Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-143/2023 14.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxx 1979-cu ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Pirəkəşkül kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, Lökbatan dairəsi adlanan ərazidə Zərərçəkmiş şəxs ilə Şahid1 sərnişin daşınmasına görə mübahisə etmələrini bahanə edərək həmin məsələnin ona heç bir aidiyyəti olmadığı, hüquq və qanuni mənafelərinə toxunmadığı halda özünü cəmiyyətin fövqündə qoyub, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edib söyüb təhqir edərək bir dəfə əli ilə vuraraq burun nahiyyəsinin yerdəyişməyən sınığı ilə nəticələnən dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi dairəsindən 20 yanvar metrostansiyası istiqamətində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə təxminən saat 12:30 radələrində Lökbatan dairəsində sərnişin götürən zaman həmin yerdə taksi fəaliyyəti ilə məşğul olan Elçin ilə Əli adlı şəxslə aralarında sərnişin götürmək üstündə sözlü mübahisələri düşmüş və Əli adlı şəxs nalayiq küçə söyüşləri ilə Elçini, Elçin də Əlini söymüş, bu zaman kənarda dayanmış tanımadığı şəxs Elçinə camaat arasında söyüş söyməməyi bildirmiş,Əli kişi isə idarə etdiyi avtomaşını sürüb 20 yanvar istiqamətində getmişdir.Həmin şəxs də Əli adlı şəxsin yaşlı adam olduğunu və onu yola verməyini Elçinə demişdir. Orada tanımadığı şəxsə yaxınlaşaraq əli ilə Elçini göstərib demişdir ki, “bunun kimi şərəfsizlərdi də”. Elçin də ona cavab verərək bildirmişdir ki, şərəfsiz sən özünsən. Bundan sonra Elçinin idarə etdiyi avtomaşına əyləşmiş, Elçin isə avtomaşını idarə edərək dairənin yaxınlığında olan Arkonun içərisinə, yəni adamlar olmayan yerə sürmüş, Elçin təxminən 2-3 metr getdikdən sonra avtomaşını saxlamış və ikisi də yerə düşmüş, onlar bir-biri ilə söhbət edən zaman Elçinin onu söyməyinə görə onun yaxasından tutmuş, bu zaman orada Namiq və Sakin adlı taksi sürücüləri də orada dayanmış və Sakin yaxınlaşaraq onları sakitləşdirməyə başlamış, Elçinin söyüş söyməsinə görə əli ilə sifət nahiyyəsindən bir dəfə vurmuşdur.Törətdiyi əməldən peşmandır.Hal-hazırda zərərçəkmiş şəxslə barışıb.Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatandairəsindən 20 yanvar metrostansiyası istiqamətində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə təxminən saat təxminən 12:30 radələrində Lökbatan dairəsində sərnişin götürən zaman onun qarşısında dayanış Əli adlı şəxslə aralarında sərnişin götürmək üstündə sözlü mübahisələri düşmüş və Əli adlı şəxs nalayiq küçə söyüşləri ilə onu söymüş, ona dediyi söyüşlərin cavabım verərək onu söymüş, bu zaman kənarda dayanmış tanımadığı şəxs ona camaat arasında söyüş söyməməyi bildirmiş, Əli kişi isə idarə etdiyi avtomaşını sürüb 20 yanvar istiqamətində getmiş, həmin tanımadığı şəxsə bildirmişdir ki, mənim yerimə sən də olsan söyərsən, eşitmədin birinci o kişi necə söyüşlər söydü?. Həmin şəxs də Əli adlı şəxsin yaşlı adam olduğunu və onu yola verməyini demiş, bu zaman kənarda dayanmış uzun müddət onunla birlikdə göstərdiyi yerdə taksi fəaliyyəti həyata keçirən "Ramo" sonradan adım tam olaraq Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs tanımadığı şəxsə yaxınlaşaraq əli ilə onu göstərib demişdir ki, “bunun kimi şərəfsizlərdi də”. O, da Ramilə cavab verərək bildirmişdir ki, şərəfsiz sən özünsən. Bundan sonra Ramil onun üzərinə hücum çəkərək əli ilə üzərinə gəlib bildirmişdir ki, şərəfsiz deyilsən?. O, da ona şərəfsizliyini sübut etməyəni söymüş, bundan sonra Ramil onun idarə etdiyi avtomaşına əyləşmiş, o isə avtomaşını idarə edərək dairənin yaxınlığında olan Arkonun içərisinə, yəni adamlar olmayan yerə sürmüş, təxminən 2-3 metr getdikdən sonra avtomaşını saxlamış və ikisi də yerə düşmüş, onlar bir-biri ilə söhbət edən zaman Ramil onun yaxasından tutmuş, bu zaman orada Namiq və Sakin adlı taksi sürücüləri də orada dayanmış, Ramilə bildirmişdir ki, burada onlardan başqa söyüş söyən yoxdur. Ramil onun yaxasından əlini çəkdikdən sonra yumruq ilə burun nahiyyəsindən bir dəfə vurmuşdur. Həmin an onun burnundan qan gəlmişdir.Bundan sonra telefon vasitəsi ilə Azərbaycan Respublikası DİN- nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Mersedes markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomaşın özünə məxsusdur və Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Lökbatan dairəsində taksi fəailiyyəti ilə məşğul olur.Onlar ilə birlikdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da taksi fəaliyyəti ilə məşğul olurlar. xx.xx.2022ci il tarixdə təxminən saat 12:30 radələrində 14-cü dairədə müştəri götürərək 20 yanvar metrostansiyası istiqamətinə gedən zaman Elçin nalayiq küçə söyüşləri ilə onu söyməyə başlamış, avtomobildən düşməyərək Elçinə söydüyü söyüşlərin cavabını vermiş, bundan sonra idarə etdiyi avtomaşını sürərək çıxıb getmişdir. O, orada olan zaman X2 Qəribovu vurmasını görməmişdir. Məhkəmə iclasında Şahid3 bildirmişdir ki, Opel Zefira markalı avtomaşınla Lökbatan dairəsində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun bibisi oğludur və o, da həmin ünvanda taksi fəaliyyəti ilə məşğul olur. Onlarla birlikdə Zərərçəkmiş şəxs da özünün idarə etdiyi avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə təxminən saat 12:30 radələrində müştərini ünvana düşürdükdən sonra Lökbatan dairəsinə qayıtdıqda orada Ramil ilə Elçinin mübahisə etdiyini görmüş, onlara yaxınlaşdıqda Elçinin Ramili nalayiq küçə söyüşləri ilə söydüyünü görmüşdür.Ramil də onu əli ilə vurmaq istəyəndə araya girmiş, bundan sonra Elçin kənara çəkilərək yenə də söyüş söyməyə davam edirmiş, Elçinə yaxınlaşmış və onu sakitliyə dəvət etmiş, bundan sonra oradan uzaqlaşaraq işinin arxası ilə getmişdir.O, orada olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmişdir. İş materillarında olan məhkəmə-tibbi ekspertizasının 11 oktyabr 2022-ci il tarixli 719 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-burun nahiyyəsinin yerdəyişməyən sınığı ilə müşayət olunan qançır-şişkinliyi bərk küt əşya təsirindən, müayinədən bir neçə saat əvvəl qərarın təsviri hisəsində göstərilən 23 sentyabr 2022-cİ il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materillarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə tutulmuş və 16 fevral 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs, ilk dəfə cinayət törətməsini, törətdiyi əməlini etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına odənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın tutma altında olduğu 02 gün azadlıqdan məhrumetmənin 1 gününə islah işləri cəzasının 4 gün hesabı islah işləri cəzasına hesablansın və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün islah işləri cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İslah işləri üzrə cəzasının əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-143/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-143/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver