Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-144/2023 01.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolunda yerləşən evin qarşısından keçərkən evdə yaşayış olmadığını və nəzarətsiz qaldığını bildiyindən özgənin əmlakını talamaq qərarına gəlmiş, niyyətini həyata keçirmək məqsədilə həyət darvazasının üstündən aşmaqla yaşayış sahəsinə qanunsuz daxil olmuş, əvvəlcə evin divarına bərkidilmiş dəyəri 700 manat olan 1 ədəd istifadə olunmuş 32 litrlik “Novahot” markalı isitmə (kombi) aparatını özü ilə gətirdiyi xüsusi alətlə açmış, daha sonra plastik pəncərəni açmaqla evə daxil olaraq oradan dəyəri 80 manat olan 1 ədəd istifadə olunmamış İran istehsalı, üzərində “Narmine” yazısı olan, 220X220 sm ölçüdə, bənövşəyi rəngli yorğanı, dəyəri 60 manat olan 1 ədəd istifadə olunmamış İran istehsalı, üzərində “Zambagh” yazısı olan, 160X210 sm ölçüdə, bənövşəyi rəngli yorğanı, dəyəri 120 manat olan 1 ədəd istifadə olunmamış Türkiyə istehsalı, üzərində “Roseland” yazısı olan, 220X240 sm ölçüdə, bənövşəyi rəngli yorğanı, dəyəri 50 manat olan 1 ədəd istifadə olunmuş üzərində “OCEAN” yazısı olan, qırmızı rəngli sobanı, ümumi dəyəri 200 manat olan 2 ədəd istifadə olunmuş 10 bölümlü istilik radiatorunu, dəyəri 30 manat olan 1 ədəd istifadə olunmuş üzəri naxışlı, hündürlüyü 58 sm, eni 16 sm ölçüdə olan güldanı, dəyəri 30 manat olan 1 ədəd istifadə olunmamış qutusunun üzərində “Lenor” yazısı olan tort qabını, dəyəri 250 manat olan 1 ədəd ətçəkən maşını və dəyəri 150 manat olan 1 ədəd qaşıq-çəngəl dəstini, ümumilikdə zərərçəkmiş şəxsə məxsus 1670 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, ailəlidir, himayəsində üç azyaşlı övladı var. Yaşadığı məhəllədə yerləşən evdə uzun müddətdir kimsənin yaşamadığını müəyyən etdikdən sonra həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 20 noyabr 2022-ci il tarixdə axşam saatlarında özünə məxsus alətləri götürmüş və qonşusunun həyətinə daxil olmuşdur. Əvvəlcə evin divarına bərkidilmiş kombi aparatını özü ilə gətirdiyi xüsusi açarla açmış və oğurlayacağı əşyaların saxlanması üçün əvvəlcədən müəyyən etdiyi yerdə gizlətmişdir. Daha sonra geri qayıdaraq, evin plastik materialdan olan pəncərəsinə müdaxilə edərək pəncərəni açmış, evə daxil olaraq 3 ədəd yorğanı, 1 ədəd sobanı, 2 ədəd istilik radiatorunu, 1 ədəd güldanı, 1 ədəd tort üçün istifadə olunan qabı, 1 ədəd qaşıq-çəngəl dəstini, 1 ədəd ətçəkən maşını oğurlamışdır. 21 noyabr 2022-ci il tarixdə oğurladığı ətçəkən maşını satmaq məqsədilə apararkən yolda Heydərəli adlı taksi sürücüsü ilə qarşılaşmış və ətçəkən maşını ona 20 manata satmışdır. Kombi aparatını isə 220 manat dəyərində tanışı, Əhməd adlı taksi sürücüsünə satmışdır. 22 noyabr 2023-cü il tarixdə Əhmədlə təkrarən qarşılaşmış və ona 1 ədədi 50 manata olmaqla istilik radiatorlarını, 24 noyabr 2023-cü il tarixdə isə 50 manata qaşıq-çəngəl dəstini və digər oğurladığı əşyaları sataraq, ümumilikdə Əhməddən 465 manat pul almışdır. Oğurluq hadisəsini təkbaşına törətdiyini, əməli ifşa edildikdən sonra isə oğurladığı əşyaların bir qisminin zərər çəkmiş şəxsə qaytarıldığını qeyd etmişdir. Daha sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində üç azyaşlı övladının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübut və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Salyan yolunda yerləşən evinə nəzarət etmək üçün getmişdir. Həmin tarixdən sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində evə nəzarət etmək üçün getdikdə evin qonaq otağının plastik pəncərəsinin naməlum şəxslər tərəfindən açıldığını və 1 ədədinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 900 manat təşkil edən 6 ədəd yorğanın, 1 ədədinin dəyəri 70 manat olmaqla ümumi dəyəri 140 manat təşkil edən 2 ədəd çaydanın, 150 manat dəyərində çəngəl-qaşıq dəstinin, 1 ədədinin dəyəri 200 manat olmaqla ümumi dəyəri 800 manat təşkil edən 4 ədəd qazan dəstinin, 1 ədədinin dəyəri 70 manat olmaqla ümumi dəyəri 140 manat təşkil edən 2 ədəd boşqab dəstinin, 1 ədəd dəyəri 250 manat olan ətçəkən maşın, 1 ədədinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 300 manat təşkil edən 2 ədəd istilik radiatorun, 1 ədədinin dəyəri 50 manat olan güldan və evin çöl divarında yerləşən 1 ədəd dəyəri 1400 manat olan “Kombi” aparatının, 1ədəd dəyəri 200 manat olan “İltimat” markalı elektrik sobanın, evin zirzəmisindən 1 ədəd dəyəri 150 manat olan çuqun materialdan manqal, 1 ədədinin dəyəri 3 manat olan ümumi dəyəri 36 manat təşkil edən 12 ədəd manqal şişləri, 1 ədəd dəyəri 30 manat olan odun baltası, 1 ədəd dəyəri 30 manat olan polad materialından, tutacağı ağac materialından xüsusi alətin, 1 ədəd 5x3 m ölçüdə İran İslam Respublikasında istehsal olunmuş dəyəri 100 manat olan palazın, 1 ədədinin dəyəri 1 manat olan ümumi dəyəri 18 manat təşkil edən billur materialdan olan 18 ədəd stəkanın, 1 ədədinin dəyəri 1 manat olan ümumi dəyəri 18 manat təşkil edən 18 ədəd nəlbəkinin oğurlandığını müəyyən etmişdir. Evində baş vermiş oğurluq hadisəsi barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğurlanan əşyalar ona geri qaytarılmış, qaytarılmayan əşyaların isə dəyəri təqsirləndirilən şəxs tərəfidən ona ödənilmişdir. Şikayət və tələbi yoxdur, qeyd olunanları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Cəmaləddin oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən səhər saatlarında Səxavət ona yaxınlaşmış və ev əşyalarını satdığını bildirmişdir. O, Səxavətlə birlikdə məhəllələrinə getmiş və ona həmin gün 1 ədəd kombini 220 manata razılaşaraq satmışdır. 22 noyabr 2022-ci il tarixdə günorta saatlarında yenə də Səxavət ona yaxınlaşaraq bu dəfə istilik radiatorlarının 1 ədədini 50 manata razılaşaraq satmışdır. 24 noyabr 2022-ci il tarixdə isə ümumilikdə 465 manata digər əşyaları satmışdır. Bundan sonra o, əşyaları evə aparmışdır. Lakin qaşıq-çəngəl dəstinin yararsız olduğunu müəyyən etdikdən sonra zibil yeşiyinə tullamışdır. Digər əşyaları isə Qaradağ RPİ-nin 11-ci PB-də polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. xx.xx.2022-ci il tarixdə təxminən səhər saatlarında Səxavət maddi çətinlikləri ilə əlaqədar ətçəkən maşını satdığını bildirmişdir. O, ətçəkən maşına baxdıqdan sonra oğurluq olub-olmamasını Səxavətdən soruşmuş, sonuncu oğurluq olmadığını ona bildirmişdir. Ümumi razılıq əldə edərək həmin ətçəkən maşını 30 manata almışdır. Bir neçə gün istifadə etdikdən sonra isə həmin ətçəkən maşın yararsız vəziyyətə düşmüşdür. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 19-cu vərəqəsində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 37-ci vərəqəsində olan 28 noyabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 48-49-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 61-62-ci vərəqələrində olan Qaradağ rayon prokuroru tərəfindən qəbul edilmiş 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 63-cü vərəqəsində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Qaradağ Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 yanvar 2023-cü il tarixli 9/9192 №-li məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin noyabr ayında orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: -1 ədəd istifadə olunmamış, İran istehsalı, üzərində “Narmineh” yazısı olan, 220x240 sm ölçüdə, bənövşəyi rəngli yorğan – 80,0 manat, -1 ədəd istifadə olunmamış, İran istehsalı, üzərində “Zanbagh” yazısı olan, 160x210 sm ölçüdə, bənövşəyi rəngli yorğan – 60,0 manat, -1 ədəd istifadə olunmamış, Türkiyə istehsalı, üzərində “Roseland” yazısı olan, 220x240 sm ölçüdə, bənövşəyi rəngli yorğan – 120,0 manat, -1 ədəd istifadə olunmuş, üzərində “Ocean” yazısı olan, qırmızı rəngli soba (üzərində istismar xarakterli cızıqlar, boya qopuqları və s. var) - 50,0 manat, - 2 ədəd istifadə olunmuş, 10 bölümlü (seksiyalı) istilik radiatoru – 200,0 (2ədx100man), - 1 ədəd istifadə olunmuş, üzəri naxışlı, hündürlüyü 58 sm, eni 16 sm ölçüdə olan güldan – 30,0 manat, - 1 ədəd istifadə olunmamış, qutusunun üzərində “Lenor” yazısı olan tort qabı – 30,0 manat; - 1 ədəd istifadə olunmuş, 32-lik “Novahot” markalı suqızdırıcı aparatı – 700,0 manat müəyyən edilmişdir. Cinayət işinin 91-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 94-100-cü vərəqələrində olan 14 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 1 ədəd 32-lik “Novahot” markalı suqızdırıcı aparat, 1 ədəd istifadə olunmamış İran istehsalı, üzərində “Narmine” yazısı olan, 220x220 sm ölçüdə, bənövşəyi rəngli yorğan, 1 ədəd istifadə olunmamış İran istehsalı, üzərində “Zanbagh” yazısı olan, 160x210 sm ölçüdə, bənövşəyi rəngli yorğan, 1 ədəd istifadə olunmamış, Türkiyə istehsalı, üzərində “Roseland” yazısı olan, 220x240 sm ölçüdə, bənövşəyi rəngli yorğan, 1 ədəd istifadə olunmuş, üzərində “Ocean” yazısı olan, qırmızı rəngli soba (üzərində istismar xarakterli cızıqlar, boya qopuqları və s. var), 2 ədəd istifadə olunmuş 10 bölümlü (seksiyalı) istilik radiatoru, 1 ədəd istifadə olunmuş, üzəri naxışlı, hündürlüyü 58 sm, eni 16 sm ölçüdə olan güldan, 1 ədəd istifadə olunmamış qutusunun üzərində “Lenor” yazısı olan tort qabı maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 120-ci vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus 1 ədəd “Novahot” markalı suqızdırıcı aparatı, 2 ədəd istilik raidatorunu, 3 ədəd yorğanı, 1 ədəd Okena markalı elektrik sobasını, 1 ədəd güldanı, 1 ədəd tort qabını istintaq orqanından təhvil almışdır. Cinayət işinin 104-105-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2008-ci il təvəllüdlü Rəmzi adlı, xx.xx.2010-cu il təvəllüdlü Laçın adlı, xx.xx.2017-ci il təvəllüdlü Ahu adlı övladları vardır. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi cinayəti özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 32-lik “Novahot” markalı suqızdırıcı aparatının, 1 ədəd istifadə olunmamış İran istehsalı, üzərində “Narmine” yazısı olan, 220x220 sm ölçüdə, bənövşəyi rəngli yorğanın, 1 ədəd istifadə olunmamış İran istehsalı, üzərində “Zanbagh” yazısı olan, 160x210 sm ölçüdə, bənövşəyi rəngli yorğanın, 1 ədəd istifadə olunmamış, Türkiyə istehsalı, üzərində “Roseland” yazısı olan, 220x240 sm ölçüdə, bənövşəyi rəngli yorğan, 1 ədəd istifadə olunmuş, üzərində “Ocean” yazısı olan, qırmızı rəngli sobanın (üzərində istismar xarakterli cızıqlar, boya qopuqları və s. var), 2 ədəd istifadə olunmuş 10 bölümlü (seksiyalı) istilik radiatorunun, 1 ədəd istifadə olunmuş, üzəri naxışlı, hündürlüyü 58 sm, eni 16 sm ölçüdə olan güldanın, 1 ədəd istifadə olunmamış qutusunun üzərində “Lenor” yazısı olan tort qabının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə 50 (əlli) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2, məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 120 (bir yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək tutulub saxlandığı 02 (iki) gün müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış əşyaların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50.00 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2, məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 120 (bir yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-144/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-144/2023
01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver