Məhkəmə qərarları › İş №1(002)-15/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-15/2020

16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-15/2020 16.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan), ali təhsilli, əvvəllər məhkum olunmamış, “Azəriqaz” İB-nin Anbar Təsərrüfat 3 saylı bazasında yükdaşıyan işləmiş, ünvan 1 mənzil 31 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxx 1984-cü ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, “Azəriqaz” İB-nin Təmir-tikinti idarəsinin 1 saylı qəza idarəsində çilingər işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3, 28 may kooperativ metalçı idarəsində məskunlaşan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yükdaşıyan işlədiyi «Azəriqaz» İstehsalat Birliyinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosesi 11 ünvanında yerləşən Anbar Təsərrüfatından xx xxxxxxx 2018-ci il tarixdə hər birinin dəyəri 91,21 manat olmaqla cəmi dəyəri 638,47 manat təşkil edən 07 (yeddi) ədəd: 8157374, 7876741, 5206099, 8162084, 7982491, ******* və ******* nömrəli mexaniki tipli qaz sayğaclarını və hər birinin dəyəri 0,13 manat olmaqla cəmi dəyəri 5,85 manat təşkil edən 45 (qırx beş) ədəd: 05330466, 05330467, 05330468, 05330469, 05330470, 05330471, 05330472, 05330473, 05330474, 05330475, 05330481, 05330482, 05330483, 05330484, 05330485, 05330486, 05330487, 05330488, 05330489, 05330490, 05330491, 05330492, 05330493, 05330494, 05330495, 05330496, 05330497, 05330498, 05330499, 05330500, 05330501, 05330502, 05330503, 05330504, 05330505, 05330506, 05330507, 05330508, 05330509, 05330510, 05330531, 05330532, 05330533, 05330534 və 05330535 nömrəli xüsusi plombları gizli yolla talayaraq «Azəriqaz» İstehsalat Birliyinə cəmi 644,32 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətinin törədilməsinə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, sərəncam verməyi qabaqcadan vəd edərək köməkçilik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə Təqsirləndirilən şəxs1 oğurlayacağı qaz sayğacı və xüsusi plombları əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, sərəncam verməyi qabaqcadan vəd edib köməkçilik edərək qaz sayğacının bir ədədinə görə 18 manat, xüsusi plomba görə isə 8 manat pul verəcəyi barədə aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 tərəfindən yükdaşıyan işlədiyi «Azəriqaz» İstehsalat Birliyinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosesi 11 ünvanında yerləşən Anbar Təsərrüfatından xx xxxxxxx 2018-ci il tarixdə oğurlanmış hər birinin dəyəri 91,21 manat olmaqla cəmi dəyəri 638,47 manat təşkil edən 07 (yeddi) ədəd 8157374, 7876741, 5206099, 8162084, 7982491, ******* və ******* nömrəli mexaniki tipli qaz sayğaclarını və hər birinin dəyəri 0,13 manat olmaqla cəmi dəyəri 5,85 manat təşkil edən 45 (qırx beş) ədəd 05330466, 05330467, 05330468, 05330469, 05330470, 05330471, 05330472, 05330473, 05330474, 05330475, 05330481, 05330482, 05330483, 05330484, 05330485, 05330486, 05330487, 05330488, 05330489, 05330490, 05330491, 05330492, 05330493, 05330494, 05330495, 05330496, 05330497, 05330498, 05330499, 05330500, 05330501, 05330502, 05330503, 05330504, 05330505, 05330506, 05330507, 05330508, 05330509, 05330510, 05330531, 05330532, 05330533, 05330534 və 05330535 nömrəli xüsusi plombları, ümumilikdə 644,32 manat dəyərində “Azəriqaz” İstehsalat Birliyinə məxsus əmlakı 2018-ci ilin noyabr ayının 1-dən 2-ə keçən gecə Təqsirləndirilən şəxs1 onun yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 35 nömrəli evin qarşısında əldə edib Şahid5 satmış və həmin tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsində Şahid5la birgə tutulmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hərbi xidmətdə olmuşdur, 2010-cu ildə ailə həyatı qurmuş, 8 yaşlı bir oğlan övladı var. «Azəriqaz» İB-nin X7 rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 3 saylı bazasında 2010-cu ildən yükdaşıyan işləmişdir. 2011-ci ildən 2013-cü ilə kimi isə həmin bazada anbardar kimi işləmişdir. Təqsirləndirilən şəxs2 da onunla eyni vaxtdan həmin bazada işləmişdir. Mahmud bazada əvvəllər anbarda çilingər kimi işləmişdir. 2013-cü ildə struktur dəyişikliyi olduğu üçün Mahmud təmir-tikinti idarəsinə göndərilmişdir. Onun yükdaşıyan işlədiyi anbarda «Azəriqaz» İB-nə aid bütün mallar, o cümlədən mexaniki və smart tipli qaz sayğacları və onlara aid plomblar saxlanılır. Təxminən 2018-ci ilin mart ayında Mahmud ona zəng vuraraq əgər varsa ondan qaz sayğacı verməyini xahiş etmişdir. O isə Mahmuda bildirmişdir ki, işlədiyi anbarın yaxınlığındakı məişət tullantıları atılmış qamışlıq sahədən metalloma təhvil vermək üçün təxminən bir neçə il əvvəl 7 ədəd qaz sayğacı götürmüşdür. Lakin həmin sayğacların dəyəri olmadığı üçün evin zirzəmisinə atıb saxlamışdır. Mahmuda verdiyi yeddi ədəd mexaniki tipli qaz sayğaclarını işlədiyi Anbar Təsərrüfatının ərazisindən deyil, həmin ərazinin kənarında qorunmayan “qamışlıq” sahədən təxminən dörd-beş il bundan əvvəl Anbar Təsərrüfatının yaxınlığındakı boş qamışlıq sahədən maraq üçün götürmüş və metallom kimi satmağı düşünmüşdür. O, heç bir yerdən qaz sayğacı və plomb oğurlamamış və onun elə bir niyyəti də olmamışdır. Belə ki, bugünki gündə də yenə də həmin sahədə, yəni qorunmayan ərazidə çoxlu sayda istifadəyə yaramayan sayğaclar atılmış vəziyyətdə qalırlar. O da həmin sayğaclardan yeddi ədədini götürmüşdür. xx xxxxxxx 2018-ci il tarixdə Mahmud ona zəng vurub Kənan adlı şəxsə sayğac lazım olduğunu demişdir. O da özündə olan yeddi ədəd yararsız sayğac olduğunu bildirmişdir. Mahmud demişdir ki, Kənan onun iş yoldaşıdı, Kənan sayğacları kiməsə verəcək, sonra ona hörmət edəcək və Mahmud demişdir ki, Kənan nə pul versə onu da gətirib ona verəcəkdir. Həmin günü Lökbatanda «Xəyal» restoranının yanında Mahmudla görüşmüşdür, sonra Kənan maşınla gəlmiş və onları götürüb onun yaşadığı binanın qarşısına gəlmişlər. O, zirzəmidən sayğacları götürüb Kənanın maşınına qoymuşdur. X23 çıxıb getmişlər. O öz ifadəsində daha sonra göstərmişdir ki, həmin qaz sayğaclarının heç bir dəyəri olmamaqla istifadəyə tam yararsız olmuş və xüsusi olaraq mühafizə edilməmişdir. Həmin sayğacların üzərində təxminən 2 kq-a yaxın dəmir metalı olur. Həmin metalın da bir kiloqramını 20 qəpiyə satmaq mümkündür. Lakin, müstəntiq tərəfindən qəsdən həmin qaz sayğacları “Azəriqaz İB”-nin məlumatına əsasən təzə sayğac kimi qiymətləndirilərək onların dəyəri 91,21 manat kimi göstərilmişdir. İbtidai istintaq zamanı təyin edilmiş ekspert rəyində isə həmin sayğaclar yenə də qeyri-müəyyən olaraq hər birinin dəyəri 50 (əlli) manat kimi göstərilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin Kənan adlı şəxs polisin agenti olmaqla polis tərəfindən öyrədilərək qəsdən onları tutdurmaq istəmişdir. Buna görə də təsadüfi deyildir ki, həmin Şahid5 adlı şəxs dəfələrlə məhkəməyə çağırılmasına baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına da gəlməmişdir. Eləcə də adı gedən 45 ədəd plomblardan onun və Mahmudun xəbəri olmamaqla həmin plomblar Kənan adlı şəxsə məxsus olmuşdur. İbtidai istintaq zamanı polislər tərəfindən qorxudulmuş və verdiyi ifadəsini oxumayaraq imzalamışdır. Odur ki, barəsində bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1 maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hərbi xidmətdə olmuşdur, ailəlidir və iki övladı var. «Azəriqaz» İB-nin Təmir-tikinti idarəsinin Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 1 saylı qəza idarəsində çilingər işləmişdir. 2010-cu ildən 2015-ci ilə kimi o, «Azəriqaz» İB-nin 3 saylı bazasında olan anbarında fəhlə işləmişdir. Həmin anbarda işləyən Təqsirləndirilən şəxs1 də elə o vaxtdan tanımışdır. xx xxxxxxx 2018-ci il tarixdə əvvəllər tanıdığı Kənan onun 070 *** ** ** saylı nömrəsinə zəng vurub ondan onun üçün işlənmiş mexaniki qaz sayğacı tapmağını xahiş etmişdir. O da maraqlanacağını və tapacağı halda ona xəbər edəcəyini demişdir. Lakin bu barədə heç kimdən soruşmamışdır. Ondan sonrakı müddətdə də Kənan hər gün ona zəng vurub ona işlənmiş sayğac tapmağını istəmişdir. Sonuncu dəfə xx xxxxxxx 2018ci il tarixdə Kənan yenə ona zəng vurub sayğac tapıb-tapmadığını soruşmuşdur. Kənan bu dəfə ondan onun üçün sayğacla yanaşı qaz sayğac plombu da tapmağını istəmişdir. Kənan demişdir ki, onun nömrəsini sayğacı almaq istəyən keçmiş iş yoldaşına verəcək və həmin adam özü ona zəng vurub danışacaq. Az sonra ona bir nəfər zəng vurub onun nömrəsini Kənandan götürdüyünü demişdir. Həmin şəxs ona adını demişdir, lakin hazırda həmin adı xatırlamır, onun telefon nömrəsinin son rəqəmləri 00 22 imiş, nar nömrəsi imiş. Həmin şəxs ona demişdir ki, o, sayğac və plomb tapsa, onların qiymətini soruşub ona desin. Hətta həmin şəxs onun nömrəsinə bir manatlıq kontur da göndərmişdir ki, o, sayğac tapmaq üçün zənglər edə bilsin. Bundan sonra o, həmin günü, yəni xx xxxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 zəng vurub onda plomb və sayğac olub-olmadığını soruşmuşdur. Samir ona demişdir ki, evində yeddi ədəd köhnə mexaniki qaz sayğacları var, lakin plombu yoxdur. O, Samirdən sayğacların qiymətini soruşmuşdur. Samir ona həmin sayğacların işlək olmamaqla metallom kimi satmağın mümkün olduğunu bildirmişdir. O da Samirə bildirmişdir ki, sayğacları sata bilsə ona da hörmət edəcəkdir. Sonra Kənan ona demişdir ki, o, həmin 00 22 nömrəsi olan adama zəng vurmasın, çünki özü ona sayğacların qiymətini yuxarı qiymətə deyəcək. Sonra Kənan ona demişdir ki, həmin günü axşam Lökbatana gələcək, o da Samirlə birlikdə Lökbatanda bir yerdə onu gözləsin. Həmin günü axşam Kənan ona zəng vurub harada olduğunu soruşmuşdur, o, Lökbatanda yaşadığı evin yaxınlığında çayxanada olduğunu demişdir. Kənan harada görüşə biləcəyini soruşmuş, o, ona demişdir ki, Lökbatanda körpünün yanında «Xəyal» restoranının qarşısına gəlsin. Sonra o, Samirə zəng vurub onun harada olduğunu soruşmuş, Samir yaxınlıqda başqa bir çayxanada olduğunu demişdir, o, Samirlə görüşüb «Xəyal» restoranının yanına getmişdir. Orada Kənanı görüb onun «Opel» markalı avtomobilinə əyləşmişlər. Birlikdə Samirin yaşadığı evin qarşısına gəlmişlər. Samir evinə gedib torbada 7 ədəd mexaniki qaz sayğacı gətirmiş və Kənanın maşınının yük yerinə qoymuşdur. Kənan Samirə demişdir ki, birlikdə getsinlər, sayğacları verib pulunu alsın və ona versin. Samir demişdir ki, indi gedə bilməyəcək, çünki anası xəstədir, evə getməlidir. Kənan təklif etmişdir ki, onda o, onunla getsin, sayğacları verib pulunu alsınlar, sonra oturub yeyib-içərlər və Samirə çatası pulu da ona versin, o, gətirib Samirə çatdırar. Bundan sonra Samir evinə getmiş və onlar oradan aralanmışlar. Kənanla birlikdə «20 yanvar» dairəsinə gəlmişlər, Kənan avtomobili «xxxxxx» ASC-nin qarşısında saxlamış və həmin sayğacları alan şəxsə zəng vurmuşdur, o adam da iki dəqiqəyə ora çatacağını demişdir. Həmin vaxtı polislər onları tutmuşlar. O öz ifadəsində daha sonra göstərmişdir ki, 45 ədəd plombun ona aidiyyəti yoxdur, Samir ona demişdir ki, onda plomb yoxdur. O, plombları Baş Polis İdarəsində görmüşdur. Birinci dəfə imiş ki, Samir 7 ədəd sayğacı onun yanında Kənanın maşınının yük yerinə qoymuşdur. Bildiyinə görə Samir həmin sayğacları işlədiyi anbarın yaxınlığındakı zibillikdən əldə etmişdir. Lakin, müstəntiq tərəfindən qəsdən həmin qaz sayğacları “Azəriqaz İB”-nin məlumatına əsasən təzə sayğac kimi qiymətləndirilərək onların dəyəri 91,21 manat kimi göstərilmişdir. İbtidai istintaq zamanı təyin edilmiş ekspert rəyində isə həmin sayğaclar yenə də qeyri-müəyyən olaraq hər birinin dəyəri 50 (əlli) manat kimi göstərilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin Kənan adlı şəxs polisin agenti olmaqla polis tərəfindən öyrədilərək qəsdən onları tutdurmaq istəmişdir. Buna görə də təsadüfi deyildir ki, həmin Şahid5 adlı şəxs dəfələrlə məhkəməyə çağırılmasına baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına da gəlməmişdir. Eləcə də adı gedən 45 ədəd plomblardan onun və Samirin xəbəri olmamaqla həmin plomblar Kənan adlı şəxsə məxsus olmuşdur. İbtidai istintaq zamanı polislər tərəfindən qorxudulmuş və verdiyi ifadəsini oxumayaraq imzalamışdır. Təqsirləndirilən şəxs2 son olaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, «Azəriqaz» İB-nin Hüquq Departamentinin hüquq məsləhətçisi vəzifəsində işləyir. «Azəriqaz» İstehsalat X1 və xüsusi plombların oğurlanması faktına görə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanmış cinayət işində «Azəriqaz» İstehsalat Birliyinin hüquq və mənafelərini etibarnamə əsasında o, təmsil edir. Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində məlum olmuşdur ki, Anbar Təsərrüfatında yükdaşıyan işləyən Təqsirləndirilən şəxs1 «Azəriqaz» İB-nin Təmir-tikinti idarəsinin 1 saylı qəza idarəsində çilingər işləyən Təqsirləndirilən şəxs2 ilə əlbir olaraq Anbar Təsərrüfatından 7 ədəd mexaniki qaz sayğacı və 45 ədəd xüsusi plomb oğurlamışdır. Mexaniki tipli qaz sayğacının bir ədədinin dəyəri 91,21 manat, xüsusi plombun bir ədədinin dəyəri isə 0,13 manat olmuşdur. Həmin qaz sayğacları bir müddət abonentlərdə istifadədə olmuşdur, daha sonra isə yeni smartkart tipli sayğaclarla əvəzlənmə səbəbindən abonentlərdən götürülərək Anbar Təsərrüfatında saxlanılırmış. Onların sonradan harada istifadə olunması ilə bağlı «Azəriqaz» İB-nin rəhbərliyinin müvafiq tapşırığı olacaqdır. Onlara məlumdur ki, həmin sayğaclar oğurlanıb müxtəlif şəxslərə satılır, onu alan şəxslər isə kirayə verdikləri həyət evlərində əsas sayğacdan sonra ikinci yoxlama sayğacı kimi istifadə edirlər. Həmçinin abonentlər tərəfindən qaz sayğaclarına müdaxilələr olur və həmin müdaxilənin X20 əməkdaşlarının bilməməsi üçün qırılmış plombun yerinə yeni plomb keçirilir. Bu kimi halların müəyyən edilməsi və qarşısının alınması üçün «Azəriqaz» rəhbərliyi tərəfindən zəruri tədbirlər görülür. O, ibtidai istintaq zamanı keçirilmiş ekspert rəyi ilə razı deyil, ekspert həmin əmlakın bazar deyil, dövlət qiymətini müəyyən etməli imiş. Həmin sayğaclar bazarda satılmır, onlar yalnız dövlət sifarişi əsasında alınır və həmin sayğacların balansa daxil olma dəyəri 91,21 manatdır. Yəni həmin mexaniki tipli qaz sayğacının birinin oğurlanması nəticəsində «Azəriqaz» İBnə 91,21 manat ziyan dəymişdir. Oğurlanmış plombların qiymətini isə mübahisələndirmir. O öz ifadəsində daha sonra göstərmişdir ki, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş «Azəriqaz» İB-nin X8 Mühasibat Uçotu Şöbəsinin baş mühasibi vəzifəsində işləyən X12 məhkəməyə təqdim etdiyi həmin mexaniki qaz sayğaclarının dövlət yoxlanışı nəticəsində yararsız hesab olunması barədə təqdim etdiyi sənədlərdə göstərilənlərə etirazı olmamaqla həmin sayğacların “metallom” kimi olsa da müvafiq dəyərinin olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı keçirilmiş ekspertizanın rəyinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, 2016-cı ilin fevral ayından «Azəriqaz» İB-nin Anbar Təsərrüfatının 3 saylı bazasının rəisi vəzifəsində işləyir. Ona qədər isə «Socar» ın X26 Trestində mexanik işləmişdir. «Azəriqaz» İB-nin Anbar Təsərrüfatı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşir. Anbar Təsərrüfatının müdiri Səməd Osmanovdur. Təsərrüfatın daxilində 1, 2 və 3 saylı bazalar yerləşir. 1 saylı bazada boru, siyirtmə və əymələr, 2 saylı bazada tikinti malmaterialları və ofis ləvazimatları, 3 saylı bazada isə sayğaclar, sayğac qutuları, tənzimləyicilər, sayğaca aid boru əymələri, xüsusi plomblar və qaynaq çubuqları saxlanılır. Bildirmişdir ki, əslində 3 saylı baza daha əvvəldən olmayıb, sonradan yaradılıb, 2016-cı ilin fevral ayında o, 3 saylı bazaya rəis təyin olunmuşdur, lakin faktiki olaraq baza özü 2016-ci ilin iyun ayında fəaliyyətə başlamışdır və o, 1 və 2 saylı bazalardan hazırda 3 saylı bazada saxlanılan növə aid malları qəbul etmişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər 1 və 2 saylı bazalarda işləmişdir. O, 3 saylı bazaya rəis təyin olunanda Samir artıq 3 saylı bazada yükdaşıyan işləyirmiş. Samir 3 saylı bazaya 2015-ci ilin iyul ayında işə qəbul olunmuşdur. xx xxxxxx 2018-ci il tarixdə Samir səhər işə gəlmişdir, saat təxminən 11 radələrində onu bazada görməmişdir və axtarsa da harada olduğunu bilməmişdir. Həmin günü onu Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişlər, orada ona məlum olmuşdur ki, Samir bazadan mexaniki sayğac və xüsusi plomb oğurlayıb, buna görə də polis tərəfindən tutulub. O, həmin oğurlanan mexaniki sayğacların və xüsusi plombların nömrələri ilə bağlı araşdırma aparmış və dəqiqləşdirmişdir ki, xüsusi plomblar 3 saylı bazaya aiddir və bazanın anbarında saxlanılır. Lakin 7 ədəd mexaniki sayğac isə bir neçə il əvvəl abonentlərdən istifadədən qayıtdıqdan sonra 2 saylı bazaya təhvil verilmişdir, bir müddət həmin sayğaclar 2 saylı bazada saxlansa da sonradan bazada yer olmadığı üçün oradan çıxarılmış və Anbar Təsərrüfatının ümumi həyətində saxlanılırmış. Mexaniki sayğaclar qeyd etdiyi kimi Anbar Təsərrüfatının ümumi həyətində, yəni ərazisində saxlanılır, əraziyə giriş-çıxış mühafizə olunur, yəni Anbar Təsərrüfatının həyətinə bir giriş-çıxış qapısı var ki, orada da mühafizəçilər olur. Lakin ərazidə kamera nəzarəti sistemi yoxdur. Samirin 7 ədəd sayğacı ərazidən hansı şəraitdə və qaydada çıxartması barədə dəqiq bir söz deyə bilməz. Lakin xüsusi plomblar 3 saylı bazanın anbarında saxlanılır, həmin anbarın giriş qapısının açarı yalnız onda olur. Anbar yalnız mal daxil olanda və mal çıxarılanda açılır. Samirlə birlikdə anbarda 10 nəfər yükdaşıyan işləyir. Ola bilər ki, həmin plomblar Samir və digər yükdaşıyanlar tərəfindən anbara yüklənəndə və ya regionlara göndərmək üçün anbardan çıxarılıb maşınlara yüklənəndə Samir gizlincə həmin plombları oğurlamışdır. Lakin o, özü bilavasitə bunun şahidi olmadığından sadəcə fərziyyə şəklində bunu deyə bilər, konkret bir söz deyə bilməz. Plomblar anbara nömrələrlə deyil, sayla qəbul olunur və sayla da anbardan çıxarılıb harasa göndərilir. Lakin plombların nömrələrinə əsasən bilir ki, onlar 3 saylı bazada saxlanılıb. İstifadədən qayıtmış mexaniki sayğaclar Anbar Təsərrüfatının ərazisində gələcəkdə hansısa məqsədlə istifadə olunması üçün saxlanılırmış. «Azəriqaz» İB-dən daxil olan göstəriş əsasında həmin sayğaclar harasa göndərilir. Lakin hazırda saxlanılan sayğaclarla bağlı xüsusi bir göstəriş daxil olmamışdı, ona görə də Anbar Təsərrüfatının ərazisində saxlanılmışlar. Samirin sayğac və plombları Anbar Təsərrüfatının ərazisindən çıxartması üçün ona kiminsə kömək etməsi barədə dəqiq bir məlumatı yoxdur. Lakin bildirmişdir ki, Samir xüsusi plombları həcminə görə cibinə qoyub ərazidən çıxarda bilərmiş, çünki giriş-çıxışda işçilərin üstü yoxlanılmır. Lakin sayğacın həcminə görə onun sayğacları giriş qapısından çıxartması az inandırıcıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Baş Polis idarəsinin X13 Mülkiyyət Əleyhinə Cinayətlərlə Mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxx 2018-ci il tarixdə təxminən saat 23:50 radələrində Binəqədi rayonu Binəqədi şosesinə yaxın ərazidə əlində salafan torba olan naməlum şəxsin özünü şübhəli aparmasını görərək ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmişdir. Bu zaman həmin şəxs polisə müraciət etmək üçün evdən çıxdığını bildirmişdir, o, həmin şəxsi Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmiş və müəyyən olunmuşdur ki, həmin şəxs xx xxxx 1983-cü il təvəllüdlü X14r. Tural Səfərovun əlində olan salafan torbada beş ədəd smart tipli qaz sayğacı və dörd ədəd su sayğacı var imiş, o, bildirmişdir ki, həmin sayğacları Kənan adlı şəxsdən almışdır və həmin sayğacların oğurluq olub-olmaması barədə məlumatı yoxdur. Həmin sayğaclar onun tərəfindən protokol yazılaraq götürülmüşdür. Bundan sonra Kənan adlı şəxs müəyyən edilib Baş Polis İdarəsinə dəvət edilmiş və onun Şahid5 olduğu məlum olmuşdur. Şahid5 bildirmişdir ki, Tural Səfərova satdığı sayğacları «Azəriqaz» İstehsalat Birliyində işləyən Mahmud adlı şəxsdən almışdır. Mahmud adlı şəxs sayğacların satışı ilə məşğuldur, həmin şəxsin ifşa olunmasında polis əməkdaşlarına köməklik edə bilər. Şahid5 bu barədə Baş Polis İdarəsində könüllü olaraq ərizə yazmışdır. Bundan sonra Şahid5 Mahmud adlı şəxslə telefon əlaqəsi yaradıb ondan qaz sayğacları və xüsusi plomblar istəmişdir. Mahmud adlı şəxs təşkil edəcəyini bildirmişdir. xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə keçən gecə Şahid5 onlarla əlaqə saxlayıb Mahmud adlı şəxsin artıq 7 ədəd qaz sayğacı və 45 ədəd xüsusi plomb gətirdiyini bildirmişdir və birlikdə «20 Yanvar» dairəsində olduqlarını demişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin ərazidə Mahmud adlı şəxs Şahid5la birlikdə saxlanılmış və Baş Polis İdarəsinə gətirilərək onlardan 7 ədəd mexaniki tipli qaz sayğacı və 45 ədəd xüsusi plomb götürülmüşdür. Mahmud adlı şəxsin Lökbatan qəsəbə sakini Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 Şahid5 satdığı sayğac və plombları «Azəriqaz» X6 rayonu ərazisində yerləşən anbarında işləyən Samir adlı şəxsdən aldığını bildirmişdir. Keçirilmiş tədbirlər nəticəsində Samir adlı şəxs müəyyən edilib Bakı şəhər Baş Polis İdarəsinə gətirilmişdir və onun Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs1 sorğu zamanı etiraf edib bildirmişdir ki, Mahmudla əvvəlcədən razılaşaraq ondan alacağını vəd etdiyi üçün o, işlədiyi anbardan 7 ədəd qaz sayğacı və 45 ədəd sayğac plombu oğurlayıb Mahmuda vermişdir. Mahmud onları satıb pulunu ona verəcəkmiş. Daha sonra toplanmış materiallar istintaqa verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis idarəsinin X13 Mülkiyyət Əleyhinə Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşları Şahid3 və Şahid4 ifadələrində Şahid2 göstərdiklərini təsdiq edib onunla oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində göstərmişdir ki, 2016-2017-ci illərdə «Azəriqaz» İB-nin Lökbatan qəsəbəsində yerləşən Anbar Təsərrüfatında yükdaşıyan işləmişdir. 2018-ci ilin iyul ayından bu günə qədər isə «SOCAR» Təhlükəsizlik İdarəsində atıcı işləyir. «Azəriqaz» İB-nin Anbar Təsərrüfatında anbarda yükdaşıyan işləyən Təqsirləndirilən şəxs1 tanıyır, aralarında iş yoldaşı kimi normal münasibət var. Anbar Təsərrüfatından işdən çıxdıqdan sonra da Samirlə telefon əlaqəsi saxlamış və bəzi hallarda da görüşmüşlər. O, Samirlə onun istifadəsində olan 077 *** ** ** saylı nömrə ilə atası Elşad Baxşıyevin adına olsa da onun istifadəsində olan 077 *** ** ** saylı nömrə vasitəsilə danışmışdır. 2018-ci ilin axırlarında Samirin həbs olunduğunu eşitmişdir, ondan sonra aralarında əlaqə olmayıb. xx xxxxx 2018-ci il tarixdə saat 17:02-də onun 077 *** ** ** saylı nömrəsindən Samirin 077 *** ** ** saylı nömrəsinə «Salam qaqa blom lazımdı 8 dene» məzmununda yazılmış mesajla bağlı suala cavab olaraq bildirmişdir ki, Samirin yükdaşıyan işlədiyi anbarda sayğac və plomblar saxlanılırmış. Ona görə də ola bilər ki, kimsə ondan sayğac plombu istəyib, o da Samirə mesaj yazıb plomb lazım olduğunu demişdir. Lakin konkret kimin ondan plomb istədiyini xatırlamır. Yadındadır ki, Samir plomb olmadığını demişdir. O, Samirdən hər hansı bir plomb və sayğac almamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini isə oxumadan imza etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X18 öz ifadəsində göstərmişdir ki, «Azəriqaz» İB-nin X8 Mühasibat Uçotu Şöbəsinin baş mühasibi vəzifəsində işləyir. «Azəriqaz» İB-nin X16 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşir. Anbar Təsərrüfatının müdiri Səməd Osmanovdur. Təsərrüfatın daxilində 1, 2 və 3 saylı bazalar yerləşir. 1 saylı bazada boru, siyirtmə və əymələr, 2 saylı bazada tikinti malmaterialları və ofis ləvazimatları, 3 saylı bazada isə sayğaclar, sayğac qutuları, tənzimləyicilər, sayğaca aid boru əymələri, xüsusi plomblar və qaynaq çubuqları saxlanılır. Əslində 3 saylı baza daha əvvəldən olmayıb, sonradan yaradılıb. Qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər 1 və 2 saylı bazalarda işləmişdir. Təqsirləndirilən şəxs1 işçi olaraq tanıyır. Sayğaclar və plomblar Anbar Təsərrüfatının ümumi ərazisində saxlanılır, əraziyə giriş-çıxış mühafizə olunur, yəni Anbar Təsərrüfatının həyətinə bir giriş-çıxış qapısı var ki, orada da mühafizəçilər olur. Lakin ərazidə kamera nəzarəti sistemi yoxdur. Samirin yeddi ədəd qaz sayğacı oğrulaması barədə dəqiq bir söz deyə bilmir. Samirin oğurlaması ehtimal edilən mexaniki qaz sayğacları dövlət yoxlanışı nəticəsində metallurgiya rəyinə əsasən yarasız sayğaclar kimi qeydiyyatdan keçmişlər. Bu barədə müvafiq sənədlər də tərtib olunmuşdur. Yararsız sayğaclar anbarlarda saxlanılır. Plomblar yararlı olsalar da anbar ərazisində, lakin başqa hissəsində saxlanılır. Plombları Şahid1 təhvil alır. Bildirir ki, 2018-ci ilə qədər plomblar anbara nömrələrlə deyil, sayla qəbul olunur və sayla da anbardan çıxarılıb harasa göndərilirdi. Hal-hazırda plomblar anbarlara nömrələrlə qeydiyyatdan keçərək qəbul edilir və təhvil verilir. Bütün ölkə ərazisində istifadədən qayıtmış sayğaclar aktla qəbul edilir və Anbar Təsərrüfatının ərazisində saxlanılır. Yararsız sayğaclar sistemdən silinənə qədər mülkiyyətdə qalır. Sonra isə akt əsasında sistemdən silindikdən sonra adi metal kimi qiyməti müəyyənləşdirilir və müvafiq təşkilatlara satılır. Həmin sayğacların təkrar istismara qayıtması mümkün deyildir. Oğurlanan plombların isə hansı bazada saxlanıldığını bilmir. Şahid5 məhkəmə iclasının vaxtı və yeri barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq, o cümlədən barəsində dəfələrlə məcburi gətirilmə barədə qərarlar qəbul edilsə də o, məhkəmə iclasına gəlməmiş, eləcə də onun məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid5 öz ifadəsində göstərmişdir ki, «Azəriqaz» İB-nin Abşeron rayonunda yerləşən təmir-tikinti idarəsində çilingər işləyir. Təxminən bir il bundan əvvəl Təqsirləndirilən şəxs2 tanımışdır. Belə ki, Mahmud «Azəriqaz» İB-nin Qaradağ rayonu ərazisində yerləşən təmir tikinti idarəsində işləyirmiş, bir il bundan əvvəl Mahmud onların idarəsinə köməyə gəlmişdi, həmin vaxtı tanış olmuşlar. Söhbət zamanı Mahmud əvvəllər anbarda işlədiyini demişdir və bildirmişdir ki, onun anbarla əlaqəsi var və oradan qaz sayğacları və plomb çıxarda bilir, istəyən olsa onları sata bilər. 2018-ci ilin təxminən fevral ayında bir nəfər Tural adlı tanışı ona müraciət edib ona qaz sayğacı lazım olduğunu demişdir. O da bu barədə Mahmuda demişdir və sonra o, yas məclisində olduğu üçün Tural özü Mahmudla danışıb görüşmüşdür. Bildiyinə görə Tural Mahmuddan çoxlu sayda qaz sayğacı almışdı. Turalın Mahmuddan konkret nə qədər sayğac aldığını bilmir. Sonra Tural ondan xahiş etmişdir ki, qaz sayğaclarının bir hissəsini saxlamağa yeri yoxdu və onları saxlamağı ondan xahiş etmişdir. O da Turaldan 10 ədəd qaz sayğacını götürüb öz həyət evində saxlamışdır. Sonra isə onlar həyətdə istifadəsiz qaldığı üçün və onun özünə ehtiyac olmadığı üçün o, onları zibilliyə tullamışdır, Tural özü də sonra onunla əlaqə saxlamamışdır. 2018-ci ilin oktyabr ayının axırlarında əvvəllər onunla işləmiş X19 ona zəng vurub ona qaz və su sayğacları lazım olduğunu demişdir. Tural Səfərov ona demişdir ki, iş yerində xəsarət almışdır, ayağı gipsdədir və gəzə bilmir. Ona görə də özünün sayğac tapmaq imkanı yoxdur. O, maraqlanacağını demişdir. O, sayğac üçün Mahmuda zəng vurmuş, lakin o, hələki onda sayğac olmadığını demişdir. O, eşitmişdir ki, 3-cü mikrorayon bazarında su və qaz sayğacları əldə satılır. O da bazara gedib səyyari formada satan ayrı-ayrı tanımadığı şəxslərdən 4 ədəd su sayğacı və 5 ədəd smart tipli qaz sayğacı almışdır, onlar hamısı işlənmiş vəziyyətdə imiş. O, sayğacların birini 30 manata almışdır. Tural isə sayğacların birinə görə ona 40 manat verəcəyini demişdir. O da razılaşmışdır. Sonra o, Xırdalanda anasıgilin evində 5 ədəd qaz sayğacını və 4 ədəd su sayğacını Turala təhvil vermişdir, Tural ona sayğacların pulunu sonra verəcəyini demişdir. Səhəri günü onu polisə çağırmışlar və Turala sayğac verdiyini demişlər. Bildirmişdir ki, o, pul qazanmaq məqsədilə bazardan sayğacları alıb bir qədər baha qiymətə Turala satmışdır. O, polisdə bildirmişdir ki, qaz sayğaclarının oğurlandığı mənbəni bilir, Mahmud adlı şəxs sayğac satışı ilə məşğul olur və onun ifşa olunmasında köməklik edə bilər, bu barədə ərizə də yazmışdır. O, həmin vaxtı həyəcanlı olduğu üçün bazardan alıb Turala verdiyi su və qaz sayğaclarını da Mahmuddan aldığını demişdir. Əsl həqiqətdə o, həmin sayğacları bazardan tanımadığı şəxslərdən almışdır. Sadəcə Mahmudun sayğac satışı ilə məşğul olduğunu bilirmiş. Sonra o, Mahmuda zəng vurub çoxlu sayda sayğac və plomb istəmişdir. Bir müddət sonra Mahmud ona zəng vurub sayğac və plomb tapdığını demişdir. O, Mahmudla görüşmək üçün onun sözünə əsasən Lökbatana getmişdir və Mahmudla görüşmüşdür. Mahmud maşına oturmuş və demişdir ki, irəlidə sayğacı verən oğlan onları gözləyir. Bir qədər irəlidə onlar bir nəfəri götürmüşlər, həmin oğlanı o, birinci dəfə imiş ki, görürmüş, onun adının Samir olmasını sonradan bilmişdir. Samirin dediyi istiqamət üzrə ilk əvvəl bir həyət evinin qarşısına getmişlər, Samirlə Mahmud maşından düşüb həyət evinə girmişlər və oradan 7 ədəd mexaniki tipli sayğac gətirmişlər və onun maşınına qoymuşlar. Sonra Samirin dediyi istiqamət üzrə Lökbatanda bir bina evinin qarşısına getmişlər, bu dəfə Samir tək özü gedib qayıtmış və 45 ədəd plomb sayıb Mahmuda vermişdir. Sonra Samir onlardan ayrılmışdır. O, Mahmudla birlikdə 20 yanvar dairəsinə gəlmişdir. O, Mahmuda yalandan demişdir ki, sayğac və plombları alan şəxs gələcək, həmin şəxs sayğac və plombları götürüb pulunu verəcək. O da pulu alıb Mahmudun pulunu verəcək. Orada əvvəlcədən razılaşdıqları kimi polis əməkdaşları onları tutmuşlar. Daha sonra onları Bakı şəhər Baş Polis idarəsinə gətirmişlər. Bildirmişdir ki, o, Mahmud və Samirin qaz sayğaclarını və plombları konkret hansı şəraitdə əldə etmələrini bilmir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Mahmuda demişdir ki, ona sayğacın birinə görə 35 manat, bir ədəd plomba görə isə 10 manat pul verəcək. Mahmudun birinci dəfə qaz sayğacları satdığı Turalı o, təsadüfən tanımışdır, onu yaxından tanımır, cavan oğlandır, heç bir anket məlumatını bilmir, telefon nömrəsini isə xatırlamır və onun hazırda da harada olmasını bilmir. O, birinci dəfə imiş ki, X3 verirmiş. Ümumiyyətlə başqa heç kimə sayğac satmamışdır. Sadəcə Tural ondan xahiş etmişdir ki, ona vacib sayğac lazımdır və özü xəsarət aldığı üçün tapa bilmir. O da Turala kömək məqsədilə bazardan sayğac alıb ona vermişdir, sadəcə özü də bir az pul qazanmaq istəmişdir. Tural Səfərovun həmin sayğacları kimə satacağı barədə heç bir məlumatı yoxdur. İbtidai istintaq zamanı təyin edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 20355 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mexaniki tipli qaz sayğacının 2018-ci ilin oktyabr ayına olan bazar qiyməti ilə bir ədədi 50 manat, xüsusi plombun isə bir ədədi 0,13 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Azəriqaz” İstehsalat Birliyindən daxil olmuş məktuba əsasən mexaniki tipli qaz sayğaclarının bir ədədinin dəyəri 91,21 manat, xüsusi plombların bir ədədinin dəyəri 0,13 manat müəyyən olunmuşdur. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 oxşar məzmunlu yazılı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişlər ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və xx xxxxxx 2019-cu il tarixli 20355 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş mexaniki tipli qaz sayğacının 2018-ci ilin oktyabr ayına olan bazar qiyməti ilə bir ədədi 50 manat, xüsusi plombun isə bir ədədi 0.13 manat müəyyən edilmişdir. “Azəriqaz” İstehsalat Birliyindən daxil olmuş məktuba əsasən mexaniki tipli qaz sayğaclarının bir ədədinin dəyəri 91,21 manat, xüsusi plombların isə bir ədədi 0.13 manat müəyyən edilmişdir. Halbuki həmin sayğaclar tam yararsız olmaqla heç bir dəyəri olmamış və istismardan çıxarılmışlar. Həmin sayğacların yarasız olmasına dair akt Azəriqaz tərəfindən məhkəməyə də təqdim olunmuşdur. Göründüyü kimi mexaniki tipli qaz sayğaclarının dəyəri mübahisəli olmaqla, ekspertiza rəyi ilə razı deyillər. Belə ki, təqsirləndirilən şəxs tərəfindən oğurlanması ehtimal olunan qaz sayğacları uzun müddət işlədilməklə rəy verilərkən mexaniki tipli qaz sayğaclarının aşınma faizi nəzərə alınmamışdır. Bu səbəbdən də mexaniki tipli qaz sayğaclarının aşınma faizi nəzərə alınmaqla təkrar olaraq məhkəmə əmtəəşünaslıq ekspetizası təyin edilməsini zəruridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 331.3-cü maddəsinə əsasən ekspertin rəyi tədqiq edildikdən sonra məhkəmə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinləməklə cinayət prosesi tərəflərinin vəsatəti əsasında və ya öz təşəbbüsü ilə təkrar və ya əlavə ekspertiza təyin etmək hüququna malikdir. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyrimötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Ona görə də məhkəmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və CM-nin 32.5, 177.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində olan 1(002)-15/2020 saylı cinayət işi üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişlər. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarı ilə iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 9/588 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 9/588 nömrəli ekspert rəyindən görünür ki, Respublikada yerləşən ticarət şəbəkələrində, bazarlarında, internet saytlarında, metal qəbulu məntəqələrində və eləcə də Mərkəzdə istismardan çıxarılmaqla dövlət yoxlanışı nəticəsində yararsız hesab edilmiş mexaniki tipli qaz sayğaclarının (8157374, 7876741, 5206099, 8162084, 7982491, ******* və 5338541) alışı-satışı (qiyməti) barədə məlumat olmadığından onların qalıq dəyərinin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İbtidai araşdırma zamanı götürülmüş 7 ədəd 8157374, 7876741, 5206099, 8162084, 7982491, ******* və ******* nömrəli mexaniki tipli qaz sayğacları və 45 ədəd 05330466, 05330467, 05330468, 05330469, 05330470, 05330471, 05330472, 05330473, 05330474, 05330475, 05330481, 05330482, 05330483, 05330484, 05330485, 05330486, 05330487, 05330488, 05330489, 05330490, 05330491, 05330492, 05330493, 05330494, 05330495, 05330496, 05330497, 05330498, 05330499, 05330500, 05330501, 05330502, 05330503, 05330504, 05330505, 05330506, 05330507, 05330508, 05330509, 05330510, 05330531, 05330532, 05330533, 05330534 və 05330535 nömrəli xüsusi plomblar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla onların cinayətin törədilməsində təqsirləri sübuta yetirilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı əlavə şahid qismində dindirilmiş «Azəriqaz» İB-nin X8 Mühasibat Uçotu Şöbəsinin baş mühasibi X12 məhkəməyə təqdim etdiyi: Azərbaycan Respublikası Dövlət X17 Texnologiyaları və Rabitə İdarəsinin xx xxxx 2015-ci il, 293 nömrəli; xx xxxxxxx 2015-ci il tarixli, 1068 nömrəli; xx xxxxxx 2015-ci i tarixli, 1320 nömrəli; xx xxxxxx 2015-ci il tarixli, 1394 nömrəli; xx xxxxxx 2015-ci il tarixli, 1564 nömrəli və xx xxxxx 2016-cı il tarixli, 830 nömrəli bildirişlərindən aydın olur ki, mübahisə edilən həmin qaz sayğacları əhali sektorunda istismarda olan qaz istismar sahələrindən gətirilmiş və dövlət yoxlanışı nəticəsində yararsız hesab olunmuşdur. Məhkəmə araşdırması zamanı mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əldə etdiyi 07 ədəd mexaniki tipli qaz sayğacları uzun müddət əvvəl istismardan çıxarılmaqla yararsız hesab olunmuş və onlar hər hansı bir dəyərə malik olmamışdır. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən hər hansı bir plomb və qaz sayğacları oğurlanmamış, onların hər hansı bir oğurluq niyyətləri olmamış və həmin qaz sayğacları atılmış vəziyyətdə olmaqla mühafizə altında olmamışlar. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “polislə əməkdaşlığa cəlb edilmiş” Şahid5 təkidi ilə hər iki təqsirləndirilən şəxs cinayət törətməyə sövq edilsə də onların heç bir cinayət törətmək niyyətləri olmamışdır. Bundan başqa məhkəmə hesab edir ki, hətta hər iki təqsirləndirilən şəxsin qeyd olunan qaz sayğaclarını və plombları oğurlayaraq gələcəkdə satmaq niyyətləri təsdiq olunsaydı belə, həmin qaz sayğaclarının heç bir dəyəri olmamış, 45 ədəd plombun dəyəri isə 5,85 manat təşkil etməklə cinayət tərkibini yaratmamışdır. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi yoxdur. İbtidai istintaq orqanı tərəfindən şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq onların əməli əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif edilmişdir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların birbiri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirini təsdiq edən kifayət qədər mötəbər sübutlar mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X22 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X22 Məhkəməsi Telfner Avstriyaya qarşı(2001) işində qeyd etmişdir ki,məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; CPM-in 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirləri ləğv edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət alması ilə əlaqədar onların cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş 7 ədəd 8157374, 7876741, 5206099, 8162084, 7982491, ******* və ******* nömrəli mexaniki tipli qaz sayğacları və 45 ədəd 05330466, 05330467, 05330468, 05330469, 05330470, 05330471, 05330472, 05330473, 05330474, 05330475, 05330481, 05330482, 05330483, 05330484, 05330485, 05330486, 05330487, 05330488, 05330489, 05330490, 05330491, 05330492, 05330493, 05330494, 05330495, 05330496, 05330497, 05330498, 05330499, 05330500, 05330501, 05330502, 05330503, 05330504, 05330505, 05330506, 05330507, 05330508, 05330509, 05330510, 05330531, 05330532, 05330533, 05330534 və 05330535 nömrəli xüsusi plomblar hökm qanuni qüvvəyə mindikdən sonra “Azəriqaz İB”-nin X5ytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 50 iş saatı, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 10 iş saatı, Müdafiəçi1 tərəfindən isə 40 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 300 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 60 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 240 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 42, 344-347, 349, 352, 353,356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş 7 ədəd 8157374, 7876741, 5206099, 8162084, 7982491, ******* və ******* nömrəli mexaniki tipli qaz sayğacları və 45 ədəd 05330466, 05330467, 05330468, 05330469, 05330470, 05330471, 05330472, 05330473, 05330474, 05330475, 05330481, 05330482, 05330483, 05330484, 05330485, 05330486, 05330487, 05330488, 05330489, 05330490, 05330491, 05330492, 05330493, 05330494, 05330495, 05330496, 05330497, 05330498, 05330499, 05330500, 05330501, 05330502, 05330503, 05330504, 05330505, 05330506, 05330507, 05330508, 05330509, 05330510, 05330531, 05330532, 05330533, 05330534 və 05330535 nömrəli xüsusi plomblar hökm qanuni qüvvəyə mindikdən sonra “Azəriqaz İB”-nin X5ytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar