Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-148/2023 08.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirtmək məqsədilə 17 noyabr 2021-ci il tarixdə saat 13.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, yeni massiv 1B ünvanındakı Zərərçəkmiş şəxs məxsus həyətin daş hasarından aşmaqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdəki 2 mərtəbli evin 1-ci mərtəbəsindəki plastik pəncərəni açaraq evin hamam otağındakı 01 ədəd dəyəri 1200 manat olan kombi aparatını və 01 ədəd göy rəngli, üzərində “WOLF Exclusively for export SVC-2500 W Combi boiler voltage regulyator” yazıları olan, dəyəri 60 manat olan elektrik tənzimləyicisini götürüb Zərərçəkmiş şəxs məxsus 1260,0 manat dəyərində əmlakı gizli talayaraq oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirtmək məqsədilə 10 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, yeni massiv 1B ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus həyətin daş hasarından aşmaqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdəki 2 mərtəbli evin 1-ci mərtəbəsindəki plastik pəncərəni açaraq evin bütün otaqlarından 12 hissədən ibarət olmaqla 09 ədəd hər birinin qiyməti 240 manat olmaqla ümumilikdə 2160 manat dəyərində qızdırıcı kombi radiatorlarını götürüb Zərərçəkmiş şəxs məxsus 2160,0 manat dəyərində əmlakı gizli talayaraq təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisioğludur, Kənana məxsus yeni tikili onların yaşadıqları ev ilə yanaşı yerləşir. Təxminən 2021-ci ilin noyabr ayında evdə olduğu zaman öz həyətlərin daş hasarına çıxıb Kənana məxsus həyətyanı sahəyə düşmüşdür. Kənana məxsus evdə daimi yaşayış yoxdur. O həyətdə yerləşən balaca tikilinın dəmir qapısını əli ilə açıb qaraja daxil olmuşdur. Qarajın içərisində yerdə 01 ədəd işləmiş kombi aparatı, onun da yanında elektrik gücləndirici aparat (stabilizator) olmuşdur. O kombi və elektrik gücləndirici aparatları götürüb daş hasardan öz yaşadıqları həyətə keçib qoymuşdur. Sabahı günü oğurladığı kombi aparatını Dərnəgül bazarı deyilən yerdə yerləşən mağazaların birinə, tanımadığı şəxsə 150 manata satmışdır. Elektrik gücləndirici aparatı isə Qızıldaş qəsəbə sakini olan Tural adlı şəxsə bağışlamışdır. Təxminən 2022-ci ilin oktyabr ayında günorta radələrində eyni qayda ilə Kənana məxsus həyətə daxil olmuşdur. Həyətdə yerləşən qarajın içərisindən 02 ədəd işləmiş vəziyyətdə olan qızdırıcı kombi radiatorlarını götürüb yaşadığı həyətə aparmışdır. Götürdüyü qızdırıcı kombi radiatorlarını sabahki gün Qızıldaş qəsəbəsində metal qəbulu ilə məşğul olan bir nəfərə 16 manata satmışdır.Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X2 göstərmişdir ki, təxminən 2022-ci ilin yanvar-fevral aylarında nümayəndəsi olduğu şəxsin evindən kombi aparatı oğurlanmışdır. Zərərçəkmiş şəxs evdən kombi aparatını oğurlamaqda qohumu Təqsirləndirilən şəxs şübhələnmiş, lakin qohum olduğu üçün şikayət etməmişdir. Oğurlanmış kombi aparatını 1200 manata almışdır. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə evə baxmağa getmişdir. Evin içərisinə daxil olanda evin 1-ci mərtəbəsində yerləşən hamam otağında kombinin olduğu yerdə elektrik gücləndirici aparatının oğurlandığını aşkar etmişdir. Daha sonra evin bütün otaqlarını gəzib baxmışdır. O otaqlara baxanda görmüş ki, evin bütün otaqlarındakı qızdırıcı kombi radiatorların hamısı oğurlanmışdır. Ümumilikdə 09 ədəd qızdırıcı kombi radiatorları oğurlanmışdır. Radiatorların 01 ədədi 240 manata alınmışdır. Qızdırıcı kombi radiatorlarının oğurlanması nəticəsində Zərərçəkmiş şəxs 2160 manat, ümumilikdə 3710 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir.Məhkəmədən Təqsirləndirilən şəxs ciddi cəza verilməsini edilməsini xahiş edir. İş üzrə Şahid oğlu ifadəsi məhkəmə iclasında elan edilmişdir. İş üzrə Şahid ibtidai istintaq verdiyi ifadəsində göstərmişdir ki, Fərdi qaydada fəhləliklə məşğul olur, harada iş olsa gedir. Təqsirləndirilən şəxs uşaq vaxtından Qızıldaş qəsəbə sakini kimi tanıyır, münasibətləri normal olmuşdur. Təxminən 2021-ci ilin noyabr ayında Fuad ona elektrik tənzimləyici gətirib pay vermişdir. Fuad yetim olduğundan, bir qardaşı ilə birlikdə yaşadığı üçün tanışlar hamı Fuad ilə qardaşına yeyib-içmək alıb verirlər, o da Fuadgili üçün yemək alıb vermişdir. O Fuaddan elektrik tənzimləyicini götürən zaman aparatı haradan əldə etdiyini, oğurluq olub-olmadığını soruşanda ona demişdir ki, “öz evimizindi, lazım deyil deyə verirəm sənə”. O bilməzmiş ki, Fuad həmin elektrik tənzimləyicisini haradansa oğurluyub. Həmin elektrik tənzimləyicisinin markası “Wolf” SVC-S500W markalı aparatdır. Həmin aparat ondadır, istintaqa təqdim etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 fevral 2023-cü il tarixli 9/460 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd göy rəngli, üzərində “WOLF Exclusively for export SVC-2500 W Combi boiler voltage regulyator” yazıları olan elektrik tənzimləyicisinin 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 60,00 manat müəyyən olunur. İş üzrə 01 ədəd göy rəngli, üzərində “WOLF Exclusively for export SVC-2500 W Combi boiler voltage regulyator” yazıları olan elektrik tənzimləyicisi iş üzrə maddi sübut kimi tanınmış və maddi sübut saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. İş materillarında olan Qaradağ Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixldə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini , törətdiyi cinayət əməlini etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan tam aradan qalxmadığından onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış , 01 ədəd göy rəngli, üzərində “WOLF Exclusively for export SVC-2500 W Combi boiler voltage regulyator” yazıları olan elektrik tənzimləyicisinin, sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə Zərərçəkmiş şəxs oğluna məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 46 (qırx altı) saata görə 276 (iki yüz yetmiş altı) manat məbləğində pul X3, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 01 (bir) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 11 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış , 01 ədəd göy rəngli, üzərində “WOLF Exclusively for export SVC-2500 W Combi boiler voltage regulyator” yazıları olan elektrik tənzimləyicisinin, sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs oğluna məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 46 (qırx altı) saata görə 276 (iki yüz yetmiş altı) manat məbləğində pul X3, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-148/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-148/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver