Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-149/2023 05.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, satıcı işləyən, ünvan 1 ünvanına qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində, azyaşlı oğlu X1 görmək məqsədilə keçmiş ərinin yaşadığı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanda yaşayan keçmiş qaynanası X2 ilə həyətyanı sahədə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncu ilə əlbəyaxa olub saçlarından tutub küçəyə çıxararaq başını bir neçə dəfə asfalt örtüyünə vuraraq qəsdən sonuncunun sağlamlığına dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, başın alın-təpə və sol təpə nahiyələrinin qançırları ilə müşayiət edilən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, mağazada satıcı işləyir. xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində qızı Süsənlə bərabər oğlu Bəybalanı görmək məqsədilə keçmiş ərinin yaşadığı evə gedərək, qapını döymüşdür. Həmin vaxt qapını açan keçmiş qaynanası Zərərçəkmiş şəxs uşağını görmək istədiyini bildirdikdə sonuncu onu əli ilə irəliyə itələmişdir. O, həyətə daxil olub oğlunu çağırdıqda isə keçmiş qaynanası Zərərçəkmiş şəxs onun saçından tutaraq onu yerə yıxmışdır. Bu zaman keçmiş qaynatası da həyətə çıxaraq onu təpikləməyə başlamışdır. Həmin vaxt səsə toplaşmış qonşular onları sakitləşdirmiş, o isə həyətdən çıxaraq “102” xidməti-zəng mərkəzinə müraciət etmişdir. Bir neçə dəqiqə sonra Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları hadisə yerinə gələrək onu polis bölməsinə aparmışlar. Baş verən mübahisə təxminən 5-7 dəqiqə aralığında davam etmişdir. Özünü təqsirli bilməyərək hadisənin baş verdiyi gün onun hərəkətlərinin özünü müdafiə etməsi ilə bağlı olduğunu bildirmiş, zərər çəkmiş şəxsə heç bir xəsarət yetirməməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafı olmasa belə, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində həyətin qapısının bərkdən döyüldüyünü eşitmişdir. O, qapını açdıqda Gülnarə onu itələmiş, həyətə daxil olaraq yüksək səslə onların yaşadığı evi yandıracağı barədə onu hədələmişdir. Səs-küyə çıxan Zərərçəkmiş şəxs əri X7 Mustafayevanı sakitləşdirməyə çalışsa da buna nail ola bilməmişdir. O da həmin vaxt Gülnarədən sakitləşməsini xahiş edərək nə baş verdiyini soruşduqda sonuncu heç bir səbəb olmadan onun saçından tutaraq yerə yıxıb küçəyə tərəf dartmağa başlamışdır. Bəybala Mustafayev onu Gülnarənin əlindən almağa çalışsa da, onu buraxmamışdır. Onların səs-küyünə toplaşmış qonşular onları ayırmış, lakin təxminən bir dəqiqə sonra Gülnarə yenidən ona hücum çəkərək saçından tutaraq onu yerə yıxmış, bir neçə dəfə başını asfalta vurmuş və o, huşunu itirmişdir. Ayılanda onun ətrafında ailə üzvləri eləcə də həkimlərin olduğunu görmüş və ona məlum olmuşdur ki, Gülnarə onun başını asfalta vurduğu üçün xəsarət alaraq huşunu itirmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onların yaşadıqları evə gəlməkdə məqsədi azyaşlı oğlu Bəybalanı özü ilə aparmaq olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs təqsirləndirilən törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını və sonuncu barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin oktyabr ayında öz istəyi ilə anası ilə bərabər Qobustan qəsəbəsində atasının da yaşadığı babası Bəybalanın evinə qardaşı Bəybalanı görmək üçün getmişlər. Onlar qapıya çatdıqda o, qapını döymüş və nənəsi Süsənbər qapını açmışdır. Qapını açarkən nənəsi Süsənbər anası Gülnarənin də qapının arxasında dayandığını görmüş, yüksək səslə evdə olan digər şəxsləri oraya çağırmışdır. Anası həyətə daxil olduqda nənəsi anasının saçından tutmuş və onu yerə yıxmışdır. Baş verənlərdən qorxduğu üçün qardaşlarını köməyə çağırmış, lakin böyük qardaşı da kürəklə anası Təqsirləndirilən şəxs zərbələr endirmişdir. Babası Bəybala da anasını döydüyündən kiçik qardaşı Bəybala ağlamış o isə həyəcandan qışqırmağa başlamışdır. Həyətdə baş verən səs-küyə qonşular toplaşaraq, onları ayırmış, anası Təqsirləndirilən şəxs dərhal polisə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları onları polis bölməsinə aparmış və anası orada ərizə yazmışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 68-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 81-82-ci vərəqələrində olan 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 29-30-cu vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi Birliyinin 12 oktyabr 2022-ci il tarixli 773 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi, başın alın-təpə və sol təpə nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 3-4 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işinin 116-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 24 fevral 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair heç bir məlumat yoxdur. Cinayət işi materialına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2013-cü il təvəllüdlü Bəybala adlı və xx.xx.2010-cu il təvəllüdlü Süsən adlı azyaşlı övladları vardır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin gəlir məlumatları bölməsindən görünür ki, işəgötürən X5 ilə Təqsirləndirilən şəxs arasında əmək müqaviləsi bağlanmışdır, onun əmək haqqı 345 manat təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində özünü təqsirli bilməməsi özünü müdafiə və cəza almaqdan boyun qaçırmaq kimi qiymətləndirilməlidir. Cinayət işi materialına əlavə olunmuş ekspertiza rəyi ilə də müəyyən olunur ki, zərərçəkmiş şəxs kəllə beyin travması, baş beyinin silkələnməsi xəsarətləri almışdır və bu növ xəsarətlər kifayət qədər ciddi xəsarət hesab olunmaqla, yalnız vurulmuş güclü zərbələr nəticəsində yarana bilərdi. Odur ki, onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının CM-nın 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, himayəsində azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs istintaq zamanı vəkil X3 tərəfindən göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi yardıma görə 90 (doxsan) manat pul vəsaiti, vəkil Müdafiəçi tərəfindən məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi yardıma görə 90 (doxsan) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin, cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə vəkil X3 tərəfindən göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi yardıma görə 90 (doxsan) manat pul vəsaiti, vəkil Müdafiəçi tərəfindən məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi yardıma görə 90 (doxsan) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-149/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-149/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver