətli infrastruktur obyekti olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus https://eservice.e-health.gov.az web resursunda məlumatların toplandığı X11 Sisteminə giriş hüququ olan “YUSİFOVAROVSANA” adlı istifadəçinin “login” və “təhlükəsizlik şifrəsi”ni əldə etdikdən sonra həmin istifadəçi təhlükəsizlik məlumatlarını 5 dekabr 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil ərazi dairəsi, Sahil qəsəbəsi, Natiq Mustafayev küçəsi, ev 2, mənzil 69 ünvanında olarkən internet şəbəkəsinə qoşulmaqla istifadəsində olan “İphone 13” markalı “A2633” modelli mobil cihazda “Chroıne” web brauzeri vasitəsilə ictimai əhəmiyyətli infrastruktur obyekti olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus https://eservice.e-health.gov.az web resursunda X11 Sistemindəki “YUSİFOVAROVSANA” adlı istifadəçinin müvafiq “login” və “təhlükəsizlik şifrəsi” bölməsinə qeyd edərək həmin X11 Sistemindəki “Policlinic/Epidemiology”, “exidmet” və sair bölmələrə giriş etməklə kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla qanunsuz daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə təkrar qanunsuz daxil olmaq məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxs və ya şəxslərlə cinayətkar əlaqəyə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxslərdən naməlum tarix və şəraitdə “Telegram” sosial şəbəkəsində əldə etmiş olduğu ictimai əhəmiyyətli infrastruktur obyekti olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus https://eservice.e-health.gov.az web resursunda məlumatların toplandığı X11 Sisteminə giriş hüququ olan “YUSİFOVAROVSANA” adlı istifadəçinin “login” və “təhlükəsizlik şifrəsi” məlumatlarını 17 dekabr 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil ərazi dairəsi, Sahil qəsəbəsi, Natiq Mustafayev küçəsi, ev 2, mənzil 69 ünvanında olarkən internet şəbəkəsinə qoşulmaqla istifadəsində olan “İphone 13” markalı “A2633” modelli mobil cihazda “Chrome” web brauzeri vasitəsilə ictimai əhəmiyyətli infrastruktur obyekti olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus https://eservice.e-health.gov.az web resursunda X11 Sistemindəki “YUSİFOVAROVSANA” adlı istifadəçinin müvafiq “login” və “təhlükəsizlik şifrəsi” bölməsinə qeyd edərək həmin X11 Sistemindəki “Policlinic/Epidemiology”, “exidmet” və sair bölmələrə giriş etməklə kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla təkrar qanunsuz daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə təkrar qanunsuz daxil olmaq məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxs və ya şəxslərlə cinayətkar əlaqəyə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxslərdən naməlum tarix və şəraitdə “Telegram” sosial şəbəkəsində əldə etmiş olduğu ictimai əhəmiyyətli infrastruktur obyekti olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus https://eservice.e-health.gov.az web resursunda məlumatların toplandığı X11 Sisteminə giriş hüququ olan “YUSİFOVAROVSANA” adlı istifadəçinin “login” və “təhlükəsizlik şifrəsi” məlumatlarını 19 dekabr 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil ərazi dairəsi, Sahil qəsəbəsi, Natiq Mustafayev küçəsi, ev 2, mənzil 69 ünvanında olarkən internet şəbəkəsinə qoşulmaqla istifadəsində olan “İphone 13” markalı “A2633” modelli mobil cihazda “Chrome” web brauzeri vasitəsilə ictimai əhəmiyyətli infrastruktur obyekti olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus https://eservice.e-health.gov.az web resursunda X11 Sistemindəki “YUSİFOVAROVSANA” adlı istifadəçinin müvafiq “login” və “təhlükəsizlik şifrəsi” bölməsinə qeyd edərək həmin X11 Sistemindəki “Policlinic/Epidemiology”, “exidmet” və sair bölmələrə giriş etməklə kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla təkrar qanunsuz daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə təkrar qanunsuz daxil olmaq məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxs və ya şəxslərlə cinayətkar əlaqəyə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxslərdən naməlum tarix və şəraitdə “Telegram” sosial şəbəkəsində əldə etmiş olduğu ictimai əhəmiyyətli infrastruktur obyekti olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus https://eservice.e-health.gov.az web resursunda məlumatların toplandığı X11 Sisteminə giriş hüququ olan “YUSİFOVAROVSANA” adlı istifadəçinin “login” və “təhlükəsizlik şifrəsi” məlumatlarını 20 dekabr 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil ərazi dairəsi, Sahil qəsəbəsi, Natiq Mustafayev küçəsi, ev 2, mənzil 69 ünvanında olarkən internet şəbəkəsinə qoşulmaqla istifadəsində olan “iphone 13” markalı “A2633” modelli mobil cihazda “Chrome” web brauzeri vasitəsilə ictimai əhəmiyyətli infrastruktur obyekti olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus https://eservice.e-health.gov.az web resursunda X11 Sistemindəki “YUSİFOVAROVSANA” adlı istifadəçinin müvafiq “login” və “təhlükəsizlik şifrəsi” bölməsinə qeyd edərək həmin X11 Sistemindəki “Policlinic/Epidemiology”, “exidmet” və sair bölmələrə giriş etməklə kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla təkrar qanunsuz daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə təkrar qanunsuz daxil olmaq məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxs və ya şəxslərlə cinayətkar əlaqəyə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxslərdən naməlum tarix və şəraitdə “Telegram” sosial şəbəkəsində əldə etmiş olduğu ictimai əhəmiyyətli infrastruktur obyekti olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus https://eservice.e-health.gov.az web resursunda məlumatların toplandığı X11 Sisteminə giriş hüququ olan “YUSİFOVAROVSANA” adlı istifadəçinin “login” və “təhlükəsizlik şifrəsi” məlumatlarım 26 dekabr 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil ərazi dairəsi, Sahil qəsəbəsi, Natiq Mustafayev küçəsi, ev 2, mənzil 69 ünvanında olarkən internet şəbəkəsinə qoşulmaqla istifadəsində olan “İphone 13” markalı “A2633” modelli mobil cihazda “Chrome” web brauzeri vasitəsilə ictimai əhəmiyyətli infrastruktur obyekti olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus https://eservice.e-health.gov.az web resursunda X11 Sistemindəki “YUSİFOVAROVSANA” adlı istifadəçinin müvafiq “login” və “təhlükəsizlik şifrəsi” bölməsinə qeyd edərək həmin X11 Sistemindəki “Policlinic/Epidemiology”, “exidmet” və sair bölmələrə giriş etməklə kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla təkrar qanunsuz daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə təkrar qanunsuz daxil olmaq məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxs və ya şəxslərlə cinayətkar əlaqəyə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxslərdən naməlum tarix və şəraitdə “Telegram” sosial şəbəkəsində əldə etmiş olduğu ictimai əhəmiyyətli infrastruktur obyekti olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus https://eservice.e-health.gov.az web resursunda məlumatların toplandığı X11 Sisteminə giriş hüququ olan “YUSİFOVAROVSANA” adlı istifadəçinin “login” və “təhlükəsizlik şifrəsi” məlumatlarını 30 dekabr 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil ərazi dairəsi, Sahil qəsəbəsi, Natiq Mustafayev küçəsi, ev 2, mənzil 69 ünvanında olarkən internet şəbəkəsinə qoşulmaqla istifadəsində olan “İphone 13” markalı “A2633” modelli mobil cihazda “Chrome” web brauzeri vasitəsilə ictimai əhəmiyyətli infrastruktur obyekti olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus https://eservice.e-health.gov.az web resursunda X11 Sistemindəki “YUSİFOVAROVSANA” adlı istifadəçinin müvafiq “login” və “təhlükəsizlik şifrəsi” bölməsinə qeyd edərək həmin X11 Sistemindəki “Policlinic/Epidemiology”, “exidmet” və sair bölmələrə giriş etməklə kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla təkrar qanunsuz daxil olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 271.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2024-cü ilin avqust ayında “vta” adlı istifadəçi onun Teleqram sosial şəbəkəsində olan ***-***-**-** mobil nömrəsinə yazaraq iş qurmağı təklif etmişdir. “Vta” adlı istifadəçinin adı “Ahmet” idi, Bursada yaşadığını qeyd etmişdir və əlaqə saxladıqları vaxt türk dilində danışırmışlar. Həmin şəxslər bildirdilər ki, biz sənə login və şifrə verəciyik, onu yazmaqla sayta daxil olacaqsan. Həmin saytda Səhiyyə Nazirliyinə məxsus Azərbaycan Respublikası vətəndaşlarının anket məlumatlarını əks etdirən “elektron portal” var idi. Veb saytın üstündə qeydiyyat nömrəsi var idi və ona deyilmişdir ki, səhifəni biz açmışıq, sən ancaq giriş edəcəksən. O, bir dəfə sistemə daxil olduqdan sonra sistemə girişin qanunsuz olduğunu həmin şəxslərə bildirmişdir, ancaq onun “İP” ünvanının sistemə düşdüyünü bildirdilər və ona hədə-qorxu gələrək təhdid etməyə başladılar. O, sistemə birinci dəfə daxil olan vaxt qanunsuz giriş olduğunu bilməmişdir. Əvvəlcə hər hansı bir marağı olmamış, sonradan ona pul təklif edəcəklərini bildirmişlər. O, bundan imtina etmişdir və ona hədə-qorxu gəlməyə başlamışlar. Sonradan ondan hesab açmasını tələb etmişlər və hesaba on-on beş dəfə olmaqla üç yüz-dörd yüz TL (türk lirəsi) köçürmüşlər. Pulu hesab nömrəsi vasitəsi ilə köçürmüşdürlər. Hesab onun adına qeydiyyatdan keçməmişdir, ad, soyad daxil etmədən, proqramı telefona yükləyən kimi hesab açılırdı. Həmin şəxslərin onun hesabına köçürdüyü puldan heç bir vəsait onun özünə çatmamışdır. Vəsaiti həmin şəxslərin dediyi hesaba göndərmişdir. Həmin şəxslər ona şifrə verdikləri zaman şifrənin sındırılması ilə bağlı hər hansı məlumatı olmamışdır. Həmin sayt AR Səhiyyə Nazirliyinə məxsus Azərbaycan Respublikası vətəndaşlarının anket məlumatlarını özündə ehtiva edən “elektron portal” olmuşdur. Həmin portalın axtarış panelində “ad”, “soyad”, “ata adı”, “doğum tarixi”ni yazdıqda, insanların “unikal kodunu”, “qan qrupunu”, “ünvanını”, “telefon nömrələrini”, “fotoşəkillərini” və.s digər anket məlumatlarını əldə etmək mümkün olmuşdur. 03 yanvar 2025-ci il tarixdə “vta” adlı istifadəçi ona dedi ki, “shadow” adlı istifadəçiyə bizim əldə etdiyimiz həmin Səhiyyə Nazirliyinə məxsus elektron portal hesabını satmaq lazımdır və 1000 türk lirəsinə həmin hesabı satmağı ona bildirdi. “Shadow” adlı istifadəçi onunla azərbaycan dilində danışmışdır. Bir müddət sonra o şəxslərlə əlaqəni itirmiş, nə qədər əlaqə saxlasa da, onlar cavab verməmişlər. Kiməsə məlumat verəcəyi təqdirdə onu şikayət etməklə bağlı hədəqorxu gəlmişlər. Təqsirləndirilən şəxs 18 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında “Youtube” platformasında Səhiyyə Nazirliyi X14nin rəsmi kanalında vətəndaşların şəxsi məlumatları, həkim sirrinə aid olan məlumatlar, saytdan qeydiyyat keçməyin yolu, modullardan istifadənin yolu, vətəndaşların məlumatlarının sorğulanması kimi məlumatların hamıya açıq şəkildə paylaşıldığını bildirmişdir. Həmin videogörüntüdən göründüyü kimi Səhiyyə Nazirliyinin rəsmi saytında qeydiyyat mərhələsində “mail” ünvanını yazmaqla və “mail”-ə gələn kod vasitəsilə şifrə sıfırlamaq mümkündür. Şifrəni sıfırlamaq vasitəsilə isə rahat şəkildə qeydiyyatdan keçmək mümkündür. Qeydiyyatdan keçdikdən sonra istənilən vətəndaşın ad, soyad, ata adı, doğum tarixi, ünvanı, xəstəliyi barədə sorğu göndərməklə məlumat almaq mümkündür. Yəni bu zaman Səhiyyə Nazirliyinə məxsus informasiya sisteminə daxil olma zamanı hər hansı mühafizə tədbirlərinin pozulması halı baş vermir. Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət törədərkən yetkinlik yaşına çatmamasını və törətdiyi əməlin cinayət əməli sayılmasını bilməməsini bildirərək məhkəmədən ona minimum həddə şərti cəza tətbiq etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin avqust ayında “Telegram” sosial şəbəkəsində “vta” adlı istifadəçi onun “***-***-**-**” mobil nömrəsinə yazaraq onunla bir iş qurmaq istədiyini bildirmiş, həmin şəxs onunla türk dilində danışmış və adını ona deməmişdir. O, həmin şəxslə razılaşmış və məsələnin nə olduğunu həmin şəxsdən soruşmuşdur. Bundan sonra həmin şəxs onu “Telegram” sosial şəbəkəsində zəng vasitəsilə yığmış, danışıq zamanı səsini süni intellektdən istifadə etməklə dəyişdirərək “robot” səslərdən istifadə etməklə danışmışdır. Əlaqə zamanı həmin şəxs ona demişdir ki, o, Azərbaycan Respublikası vətəndaşları ilə iş qurur və onlara iş təklif edir. Bundan başqa həmin şəxs ona demişdir ki, “sənə login və şifrə verəcəyik, həmin login və şifrələri bizim dediyimiz saytlarda yazaraq həmin saytlara daxil olmağa cəhd edəcəksən”. Həmin şəxs dediyinə görə Türkiyə Respublikasında yaşadığı üçün həmin saytlara yalnız Azərbaycan Respublikasına məxsus serverlər vasitəsilə daxil olmaq mümkün olmuşdur. Bu xidmət müqabilində ona pul vəsaiti təklif edilmiş, o da həmin şəxslərlə razılaşmışdır. Onunla ortaq şəkildə danışan şəxslər iki nəfər olmuş, bildiyinə görə onlardan birinin adı Ahmet olmuş və həmin şəxs Türkiyənin Bursa şəhərində yaşamışdır. Həmin şəxslər ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus “eservice.e-health.gov.az” saytının linkini göndərmiş və həmin linkə daxil olmağın lazım olduğunu bildirmişlər. Bundan sonra ona təxminən 30-40 ədəd “login” və “şifrə” göndərmiş və ona demişlər ki, “həmin login və şifrələri bir-bir həmin linkin qeydiyyat yerinə yazaraq həmin sayta daxil olmağa çalış”. Həmin şəxslərin göndərdikləri təxminən 30- 40 ədəd “login” və “şifrə’ləri qeyd edilən sayta yazmış və demək olar ki, hər dəfə giriş uğursuz olmuşdur. Bundan sonra həmin şəxslər ona login “YUSİFOVAROVSANA”, şifrə isə “Rovsanal984” olan hesabın təhlükəsizlik məlumatlarını göndərmiş və həmin “login” və “şifrə”ni daxil edərək qeyd edilən sayta daxil olmasını ondan istəmişlər. Həmin şəxslərin qeyd edilən hesabın təhlükəsizlik məlumatlarını hansı qaydada əldə etdiklərindən məlumatı olmamışdır. Qeyd edilən “login” və “şifrə”ni 2024-cü ilin sentyabr ayının axırı yaşadığı evdə olarkən “eservice.ehealth.gov.az” saytına qeyd etdikdən sonra sayt həqiqətəndə açılmış və həmin sayta daxil olmaq mümkün olmuşdur. Həmin sayt AR Səhiyyə Nazirliyinə məxsus Azərbaycan Respublikası vətəndaşlarının anket məlumatlarını özündə ehtiva edən “elektron portal” olmuşdur. Həmin portalın axtarış panelində “ad”, “soyad”, “ata adı”, “doğum tarixi”ni yazdıqda, insanların “unikal kodunu”, “qan qrupunu”, “ünvanını”, “telefon nömrələrini”, “fotoşəkillərini” və.s digər anket məlumatlarını əldə etmək mümkün olmuşdur. Bundan sonra həmin şəxslər ona saytın axtarış panelində elektron portalın işləyib-işləmədiyini yoxlamaq üçün 2024-cü ildə anadan olmuş şəxsləri axtarmağı göstəriş vermiş, o da həmin qaydada axtarış verdikdən sonra həmin tarixdə 20.000-dən çox sayda anadan olmuş şəxslərin siyahısı cədvəl şəklində ekranda əks olmuşdur. Bu hadisədən sonra həmin şəxslər sevinmiş və həmin hesabı sata biləcəklərini ona bildirmişlər. Bundan sonra “vta” adlı istifadəçi ona demişdir ki, “Telegram” sosial şəbəkəsində ’’ahmetdildo” adlı istifadəçi həmin portalda sorğu etdirib insanların anket məlumatlarını satın almaq istəyən müştəriləri ona cəlb edəcək və o da həmin sorğuları saytda yoxlayıb müştərilərə bildirəcək, bunun qarşılığında isə bir nəfər üçün 25 manat məbləğində müştərilərdən pul alacaq. O da bu təkliflə razılaşmışdır. İlkin olaraq müraciət edən müştərilərdən aldığı pul vəsaitlərini birbaşa “vta” adlı istifadəçi və digərlərinin bildirdikləri “trustwallet” tətbiqindəki hesablara yönləndirmiş, belə ki, müraciət edən müştərilərdən ödənişi həmin şəxslərin qeyd edilən tətbiqdəki hesablarına köçürmələrini istəmişdir. İşlədiyi müddət ərzindən təxminən 7-8 nəfər müştərinin axtarmaq istədiyi Azərbaycan Respublikası vətəndaşlarının anket məlumatlarını tapıb müraciət edən müştərilərə vermişdir. Daha sonra həmin şəxslər ona demişlər ki, “sən özün “trustwallet” hesabı aç və öz hesabına müştərilər pul köçürsün və daha sonra həmin pulu bizə göndərərsən”. O da həmin şəxslərin dediyi qaydada həmin tətbiqdə hesab açmışdır. Lakin həmin hesaba müxtəlif türk vətəndaşlar “Türkiyə Respublikası”na məxsus elektron portallarda axtarış aparmaq üçün xidmət qarşılığında ödədikləri vəsaitləri onun trustwallet hesabına göndərmişlər. Həmin “Türkiyə Respublikasf’na məxsus elektron portallara “vta” adlı istifadəçinin dediyinə əsasən başqa şəxs nəzarət etmiş, o, həmin işlərdən xəbərsiz olmuş, lakin pul vəsaitləri onun hesabına daxil olmuş, o da həmin pul vəsaitlərini həmin şəxslərin “trustvallet” tətbiqindəki hesablarına göndərmişdir. Lakin hazırda həmin şəxslərin “truswallet” hesablarım xatırlamır. Həmin şəxslər ona bu xidmət müqabilində pul vəsaiti verəcəklərini bildirsələr də daha sonra bundan imtina etmiş və ondan verilən tapşırıqları yerinə yetirməsini tələb etmişlər. 03 yanvar 2025-ci il tarixdə “vta” adlı istifadəçi ona demişdir ki, “Telegram” sosial şəbəkəsindəki “shadow” adlı istifadəçiyə əldə etdikləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus qeyd edilən elekton portal hesabını satmaq lazımdır, belə ki, “ahmetdildo” qeyd edilən sosial şəbəkədə onların üçünün olduğu qrup yaratmış və 1000 türk lirəsinə həmin hesabı satmağı ona tapşırmışlar, “shadow” adlı istifadəçi bildiyinə görə Azərbaycan Respublikası vətəndaşı olmuş, onunla Azərbaycan dilində danışmışdır. Lakin həmin şəxsin ad, soyadını və digər anket məlumatlarını bilməmişdir. Həmin şəxslə qeyd edilən hesabı satmaq barədə danışıq aparsa da, bir müddət sonra həmin şəxs onun mesajlarına cavab verməmiş və həmin hesabı almaqdan imtina etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş xx.xx.2024-xx.xx.2025-ci il tarixlərdə YUSİFOVAROVSANA adlı istifadəçinin “X11 Sistemi”-nə (https://eservice.ehealth.gov.az/Login/) giriş “login”lərını özündə əks etdirən məlunatlarla bağlı qeyd etmişdir ki, həmin istifadəçi adından istifadə edərək yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil ərazi dairəsi, Sahil qəsəbəsi, Natiq Mustafayev küçəsi, ev 2, mənzil 69 ünvanında olarkən daha çox axşam saatlarında həmin elektron portala qanunsuz daxil olmuşdur. Lakin AR Səhiyyə Nazirliyindən daxil olmuş cədvəldə göstərilən “İP” ünvanlarının hansının ona məxsus olduğu barədə məlumatı olmamışdır. Məhkəmə kompüter-texniki ekspertizasının 07 aprel 2025-ci il tarixli rəyində qeyd edilən, istifadəsində olmuş “İphone 13” markalı “A2633” modelli mobil cihazın yaddaşında “Chrome” web brauzeri vasitəsilə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024,xx.xx.2024,xx.xx.2024,xx.xx.2024-cü il tarixlərində https://eservice.e-health.gov.az web resursa dair bölmələrə qanunsuz daxil olma hallarına dair görüntülər aşkar edilməsi ilə bağlı bildirmişdir ki. həmin tarixlərdə qeyd edilən resursa qanunsuz daxil olma halları onun tərəfindən istifadəsində olan qeyd edilən mobil telefon vasitəsilə həyata keçirilmişdir. Həmin hesabın istifadəçi adı və parolunu ona “Telegram” sosial şəbəkəsində tanış olduğu tam istifadəçi adı “@vtaaal23” olan şəxs göndərmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir qohumluq və düşmənçilik əlaqəsi yoxdur. Səhiyyə Nazirliyi daha öncə də belə hallarla tez-tez rastlaşırdı. Əvvəlki cinayət əməllərində təqsirləndirilən şəxslər özü üçün məlumatları əldə edirdi, ancaq indi təqsirləndirilən şəxsin ifadəsindən görünür ki, məlumatları başqa bir şəxs üçün əldə etmişdir. Demək olar ki, ölkəmizdə tibbi müayinədə olmuş hamının qeydiyyat məlumatları o saytda əks olunmuşdur. Həkim sirrinə aid olan məlumatlar yayılmışdır. O, təqsirləndirilən şəxsi belə hərəkətlər etməyə sövq edən şəxslərin türk və ya xarici dövlətin vətəndaşı deyil, elə Azərbaycan Respublikasının vətəndaşları olduğunu düşünür. Təqsirləndirilən şəxsin qanunsuz davranışı nəticəsində Səhiyyə Nazirliyinə heç bir mənəvi, maddi və fiziki zərər dəyməmişdir. Təqsirləndirilən şəxsə qarşı təmsil etdiyi qurumun hər hansı bir şikayət və tələbi olmasa da, belə halların təkrarlanmaması üçün onun barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin bildirdiyi kimi Səhiyyə Nazirliyinə məxsus X2 boşluq vasitəsilə oraya daxil olub hər hansı məlumatları əldə etmək mümkün olmuş olsaydıda belə, təqsirləndirilən şəxs bu barədə ən azından Səhiyyə Nazirliyinə məlumat verməli idi. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus https://eservice.e-health.gov.az web saytı mövcuddur ki, həmin saytda X11 Sisteminə məxsus bütün məlumatlar sistem şəklindədir və həmin resurs vasitəsilə vətəndaşların ad, soyad, ata adı, təvəllüdü, xəstəlik tarixçəsi, qan qrupu, yaşadığı ünvan, istifadəsində olan mobil nömrələr və sair digər məlumatları sorğu verərək qısa zamanda əldə etmək mümkündür. Belə ki, əldə olunan məlumatlara əsasən qeyd edilən elektron portalda X11 Sisteminə giriş hüququ olan “YUSİFOVAROVSANA” adlı istifadəçinin “login” və “təhlükəsizlik şifrəsi” naməlum şəraitdə ələ keçirilmiş və həmin resursa bir neçə dəfə qanunsuz giriş olunmuşdur. Belə ki, istintaq tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilmiş sorğuya əsasən bu fakt təsdiqlənmiş və müəyyən zaman aralığında qeyd olunan resursa daxil olmuş “İP” ünvanları siyahı şəklində araşdırmaya təqdim olunmuşdur. Odur ki, ictimai əhəmiyyətli infrastruktur obyekti olan və əhaliyə xidmət göstərən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus elektron resursa bu və ya digər şəxsi məqsədlə qanunsuz daxil olmuş şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsini və barələrində qanuna uyğun müvafiq tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi 18 sentyabr 2025-ci ildə keçirilən məhkəmə iclasında məhkəməyə şifahi vəsatətlə müraciət edərək göstərmişdir ki, “Youtube” platformasında Səhiyyə Nazirliyinin rəsmi “Youtube” kanalında həmin sayta daxil olmaqla bağlı videogörüntü paylaşılıb. Həmin videogörüntüdə vətəndaşların şəxsi məlumatlarının, yəni ad, soyad, ata adı, qan qrupu, xəstəliyi və həkim sirrinə aid olan məlumatların hər hansı qanun pozuntusu olmadan əldə etməyin mümkün olduğu öz əksini tapmışdır. Bu məlumatların əldə edilməsi üçün hər hansı qanunsuz və ya gizli yoldan istifadə etməyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 271.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməklə ittiham olunur. O, hesab edir ki, təqsirləndirilən şəxsin əməli həmin maddənin 3-cü bəndində nəzərdə tutulmuş “ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə münasibətdə” ifadəsindən uyğun gəlmir. Təqsirləndirilən şəxs hər hansı qanunsuz və gizli yoldan istifadə etməmişdir. “Youtube” platformasında Səhiyyə Nazirliyi tərəfindən paylaşılan videogörüntünün hamıya açıq məlumat olduğunu nəzərə alaraq, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığını hesab edir. Cinayət tərkibi olmadığı üçün bu əməl cinayət hesab edilmir. O, Səhiyyə Nazirliyinin X14nin mütəxəssislərinin öz kompüter avadanlıqları ilə birlikdə növbəti məhkəmə iclasına dəvət olunmalarını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətinə əsasən 07 oktyabr 2025-ci il tarixli məhkəmə baxış iclasında Səhiyyə Nazirliyinin X14nin nümayəndələri (mütəxəssisləri) X13 və X9 özlərinə məxsus müvafiq kompüter avadanlığı ilə iştirak etmişdirlər. Səhiyyə Nazirliyinin X14nin baş direktorunun müavini vəzifəsində işləyən X13 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o məhz kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssis deyildir. Səhiyyə Nazirliyinin rəsmi saytı Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları tərəfindən qorunur və onlar daim nəzarət edirlər. Saytda olan boşluqları müəyyən edib, bu boşluqların aradan qaldırılması üçün raport şəklində Səhiyyə Nazirliyinə müraciət edirlər və bu sahədə mütəxəssislər bu boşluqların aradan qaldırılması ilə məşğul olur. Həmin boşluqdan istifadə edib qeyd olunan sayta ancaq bu sahə üzrə mütəxəssislər daxil ola bilərlər. Həmin səhifədə ancaq rəsmi qeydiyyatı olan şəxslərin girişi nəzərdə tutulub. “Youtube” kanalında olan videogörüntüdə də bu saytda həkimlərin qeydiyyatına dair təlimat öz əksini tapmışdır. Bu sayta giriş sadə vətəndaşlar üçün nəzərdə tutulmamışdır. Təqsirləndirilən şəxsin göstərdiyi formada məlumatların əldə edilməsi məqsədilə həmin səhifəyə “konsorda” kod yazmaqla daxil olmaq qanuna uyğun deyil və bu ancaq həmin sahədə çalışan mütəxəssislərin bacardığı işdir. Saytda qeydiyyatı olmayan şəxslər heç bir qanunsuz prosedur olmadan sayta daxil olduqda orada boş səhifə görünəcəkdir. Ancaq Təqsirləndirilən şəxs qanuna uyğun hesab edilməyən kod yazmaqla və başqa qanunsuz prosedurlarla sayta daxil olmuşdur. Sadə vətəndaş tərəfindən bunun təbliğ edilməsi düzgün bir hərəkət deyil. Hüseyn həqiqətən də bu boşluğu aşkar etmişdirsə, bu zaman Səhiyyə Nazirliyinə müraciət edib onları bu boşluqla bağlı məlumatlandıra bilərdi. Səhiyyə Nazirliyinin X14nin baş mühəndisi (proqramçı) X9 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin saytda olan boşluqların aradan qaldırılması ilə bağlı onlara ünvanlandığı raportlarda Təqsirləndirilən şəxs iddia etdiyi boşluqlar qeyd edilməmişdir. Onlar həmin boşluqları aradan qaldırmamışlar və heç bir müdaxilə etməmişlər. Məhərrəmovun Hüseynin sayta daxil olarkən istifadə etdiyi “konsorda” kod yazmaq əlavə proqram təminatı sayılır. Bu sahədə mütəxəssis sayılan proqramçılar konsorda kod yazmaqla bağlı məlumatlıdırlar. Sadə vətəndaşın bu proqram təminatından istifadə etməyi bacarması qeyri-mümkündür. Panelə daxil olmaqla şəbəkəni izləmək mümkündür. Konsor və panel proqramçıların əziyyət çəkməmələri və işlərini asanlaşdırmaq üçün yaradılmış proqram təminatlarıdır. Sayta daxil olarkən saytda xəbərdarlıq kimi əks olunmuş başlıqda göstərilmişdir ki, daxil olduğunuz saytda etdiyiniz əməl sizin üçün təhlükəli ola bilər. Hər hansı proqram təminatı olmadan istənilən sayta telefon vasitəsilə kiber hücum etmək mümkündür. Əgər təqsirləndirilən şəxsin əməli qanunauyğun hesab edilsə, istənilən kiberhücum da qanuni hesab edilməlidir. Elşad müəllimin də qeyd etdiyi kimi Hüseyn həqiqətən də saytda hər hansı bir boşluq aşkar etmişdirsə, bu zaman onlara müraciət edib saytda olan boşluqla bağlı onları məlumatlandırmalı idi. O, Hüseynin etdiyi cəhdlə iddia etdiyi saytdan qeydiyyatdan keçməyinin alınmasına inanmır və göründüyü kimi də alınmadı. Təqsirləndirilən şəxs hər hansı həkimin şifrəsini sıfırlayıb onun hesabı ilə qeydiyyatdan keçir və ilkin mərhələ olan şifrə sıfırlamaq da qanunsuz əməldir. Məhkəmənin 07 oktyabr 2025-ci il tarixli iclasında tərəflərin, o cümlədən Səhiyyə Nazirliyinin X14nin baş direktorunun müavini X7 və Səhiyyə Nazirliyinin X14nin baş mühəndisi (proqramçı) X6 iştirakları ilə sonuncuların gətirdikləri kompüter avadanlığı vasitəsi ilə Təqsirləndirilən şəxs özünün iddia etdiyi kimi X1 boşluqdan istifadə edərək sərbəst şəkildə “Policlinic/Epidemiology”, “exidmet” və sair bölmələrə giriş etməklə sayta daxil olmağın mümkünlüyünü sübut etmək üçün müəyyən prosedurları həyata keçirsə də bu mümkün olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, 2013-cü ildən etibarən Gəncə şəhəri Gigiyena və Epidemilogiya Mərkəzində operator işləyir. Belə ki, operator işlədiyi müddətdə AR Səhiyyə Nazirliyi tərəfindən işlədiyi mərkəzə müəyyən istifadəçi hesabları açılıb təhvil verilmişdir ki, həmin hesablar vasitəsilə X8 daxil olaraq kadrlar, vətəndaşların xəstəlik tarixçələri, habelə Azərbaycan Respublikası vətəndaşları haqqında, yəni onların doğum tarixləri, yaşadığı yer, qan qrupu, iş yeri, ailə vəziyyəti, şəxsiyyətinə dair digər məlumatlar və.s əldə etmək mümkün olsun. Onun adına da belə bir hesab açılaraq (“YUSİFOVAROVSANA” istifadəçi adlı) təxminən işə qəbul olduğu vaxtdan bir neçə il sonra, yəni 2015-2016-cı illərdə istifadəsinə verilmişdir. Hesab ilk dəfə ona təqdim edilən zaman təhlükəsizlik şifrəsi Səhiyyə Nazirliyi tərəfindən təyin edilmiş, lakin hər üç aydan bir şifrə təhlükəsizlik məqsədilə yenilənmiş və həmin şifrəni özü təyin etmiş, bu şifrə hər dəfə fərqli olmuşdur. 2013-cü ildən təxminən 2015-2016-ci illərə qədər olan müddət ərzində X12 hər üç aydan bir ondan tələb etmişdir ki, “hesabın şifrəsini yeniləşin” və o, həmin parolu yeniləmədiyi təqdirdə sistemə giriş qeyri- mümkün olmuşdur. Lakin qeyd etdiyi müddətdən sonra artıq sistem ondan belə bir yenilənməni tələb etməmiş və sonuncu təyin etdiyi şifrəsi “Rovsanal 984” olaraq qalmışdır. Xidməti zərurətlə əlaqədar işlədiyi ünvan 1 ünvanında yerləşən mərkəzdə olan kompüterlərdən istifadə etməklə həmin hesaba daxil olmuşdur. Bundan əlavə həmin hesabı istifadəsində olan “Samsug A 24” markalı mobil telefona da qeyd etmişdir. “Covid” pandemiyası dövründə həm kompüter və həm də mobil telefonundan istifadə etməklə həmin hesab vasitəsilə sistemə daxil ola bilmiş və işlərin çoxluğu ilə əlaqədar hətta ondan əlavə həmin hesaba mərkəzdəki iş yoldaşları da iş yerində olan kompüterlər vasitəsilə daxil olaraq xidməti zərurətlə əlaqədar hesabdan istifadə etmişlər. Hesabın şifrəsi kompüterin yaddaşına salındığı, yəni yaddaşda qeyd oldunduğu üçün hər dəfə eyni login və şifrəni yazaraq sistemə daxil olmağa zərurət olmamışdır. Belə ki, həmin sistemə yalnız işlədiyi Gəncə şəhərindəki mərkəzdən və yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Təzə məhəllələr ünvanından daxil olmuşdur. Sistemə daxil olaraq adətən “Covid” bölməsindən istifadə etmiş, az hallarda “Gigiyena və Epidemilogiya” və “Kadrlar” modulundan istifadə etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə şahidin ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş AR Səhiyyə Nazirliyi “X14” X15 daxil olmuş 24 fevral 2025-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş qoşmadan görünür ki, AR Səhiyyə Nazirliyinə məxsus “X11 Sistemi”ndə istifadəçi adı “YUSİFOVAROVSANA” olan hesabın 2024-cü ilin sentyabr ayından 2025-ci ilin 17 yanvar ayınadək olan giriş məlumatları araşdırmaya təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “kompüter-texniki ekspertizasının” 07 aprel 2025-ci il tarixli 5/213 nömrəli rəyindən görünür ki: Tədqiqat obyekti sensor ekran və “İOS 18.2.1” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 13” markalı “A2633” modelli mobil telefon smartfondur. Təqdim edilmiş “İphone 13” markalı “A2633” modelli mobil cihazın yaddaşında “Chrome” web brauzeri vasitəsilə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə https://eservice.e-health.gov.az web resursa “Login” giriş edərək “Policlinic/Epidemiology”, “exidmet” və sair bölmələrə daxil olmaya dair rəqəmsal qeydlər və mobil smartfondan əldə olunmuş fotoşəkillər daxilində həmin sistemə aid müxtəlif ekran görüntüləri aşkar olundu. Tədqiq olunan mobil smartfon vasitəsilə https://eservice.e-health.gov.az web resursa hansı məkanlardan giriş olunmasına və konkret olaraq hansı məlumatların ələ keçirilməsinə dair mobil cihazın yaddaşında hər hansı iz aşkar olunmadı. Tədqiqat zamanı mobil smartfon yaddaşından əldə olunmuş bütün məlumatlar (Brauzerin axtarış tarixçəsi, axtarış elementləri, foto, video, audio fayllar və s.) “Ekspertiza 5-213” adlı qovluqda xarici yaddaş qurğusuna köçürüldü. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən metodiki tövsiyələri nəzərə almağınız xahiş olunur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli mobil telefon “İphone 13” markalıdır. Telefonun ana ekranına nəzər saldıqda rəqəmsal kodlaşdırılmış təhlükəsizlik şifrəsinin təyin olduğu görünür. Belə ki, şifrə bölməsinə “1807” saylı 4 rəqəmli parolu daxil etdikdə telefonun ana ekranı açılır. Telefonda mövcud olan tətbiqlərə baxış keçirilərkən iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək materiallara ilkin olaraq tətbiq şəklində telefona yüklənmiş “telegram” sosial şəbəkəsində rast gəlinmişdir. Belə ki, telefonda mövcud olan “telegram” tətbiqinə daxil olduqda Təqsirləndirilən şəxs “@daimonxrd” istifadəçi adı və +994 55 *** ** ** saylı mobil nömrə ilə həmin sosial şəbəkədə hesab açaraq istifadə etdiyi görünür. Təqsirləndirilən şəxs “telegram” sosial şəbəkəsində apardığı danışıq və yazışmalara nəzər saldıqda görünür ki, o, sosial şəbəkə hesabında “Ahırıet” deyə qeyd etdiyi istifadəçiyə 25-26 dekabr 2024-cü il tarixlərində müxtəlif insanların məlumatlarını müəyyən sistemə baxaraq göndərir və həmin şəxs Təqsirləndirilən şəxs müxtəlif insanların “ad və soyadlarını” deyərək məlumatlarını öyrənir. Həmin mesajların bir qismi aşağıdakı kimidir: “Təqsirləndirilən şəxs” - De sorguluyum, yada ad soyad. “Ahmet” - İsmayılov Turxan. “Təqsirləndirilən şəxs” - Neçənci illərə baxım?. “Ahmet” - Hamısını göndərə bilərsən? O ad soyadda olan. “Təqsirləndirilən şəxs” - txt olaraq çəkmişəm). “Ahmet” - DB alınmırdı?), 2001. “Təqsirləndirilən şəxs” - Azeyə açıqdı sayt birdənə. “Ahmet” - 2001 İsmayılov Turxan, Db-yə çevirə bilsən api şəklində alardım. “Təqsirləndirilən şəxs” - (qeyd olunan şəxs haqqında ad, soyad, ata adı, ilkin məlumatlar, sənədin seriya və nömrəsi, doğum tarixi, cinsiyyəti, qan qrupu, əlavə məlumatlar, ev telefonu, mobil telefonu, qeydiyyatda olduğu ünvan, fotoşəkilini və.s məlumatları göndərir). “Təqsirləndirilən şəxs” - entegrə etməyə vaxtım yoxdu, vesika çəkirəm hal-hazırda indi, şəxsiyyyət. “Ahmet” - Zor), Ana ati falan yoxdu?, Bunun apisini neçəyə verərsən aylıq? “Təqsirləndirilən şəxs” - ana ata olan yer ayrı yerdədi, onuda çəkəcəm. “Ahmet” - Panel qurmayacam, özüm üçün istəyirəm. “Ahmet” - Aha, çox demə də aylıq olaraq alım, müştəri də taparam. “Təqsirləndirilən şəxs” - aylıq 8 k deyrəm tək sorğusun bu saat 2-3 k-ya satıram, müştəri boldu, türk əmlakçılarnan hal hazırda işləyirəm. “Ahmet” - Yaxşı birdənə pul düzəldim xəbər edəcəm sənə. Bundan başqa Təqsirləndirilən şəxs “telegram” sosial şəbəkəsində “@vtaaal23” istifadəçi adlı şəxslə apardığı iş üzrə əhəmiyyət kəsb edən danışıq və yazışmalar müəyyən edilmişdir. Belə ki, həmin yazışmalarda Təqsirləndirilən şəxs “@vtaaal23” adlı istifadəçiyə “loginin işləmədiyini bildirir, e Service saytına baxmağı ondan xahiş edir və ehealth.gov.az loginin lazım olduğunu bildirir”. Buna cavab olaraq “@vtaaal23” istifadəçi Təqsirləndirilən şəxs “Can adlı şəxsdən həmin məlumata baxmasını xahiş etməsini bildirir və hazırda özünün məşğul olduğunu” deyir. Bundan başqa Təqsirləndirilən şəxs “telegram” sosial şəbəkəsində “@ShadowAze” istifadəçi adlı şəxslə apardığı iş üzrə əhəmiyyət kəsb edən danışıq və yazışmalar müəyyən edilmişdir. Belə ki, həmin yazışmalarda Təqsirləndirilən şəxs “@ShadowAze” adlı istifadəçiyə “salam alacaqsan qaqa yoxsa yox, almaq istəyirsənsə satım yoxsa boşuboşuna gözlətmə” məzmunda mesaj daxil olmuş, buna cavab olaraq “@ShadowAze” adlı istifadəçi Təqsirləndirilən şəxs “Salam bro, Alacam bu aralar başım qarışıqdı, 1-2 iş görüm pul götürüm verəcəm, relax” məzmunda mesaj daxil olmuşdur. Mobil telefonun qalereya bölməsinə baxış keçirilməsini davam etdirdikdə qalereya bölməsində X11 Sisteminə məxsus eservice.e-health.gov.az saytının 05 dekabr 2025-ci il tarixə məxsus fotoşəkili aşkar edilmişdir. Belə ki, həmin fotoşəkildə istifadəçi adı “YUSİFOVAROVSANA”, parol “Rovsanal984” adlı məlumatların saytın login və təhlükəsizlik şifrəsi xanalarında qeyd olunduğu görünür. Bundan başqa mobil telefonun “Devices” bölməsinə daxil olduqda orada X11 Sisteminə məxsus eservice.e-health.gov.az saytına məxsus fotoşəkillərin və həmin sayta “google” tətbiqi vasitəsilə daxil olmaların olduğu görünür. Bundan başqa Təqsirləndirilən şəxs “google” tətbiqi vasitəsilə daxil olduğu saytları və həmin saytlardakı istifadəçi adlarını müəyyən etməkdən ötrü mobil telefonun “Google Şifrələr” bölməsinə baxış keçirilməsi davam etdirilir və baxış zamanı şifrələr bölməsində yaddaşa salınan https://eservice.e-health.gov.az saytına məxsus istifadəçi adı “YUSİFOVAROVSANA”, parol “Rovsanal984” adlı məlumatlar aşkar edilir. Bundan başqa mobil telefonda tətbiq şəklində mövcud olan “trustwallet” elektron pul qabısına baxış keçirdikdə hesabda olan pul vəsaitinin türk lirəsi ilə ifadə olunduğu və həmin məbləğin 0.00 məbləğdə olduğu müəyyən edilir. Həyata keçirilmiş köçürmə əməliyyatlarına baxışı davam etdirdikdə müəyyən edilir ki, həmin elektron pul qabı hesabına müxtəlif əməliyyat kodlu elektron hesablardan 06 noyabr 2024-cü il tarixdə saat 05.27-də 1994,68 türk lirəsi, 10 noyabr 2024-cü il tarixdə saat 01.08-də 384,32 türk lirəsi, 06 yanvar 2025-ci il tarixdə saat 02.42-də 329,86 türk lirəsi, 08 yanvar 2025-ci il tarixdə saat 16.34-də 1046,73 türk lirəsi, 08 yanvar 2025-ci il tarixdə saat 21.30-da 387,67 türk lirəsi, 08 yanvar 2025-ci il tarixdə saat 22.33-də 226,78 türk lirəsi, 08 yanvar 2025-ci il tarixdə saat 22.39-da 226,78 türk lirəsi, 12 yanvar 2025-ci il tarixdə saat 17.13-də 484,49 türk lirəsi,12 yanvar 2025-ci il tarixdə saat 19.19-da 546,34 türk lirəsi, 14 yanvar 2025-ci il tarixdə saat 18.15-də 639,11 türk lirəsi, 17 yanvar 2025-ci il tarixdə saat 14.11 -də 587,57 türk lirəsi pul vəsaiti məxadil olunmuş, habelə həmin “trustwallet” elektron pul qabısından müxtəlif əməliyyat kodlu elektron hesablara 06 noyabr 2024-cü il tarixdə saat 21.54-də 1994,66 türk lirəsi, 10 noyabr 2024-cü il tarixdə saat 01.33-də 384,35 türk lirəsi, 06 yanvar 2025-ci il tarixdə saat 15.57-də 329.86 türk lirəsi, 08 yanvar 2025-ci il tarixdə saat 22.40da 37 USDT, 08 yanvar 2025-ci il tarixdə saat 22.43-də 432.95 türk lirəsi, 08 yanvar 2025ci il tarixdə saat 23.57-də 1084,93 türk lirəsi, 14 yanvar 2025-ci il tarixdə saat 22.06-da 1175,15 türk lirəsi, 15 yanvar 2025-ci il tarixdə saat 15.37-də 497, 89 türk lirəsi, 17 yanvar 2025-ci il tarixdə saat 15.20-də 587,57 türk lirəsi məxaric edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs etirafedici izahat və ifadələri, şahid və zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş şəxslərin ifadələri, internet resurlarının monitorinqi çərçivəsində keçirilmiş tədbirlər nəticəsində tərtib olunmuş 16 yanvar 2025-ci il tarixli raport, AR Səhiyyə Nazirliyi “X14” X15 daxil olmuş 24 fevral 2025-ci il tarixli məktub və məktuba əlavə edilmiş sənəd surətləri, kompüter-texniki ekspertizasının 07 aprel 2025-ci il tarixli 5/213 nömrəli rəyi, mobil telefona baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş sənəd surətləri, habelə digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus bir ədəd “İphone 13” markalı “A2633” modelli mobil telefon və mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş bir ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilmiş, disk cinayət işi materiallarına əlavə olunmuş, mobil telefon isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü DİN-İN KMBİ-in maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 271.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını, ona qarşı hər hansı bir şikayət və tələbin olmamasını və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 271.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını, ona qarşı hər hansı bir şikayət və tələbin olmamasını və əməlindən səmimi peşman olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, iş və təhsil yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus bir ədəd “İphone 13” markalı “A2633” modelli mobil telefon aparatının hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılması məqsədəmüvafiqdir. İş üzrə maddi sübut kimi tanınmış mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 271.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə kompüter sistemi və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi-məsul vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, iş və təhsil yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış hal-hazırda DİN-in KMBİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “İphone 13” markalı “A2633” modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar