Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-146/2022 19.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 02 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİnin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 13:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 15 saylı binanın qarşısında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 15:30 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızından olan bükülüdə ümumi təmiz çəkisi 0,205 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda yaşayır. Əvvəllər oğurluq və xuliqanlıq cinayətləri törətdiyinə görə azadlıqdan məhrum edilmişdir. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Təxminən 4-5 ay olar ki, narkotik maddə olan kakos istifadə edirmiş. Kakosu falqada yandırıb tüstüsünü çəkmə yolu ilə qəbul etmişdir. 2022-ci ilin fevral ayının 2-də saat 11-12 radələrində Lökbatan qəsəbəsindən tanıdığı Rüstəm və Rəşad adlı şəxslərlə danışıb birlikdə narkotik almaq üçün Yasamal rayonunda Su zaprafkası deyilən yerin yaxınlığına getmişlər. Orada Rəşad tanımadığı bir şəxslə görüşmüş və ondan 20 manat verməklə 3 büküm narkotik vasitə olan kakos alıb, maşında ona və Rüstəmə bir büküm verib, bir bükümü də özü üçün saxlamışdır. Bundan sonra Lökbatan qəsəbəsinə qayıtmışlar. Saat təxminən 13 radələrində Lökbatan qəsəbəsində Əlillər binası deyilən binanın qarşısında olarkən 3 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və özlərini təqdim etməklərini istəmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onlara narkotik sərxoşluğunda vəziyyətində şübhəli olduqlarını bildirib onları Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət etmişlər, onlar polis əməkdaşları ilə birlikdə 10-cu Polis Bölməsinə gəlmişlər. Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X9 ona təqdim edilmişdir. Bundan sonra üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl ondan hüquq və vəzifələrinin aydın olub-olmaması, müdafiəçisinə dair hər hansı bir etirazının olubolmaması və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmaması soruşulmuşdur. O, hüquq və vəzifələrinin aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirdikdən sonra üzərinə baxış keçirilmişdir. Həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşuldu, o, könüllü olaraq, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik maddə olan kakosu çıxardıb, masanın üzərinə qoyaraq, həmin maddənin heroin adlanan narkotik maddə olduğunu, özünə məxsus olduğunu, Yasamal rayonunda Su zaprafkası deyilən yerin yaxınlığında Rəşad və Rüstəmlə birlikdə 20 manata aldıqlarını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Əlavə olaraq, üzərindən bir ədəd dərman resepti, bir ədəd ödəniş qəbzi və bir ədəd cib dəsmalı aşkar olunmuş və özünə qaytarılmışdır. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddə isə zərfə qoyularaq möhürlə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imza etmişlər. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, həmin narkotik vasitəni 02.02.2022ci il tarixdə Yasamal rayonunda Su zaprafkası deyilən yerin yaxınlığında Rəşadın tanıdığı bir nəfər şəxsdən 3 bükümü 20 manata əldə etdiklərini, hərəsinə bir büküm aldıqlarını, həmin kakosdan istifadə etməyə imkanı olmadığını, yaşadığı mənzildə və başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını, narkotik vasitəni mütəmadi olaraq istifadə etdiyi üçün həmişə üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən, Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə gətirilərkən və üzərinə baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini, 02.02.2022-ci il tarixdə tanışları Rəşad və Rüstəmlə birlikdə səhər saat təxminən 05-06 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-cü massiv, 4-cü küçədən 2 yerdən lyukun üzərinə örtülmüş 2 ədəd karyer mişarını və Su İdarəsinin yanından 1 ədəd dəmir şkafı oğurlayıb Rüstəmin idarə etdiyi “Opel” markalı maşınla Puta qəsəbəsində “Puta” yanacaq doldurma məntəqəsinin yanında yerləşən metal qəbulu məntəqəsinə 114 manata satdıqlarını, həmin pulla da özləri üçün Yasamal rayonunda tanımadığı şəxsdən 20 manat verməklə 3 büküm kakos adlanan narkotik vasitə aldıqlarını qeyd etmişdir. O, daha sonra göstərmişdir ki, Rəşad və Rüstəmlə dəmir tullantıları yığıb təhvil vermək pul əldə edib narkotik vasitə almağı qərarlaşdırdıqlarını, həmin gün qeyd olunan küçədən “Asim” marketin yanından bir ədəd karyer üçün dəmir mişarı götürdüklərini, daha sonra küçə ilə gedəndə yolun qırağına atılmış digər bir paslı çürümüş dəmir mişarı gördüklərini və onu da götürdüklərini, bundan sonra yola çıxarkən sökülmüş vəziyyətdə olan bir ədəd dəmir şkaf görüb tullantı olduğunu düşünüb onu da götürüb təhvil verib əldə etdikləri pulla narkotik aldıqlarını, Rəşad və Rüstəmlə həmin dəmirləri götürdükdən sonra Puta qəsəbəsində yerləşən dəmir qəbulu məntəqəsinə getdiklərini, orada məntəqənin qarşısında tanımadıqları bir nəfərin onlardan həmin dəmirləri almaq istədiyini, onlar da məntəqəyə vermək üçün şəxsiyyət vəsiqəsinin lazım olacağını düşünüb dəmir əşyaları həmin şəxsə 114 manata satdıqlarını, oğurluq nəticəsində əldə etdikləri puldan narkotik almaq üçün ayırdıqlarını, həmin pula da Rəşadın Yasamal rayonunda “Eldəniz” adlı şəxsdən 3 büküm narkotik aldığını və hərəsinə bir büküm böldüklərini, hər şeyi əvvəlcədən razılaşdıqlarını, Rəşadın onlara narkotik satmadığını və pay vermədiyini bildirmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu və qeyri rəsmi nikahdan üç azyaşlı uşağı olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hal-hazırda Qaradağ RPİ-nin 10-cu PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 02.02.2022-ci il tarixdə saat təxminən 13:00 radələrində PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid3la birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində xidmətdə olarkən S.Orucov küçəsində yerləşən 15 saylı binanın yaxınlığında üç nəfər şəxsin özlərini şübhəli aparmaları diqqətlərini cəlb etmiş, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərkən onların narkotik vasitənin sərxoşluğu halında olmasından şübhələnmişlər və onlardan özlərini təqdim etmələrini istəmişlər. Həmin şəxslər özlərini şifahi şəkildə təqdim etmişlər və üzərlərində narkotik vasitə olduğunu etiraf etmişlər. Həmin şəxslərə şübhəli olduqlarını bildirib PB-yə dəvət etmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxslərdən biri 15.10.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan X7, biri xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs, digəri isə 13.03.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan X3r. Həmin vaxt tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-nin rəisinə məruzə olunmuş, daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı əvvəlcə X7 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Bəybala Cəbrayılovun iştirakı ilə xidməti otaqda Rəşad Fərəcovun üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Videoçəkiliş Şahid2 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Rəşad Fərəcova təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Rəşad Fərəcov əynində olan göy rəngli şalvarın sol yan cibində olan bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü, çıxardıb, masanın üzərinə qoyaraq, təqdim etdiyi bükümdəki maddənin heroin adlanan narkotik maddə olduğunu, özünə məxsus olduğunu, “Rüstəm” və “Adil” adlı şəxslərlə birlikdə həmin oğurluq etməklə əldə etdikləri dəmirləri satıb, Yasamal rayonu ərazisində “Eldəniz” adlı şəxsdən əldə etdiyini 20 manata əldə edərək öz aralarında böldüklərini və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Rəşad Fərəcovun əynində olan boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd işlənmiş avtomobil lampası aşkar edilmişdir. Qızılı rəngli büküm açılarkən içərisində qara-qəhvəyi rəngli bərk halda maddə aşkar olunmuşdur. Rəşad Fərəcovun üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli kağıza bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Mənsi Ağayevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Videoçəkiliş Şahid2 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü, çıxardıb, masanın üzərinə qoyaraq, təqdim etdiyi bükümdəki maddənin heroin adlanan narkotik maddə olduğunu, özünə məxsus olduğunu, “Rüstəm” və “Rəşad” adlı şəxslərlə birlikdə həmin oğurluq etməklə əldə etdikləri dəmirləri satıb, Yasamal rayonu ərazisində “Rəşad”ın 20 manata həmin narkotik vasitəni əldə edərək öz aralarında böldüklərini və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən içərisində 9 ədəd siqaret olan 1 ədəd qara rəngli siqaret qutusu, 1 ədəd cib dəsmalı, 1 ədəd resept və 1 ədəd qəbz aşkar edilmiş və özünə qaytarılmışdır. Qızılı rəngli büküm açılarkən içərisində qara-qəhvəyi rəngli bərk halda maddə aşkar olunmuş olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli kağıza bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra X5 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Eldar Nəcəfovun iştirakı ilə xidməti otaqda Rüstəm Cəmiyevin üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Videoçəkiliş Şahid2 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Rüstəm Cəmiyeva təklif olunmuşdur ki, üzərində qeyriqanuni əşya və ya maddə vardırsa təqdim etsin. Rüstəm Cəmiyev əynində olan göy rəngli şalvarın sol yan cibində olan bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü, əynində olan qara rəngli paltosunun sağ yan cibindən 4 ədəd siqaret və həmin paltonun sol yan cibindən isə boş vəziyyətdə olan qara rəngli siqaret qutusunu çıxardıb, masanın üzərinə qoyaraq, təqdim etdiyi bükümdəki maddənin heroin adlanan narkotik maddə olduğunu, özünə məxsus olduğunu, “Rəşad” və “Adil” adlı şəxslərlə birlikdə həmin oğurluq etməklə əldə etdikləri dəmirləri satıb, “Eldəniz” adlı şəxsdən əldə etdiyini 20 manata əldə edərək öz aralarında böldüklərini və istifadə etmək üçün üzərimdə saxladığını bildirmişdir. Qızılı rəngli büküm açılarkən içərisində qara-qəhvəyi rəngli bərk halda maddə aşkar olunmuşdur. Rüstəm Cəmiyevin üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli kağıza bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan şəxslər onlara müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin baş əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hal-hazırda Qaradağ RPİ-nin 10-cu PB-də CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 02.02.2022-ci il tarixdə saat təxminən 13:00 radələrində PB-nin əməliyyat müvəkkili Şahid1 və PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid3la birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində xidmətdə olarkən S.Orucov küçəsində yerləşən 15 saylı binanın yaxınlığında üç nəfər şəxsin özlərini şübhəli aparmaları diqqətlərini cəlb etmiş, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərkən onların narkotik vasitənin sərxoşluğu halında olmasından şübhələnmişlər və onlardan özlərini təqdim etmələrini istəmişlər. Həmin şəxslər özlərini şifahi şəkildə təqdim etmişlər və üzərlərində narkotik vasitə olduğunu etiraf etmişlər. Həmin şəxslərə şübhəli olduqlarını bildirib PB-yə dəvət etmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxslərdən biri 15.10.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan X7, biri xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs, digəri isə 13.03.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan X3r. Həmin vaxt Şahid1 tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-nin rəisinə məruzə olunmuş, daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı əvvəlcə X7 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Bəybala Cəbrayılovun iştirakı ilə xidməti otaqda Rəşad Fərəcovun üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Videoçəkiliş onun tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Rəşad Fərəcova təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Rəşad Fərəcov əynində olan göy rəngli şalvarın sol yan cibində olan bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü, çıxardıb, masanın üzərinə qoyaraq, təqdim etdiyi bükümdəki maddənin heroin adlanan narkotik maddə olduğunu, özünə məxsus olduğunu, “Rüstəm” və “Adil” adlı şəxslərlə birlikdə həmin oğurluq etməklə əldə etdikləri dəmirləri satıb, Yasamal rayonu ərazisində “Eldəniz” adlı şəxsdən əldə etdiyini 20 manata əldə edərək öz aralarında böldüklərini və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Rəşad Fərəcovun əynində olan boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd işlənmiş avtomobil lampası aşkar edilmişdir. Qızılı rəngli büküm açılarkən içərisində qara-qəhvəyi rəngli bərk halda maddə aşkar olunmuşdur. Rəşad Fərəcovun üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli kağıza bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Mənsi Ağayevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Videoçəkiliş onun tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü, çıxardıb, masanın üzərinə qoyaraq, təqdim etdiyi bükümdəki maddənin heroin adlanan narkotik maddə olduğunu, özünə məxsus olduğunu, “Rüstəm” və “Rəşad” adlı şəxslərlə birlikdə həmin oğurluq etməklə əldə etdikləri dəmirləri satıb, Yasamal rayonu ərazisində “Rəşad”ın 20 manata həmin narkotik vasitəni əldə edərək öz aralarında böldüklərini və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən içərisində 9 ədəd siqaret olan 1 ədəd qara rəngli siqaret qutusu, 1 ədəd cib dəsmalı, 1 ədəd resept və 1 ədəd qəbz aşkar edilmiş və özünə qaytarılmışdır. Qızılı rəngli büküm açılarkən içərisində qara-qəhvəyi rəngli bərk halda maddə aşkar olunmuş olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli kağıza bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra X5 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Eldar Nəcəfovun iştirakı ilə xidməti otaqda Rüstəm Cəmiyevin üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Videoçəkiliş onun tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Rüstəm Cəmiyeva təklif olunmuşdur ki, üzərində qeyriqanuni əşya və ya maddə vardırsa təqdim etsin. Rüstəm Cəmiyev əynində olan göy rəngli şalvarın sol yan cibində olan bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü, əynində olan qara rəngli paltosunun sağ yan cibindən 4 ədəd siqaret və həmin paltonun sol yan cibindən isə boş vəziyyətdə olan qara rəngli siqaret qutusunu çıxardıb, masanın üzərinə qoyaraq, təqdim etdiyi bükümdəki maddənin heroin adlanan narkotik maddə olduğunu, özünə məxsus olduğunu, “Rəşad” və “Adil” adlı şəxslərlə birlikdə həmin oğurluq etməklə əldə etdikləri dəmirləri satıb, “Eldəniz” adlı şəxsdən əldə etdiyini 20 manata əldə edərək öz aralarında böldüklərini və istifadə etmək üçün üzərimdə saxladığını bildirmişdir. Qızılı rəngli büküm açılarkən içərisində qara-qəhvəyi rəngli bərk halda maddə aşkar olunmuşdur. Rüstəm Cəmiyevin üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli kağıza bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan şəxslər onlara müqavimət göstərməmişdir. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 öz ifadəsində Qaradağ RPİ-nin 10-cu PB-nin digər əməkdaşları Şahid1 və Şahid2 ilə eyniməzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2022-ci il tarixli 6/679 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №222” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs...” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,205 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,205 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq 0,155 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 04 aprel 2022-ci il tarixli 1581 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Ona hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. O, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü, çıxardıb, masanın üzərinə qoyaraq, təqdim etdiyi bükümdəki maddənin heroin adlanan narkotik maddə olduğunu, özünə məxsus olduğunu, “Rüstəm” və “Rəşad” adlı şəxslərlə birlikdə həmin oğurluq etməklə əldə etdikləri dəmirləri satıb, Yasamal rayonu ərazisində “Rəşad”ın 20 manata həmin narkotik vasitəni əldə edərək öz aralarında böldüklərini və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən içərisində 9 ədəd siqaret olan 1 ədəd qara rəngli siqaret qutusu, 1 ədəd cib dəsmalı, 1 ədəd resept və 1 ədəd qəbz aşkar edilmişdir. Qızılı rəngli büküm açılarkən içərisində qaraqəhvəyi rəngli bərk halda maddə aşkar olunmuş və zərfə qoyulub möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,205 qram 01 ədəd bükümdə olan narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi – 0,155 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, narkotik vasitənin növünü və miqdarını, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 02 fevral 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və Qaradağ rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,155 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 02 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,155 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-146/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-146/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver