Məhkəmə qərarları › İş №1(002)-15/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-15/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-15/2024 23.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Şamaxı rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarına əsasən cəzadan 01 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmış, xx.xx.2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış icraata CM-nin 40.2-ci maddəsinə əsasən xitam verilmiş və məhkumluğu ödənilməmiş, Qobustan rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massivi, bağ sahələri ünvanında yaşamış, ünvan 2addəsi ilə istintaqı aparılmış cinayət işi üzrə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 29 aprel 2015-ci il tarixli, 2(002)-1919/2015 nömrəli qətnaməsi ilə cavabdeh kimi ondan 29 iyul 2014-cü il tarixdən başlayaraq övladı xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108,00 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməsinə dair məhkəmə aktının olmasını nəzərə almayaraq, onların icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə Qaradağ Rayon Məhkəməsinin 3(002)-15/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati qaydada cərimə edilməsinə, icra məmuru tərəfindən icra sənədlərindəki tələbin icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq olunmasına baxmıyaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2023-cü il tarixədək məhkəmə aktı üzrə cəmi 11340,00 manat aliment borcunu X4 ödəməyərək məhkəmənin qanuni quvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə, eləcə də sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla ədalət mühakiməsi mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqasirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, aliment ödənilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsini icra etməmiş və onun on bir min manatdan artıq aliment borcu yaranmışdır.Hal-hazırda aliment borcunu ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir.Qeyd edilənlərə əsasən işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs alimentin ödənilməsinə dair məhkəmə qərarını qərəzli şəkildə icra etməmişdir.2015-ci ildən etibarən Təqsirləndirilən şəxs ona on bir min manatdan artıq aliment borcu vardır. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona olan borcun tam olaraq ödənildiyini və ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 29 iyul 2014-cü il tarixdən hesablanmaqla övladı xx.xx.2010-cu il təvəllüdlü X3, yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 108,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Qaradağ Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 29 aprel 2015-ci il tarixli, 2(002)-1919/2015 nömrəli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin məhkəmənin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati qaydada cərimə olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən tarixədək 11340,00 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək məhkəmənin qanuni quvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə aliment borcunu ödəməkdən yayınmışdır. Borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və qətnamədə göstərilən tələbi yerinə yetirmədiyi üçün sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə iclasında şahid Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru Şahid2 eyni məzmunlu ifadə verərərək şahid X6 ifadəsində göstərilmiş xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə rəsmi xəbərdardıqlardan, 3(002)-15/2022 saylı xx.xx.2022-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə qərarın icra edilməməsi barədə xəbərdarlıq olunaraq inzibati məsuliyyətinə cəlb edilməsinə baxmayaraq qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzadan 01 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmış, xx.xx.2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış icraata CM-nin 40.2-ci maddəsinə əsasən xitam verilmiş və məhkumluğu ödənilməmişdir. İş materiallarından görünür ki, Qasımov X7 RPİ-in İŞ-nin tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaqı aparılmış cinayət işi üzrə həbsdə olduğu üçün barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 iyul 2023-cü il tarixli qərarıından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxsin həmin maddənin “Qeyd” hissəsinə əsasən təkrarən cinayət məsuliyyətindən azad edilməsi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, məhkəmə qətnaməsini tam icra edərək zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı Şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 306.1, CPM-nin 40, 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı Şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar