Məhkəmə qərarları › İş №1(002)-147/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-147/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-147/2024 02.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsinə əsasən təqsirli bilinərək 9 (doqquz) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən həmin müəssisədə saxlanıldığı müddətdə istintaqa məlum olmayan vaxtda və mənbədən “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş daxilində (051) ***-**-** nömrəli «Sim» danışıq kartı olan işlək vəziyyətdə – «GT-İ9082» modelli, “**********22895, **********22893” imei kodlu, 1 ədəd “X3 Duos” markalı mobil smartfon və daxilində «Sim» danışıq kartı olan işlək vəziyyətdə – «Mini Phone» modelli, “**********00158, **********00158” imei kodlu, 1 ədəd “Nokıa” markalı mobil telefon aparatlarını əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış, (051) ***-**-** nömrəli «Sim» danışıq kartı vasitəsi ilə əmisioğlu Şahid5 istifadəsində olan (050) ***-**-** və (055) ***-**-** nömrəli mobil telefonla əlaqə saxlamaqla “X3 Duos” markalı mobil smartfondan istifadə etmiş və 07 iyun 2023-cü il tarixdə, saat 13:10 radələrində müəssisənin əməkdaşları tərəfindən İ rejim korpusunun, 14 saylı kamerasında keçirilmiş axtarış-baxış zamanı ona məxsus paltar dolabından qadağan olunmuş əşyalar olan həmin mobil smartfon və telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317-2.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən gəzinti zamanı daxilində danışıq kartı olan iki ədəd mobil telefon tapmışdır.Telefonlardan biri vasitəsi ilə əmisi oğlu ilə danımışdır.Təxminən on gün sonra qaldığı otağa müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış zamanı orada yerləşən paltar dolabında gizlətdiyi mobil telefonlar aşkar olunaraq götürülmüşdürü. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində rəisin növbətçi köməkçisi vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 07 iyun 2023-cü il tarixdə müəssisənin İ rejim korpusunun, 14 saylı kamerasında hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbiri keçirilən zaman orada cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus paltar dolabından daxilində «Sim» danışıq kartı olan – 1 ədəd «Samsung » markalı mobil smartfon və daxilində «Sim» danışıq kartı olan – 1 ədəd «Nokıa» markalı mobil telefon aparatı, həmçinin 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür.Həmin əşyalar barədə Təqsirləndirilən şəxs soruşulduqda mobil telefonların ona məxsus olduğunu etiraf etmişdir. İş üzrə şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 X1 əməliyyat bölməsinin inspektoru vəzifəsində işləyən Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərilmiş xüsusatları təsdiqləmişdir. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli götürmə protokolundan görünür ki, saat 09:30 radələrində Penitensiar Xidmətin 8 X1 əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış tədbirləri zamanı orada cəza çəkən məhkum Təqsirləndirilən şəxs paltar dolabından Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslər tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. İş materillarında olan kompyuter-texniki ekspertizasının 26 iyul 2023-cü il tarixli, 5/953 nömrəli rəyindən görünür ki, məhkum Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd «X3 Duos» markalı, «GT-İ9082» modelli, “**********22895, **********22893” imei kodlu mobil smartfon və 1 ədəd «Nokıa» markalı, «Mini Phone» modelli, “**********00158, **********00158” imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir. İş materiallarında olan 24 iyun 2022-ci il tarixli iltizamdan da görünür ki, Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslər tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyaların siyahısı Təqsirləndirilən şəxs elan olunmuş və sonuncu həmin siyahı ilə tanış olduqdan sonra iltizamı imzası ilə təsdiq etmişdir. İş materillarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökmün əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş cəzanı çəkib qurtarmadığından və cəzasının sonuna 06 (altı) il 01 (bir) ay 15 (on beş) gün qaldığından ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli hökm elan edildiyi tarixdən, yəni 02 may 2024-cü il tarixdən hesablanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış daxilində daxilində (051) ***-**-** nömrəli «Sim» danışıq kartı olan - 1 ədəd «X3 Duos» markalı, «GT-İ9082» modelli, “**********22895, **********22893” imei kodlu mobil smartfon və daxilində «Sim» danışıq kartı olan - 1 ədəd «Nokıa» markalı, «Mini Phone» modelli, “**********00158, **********00158” imei kodlu mobil telefon aparatı, 1 ədəd elektrik qidalandırıcısı dövlət nəfinə müsadirə edilməli və "xxxx" MMC-dən götürülmüş telefon danışıqları barədə 2 ədəd CD disk cinayət işi materiallarında saxlanıılmalıdır. İş üzrə 80 (səksən) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (otuz beş) saat görə 150 (bir yüz əlli) manat, məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və cəzanın çəkilməmiş qalan 06 (altı) il 01 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 02 may 2024-cü il tarixdən hesablansın. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış İş üzrə maddi sübut kimi tanınmış daxilində daxilində (051) ***-**-** nömrəli «Sim» danışıq kartı olan - 1 ədəd «X3 Duos» markalı, «GT-İ9082» modelli, “**********22895, **********22893” imei kodlu mobil smartfon və daxilində «Sim» danışıq kartı olan - 1 ədəd «Nokıa» markalı, «Mini Phone» modelli, “**********00158, **********00158” imei kodlu mobil telefon aparatı, 1 ədəd elektrik qidalandırıcısı dövlət nəfinə müsadirə edilsini və "xxxx" MMC-dən götürülmüş telefon danışıqları barədə 2 ədəd CD disk cinayət işi materiallarında saxlanıılsın. İş üzrə 80 (səksən) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (otuz beş) saat görə 150 (bir yüz əlli) manat, məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar