Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-148/2022 30.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 144 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan məlum olur ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və 17 yanvar 2022-ci il tarixdə saat 22:30 radələrində Qaradağ rayonu, ünvan 1 ünvanın qarşısında Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən üç ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş büküm, ayrı-ayrılıqda təmiz çəkiləri 0,350 qram, 0,228 qram və 0,414 qram ümumi təmiz çəkisi 0,992 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o qısa bir müddət ərzində narkotik vasitə heroindən istifadə etmişdir. O narkotik vasitələri aldığı şəxsləri tanımır. Belə ki, onun telefon nömrəsinə “whatshap” ani mesajlaşma vasitəsi ilə hesab nömrəsi verilir və o da hesaba pul köçürdürmüş. Daha sonra ona narkotik vasitənin qoyulacağı yer deyilir, o da gedib götürürmüş. Ona görə də həmin narkotik vasitələri kimin satdığını o bilmir və tanımır. xx.xx.2022-ci il tarixdə eyni qayda ilə yenə də tanımadığı şəxs ona hesab nömrəsi göndərmiş, o da onun göndərdiyi hesab nömrəsinə pul göndərmiş və həmin şəxs ona demişdir ki, 20 Yanvar metrosu yaxınlığına nakrotik vasitəni qoyacaqdır. O da saat 22 radələrində deyilən yerə getmiş və metronun yaxınlığındakı yerdən bir bükümə bükülmüş kokosu götürüb cibinə qoymuş və evə qayıtmışdır. 17 yanvar 2022-ci il tarixdə saat 22:30 radələrində yaşadığı evin yaxınlığında 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər, onlar Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları olmuşlar. Onlar onu polis bölməsinə aparmışlar. Bu zaman onun üzərində bir büküm narkotik vasitə olmuşdur, lakin polis əməkdaşları tərəfindən döyülərək üzərinə əlavə iki büküm də narkotik vasitə qoyularaq çəkiliş zamanı təqdim etməyini tələb etmişlər. O da polis əməkdaşlarından qorxduğu üçün dəvət edilmiş vəkilin iştirakı və videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 3 büküm narkotik vasitə olan heroini çıxardıb masanın üstünə qoymuş və bildirmişdir ki, şəxsi istifadəsi üçün 30 manat müqabilində tanımadığı şəxsdən onlayn pul köçürtmək yolu ilə almışdır. Daha sonra həmin bükümlər zərfə qoyularaq möhürlənmiş və o da imzalamışdır. Bu barədə protokol tərtib edilmiş, o həmin protokolu da imzalamışdır. O, öz ifadəsində daha sonra göstərmişdir ki, polis əməkdaşları tərəfindən tutularkən döyülmüşdür, lakin şikayət verməmiş, daha sonra Bakı İstintaq Təcridxanasına keçirilərkən orda onun üzərində xəsarətlər aşkar edildiyindən bu barədə Qaradağ rayon Prokurorluğuna məlumat verilmiş, lakin məlumat verilməsinə baxmayaraq heç bir araşdırma aparılmamışdır. Yalnız məhkəmə tərəfindən sorğu verildikdən sonra ondan bu barədə izahat alınmışdır. İşin ibtidai istintaqını aparan müstəntiq tərəfindən heç bir əsaslandırma olmadan onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən 234.2-ci maddəyə tövsif edilmişdir. Halbuki o, videoçəkiliş aparılması da daxil olmaqla bütün izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir, lakin müstəntiq Rauf Məmmədov ittiham aktı tərtib edərkən onun özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir. Bundan başqa əgər o, narkotik vasitəni satmaq niyyətində olsaydı və müstəntiq işi düzgün araşdırsaydı onun narkotik vasitəni necə və kimlərə satacağını aydınlaşdırar, bununla bağlı sorğular verərdi. Həmçinin o ibtidai istintaq zamanı özünü 234.1-ci maddəsi ilə təqsirli bilsə də müstəntiq tərəfindən guya ki, ifadəsində özünü 234.2-ci maddəsi ilə təqsirli bildiyi qeyd edilmişdir. Halbuki o, ifadəsini imzalayarkən orada 234.2-ci maddəyə dair heç bir qeyd olmamışdır. O, son olaraq özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, lakin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə təqsirli bildiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini və törətdiyi əməlindən də peşman olduğunu qeyd edərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin sabiq əməliyyat müvəkkili Şahid1 öz ifadəsində göstərmişdir ki, o 2014-cü ildən DİO-da, tutduğu vəzifədə isə 2020-ci ilin oktyabr ayından xidmət edirmiş. 17 yanvar 2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, Qaradağ rayonu, Qobustan qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, daşınması, üzərində saxlaması və satışı ilə məşğul olurmuş. Ona görə də Qaradağ RPİ-nin 11-ci PB-də əməliyyat qrupu təşkil edilmişdir. O da həmin qrupun rəhbəri təyin edilmişdir. Bundan sonra əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs Qaradağ rayonu ünvan 3 ünvanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişdir. Polis bölməsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl üzərində qanunla daşınması və saxlanılması qadağan olunan nə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 03 ədəd siqaretin qırmızı kağız kəsiyinə bükülmüş bükümləri təqdim edərək həmin bükümdə olan vasitənin narkotik vasitə heroin olduğunu və 16 yanvar 2022-ci il tarixdə onlayn formada tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Aşkar edilmiş vasitələr zərfə qoyularaq möhürləndi və iştirakçılar tərəfindən imzalanmışdır. O, öz ifadəsində suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş və məlumatda Təqsirləndirilən şəxs narkotik vasitənin yalnız istifadəsi ilə məşğul olması bildirilmişdir. Lakin ibtidai istintaq zamanı və hazırda verdiyi ifadəsində Təqsirləndirilən şəxs həmdə narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirməsinin səbəbi onda bu barədə əlavə şifahi məlumatın olması ilə izah edir. Lakin bu barədə onda hər hansı bir sübut olmamışdır. Təqsirləndirilən şəxs tutularkən müqavimət göstərmək istədiyindən ola bilərki qolunda hər hansısa iz qalmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində göstərmişdir ki, 17 yanvar 2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, Qaradağ rayonu Qobustan qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, daşınması və üzərində saxlanması ilə məşğul olurmuş, ona görə də Qaradağ RPİ-nin 11-ci PB-də əməliyyat qrupu təşkil edilmişdir. O da həmin qrupun rəhbəri təyin edilmişdir. Bundan sonra əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 144 ünvanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişdir. Polis bölməsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl üzərində qanunla daşınması və saxlanılması qadağan olunan nə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 03 ədəd siqaretin qırmızı kağız kəsiyinə bükülmüş bükümləri təqdim edərək həmin bükümdə olan vasitənin narkotik vasitə heroin olduğunu və 16 yanvar 2022-ci il tarixdə onlayn formada tanımadığı şəxsdən 30 manat almışdır. Aşkar edilmiş vasitələr zərfə qoyularaq möhürləndi və iştirakçılar tərəfindən imzalanmışdır. O, öz ifadəsində suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı daxil olarkən məlumatda Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi ilə məşğul olması bildirilmişdir. Bundan başqa hadisədən uzun müddət keçdiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdikləri dəqiq yadında qalmamış və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair onda hər hansı bir sübut və məlumat olmamışdır. Təqsirləndirilən şəxs tutularkən müqavimət göstərmək istədiyindən ola bilərki qolunda hər hansısa iz qalmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və zorakılıq göstərilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2022-ci il tarixli 6/321 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş...» sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,350 qr., 0,228 qr., 0,414 qr., ümumi təmiz çəkisi 0,992 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı 1) daxildir. Qeyd: heroinin ümumilikdə təmiz çəkisi-0,992 qram, tədqiqata sərf edildi-0,090 qram, qalıq-0,902 qram. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 28 mart 2022-ci il tarixli 1431 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 0,992 qram narkotik vasitə heroin maddi subut hesab edilməli və məhkəmə fiziki-kimyəvi ekspertizası keçiriləndən sonra qalıq qalmış 0,902 qram narkotik vasitə heroin təqsirləndirilən şəxsə təqdim edildikdən sonra Qaradağ RPİ-nin saxlancına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən o, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 03 ədəd siqaretin qırmızı kağız kəsiyinə bükülmüş bükümləri təqdim edərək həmin bükümdə olan vasitənin narkotik vasitə heroin olduğunu, 16 yanvar 2022-ci il tarixdə onlayn formada tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X3 30 iyun 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərarından aydın olur ki, Təqsirləndirilən şəxs döyülərək xəsarət alması toplanmış materialla öz təsdiqini tapmadığından, yəni toplanmış materiallarda hər hansı cinayət hadisəsi müəyyən olunmadığından CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması aşkardır, toplanmış və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. İş materiallarından görünür ki, fakt üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmış, lakin sonradan işi aparan müstəntiq tərəfindən heç bir əsaslandırma olmadan və hər hansı bir sübut müəyyən edilmədən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Hansı ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və sair hallara dair hər hansı mötəbər sübutlar və əsaslı şübhələr müəyyən edilərək araşdırılmamışdır. Buna görə də məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu əsassız nəticə ilə razılaşmır. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin, ondan aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlanmasına dair heç bir sübut və hər hansı bir inandırıcı dəlil müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan, əməliyyat qrupunun yaradılması barədə əmrdən, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan və digər sənədlərdən də görünür ki, Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid1 vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkotik vasitələri istifadə edərək üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Lakin həmin əməliyyat məlumatında polis əməkdaşına satışla bağlı heç bir məlumatın verilmədiyi göstərilmişdir. Əgər belə bir məlumat verilmiş olsaydı yuxarıda qeyd olunan sənədlərdə (əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan, əməliyyat qrupunun yaradılması barədə əmrdən, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan) narkotik vasitənin satış məqsədilə əldə etməsi göstərilərdi, lakin iş materiallarından da göründüyü kimi onun yalnız narkotik vasitənin istifadəçisi olduğu göstərilmişdir. Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid1 isə ibtidai istintaq zamanı verdiyi ifadəsində, o cümlədən, məhkəmə iclasında heç bir formada əsaslandırmadan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatın daxil olduğunu bildirmişdir. Odur ki, iş materialları və sənədləri ilə şahidin ifadəsi arasında kifayət qədər ziddiyyətlər mövcuddur. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli izahatından, xx.xx.2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan və xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən müəyyən müddətdir ki, istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün 30 manat müqabilində onlayn pul köçürməklə aldığını bildirərək narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir məlumat verməmiş və bu barədə ona hər hansı bir sual da verilməmişdir. Eləcə də işin ibtidai istintaqını aparan müstəntiq Rauf Məmmədov, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi haqqında” Qərarda və ittiham aktında təqsirləndirilən şəxsin narkotik vasitələrin şəxsi istifadəçisi olduğunu dəfələrlə qeyd etdiyi halda, heç bir əsas olmadan təqsirləndirilən şəxsin özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bildiyini qeyd etmiş və ifadəsində onun “şəxsi istifadəsi üçün 30 manat müqabilində tanımadığı şəxsdən onlayn pul köçürtmək yolu ilə almışdır” kimi göstərərək ziddiyət yaratmışdır. Bundan əlavə iş materiallarında olan Bakı İstintaq Təcridxanasının 21 yanvar 2022-ci il tarixli Qaradağ rayon Prokurluğuna ünvanlanmış məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına qəbul edilərkən, üzərinə baxış keçirilən zaman sol dirsək nahiyyəsində sarımtıl-yaşıl rəngli qançır izləri aşkar olunmuşdur. Bununla əlaqədar olaraq Qaradağ rayon Prokurorluğu tərəfindən 11 fevral 2022-ci il tarixdə Qaradağ RPİ-yə məktub ünvanlanmış və həmin xəsarətlərə hüquqi qiymət verilməsi ünvan 8ışdır. Həmin məktub 30 mart 2022-ci il tarixli dərkənarla araşdırlması üçün müstəntiq Rauf Məmmədova həvalə edilmiş, Rauf Məmmədov tərəfindən heç bir araşdırılma aparılmadan 04 aprel 2022-ci il tarixdə “Sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi” haqqında Qərarın 5-ci bəndində Təqsirləndirilən şəxs döyülməsi xüsusatı ilə bağlı cinayət işindən materialın ayrılaraq araşdırılması üçün Qaradağ rayon prokurorluğuna göndərilməsi qərara alınsa da bu barədə Qaradağ rayon Prokurorluğuna rəsmi qaydada heç bir məlumat və ya material göndərilməmişdir. Buna görə də Qaradağ Rayon Məhkəməsində cinayət işinə baxılarkən Təqsirləndirilən şəxs döyülməsi xüsusatı ilə bağlı araşdırmanın aparılması məqsədilə 09 iyun 2022-ci il tarixdə Qaradağ rayon prokurorluğuna rəsmi müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X3 30 iyun 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərarından aydın olur ki, Təqsirləndirilən şəxs xəsarət alması ilə bağlı məhkəmə-tibbi ekspertizası keçirilmişdir. xx.xx.2022-ci il tarixli 433 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərə uyğun hər hansı xəsarət və xəsarətin izləri aşkarlanmamışdır. Təqsirləndirilən şəxs adına tərtib edilmiş məhkumun 275/2022 saylı tibbi kitabçasında müayinə qeydlərində göstərilən “sol dirsək nahiyəsində sarımtıl-yaşıl rəngli qançır” diaqnozunun rəng göstəricilərini nəzərə alaraq demək olar ki, həmin xəsarət ona baxış keçirilən xx.xx.2022-ci il tarixdən 7-9 gün əvvəl törənə bilərdi. Qeyd olunan tibbi kitabçada göstərilən xəsarətdə ölçüləri və xarakteri dəqiq göstərilmədiyindən həmin xəsarətin hansı alətin (əşyanın) təsirindən törənməsi və ağırlıq dərəcəsi haqqında fikir söyləmək mümkün olmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs xəsarət alması faktı ilə bağlı araşdırmanın aparılması məqsədilə müstəntiq tərəfindən materialın Qaradağ rayon prokurorluğuna göndərilməsi barədə xx.xx.2022-ci il tarixli qərarda formal olaraq qeyd aparılsa da bu barədə prokurorluğa heç bir məlumat və ya material göndərilməmiş və bununla da hadisənin üzərindən kifayət qədər uzun müddət keçməklə təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı obyektiv araşdırılmanın aparılması qeyri-mümkün olmuşdur. Bundan başqa “sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi haqqında” Qərarın nəticə hissəsinin ikincisi bəndində göstərilir ki: Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin və narkotik vasitə “Metadon” həblərinin əldə etmə mənbəsini müəyyən edilməsindən ötrü ********* nömrəli cinayət işindən material ayrılsın və araşdırma davam etdirilsin. Lakin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə metamfetamin və metadon deyil, 03 büküm olmaqla kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin olmuşdur. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin məhkəmə qeyd edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə edib saxlamasını qəbul etsəydi ibtidai istintaq orqanı tərəfindən bu hal aydınlaşdırılar və müvafiq sorğular göndərilməklə real istintaq hərəkətləri aparılardı. Lakin bu hallar ibtidai istintaq orqanı tərəfindən aydınlaşdırılmamış, heç bir mötəbər sübut olmadan təqsirləndirilən şəxsin üzərində üç ayrı bükümdə narkotik vasitənin çıxmasına görə və guya özünün əməlini etiraf etməsinə görə ibtidai istintaq orqanı əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və toplanılmış mötəbər sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və əməlini etiraf edərək səmimi peşiman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,902 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 49 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 294 (iki yüz doxsan dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 17 yanvar 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,902 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 294 (iki yüz doxsan dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-148/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-148/2022
30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver