Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-144/2021 08.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli-himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, işlməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, həmçinin digər Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsində istintaq olunan ********* saylı cinayət işi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4 (002)-52/2021 nömrəli, xx xxxx 2021-ci il tarixli qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda ƏN-nin PX-nin X7 saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Vətəndaş xx.xx.2020-cu il tarixdə təxminən saat 04 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Sabir küçəsi, 7 nömrəli fərdi yaşayış evinin yataq otağında arvadi Zərərçəkmiş şəxs ilə ailə məişət zəmnində mübahisə etmiş, yaranmış mübahisə zamanı qəsdən sonuncunun sifət və baş nahiyyəsinə bir neçə sillə zərbəsi vuraraq Zərərçəkmiş şəxs başın alın nahiyəsinin dərialtı hematoması, sağ gözün konyuktiva qişasına qansızma, sağ gözətrafı nahiyənin, sağ yanağın, boyunun qançırları ilə nəticələnən dərəcəsinə görə ümumulikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında atası Zahid Haşımov ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. O, 2008-ci il tarixdə Şəmsiyə ilə ailə həyatı qurmuş, onların nikahından 2 azyaşlı övladları vardır. xx.xx.2020-ci il tarixə kimi Şəmsiyə onunla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Sabir küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evində yaşamışdır. Şəmsiyə ilə ailə qurduqdan sonra ailədə münasibətlər normal olmuş, sonradan isə ailədə söz-söhbət yaranmağa başlamışdır. xx.xx.2020-ci il tarixdə gecə saat 04 radələrində yataq otağında yatdığı zaman taqqılıtı səsinə yuxudan ayılmış və əsəbiləşdiyindən arvadı Şəmsiyə ilə aralarında sözlə mübahisə yaranmışdır. O, əsəblərini cilovlaya bilməyib Şəmsiyənin sifət nahiyyəsinə bir neçə sillə zərbəsi vurmuş, daha sonra yatmışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 12:30 rədələrində həyətin qapısının döyüldüyünü görüb Şəmsiyəyə demişdir ki, “get həyətin qapısını aç, deyəsən anan gəlib”. Bu zaman atası Zahid evdən həyətə çıxıb küçəyə açılan qapını açmışdır. Həmin vaxt digər küçə qapısının döyüldüyünü görüb o da küçə qapısını açmış, görmüşdür ki, Səngəçal qəsəbəsinin post patrul xidmətinin iki nəfər əməkdaşı küçədə dayanıb həyətə baxırlar. Polis əməkdaşları evdə nə isə baş verməsini soruşmuşlar. O, onlara bildirmişdir ki, heç bir hadisə baş verməmişdir. Polis əməkdaşları bildirmişlər ki, xidmətdə olduqları zaman Məharət xanım onlara yaxınlaşıb deyib ki, Rəşad onun qızını evdə döyüb öldürür, ona görə də gəliblər ki, nə baş verdiyini aydınlaşdırsınlar. Şəmsiyənin anası Məharət küçədə dayanıb ona demişdir ki, nə üçün onun qızını incidir, onu döyür, qızını evlərinə aparmağa gəlmişdir. Atası qaynanası Məharətə demişdir ki, burada heç nə baş verməyib, sakitləşsin, evə daxil olsun. Polis əməkdaşları ailə daxili söhbət olduğunu, hər hansı bir xoşagəlməz hadisənin baş vermədiyini görüb çıxıb getmişlər. Məharət deyirmiş ki, Şəmsiyəni aparmağa gəlmişdir. Atası bizdən aralaınıb polis əməkdaşlarının arxasınca küçəyə çıxmışdır. O, da Məharətin dayanmadan uca səslə danışıb nə üçün qızını döydüyünü deyirmiş. O, da Məharətə demişdir ki, sakitləşsin, evə daxil olsun. Lakin Məharət sakitləməyib bir az da qızışıb ona qarğış etməyə başlamışdır. O, Məharətə yaxınlaşıb çiynindən tutub sakit olmasını demişdir. Məharət də onun paltarının çiyin hissəsindən tutub dartışdırıb yenə də demişdir ki, qızını nə üçün döymüşdür. O, da əlinin arxası ilə Məharətin sinəsinə yavaşca vurub demişdir ki, “aralaş məndən”. Bu zaman Məharət sağ qolu üstə yerə yıxılmış və sonra demişdir ki, deyəsən qolu qırılmışdır. Həmin vaxt atası Zahid həyətə daxil olanda görmüşdür ki, Məharət yerə yıxılıb və ona yaxınlaşıb ona kömək edib ayağa qaldırmışdır. Atası Məharətin əsəbi vəziyyətdə olmasını, özündən çıxmasını görüb söz-söhbət yaranmasın deyə Şəmsiyəyə demişdir ki, hazırlaşsın, o, özü onları avtomobili ilə atasının evinə aparar. Atası sürücü işlədiyi avtomoibil ilə arvadı Şəmsiyəni, oğlu Hakimi və qaynanası Məharəti evlərinə aparmışdır. Təqsirləndirilən şəxs sonda məhkəməyə müraciət edib əməldən səmimi peşman olmasını, gənc olmasını, bir daha belə hallara yol verməyəcəyini nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında valideynlərinin evində qeydiyyatdadır. O, 2008-ci il tarixdə Təqsirləndirilən şəxs ərə getmiş, onların həmin nikahdan 2 azyaşlı övladları vardır və həmin vaxtdan xx.xx.2020-ci il tarixdə kimi Rəşadın Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Sabir küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evində yaşamışdır. Rəşad onunla ailə qurduqdan sonra ailədə münasibətlər normal olmuş, sonradan isə Rəşad onu qısqanmağa başlamış və evdə qısqançlıq üstündə söz-söhbət yaranmağa başlamışdır. Hətta 2020-ci ilin avqust ayında da Rəşad onu pozğunçuluqda günahlandırıb onu döymüşdür, lakin ailənin dağılmasını istəmədiyi üçün polisə şikayət etməmişdir. xx.xx.2020-ci il tarixdə böyük oğlu İlkin atası Atamalının evinə getmişdir. Həmin gün təxminən saat 23 radələrində 9 yaşlı oğlu Hakimi öz yataq otağında yatızdırıb saatı qurmuşdur ki, saat 08-də yuxudan oyansınlar. Daha sonra özü də döşəmədən yer salıb Hakimin yanında yatmışdır. Çünki, oğlu Hakimin 08:30-da onlayn dərsi başlayacaqmış. xx.xx.2020-ci il tarixdə təxminən saat 04 radələrində digər yataq otağında yatan əri Təqsirləndirilən şəxs yataq otağına gəlib onu yuxudan oyadıb evdən taqqıltı səsi gəldiyini və onun haradan gəldiyini soruşmuşdur. O, Rəşada demişdir ki, “sən məni yuxudan oyatmısan, mən haradan gələ bilərəm ki?”. Sonra görmüşdür ki, saat yanı üstə aşıb və başa düşmüşdür ki, saat aşdığı üçün taqıltı səsi gəlib və Rəşada demişdir ki, saat aşdığı üçün yəqin taqqıltı səsi gəlmişdir. Rəşad onu öz yataq otağına çağırıb pozğunçuluqda günahlandırmağa başlamışdır. O, isə Rəşada demişdir ki, onun haqqında yalan söz danışmaq lazım deyil, o, oğlu Hakimin yanında yatmış, bundan başqa da bütün günü evdə olur. Onun sözlərindən Rəşad bir azda qızışıb üstünə gəlib başına, sifətinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. O, zərbələrin təsirindən yerə yıxılmış və həmin vaxt Rəşad onun qarın nahiyyəsinə bir neçə dəfə təpik zərbəsi vurmuşdur. Rəşad ona demişdir ki, onu iki gün bu formada döydükdən sonra öləcəkdir. Daha sonra Rəşad ona demişdir ki, otaqdan çölə çıxmasın, sonra özü yatmış, o isə ağrıdan yata bilmirmiş. xx.xx.2020-ci il tarixdə təxminən saat 10 radələrində Rəşad yuxudan ayıldıqdan sonra külqabını ona verib boşaldıb gətirməyini ona demişdir. O, külqabını götürüb mətbəxə keçmiş, arxasınca Rəşad da yataq otağından çıxmış və ayaqyoluna getmişdir. O, da fürsətdən istifadə edib valideynlərinin yaşdığı evə şəhər telefonu ilə zəng etmiş və telefona anası Məharət cavab vermişdir. O, anasına demişdir ki, Rəşad gecə onu möhkəm döymüşdür, onu yenidən döyəcəyini deyir, polislərlə gəlib onu buradan aparsın. Həmin gün təxminən saat 12:30 radələrində anası Məharət polis nəfərləri ilə birlikdə yaşadıqları evin həyətinə gəlmişlər. Rəşad polisləri görüb demişdir ki, “anasına kim deyib ki, anam polislər ilə həyətə gəlmişdir”. O, Rəşada demişdir ki, o özü anasına demişdir ki, gəlib onu evdən aparsın. Rəşad demişdir ki, atası Atamalı gəlməsə o, heç bir yerə getməyəcəkdir. O, Rəşadın atası Zahid əmiyə demişdir ki, atası gəlməyib, onları atasının evinə aparsın. Polis əməkdaşları ailə söhbəti olduğunu görüb çıxıb getmişlər. Rəşad polislərin getməsini görüb anası ilə sözlə mübahisə etməyə başlamışdır. Anası Rəşada onu döyməyi ilə bağlı öz iradını bildirəndə Rəşad sağ əli ilə anasının sol tərəf sifət nahiyyəsinə bir sillə vurmuş və anası sağ qolu üstə yerə yıxılmış, bir anlıq hüşunu itirmiş, sonra ayağa qalxıb demişdir ki, qolunda şiddətlı ağrı vardır, deyəsən qolu sınmışdır. Daha sonra Zahid əmi onu, anası Məharəti və oğlu Hakimi idarə etdiyi avtomobili ilə yaşadıqları evin qarşısına gətirmişdir. Onlar avtomobildən düşüb evə getmişlər, həmin gündən o, valideynlərinin evində yaşayır. Zərərçəkmiş şəxs məhkəmədən Təqsirləndirilən şəxs oğlunu bağışlamadığını və onunla barışmadığını nəzərə alınaraq sonuncu barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun böyük qızıdır. Şəmsiyə 2008-ci il tarixdə Təqsirləndirilən şəxs ərə getmişdir, həmin nikahdan 2 azyaşlı övladları vardır və həmin vaxtdan xx.xx.2020-ci il tarixə kimi Şəmsiyə Rəşadın Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Sabir küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evində yaşamışdır. Rəşad qızı Şəmsiyə ilə ailə qurduqdan sonra ailədə münasibətlər normal olmuş, sonradan isə Rəşad Şəmsiyəni qısqanmağa başlamış və evlərində qısqançlıq üstündə söz-söhbət yaranmışdır. Hətta 2020-ci ilin avqust ayında da Rəşad qızı Şəmsiyəni pozğunçuluqda günahlandırıb onu döymüş, lakin Şəmsiyə ailənin dağılmasını istəmədiyi üçün polisə şikayət etməmişdir. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2020-ci il tarixdə Şəmsiyənin böyük oğlu İlkin onların yaşdığı evə gəlmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 11 radələrində o, yaşadığı evdə olarkən şəhər telefonuna zəng gəlmiş və o, dəstəyi götürüb telefona cavab vermişdir. Zəng vuran qızı Şəmsiyə olmuşdur. Şəmsiyə ona demişdir ki, Rəşad gecə onu möhkəm döymüş, onu yenidən döyəcəyini deyir, polislərlə gəlib onu evlərinə aparsın. O, DİN-nin 102 xidmətinə zəng vurub qızının döyülməyi barədə məlumat vermiş və qızı Şəmsiyənin yaşadığı evə tərəf getməyə başllamışdır ki, qızını yaşadıqları evə gətirsin. Yolda Səngəçal qəsəbəsində xidmət edən iki nəfər polis əməkdaşlarına rast gəlmiş və onlara bildirmişdir ki, qızını kürəkəni Rəşad döyür, onunla həmin ünvana gəlsinlər ki, orada xoşagəlməz hadisələr baş verməsin. Beləliklə o, polis nəfərləri ilə birlikdə həmin gün təxminən saat 12:30 radələrində qızı Şəmsiyənin Rəşad ilə yaşadığı evin həyətinə getmişdir. Rəşad polisləri görüb Şəmsiyəyə demişdir ki, “mənə kim deyib ki, polislər ilə həyətə gəlmişəm”. X14 demişdir ki, ona o özü demişdir ki, gəlib onu evdən öz evlərinə aparsın. Rəşad demişdir ki, əri Atamalı gəlməsə Şəmsiyə heç bir yerə getməyəcəyəkdir. Şəmsiyə Rəşadın atası Zahidə demişdir ki, Atamalı gəlməyib, onları atasının evinə aparsın. Polis əməkdaşları ailə söhbəti olduğunu görüb çıxıb getmişlər. Rəşad polislərin getməsini görüb onunla sözlə mübahisə etməyə başlamışdır. O, Rəşada onu döyməyi ilə bağlı öz iradını bildirəndə Rəşad sağ əli iə onun sol tərəf sifət nahiyyəsinə bir sillə vurmuş və o, zərbənin təsirindən müvazinətini saxlaya bilməyib sağ qolu üstə yerə yıxılmış, bir anlıq hüşunu itirmiş və sonra özünü toparlayıb ayağa qalxıb demişdir ki, qolunda şiddətlı ağrı vardır, deyəsən qolu sınmışdır. Daha sonra Zahid onu, qızı Şəmsiyəni və nəvəsi Hakimi idarə etdiyi avtomobili ilə yaşadıqları evin qarşısına gətirmişdir. Onlar avtomobildən düşüb evlərinə getmişlər, həmin gündən qızı nəvələri ilə birlikdə onun evində yaşayır. O, yaşdığı evdə olarkən qızı Şəmsiyədən gecə nə baş verməsini soruşmuş və qızı ona bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 23 radələrində 9 yaşlı Hakimi öz yataq otağında yatızdırmış, saatı qurmuşdur ki, saat 08-də yuxudan oyansınlar. Sonra özü də döşəmədən yer salıb uşağın yanında yatmışdır. Çünki, Hakimin 08:30-da onlayn dərsi başlamalı imiş. xx.xx.2020-ci il tarixdə təxminən saat 04 radələrində digər yataq otağında yatan əri Təqsirləndirilən şəxs yataq otağına gəlib onu yuxudan oyadıb evdən taqqıltı səsi gəldiyini və onun haradan gəldiyini soruşmuş, qızı Rəşada demişdir ki, “sən məni yuxudan oyatmısan, mən haradan gələ bilərəm ki?” Sonra Şəmsiyə görmüşdür ki, saat yanı üstə aşıb və başa düşmüşdür ki, saat aşdığı üçün taqıltı səsi gəlib və Rəşada demişdir ki, saat aşdığı üçün yəqin taqqıltı səsi gəlmişdir. Rəşad onu öz yataq otaqlarına çağırıb onu pozğunçuluqda günahlandırmağa başlamışdır. Daha sonra Rəşad Şəmsiyənin başına və sifətinə bir neçə dəfə yumruq zərbəsi vurmuş, Şəmsiyə zərbələrin təsirindən yerə yıxılmış və həmin vaxt Rəşad onun qarın nahiyyəsinə də bir neçə dəfə təpik zərbəsi vurmuşdur. Rəşad Şəmsiyəyə demişdir ki, onu iki gün bu formada döydükdən sonra öləcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və Tədris Birliyinin 782 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, vətəndaş Ş.A.Həşimovda başın alın nahiyyəsinin dəraltı hematoması, sağ gözün konyuktiva qişasına qansızma, sağ gözətrafı nahiyənin, sağ yanağın, boynun qançırları müəyyən edilmişdir.. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfiindən yetirilə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. (i.v.24-26); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və Tədris Birliyinin 34/782 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, vətəndaş Ş.A.Həşimovda sol tərəfli Vİİİ qabırğanın arxa qoltuqaltı xətt üzrə qeyri düzgün bitişmiş sınığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddət hadisədən əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixinə uyğun gəlmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilir. (i.v.50-52); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-171/2013 saylı, xx xxxxxxxx 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu CM-nin 177.2.4-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törətdilməsində təqsirli bilinib 3000 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, CM-nin 221.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törətdilməsində təqsirli bilinib qazancından dövlət nəfinə 10 % məbləğdə pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə 3000 manat miqdarda cərimə və qazancından dövlət nəfinə 10 % məbləğdə pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 ay 18 günün 02 ay müddəti CM-nin 68-ci maddəsi nəzərə alınaraq həbsdə saxlamanın bir günü islah işləri cəzasının üç günü hesabı ilə ona təyin olunmuş qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 06 ay islah işləri cəzasına bərabər tutulmaqla, həmin cəzanı çəkmiş hesab edilmiş, CMnin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 03 ay 18 gün nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 1000 manat miqdarda cərimə cəzası təyin edilmişdir. (i.v. 57, 81-83); Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 58-59); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 110-111); Qətimkan tədbiri seçilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 127-129-111); Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Həşimova Şəmsiyə Atamalı qızının Az Ağır dərəcəli bədən xəsarəti alması faktı üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan espublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlnin tərkib və əlamətləri yaranmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 782 saylı, xx xxxxxx 2020-ci il tarixli, 781 saylı rəyləri işin faktiki hallarına uyğun olduğundan cnayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 34/782 saylı rəyi işin faktiki hallarına uyğun olmadığından cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmaması xüsusatı nəzərə alınmış, cinayət işinin bütün sənədlərində Şahid qızı X2 oxunması, X1 Şəmsiyə Atamalı qızı kimi oxunması qərara alınmış, Təqsirləndirilən şəxs barəsində istintaqt olunan ********* saylı cinayət işindən yeni nömrə ilə Azərbaycan espublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi ayrılmış və ********* saylı cinayət işindəki sənədlərin ksero surətləri çıxarılıbyeni nömrə ilə ayrılmış cinayət işin əlavə edilmişdir. (i.v. 131-139); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan və məhkəmədə səsləndirdiyi ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi, xx.xx.2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm ibtidai araşdırma dövründə, həmdə məhkəmə istintaqının gedişatında özünü təqsirli bilərək dolğun və ətraflı ifadələr verməklə cinayət prosesinin gedişatına yardımçı olması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs əməldən səmimi peşman olması və cəzanı yüngülləşdirən halın olub, ağırlaşdıran halların olmaması ilə yanaşı, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə gənatə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CMnin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə: ünvan 2 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası onun daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsində istintaq olunan digər ********* saylı cinayət işi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4 (002)-52/2021 nömrəli, xx xxxx 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılanılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 işə qoşularaq ibtidai istintaq dövründə 21 (iyirmi bir) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs oğluna hüquqi yardım göstərmişdir. Həmçinin vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs oğluna hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 126 (yüz iyirmi altı) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun üzərinə; ünvan 2 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsində istintaq olunan digər ********* saylı cinayət işi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4 (002)-52/2021 nömrəli, xx xxxx 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş 21 (iyirmi bir) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 126 (yüz iyirmi altı) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-144/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-144/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver