Məhkəmə qərarları › İş №1(002)-15/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-15/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-15/2022 10.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamcısı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1981-ci il tarixdə Ermənistan SSR-nin tərkibinə verilmiş Vedi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Keçid 938, ev 32, mənzil 54-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi, ev 24, mənzil 35-də yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3 və 222-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 1978-ci il tarixdə Tərtər rayonu, Hüsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3 və 222-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq M Ü Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət dəmiryolu stansiyasının cənub-şərqində, “Sədərək” firmasının eyni adlı ticarət mərkəzində yerləşməklə 3 mərtəbəli və mansardan ibarət olan “İDEAL HOME” adlandırdığı mağazanı həmin firmanın direktoru X9 ilə aralarında bağlanmış 65**-TS- *** 01-45 hş-ŞH 2017 nömrəli, 08 may 2017-ci tarixli müqavilə ilə icarəyə götürməklə Bakı Şəhər Vergilər Departamenti tərəfindən 23 fevral 2011-ci il tarixdə ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi həmin Müqavilənin “a” və “k” bəndlərinə əsasən icarəyə götürdüyü sahəni sanitar gigiyenik normalara uyğun surətdə saxlamalı, yanğın, texniki təhlükəsizlik, əməyin mühafizəsi və elektrik təhlükəsizliyi qaydalarına əməl etməli, icarəyə götürdüyü binanın içərisində «icarəyəverən»lə yazılı surətdə razılaşdırılmadan binanın xarici və daxili konstruksiyasını dəyişə biləcək əsaslı təmir işlərini aparmamalı, xırda təmir işləri apardığı və obyektdə avadanlıq quraşdırıldığı zaman yanğın, texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görməli, «Sahibkar» kimi üçüncü şəxslərə qeyri yaşayış sahəsini «İcarəyəverən»in xəbəri olmadan heç bir halda icarəyə verməməli və satmamalı olduğu halda icarəyəverənə hər hansı məlumat vermədən və razılığını almadan 24 dekabr 2020-ci il tarixdə qeyd olunan qeyri yaşayış sahəsini - 3 mərtəbəli və mansardan ibarət olan “İDEAL HOME” adlandırdığı mağazanı Bakı Şəhər Vergilər Departamenti tərəfindən verilmiş 22 iyul 2011-ci il tarixli, ********** nömrəli VÖEN-lə elektrik avadanlıqları və məişət əşyalarının satışı növündə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Təqsirləndirilən şəxs2 icarəyə verilməsi ilə bağlı hər hansı müqavilə bağlamadan aralarında olan şifahi razılaşma əsasında icarəyə verməklə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış, bundan sonra Təqsirləndirilən şəxs2 binanın 3-cü mərtəbəsindən anbar kimi istifadə edərkən yüklərin daha rahat qaydada daşınması məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına binanın kənarından qaldırıcı qurğunun (liftin) quraşdırılmasının zəruriliyini bildirdikdə, “Sədərək” firmasına Bakı şəhər icra hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 254 saylı və xx.xx.2012-ci il tarixli 2012 saylı Sərəncamlarına əsasən Qaradağ rayonu Lökbatan qəsəbəsinin şərqində-Lökbatan-Xocahəsən yolunun şərq hissəsində torpaq sahəsinin ayrılmasına dair 15/50 saylı Ayrıc Aktına əlavə olunmuş Eskiz Layihəsində dəyişikliyin, yenidənqurma işinin aparılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməyib icazə almadan, habelə bununla bağlı texniki sənədlər tərtib edilmədən, liftlərin hazırlanması və qurulması üçün ixtisaslaşdırılmış və bu fəaliyyətlə məşğul olmasına rəsmi icazəsi (lisenziyası) olan müəssisələrlə müqavilə bağlamadan, habelə “Sədərək” firmasına hər hansı məlumat vermədən binanın xarici konstruksiyasını dəyişə biləcək yenidənqurma işlərinin aparılması üçün özbaşına olaraq Təqsirləndirilən şəxs2lə razılaşmış, özünün məlumatı, razılığı və tapşırığı əsasında Təqsirləndirilən şəxs2 heç bir layihə və texniki sənədlər tərtib edilmədən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-86-cı maddələrinə, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə almalı olduğu halda müvafiq icra hakimiyyəti orqanlarından icazələr almadan, liftlərin hazırlanması üzrə ixtisaslaşdırılmamış və bu fəaliyyətlə məşğul olmasına rəsmi icazəsi (lisenziyası) olmayan şəxsləri - X24, X25 və Zərərçəkmiş şəxs1 24 dekabr 2020-ci il tarixdə şifahi razılığa əsasən fərdi mühafizə vasitələri (qoruyucu dəbilqələr, təhlükəsizlik kəməri və s.) vermədən, eləcə də onlarla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirmədən “İDEAL HOME” adlanan mağazanın yan divarına bitişik metal konstruksiyalardan zavod üsulu ilə istehsal edilməmiş, yəni texniki təhlükəsizlik sertifikatına malik olmayan lift (qaldırıcı) qurğusunun tikilməsinə, yəni adları qeyd olunan şəxsləri faktiki əmək münasibətlərinə cəlb etmiş, Təqsirləndirilən şəxs2lə birgə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2.3, 62.4, 65.1-cü maddələrinə əsasən tikinti obyekti digər tələblərlə yanaşı istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmayan tələblərə uyğun layihələndirilməli və tikilməli, liftlər təhlükəsizlik tədbirlərinə əməl edilməklə quraşdırılmalı və istifadə zamanı təhlükə yaranmasının qarşısını alan keyfiyyətə malik olmalı, liftlərin yerləşdiyi obyektlərin sahibləri bu qurğuları saz vəziyyətdə saxlamalı, texniki avadanlıq və cihazlar insan sağlamlığının, ətraf mühitin qorunması və təhlükəsizlik tələblərinə əməl edilmək şərti ilə quraşdırılmalı və istismar edilməli, “Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8, 9-cu maddələrinə əsasən təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğular, mexanizmlər müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu baxımından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılmalı, təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər təhlükə potensiallı obyektlərdə işçi heyətlərini komplektləşdirərkən onların texniki təhlükəsizlik və ixtisaslaşma tələblərinə uyğunluğunu və tibbi cəhətdən yararlığını təmin etməli, təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərindən kənara çıxma hallarına yol verməməli, layihə sənədlərinə edilən dəyişikliklər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təsdiq etdiyi 24 oktyabr 2016-cı il tarixli “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 13.3-cü bəndinə əsasən hər yükqaldırıcı mexanizm və qurğu müvafiq texniki reqlamentdə, standart və ya məhsulun hazırlanmasına aid texniki şərtlərdə nəzərdə tutulmuş sənədlərə malik olmalı, 13.4-cü bəndə əsasən hər bir yükqaldırıcı mexanizm və qurğu maksimal təhlükəsiz işçi yükünün miqdarı göstərilməklə görünən yerdə aydın markalanma nişanına malik olmalı, 13.6-cı bəndə əsasən inşaat qaldırıcılarının (vışkaların) və fasad qaldırıcılarının nənnilərindən işlərin yerinə yetirilməsi iş yerinə baxış keçirilməsinə uyğun olaraq tutub saxlayıcı və sığorta sistemlərindən istifadə olunmaqla həyata keçirilməli, X13 X4 və Dağ-Mədən Nəzarəti Komitəsi tərəfindən 27 iyul 2001-ci il tarixdə təsdiq edilmiş «Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri»nin 2-ci bəndinə əsasən təhlükə potensiallı obyektlərdə istifadə olunması üçün təyin olunmuş texniki qurğular və avadanlıqlar texniki təhlükəsizlik tələblərinə münasib olmaqla, təsis edilmiş formada texniki təhlükəsizlik sertifikatına malik olmalı olduğu, texniki qurğuların və avadanlıqların hazırlanması üzrə fəaliyyət növünün həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada alınmış xüsusi razılığı (lisenziyası) olan hüquqi və fiziki şəxslər tərəfindən icra olunmalı, 3-cü bəndinə əsasən təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərindən kənara çıxma hallarına yol verilməməli, 11-ci bəndinə əsasən təhlükə potensiallı obyektlərdə istifadə edilməsi üçün təyin olunmuş texniki qurğuların və avadanlıqların hazırlanmasını, quraşdırılmasını, sazlanmasını, texniki xidmətini və təmirini, müvafiq icra hakimiyyəti orqanından bu işlərin görülməsinə xüsusi razılıq (lisenziya) almış hüquqi və fiziki şəxsin həyata keçirməli olduğu, SSRİ Nazirlər Şurası yanında Sənayedə işlərin təhlükəsiz aparılmasına və dağ-mədən işlərinə nəzarət üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.1971-ci il tarixdə təsdiq edilmiş «Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydaları»nın 2.1.5-ci bəndinə əsasən liftlər ixtisaslaşdırılmış layihə və konstruktor təşkilatı tərəfindən texniki sənədlər əsasında hazırlanmalı, 2.1.6-ci bəndinə əsasən liftlərin layihələndirməsinə, hazırlanmasına, quraşdırılmasına, təmiri və sazlanmasına, eləcə də hazırki qaydaların tələblərinə uyğun olmasına cavabdehliyin müvafiq işlər görülən təşkilatlar tərəfindən daşındığı, 3.1.3-cü bəndinə əsasən liftlərin hazırlanmasına yalnız liftlərin keyfiyyətlə istehsal etmək üçün şəraiti olan müəssisələrə icazə verildiyi, SSRİ-nin Dövlət Tikinti Komitəsi tərəfindən 09 iyun 1980-ci il tarixdə təsdiq olunmuş «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 1.11-ci bəndində əsasən tikintidə olan bütün şəxslər 12.4.087-80 DÜST-nə uyğun olan qoruyucu dəbilqələr geyinməli, qoruyucu dəbilqələri geyinməmiş fəhlələr və mühəndis-texniki işçilər işlərin icrasına buraxılmamalı, 1.19-ci bəndinə əsasən təşkilatın ştatına qəbul olunmuş yeni işçilərin işə buraxılmazdan əvvəl, eləcə də işlər görülərkən təşkilatların rəhbərlikləri 12.0.004-79 DÜST-in (dövlət standartının) tələblərinə uyğun olaraq təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmaların keçirilməsini təşkil etməli, 1.20-ci bəndinə əsasən tikinti-quraşdırma təşkilatlarının rəhbərliyi fəhlələri işə qəbul etdikdən sonra, bir aydan gec olmayaraq, onlara X8 metodları (üsullar) üzrə təlim keçməli, təlim keçməmiş (özləri razılıq vermiş və rəhbərlik tərəfindən təyin edilmiş təcrübəli fəhlələrinin nəzarətində olmayan) fəhlələrin sərbəst işləməsinə icazə verilmədiyi, 2.26cı bəndinə əsasən 1,3 m-dən artıq hündürlükdə yerləşən və hündürlüyün dəyişməsi sərhədindən 2 metrdən az məsafədə olan iş yerləri çəpərlənməli, çəpərlənmə mümkün olmadığı halda bu hündürlükdə görülən işlər təhlükəsiz (qoruyucu) kəmərindən istifadə edilməklə yerinə yetirilməli olduğu halda, qanunvericiliyin həmin tələblərini pozmuş, nəticədə özünün Təqsirləndirilən şəxs2lə birgə verdiyi şifahi tapşırığı və razılığı əsasında işə buraxılmış və heç bir qoruyucu dəbilqə, təhlükəsizlik (qoruyucu) kəmərləri ilə təmin edilməmiş X24, X25 və Zərərçəkmiş şəxs1 xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində qaldırıcı qurğunun (liftin) quraşdırılması məqsədilə “İDEAL HOME” adlanan mağazanın sağ yan hissəsində divara bitişik şəkildə metal konstruksiyalar (şveller və metal profil) bərkitdikdən sonra, 31 yanvar 2021-ci il tarixdə, saat 10 radələrində liftin konstruktiv hissələri (konkret halda örtük üçün nəzərdə tutulmuş metal lövhə) tam quraşdırılıb başa çatdırılmadan və təhlükəsizlik cihazları ilə təchiz edilmədən Zərərçəkmiş şəxs1, Rafət Əşrəfov və Elsevər Əzizov liftin kabinasına keçmiş, liftin dam hissəsinin təmir etmək məqsədilə iri ölçülü şifer örtüyünü liftin yan hissələri quraşdırılmayan kabinasına qoyub və kənarlarından əlləri ilə tutaraq, mühərriki işə salıb lifti yuxarı hərəkət etdirərkən yükün kabinaya sığmayan-kənara çıxan hissəsi liftin şaxtasının dəmir konstruksiyasına (şvellerə) ilişmiş, bu zaman yük daşıyan buraz dartılaraq qırılmış, nəticədə lift aşağı doğru hərəkət edib içərisinə yığılmış yük ilə birlikdə yerə çırpıldığından X24 və X2 kənara düşməklə, Zərərçəkmiş şəxs1 isə liftin içərisinə yıxılmaqla sonuncuların həyat və sağlamlıqları üçün real təhlükə yaranmış, eləcə də, X25 dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid sağ bazunun aşağı 1/3-in əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağ bazu sümüyünün blokunun və sağ mil sümüyünün başının açıq sınıqları və sol budun əzilmiş yarası xəsarəti almış, X24 isə ölümlə bir başa səbəbli əlaqədə olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qışaları altına qansızma ilə müşayiət olunan alın, sol gicgah, hər iki təpə sümüklərinin kəllə əsasına keçən çoxsaylı qəlpəli sınıqları, sol tərəfli İV-V-Vİ qabırğaların, burun sümüklərinin və sol almacıq sümüyünün yerini dəyişən sınıqları, sol göz almasının travmatik evakuasiyası, sol gözətrafı, üst dodağın sol yarısının, sol yanağın toxuma defekti ilə müşayiət olunan əzilmiş yaraları, başın sağ təpə nahiyəsinin, sağ qaş nahiyəsinin və sol qoltuqaltı nahiyənin əzilmiş yaraları, sol bazunun və sol saidin sıyrıqları kimi həyatla bir yerə sığmayan bədən xəsarətləri alaraq hadisə yerində ölmüş, həmin əməli ilə Təqsirləndirilən şəxs2lə birlikdə tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektində yenidənqurma işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozmaqla, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına qurğular tikməklə bu tikilidə yenidən planlaşdırma, yenidənqurma işləri aparmaqla zərərçəkmiş şəxslər - X24, X25 və Zərərçəkmiş şəxs1 həyat və sağlamlıqları üçün real təhlükə yaratmış, həmin əməlləri ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş X10 ölümünə və bir nəfər zərərçəkmiş X1 az ağır zərərin vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 Bakı Şəhər Vergilər Departamenti tərəfindən verilmiş 22 iyul 2011-ci il tarixli, ********** nömrəli VÖEN-lə elektrik avadanlıqları və məişət əşyalarının satışı kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 24 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət dəmiryolu stansiyasının cənub-şərqində, “Sədərək” ticarət mərkəzində yerləşməklə 3 mərtəbəli və mansardan ibarət olan “İDEAL HOME” adlanan ticarət obyektini-mağazanı hər hansı müqavilə bağlamadan şifahi razılaşma əsasında icarəyə götürməyi və birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı Təqsirləndirilən şəxs1 bildirdikdə, sonuncu “Sədərək” firmasının direktoru X9 ilə aralarında bağlanmış 65**-TS-*** 01-45 hş-ŞH 2017 nömrəli, 08 may 2017-ci tarixli müqavilə ilə icarəyə götürməklə Bakı Şəhər Vergilər Departamenti tərəfindən verilmiş 23 fevral 2011-ci il tarixli, ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeyd olunan Müqavilənin “a” və “k” bəndlərinə əsasən icarəyə götürdüyü sahəni sanitar gigiyenik normalara uyğun surətdə saxlamalı, yanğın, texniki təhlükəsizlik, əməyin mühafizəsi və elektrik təhlükəsizliyi qaydalarına əməl etməli, icarəyə götürdüyü binanın içərisində «icarəyəverən»lə yazılı surətdə razılaşdırılmadan binanın xarici və daxili konstruksiyasını dəyişə biləcək əsaslı təmir işlərini aparmamalı, xırda təmir işləri apardığı və obyektdə avadanlıq quraşdırıldığı zaman yanğın, texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görməli olduğu, «Sahibkar» kimi üçüncü şəxslərə qeyri yaşayış sahəsini «İcarəyəverən»in xəbəri olmadan heç bir halda icarəyə vermək və satmaq hüququnun olmadığı halda, bu barədə sahibkara məlumat vermədən müqavilənin tələblərini pozub şifahi razılaşma əsasında birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Təqsirləndirilən şəxs1la razılaşmış, bundan sonra o, binanın 3-cü mərtəbəsindən anbar kimi istifadə edərkən yüklərin daha rahat qaydada daşınması məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına binanın kənarından qaldırıcı qurğunun (liftin) quraşdırılmasının zəruriliyini Təqsirləndirilən şəxs1 bildirdikdə, sonuncu bu barədə “Sədərək” firmasına Bakı şəhər icra hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 254 saylı və xx.xx.2012-ci il tarixli 2012 saylı Sərəncamlarına əsasən Qaradağ rayonu Lökbatan qəsəbəsinin şərqində-Lökbatan-Xocahəsən yolunun şərq hissəsində torpaq sahəsinin ayrılmasına dair 15/50 saylı Ayrıc Aktına əlavə olunmuş Eskiz Layihəsində dəyişikliyin, yenidənqurma işinin aparılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməyib icazə almadan, habelə bununla bağlı texniki sənədlər tərtib edilmədən, liftlərin hazırlanması və qurulması üçün ixtisaslaşdırılmış və bu fəaliyyətlə məşğul olmasına rəsmi icazəsi (lisenziyası) olan müəssisələrlə müqavilə bağlamadan, habelə “Sədərək” firmasına hər hansı məlumat vermədən binanın xarici konstruksiyasını dəyişə biləcək yenidənqurma işlərinin aparılması üçün özbaşına onunla razılaşmış, Təqsirləndirilən şəxs1 məlumatı, razılığı və tapşırığı əsasında o, heç bir layihə və texniki sənədlər tərtib edilmədən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-86-cı maddələrinə, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə almalı olduğu halda müvafiq icra hakimiyyəti orqanlarından icazələr almadan, liftlərin hazırlanması üzrə ixtisaslaşdırılmamış və bu fəaliyyətlə məşğul olmasına rəsmi icazəsi (lisenziyası) olmayan şəxsləri - X24, X25 və Zərərçəkmiş şəxs1 24 dekabr 2020-ci il tarixdə şifahi razılığa əsasən fərdi mühafizə vasitələri (qoruyucu dəbilqələr, təhlükəsizlik kəməri və s.) vermədən, eləcə də adları qeyd olunan sonuncularla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirmədən “İDEAL HOME” adlanan mağazanın yan divarına bitişik metal konstruksiyalardan zavod üsulu ilə istehsal edilməmiş, yəni texniki təhlükəsizlik sertifikatına malik olmayan lift (qaldırıcı) qurğusunun tikilməsinə, Rafət Əşrəfov, Elsevər Əzizov və Zərərçəkmiş şəxs1 faktiki əmək münasibətlərinə cəlb etmiş, Təqsirləndirilən şəxs1la birgə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2.3, 62.4, 65.1-cü maddələrinə əsasən tikinti obyekti digər tələblərlə yanaşı istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmayan tələblərə uyğun layihələndirilməli və tikilməli, liftlər təhlükəsizlik tədbirlərinə əməl edilməklə quraşdırılmalı və istifadə zamanı təhlükə yaranmasının qarşısını alan keyfiyyətə malik olmalı, liftlərin yerləşdiyi obyektlərin sahibləri bu qurğuları saz vəziyyətdə saxlamalı, texniki avadanlıq və cihazlar insan sağlamlığının, ətraf mühitin qorunması və təhlükəsizlik tələblərinə əməl edilmək şərti ilə quraşdırılmalı və istismar edilməli, “Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8, 9-cu maddələrinə əsasən təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğular, mexanizmlər müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu baxımından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılmalı, təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər təhlükə potensiallı obyektlərdə işçi heyətlərini komplektləşdirərkən onların texniki təhlükəsizlik və ixtisaslaşma tələblərinə uyğunluğunu və tibbi cəhətdən yararlığını təmin etməli, təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərindən kənara çıxma hallarına yol verməməli, layihə sənədlərinə edilən dəyişikliklər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təsdiq etdiyi 24 oktyabr 2016-cı il tarixli “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 13.3-cü bəndinə əsasən hər yükqaldırıcı mexanizm və qurğu müvafiq texniki reqlamentdə, standart və ya məhsulun hazırlanmasına aid texniki şərtlərdə nəzərdə tutulmuş sənədlərə malik olmalı, 13.4-cü bəndə əsasən hər bir yükqaldırıcı mexanizm və qurğu maksimal təhlükəsiz işçi yükünün miqdarı göstərilməklə görünən yerdə aydın markalanma nişanına malik olmalı, 13.6-cı bəndə əsasən inşaat qaldırıcılarının (vışkaların) və fasad qaldırıcılarının nənnilərindən işlərin yerinə yetirilməsi iş yerinə baxış keçirilməsinə uyğun olaraq tutub saxlayıcı və sığorta sistemlərindən istifadə olunmaqla həyata keçirilməli, X13 X4 və Dağ-Mədən Nəzarəti Komitəsi tərəfindən 27 iyul 2001-ci il tarixdə təsdiq edilmiş «Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri»nin 2-ci bəndinə əsasən təhlükə potensiallı obyektlərdə istifadə olunması üçün təyin olunmuş texniki qurğular və avadanlıqlar texniki təhlükəsizlik tələblərinə münasib olmaqla, təsis edilmiş formada texniki təhlükəsizlik sertifikatına malik olmalı olduğu, texniki qurğuların və avadanlıqların hazırlanması üzrə fəaliyyət növünün həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada alınmış xüsusi razılığı (lisenziyası) olan hüquqi və fiziki şəxslər tərəfindən icra olunmalı, 3-cü bəndinə əsasən təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərindən kənara çıxma hallarına yol verilməməli, 11-ci bəndinə əsasən təhlükə potensiallı obyektlərdə istifadə edilməsi üçün təyin olunmuş texniki qurğuların və avadanlıqların hazırlanmasını, quraşdırılmasını, sazlanmasını, texniki xidmətini və təmirini, müvafiq icra hakimiyyəti orqanından bu işlərin görülməsinə xüsusi razılıq (lisenziya) almış hüquqi və fiziki şəxsin həyata keçirməli olduğu, SSRİ Nazirlər Şurası yanında Sənayedə işlərin təhlükəsiz aparılmasına və dağ-mədən işlərinə nəzarət üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.1971-ci il tarixdə təsdiq edilmiş «Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydaları»nın 2.1.5-ci bəndinə əsasən liftlər ixtisaslaşdırılmış layihə və konstruktor təşkilatı tərəfindən texniki sənədlər əsasında hazırlanmalı, 2.1.6-ci bəndinə əsasən liftlərin layihələndirməsinə, hazırlanmasına, quraşdırılmasına, təmiri və sazlanmasına, eləcə də hazırki qaydaların tələblərinə uyğun olmasına cavabdehliyin müvafiq işlər görülən təşkilatlar tərəfindən daşındığı, 3.1.3-cü bəndinə əsasən liftlərin hazırlanmasına yalnız liftlərin keyfiyyətlə istehsal etmək üçün şəraiti olan müəssisələrə icazə verildiyi, SSRİ-nin Dövlət Tikinti Komitəsi tərəfindən 09 iyun 1980-ci il tarixdə təsdiq olunmuş «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 1.11-ci bəndində əsasən tikintidə olan bütün şəxslər 12.4.087-80 DÜST-nə uyğun olan qoruyucu dəbilqələr geyinməli, qoruyucu dəbilqələri geyinməmiş fəhlələr və mühəndis-texniki işçilər işlərin icrasına buraxılmamalı, 1.19-ci bəndinə əsasən təşkilatın ştatına qəbul olunmuş yeni işçilərin işə buraxılmazdan əvvəl, eləcə də işlər görülərkən təşkilatların rəhbərlikləri 12.0.004-79 DÜST-in (dövlət standartının) tələblərinə uyğun olaraq təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmaların keçirilməsini təşkil etməli, 1.20-ci bəndinə əsasən tikintiquraşdırma təşkilatlarının rəhbərliyi fəhlələri işə qəbul etdikdən sonra, bir aydan gec olmayaraq, onlara X8 metodları (üsullar) üzrə təlim keçməli, təlim keçməmiş (özləri razılıq vermiş və rəhbərlik tərəfindən təyin edilmiş təcrübəli fəhlələrinin nəzarətində olmayan) fəhlələrin sərbəst işləməsinə icazə verilmədiyi, 2.26-cı bəndinə əsasən 1,3 m-dən artıq hündürlükdə yerləşən və hündürlüyün dəyişməsi sərhədindən 2 metrdən az məsafədə olan iş yerləri çəpərlənməli, çəpərlənmə mümkün olmadığı halda bu hündürlükdə görülən işlər təhlükəsiz (qoruyucu) kəmərindən istifadə edilməklə yerinə yetirilməli olduğu halda, qanunvericiliyin həmin tələblərini pozmuş, nəticədə özünün Təqsirləndirilən şəxs1la birgə verdiyi şifahi tapşırığı və razılığı əsasında işə buraxılmış və heç bir qoruyucu dəbilqə, təhlükəsizlik (qoruyucu) kəmərləri ilə təmin edilməmiş X24, X25 və Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində qaldırıcı qurğunun (liftin) quraşdırılması məqsədilə “İDEAL HOME” adlanan mağazanın sağ yan hissəsində divara bitişik şəkildə metal konstruksiyalar (şveller və metal profil) bərkitdikdən sonra, 31 yanvar 2021-ci il tarixdə, saat 10 radələrində liftin konstruktiv hissələri (konkret halda örtük üçün nəzərdə tutulmuş metal lövhə) tam quraşdırılıb başa çatdırılmadan və təhlükəsizlik cihazları ilə təchiz edilmədən Zərərçəkmiş şəxs1, Rafət Əşrəfov və Elsevər Əzizov liftin kabinasına keçmiş, liftin dam hissəsinin təmir etmək məqsədilə iri ölçülü şifer örtüyünü liftin yan hissələri quraşdırılmayan kabinasına qoyub və kənarlarında əlləri ilə tutaraq, mühərriki işə salıb lifti yuxarı hərəkət etdirərkən yükün kabinaya sığmayan-kənara çıxan hissəsi liftin şaxtasının dəmir konstruksiyasına (şvellerə) ilişmiş, bu zaman yük daşıyan buraz dartılaraq qırılmış, nəticədə lift aşağı doğru hərəkət edib içərisinə yığılmış yük ilə birlikdə yerə çırpıldığından X24 və X2 kənara düşməklə, Zərərçəkmiş şəxs1 isə liftin içərisinə yıxılmaqla sonuncuların həyat və sağlamlıqları üçün real təhlükə yaranmış, eləcə də, X25 dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid sağ bazunun aşağı 1/3-in əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağ bazu sümüyünün blokunun və sağ mil sümüyünün başının açıq sınıqları və sol budun əzilmiş yarası xəsarəti almış, X24 isə ölümlə bir başa səbəbli əlaqədə olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qışaları altına qansızma ilə müşayiət olunan alın, sol gicgah, hər iki təpə sümüklərinin kəllə əsasına keçən çoxsaylı qəlpəli sınıqları, sol tərəfli İV-V-Vİ qabırğaların, burun sümüklərinin və sol almacıq sümüyünün yerini dəyişən sınıqları, sol göz almasının travmatik evakuasiyası, sol gözətrafı, üst dodağın sol yarısının, sol yanağın toxuma defekti ilə müşayiət olunan əzilmiş yaraları, başın sağ təpə nahiyəsinin, sağ qaş nahiyəsinin və sol qoltuqaltı nahiyənin əzilmiş yaraları, sol bazunun və sol saidin sıyrıqları kimi həyatla bir yerə sığmayan bədən xəsarətləri alaraq hadisə yerində ölmüş, həmin əməli ilə Təqsirləndirilən şəxs1la birlikdə tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektində yenidənqurma işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozmaqla, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına qurğular tikməklə bu tikilidə yenidən planlaşdırma, yenidənqurma işləri aparmaqla zərərçəkmiş şəxslər - X24, X25 və Zərərçəkmiş şəxs1 həyat və sağlamlıqları üçün real təhlükə yaratmış, həmin əməlləri ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş X10 ölümünə və bir nəfər zərərçəkmiş X1 az ağır zərərin vurulmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 222.3 və 222-1.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 08 may 2017-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək ticarət mərkəzində “İdeal Home” mağazasını 23 fevral 2011-ci il tarixli, ********** nömrəli VÖEN əsasında icarəyə götürmüş, bir müddət özü mağazanı işlətdikdən sonra dəqiq xatırlamadığı ildə həmin mağazanı Sədərək firmasına məlumat vermədən Təqsirləndirilən şəxs2 adlı şəxsə icarəyə vermək qərarına gəlmişdir. Belə ki, qeyri-rəsmi əsaslarla ona kömək edən İlham adlı şəxs ona zəng edərək Təqsirləndirilən şəxs2 mağazanı icarəyə götürmək istədiyini demiş, bundan sonra İlham vasitəsi ilə mağazanın birinci mərtəbəsini 5 aylıq müddətə 4000 (dörd min) manata icarəyə verməyə razılıq vermiş, daha sonra aradan bir müddət keçdikdən sonra mağazanın 2-ci mərtəbəsini 5 aylıq müddətə 3500 (üç min beş yüz) manata həmin şəxsə icarəyə vermişdir. 2021-ci ilin sonlarında, isə İlham ona Şaiqin həmin mağazanın 3-cü mərtəbəsini 2250 manata icarəyə götürəcəyini bildirmişdir. Başqa işləri olduğu üçün çox vaxtı mağazaya gəlməmiş və İlham müəyyən məlumatları ona vermişdir. İlham icarəyə götürdüyü mağazada işləməmiş, yalnız münasibətləri yaxşı olduğundan, Sədərək ticarət mərkəzində, xüsusilə də mağazanın yaxınlığında olduğundan zəruri məsələlər olduqda tanış kimi bu barədə ona məlumat vermişdir. 24 dekabr 2021-ci il tarixdə İlham ona demişdir ki, Təqsirləndirilən şəxs2 mağazanın 3-cü mərtəbəsinə yüklərin qaldırılması üçün həmin hissədə binanın kənarından lift quraşdırmaq lazım olduğunu bildirmişdir. Mağazanı Şaiqə hər hansı müqavilə imzalamadan qeyri-rəsmi verdiyindən və dolayısı ilə birlikdə mənfəət götürdüyündən bu liftin sahibkarlıqlarına müsbət təsir edəcəyini düşünmüş, İlham vasitəsilə Şaiqə razı olduğunu demiş, lakin bu barədə Sədərək firmasından razılıq almamışdır. Şaiqlə arasında olan şifahi razılaşmaya əsasən Şaiq liftin quraşdırılması üçün usta və fəhlə gətirməsi, həm işlərin görülməsi, həm də liftin qiyməti hesablandıqdan sonra xərclər Şaiqlə arasında yarı-yarıya bölünməli olmuşdur. Şaiqlə mağazanın sahibi olmadıqlarından liftin quraşdırılması üçün Sədərək firmasından onların razılıq almasının uzun çəkəcəyini düşündüklərindən zaman itirmədən lifti quraşdırıb işə başlamağı düşünmüşlər. Daha sonra İlham Şaiq birlikdə Sədərək ticarət mərkəzində işləyən Ramil adlı şəxslə 3500 manat müqabilində lift quraşdırmaq barədə razılığa gəlmiş, həmin pul da Şaiqlə yarı-yarıya verməli olmuşlar. Bu məlumatları da İlham vasitəsi ilə almışdır. X32 bildirməsi üçün ustalarla bağlı demişdir ki, Ramil lift quraşdıra bilir və bacarıqlı ustadır. Müqavilənin şərtlərinə görə görüləcək bütün işlərlə bağlı Sədərək firmasına bildirməli, razılıqlarını almalı olsa da, bunu etməmişdir. Lift quraşdırılması üçün xüsusi razılığı, lisenziyası olan briqadanın işə cəlb edilməli olduğunu, hansısa dövlət orqanından icazə alınmalı olduğunu bilməmiş, bu işin sıradan bir iş olduğunu fikirləşmişdir. Həmçinin də Şaiq də liftin xüsusi lisenziyası olan şəxslər tərəfindən qurulmalı olmasını bildirməmişdir. İcarə müqaviləsinə əsasən Sədərək firmasına məlumat verib razılıq almalı olduğunu bilsə də, bunu səhlənkarlıq edib firmaya bildirməmişdir. Mağazada liftin quraşdırılması, zəruri avadanlıqların alınması, işçilərin hansı təhlükəsizlik qaydalarına əməl etmələri və geyimləri ilə bağlı prosesləri şəxsən gedib yerində görməsə də, Şaiqin İlham vasitəsi ilə dediyinə əsasən heç bir problem olmadığını və işlərin öz yolunda getdiyini, lift quraşdırıldığını bilmişdir. Ustalar 20 yanvar 2021-ci il tarixdən sonrakı günlərdə işə başlamışdır. 31 yanvar 2021-ci il tarixdə saat 10 radələrində İlham zəng edərək Ramil adlı ustanın Elsevər və Rafətlə birlikdə hazırladıqları liftdə qəza baş verdiyini demiş, hadisə baş verən əraziyə dərhal gəlib hadisə yerində Rafət adlı ustanın liftin trosunun qırılması nəticəsində yerə çırpılan liftdən kənara düşərək ölməsini, Elsevərin isə yaralanmasını görmüşdür. Həmin vaxt artıq prokurorluq və polis əməkdaşları hadisə yerində olmuşlar. Həmin vaxt orada Şaiqi görməmişdir. “Sədərək” firmasının direktoru X9 ilə aralarında bağlanmış 65**-TS-*** 01-45 hş-ŞH 2017 nömrəli, 08 may 2017-ci tarixli müqavilənin “a” və “k” bəndlərinə əsasən icarəyə götürdüyü sahəni sanitar gigiyenik normalara uyğun surətdə saxlamalı, yanğın, texniki təhlükəsizlik, əməyin mühafizəsi və elektrik təhlükəsizliyi qaydalarına əməl etməli, icarəyə götürdüyü binanın içərisində «icarəyəverən»lə yazılı surətdə razılaşdırılmadan binanın xarici və daxili konstruksiyasını dəyişə biləcək əsaslı təmir işlərini aparmamalı, xırda təmir işləri apardığı və obyektdə avadanlıq quraşdırıldığı zaman yanğın, texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görməli olduğunu, «Sahibkar» kimi üçüncü şəxslərə qeyri-yaşayış sahəsini «İcarəyəverən»in xəbəri olmadan heç bir halda icarəyə vermək və satmaq hüququnun olmadığını mağazanı icarəyə götürdüyü vaxtdan tanış edilmiş və bilmişdir. Mağazada bu kimi işlər görülməmişdən əvvəl firmaya məlumat verməli, onların razılığını aldıqdan sonra işləri görməli olduğunu bilmişdir. Liftin quraşdırılması işinin görülməsi üçün Sədərək firmasına müraciətindən sonra Sədərək firması dövlət orqanlarına müraciət edib layihəni dəyişdirməli, bundan sonra isə bu işlər həyata keçirilməli və bunun üçün xüsusi lisenziyası olan şəxs və ya firmanın vasitəsi ilə layihə və texniki sənədləri olan lift quraşdırılmalı və bu zaman şirkətin həmin işçiləri fərdi mühafizə vasitələri ilə təmin edib texniki təhlükəsizlik qaydalarına riayət etməli olduğunu sonradan öyrənmişdir.Ustalar mağazanın yan tərəfində qeyd olunan liftin avadanlıqlarını quraşdırarkən belə onların nə geyimləri, nə texniki təhlükəsizlik qaydaları ilə tanış olmamışdır. İlk dəfədir cinayət əməli törədir.Törətdiyi əməldən səmimi peşmandır.Himayəsində biri nitq qüsurlu olmaqla iki azyaşlı övladı və işləməyən arvadı var.Ailəsinin bütün maddi təminatlarını o ödəyir. Zərərçəkmiş şəxsin hüququi varisi və zərərçəkmişlərlə barışmışdır.Onlara dəymiş ziyan ödənilmişdir.Qeyd olunanların nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 222.3 və 222-1.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdən hazıradək Sədərək ticarət mərkəzinin sahibindən mağaza icarəyə götürərək qardaşları ilə birlikdə işlədir. Belə ki, həmin mağazada elektrik və məişət əşyaları satışı ilə məşğul olur. İcarəyə götürərək işlətdiyi mağazanın qarşısında yerləşən “İdeal Home” mağazasının bazarda işləyən bir neçə nəfərdən icarəyə verildiyini eşidib və İlham adlı şəxsə mağazanı icarəyə götürmək istədiyini demiş, İlham həmin mağazanın sahibi ilə əlaqə saxlayıb sahibinin mağazanın birinci mərtəbəsini 5 aylıq müddətə üçün 4000 manat, yəni aylıq 800 manat məbləğində icarəyə verməyə razılaşdığını öyrənmiş və razılaşıb həmin mağazanı birinci mərtəbəsini icarəyə götürmüşdür. Bundan sonra mağazanın 2-ci mərtəbəsini 5 aylıq müddət 3500 manata icarəyə götürmüşdür. Bir müddət işlədikdən sonra anbar kimi mağazanın üçüncü mərtəbəsini də icarəyə götürmək istədiyini İlhama demiş, həmin günü İlham telefon vasitəsi ilə mağazanın üçüncü mərtəbəsinin 5 aylıq 2250 manat müqabilində icarəyə verdildiyini ona demişdir. Mağazanın sahibi İlham olmasa da, mağazanın sahibi ilə danışıb ona məlumat vermişdir. Həmin “İdeal Home” mağazasının sağ arxa hissəsində kustar üsulla tikilən yük lifti quraşdırılmış və həmin yük lifti vasitəsi ilə məişət mallarını ikinci və üçüncü mərtəbəyə qaldırmağı planlaşdırmışdır. İlham icarəyə götürdüyü “İdeal Home” mağazasına gələrək ondan icarə haqqını almışdır. İcarəyə götürdüyü mağazaya görə heç kimlə icarə müqaviləsi bağlamamışdır. Mağazada mövcud olan yük qaldırıcı lift yaxşı işləmədiyinə görə narahat olmağa başlamış və yeni liftin quraşdırılmasını İlham vasitəsi ilə mağazanı sahibindən istəmişdir. Mağazanın sahibini tanımamış, hadisə baş verdikdən sonra mağazanın yanında görmüş, həmin vaxt Eldəniz hadisə yerinə gələrək orada olmuşdur. Həmin liftin quraşdırılmasına mağazanın sahibi İlham vasitəsi ilə razılıq vermiş, o, İlhamla birlikdə Sədərək bazarı ərazisində olan adını xatırlamadığı mağazanın liftinə baxıb bəyənmişdir. Həmin lifti quraşdıran Ramil adlı şəxsi müəyyən edib onunla əlaqə saxlayıb görüşərək 3500 manat pulun müqabilində lift quraşdırması barədə razılığa gəlmişdir. Liftin quraşdırılmasına pulu obyekti şifahi şəkildə icarəyə verən şəxslə yarı yarıya verməyə razılaşmışdır. Daha sonra Goranboy rayonuna getdiyi üçün işlərin hansı qaydada getməsi ilə maraqlana bilməmiş, liftin matorunu qardaşı Niyaz Ramil usta ilə birlikdə 8-ci km bazarında yerləşən bilmədiyi mağazadan almışdır. Ramillə heç bir müqavilə başlamamışdır. 25 yanvar 2021-ci il tarixdən Ramil və birlikdə işlədiyi ustalar lifti yığıb 30 yanvar 2021-ci il tarixdə mağazanın sağ yan hissəsinə quraşdırmışlar. 31 yanvar 2021-ci il tarixdə qardaşı Niyaz ona zəng edərək mağazada liftin quraşdırılması zamanı bədbəxt hadisə baş verdiyini və bir nəfər ustanın öldüyünü demişdir. Hadisədən 2 gün sonra Sədərək ticarət mərkəzinə gəlmiş, həmin vaxt liftin trosunun qırılaraq yerə çırpılmasını Ramillə işləyən Elsevər adlı ustanın xəsarət almasını və Rafət adlı şəxsin ölməsini bilmişdir. Prokurorluq tərəfindən cinayət işi başlandıqdan sonra İlhamdan mağazanı Sədərək ticarət mərkəzindən icarəyə götürən şəxsin Eldəniz olmasını bilmişdir. Eldənizi əvvəllər tanımamış, İlhamın isə kiminlə, o cümlədən onunla və ya başqa şəxslə əlaqə saxlamasını bilməmişdir. İlham vasitəsi ilə lift qurmağa icazə verildikdə onun qanunamüvafiq qaydada icazə almasını düşünmüş, lakin İlham ona rəsmi heç bir sənəd verməmişdir. Liftin quraşdırılması zamanı təhlükəsizlik qaydalarının pozulması, işləyən şəxslərin fərdi mühafizə vasitələri ilə təmin edilməməsi, o cümlədən müvafiq lisenziyası olmayan şəxs tərəfindən layihə sənədləri olmadan liftin quraşdırılmasının qanunsuz olduğunu anlayır, liftin quraşdırılmasını sifariş etməməli olduğunu bilir və özünü günahkar bilir.İlk dəfədir cinayət əməli törədir.Himayəsində 3 azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı və işləməyən arvadı var.Ailəsinin o dolandırır.Zərərçəkmiş şəxsin hüququi varisi və zərərçəkmişlərlə barışmışdır.Onlara dəymiş ziyan ödənilmişdir.Bir daha belə hallara yol verməyəcəyinə dair söz verir. Qeyd olunanların nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X26 ifadəsində göstərmişdir ki, qardaşı Rafət Əşrafov əmisi ilə birlikdə sifariş əsasında qaynaq işləri ilə məşğul olmuş, 2021-ci ilin yanvar ayında əmisi ilə birlikdə lift quraşdırma işləri məşğul olmuş və 31 yanvar 2021-ci il tarixdə saat 11 radələrində qardaşının lift quraşdırma işləri zamanı baş vermiş bədbəxt hadisə nəticəsində ölməsini bilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X26 məhkəmə iclasında ərizə təqdim edərək dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 10 il müddətdir ki, qaynaqçı kimi fəaliyyət göstərir və qaynaqçı kimi Sədərək ticarət mərkəzində yük lifti quraşdırmışdır. 24 dekabr 2020-ci il tarixdə istifadəsində olan mobil telefonuna zəng edən Təqsirləndirilən şəxs2 ondan Sədərək ticarət mərkəzində quraşdırdığı yük liftlərini bəyəndiklərini bildirib onun icarəyə işlətdiyi mağazada da lift quraşdırılmasını istəmiş, o bununla razılaşıb onunla görüşmüşdür. Şaiqlə işlətdiyi mağazada görüşdükdə sonuncu “İdeal Home” mağazasının sağ yan tərəfini göstərərək yük liftinin həmin hissədə quraşdırılmalı olduğunu bildirmiş, həmin vaxt Şaiqin qardaşı Niyaz da yanlarında olmuşdur. Liftin quraşdırılması ilə bağlı xidmətin göstərilməsi ilə əlaqədar 3500 manata Şaiqlə razılaşmışdır. Şaiq həmin pulu mağazanı icarəyə verən Eldəniz ilə yarı-yarı verəcəklərini demişdir. Lakin liftin mühərriki və trosunun (burazın) alınması Şaiqin öhdəliyində qalmışdır. Daha sonra Şaiqin tapşırığına əsasən Şahid1lə birlikdə 8-ci km bazarına gedərək və oradan mühərrik və tros almışdır. Həmin mühərrik və trosa görə Niyazın nə qədər pul verməsi barədə məlumatı olmamışdır. 25 yanvar 2021-ci il tarixdən etibarən qardaşı oğlu Rafət Əşrəfov və tanışı Elsevər ilə birlikdə Sədərək ticarət mərkəzinin ərazisində kənarda böyük sahə ərazisində həmin liftin kənar metal konstruksiyalarını quraşdırıb adını xatırlamadığı kran sürücüsü vasitəsilə həmin dəmir konstruksiyanı Sədərək ticarət mərkəzinin içərisində olan “İdeal Home” mağazasının yanına gətirib birlikdə həmin metal konstruksiyanı quraşdırmağa və mağazanın binasına bərkitməyə başlamışlar. Daha sonra mühərriki yerləşdirib trosları səbətə bağlamışlar. 31 yanvar 2021-ci il tarixdə səhər saat 09 radələrində Rafət və Elsevər ilə birlikdə işə gəlmiş və həmin mağazada Şahid1 olmuşdur. Hadisə baş verməmişdən bir gün əvvəl, yəni 30 yanvar 2021-ci il tarixdə həmin mator mühərrikinin üzərini örtmək üçün şiferdən metal konstruskiya düzəltmiş, 31 yanvar 2021-ci il tarixdə quraşdırdıqları yük qaldırıcı qurğu vasitəsilə həmin şifer qurğunu birlikdə yuxarıda qaldırmağa başlamışlar. Yük qaldıran qurğunun arakəsmələrində metal olduğu üçün şifer konstruksiyanı Rafət, Elsevər və o, əl ilə lift vasitəsilə yuxarı qaldırmağa qərar vermiş, həmin vaxt o, liftin ortasında, sağ tərəfində Elsevər, sol tərəfində isə Rafət dayanmışdır. Birlikdə şiferi əlləri ilə çöl tərəfdən saxlamış, o, Niyaza liftin düyməsinin yerini göstərib düyməni sıxaraq lifti işə salmasını demişdir. Niyaz onun xahişi əsasında düyməni sıxmış və lift hərəkətə başlamışdır. İki dəmirdən qurğunu keçirmiş, üçüncü sonuncu dəmirə çatdıqda hazırladığı metal qurğu liftin metal konstruksiyasına ilişmiş və sıxılmağa başlamışdır. Bu zaman yüksək səs gəlmiş və lift sürətlə aşağı düşmüşdür. Onlar da liftlin içərisində aşağı düşmüşlər, həmin vaxt Elsevər ilə Rafət liftdən kənara yıxılmışlar, o isə liftin içərisində qalmışdır. Ayılıb kənara keçdikdə Rafətin hərəkətsiz , Elsevər isə yaralı vəziyyətdə olduğunu görmüşdür. İşlərin görülməsi ilə əlaqədar Şaiq ilə arasında şifahi razılaşma olmuş, rəsmi sənədləri olmamışdır. O, və onun birlikdə işləyən şəxslər fərdi mühafizə vasitələri və xüsusi geyimlə təchiz olunmamışdır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 Ramil Barat oğlunun ifadəsində göstərdiklərini bir daha təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Zərərçəkmiş şəxs X25 məhkəmə iclasında ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 7 ildir ki, tanıdığı Təqsirləndirilən şəxs1 Barat oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində yerləşən dörd mərtəbəli “İdeal Home” mağazasını icarə müqaviləsi əsasında icarəyə götürmüş və mağazanı heç bir sənəd olmadan, yalnız şifahi razılıq əsasında Təqsirləndirilən şəxs2 icarəyə vermişdir. Təqsirləndirilən şəxs2 həmin mağazada qab-qaçaq və məişət əşyalarının satışı ilə məşğul olmuşdur. Həmin mağazanın birinci mərtəbəsində qab-qacaq və məişət əşyaları, ikinci, üçüncü və dördüncü mərtəbəsi isə anbar kimi istifadə edilmişdir. 2020ci ilin dekabr ayının əvvəllərində İdeal Home mağazasını işlədən Şaiq ona zəng edib mağazaya çağırmış, mağazada olarkən Şaiq quraşdırılmış yük liftinin yaxşı işləmədiyini, əlavə yük lifti quraşdırmaq istədiyini demişdir. O, Şaiq və Şaiqin qardaşı Niyazla birlikdə Sədərək ticarət mərkəzində bir neçə mağazaların yük qaldıran liftinə baxmışlar və həmin yük liftlərinin düzgün formada işlədiyini görmüşlər. Bundan sonra Şaiq xahiş etmiş ki, mağazanın sahibi Eldənizdən mağazaya yükqaldırıcı liftin quraşdırılmasına icazə alsın. O, Eldənizə bu barədə məlumat vermiş, Eldəniz ona heç bir problem olmadığını bildirmiş və buna icazə vermişdir. Sonra Şaiq liftin quraşdırılmasına başlamışdır. O, həmin vaxtdan sonra bir daha liftin quraşdırılması ilə maraqlanmamışdır. 31 yanvar 2021-ci il tarixdə saat 10 radələrində Sədərək ticarət mərkəzində “İdeal Home” mağazasında işləyən Niyaz adlı şəxs ona zəng edərək mağazada yük qaldıran liftin quraşdırılması zamanı bədbəxt hadisənin baş verdiyini bildirmişdir. O, dərhal Eldənizə zəng etmiş və mağazada bədbəxt hadisənin baş verdiyini, təcili mağazaya gəlməsini bildirmiş və özü isə dərhal mağazaya gəlmişdir. Mağazanın yanına çatdığı zaman orada polis və prokurorluq əməkdaşlarını görmüşdür. Mağazanın lift quraşdırılan hissəsinə yaxınlaşdıqda isə aşağıda bir nəfər kişinin hərəkətsiz vəziyyətdə olduğunu, bir nəfər kişinin isə yaralı olduğunu görmüşdür. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdən halhazıradək Sədərək ticarət mərkəzinin sahibindən qardaşı Şaiqlə birlikdə icarəyə mağaza götürmüşdür. İcarəyə götürdüyü mağazanın qarşısında 4 mərtəbəli “İdeal Home” mağazasının icarəyə verildiyini eşidib mağazaya baxdıqdan sonra ilkin olaraq mağazanın birinci mərtəbəsini qardaşı Təqsirləndirilən şəxs2 İlham adlı şəxs vasitəsi ilə icarəyə götürmüş, İlham həmin mağazanın sahibinin Eldəniz adlı şəxs olduğunu demişdir. Bir müddət işlədikdən sonra həmin mağazanın ikinci və üçüncü mərtəbələrini də qardaşı Təqsirləndirilən şəxs2 İlham vasitəsi ilə Təqsirləndirilən şəxs1 icarəyə götürmüşdür. 2020-ci ilin dekabr ayının sonlarında qardaşı Təqsirləndirilən şəxs2 ona mağazanın sağ arxa hissəsində quraşdırılan yük liftinin yaxşı işləmədiyini demiş, bundan sonra qardaşı Şaiqdən eşitmişdir ki, İlhamla danışdıqdan sonra Ramil adlı usta ilə 3500 manat müqabilində yeni lift quraşdırmaq barədə razılığa gəlmişlər. Bundan sonra o, qardaşı Təqsirləndirilən şəxs2 tapşırığına əsasən Ramil ilə əlaqə saxlayıb birlikdə 8-ci km-də yerləşən bazardan yük lifti xatırlamadığı mağazadan 2000 manata mühərrik alıb mağazanın anbarına qoymuşdur. Təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində Ramil dəmir qurğunu, konstruksiyanı kran vasitəsi ilə gətirərək mağazanın sağ arxa hissəsində quraşdırmışdır. Yük lifti quraşdırılan zaman o da yanlarında olmuş və Ramil 3-4 nəfər fəhlə ilə birlikdə işləmişdir. 31 yanvar 2021-ci il tarixdə səhər saat 09 radələrində o, işlədiyi mağazaya getmişdir. Təxminən 5-10 dəqiqə sonra Ramilin işlədiyi şəxslərlə birlikdə mağazanın arxa hissəsinə gələrək yük liftini quraşdırdıqlarını görmüş və onların yanına getmişdir. Həmin vaxt yük liftinin kabinasında Ramil və yanında iki nəfər digər şəxs olmuş, onlar əlləri ilə dəmir təbəqəni tutaraq yuxarı doğru qaldırmışlar. Onlar dəmir təbəqəni qaldırdıqca hər bir dəmir ara kəsmədə dayanmışlar və dəmir ara kəsmələrdən dəmir təbəqəni keçirmişlər. Yük liftinin aşağı hissəsində liftin mühərrikini işə salan pult olmuşdur. Həmin mühərriki işə salan düymə 3 rəngli olmuş, yuxarı hissəsində qırmızı düymə, orta hissədə və aşağı hissədə isə yaşıl rəngli düymə olmuşdur. Ramilin xahişi ilə yük liftinin mühərrikini işə salan yaşıl rəngli düyməni sıxaraq yük liftinin mühərrikini işə salmış, əlini düymədən çəkdiyi zaman isə yük liftinin mühərrikinin dayandığını görmüşdür. O, barmağı ilə yaşıl rəngli düyməni sıxıb saxladıqda yük liftinin dəmir kabinası yuxarı doğru qalxmışdır. Ramil saxla dedikdə o, həmin düymədən barmağını çəkmişdir. Onlar əllərində olan dəmir təbəqəni yuxarıya doğru qaldırmaq istədikləri zaman anidən yük liftinin dəmir trosu qırılmış, fəhlələrin əlində olan dəmir təbəqə və liftin səbəti eyni vaxtda aşağı doğru düşmüşdür. Həmin vaxt o, liftin kabinasında olan iki nəfər kişinin yerə düşdüyünü görmüşdür. O, dərhal təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra İlham adlı şəxsə zəng edərək mağazanın sağ arxa hissəsində bədbəxt hadisənin baş verdiyini, təcili mağazaya gəlməsini bildirmişdir. İş materiallarında olan 31 yanvar 2021-ci il tarixli və 02 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokollardan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzində yerləşən 3 mərtəbəli «İdeal Home» adlanan mağazadır. Mağazanın sağ yan divarına bitişik metal konstruksiyalardan yığılmış iki ədəd lift (qaldırıcı) qurğuları vardır. Hadisə sol tərəfdəki lift qurğusunda baş vermişdir. Həmin qurğu tam quraşdırılmamış, bəzi konstruksiyalar yerləşməmiş vəziyyətdədirlər. Qaldırıcı qurğunun metal konstruksiyalarının əsas dayaq hissələrinin eni 14 sm olan şvellerdəndir. Onların arasında bir-birinə paralel olaraq müxtəlif məsafələrdə eni və qalınlığı 6 sm olan metal profillər vardır. Qurğunun yuxarı hissəsində şvellerlər üzərində quraşdırılmış bucurqad vardır. Bucurqad elektrik mühərriki, reduktor və barabandan ibarətdir. Barabana diametri 12 mm olan polad buraz sarılmışdır. Burazın ucu qırılmış, çıxıntılıdır. Qaldırıcı qurğunun ümumi hündürlüyü 7,12 m, uzunluğu 2,1 m, eni isə 1,9 m-dir. Yerdən 1,7 m hündürlükdə qaldırıcı qurğunun kabinənin dəmir karkası vardır. Həmin kabinənin karkasının uzunluğu 2 m, eni 1,8 m, hündürlüyü isə 2,2 m-dir. Kabinənin kənarlarının və dayaqlarının eni və qalınlığı 8 sm olan metal profillərdəndir. Həmin profillərin üzərində döşəmə kimi qalınlığı 10 mm olan taxta dikt qoyulmuşdur. Diktin üzərində bir ədəd elektrik qaynaq aparatı, qaynaq çubuqları olan kardon qutu, elektrik uzadıcı kabel və onun ucuna birləşdirilmiş elektrik rozetkaları olan yuva vardır. Döşəmənin bir küncündə diametri 12 mm olan polad burazı bağlanmış dəmir qarmaq vardır. Burazın ucları açıqdır. Bir ucunda simlər dartılmış və qırılmış vəziyyətdədirlər. Digər ucunda isə simlər eyni səviyyədə kəsilmiş haldadırlar. Qaldırıcı qurğunun ön tərəfində kabinənin altında yerə sıxılmış vəziyyətdə uzunluğu 2,2 m, eni 1,8 m olan profil tipli dəmir təbəqə vardır. Təbəqə 4x4 sm ölçüdə olan dəmir profilli karkasa bərkidilmişdir. Həmin karkasın orta hissəsində də 4x2 sm olan dəmir profil vardır. Karkasın künclərində dayaq kimi uzunluğu 95 sm, eni və qalınlığı 5 sm olan künclüklər vardır. Yuxarıdakı kabinəyə yaxın olan künclüklər əyilmiş haldadırlar. Dəmir təbəqənin kənarlarında əzilmiş və əyilmiş vəziyyətdədirlər. Ucları bir-birinə dəmir sıxacla bağlanmışlar. Qaldırıcı qurğunun bütün metal konstruksiyaları bir-birinə qaynaqla birləşdirilmişdir. Yerdən 3,8 m hündürlükdə qurğunun dayaqlar arasında qaynaqla birləşdirilmiş, eni və qalınlığı 6 sm olan metal profilin bir ucu qaynaq yerindən qopmuş və profil aşağı çökmüş haldadır. Qaldırıcı kabinənin yuxarı və yuxarı orta hissəsində qarmağın keçirilməsi üçün nəzərdə tutulmuş halqa formalı dəmir təbəqə vardır. Halqanın ortasında olan dəliyin kənarları qeyri-bərabər şəkildə olmaqla diametri təxminən 7 smdir. Kabinənin (səbətin) çöl tərəflərində künc hissələrində cəmi 8 ədəd kabinənin hərəkət etməsi üçün nəzərdə tutulmuş diametri 10 sm olan yastıqlar vardır. Qaldırıcı qurğunun quraşdırıldığı binanın yan divarında qurğuya doğru açılan iki ədəd qapı vardır. Həmin qapılar ikinci və üçüncü mərtəbədə quraşdırılmışlar. Birinci qapıya qədər yerdən hündürlüyü 3,4 m, ikinci mərtəbənin döşəməsindən üçüncü mərtəbədəki dəmir qapının aşağı hissəsinə qədər hündürlüyü 2,8 m-dir. Qapılar qara boya ilə rənglənmişdir. Qaldırıcı qurğunun metal konstruksiyası boz rəngli boya ilə rənglənmişdir. Qaldırıcı qurğunun sağ tərəfdəki dayaq kimi quraşdırılmış şvellerin üzərində 3 düyməli idarə edici pult bərkidilmişdir. Pultun bir düyməsi qırmızı, iki düyməsi isə yaşıldır. Pultdan binaya doğru ağ rəngli izolyasiya örtüyü olan elektrik kabel çəkilmişdir. Həmin kabel binanın daxilində 3-cü mərtəbədə, dəmir qapının yanında divarda bərkidilmiş elektrik lövhəyə daxil olur. Lövhənin içərisində iki ədəd elektrik maqnit buraxıcısı quraşdırılmışdır. Lövhədən çıxan ağ rəngli izolyasiya örtüyü olan kabel lövhənin yanında divarda bərkidilmiş 3 düyməli pulta birləşdirilmişdir. Lövhədən çıxan digər ağ rəngli izolyasiya örtüyü olan 4 damarlı mis elektrik kabeli binanın 3-cü mərtəbəsindəki ümumi elektrik lövhəsinə daxil olaraq, həmin lövhənin içərisindəki 25 amperlik «Siemens» tipli 3 qütblü elektrik avtomat açarına birləşdirilmişdir. Qaldırıcı qurğunun konstruksiyasının dayaqlarının qarşısında X10 meyiti aşkar edilmişdir. Hadisə yerindən qaldırıcı qurğunun qarmağı və polad burazı götürülmüşdür. İş materiallarında olan Hadisə yerinə baxış keçirilməsi haqqında 22 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokollardan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Heybət Stansiyasında” yerləşən “Sədərək” ticarət mərkəzinin “İdeal Home” mağazası adlanan tikilisi 3 mərtəbəli olmaqla əlavə mansardan ibarətdir, binanın konstruksiyası, mişar daşından və beton konstruksiyadan inşa edilmişdir. Binanın sağ yan hissəsində binaya bitişik şəkildə şveller və metal profillər vasitəsi ilə qaldırıcı qurğu quraşdırılmış və binanın divarlarına bərkidilmişdir. Qurğunun eni 190 sm, uzunluğu 2 metr, hündürlüyü 11 metr təşkil edir. Binanın layihəsi ilə qaldırıcı qurğu ekspert tərəfindən müqayisə edilmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 15 nömrəli, 22 fevral 2021-ci il tarixli rəyindən görünür ki, X10 meyitinin baş beyin toxunmasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan alın, sol gicgah, hər iki təpə sümüklərinin kəllə əsasına keçən çoxsaylı qəlpəli sınıqları, sol tərəfli İV-V-Vİ qabırğaların, burun sümüklərinin və sol almacıq sümüyünün yerini dəyişən sınıqları, sol göz almasının travmatik evakuasiyası, sol göz ətrafı, üst dodağın sol yarısının, sol yanağın toxuma defekti ilə müşayiət olunan əzilmiş yaraları, başın sağ təpə nahiyəsinin, sağ qaş nahiyəsinin və sol qoltuqaltı nahiyənin əzilmiş yaraları, sol bazunun və saidin sıyrıqları aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşya təsirindən yaranmışlar, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla qərarda göstərilən 31 yanvar 2021-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcələrinə görə, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Qeyd edilən xəsarətlər zərərçəkmişin göstərilən şəraitdə mərhumun hündürlükdən yıxılması nəticəsində yarana bilərdilər. Rafət Əşrəfovun ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, alın, sol gicgah, hər iki təpə sümüklərinin kəllə əsasına keçən çoxsaylı qəlpəli sınıqları olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 7/80 nömrəli, 08 may 2021-ci il tarixli rəyindən görünür ki, X11 bədən səthində sağ bazunun aşağı 1/3-nin əzilmişcırılmış yarası ilə müşayiət olunan sağ bazu sümüyünün blokunun və sağ mil sümüyünün başının açıq sınıqları və sol budun əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 31 may 2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 16 fevral 2021-ci il tarixli, 3/238 nömrəli rəyindən görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş buraz hissələri əvvəllər bütövlük təşkil etmişlər, dartınma nəticəsində bir-birindən qopub ayrılması istisna edilmir. Burazların üzərində xüsusi əlamətlər olmadığı üçün qırılmış hissədə əvvəlcədən hər hansı nasazlıq və zədə olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Məhkəmə-texniki təhlükəsizlik ekspertizasının 10/1159 nömrəli, 23 aprel 2021-ci il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Sədərək” Ticarət Mərkəzində yerləşən “İDEAL HOME” mağazasında heç bir layihə və texniki sənədlər tərtib edilmədən, müvafiq icra orqanlarından icazələr alınmadan, liftlərin hazırlanması üzrə ixtisaslaşdırılmış və bu fəaliyyətlə məşğul olmasına icazəsi (lisenziyası) olmayan şəxslər tərəfindən yük liftlərinin quraşdırılmasına icazə verildiyinə və bu işlərin görülməsinə cəlb edilmiş işçilərə fərdi vasitələr (qoruyucu dəbilqələr, təhlükəsizlik kəməri və s.) verilmədiyinə, eləcə də onlarla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri”nin 2, 3, 11-ci bəndlərinin, “Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydaları”nın 2.1.5, 2.1.6, 3.1.3-cü bəndlərinin, “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4- 80 saylı “Tikinti norma və qaydaları”nın 1.11, 1.19, 1.20, 2.26 bəndlərinin və 08 may 2017-ci il tarixli 65**-TS-***, 01-45hş-HŞ 2017 nömrəli icarə müqaviləsinin “a” və “k” bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbidir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Sədərək” Ticarət Mərkəzində yerləşən “İDEAL HOME” mağazasında heç bir layihə və texniki sənədlər tərtib edilmədən, müvafiq icra orqanlarından icazələr alınmadan, liftlərin hazırlanması üzrə ixtisaslaşdırılmamış və bu fəaliyyətlə məşğul olmasına rəsmi icazəsi (lisenziyası) olmayan şəxslər tərəfindən yük liftlərinin quraşdırılmasına icazə verildiyinə “Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri”nin 2, 3, 11 bəndlərinin, “Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydaları”nın 2.1.5, 2.1.6, 3.1.3 bəndlərinin və 08 may 2017-ci il tarixli 65**-TS-***, 01-45hş-HŞ 2017 nömrəli icarə müqaviləsinin “a” və “k” bəndlərinin tələbləri həmin mağazanı icarəyə götürmüş, fiziki şəxs Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur.Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Sədərək” Ticarət Mərkəzində yerləşən “İDEAL HOME” mağazasında heç bir layihə və texniki sənədlər tərtib edilmədən, müvafiq icra orqanlarından icazələr alınmadan, liftlərin hazırlanması üzrə ixtisaslaşdırılmamış və bu fəaliyyətlə məşğul olmasına rəsmi icazəsi (lisenziyası) olmayan şəxslər tərəfindən yük liftlərinin quraşdırılmasına icazə verildiyinə və bu işlərin görülməsinə cəlb edilmiş işçilərə fərdi vasitələr (qoruyucu dəbilqələr, təhlükəsizlik kəməri) verilmədiyinə, eləcə də onlarla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilmədiyinə görə “Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri”nin 2,3, 11 bəndlərinin, “Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydaları”nın 2.1.5, 2.1.6, 3.1.3 bəndlərinin və “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.11, 1.19, 1.20, 2.26 bəndlərinin tələbləri şifahi razılıq əsasında mağazanı icarəyə götürmüş, fiziki şəxs Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. İş materiallarında olan əlavə məhkəmə-texniki təhlükəsizlik ekspertizasının 10/2031 nömrəli, 21 may 2021-ci il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Sədərək” Ticarət Mərkəzində yerləşən “İDEAL HOME” mağazasında heç bir layihə və texniki sənədlər tərtib edilmədən, müvafiq icra orqanlarından icazələr alınmadan, liftlərin hazırlanması üzrə ixtisaslaşdırılmamış və bu fəaliyyətlə məşğul olmasına rəsmi icazəsi (lisenziyası) olmayan şəxslər tərəfindən yük liftlərinin quraşdırılmasına icazə verildiyinə “Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri”nin 2, 3, 11 bəndlərinin, “Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydaları”nın 2.1.5, 2.1.6, 3.1.3 bəndlərinin və 08 may 2017-ci il tarixli 65**-TS-***, 01-45hş-HŞ 2017 nömrəli icarə müqaviləsinin “a” və “k” bəndlərinin tələbləri həmin mağazanı icarəyə götürmüş, fiziki şəxs Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Sədərək” Ticarət Mərkəzində yerləşən “İDEAL HOME” mağazasında heç bir layihə və texniki sənədlər tərtib edilmədən, müvafiq icra orqanlarından icazələr alınmadan, liftlərin hazırlanması üzrə ixtisaslaşdırılmamış və bu fəaliyyətlə məşğul olmasına rəsmi icazəsi (lisenziyası) olmayan şəxslər tərəfindən yük liftlərinin quraşdırılmasına icazə verildiyinə və bu işlərin görülməsinə cəlb edilmiş işçilərə fərdi vasitələr (qoruyucu dəbilqələr, təhlükəsizlik kəməri) verilmədiyinə, eləcə də onlarla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilmədiyinə görə “Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri”nin 2,3, 11 bəndlərinin, “Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydaları”nın 2.1.5, 2.1.6, 3.1.3 bəndlərinin və “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.11, 1.19, 1.20, 2.26 bəndlərinin tələbləri şifahi razılıq əsasında mağazanı icarəyə götürmüş, fiziki şəxs Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. İş materiallarında olan təkrar məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 10/4679 nömrəli 24 sentyabr 2021-ci tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin ərazisində “İdeal Home” adlı mağazada quraşdırılan liftin konstruktiv hissələrinin (konkret halda örtük üçün nəzərdə tutulmuş metal lövhənin) quraşdırılması tam başa çatmamış və müvafiq təhlükəsizlik cihazları ilə təchiz edilməmiş həmin yük lifti vasitəsilə qaldırılması zamanı, kabinə hissəyə sığmayan yükün lift şaxtasının dəmir konstruksiyasına (şvellerə) ilişməsi və nəticədə yük daşıyan burazın dartılaraq qırılması baş vermiş hadisənin texniki səbəbi olmuşdur.Baş vermiş hadisə ilə əlaqədar «Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri»nin 2, 3, 11 bəndlərinin, «Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydaları»nın2.1.5, 2.1.6, 3.1.3bəndlərinin, «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı “Tikinti Norma və Qaydaları”nın 1.11, 1.19, 1.20, 2.26 bəndlərinin və iş materiallarında olan 08 may 2017-ci il tarixli 65**-TS-***, 01-45hş-HŞ 2017 nömrəli icarə müqaviləsinin «a», «k» bəndlərinin tələbləri pozulmuşdur.Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzinin ərazisində “İdeal Home” adlı mağazada əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırılmalar keçirilməmiş, liftlərin hazırlanması üzrə ixtisaslaşmamış və bu fəaliyyət üçün rəsmi icazəsi (lisenziyası) olmayan şəxslər tərəfindən yük liftinin quraşdırılmasına icazə verildiyinə, eləcə də bu işlərə cəlb olunmuş işçilər fərdi mühafizə vasitələri (dəbilqə, qoruyucu kəmər və s.) ilə təmin edilmədiklərinə görə, «Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri»nin 2, 3, 11 bəndlərinin, «Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydaları»nın 2.1.5, 2.1.6, 3.1.3bəndlərinin və «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı “Tikinti Norma və Qaydaları”nın 1.11, 1.19, 1.20, 2.26 bəndlərinin tələbləri şifahi razılıq əsasında mağazanı icarəyə götürmüş fiziki şəxs Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzinin ərazisində “İdeal Home” adlı mağazada layihə üzrə nəzərdə tutulmamış liftin quraşdırılmasının bu işlər üzrə ixtisaslaşmamış və bu fəaliyyətlə məşğul olmasına rəsmi icazəsi (lisenziyası) olmayan, həmçinin fərdi mühafizə vasitələri ilə təmin edilməmiş şəxslər tərəfindən aparılmasına yol verildiyinə görə, «Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri»nin 2, 3, 11 bəndlərinin, «Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydaları»nın2.1.5, 2.1.6, 3.1.3bəndlərinin, «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı “Tikinti Norma və Qaydaları”nın 1.11, 1.19, 1.20, 2.26 bəndlərininvə 08 may 2017-ci il tarixli 65**-TS-***, 01-45hş-HŞ 2017 nömrəli icarə müqaviləsinin «a», «k» bəndlərinin tələbləri icarə müqaviləsinə əsasən həmin mağazanı icarəyə götürmüş fiziki şəxs Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur. İş materiallarında olan 08 may 2017-ci il tarixli, 65**-TS-*** 01-45 hş-ŞH 2017 nömrəli icarə müqaviləsindən görünür ki, həmin Müqavilə “Sədərək” firmasının direktoru icarəyəverən X9 ilə icarəyə götürən Təqsirləndirilən şəxs1 arasında bağlanmaqla həmin Müqavilənin “a” və “k” bəndlərinə əsasən icarəyəgötürən icarəyə götürdüyü sahəni sanitar gigiyenik normalara uyğun surətdə saxlamalı, yanğın, texniki təhlükəsizlik, əməyin mühafizəsi və elektrik təhlükəsizliyi qaydalarına əməl etməli, icarəyə götürdüyü binanın içərisində «icarəyəverən»lə yazılı surətdə razılaşdırılmadan binanın xarici və daxili konstruksiyasını dəyişə biləcək əsaslı təmir işlərini aparmamalı, xırda təmir işləri apardığı və obyektdə avadanlıq quraşdırıldığı zaman yanğın, texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görməli, «Sahibkar» kimi üçüncü şəxslərə qeyri yaşayış sahəsini «İcarəyəverən»in xəbəri olmadan heç bir halda icarəyə verməməli olmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 23 fevral 2011-ci il tarixdə **********2 nömrəli VÖEN əsasında sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 22 iyul 2011-ci il tarixdə ********** nömrəli VÖEN əsasında sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “Sədərək” firmasının 52 nömrəli, 17 mart 2021-ci il tarixli məktubundan görünür ki, “Sədərək” firmasına məxsus olan “Sədərək” ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs1 arasında bağlanmış 08 may 2017-ci il tarixli icarə müqaviləsi əsasında tərəflər arasında münasibətlər tənzimlənir. Yük qaldırıcı qurğunun quraşdırılmasına icazə verilməsi səlahiyyəti “Sədərək” firmasına məxsus deyildir. Bundan başqa tikinti işləri aparılarkən həmin Müqavilənin 2.2-ci bəndinə əsasən təhlükəsizlik qaydalarına riayət edilməsi sahibkar üzərinə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi tərəfindən verilmiş xx/xx-06905 nömrəli, 24 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, istismar olunan binada qaldırıcı qurğuların sonradan quraşdırılması yenidənqurma işlərinə aid olduğundan həmin işlərin aparılmasına Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.9, 3.0.17, 74.1 və 75-ci maddələrinə uyğun olaraq icazəverici orqan tərəfindən verilmiş icazə əsasında həyata keçirilə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş XO-xx-xx-2021-0671 nömrəli, 27 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət dəmiryolu stansiyasının cənub-şərqində yerləşən “sədərək” ticarət mərkəzinin ərazisində tikilmiş “İdeal Home” mağazasına lift quraşdırılması ilə bağlı Komitədə sənədləşmə işləri aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X8 və X18 Agentliyi tərəfindən verilmiş xx/xx-03745 nömrəli, 24 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət dəmiryolu stansiyasının cənub-şərqində yerləşən “sədərək” ticarət mərkəzinin ərazisində tikilmiş “İdeal Home” mağazasına yük liftinin quraşdırılması, istismara qəbulu və təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Agentliyə müraciət daxil olmamışdır. Zərərçəkmiş şəxs1, X25 və X24 tərəfindən “Liftlərin quraşdırılması və təmiri” fəaliyyət növünə lisenziya verilməsi ilə bağlı, həmçinin qanunvericiliyə uyğun olaraq lisenziya verilməsinə rəy bildirilməsi üçün İqtisadiyyat Nazirliyindən müraciət daxil olmamışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 81 saylı Mənzil-Kommunal İstismar sahəsinin 01/161 nömrəli, 20 aprel 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Sabunçu rayonu, A.Bakıxanov qəsəbəsi, keçid 938, ev 32, mənzil 54-də azyaşlı, 2015-ci il təvəllüdlü X5, 2015-ci il təvəllüdlü X14 və həyat yoldaşı X7 ilə birlikdə yaşayır. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin 1271 nömrəli, 04 may 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında azyaşlı övladları - 2006-cı il təvəllüdlü X27, 2008-ci il təvəllüdlü X20, 2015-ci il təvəllüdlü X21, 2015-ci il təvəllüdlü X22 və həyat yoldaşı X15 ilə birlikdə pasport qeydiyyatındadır. İş materillarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvəllər məhkum edilməmişdir. İş materillarında olan materillarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli tam sübuta yetirilir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 222.3 və 222-1.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X12 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X16 Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin saksiyasında nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməlini etiraf tötətməsini törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının və işləməyən arvadının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə edərək ona qarşı şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli tötətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı, bir yetkinli yaşına çatmayan uşağı və işləməyən arvadının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə edərək ona qarşı şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasındfa nəzərdə tutulmuş müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, onlara cəza təyin edərkən törətdikləri əməli etiraf etmələrini, əməlindən səmimi peşman olmalarını və digər məsuliyyəti yüngüləşdirən halları nəzərə alaraq onların azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X16 təyin edilmiş cəzanı çəkmədən islah olunmalarını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən vəzifələrdən birini, yəni onların davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Baş Prokurorluğun İstintaq İdarəsinin maddi sübutların saxlanması üçün nəzərdə tutulmuş otağında saxlanılan qaldırıcı qurğunun qarmağı və polad buraz Təqsirləndirilən şəxs1 qaytarılmaldır. İş üzrə 564 (beş yüz altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi4 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-ci maddələrini rəhbər tutaraq,məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 222.3 və 222-1.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 222.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 04 (dörd) il azadlıqdan məhrum etmə cəzasına, CMnin 222-1.3-cü maddəsi 01 (bir) il 06 (altı) ay sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə ona qəti olaraq 02 (iki) il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 05 (beş) il azadlıqdan məhrum etmə cəzasın təyin edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 222.3 və 222-1.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 222.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 04 (dörd) il azadlıqdan məhrum etmə cəzasına, CMnin 222-1.3-cü maddəsi 01 (bir) il 06 (altı) ay sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə ona qəti olaraq 02 (iki) il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 05 (beş) il azadlıqdan məhrum etmə cəzasın təyin edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə, sinaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra şöbələrinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Baş Prokurorluğun İstintaq İdarəsinin maddi sübutların saxlanması üçün nəzərdə tutulmuş otağında saxlanılan qaldırıcı qurğunun qarmağı və polad buraz Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə 564 (beş yüz altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi4 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar