Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-15/2023 25.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasi vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 8-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşamış, ünvan 2 hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə olan heroini qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlayıb daşımış 27 may 2022-ci il tarixdə saat 21:15 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 32A ünvanının yaxınlığında Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saxlanılmış və polis bölməsinə gətirilmişdir. Polis bölməsində üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,478qr., 0,020qr., 0,028qr., 0,079qr., 0,048qr., 0,064qr., 0,072qr., 0,069qr., 0,046qr. 0,063qr., 0,083qr., ümumi təmiz çəkisi 1,050 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin satışı ilə məşğul olmur, yalnız narkotik vasitə istifadə edir. xx.xx.2022-ci il tarixdə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı ona narkotik vasitə almağı təklif etmiş, o da narkotik vasitə istifadə etdiyi üçün onun təklifi ilə razılaşmışdır. Sosial şəbəkə vasitəsilə həmin şəxslə yazışmış, lakin onunla heç vaxt görüşməmişdir. Həmin İİR vətəndaşı tərəfindən ona verilmiş hesab nömrəsinə 25 manat pul köçürmüş və özü üçün heroin istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində həmin İİR vətəndaşının ona bildirdiyi yerə, yəni Lökbatan qəsəbəsində yerləşən stadionun yanına getmiş və oradan yerdən 11 büküm narkotik vasitə olan heroini götürüb cibinə qoymuşdur. Daha sonra o, həmin bükümləri siqaretin gümüşü kağızına büküb özündə saxlamışdır. Həmin tarixdə saat 21:15 radələrində iki nəfər mülki geyimdə olan şəxslər ona yaşadığı evin yaxınlığında yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları ondan adını soyadını soruşmuşlar o da özünü onlara təqdim etmişdir. Daha sonra, onu polis bölməsinə aparmışlar və polis bölməsində xidməti otaqların birində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə aparılmış, lakin bu hərəkət aparılmazdan əvvəl ondan üzərində qanunla daşınması qadağan olunmuş əşyaların olub-olmaması soruşulmuş və əgər varsa təqdim etmək təklif olunmuşdur. O da əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 11 büküm narkotik vasitə olan heroini çıxarmış və masanın üzərinə qoymuşdur. O, üzərində olan narkotik vasitəsini tanımadığı İİR vətəndaşından özünün istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümlər zərfə qoyularaq möhürlənmiş, imzalanmış və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əvvəlllər narkotik vasitəsinin tiryək növündən istifadə etmişdir. Lakin davamlı ağrıları olduğu üçün heroin istifadə etməyə başlamışdır. Bundan başqa, heç kəsə narkotik və ya psixotrop maddə satmamış və ya kiməsə pay olaraq narkotik vasitə bağışlamamışdır. O, yalnız özünü narkotik istifadəçisi olmaqda təqsirli bilir. Göstərilənləri nəzərə alaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan videogörüntü və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 27 may 2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-yə əməliyyat məlumatı daxil olmuşdur ki, Qaradağ rayonu Qobustan qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, daşınması və üzərində saxlanması ilə məşğul olur, ona görə də Qaradağ RPİnin 11-ci PB-də əməliyyat qrupu təşkil edilmişdir. O da həmin qrupun üzvü təyin edilmişdir. Bundan sonra əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs Qaradağ rayonu, ünvan 4 ünvanının qarşısında saxlayaraq Qaradağ RPİ-nin 11-ci PB-yə gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində dəvət edilmiş vəkilin iştirakı və videoçəkiliş aparmaqla şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması qadağan olan əşyaların olubolmaması və əgər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən 11 ədəd bükümü çıxarmış və masanın üzərinə qoymuşdur. Həmin bükümdə olan maddələrin “«kokos»” olduğunu və öz istifadəsi üçün tanımadığı İİR vətəndaşına onlayn şəkildə 25 manat ödəməklə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər 11 ədəd büküm zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir, həmin protokol və zərf imzalanmışdır. Həmçinin Şahid1 ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki. ərazidə əməliyyat tədbirləri həyata keçirən polis əməkdaşları olaraq, onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin məhz satışı ilə məşğul olması barədə əvvəllər də məlumatlar daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PBnin əməliyyat müvəkkili Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materialına əlavə olunmuş qərardan görünür ki, cinayət işi 28 may 2022-ci il tarixində başlanmışdır. Cinayət işinin 21 vərəqəsində olan 27 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-69-cu vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 29 may 2022-ci il tarixli, 4(002)-101/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 may 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 may 2022-ci il tarixli, 6/3018 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində "...Təqsirləndirilən şəxs götürülmüş..." sözləri zərfdəki 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,478 qr., 0,020 qr., 0,028 qr., 0,079 qr., 0,048 qr., 0,064 qr., 0,072 qr., 0,069 qr., 0,046 qr., 0,063 qr., 0,083 qr., ümumi təmiz çəkisi 1,050 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in İ siyahısına daxildir. Ekspertiza tədqiqatına 0,110 qram heroin, sərf olunmuş, heroinin qalığı 0,940 qram təşkil edir. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 16 iyul 2022-ci il tarixli, 3853 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 79-cu vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 17 iyun 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 87-91-ci vərəqələrində olan 04 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 01 ədəd CD disk maddi sübut kimi tanınmış, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 1.050 qram narkotik vasitə heroin maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,940 qram narkotik vasitə heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 94-97-ci vərəqələrində olan ünvan 2 hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, o, Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanışdır. Cinayət işinin materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 26 sentyabr 2022-ci il tarixli, 21-1/3-15943-16 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə ona təyin olunmuş cəzanın 01 ay 08 gününü çəkmiş, 02 il 10 ay 18 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin materiallarında olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 27 may 2022-ci il tarixdə, saat 22:35-dən saat 22:50-dək qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərində ola biləcək qanunsuz əşyaların təqdim etməsi təklif edilmiş, o, əynindəki boz rəngli şalvarın sol yan cibindən siqaretin gümüşü kağız kəsiyindəki 11 ədəd bükümləri masanın üzərinə qoyaraq həmin bükümlərdə «kokos» olduğunu bildirmişdir. Qeyd olunan «kokos»u sosial şəbəkədə tanış olduğu tanımadığı İİR vətəndaşından, öz istifadəsi üçün onun hesabına onlayn şəkildə 25 manat pul köçürməklə xx.xx.2022-ci il tarixdə Lökbatan qəsəbəsi stadionun yanından yerdən götürdüyünü bildirmişdir. X3 təqdim etdiyi siqaretin gümüş kağız kəsiyindəki 11 ədəd bükümlər açılmış bükümlərin içərisindən qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik maddə olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Həmin narkotik vasitədən gün ərzində normadan artıq istifadə etdiyi üçün özü hissələrə bölərək üzərində daşıdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü kağız kəsiyində olan, narkotik maddə heroinə oxşar kütlələr, 11 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 223 saylı möhürü ilə möhürlənərək götürülmüş, əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 91-93-cü vərəqələrində olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü Yusif adlı və xx.xx.2019-cu il təvəllüdlü Rusif adlı azyaşlı övladları var. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etməsi, saxlaması, daşıması və satma cinayətini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskində olan video görüntülərlə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə də uyğunluq təşkil etmir. Belə ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 may 2022-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməli könüllü olaraq etiraf etmişdir. Əməlindən peşman olduğunu və narkotik vasitənin istifadəsinə görə məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyini qeyd etmişdir. Həmçinin, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli 1(002)-47/2022 nömrəli hökmündən görünür ki, 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində çəkisi 1,131 qram, 1,285 qram, 1,206 qram olmaqla ümumi təmiz çəkisi 3,622 qram olan 3 büküm kustar üsulla hazırlanmış tiryək aşkar edildiyi üçün Azərbaycan Respublikası CM-in 234.2 ci maddəsi ilə onun barəsində cinayət işi başlanmış və istintaqı aparılmışdır. Lakin, məhkəmədə yarada bildiyi inam nəticəsində onun əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmuş və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən onun tutma altında olduğu müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün qəti cəza saxlanılmışdır. Göründüyü kimi, ilkin cinayət əməli ilə bağlı məhkəmə istintaqı zamanı məhkəmədə narkotik vasitədən istifadəsi barədə yaratdığı inamdan sonra özündə arxayınlıq və əminlik hiss edərək ona təyin olunmuş cəzanın hələ 01 (bir) ayını çəkmədən narkotik vasitəni satış məqsədi ilə daşımasına davam etmiş və o, növbəti dəfə 11 (on bir) büküm narkotik vasitə olan heroinlə tutulmuşdur. Bundan başqa, məhkəmə iclasında ifadəsində üzərində aşkar olunmuş narkotik vasitəni hazır bükümlərdə əldə etdiyini qeyd etsə də, CD diskdə olan videoçəkiliş məhkəmə iclasında tədqiq edilərkən narkotik vasitəni öz istifadəsi üçün məhz özünün bükümlərə ayırması barədə ifadə verməsi müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilərkən verdiyi ifadəsini məhkəmə iclasında dəyişməsi onun narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı yaranan cinayət məsuliyyətindən xilas olmaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, Güclü təsir edən və zəhərli maddələrin qanunsuz maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyul 1997-ci il tarixli, 1 saylı qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, məhkəmələrə izah edilsin ki, narkotik vasitələrin hazırlanması dedikdə hər hansı hərəkətlər nəticəsində narkotik vasitələrin istehlak üçün hazır vəziyyətə gətirilməsi, müvafiq icazə olmadan narkotik vasitənin qatılıq və onun narkotik təsir dərəcəsinin artırılması məqsədilə yenidən emal edilməsi və təmizlənməsi başa düşülməlidir. Belə ki, satma dedikdə, narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması başa düşülməlidir (satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurmaq və s.) Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, himayəsində 2 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasına baxmayaraq, iki il keçmədən, yəni 27 may 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ünvan 2 qərarı ilə sonuncunun üzərində saxlanılmış və çəkilməmiş 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 (bir) il 05 (beş) ay 09 (doqquz) gün müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 27 may 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 16 iyul 2022-ci il tarixli, 3853 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cinayət-hüquqi xarakterli tədbir cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut olan və Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,940 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 ibtidai istintaq dövründə 45 (qırx beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş 45 (qırx beş) saat hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 60 (altmış) saat hüquqi yardıma görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ünvan 2 hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01(bir) il 05 (beş) ay 09 (doqquz) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,940 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş 45 (qırx beş) saat hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 60 (altmış) saat hüquqi yardıma görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-15/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-15/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver