Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-146/2024 05.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1989-cu ildə Ağstafa rayonunun Qırıqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli (himayəsində 3 azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, fərdi sürücü işləyən, Ağstafa rayonunun Qırıqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında,acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə, saat 15:30 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 69,8-ci kilometrində «X6» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdılması» qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində «Mercedes Benz E200D» minik markalı 99LA035 dövlət qeydiyyat nişanlı avtomobili 80 km/saat sürətlə idarə edərək Bakı şəhəri istiqamətində hərəkətdə olarkən sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötməli olduğu halda bunu etməyib «X6» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyəib qarşıda yolun sol kənarındakı YDM-nə dönməli olduğundan sola dönmə işığını qoşmaqla zolaqları sola doğru dəyişmiş və sol zolaqla bir qədər hərəkətdə olduqdan sonra YDM-nə dönmək üçün sola manevr etməyə başlamış sürücü Şahid 50 km/saat sürətlə idarə etdiyi «Schmız SKA 24/29» markalı 10ZX201 dövlət qeydiyyat nişanlı yarımqoşqulu «X8» yük markalı 99JH962 dövlət qeydiyyat nişanlı avtomobili soldan ötərkən avtomobillər yolun sol ehtiyat hissəsində toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «Mercedes Benz E200D» minik markalı avtomobildə olan sərnişin X2 ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran travmatik və hemorragik şok, daxili qanaxma, ürəyin travmatik cırılması, döş qəfəsinin soldan ön körpücükaltı sümük xətti üzrə İİİ-İV-V- Vİ-Vİİ-Vİİİ-İX qabırğaların, sağdan V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı, yerdəyişən sınıqları, sağ bazu sümüyünün yuxarı 1/3-nin və sol said sümüyünün aşağı 1/3-nin sınıqları, başın alın, alt dodaq və sağ bazu nahiyələrinin əzilmiş yaraları, sağ diz oynağının, sağ çiyin qurşağının ön səthinin və sağ bazu nahiyəsinin sıyrıqları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, «Mercedes Benz» markalı avtomobillə Ağstafa-Bakı marşurutu üzrə sərnişin daşımaqla məşğul olur. 10 dekabr 2023-cüdə Ağstafa rayonu ərazisindən 3 nəfər tanımadığı sərnişin mindirib Bakı şəhərinə gəlmək üçün yola düşmüşdür. Sərnişinlərdən sonradan adını bildiyi Kəmalə Xəlilova qabaq sağ oturacaqda, digər iki kişi sərnişin isə arxa oturacaqda əyləşmişlər. Günorta radələrində Bakı-Qazax yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə dörd zolaqlı yolun sağdan üçüncü zolağı ilə 80 km/saatda sürətlə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən qarşıda sağ zolaqla hərəkət edən qoşqulu yük avtomobili zolaqları sola doğru dəyşməklə əvvəlcə ikinci, sonra üçüncü zolağa keçmiş və yolun sol kənarındakı yanacaq doldurma məntəqəsinə tərəf dönməyə başlamışdır. Həmin yük avtomobilinə siqnal və avtomobilin uzaq görmə işıqlarını yandırıb söndürməklə işarə etsə də həmin avtomobil dayanmadan sola doğru dönməyə davam etdiyindən toqquşmadan yayınmaq üçün tormozdan istifadə edib avtomobili yolu sol kənarına çıxartmışdır ki, həmin avtomobili soldan ötüb keçsin. Lakin hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qabaq sağ tin hissəsi həmin yük avtomobilin qabaq sol yan hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində özü heç bir xəsarət almamış və tez avtomobildən düşüb hadisə şahidlərinin köməkliyi ilə avtomobilin qabaq sağ oturacağında sıxılmış vəziyyətdə qalmış Kəmalə Xəlilovanı avtomobilin salonundan çıxartmışlar. Kəmalə baş nahəyəsindən ciddi xəsarət almış və hüşsuz vəziyyətdə olmuşdur. Hadisə şahidləri təcili tibbi yardım stansiyasına məlumat vermiş, az sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmişdi və həkimlər müayinə edib Kəmalə Xəlilovanın aldığı xəsarətlərdən öldüyünü bildirmişlər.Törətdiyi əməldən səmimi peşmandır.Vəfat edən şəxsin yaxın qohumları ilə barışıq əldə etmişdir.Himayəsində üç azyaşlı uşağı vardır.Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X1 hüquqi varisi X4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 10 dekabr 2023-cü il tarixdə saat 15:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 69,8-ci kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş xx.xx.1947-ci il təvəllüdlü X3 onun anasıdır. Anası onunla eyni ünvanda yaşamışdır. 10 dekabr 2023-cü il tarixdə anası Ağstafa rayonundan Bakı şəhərinə qayıtmaq üçün sonradan bildiyi sərnişin daşıyan Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz E200» minik markalı avtomobillə yola düşmüşdür. Həmin gün saat 16 radələrində qohumu ona zəng edib yolda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində anasının xəsarət alaraq xəstəxanaya aparıldığını bildirmişdir. Bundan sonra Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən xəstəxanaya getmiş və orada məlum olmuşdur ki, anası aldığı xəsarətlərdən ölmüşdür. Anasının meyiti MTE-də müayinə olunaraq onlara təhvil verilmiş və meyiti aparıb səhəri gün Abşeron rayonunun Məhəmmədi kənd qəbiristanlığında dəfn etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə ərizə ünvanlandıraraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, 10 dekabr 2023-cü ildə idarə etdiyi avtomobilə İmişli rayon ərazisindən qum yığıb Xaçmaz rayonuna qayıtmaq üçün yola düşmüşdür. Günorta radələrində Bakı-Qazax yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə dörd zolaqlı yolun sağ zolaqla saatda təxminən 50 km sürətlə Bakı şəhəri istiqamətinə hərəkətdə olmuşdur. yanacaq doldurmalı olduğundan Ələt qəsəbəsi ərazisində yolun sol kənarında yerləşən yanacaq doldurma məntəqəsinə girmək məqsədi ilə zolaqları sola doğru dəyişmiş və yolun sol zolağı ilə bir qədər hərəkəti davam etdirdikdən sonra sola dönmə işığını qoşmaqla yanacaq doldurma məntəqəsinə tərəf dönməyə başlamışdır. Bu vaxt arxadan eyni istiqamətdə hərəkətdə olan «Mercedes Benz » minik markalı avtomobil bir qədər sol ehtiyat hissəyə çıxatmaqla onu soldan ötmək istədiyindən avtomobillər sol ehtiyat hissədə toqquşmuşdur. Zərbədən avtomobil bir qədər sağa istiqamətlənmiş və yolun kənarında yanacaq doldurma məntəqəsi ərazisində dayanmışdır. Avtomobildən düşdükdə görmüşdür ki, «Mercedes Benz» minik markalı avtomobil onun idarə etdiyi avtomobilə çırpılıb və avtomobilin sol yan hissəsinə sıxılıb qalmışdır. Hadisə şahidləri köməklik edib qadını avtomobildən çıxartmış və təcili tibbi yardım stansiyasına məlumat vermişlər. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 116 nömrəli rəyindən görünür ki, X1 meyitində travmatik və hemorragik şok, daxili qanaxma, ürəyin travmatik cırılması, döş qəfəsinin soldan ön körpücükaltı sümük xətti üzrə İİİ-İV-V- Vİ-Vİİ-Vİİİ-İX qabırğaların, sağdan V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı, yerdəyişən sınıqları, sağ bazu sümüyünün yuxarı 1/3-nin və sol said sümüyünün aşağı 1/3-nin sınıqları, başın alın, alt dodaq və sağ bazu nahiyələrinin əzilmiş yaraları, sağ diz oynağının, sağ çiyin qurşağının ön səthinin və sağ bazu nahiyəsinin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsiri nəticəsindən əmələ gəlmişlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəbi ürəyin travmatik cırılması ilə müşayiət olunan döş qəfəsinin İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların, sağdan V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların nəticəsində kəskindaxili qanaxma fonunda inkişaf etmiş travmatik və hemorragik şok olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu (xx.xx.2023-cü ildə saat 18:30-da) 2-4 saat əvvəl baş vermişdir. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 21 fevral 2024-cü il tarixli, 8/252 №-li rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində Mercedes Benz E200D» minik markalı, 99LA035 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X6» Azaybaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdılması» qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində «Mercedes Benz E200D» minik markalı 99LA035 dövlət qeydiyyat nişanlı avtomobili 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X6» Azaybaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 6241 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan DİN BDYP Qİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 13-16/2-1525/2024 nömrəli arayışdan görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə xx.xx.2029-cu il tarixədək müddətə etibarlı olan AE 341720 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz E200» minik markalı 99LA035 dövlət qeydiyyat nişanlı avtomobil və Şahid idarə etdiyi «Schmız» markalı 10ZX201 dövlət qeydiyyat nişanlı yarımqoşqulu, «X8» yük markalı 99JH962 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibləriə qaytarılmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının orta həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz E200» minik markalı 99LA035 dövlət qeydiyyat nişanlı avtomobil və Şahid idarə etdiyi «Schmız» markalı 10ZX201 dövlət qeydiyyat nişanlı yarımqoşqulu, «X8» yük markalı 99JH962 dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində cəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz E200» minik markalı, 99LA035 dövlət qeydiyyat nişanlı avtomobil və Şahid idarə etdiyi «Schmız» markalı, 10ZX201 dövlət qeydiyyat nişanlı yarımqoşqulu, «X8» yük markalı 99JH962 dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-146/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-146/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver