Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-143/2020 10.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1991-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Oğrubulaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, nömrəsiz fərdi tikili evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4 və 263-1.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 03:30 radələrində fəhlə işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, yeni massiv, Şanqar yolu istiqamətində yolun sağ kənarında yerləşən Şahid2 işlətdiyi aqlay sexində saxlanılan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə məxsus olmaqla Şahid1 kreditlə lizinq yolu ilə idarə olunması üçün etibarnamə ilə verilmiş texniki cəhətdən saz vəziyyətdə olan 2014-cü il buraxılışlı «VAZ 21214» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sexdə olan açarlarla işə salıb talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmış, qaçırmış olduğu avtomobilə tanışları Zərərçəkmiş şəxs2 qarşı sağ oturacağa, Zərərçəkmiş şəxs1 arxa oturacağa əyləşdirib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi olmadan qaçırdığı avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi istiqamətinə idarə edərək həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Puta qəsəbəsindən Qızıldaş qəsəbəsi istiqamətində geri qayıdarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsindən kənarda maksimum icazə verilən 90 km/saat sürətdən yüksək sürətlə, yəni 100 km/saat sürətlə idarə edərək Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsindən Qızıldaş qəsəbəsi istiqamətində AZNS qəsəbəsindən keçən maqistral yolda, Puta-Qızıldaş yolunun 5-ci km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü Təqsirləndirilən şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və s.) vaxtında və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bu qaydalara əməl etməmiş, nəticədə göstərilən yolu kəsmə getmək üçün qarşıda sağ tərəfə olan torpaq yola daxil olmaq məqsədi ilə qəfil əyləci basıb sükanı sağa istiqamətləndirib manevr qaydalarını pozub idarə etməni itirib sağ istiqamətdə yoldan çıxaraq avtomobilin qarşı sağ tərəfi ilə yolun sağ kənarında olan Şahid4 məxsus adsız obyektin künc hissəsi ilə toqquşaraq ehtiyatsızlıqdan «VAZ 21214» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlərdən Zərərçəkmiş şəxs2 sağ qaş, sağ almacıq və burun nahiyyələrinin əzilmiş yaralarından ibarət dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən bədən xəsarətləri, Zərərçəkmiş şəxs1 aşağı dərin paraparez, çanaq orqanlarının ləngimə tipində pozulması və onurğa beyninin İ bel fəqərəsi səviyyəsində əzilməsi ilə müşayiət olunan İ, İİ, İV bel fəqərələrinin kompression fəsadlaşmış sınıqlarından ibarət dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, habelə ələ keçirdiyi zərərçəkmiş hüquqi şəxs «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə məxsus «VAZ 21214 markalı» **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5595 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.2.4 və 263-1.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Ailəsi ilə yaşayır. Avtomobili idarə etmək üçün heç vaxt sürücülük vəsiqəsi olmayıb və hazırda da yoxdur. 2011-ci ildə o, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, Şanqar yolu deyilən yerdə yerləşən heç bir münasibətləri olmayan təsadüfən tanış olduğu Rüfətin aqlay sexində fəhlə işləyirmiş. Bir müddət iş olmadığından işləməmişdir. Sonuncu dəfə 2019-cu ilin oktyabr ayından başlayaraq yenidən sexdə işləməyə başlamışdır. Son günlər sexdə işçi az olduğundan o, gecələr sexdə qalmaqla sexi mühafizə edirmiş. xx.xx.2020-ci il tarixdə axşam saat 20 radələrində o, sexin sahibi Rüfətlə və qonşu sexdə işləyən Eyvaz adlı fəhlə ilə birlikdə çay içirmişlər, çay içdikdən sonra müdiri Rüfət sexi ona tapşıraraq çıxıb evinə getmişdir. Onlar isə sexdə oturub Eyvazla birlikdə televizora baxırmışlar. xx.xx.2020-ci il tarixdə saat 02 radələrində əvvəllər birlikdə fəhlə işləmiş, onunla uzaq qohum olan Zərərçəkmiş şəxs1 sexə gəlmişdir. Azər onlarla oturub çay içdikdən bir müddət sonra saat 03:30 radələrində ac olduğunu deyib çörək yemək istədiyini bildirmişdir. Yaxınlıqda açıq mağaza olmadığından sexin həyətində saxlanılan, sexin sahibi Rüfətə məxsus “Niva” VAZ 21214 markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili Rüfətdən icazə almadan idarə edərək yaxınlıqda olan Puta qəsəbəsinə gedərək çörək almaq qərarına gəlmişdir. Lakin Azər və Eyvaz avtomobilin idarə olunması üçün icazəsinin olmamasını bilmirmişlər. Onlar elə bilirmişlər ki, Rüfət həmin avtomobili idarə etmək üçün ona icazə verib. Belə ki, o, sexdə olan həmin “Niva” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sexdə olan açarlarını masanın üzərindən götürüb Rüfətdən icazə almadan avtomobili işə salmış, Azər avtomobilin arxa oturacağında, Eyvaz isə ön sərnişin oturacağına əyləşdikdən sonra o texniki cəhətdən saz olan həmin Niva markalı avtomobili idarə edərək yaxınlıqda işləyən mağaza olmadığı üçün Puta qəsəbəsinə sürmüşdür. Puta qəsəbəsində çörək alıb saat 04 radələrində geri yola düşmüşlər. Avtomobili 100 km/saat sürətlə Puta-Qızıldaş qəsəbəsi istiqamətdə idarə edirmiş, AZNS qəsəbəsindən keçən magistral yolda hərəkətdə olarkən yolu kəsmə getmək üçün qəfil qərara gəlmiş ki, qarşıda olan qaz borusundan sonra sağa dönsün. Bu səbəbdən də həmin zaman qəfil əyləci basıb sükanı sağa çevirib manevr etmişdir. Avtomobilin arxa hissəsi yan tərəfə sürüşməyə başladığından avtomobilin hərəkət istiqaməti yolun sağ tərəfinə yönəlmişdir. O, idarəetməni itirmiş və avtomobil yolun hərəkət hissəsindən sağ tərəfə istiqamətlənərək orada olan qaz borularının arasından keçib yolun kənarında olan kiçik bir kafenin divarının tini ilə avtomobilin sağ yan hissəsi arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra avtomobil təxminən 15-20 metr gedərək qarşıda yolun kənarında olan dərəyə düşüb dayanmışdır. Lakin avtomobil aşmamışdır. Baş verən hadisə nəticəsində o cuzi xəsarət alsa da, ön sərnişin oturacağında əyləşən Eyvaz sifət nahiyəsindən, arxa sərnişin oturacağında əyləşən Azər isə bədəninin bel nahiyəsindən xəsarət almışdır. Onlar üçüdə avtomobildən düşmüşlər. Hadisədən bir neçə dəqiqədən sonra yoldan keçən dövlət qeydiyyat nişanına fikir vermədiyi tanımadığı “Kamaz” markalı avtomobilin sürücüsü onlara yaxınlaşıb vəziyyətlərini soruşmuş sonrada yaxınlıqda olan təcili tibbi məntəqəsindən həkim briqadası çağırmışdır. Yaxınlıqda AZNS qəsəbəsində yerləşən Təcili Tibbi yardım stansiyasının avtomobili gəlib Azəri KTM xəstəxanasına aparmışdır. Ondan sonra Lökbatan qəsəbəsinin Təcili Tibbi yardım stansiyasının avtomobili gəlib Eyvazıda KTM xəstəxanasına aparmışdır. Özü isə cuzi bədən xəsarəti aldığından, yəni əl ayağı əzilmişdir, ciddi xəsarəti olmadığından heç bir tibb müəssisəsinə müraciət etmədən hadisə yerində qalmışdır. Həmin zaman xəbərinə əsasən hadisə yerinə atası Murad gəldikdən sonra o, avtomobilin sahibi Rüfətə zəng edib baş vermiş hadisə barədə məlumat vermiş və özünü narahat hiss etdiyinə görə atasını hadisə yerində qoyub evə getmişdir. Hadisə zamanı ciddi xəsarət almadığı üçün heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Bədən səthində heç bir xəsarəti yoxdur. Məhkəmə tibbi ekspertizasından keçmək istəməmişdir. Hadisə konkret olaraq Bakı şəhəri, Qaradağ rayonu, Puta-Qızıldaş yolunda AZNS qəsəbəsi ərazisində yolun kənarında olan kafenin qarşısında baş vermişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Azər və Eyvaz avtomobili qaçırmağını bilmirmişlər, onlar elə bilirmişlər ki, avtomobili idarə etmək üçün icazəsi var. O, öz ifadəsində son olaraq göstərmişdir ki, törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Hadisə ilə bağlı zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Hadisədən öncə Qaradağ rayonu Qızıldaş qəsəbəsində işlədiyi daş sexində qalırmış. xx.xx.2020-ci il tarixdə axşam saat 20 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, Şanqar yolu deyilən yerdə yerləşən heç bir münasibəti olmayan Rüfətin aqlay sexində fəhlə işləyən həmyerlisi olan Təqsirləndirilən şəxs işlədiyi sexə çay içib söhbət etməyə getmişdir. Çay içdikdən bir müddət sonra sexin müdiri Rüfət sexi Adəmə tapşıraraq çıxıb evinə getmişdir. Onlar isə sexdə oturub Adəmlə birlikdə televizora baxırmışlar. xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Adəmlə fəhlə işləmiş həmkəndlisi Zərərçəkmiş şəxs1 sexə gəlmişdir. Onlar birlikdə çay içib söhbətləşmişlər. Artıq saat 03:30 radələri olarmış. Azərlə Adəm ac olduğu üçün çörək yemək istəmişlər. Adəm isə sexdə çörək olmadığını, yaxınlıqda açıq mağaza olmadığından sexin həyətində saxlanılan, sexin sahibi Rüfətə məxsus “Niva” VAZ 21214 markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması üçün icazəsi olmasını və həmin avtomobil ilə yaxınlıqda olan Puta qəsəbəsinə gedərək çörək almaq qərarına gəlmişdir. Belə ki, Adəm həmin “Niva” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sexdə olan açarlarını masanın üzərindən götürüb avtomobili işə salmışdır. Azər avtomobilin arxa oturacağında, o, isə ön sərnişin oturacağına əyləşdikdən sonra Adəm texniki cəhəddən saz olan həmin “Niva” markalı avtomobili idarə edərək yaxınlıqda işləyən mağaza olmadığı üçün Puta qəsəbəsinə sürmüşdür. Puta qəsəbəsində çörək alıb saat 04 radələrində geri yola düşmüşlər. Adəm avtomobili təxminən 100 km/saat sürətlə Puta-Qızıldaş qəsəbəsi istiqamətdə idarə edirmiş. AZNS qəsəbəsindən keçən magistral yolda hərəkətdə olarkən Adəm yolu kəsmə getmək üçün qəfil əyləci basıb sükanı sağa çevirib manevr etmiş, buna səbəb avtomobilin arxa hissəsi yan tərəfə sürüşməyə başladığından avtomobilin hərəkət istiqaməti yolun sağ tərəfinə yönəlmişdir. Adəm idarəetməni itirmiş və avtomobil yolun hərəkət hissəsindən sağ tərəfə istiqamətləndiyindən yoldan çıxaraq orada olan qaz borularının arasından keçib yolun kənarında olan kiçik bir kafenin divarının tini ilə avtomobilin sağ yan hissəsi arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra avtomobil təxminən 15-20 metr gedərək qarşıda yolun kənarında olan dərəyə düşüb dayanmışdır. Lakin avtomobil aşmamışdır. Baş verən hadisə nəticəsində Adəm cuzi xəsarət alsada, özü sifət və bədəninin müxtəlif yerlərindən, Azər isə bədəninin bel və digər nahiyyələrindən müxtəlif cür xəsarətlər almışdır. Onlar üçüdə avtomobildən düşmüşlər. Hadisədən bir neçə dəqiqədən sonra yoldan keçən dövlət qeydiyyat nişanına fikir vermədiyi tanımadığı “Kamaz” markalı avtomobilin sürücüsü onlara yaxınlaşıb vəziyyətlərini soruşmuş sonrada yaxınlıqda olan təcili tibbi məntəqəsindən həkim briqadası çağırmışdır. Yaxınlıqda AZNS qəsəbəsində yerləşən Təcili Tibbi yardım stansiyasının avtomobili gəlib Azəri KTM xəstəxanasına aparmış, bundan sonra Lökbatan qəsəbəsinin Təcili Tibbi yardım stansiyasının avtomobili gəlib onuda KTM xəstəxanasına aparmışdır. Orada onu ambulator müayinə edib buraxmışlar. Bundan sonra hadisə yerində nə baş verməsindən xəbəri olmayıb. Hadisə konkret olaraq Bakı şəhəri, Qaradağ rayonu, Puta-Qızıldaş yolunda AZNS qəsəbəsi ərazisində yolun kənarında olan kafenin qarşısında baş vermişdir. Hadisədən əvvəl nə Adəm nədə ki, onlar spirtli içki qəbul etməmişlər. Həmin zaman o, və Azər Adəmin avtomobili idarə olunması üçün icazəsinin olmamasını bilmirmişlər. Onlar elə bilirmişlər ki, Rüfət həmin avtomobili idarə etmək üçün Adəmə icazə verib. Onlar Adəmin avtomobili qaçırmağını bilmirmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur və sağlamdır. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə məxsus VAZ 21214 (Niva) markalı ** PZ *** dövlət qeydiyyat nişanlı minik avtomobil təxminən xx.xx.2018-ci il tarixdə kreditlə lizinq yolu ilə Şahid1 etibarnamə ilə verilmişdir. Şərtlərə görə hər üç aydan bir «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən alıcının ödənişlərindən aslı olaraq etibarnamə təzələnir. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Şahid1 adına üç aylıq müddətinə etibarnamə verilmişdir. Avtomobilə görə kredit ödənişlərində keçikmə halları baş verməmişdir. Belə ki, 2020-ci ilin fevral ayının əvvəli avtomobilə görə etibarnamə verilmiş Şahid1 «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə məlumat verərək həmin VAZ 21214 (Niva) markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilin Bakı şəhəri, Qaradağ rayonu ərazisində qaçırılaraq yol nəqliyyat hadisəsi törədilməsi barədə məlumat verilmişdir. Tərəflərindən Qaradağ rayonu Qızıldaş qəsəbəsində həmin avtomobilə baxış keçirilmiş və avtomobilin əzilmiş, nasaz vəziyyətdə olması öz təsdiqini tapmışdır. Avtomobilə dəymiş ziyanı məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizasının rəyinə uyğun olaraq əsas götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdıqlarını,onlara dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəx Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Qaradağ rayonu Qızıldaş qəsəbəsində qaynı Zamiqin evində qalırmış. xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, Şanqar yolu deyilən yerdə yerləşən heç bir münasibəti olmayan Rüfətin aqlay sexində onunla birlikdə fəhlə işləyən uzaq qohumu olan həmkəndlisi Təqsirləndirilən şəxs işlədiyi sexə getmişdir. Həmin zaman orada Adəmlə yanaşı qonşu sexdə işləyən həmçinin Cəlilabad rayonundan olan Eyvazda orada imiş. Onlar birlikdə çay içib söhbətləşmişlər. Artıq saat 03:30 radələri olarmış. O, Adəmlə ac olduqları üçün çörək yemək istəmişlər. Adəm isə sexdə çörək olmadığını, yaxınlıqda açıq mağaza olmadığından sexin həyətində saxlanılan, sexin sahibi Rüfətə məxsus “Niva” VAZ 21214 markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması üçün icazəsi olmasını və həmin avtomobil ilə yaxınlıqda olan Puta qəsəbəsinə gedərək çörək almaq qərarına gəlmişdir. Belə ki, Adəm həmin “Niva” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sexdə olan açarlarını masanın üzərindən götürüb avtomobili işə salmışdır. O, avtomobilin arxa oturacağında, Eyvaz isə ön sərnişin oturacağına əyləşdikdən sonra Adəm texniki cəhəddən saz olan həmin “Niva” markalı avtomobili idarə edərək yaxınlıqda işləyən mağaza olmadığı üçün Puta qəsəbəsinə sürmüşdür. Puta qəsəbəsində çörək alıb saat 04 radələrində geri yola düşmüşlər. Adəm avtomobili 100 km/saat sürətlə Puta- Qızıldaş qəsəbəsi istiqamətdə idarə edirmiş. AZNS qəsəbəsindən keçən magistral yolda hərəkətdə olarkən Adəm yolu kəsmə getmək üçün qəfil əyləci basıb sükanı sağa çevirib manevr etmiş, avtomobilin arxa hissəsi yan tərəfə sürüşməyə başladığından avtomobilin hərəkət istiqaməti yolun sağ tərəfinə yönəlmişdir. Adəm idarəetməni itirmiş və avtomobil yolun hərəkət hissəsindən sağ tərəfə istiqamətlənərək orada olan qaz borularının arasından keçib yolun kənarında olan kiçik bir kafenin divarının tini ilə avtomobilin sağ yan hissəsi arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra avtomobil təxminən 15-20 metr gedərək qarşıda yolun kənarında olan dərəyə düşüb dayanmışdır. Lakin avtomobil aşmamışdır. Baş verən hadisə nəticəsində Adəm cuzi xəsarət alsada, ön sərnişin oturacağında əyləşən Eyvaz sifət nahiyəsindən, özü isə əsas bədəninin bel və digər nahiyyəsindən müxtəlif cür xəsarətlər almışdır. Onlar üçüdə avtomobildən düşmüşlər. Hadisədən bir neçə dəqiqədən sonra yoldan keçən dövlət qeydiyyat nişanına fikir vermədiyi tanımadığı “Kamaz” markalı avtomobilin sürücüsü onlara yaxınlaşıb vəziyyətlərini soruşmuş, sonrada yaxınlıqda olan təcili tibbi məntəqəsindən həkim briqadası çağırmışdır. Yaxınlıqda AZNS qəsəbəsində yerləşən Təcili Tibbi yardım stansiyasının avtomobili gəlib onu KTM xəstəxanasına aparmışdır. Orada onu stasionar müalicəyə yerləşdirmişlər. Bundan sonra hadisə yerində nə baş verməsindən xəbəri olmayıb. Hadisə konkret olaraq Bakı şəhəri, Qaradağ rayonu, Puta-Qızıldaş yolunda AZNS qəsəbəsi ərazisində yolun kənarında olan kafenin qarşısında baş vermişdir. Həmin zaman o avtomobilin arxa oturacağında oturduğundan avtomobilin sürətini görmürmüş. Lakin sürət yüksək olmuşdur. Hadisədən əvvəl Adəm spirtli içki qəbul etməmişdir. Həmin zaman o və Eyvaz Adəmin avtomobili idarə olunması üçün icazəsinin olmamasını bilmirmişlər. Onlar elə bilirmişlər ki, Rüfət həmin avtomobili idarə etmək üçün Adəmə icazə verib. Onlar Adəmin avtomobili qaçırmağını bilmirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur, sağlamdır. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə məxsus VAZ 21214 (Niva) markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2018-ci il tarixdə kreditlə lizinq yolu ilə etibarnamə ilə almışdır. Şərtlərə görə hər üç aydan bir «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən alıcının ödənişlərindən aslı olaraq etibarnamə təzələnir. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə adına üç aylıq müddətinə etibarnamə verilmişdir. Avtomobilə görə kredit ödənişlərində geçikmə halları baş verməmişdir. Təxminən 2019-cu ilin dekabr ayının sonları avtomobili satmaq niyyəti ilə heç bir münasibəti olmayan təsadüfən tanış olduğu Şahid2 həmin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus kreditdə olan, (Niva) VAZ 21214 markalı ** PZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilini pul vəsaitinə satmışdır. Həmin avtomobilin yerdə qalan kredit borcunu Rüfət öz öhdəsinə götürməklə vaxtında ödəyirmiş. Şərtlərə görə avtomobilin kredit borcu qurtardıqdan sonra Rüfət avtomobili adına keçirdə bilərmiş. Eyni zamanda da o, Rüfətə avtomobilin idarə olunması üçün etibarnamə verə bilməzdi. Buna görədə avtomobili Rüfət özünə məxsus olan Qaradağ rayonu Qızıldaş qəsəbəsində aqlay sexinin həyətində saxlayırmış. xx.xx.2020-ci il tarixdə Rüfət mobil telefonuna zəng vuraraq həmin VAZ 21214 (Niva) markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Qaradağ rayonu Qızıldaş qəsəbəsində aqlay sexində fəhləsi Adəm tərəfindən qaçırılaraq yol nəqliyyat hadisəsi törədilməsi barədə məlumat vermişdir. O, da bu barədə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə məlumat vermişdir. Avtomobili qaçıran Adəm adlı şəxsi tanımır və hadisənin hansı şəraitdə baş verməsi barədə məlumatı yoxdur. O, ona etibarnamə ilə verilən VAZ 21214 (Niva) markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması üçün heç kimə verməmişdir. Avtomobil qaçırılmışdır. Baş vermiş hadisə ilə əlaqədar ona heç bir ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Ailəsi ilə yaşayır. 10 ildən artıqdır ki, o Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, Şanqar yolun üstündə aqlay sexinin sahibidir. Təxminən 2019-cu ilin dekabr ayının sonları avtomobil almaq niyyəti ilə makler vasitəsi ilə tanış olduğu Şahid1 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus kreditdə olan, (Niva) VAZ 21214 markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilini pul vəsaitinə almışdır. Həmin avtomobilin yerdə qalan kredit borcunu öz öhdəsinə götürməklə vaxtında ödəyirmiş. Adına ödənilməmiş kredit mövcud olduğundan həmin avtomobilə etibarnamə ala bilmədiyindən onu sürə bilmirmiş və buna görədə avtomobili ona məxsus olan aqlay sexinin həyətində saxlayıb açarlarınıda sexdə masanın üzərinə qoymuşdur. Heç bir münasibəti olmayan Təqsirləndirilən şəxs 2011-ci il tarixdə ona məxsus aqlay sexində fəhlə işləyirmiş. Bir müddət iş olmadığından o, sexdə işləməmişdir. İş olduğundan onun çağırışı ilə təxminən 2019-cu ilin oktyabr ayından Adəm yenidən həmin ona məxsus sexdə fəhlə işləməyə başlamışdır. Hadisədən bir neçə gün öncə ona məxsus aqlay sexində mühafizə olmadığından fəhlə işləyən Təqsirləndirilən şəxs gecələr sexdə qalırmış. xx.xx.2020-ci il tarixdə axşam saat 20 radələrində o sexdən çıxıb evə gedəndə sexdə Adəm və qonşu sexdə işləyən Eyvaz oturub çay içirmişlər. Oda onlarla bir stəkən çay içib və sexi ümumi qaydada Adəmə tapşırmışdır. Adəm həmin avtomobilin açarlarının sexdə olmasını bilsə də həmin avtomobilin idarə olunması üçün ona icazə verməmişdir. Çay içib onlarla sağollaşıb evinə getmişdir. xx.xx.2020-ci il tarixdə gecə saat 04:30 radələrində Adəm mobil telefonuna zəng edib bildirmiş ki, yeni aldığı göy rəngli, “VAZ 21214” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə AZNS qəsəbəsi ərazisində Puta-Qızıldaş yolunda yol nəqliyyat qəzası törədib. O, dərhal evdən çıxıb Adəm dediyi yerə gəldikdə görmüşdür ki, “VAZ 21214” markalı avtomobil Puta-Qızıldaş yolunda AZNS qəsəbəsindən keçən yolda təxminən 10 metr yoldan kənarda əzilərək yarasız vəziyyətdə dayanmışdır. Hadisə yerində yolun kənarında olan adsız çayxana obyektinin üzbəüz dayandıqda divarının qarşı sol künc hissəsi uçulmuş vəziyyətdədir. Hadisə yerində orada Adəmin atası Murad ona bildirmişdir ki, oğlu Adəm həmin avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş və hadisə zamanı Adəm avtomobilin sükan arxasında olmaqla avtomobildə sərnişin qismində əvvəllər sexində fəhlə işləyən Zərərçəkmiş şəxs1 və qonşu sexdə işləyən Zərərçəkmiş şəxs2 olub. Hadisə zamanı Azər və Eyvaz xəsarət aldıqları üçün hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar, oğlu Adəm isə xəsarət aldığı üçün xəstəxanaya deyil evlərinə getmişdir. Azər və Eyvazın xəstəxanaya aparılmasını, polisin hadisə barədə məlumatlı olmasını zənn edib hadisə yerində avtomobili saxlamaq istəmədiyi üçün yoldan keçən tanımadığı yük maşınlarından birinə qoşub işlədiyi sexin həyətinə aparıb saxlamışdır. Lakin həmin yük avtomobilinin dövlət qeydiyyat nişanı və sürücüsü yadında qalmamışdır. Hadisə konkret olaraq Bakı şəhəri, Qaradağ rayonu, Puta-Qızıldaş yolunda AZNS qəsəbəsi ərazisində baş vermişdir. Adəm həmin avtomobili idarə etmək üçün ondan icazə almayıb, ümumiyyətlə onun bu barədə heç bir məlumatı olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Ailəsi ilə yaşayır. Şahid2 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, Şanqar yolun üstündə aqlay sexinin sahibidir. Oğlu Təqsirləndirilən şəxs 2011-ci il tarixdə heç bir münasibətləri olmayan Şahid2 məxsus aqlay sexində fəhlə işləyirmiş. Bir müddət iş olmadığından o, sexdə işləməmişdir. İş olduğundan Rüfətin çağırışı ilə təxminən 2019-cu ilin oktyabr ayından oğlu Adəm yenidən həmin Rüfətə məxsus sexdə fəhlə işləməyə başlamışdır. Son bir neçə gündə aqlay sexində mühafizə olmadığından fəhlə işləyən oğlu Təqsirləndirilən şəxs sexdə qalırmış. xx.xx.2020-ci il tarixdə oğlu Adəm həmin sexə iş yerinə getmişdir. xx.xx.2020-ci il tarixdə gecə saat 04 radələrində oğlu Adəm mobil telefonuna zəng edib bildirmiş ki, müdiri Şahid2 məxsus göy rəngli “VAZ 21214” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağ rayonu AZNS qəsəbəsi ərazisində Puta-Qızıldaş yolunda yol nəqliyyat qəzası törədib. O, dərhal evdən çıxıb Adəm dediyi yerə gəldikdə görmüşdür ki, həmin “VAZ 21214” markalı avtomobil Puta-Qızıldaş yolunda AZNS qəsəbəsindən keçən yolda təxminən 10 metr yoldan kənarda əzilərək yararsız vəziyyətdə dayanmışdır. Hadisə yerində yolun kənarında olan adsız çayxana obyektinin üzbəüz dayandıqda divarının qarşı sol künc hissəsi uçulmuş vəziyyətdə idi. Hadisə yerində oğlu Adəm ona bildirmişdir ki, müdiri Şahid2 məxsus göy rəngli “VAZ 21214” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili icazəsiz sexdən götürüb idarə edərək Azər və Eyvazla çörək almaq üçün Puta qəsəbəsinə gedərək geri qayıdanda həmin yerdə ehtiyatsızlıqdan idarə etməni itirərək yoldan çıxaraq kafenin divarının künc hissəsi ilə toqquşaraq yol qəzası törətmiş və avtomobildə olan sərnişinlər Azər və Eyvaz bədən xəsarətləri almışlar. Özü isə yüngül bədən xəsarəti almışdır. Təcili tibbi yardım briqadası Azəri xəstəxanaya aparmışdır. Bir müddətdən sonra ikinci təcili tibbi yardım briqadası hadisə yerinə gələrək Eyvazı xəstəxanaya aparmışdır. Oğlu Adəm isə heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Bundan sonra avtomobilin sahibi Şahid2 hadisə yerinə gəlmiş və oğlu Adəmin ona məxsus avtomobili icazəsiz götürüb idarə edərək yol qəzası törətməsini ona bildirmişdir. Azər və Eyvazın xəstəxanaya aparılmasını, polisin hadisə barədə məlumatlı olmasını zənn edib Rüfət hadisə yerində avtomobili saxlamaq istəmədiyi üçün yoldan keçən tanımadığı yük maşınlarından birinə qoşub işlədiyi sexin həyətinə aparıb saxlamışlar. Lakin həmin yük avtomobilinin dövlət qeydiyyat nişanı və sürücüsü yadımda qalmamışdır. Hadisə konkret olaraq Bakı şəhəri, Qaradağ rayonu, Puta-Qızıldaş yolunda AZNS qəsəbəsi ərazisində baş vermişdir. Oğlu Adəm həmin avtomobili idarə etmək üçün Rüfətdən icazə almamışdır. Lakin Azər və Eyvaz bu barədə heçnə bilməməklə Adəmin avtomobili icazəsiz götürməyindən xəbərləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Ailəsi ilə yaşayır. Bakı şəhəri, Qaradağ rayonu, AZNS qəsəbəsində körpünün yaxınlığında yerləşən 6*4 kv. metr ölçüdə təsərrüfat binası adlandırılan adsız yer ona məxsus olmaqla Puta- Qızıldaş yolunun təxminən 5-ci km-də yerləşir. Həmin yerdə avtomobillərə texniki xidmət göstərilir. Eyni zamandada həmin obyektin bir hissəsi kiçik çayxana kimi fəaliyyət göstərirmiş. xx.xx.2020-ci il tarixdə səhər saat 09 radələrində iş yerinə gələrkən obyektin çayxana kimi fəaliyyət göstərdiyi divarın künc hissənin daşlarının uçulmuş vəziyyətdə, yerdə qana bənzər izlər və avtomobilə məxsus şüşə qırıntılarının olmasını görüb 102 xidmətinə məlumat vermişdir. Həmin halın yol nəqliyyat qəzası olmasını başa düşmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, Qızıldaş qəsəbəsində, Şanqar yolun üstündə aqlay sexində işləyən Adəm adlı fəhlə həmin sexin müdiri Rüfətə məxsus (Niva) VAZ 21214 markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilini icazəsiz götürərək Azər və Eyvaz adlı şəxslərlə Puta qəsəbəsinə gedib çörək alıb Qızıldaş qəsəbəsinə geri qayıdarkən ona məxsus obyektin qarşısında idarə etməni itirərək yol nəqliyyat qəzası zamanı ona məxsus obyektinin divarının künc hissəsi ilə toqquşmuşdur. Lakin həmin zaman o, evində olduğundan hadisəni görməmişdir. Polisə məlumat verdikdən sonra heç bir şikayətinin olmadığından özünə məxsus obyektin uçulmuş daşlarını özü bərpa edərək tikmişdir. Baş vermiş hadisə ilə əlaqədar ona heç bir ziyan dəyməmiş və heç bir şikayəti yoxdur. Hadisənin hansı şəraitdə hansı səbəbə baş verməsi ilə əlaqədar heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli, 217 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2- sağ qaş, sağ almacıq və burun nahiyyələrinin əzilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli, 201 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1aşağı dərin paraparez, çanaq orqanlarının ləngimə tipində pozulması və onurğa beyninin İ bel fəqərəsi səviyyəsində əzilməsi ilə müşayiət olunan İ, İİ, İV bel fəqərələrinin kompression fəsadlaşmış sınıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 8/113 nömrəli rəyindən müəyyən olunmuşdur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21214 markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsindən kənarda maksimum icazə verilən 90 km/saat sürətdən yüksək, 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/272 nömrəli rəydən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxxxxxxxx” ASC-nin Avtovaz servis xidmətinin xx xxxx 2020-ci il tarixli, E/300-N-li ziyan aktı məlumatlarına əsasən, 2014-cü il buraxılışlı VAZ-21214 markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5595,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DİN-nin Baş Dövlət X2 xx xxxx 2020-ci il tarixli, 016-23201-1220 saylı məktubundan görünür ki, Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. VAZ 21214 markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan AZ 360355 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21214 markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 185.2.4 və 263-1.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxslərlə barışmaqla, zərərçəkmiş şəxslərin ona qarşı heç, bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 185.2.4-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasının və CM-nin 263-1.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə məxsus VAZ 21214 markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid2 saxlanılması nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 48 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 35 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 498 (dörd yüz doxsan səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4 və 263-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 185.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 263-1.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs CM-nin 185.2.4-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq, 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) aymüddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə məxsus VAZ 21214 markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid2 saxlanılması nəzərə alınsın. İş üzrə 170 (yüz yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslərə izah edilsin ki, cinayət nəticəsində onlara vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 498 (dörd yüz doxsan səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-143/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-143/2020
10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver