Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-145/2023 16.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1981-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 07 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində xx.xx.2021-ci il tarixdə "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" Milli Məclisin qərarının 2.4-cü bəndi tədbiq edilərək cəzadan azad edilmiş və məhkumluğu götürülmüş, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi ev 16, mənzil 42-də qeydiyyatda olan və yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, Qaradağ RPİ-ni 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 25 yanvar 2023-cü il tarixdə saat 16:10-da Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsində yerləşən 127 saylı məktəbin arxasında saxlanılıb Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 17-də yerləşən Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən, siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə 01 bükümdə təmiz çəkisi 0,188 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 24 yanvar 2023-cü il tarixdə saat 19 radələrində o, şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi dörd yol adlanan əraziyə gəlmişdir. Bu zaman orada əvvəllər tanımadığı, adını bilmədiyi bir şəxslə tanış olmuşdur. Həmin şəxs söhbət zamanı onun narkotik vasitə istifadə etdiyini bilmiş və ona “kakos” adlanan narkotik vasitə heroin sata bilcəyəni demişdir. O da həmin şəxslə razılaşmış və həmin şəxsə 20 manat verib ona narkotik vasitə olan heroin gətirməsini istəmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin şəxs ona 2 ədəd siqaretin gümüşü rəngli kağızına bükülü vəziyyətdə narkotik vasitə olan heroini gətirib vermişdir. O, narkotik vasitə olan heroini götürmüş və bir bükümü istifadə edərək, qalan hissəsini bədənində ağrılar olan zaman münasib yer taparaq istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 25 yanvar 2023-cü il tarixdə saat 16:10-da Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eşİmanov küçəsində yerləşən 127 saylı məktəbin arxasından keçən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində “kakos” deyilən narkotik vasitə heroin olduğunu bildirmişdir.Əməlindən səmimi peşmançılıq hissi keçirir. Evlidir və himayəsində iki azyaşlı uşağı vardır.Bir daha belə hallara yol verməyəcəyinə dair söz verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 25 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Ülvi birlikdə məlumat əsasında 25 yanvar 2023-cü il tarixdə saat təxminən 16:00-da Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsində yerləşən 127 saylı məktəbin arxasına gəlmişlər. Həmin vaxt onlar xarici görkəminə görə Ruslanın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx.xx.1981-ci ildə Neftçala rayonu, Kürqarabulaq kəndində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi ev 16, mənzil 42-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Ruslana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Ruslanı saxlayaraq Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə 11-ci PB-nin sahə inspektoru Şahid3 mobil telefonla apardığı video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Ruslana üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olmasını, həmin heroini 24 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi “dörd yol” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 20 manat pul verib şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PŞ-nin sahə inspektoru Şahid3 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişdir.. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/472 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Arayışlar üçün №223” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd narkotik vasitəyə oxşar kütlə...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,188 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materillarında olan məhkəmə-narkaloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 661 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,188 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmalı və qalıq qalmış 0,138 qram çəkidə narkotik vasitə olan heroin saxlanış üçün Qaradağ RPİnin saxlanc anbarına təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 07 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində xx.xx.2021-ci il tarixdə "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" Milli Məclisin qərarının 2.4-cü bəndi tədbir edilərək cəzadan azad edilmiş və məhkumluğu götürülmüşdür. İş materillarında olan Dadaşov X3 üzərində şəxsi axtarış və götürülmə aparılmasına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokola əlavə edilmiş diskdə olan videogörüntüyə məhkəmə iclasında keçirlmiş baxış zamanı müəyyən edilir ki, şəxsi axtarış və götürmə zamanı Elvin İsmayılova üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunur və sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olmasını, həmin heroini 24 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi “dörd yol” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 20 manat pul verib şəxsi istifadəsi üçün aldığını bildir. Bundan başqa Dadaşov X3 üzərindən heçnə aşkar olunmur. Aşkar edilmiş gümüşü rəngli bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi, səmimi peşmançılığı və himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 88 (səksən səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,138 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X1 , məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 88 (səksən səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,138 qram olan narkotik vasitə heroin məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X1 , məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-145/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-145/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver