Məhkəmə qərarları › İş №1(002)-150/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-150/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-150/2021 21.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (himayəsində bir azyaşlı uşağı olan), məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyəti ilə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Şahid2 ilə birlikdə xx xxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, yeni massivdə yerləşən saxlanc yeri olan “Manqal” restoranına plastik pəncərədən qanunsuz daxil olmaqla oradan dəyəri 1200 manat təşkil edən bir ədəd “Samsung” markalı plazma televizor və bir ədəd dəyəri 250 manat təşkil edən videokameranın blok aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur. Son zamanlar maddi sıxıntıları olurmuş, pulsuzluqdan əziyyət çəkirmiş, dolana bilmirmiş. Şahid2 onun qonşusudur, onunla yaxşı münasibətləri vardır. 2020-ci ilin may ayında ona və Cəfərə təcili pul lazım olmuşdur, lakin heç bir yerdən pul tapa bilməmişlər. Buna görə də oğurluq etmək qərarına gəlmişlər. xx xxx 2020-ci il tarixə keçən gecə saat 03 radələrində Qaradağ rayonu, Puta qəsəbəsində gəzən zaman qarşılarına qonşu Ayazın işlətdiyi «Manqal» restoranı çıxmış və o, Cəfərlə birlikdə həmin restorandan oğurluq etmək qərarına gəlmişlər. İlk öncə o, restoranın plastik pəncərəsini dəmir alətlə açmış və içəri daxil olmuş, onun ardınca isə Cəfər daxil olmuşdur. Restoranda bir qədər gəzdikdən sonra divardan asılmış vəziyyətdə olan bir ədəd «Samsung» markalı televizoru o, yerindən çıxartmış və televizoru götürüb çıxıb getmişlər. Oğurluqdan bir gün sonra Cəfər dayısı oğlu Zaura zəng edib demişdir ki, «bir ədəd «Samsung» televizor var onu satmaq istəyirik». Daha sonra o, Zaura demişdir ki, «anamın vəziyyəti yaxşı deyil, pisdi, ona görə də pula ehtiyacım var və televizorumu satıram». O demişdir ki, televizoru 100 manat satıram və Zaur razılaşmışdır. Daha sonra Zaur Puta qəsəbəsinə gəlmiş və orada 90 manat televizor üçün pul verib aparmışdır, Zaurun televizorun oğurluq olmasından məlumatı olmamışdır. O, Zaura yalandan anasının vəziyyətinin pis olduğu üçün öz televizorunu satdığını demişdir. 90 manat pulu isə Cəfərlə o, aralarında bölmüşlər və siqaret almışlar. Qalanını isə öz ehtiyaclarına xərcləmişlər. Həmin vaxt orada olan bir ədəd videoaparat blokunu o götürməmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən çox peşmandır. Həyat yoldaşı X7 xx xxxx 2020-ci i tarixdə vəfat etməklə bir azyaşlı uşağı onun himayəsindədir. Bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qaradağ rayonu, Puta qəsəbəsində «Manqal» restoranını 6 il olarki icarə əsasında işlədirmiş. Həmin restorana təxminən 2 ilə yaxındır ki, 1200 manata «Samsung» markalı televizor almışdır. Həmin televizoru o, restoranın zalına divardan asmışdır. 2020-ci ilin mart ayının 16-dan koronavirus xəstəliyi ilə bağlı o, restoranı bağlamaq məcburiyyətində qalmışdır, lakin hər gün gedib restorana baş çəkirmiş. xx xxx 2020-ci il tarixdə səhər saat 08 radələrində o, restorana gəlmiş və görmüşdür ki, televizor yoxdur oğurlanıb. Ona məlum olmuşdur ki, oğurluq edən şəxslər restoranın arxasında plastik pəncərəni dəmir alətlə açıb oradan içəri daxil olublarmış. Həmin vaxt pandemiya dövrü olduğundan o, şikayət etməmişdir. Amma bununla yanaşı özü çalışmışdır ki, oğurluq edən şəxsləri tapsın. Bunun üçün müxtəlif televizor alğı-satqısı ilə məşğul olan yerlərə baxırmış, lakin heç bir nəticə vermirmiş. Hadisədən bir müddət sonra o öyrənmişdir ki, onun restoranından oğurlanan televizoru Zaur adlı şəxs almışdır. O, həmin Zauru tapmış və onunla söhbət etmişdir. Zaur ona bildirmişdir ki, televizoru qohumu Cəfər və Cəfərin dostu Vüsal adlı şəxs 90 manata ona satmışlar, o da həmin televizoru «Lalafo» internet saytı vasitəsi ilə tanımadığı bir şəxsə satmışdır. Ona görə də o, xx xxxxxxx 2020-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nə gələrək bu barədə ərizə yazmış və tapılmasında köməklik göstərilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, televizordan başqa bir ədəd dəyəri 250 manat təşkil edən videoçəkiliş üçün nəzərdə tutulan videokameranın blok aparatını oğurlamışlar. Bu oğurluq nəticəsində ona ümumilikdə 1450 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəyən ziyanın ödənildiyini, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur. 2020-ci ilin yanvar ayında həbsdən azad edilmişdir, ailəli olmuş, lakin hazırda boşanmışdır, bir 7 yaşında oğlu vardır. Qeyd etmişdir ki, 2020-ci ilin yanvar ayında o, həbsdən azad edildikdən sonra işsiz olmuş və maddi vəziyyəti pisləşmişdir, ona görə də pula daim ehtiyacı olurmuş. Təqsirləndirilən şəxs onun qonşusudur və o, arada bir narkotik vasitələrdən istifadə edir. 2020-ci ilin may ayında ona və Vüsala təcili pul lazım olmuşdur, lakin heç bir yerdən tapa bilməmişlər. Buna görə də oğurluq etmək qərarına gəlmişlər. xx xxx 2020-ci il tarixə keçən gecə saat 03 radələrində Qaradağ rayonu, Puta qəsəbəsində gəzən zaman qarşılarına qonşu Ayazın işlətdiyi «Manqal» restoranı çıxmış və o, Vüsalla birlikdə həmin restorandan oğurluq etmək qərarına gəlmişlər. İlk öncə Vüsal restoranın plastik pəncərəsini dəmir alətlə açmış və içəri daxil olmuş, onun ardınca isə o daxil olmuşdur restoranda bir qədər gəzdikdən sonra divardan asılmış vəziyyətdə olan bir ədəd «Samsung» markalı televizoru Vüsal yerində çıxartmış və televizoru götürüb çıxıb getmişlər. Həmçinin onlar həmin vaxt orada olan bir ədəd videoaparat blokunu da oğurlamışlar. Oğurluqdan bir gün sonra o, dayısı oğlu Zaura zəng edib demişdir ki, bir ədəd «Samsung» televizor var, onu satmaq istəyir. Vüsal Zaura demişdir ki «anamın vəziyyəti yaxşı deyil, pisdi ona görə də pula ehtiyacım var və televizorumu satıram». Vüsal demişdir ki, televizoru 100 manat satır və Zaur razılaşmışdır. Daha sonra Zaur Puta qəsəbəsinə gəlmiş və orada 90 manat televizor üçün pul verib aparmışdır. Zaurun televizorun oğurluq olmasından məlumatı olmamışdır, Vüsal Zaura yalandan anasının vəziyyətinin pis olduğu üçün öz televizorunu satdığını demişdir. 90 manat pulu isə Vüsalla o bölmüşlər və siqaret almışlar. Qalanını isə öz ehtiyaclarına xərcləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o 2015-ci ildə 4 il azadlıqdan məhrum edilmişdir. Qeyd etmişdir ki, Cəfər onun bibisi oğludur, Vüsal isə Cəfərin dostudur. O Vüsalı cəmi 2 dəfə görmüşdür. xx xxx 2020-ci il tarixdə səhər saatlarında Cəfər ona zəng etmiş və demişdir ki, dostu Vüsalın bir ədəd «Samsung» markalı televizoru var və onu satmaq istəyir. O ilk öncə almaq fikrinin olmadığını demişdir, lakin sonradan Vüsal telefonu götürərək anasının xəstə olduğunu, vəziyyətinin pis olduğunu və özünə məxsus olan televizoru satdığını demiş və ondan almağı xahiş etmişdir. O da demişdir ki, «yaxşı alaram». Ona görə də o, Puta qəsəbəsinə gedib Vüsal və Cəfərlə görüşmüş, Vüsal əlində olan televizoru ona göstərmiş və demişdir ki «bu televizordur» o da baxmış və görmüşdür ki, televizorun ekranı çatdı ona görə də almaqda tərəddüd etmişdir. Lakin Vüsal yenədə ondan almağı xahiş etmiş, anasının ehtiyaclarını ödəmək üçün pul lazım olduğunu demişdir, o da 90 manat pul Vüsala verib televizoru almışdır. Daha sonra görmüşdür ki, televizoru istifadə edə bilməyəcək, ona görə də Tap.az internet saytı vasitəsi ilə 200 manata tanımadığı şəxsə satmışdır. Televizorun oğurluq olduğunu bilsəydi heç bir vaxt almazmış, onun bu barədə heç bir məlumatı olmamışdır. Cinayət işində olan xx xxxxxx 2021-ci il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması protokolundan görünür ki, o, xx xxx 2020-ci l tarixə keçən gecə saat 03 radələrində Qaradağ rayon Puta qəsəbəsi yeni yaşayış massivində yerləşən zərəçəkmiş Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi saxlanc yeri olan “Manqal” restoranına pəncərədən qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs əmlakını gizli olaraq oğurlamışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında nikah xx xxx 2014-cü il tarixdə bağlanmış və nikahdan sonra arvada Qədirova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxx 2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 2015-ci il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxs, anası isə X5r. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, arvadı ölməklə himayəsində bir azyaşlı uşağının olmasını, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 oğlu tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X8 oğlunun və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 (iki) ay 21 (iyirmi bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar