Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-145/2024 10.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən xeyli miqdarda narkotik vasitə olan heroin əldə edib saxlamaqla daşımış, 02 noyabr 2023-cü il tarixdə saat 15:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,272 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən xeyli miqdarda narkotik vasitə olan heroin əldə edib saxlamaqla daşımış, 08 yanvar 2024-cü il tarixdə saat 11.20-də Qaradağ RPİnin 10-cu PB-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 4 ünvanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümündə xeyli miqdarda təmiz çəkisi 0,263 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verərkən bildirmişdir ki, ona elan olunmuş ittihamda özünü təqsirli bilir və törətdiyi əməldən peşmançılıq hissi yaşayır. Ona ünvanlanmış sualları cavablandırarkən isə qeyd etmişdir ki, 02 noyabr 2023-cü il tarixdə saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Oğurluq əməli törətməkdə təqsirli bilinəcəyindən ehtiyatlanaraq onu saxlayan polis əməkdaşlarının ona sözlə təsiri nəticəsində narkotik vasitə heroinin özünə məxsus olmasını qəbul etmişdir. Vətən müharibəsi iştirakçısı olduğu üçün vəsiqəsini polis əməkdaşlarna təqdim etmiş və ona hər hansı fiziki təzyiq göstərilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, birinci epizod üzrə narkotik vasitənin ona məxsus olmamasını ibtidai istintaqı aparan müstəntiqə və ya müdafiəçiyə bildirməməsi 08 yanvar 2024-cü il tarixdə də üzərində narkotik vasitə aşkar edildiyindən, narkotik vasitə istifadəçisi olması barədə məlumat yayıldığından həmin şəxsləri əksinə inandırmağın qeyri-mümkün olması ilə bağlı omuşdur. 08 yanvar 2024-cü il tarixdə də üzərində aşkar edilərək götürülmüş narkotik vasitəni Hökməli qəsəbəsində tanımadığı şəxsin küçədə qoyduğu yerdən götürdüyünü bildirmişdir. O, son olaraq “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsi, himayəsində iki azyaşlı uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlindən peşman olması, anasının ağır xəstə olması hallarının məhkəmə tərəifndən nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:00-da Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində bir nəfər şəxsin narkotik sərxoşluq vəziyyətindən olmasından şübhələnərək yaxınlaşmış, özlərini təqdim etmiş və həmin şəxsi Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən balaca şəffaf selefon paketinə bükülmüş 01 ədəd bükümü çıxarmış və masanın üzərinə qoymuşdur. Həmin 01 ədəd büküm açılarkən bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs 01 ədəd bükümün içərisində maddənin narkotik vasitə olan “kokos” olduğunu və həmin bükümü əvvəlcədən Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar olunmamış və aşkar edilərək götürülmüş bir ədəd büküm narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq möhürlənmiş və təhqiqatçı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol və qablaşdırılmış zərf imzalarla təsdiq olunmuşdur. 08 yanvar 2024-cü il tarixdə Qaradağ RPİ-də xidmətdə olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayan Mahir adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı almışlar və əməliyyat qrupu yaradılaraq Müşfiqabad qəsəbəsinə getmişlər. Həmin ərazidə müşahidələr nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək saat 11:20-də ona yaxınlaşmış və özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin kiçik hissəsindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarmış, masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin 1 ədəd bükümdə olan maddənin heroin olduğunu, özünə məxsus olduğunu, 7 yanvar 2024-cü il tarixdə Hökməli qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat verərək aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılarkən içərisində qəhvəyi rəngli, heroinə oxşar narkotik vasitə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənməklə götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid3 xx.xx.2023-cü il tarixdə baş verənlər barəsində olan ifadəsi ilə eyniməzmunlu ifadə vermişdir. Şahidlər Qaradağ RPİ-nin 10-cu PŞ-nin digər əməkdaşları Şahid1 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə şahidlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdikləri ifadələrində Şahid1 və Şahid4 Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 22-ci vərəqəsində olan 08 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:20-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/56 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN “Zərflər üçün № 222” möhür əksi “Təqsirləndirilən şəxs...” və s ad, soyad və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,263 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroin təmiz çəkisi -0,263 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,213 qr. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 53-54-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 09:45) Cinayət işinin 64-cü vərəqəsində olan Vətən mühraibəsi əlillərinə kömək İctimai Birliyinin 2393 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısıdır. Cinayət işinin 74-76-cı vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 79-83-cü vərəqələrində olan məlumatlardan, İ-49093 İ-11708 saylı vəsiqələrin surətlərindən görünür ki, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cinayət işinin 86-87-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək istintaq ********* nömrəsi altında davam etdirilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan cinayət işinin başlanması haqqında 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 103-cü vərəqəsində olan 02 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:00-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 123-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/5870 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 222” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm Təqsirləndirilən şəxs (imza)...” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,272 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə”-in İ siyahısına daxildir. Qeyd: heroin təmiz çəkisi -0,272 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,222 qr. Cinayət işinin 122-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 133-134-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 10:00) Cinayət işinin 150-151-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli Qaradağ rayon prokurorunun qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və MSY-dən azad edilmişdir. Cinayət işinin 170-171-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 1272 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİODLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,272 qram 01 ədəd bükümdə olan narkotik vasitə-heroin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi - 0,222 qram 01 ədəd bükümdə olan hissəsi və təmiz çəkisi 0,263 qram 01 ədəd bükümdə olan narkotik vasitəheroin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi - 0,213 qram 01 ədəd bükümdə olan hissəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 180-181-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (saat 15:40) Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir. 02 noyabr 2023-cü il tarixdə qeydə alınmış videogörüntüdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanla bükülmüş bükümü təqdim edir, təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilir. Müdafiəçi X1 cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu, ona hər hansı fiziki və psixi təsir və ya təzyiqin olmadığını bildirir. 08 yanvar 2024-cü i tarixdə qeydə alınmış videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, onun əyinində olan göy rəngli cins şalvarın sağ yan kiçik cib hissəsindən bir ədəd şəffaf rəngli sellofanda olan bükümü təqdim edir, həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilir. Videgörüntülərdən müəyyən olunur ki, götürülmüş maddələr ekspertizaya təqdim olunması üçün protokol tərtib edilməklə qablaşdırılır. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs şəxsi məlumatlarından görünür ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə baş vermiş cinayət hadisəsi üzrə məhkəmə iclasında özünü təqsirli bilməməsini özünü müdafiə kimi qiymətləndirir və məsuliyyətdən yayınmaq niyyəti daşıdığı qənaətinə gəlir. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, narkotik vasitə istifadə edir. 02 noyabr 2023-cü il tarixdə narkotik vasitə almaq üçün Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 1 ədəd şəffaf sellofana bükülmüş kokos kimi adlanan narkotik vasitə heroini 20 manata almış və həmin bükümü istifadə etmək üçün əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 15:00-da yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində olan zaman üç nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərərək Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini soruşduqda o, özünü itirmişdir. Belə ki, həmin vaxt onun bədəni narkotik vasitə tələb etdiyi və üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşları onun hərəkətlərindən şübhələnmişlər, lakin buna baxmayaraq özünü polis əməkdaşlarına təqdim etmişdir. Söhbət əsnasında polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu demiş daha sonra polis əməkdaşları onu 10-cu PŞ-nə gətirmişlər. 10-cu PŞ-də təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və eyni zamanda hüquqlarının müdafiə edilməsindən ötrü Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 dəvət edilmişdir və təhqiqatçı tərəfindən müdafiəçi ona təqdim edilmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkiliş aparmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini bildirmişlər. O da əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibinə qoyduğu 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarmış və masanın üzərinə qoymuşdur. Polis əməkdaşlarına bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində kokos kimi adlanan narkotik vasitə hesab edilən heroindir, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə həmin maddə zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, o və iştirakçılar imzaları ilə zərfi və protokolun doğruluğunu təsdiq etmişlər. Suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu saxlayarkən və üzərində şəxsi axtarış aparan zaman heç bir zor və təyziq göstərməmişlər. O narkotik vasitəni əldə etdiyi şəxsi şəxsən tanımır, anket məlumatları barədə heç bir məlumatı yoxdur. Bundan başqa bildirmişdir ki, narkotik vasitəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə edir. Sonuncu dəfə 07 yanvar 2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində 01 ədəd bükümdə narkotik vasitə heroin alıb istifadə etməsi üçün üzərində saxlamışdır. 08 yanvar 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində yerləşən 21 saylı evdən çıxıb getmək istədiyi zaman evin qarşısında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün onu 10-cu Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiyini izah edib şübhəli şəxs qismində saxlanılmışdır. Daha sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Vəkil ona təqdim olunandan sonra üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə soruşmuş və olarsa həmin əşyanı könüllü olaraq təqdim etməsi bildirilmişdir. O da əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarmış və masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılmış, bükümdə kokos deyilən narkotik vasitə heroin aşkar edilmişdir. Həmin heroini Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində əldə etdiyini, öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Üzərində axtarış aparılmış, lakin heç nə aşkar edilməmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, müdafiəçi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində özünü təqsirli bilmiş, keçirilmiş bütün prosessual hərəkətlərlə bağlı təqdim olunmuş protokolları imzalamışdır. Videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı da narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, dövlət hesabına təyin olunmuş müdafiəçinin sualına cavab olaraq isə hər hansı fiziki təsir və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Həmçinin, xx.xx.2024-cü tarixli 4(002)-12/2024 saylı qətimkan tədbiri seçilməsi haqqında qərardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş iclasında tədqiq edilmiş DVD disklərdə olan videogörüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Hər bir şəxsin təqsirlilik məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində onun müharibədə iştirak etməklə “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasında davranışını, özünü qismən təqsirli bilməsini, əməlindən peşman olmasını, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, həmçinin narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın xx.xx.2024-cü il tarixli 1272 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,222 qram və 0,213 qram narkotik vasitə olan heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizaları tədqiqatının xərci 224 (iki yüz iyirmi dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 46 iş saatı hüquqi xidmətə görə 276 manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7, məhkəmə istintaqı dövründə göstərilmiş 30 iş saatı hüquqi xidmətə görə Müdafiəçi 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 ay 04 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək yəni 02 (iki) gün həbsdə olma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 05 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən hal-hazıradək həbsdə qaldığı 05 ay 02 gün müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut narkotik vasitə-heroin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkiləri - 0,222 qram və 0,213 qram narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 224 (iki yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 46 iş saatı hüquqi xidmətə görə 276 manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7, məhkəmə istintaqı dövründə göstərilmiş 30 iş saatı hüquqi xidmətə görə Müdafiəçi 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-145/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-145/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver