Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-15/2021 03.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1987-ci ildə Rusiya Federasiyası, Tuvinsk vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə CM-nin 233-4.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Dəmir yolu küçəsi, ev 10, mənzil 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 37, mənzil 85 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx xxx 2020-ci il tarixdə saat 13:00 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində idarə etdiyi «Mercedes» markalı 99- VX-044 dövlət nömrə nişanlı avtomobildə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən Bakı-Qazax yolunun 41-ci kilometrliyində saxlanılaraq 11-ci polis bölməsinin inzibati binasına gətirilmiş, orada saat 14:15 radələrində üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,154 və 0,193 qram olan psixotrop maddə metamfetamin, daha sonra həmin gün saat 17:30 müvəqqəti yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Kərimov küçəsi ev 37, mənzil 85 ünvanında keçirilmiş baxış və götürmə istintaq hərəkəti zamanı mənzilin qonaq otağındakı stolun üstündə olan kibrit qutusunun içərisində iki bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,795 qram və 0,750 qram olan, ümumilikdə dörd bükümdə ümumi təmiz çəkisi 1,892 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Dəmir yolu küçəsi, ev 10, mənzil 3 ünvanında qeydiyyatda olsa da 2020-ci ilin yanvar ayından etibarən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 37, mənzil 85 ünvanında arvadı X3 ilə birlikdə kirayədə yaşayır. Quba Şammədova ilə 2 il bundan əvvəl tanış olmuş, təxminən 1 il qeyri rəsmi, daha sonra isə rəsmi nikaha girmişlər. 5-6 il olar ki, narkotik vasitə marixuana çəkirmiş. Hadisədən əvvəlki son 4-5 ayda isə «şüşə» adlanan narkotik vasitə çəkməklə qəbul etmişdir. xx xxx 2020-ci il tarixdə axşam saatlarında özünə narkotik vasitə almaq üçün bayıra çıxmış, yaşadığı Sahil qəsəbəsində tapa bilməmişdir. Həmin gün axşam saatlarında Ümüd qəsəbəsinə getmiş və qəsəbənin girişində üzdən tanıdığı Tahir adlı şəxslə rastlaşmışdır. Tahir adlı şəxsin də narkotik vasitələrdən istifadə etdiyini bilirmiş. Tahir adlı şəxsə müraciət etdikdə razılıq vermiş və 40 manat pulun müqabilində özünün istifadə edəcəyi məqsədi ilə həmin şəxsdən dörd bükümdə narkotik vasitə «şüşə» almış və Sahil qəsəbəsi, Z.Qasımov küçəsindəki kirayəşin yaşadığı evinə getmişdir. Həmin «şüşə» adlanan dörd bükümdə narkotiki kibrit qutusuna qoyub gizlətmişdir. Üstündən iki gün keçdikdən sonra, xx xxx 2020-ci il tarixdə günorta saatlarında Sahil qəsəbəsindəki evdən çıxıb Qobustan qəsəbəsinə yollanmışdır. Həmin vaxt özündə olan narkotik vasitələrdən iki bükümünü əynində olan cins şalvarın sağ yan cibinə qoyaraq özü ilə götürmüş, qalan iki bükümü isə kibrit qutusunun içərisində evin qonaq otağındakı stolun üstündə saxlamışdır. Belə ki, özü ilə götürdüyü 2 bükümdə narkotik vasitələri istifadə etmək fikri olmuşdur. Həmin gün saat 13 radələrində ona məxsus baş etibarnamə əsasında idarə etdiyi «Mercedes» markalı **-VX-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax yolu ilə hərəkət etdiyi zaman, Səngəçal qəsəbəsi ərazisində polis əməkdaşları onu saxlayaraq özlərini təqdim etmişlər və şəxsiyyətini müəyyən etdikdən sonra 11-ci polis bölməsinə aparmışlar. Orada hüquq və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə etmək üçün müdafiəçi təqdim edildikdən sonra videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, könüllü olaraq əynindəki cins şalvarın sağ yan cibində olan 2 bükümdə «şüşə» narkotik vasitəni çıxararaq təqdim etmişdir. Həmçinin şalvarın sol yan cibindən 8 manat pul çıxartmış, lakin həmin pul özünə qaytarılmışdır. 2 bükümdə olan “şüşə” zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, özü də digər iştirakçılarla birlikdə möhürlənmiş zərfi və protokolu imzalamışdır. Bundan sonra könüllü ərizəsi əsasında Sahil qəsəbəsindəki kirayədə yaşadığı evinə gedilmiş və videoçəkiliş vasitəsi ilə mənzilə baxış keçirilmiş, orada qonaq otağındakı stolun üstündə olan kibrit qutusunun içərisindən iki bükümdə olan “şüşə” ni çıxardaraq təqdim etmişdir. İki bükümdə olan “şüşə” zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, özü də digər iştirakçılarla birlikdə möhürlənmiş zərfi və protokolu imzalamışdır. Həmin dörd bükümdə psixotrop maddə metamfetamini yalnız özü qəbul etmək məqsədi ilə üzərində və yaşadığı evdə saxlamış, üzərində saxladığı psixotrop maddə metamfetamindən qəbul etməmiş, psixotrop maddə metamfetamini tək qəbul edirmiş, bu barədə heç kimə bildirməmiş, narkotik vasitə və psixotrop maddələrdən gizli qəbul etmişdir. O, heç bir vaxt hər hansı bir şəxsə narkotik vasitə və psixotrop maddə satmamış, psixotrop maddəni aldığı Tahir adlı şəxsin anket məlumatları və yaşadığı evi, adının dəqiq Tahir olduğuna da bilmirmiş. Həmin şəxsin ona adının Tahir olduğunu demiş, təxminən 40-45 yaşı, orta boylu, qarayanız, saçları seyrək, arıq bədən quruluşlu bir şəxs olduğunu göstərməklə başqa cinayət törətmədiyini təsdiq etmişdir. O son olaraq törətdiyi əməldən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Bölməyə Qaradağ rayonu, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, üzərində saxlaması və satması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə xx xxx 2020-ci il tarixdə saat 13:00 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən Bakı-Qazax yolunun 41-ci kilometrliyində Təqsirləndirilən şəxs «Mercedes benz» markalı **-VX-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti tərəflərindən müəyyən edildikdən sonra sonuncu polis bölməsinə gətirilmişdir. Oraya Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə sonuncunun da hüquq və vəzifələri izah edildikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki cins şalvarın sağ yan cibində olan 2 bükümdə psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs şalvarın sol yan cibindən 8 manat pul çıxartmış, lakin həmin pul ona qaytarılmışdır. 2 bükümdə olan psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs möhürlənmiş zərfi və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini xx xxx 2020-ci il tarixdə axşam saatlarında Ümüd qəsəbəsində üzdən tanıdığı Tahir adlı şəxsdən 40 manat pulun müqabilində özünün istifadə edəcəyi məqsədi ilə 4 bükümdə almış, həmin maddənin iki bükümü Sahil qəsəbəsi, Z.Qasımov küçəsində kirayəşin yaşadığı evdə kibrit qutusunun içərisində saxlamışdır. Həmin səbəbdən Təqsirləndirilən şəxs könüllü ərizəsi əsasında ünvan 5 ünvanında kirayəşin yaşadığı mənzilə gedilmiş və videoçəkiliş vasitəsi ilə mənzilə baxış keçirilmiş, orada Təqsirləndirilən şəxs qonaq otağındakı stolun üstündə olan kibrit qutusunun içərisindən iki bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. 2 bükümdə olan psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs möhürlənmiş zərfi və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs 4 bükümdə olan psixotrop maddə metamfetamini özünün istifadə edəcəyi məqsədilə əldə etdiyini bildirmişdir. Sonuncunun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və satması barədə məlumat daxil olsa da, narkotik vasitə və psixotrop maddələri konkret hansı şəxsə satması barədə məlumatı olmamış, bu barədə heçnə deyə bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Bölməyə Qaradağ rayonu, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, üzərində saxlaması və satması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə xx xxx 2020-ci il tarixdə saat 13:00 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən Bakı-Qazax yolunun 41-ci kilometrliyində Təqsirləndirilən şəxs «Mercedes benz» markalı **-VX-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti tərəflərindən müəyyən edildikdən sonra sonuncu polis bölməsinə gətirilmişdir. Oraya Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə sonuncunun da hüquq və vəzifələri izah edildikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki cins şalvarın sağ yan cibində olan 2 bükümdə psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs şalvarın sol yan cibindən 8 manat pul çıxartmış, lakin həmin pul ona qaytarılmışdır. 2 bükümdə olan psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs möhürlənmiş zərfi və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini xx xxx 2020-ci il tarixdə axşam saatlarında Ümüd qəsəbəsində üzdən tanıdığı Tahir adlı şəxsdən 40 manat pulun müqabilində özünün istifadə edəcəyi məqsədi ilə 4 bükümdə almış, həmin maddənin iki bükümü Sahil qəsəbəsi, Z.Qasımov küçəsində kirayəşin yaşadığı evdə kibrit qutusunun içərisində saxlamışdır. Həmin səbəbdən Təqsirləndirilən şəxs könüllü ərizəsi əsasında ünvan 5 ünvanında kirayəşin yaşadığı mənzilə gedilmiş və videoçəkiliş vasitəsi ilə mənzilə baxış keçirilmiş, orada Təqsirləndirilən şəxs qonaq otağındakı stolun üstündə olan kibrit qutusunun içərisindən iki bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. 2 bükümdə olan psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs möhürlənmiş zərfi və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs 4 bükümdə olan psixotrop maddə metamfetamini özünün istifadə edəcəyi məqsədilə əldə etdiyini bildirmişdir. Sonuncunun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və satması barədə məlumat daxil olsa da, narkotik vasitə və psixotrop maddələri konkret hansı şəxsə satması barədə məlumatı olmamış, bu barədə heçnə deyə bilmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/750 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Vət. Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı... ünvandan götürülmüş 02 (iki) ədəd bükümdə kütlə...” və s. qeydlər olan zərfdəki 2 ədəd bükümdə təmiz çəkiləri 0,795 qram və 0,750 qram, ümumi təmiz çəkisi 1,545 qram olan maddələr, eyni tərkibli psixotrop maddə - metamfetamindir. Təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd bükümdə kütlə...” və s. qeydlər olan zərfdəki 2 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkiləri 0,154 qram və 0,193 qram, ümumi təmiz çəkisi 0,347 qram olan maddələr, eyni tərkibli psixotrop maddə - metamfetamindir. Ümumi sayı 4 ədəd büküm olan həmin metamfetaminlərin ümumilikdə təmiz çəkiləri 1,892 qram olub tərkiblərinə görə eynidirlər. Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasında dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxildir. Qeyd: metamfetaminin cəmi təmiz çəkisi 1,892 qram, tədqiqata sərf edildi - cəmi 0,1 qram, qalıq – cəmi 1,792 qram. Ekspertiza tədqiqatının dəyəri 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2020ci il tarixli 1506 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərər alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1,892 qram olan psixotrop maddə metamfetaminin istintaq zamanı aparılmış kimyəvi ekspertiza nəticəsində qalmış 1,792 qram qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclası zamanı baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 11-ci PB-də müdafiəçinin iştirakı ilə əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki bükümdə psixotrop maddə təqdim edərək onun psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra həmin gün yaşadığı mənzilin qonaq otağındakı stolun üstündə olan kibrit qutusunun içərisində iki bükümdə narkotik vasitə olduğunu etiraf etmiş və həmin narkotik vasitə sənədləşdirilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 234.1 və 69.3-cü maddələrinə əsasən ona qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə CM-nin 233-4.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 18 gün hissəsi CM-nin 68.1-1-ci maddəsinə əsasən iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla 06 ay 09 gün azadıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq xx xxx 2020-ci il tarixdə tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1,792 qram narkotik vasitə olan metafametamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 108,46 (yüz səkkiz manat qırx altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 60 iş saatı, məhkəmə baxışı zamanı isə Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 540 (beş yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş hazırki cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1,792 qram narkotik vasitə olan metafametamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 108,46 (yüz səkkiz manat qırx altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 540 (beş yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-15/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-15/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver