Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-147/2021 22.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, 30.09.2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsində, Qaradağ Təlim-İdman Bazası stadionunun yaxınlığında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “DAF” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük avotomobilindən disk ilə birlikdə 400 manat dəyərində ehtiyat təkərini diski ilə birlikdə gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2 400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 06.10.2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsində, “Qaradağ Təlim-İdman Bazasının” stadionunun yaxınlığında saxlanılmış Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “MAN” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı yük avotomobilindən 250 manat dəyərində ehtiyat təkərini disklə birlikdə gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 250 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 02.12.2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsində, “Qaradağ Təlim-İdman Bazasının” stadionunun yaxınlığında saxlanılmış Türkiyə Cümhuriyyəti vətəndaşı Zərərçəkmiş şəxs3 Talip oğluna məxsus TR **-TD-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı yük avtomobilinin “Continental” markalı 315/70R/22.5 ölçülərində olan ehtiyat təkərini diski ilə birlikdə gizli yolla oğurlayaraq, Zərərçəkmiş şəxs3 Talip oğluna 700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 02.12.2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsində, “Qaradağ Təlim-İdman Bazasının” stadionunun yaxınlığında saxlanılmış Zərərçəkmiş şəxs5 etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən ümumi dəyəri 400 manat olan iki ədəd ehtiyat təkərini diski ilə birlikdə və təyinatı qoşqudakı yüklərin yerə boşalmasının qarşısını almaq olan ümümi dəyəri 150 manat olan dörd ədəd metal konstruksiyanı gizli yolla talayaraq, zərərçəkmişə ümumilikdə 550 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 23.12.2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus “Mercedes” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı yük avotomobilindən 350 manat dəyərində “SAWA” markalı 385/65R/22.5 ölçülərində olan ehtiyat təkərini disklə birlikdə gizli yolla talayaraq, Zərərçəkmiş şəxs4 350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 yaşından etibarən yükdaşıma şirkətlərində sürücü işləmişdir. Sonuncu iş yeri AZ-Logistika şirkətində vəzifəsini ölkədaxili yükdaşımasına çevirdikləri üçün işdən çıxmışdır. İşsiz olduğundan və pula ehtiyacı olduğu üçün 30 sentyabr 2020-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında yerləşən stadionun yanında “DAF” markalı tırın dayandığını, tırın qoşqusunun sol tərəfdən alt hissəsində ehtiyat təkər olduğunu görmüşdür. Gün ərzində bir neçə dəfə həmin yerdən keçmiş, maşının orada olduğuna diqqət etmiş, lakin təkəri oğurlayan zaman heç kim görməsin deyə axşam olmasını, hava qaralmasını gözləmişdir. Həmin gün saat 23 radələrində evdən siqaret çəkmək üçün çölə çıxmış, yenə həmin yerdən keçmiş və tırın orada olduğunu görmüşdür. Bu zaman tırın qoşqusuna yaxınlaşıb əli ilə ehtiyat təkəri sürüşdürüb çıxarmış və diyirlədərək həyətlərinə aparmış, heç kimin görməməsi üçün üstünü kartonla örtmüşdür. Səhəri günü “Qaradağ” şadlıq sarayının yanındakı dayanacağa gedib oradan keçən “Opel” markalı yoldan keçən taksini saxlatdırmış və Lökbatan dairəsinə getmək üçün razılaşmışdır. Bundan sonra həmin taksini yaşadığı həyətə sürdürüb, həyətdən təkəri götürüb yük yerinə qoymuş, sonra oradan Lökbatan dairəsində yerləşən türk və başqa millətlərdən olan tır sürücülərinin olduğu tırların dayandığı dayanacağa getmişlər. Dayanacağa çatdıqda təkəri düşürmüş və qarşısına çıxan adını və anket məlumatlarını bilmədiyi ilk türk tır sürücüsünə həmin təkəri göstərərək almağı təklif etmişdir. Həmin türk təkərə baxmış və 100 manata alabiləcəyini ona bildirmiş, o da həmin şəxslə razılaşıb təkəri ona satmışdır. Bundan başqa 06 oktyabr 2020-ci il tarixdə yenə gündüz vaxtı yaşadığı evin yaxınlığında yerləşən stadionun yanında dayanmış “MAN” markalı tırı və tırın qoşqusunun sol tərəfdən arxa hissəsində ehtiyat təkər olduğunu görmüşdür. Təkəri oğurlamaq qərarına gəlmiş və hava qaralmasını gözləmişdir ki, qaranlıq vaxtı təkəri oğurlayan zaman heç kim onu görməsin. Həmin gün saat 23 radələrində yenə yaşadığı evdən siqaret çəkmək adı ilə çölə çıxmış, stadionun yanına getmiş və tırın orada durduğunu görmüşdür. Bu zaman tırın qoşqusuna yaxınlaşıb əli ilə ehtiyat təkəri sürüşdürüb çıxarmış və diyirlədərək həyətlərinə aparmış, heç kimin görməməsi üçün üstünü kartonla örtmüşdür. Səhəri günü “Qaradağ” şadlıq sarayının yanındakı dayanacağa gedib oradan keçən “Qazel” markalı avtomobili saxlatdırmış və Lökbatan dairəsinə getmək üçün sürücü razılaşmışdır. Sonra həmin avtomobili yaşadığı həyətə sürdürüb, həyətdən təkəri götürüb yük hissəsinə qoymuş və Lökbatan dairəsində yerləşən tırların dayandığı dayanacağa aparmışdır. Dayanacağa çatdıqda təkəri düşürmüş və 120 manata razılaşaraq, qarşısına çıxan adını və anket məlumatlarını bilmədiyi ilk türk tır sürücüsünə satmışdır. Bundan başqa 02 dekabr 2020-ci il tarixdə saat 13 radələrində Lökbatan qəsəbəsində yerləşən “Lökbatan bazarı”nın yanında olarkən orada TR **-TD-*** dövlət qeydiyyat nişanlı, “Ford” markalı tır avtomobili və üzərində kəmərlə bağlanmış ehtiyat təkərinin olduğunu görmüşdür. Yaşadığı ünvanın həmin yerə yaxın yerləşdiyindən gedib yaşadığı evdən mətbəx bıçağı götürüb yenidən ora gəlmişdir. Tırın içərisində və ətrafda da heç kəsin olmadığına əmin olduqdan sonra həmin yük maşınına yaxınlaşıb, sonra cibindəki mətbəx bıçağını çıxarmış və ehtiyat təkərin bağlandığı kəməri bıçaqla kəsib təkəri yerə qoymuş və sonra fırlada-fırlada bazarın arxa tərəfinə aparıb divara söykəmişdir. Bundan sonra heç kəs görməsin deyə üzərini kartonla bağlamış, bıçağı isə bazarın arxasında olan zibil qablarından birinə tullamışdır. Bundan sonra Lökbatan qəsəbəsində yerləşən “Qaradağ” şadlıq sarayının yanına piyada getmiş, orada qara rəngli “Opel” markalı taksi görmüş və onunla qiymətdə razılaşıb həmin yerə gəlmişdir. O, həmin taksi sürücüsünü əvvəllər tanımamışdır. Bazarın arxa hissəsində təkəri qoyduğu yerdən götürüb həmin avtomobilin baqaj hissəsinə qoymuş, Lökbatan-Xocahəsən yolunda təkər satışı və alışı yerlərinin olduğunu bildiyi üçün taksini oraya sürdürmüşdür. Sonra orada olan sexlərdən birinə yaxınlaşıb tır sürücüsü olduğunu, yük avtomobilinin ehtiyat təkərinin olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Orada işləyən əvvəllər tanımadığı işçi təkərə baxmış və qiymətini soruşmuş, o da 200 manata satdığını demiş, lakin onlar 180 manata razılaşmışlar və o, təkəri həmin şəxsə satmışdır. Bundan sonra yolu keçib markasını və nömrəsini bilmədiyi taksiyə əyləşib Lökbatan qəsəbəsinə qayıtmış, həmin pulun bir hissəsini borclarına vermiş, qalan hissəsini isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 02 dekabr 2020-ci il tarixdə gecə saatlarında gəzərkən stadionun yanında 683 nömrəli “Mercedes” markalı tır avtomobilinin dayandığını görüb yaxınlaşmış, avtomobilə baxdıqda qoşqu hissəsində arxa tərəfində 2 ədəd ehtiyat təkər olduğunu, lakin onların qıfılla bağlandığını görmüşdür. Bundan sonra yerdən bir dəmir parçası tapıb qıfılı sındırmış, təkərləri bir-bir sürüşdürüb yerə salmış, bundan sonra qoşqunun qapısını açıb orada olan 4 ədəd gümüşü rəngli dəmir parçaları görmüş və onları da götürərək yaşadığı həyətə aparmışdır. Səhəri gün saat 9-10 radələrində yoldan keçən “Qazel” markal yük maşını saxlatdırıb, həyətə sürdürərək təkərləri və dəmirləri həmin avtomobilə yükləyib Lökbatan dairəsindəki tır dayanacağına apararaq orada tanımadığı türk vətəndaşına 300 manata satmışdır. Əldə etdiyi pulun bir hissəsini borclarına vermiş, bir hissəsini isə özünə xərcləmişdir. Səhəri gün yəni, 03 dekabr 2020-ci il tarixdə axşam saatlarında polis əməkdaşları yaşadığı evə gələrək özlərini təqdim edib, ona oğurluq cinayətində şübhəli olduğunu bildirərək, polis bölməsinə dəvət etmişlər. Sonra polis əməkdaşları ilə birlikdə Qaradağ RPİ-nin 10-cu Polis bölməsinə getmişlər. Bölmədə olarkən sorğu zamanı etdiyi oğurluq cinayətlərini etiraf edib oğurladığı təkəri satdığı yeri göstərə biləcəyini demiş, sonra polis əməkdaşları ilə birlikdə təkəri satdığı Lökbatan-Xocasən yolunda yerləşən təkər təmiri sexinə getmişlər və oğurladığı təkər orada olmuşdur. Sonra polis əməkdaşları həmin təkəri təhvil almışlar. Oğurladığı digər təkərləri isə müxtəlif türk sürücülərinə satdığı üçün onları tapmaq mümkün olmamışdır. Həmin cinayətlərə görə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polisin nəzararəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. Bundan başqa 23 dekabr 2020-ci il tarixdə saat təxminən 03 radələrində oğurluq etmək məqsədilə Lökbatan qəsəbəsində gəzərkən “Dvares” deyilən yerin yaxınlığında “Mercedes” markalı tırın dayandığını, həmin maşına yaxınlaşdıqda arxa sağ tərəfində ehtiyat təkəri olduğunu görmüş və oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığına arxayın olduqdan sonra əli ilə ehtiyat təkəri açıb diyirlədərək yaşadığı evin yaxınlığında gizlətmiş, səhəri günü saat 10 radələrində yoldan keçən taksilərdən birini saxlatdırıb həmin təkəri ona yükləyərək Lökbatan-Xocasən yolunda yerləşən sexlərdən birində tanımadığı şəxsə 120 manata satmışdır. 25 dekabr 2020-ci il tarixdə günorta saatlarında polis əməkdaşları yenidən yaşadığı evə gəlib oğurluq cinayətində şübhəli olduğunu bildirərək, onu polis bölməsinə dəvət etmişlər. Etdiyi oğurluq cinayətini etiraf edərək, onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində olarkən oğurladığı təkəri satdığı yeri göstərə biləcəyini demiş, sonra polis işçiləri ilə birlikdə təkəri satdığı Lökbatan-Xocasən yolunda yerləşən təkər təmiri sexinə getmişlər və oğurladığı təkərin orada olduğunu görmüşlər. Bundan sonra polis əməkdaşları həmin təkəri təhvil almışlar. O, bütün oğurluqları tək törətmiş, oğurladığı əşyaların satışından əldə etdiyi pulların bir qismini borclarına vermiş yerdə qalan məbləğləridə özünə xərcləmişdir. Təqsirləndirilən şəxs sonda əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, bir müddətdir ki, “AzLogistika” şirkətində sürücü işləyir. Belə ki, şirkətə məxsus “MAN” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə sifariş əsasında yerli yükdaşımalar edir. 6 oktyabr 2020-ci il tarixdə təxminən saat 18 radələrində yük avtomobilini Lökbatan qəsəbəsində 20 Yanvar küçəsində yerləşən stadionun yanında saxlamış, avtomobili orada saxlayanda ehtiyat təkəri yerində olmuşdur. Səhəri günü yəni, 07 oktyabr tarixdə saat 09:20 radələrində yük avtomobilinə yaxınlaşmış və vəziyyətinə baxmaq üçün ətrafına fırlanmışdır. Bu zaman avtomobilin qoşqu hissəsinin sol orta tərəfində yerləşən markasını dəqiq xatırlamadığı 315/70R22.5 ölçülərində ehtiyat təkərinin oğurlandığını müəyyən etmişdir. Həmin təkər ona işlədiyi şirkətdən 2020-ci ilin iyul ayında verilmişdir və o, həmin təkər üçün 300 manat ödəmişdir. Həmin təkəri istifadə etmədən ehtiyat təkər kimi saxlamışdır. Hal-hazırki bazar qiyməti disklə birlikdə 250 manat təşkil edir. Oğurluq nəticəsində ona 250 manat məbləğində maddi ziyan dəymişdir. Lakin ona vurulmuş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən yolunda təkər təmiri sexində işləyir. 02 dekabr 2020-ci il tarixdə günorta saatlarında əvvəllər tanımadığı bir nəfər şəxs sexə yaxınlaşaraq tır sürücüsü olduğunu, pula ehtiyacı olduğu üçün ehtiyat təkərini satdığını bildirmişdir. O, həmin şəxsdən təkərin qiyməti soruşduqda 200 manata satdığını demişdir. Təkərə baxdıqda “Continental” markalı 315/70R22.5 ölçülərində yük avtomaşının təkəri olduğunu görmüş və təkərin ona məxsus olub-olduğunu soruşmuşdur. Həmin şəxs təkərin ona məxsus olduğunu və bir problem yaranarsa, əlaqə saxlamaq üçün ***-***-**-** mobil nömrəsini işlətdiyini və ona zəng vura biləcəyini bildirmişdir. Bir daha əmin olmaq üçün həmin şəxsin təkərlə birlikdə şəklini çəkmiş, bundan sonra 180 manata təkəri ala biləcəyini demiş və razılaşmışlar. O, 180 manat pul verib təkəri almışdır. Həmin şəxs isə yolu keçib Lökbatan qəsəbəsi istiqamətində taksiyə minib getmişdir. Səhəri günü təxminən saat 11 radələrində polis əməkdaşları adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxslə birlikdə işlədiyi təmir sexinə gəlmiş və 02.12.2020-ci il tarixdə ondan aldığı təkərin oğurluq olduğunu bildirmişlər. Oğurluq olduğu üçün ondan təkəri təhvil almışlar. Həmin şəxsi birinci dəfə təkər alan zaman görmüş, ona dəymiş 180 manat maddi ziyan ödənilməmişdir. Lakin bununla bağlı heç bir mülki iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 23 dekabr 2020-ci il tarixdə təxminən saat 10-11 radələrində Xocasən qəsəbəsində təkər sexində işləyən tanışı Elbrus ona zəng vuraraq, bir ədəd təkər satıldığını və üstündə pul olmadığını, əgər imkanı varsa təkəri almalarını məsləhət görmüşdür. O, sexə getmiş və bir nəfər şəxsin “Qazel” markalı maşında yük maşınının təkərini gətirdiyini və satdığını görmüşdür. Elbrus həmin şəxslə 120 manata təkəri almağa razılaşmışıdır. Bundan sonra o, həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmiş, həmin şəxs üstündə sənəd olmadığını, təkərin özünə aid olduğunu, videogörüntü çəkə biləcəyini bildirmişdir. O, videoçəkiliş etmiş və həmin şəxs çəkiliş zamanı bildirmişdir ki, təkər özünə məxsusdur, ehtiyacı olduğu üçün satır. Bundan sonra o, 120 manat verib təkəri almışdır. Elbrusla belə razılaşmışlar ki, Elbrus təkəri satacaq və əldə olunan gəliri böləcəklər. Təxminən 2 gün sonra Elbrus ona zəng vurub, polis əməkdaşlarının gəldiyini və təkər oğurluq olduğu üçün aparmaq istədiklərini bildirmişdir. O, təkərin oğurluq olduğunu halda apara biləcəklərini demiş və polis əməkdaşları təkəri Elbrusdan təhvil almışdırlar. Həmin şəxsi birinci dəfə təkər alan zaman görmüş, həmin təkərlərin dəyəri olan 120 mana ona ödənildiyindən bununla bağlı heç bir mülki iddiası yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə hazırlıq iclasında iştirak etmiş və məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmiş, həmçinin məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 ayrı-ayrılıqda məhkəməyə ərizələr, Zərərçəkmiş şəxs3 Talip oğlu isə digər vasitə ilə (telefonla) məlumat verərək ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini, onlara vurulmuş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 87.6.11 və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Talip oğlunun ibtidai istintaq dövründə verdikləri ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında tədqiq olunmaqla elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, fərdi sürücü fəaliyyəti ilə məşğul olur. Belə ki, özünə məxsus “DAF” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə sifariş yerli və xarici yükdaşımalar edir. Təxminən iyul ayından səhhətində yaranan problemə görə yük maşınını X7 adlı şəxsə icarəyə vermişdir. 30 sentyabr 2020-ci il tarixdə yük avtomobilini Xırdalan şəhərində təmir etdirib günorta saatlarında Lökbatan qəsəbəsinə gəlmiş və stadionun yanında saxlamışdır. Avtomobili orada saxlayanda ehtiyat təkəri yerində olmuşdur. Səhəri günü Vaqifə zəng vurub maşını oradan götürüb Lökbatan qəsəbəsinin çıxışında “Tosoil” yanacaq doldurma məntəqəsi ilə üzbəüz olan dayanacaqda saxlamasını tapşırmışdır. Həmin gün 12:50 radələrində Vaqif maşını aparıb həmin dayanacağa yerləşdirsə də, ehtiyat təkərinin yerində olub-olmamasına fikir verməmişdir. O, maşını dayanacaqda saxladığı müddətdə arabir gedib akkumulyatoru dayanmasın deyə işə salmışdır. 06 oktyabr günorta saatlarında dayanacağa getdikdə maşını işə salmış və ətrafına fırlanmışdır ki, vəziyyətinə baxsın. Arxa hissəsinə keçdikdə sol hissədə yerləşən “Michelin” markalı 315/70R22.5 ölçülərində ehtiyat təkərinin oğurlandığını müəyyən etmişdir. O, həmin təkəri təxminən 2016-cı ildə 500 ABŞ dollarına almış, 2018-ci ilə kimi istifadə etmiş, sonradan təzə təkər aldığı üçün ehtiyat təkər kimi saxlamışdır. Hal-hazırki bazar qiyməti disklə birlikdə 400 manat təşkil edir və oğurluq nəticəsində ona 400 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında tədqiq olunmaqla elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, fərdi sürücülük fəaliyyəti ilə məşğul olur. Belə ki, özünə məxsus “Mercedes” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə sifariş əsasında yerli və xarici yükdaşımalar edir. 21.12.2020-ci il tarixdə təxminən saat 17 radələrində Lökbatan qəsəbəsinə gəlmiş və yaşadığı evin yaxınlığında Seymur Orucov küçəsində avtomobili saxlamışdır. O, avtomobili orada saxlayanda ehtiyat təkəri yerində olmuşdur. Dekabr ayının 21-dən 25-nə kimi heç bir sifariş olmadığı üçün evdə olmuş və avtomobili sürməmişdir. 25 dekabr 2020-ci il tarixdə təxminən saat 12 radələrində Astara rayonuna getmək üçün avtomobilə yaxınlaşmış, maşının sazlığını yoxlamaq üçün ətrafına fırlandıqda sağ arxa tərəfində yerləşdirilmiş “Sawa” markalı ehtiyat təkərinin oğurlandığını müəyyən etmiş və bu barədə 10-cu polis bölməsinə ərizə ilə müraciət etmişdir. O, həmin təkəri 01.09.2020-ci ildə yük avtomobilini alarkən onun üstündə almış, əlavə hər hansı ödəniş etməmişdir. Hal-hazırki bazar qiyməti disklə birlikdə 800 manat təşkil edir və oğurluq nəticəsində ona 350 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 ona verilən suallara cavab olaraq oğurlanmış ehtiyat təkərin “Sawa” markalı olduğunu, ölçülərinin 385/65R/22.5 olduğu, diskin 200 manat və təkərin isə 600 manat olmaqla ümumi dəyəri 800 manat olduğunu qeyd etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasında tədqiq olunmaqla elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 2 ildir ki “Caspian Fresh” şirkətində sürücü işləyir. “Mercedes” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə edir və sifariş əsasında beynəlxalq yükdaşımalar edir. 02 dekabr 2020-ci il tarixdə təxminən saat 18-19 radələrində yük avtomobilini yaşadığı evin yaxınlığında Lökbatan qəsəbəsində 20 Yanvar küçəsində yerləşən stadionun yanında saxlamış, avtomobili orada saxlayanda qoşqusunda yerləşən 2 ədəd ehtiyat təkəri və təyinatı qoşqudakı yüklərin yerə boşalmasının qarşısını almaq olan dörd ədəd metal konstruksiya yerində olmuşdur. Səhəri günü yəni, 03 dekabr tarixdə saat 09:30 radələrində yük avtomobilinə yaxınlaşmış və ətrafına fırlanmışdır ki vəziyyətinə baxsın. Həmin zaman avtomobilin qoşqu hissəsinin arxa tərəfində yerləşən markasını dəqiq xatırlamadığı 315/70R22.5 və 315/80R/22.5 ölçülərində olan iki ədəd ehtiyat təkərinin və dörd ədəd metal konstruksiyasının oğurlandığını müəyyən etmişdir. O, həmin təkərləri işlənmiş vəziyyətdə təxminən 2 il əvvəl hər birini 300 ABŞ dollarına almış, təxminən 6 ay əvvəl yeni təkərlər aldığı üçün onları çıxarıb ehtiyat təkər kimi saxlamışdır. Hal-hazırki bazar qiyməti disklə birlikdə hər biri 200 manat təşkil edir. Bundan başqa oğurlanmış dörd ədəd metal konstruksiyasının təxminən 1 il əvvəl 150 manata almış, oğurluq nəticəsində ona 550 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Talip oğlunun məhkəmə iclasında tədqiq olunmaqla elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “ÖZSANLİLAR” şirkətində sürücü olaraq dövlətlərarası yükdaşıma ilə məşğul olur. Təxminən 20 ildir ki, Türkiyə və Azərbaycan arasında yükdaşıma ilə məşğul olur. Azərbaycan dilində sərbəst yazıb, oxuyub başa düşür. 29 noyabr 2020-ci il tarixdə ona məxsus TR **-TD-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı yük avtomobili ilə Azərbaycan Respublikasına gəlmişdir. Avtomobili çox vaxt “Meyvəli” ticarət mərkəzinin yanında saxlayır və maşında yatır. O, 02 dekabr 2020-ci il tarixdə təxminən saat 12 radələrində Lökbatan qəsəbəsində yerləşən bazara gəlmiş, avtomobili Kings Market yaxınlığında saxlamışdır. Orada iş yoldaşı Ozan Sancı ilə bərbərə getmişlər və bundan sonra alış-veriş etmişlər. Təxminən saat 14 radələrində bazardan çıxmışlar və avtomobilə getmişlər. Bu zaman avtomobilin arxa hissəsinə bağlanmış bir müddət öncə aldığı ehtiyat təkərin oğurlandığını müəyyən etmiş, bu barədə polis bölməsinə müraciət etmişdir. Oğurluq nəticəsində 500 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Dəfələrlə dəvət olunmasına baxmayaraq, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, şahidin ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında tədqiq olunmaqla elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 23.12.2020ci il tarixdə təxminən saat 10-11 radələrində nömrəsini bilmədiyi “Qazel” markalı yük avtomobili işlədiyi Xocaəsən qəsəbəsində yerləşən təkər sexinə gəlmiş və sürücünün yanında olan bir nəfər düşərək ona yaxınlaşmış və yük avtomobilinin təkəri olduğunu və satdığını bildirmişdir. O, “Qazel”in yük hissəsindəki təkərə baxmış və yerə düşürərək sazlığını yoxlamışdır. Həmin şəxs təkəri 150 manata satdığını bildirmiş, lakin onlar 120 manata razılaşmışlar. O, tanışı Nəzər adlı şəxsə zəng vuraraq satılıq təkər olduğunu, pulu varsa alıb sonra həmin təkəri sataraq qalan gəliri bölməyi təklif etmişdir. Nəzər 15 dəqiqədən sonra gəlmiş və təkəri satan adamın sənədini istəmiş, sənədi olmadığından onu video ilə çəkmişdir. Bundan sonra 120 manat həmin şəxsə vermiş və təkəri almışlar. Həmin şəxs yenidən “Qazel”ə əyləşib uzaqlaşmışdır. Təxminən 2 gün sonra polis əməkdaşları təkəri satan şəxslə birlikdə sexə gəlmişlər və təkərin oğurluq olduğunu bildirmişlər. O, Nəzərə zəng vurub bu barədə demiş, Nəzər isə təkəri apara biləcəklərini demişdir. Bundan sonra polis əməkdaşları təkəri aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Götürmə haqqında 03 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ona 180 manata satdığı “Continental” markalı 315/70/22.5 ölçülü təkəri təqdim etmişdir. (İ cild, i.v. 12) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 14 dekabr 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur. (İ cild, 44) Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 45, 55-56) Təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında 17 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş, barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmiş və onun müvəqqəti saxlama yerindən azad olunması qərara alınmışdır. (İ cild, i.v. 158-160) Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 17 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 161-162) Götürmə haqqında 25 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğruladığı “Cawa” markalı, 385/65R/22.5 ölçülərində ehtiyat təkəri Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, “Sahil” şadlıq sarayının yanında yerləşən təkər dəyişmə məntəqəsində Şahid2 təhvil alınmışdır. (İ cild, i.v. 174) Təqsirləndirilən şəxsin tutulması haqqında 25 dekabr 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin tələblərini pozaraq yenidən cinayət törətdiyi üçün həbs edilmişdir. (İ cild, i.v. 189-190, 193-194) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-170/2020 saylı, 26 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 25 dekabr 2020-ci il tarixdən hesablanmaqla 02 (iki) ay 10 (on) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 216-217) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2021-ci il tarixli 9/08 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd Polşa istehsalı olan, “Sawa” markalı, 385/65R/22.5 ölçülərində olan təkərin diski ilə birlikdə istifadədə olmasını nəzərə alaraq 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 350 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. (İ cild, i.v. 249-252) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2021-ci il tarixli 9/5783 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində “Continental” markalanma göstəricisi olan, 315/70R22,5 modelli istifadə olunmamış disklə birlikdə avtomobil təkərinin 02.12.2020-ci il tarixə orta bazar qiyməti təxminəın 700 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. (İİ cild, i.v. 1-4) Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, cinayət işi üzrə oğurlanan “Cawa” markalı, 385/65R/22.5 ölçülərində təkəri diski ilə birlikdə təhvil almışdır. (İİ cild, i.v. 11) Zərərçəkmiş şəxs4 tərəfindən ibtidai idtintaq zamanı verilmiş 05 fevral 2021-ci il tarixli (İİ cild, i.v. 12) və məhkəməyə təqdim edilmiş 29 mart 2021-ci tarxli ərizələrdən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. X4 tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs 30.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus ehtiyat təkəri oğurlayaraq, Zərərçəkmiş şəxs2 400 manat ziyan vurmuşdur. Hazırda o, 400 (dörd yüz) manat maddi ziyanı ödəmək üçün 400 (dörd yüz) manat pulu istintaqa təqdim etmişdir. (İİ cild, i.v. 13) Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Rauf Xalıqzadə tərəfindən tərtib edilmiş 05 fevral 2021-ci il tarixli protokoldan görünür ki, X2 ödədiyi 400 manat pul Zərərçəkmiş şəxs2 təqdim edilmişdir. (İ cild, i.v.15) Zərərçəkmiş şəxs3 Talip oğlu tərəfindən verilmiş 05 dekabr 2020-ci-ci il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. 06.12.2020-ci il tarixdə vətəndaşı olduğu Türkiyə Respublikasına qəyıdacaq. İbtidai istintaqın bitməsi və cinayət işinin materialları ilə tanış olmaq istəmir və məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsinə etiraz etmir. (İ cild, i.v. 35) Zərərçəkmiş şəxs2 tərəfindən ibtidai istintaq zamanı verilmiş 05 fevral 2021-ci il tarixli (İİ cild, i.v. 16) və məhkəməyə təqdim edilmiş 05 mart 2021-ci il tarixli ərizələrdən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. X4 tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs 06.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus ehtiyat təkəri oğurlayaraq, Zərərçəkmiş şəxs1 250 manat ziyan vurmuşdur. Hazırda o, 250 (iki yüz əlli) manat maddi ziyanı ödəmək üçün 250 (iki yüz əlli) manat pulu istintaqa təqdim etmişdir. (İİ cild, i.v. 17) Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Rauf Xalıqzadə tərəfindən tərtib edilmiş 05 fevral 2021-ci il tarixli protokoldan görünür ki, X2 ödədiyi 250 manat pul Zərərçəkmiş şəxs1 təqdim edilmişdir. (İ cild, i.v.19) Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaq zamanı verilmiş 05 fevral 2021-ci il tarixli (İİ cild, i.v. 20) və məhkəməyə təqdim edilmiş 22 aprel 2021-ci il tarixli ərizələrdən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir. X4 tərəfindən verilmiş 08 fevral 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs 03.12.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 məxsus ehtiyat təkəri oğurlayaraq, Zərərçəkmiş şəxs5 550 (beş yüz əlli) manat ziyan vurmuşdur. Hazırda o, 550 (beş yüz əlli) manat maddi ziyanı ödəmək üçün 550 (beş yüz əlli) manat pulu istintaqa təqdim etmişdir. (İİ cild, i.v. 31) Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Rauf Xalıqzadə tərəfindən tərtib edilmiş 08 fevral 2021-ci il tarixli protokoldan görünür ki, X2 ödədiyi 550 manat pul Zərərçəkmiş şəxs5 təqdim edilmişdir. (İ cild, i.v.33) Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş 08 fevral 2021-ci il tarixli (İİ cild, i.v. 34) və məhkəməyə təqdim edilmiş 25 fevral 2021-ci il tarixli ərizələrdən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi haqqında 08 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərnbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 180-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs3 Talip oğluna məxsus “Continental” markalı 315/70R22,5 ölçülü təkər iş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs3 Talip oğluna qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs4 məxsus “Sawa” markalı, 385/65R22,5 ölçülü təkər iş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs4 qaytarılmışdır. (İİ cild, i.v 35-46) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılmasını (CM- 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq yenidən cinayət törətməsi isə onun şəxsiyyətini mənfi səciyəlndirən hal kimi nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onun törədilməsi halları, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipi və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə 15 dekabr 2020-ci il tarixdən 17 dekabr 2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 müddət nəzərə alınmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 25 dekabr 2020-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), iş üzrə maddi sübut kimi tanınan “Continental” markalı 315/70R22,5 ölçülü təkərin sahibi Zərərçəkmiş şəxs3 Talip oğluna və “Sawa” markalı, 385/65R22,5 ölçülü təkərin sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə 80 (səksən) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 80 (səksən) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 480 (dörd yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 dekabr 2020-ci il tarixdən 17 dekabr 2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan “Continental” markalı 315/70R22,5 ölçülü təkərin sahibi Zərərçəkmiş şəxs3 Talip oğluna və “Sawa” markalı, 385/65R22,5 ölçülü təkərin sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri – 150 (yüz əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 80 (səksən) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 480 (dörd yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-147/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-147/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver