Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-15/2025 10.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzadan 02 ay 10 gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda ümumi miqdarı 0,459 qram olan heroini üzərində saxlamaqla Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində daşımış, 09 aprel 2024-cü il tarixdə, saat 15:00-da Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 28 may küçəsində saxlanılıb Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilərək xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən həmin çəkidə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, qeyd olunan tarixdə çağırış əsasında polis bölməsinə gəlmiş və bölmədə polis əməkdaşları tərəfindən saxlanılmışdır.Polis bölməsində üzərinə baxış keçirilmiş və narkotik vasitə aşkar edilmişdir.Lakin onun üzərində heç bir narkotik vasitə olmamışdır.Narkotik vasitə onun üzərinə qoyulmuşdur.Qeyd edilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis şöbəsində olarkən ona qarşı heç bir zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz gəzdirilməsi və istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində saxlanılaraq 10-cu polis şöbəsinə gətirilmişdir.Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onun üzərindən narkotik vasitə kakaos (heroin) aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbirində o və şöbənin sahə inspektoru Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs olğuna polis şöbəsində heç bir təzyiq göstərilməmişdir və narkotik vasitə onun üzərində olmuşdur. Məhkəmə iclasında Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru vəzifəsində işləmiş Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi fakta görə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:20 də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10.00-da təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saxlanıldığı MSY-dən azad etmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 09 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçi X1, Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 və həmin şöbənin sahə inspektoru Şahid2 oğlunun iştirakları ilə şəxsi axtarış və götürmə aparılır.Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sag yan kiçik cibindən bir ədəd sellofan bükülünü çıxarıb təqdim edir. Həmin büküm açılaraq baxış keçirilir və bükümün içərisindən qəhvəyi rəngli, toz şəklində olan maddə aşkar olunur. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğunu soruşulan zaman onun kakos (heroin) olduğunu və Hökməli qəsəbəsindən Alik adlı şəxsdən istifadəsi üçün aldığını bildirir.Daha sonra müdafiəçi tərəfinən Təqsirləndirilən şəxs polis şöbəsndə zorakılığa məruz qalması ilə bağlı sual verilir.Təqsirləndirilən şəxs cavabında həmin halların baş vermədiyini bildirir. Daha sonra isə həmin büküm iştirakçıların qarşısında zərfə qoyularaq qablaşdırılır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1962 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Zərflər üçün №222 dairəvi möhür əksi «Gətirilmiş şəxs (imza) Təqsirləndirilən şəxs,» yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,459 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3340 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,459 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd «DVD» disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut hesab edilmiş, 01 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,409 qram narkotik vasitə heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Qaradağ Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzadan 02 ay 10 gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işi üzrrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbi ilə xitam verilmiş və iş üzrə icraat CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlini etiraf etməyərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə ifadə versə də, həmin əməl işin faktiki halları və şahid ifadələri, şəxsi axtarışgötürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı qeydə alınmış videgörüntü ilə təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, iş materialllarında olan şəxsi axtarış-götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı qeydə alınmış videgörüntüdən də göründüyü kimi, təhqiqatçı və müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hər-hansı bir təzyiq göstərilməsi, eyni zamanda narkotik vasitənin ona məxsus olub-olmaması barədə suallar verilmiş və Təqsirləndirilən şəxs cavabında həmin narkotik vasitənin özünə məxsus olduğunu, polis şöbəsində bununla bağlı təzyiqə məruz qalmadığını bildirmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan sonra iki il keçmədən 02 aprel 2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlində məsuliyyətini ağırlaşdıran hal olaraq cinayətin residivin olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, ona cəza təyin edilərkən nəzərə alınmaldır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, onun axtarış nəticəsində tutulduğu vaxtdan, yəni 25 oktyabr 2024-cü il tarixdən hesablanmaldır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 80 (səksən) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş bir ədəd kağız bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0.409 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış-götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı qeydə alınmış videgörüntünü əks etdirən 01 ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.. Cəzasının əvvəli 25 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 80 (səksən) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş bir ədəd kağız bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0.409 qram narkotik vasitə heroin məhv edilsin və şəxsi axtarış-götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı qeydə alınmış videgörüntünü əks etdirən 01 ədəd kompakt disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-15/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-15/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver