Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-143/2022 19.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Lökbatan qəsəbəsi massiv 4, ev 20 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,229 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 28 fevral 2022-ci il tarixdə, saat 15 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsində saxlanılaraq 10cu PB-nə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd qızılı rəngli kağız bükümün içərisində olan, təmiz çəkisi 0,229 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir ki, psixotrop maddə istifadə edir. Şəxsi istifadəsi üçün psixotrop maddəni ayrıayrı şəxslərdən əldə edir. Sonuncu dəfə 28 fevral 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, “Kubinka” deyilən yerdə olan vaxt bir nəfər tanımadığı şəxslə təsadüfən söhbət edən zaman onun da psixotrop maddə, yəni “patı” istifadəçisi olduğunu bilmişdir. Ondan şəxsi istifadəsi üçün patı, yəni psixotrop maddə hesab edilən metamfetamin istəmişdir. Həmin şəxs də ona bunu təşkil edə biləcəyini demişdir. Təxminən bir neçə dəqiqə sonra o, yanına gəlib bir ədəd qızılı rəngli kağızda olan büküm verib içərisində patı olduğunu demiş və əvəzində 15 manat pul istəmişdir. Onunla razılaşıb həmin bükümü alıb 15 manat pul vermişdir. Bükümü də əynində olan tünd göy rəngli şalvarın sol yan cibinə qoymuşdur ki, istifadə edər. Həmin gün, saat 15 radələrində tanışı X10 ilə Lökbatan qəsəbəsi, R.Salmanov küçəsində dayandığı zaman mülki geyimli şəxslər onlara yaxınlaşmiş və polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərmişlər. Onlar İlqar və Rahibə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib 10-cu PB-nə dəvət etmişlər. Həmin polis əməkdaşları ilə birlikdə 10-cu Polis bölməsinə gəlmişlər. Bölmədə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah edildikdən sonra polis bölməsində vəkilin, polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı qanunsuz əşya və vasitə varsa təqdim olunması təklif olunmuşdur. Əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd qızılı rəng kağız bükümü təqdim edib masanın üzərinə qoymuşdur. Həmin büküm açılaraq baxış keçirilmiş və içindəkinin nə olduğu soruşulduqda bükümün içərisindəkinin “patı”, “şüşə”, yəni psixotrop maddə olan metamfetamin olduğunu, həmin gün “Kubinka” deyilən yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Üzərində şəxsi axtarış keçirilsə də başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra həmin büküm qablaşdırılmış və protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi zərfi və protokolu imza etmişdir. O öz ifadəsində son olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, əməlindən peşman olduğunu və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olduğunu, müalicə almaq istədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hal-hazırda Qaradağ RPİ-nin 10-cu polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İfadəsinin müstəntiq tərəfindən komputer vasitəsilə yazılmasına heç bir etirazı yoxdur. Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar olaraq tanımış, onunla qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. Cinayət işinin istintaq materialları ilə tanış olmuş və baş vermiş hadisə barədə onları göstərə bilər ki, 28 fevral 2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu polis bölməsində xidmətdə olan zaman icraatına ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra özü, əməliyyat müvəkkili, polis mayoru Şahid2 və polis sahə inspektoru X4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs cinayət törədərkən onu ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə qərar qəbul edilmişdir. Həmin gün əməliyyat qrupu ilə birlikdə Lökbatan qəsəbəsində müşahidələr aparmağa başlamışlar. Müşahidələr zamanı Təqsirləndirilən şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsində olması və üzərində psixotrop maddə ilə birlikdə hərəkətdə olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs Lökbatan qəsəbəsi, R.Salmanov küçəsində olduğu müəyyən edilmişdir. Həmin vaxt onun yanında bir nəfər şəxs də şəxsiyyəti sonradan 10-cu PB-də məlum olan X10 da olmuşdur. Əməliyyat qrupunun iştirakçıları ilə birlikdə Rahib və İlqara yaxınlaşıb onlara özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 10-cu PB-nə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanında olan şəxs də şübhə yaratdığından onu da 10-cu PB-nə dəvət etmişlər. Bölməyə gəldikdən sonra bir daha məlum olmuşdur ki, həmin şəxs xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Lökbatan qəsəbəsi massiv 4, ev 20 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs X5 tərəfindən şübhəli şəxs qismində tutulmuş və bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü təqdim edib masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm açılarkən içərisində şəffaf rəngli, iysiz, kristal şəkilli, psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, o, həmin bükümün içərisindəkinin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, 28.02.2022-ci il tarixdə Yasamal rayonu, “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 15 (on beş) manata özünün istifadəsi üçün aldığını demişdir. X5 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzərində iştiraçılar tərəfindən imzalar edilmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin 10-cu PB-nin baş əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2022-ci il tarixli, 6/1239 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №222” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,229 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,229 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0,179 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 26 mart 2022-ci il tarixli, 1416 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, 28 fevral 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,229 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin maddi sübut kimi tanınması və qalıq 0,179 qram çəkidə psixotrop maddə saxlanması üçün maddi sübutların saxlanma otağına verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində, polis əməkdaşlarının və dəvət edilmiş müdafiəçin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və ona vəzifələri izah edildikdən sonra təklif olunur ki, üzərində qeyriqanuni əşya(lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümü təqdim edib masanın üzərinə qoyaraq təqdim edir. Həmin büküm açılarkən içərisində şəffaf rəngli, kristal şəkilli, psixotrop maddəyə bənzər kütlə aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, 28.02.2022-ci il tarixdə Yasamal rayonu, “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 15 (on beş) manata özünün istifadəsi üçün aldığını bildirir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X9 arasında 30.08.2005-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, 21.09.2005-ci il tarixdə doğulmuş Tahirli Nizaminin və 02.04.2008-ci il tarixdə doğulmuş X6 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən peşman olmasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, məcburi müalicəyə ehtiyacı olmaqla məcburi müalicə almaq istəməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 28 fevral 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 02 mart 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,179 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 19 may 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,179 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-143/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-143/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver