Məhkəmə qərarları › İş №1(002)-150/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-150/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-150/2022 06.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən qanunsuz olaraq yaşayış sahəsi və saxlanc yerlərinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 05 noyabr 2021-ci il tarixdə saat 01 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evinin saxlanc yeri olan əl damına qanunsuz daxil olmaqla oradan 21 manat dəyərində 7 ədəd 25 dm-lik plastik boru, 140 manat dəyərində 07 ədəd kanalzasiya üçün 100 mm-lik plastik boru, 40 manat dəyərində müxtəlif olçüdə 20 ədəd almatur, 100 manat dəyərində 01 ədəd işlənmiş soyuducu mühərriki, 50 manat dəyərində 45 mm-lik 6 ədəd künclük(uqolnik), 200 manat dəyərində QAZ-53 markalı yük avtomobilinə aid ehtiyyat hissələri, 30 manat dəyərində 20 metr uzunluğunda elektirik naqili, 150 manat dəyərində 12 ədəd 75 mm-lik müxtəlif ölçüdə dəmir boru, 250 manat dəyərində müxtəlif ölçüdə list dəmir, 20 manat dəyərində 02 ədəd dəmir relsi gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 ümumi məbləği 1001 manat təşkil edən maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 23 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evinin həyətindəki saxlanc yeri olan yarımtikiliyə qanunsuz daxil olmaqla oradan 120 manat dəyərində mühərrikli ot biçən aparat, 160 manat dəyərində 40 metrlik elektrik naqilləri, 50 manat dəyərində 20 kq-lıq 100 mm-lik mismar, dəyəri 10 manat olmaqla ümumi 20 manat dəyərində 02 ədəd mis qazan, dəyəri 10 manat olmaqla ümumi 30 manat olmaqla 03 ədəd aliminium qazan, 25 manat dəyərində 01 ədəd böyük aliminum tas qazan, 50 manat ümumi dəyəri olan QAZ-21 markalı avtomobilə məxsus ehtiyyat hissələri, ümumi dəyəri 300 manat olan 10 ədəd smistitel və onun ehtiyyat hissələri, ümumi dəyəri 50 manat olmaqla 5 ədəd qapı kilidini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 ümumi məbləği 805 manat təşkil edən maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 04 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində, Şamaxı yolu küçəsi, ev 4D-də mənzil 64 yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi olan 64-№-li mənzilə eyvandan qanunsuz daxil olmaqla oradan 10 manat dəyərində qırmızı rəngli ürək şəkilli qızıl qabını, 700 manat dəyərində 01 ədəd mirvari bilərzik və əyyarını xatırlamadığı arası qızıl boyunbağı, 900 manat dəyərində 585 əyyarlı qızıldan 6 qram çəkidə brilliant qaşlı 01 ədəd paxlava şəkilli üzük, 900 manat dəyərində 585 əyyarlı qızıldan çəkisini xatırlmadığı paxlava şəkilli 01 ədəd üzük, 800 manat dəyərində 585 əyyarlı qızıldan 8 qram çəkidə 1 ədəd gül komplekti, 700 manat dəyərində 585 əyyarlı qızıldan sapfir qaşla kənarlara brilliant qaşlarla əhatə olunmuş 01 ədəd üzük, 2500 manat dəyərində 750 əyyarlı dubay istehsalı olan 25 qram çəkidə qızıldan sep və bilərzik dəsti, 700 manat dəyərində 750 əyyarlı 7 qram çəkidə Dubay istehsalı olan 01 ədəd qızıl üzüyü gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ümumi məbləği 7210 manat təşkil edən maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır, himayəsində dörd azyaşlı uşağı vardır. Özü orta təhsillidir, rəsmi iş yeri olmadığı üçün ayrı-ayrı restoranlarda xidmətçi işləyir, bu yolla da ailəsinin maddi tələbatlarını təmin edirmiş. Son vaxtlar işləsə də qazandığı pul ailəsinin maddi tələbatlarını təmin etmək üçün kifayət etmədiyindən bir qədər borcu yığılmışdır. Lakin həmin borcu bağlamaq üçün əlavə pul qazana bilmirmiş və sıxıntı keçirirmiş. Qəsəbədə yaşayan Zərərçəkmiş şəxs2 və onun oğlu Anar Bağırovu uzun müddətdir ki, tanıyırmış, Anar Bağırovla dostluq münasibətləri vardır. O, uşaqlıq vaxtlarından Anar Bağırovla eyni binada yaşamış, biri-birinin evinə gediş-gəlişləri olmuşdur. 2021-ci ilin dekabr ayının ortalarında Anar onun evində qonaq olarkən yeni il bayramını Tovuz rayonunda keçirəcəyini demişdir. Dekabr ayının sonu çatarkan Anarın ailəsi ilə birlikdə Tovuz rayonuna getdiyini müəyyən etmişdir. Maddi cəhətdən sıxıntısı olduğu üçün 04 yanvar 2022-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 və oğlu Anarın birlikdə yaşadıqları evin yanına gəlmişdir. Onların evi 9 mərtəbəli ümumi yaşayış evinin ikinci mərtəbəsində yerləşir, eyvanlarının altından isə dəmir qaz boruları keçir. O, qeyd edilən ünvana çatdıqdan sonra müəyyən etmişdir ki, evdə heç bir kəs yoxdur, çünki mənzilin işıqları sönülü vəziyyətdə olmuşdur. Mənzildə heç bir kəsin olmadığına əmin olduqdan sonra ətrafa baxıb onu kimsənin gömədiyinə arxayın olmuşdur. Bundan sonra mənzilin alt tərəfindən gedən borulara çıxaraq əvvəlcə mənzilin eyvanına daxil olmuşdur. Eyvanda olan dolabdan təmir alətləri götürüb eyvanla mətbəxi birləşdirən qapını açmağa çalışsa da aça bilməmişdir. Bu səbəbdən də həmin plastik qapıya bir dəfə təpiklə zərbə vurub qapını açmış və mətbəxə daxil olmuşdur. Həmin vaxt xəstə olduğu üçün boğazı ağrıyırmış. Evi axtara-axtara çaydanı qızması üçün qaz sobasını yandırmış, lakin çay içməmişdir. Yenidən çaydanın altını söndürüb evdə ola biləcək qızıl-zinət əşyalarının yataq otağında ola biləcəyini düşünüb həmin otağa daxil olmuşdur. Otaqda sol tərəfdə qəhvəyi rəngli dolab vardır. Həmin dolabı biraz axtardıqdan sonra dolabın yuxarı gözündə qırmızı rəngli ürək şəkilli qutunu görmüşdür. Həmin qutunu açarkən içərisində ağ rəngli mirvarilərdən ibarət boyunbağı və qolbaq, üç ədəd qızıldan olan üzüklər, bir cüt qızıl sırğa və bir ədəd qızıl bilərzik olduğunu aşkar etmişdir. Qutunu götürmüş və evdən çıxmağa hazırlaşmışdır. Fikirləşmişdir ki, evə daxil olduğu eyvandan çıxsa kənar şəxslər onu görər. Buna görə də elə qızıl-zinət əşyalarını götürdüyü yataq otağının pəncərəsini açıb oradan sallanmış, birinci mərtəbənin pəncərəsində olan dəmir barmaqlıqlara ayağını qoyub yerə tullanmışdır. Daha sonra qəsəbədən tanıdığı, 4Q nömrəli binada yaşayan Rəşad adlı şəxsin yanına getmiş, qapını döyüb onu çölə çağırmışdır. Rəşad çölə çıxdıqdan sonra ona demişdir ki, maddi ehtiyacı olduğu üçün evdə olan qızılları satır, almaq istəyirsə buyurub baxa bilər. Rəşad da anasından soruşub geri qayıtmış və almaq istədiyini bildirmişdir. O, iki ədəd üzüyü Rəşada 100 manata satacağını bildirmişdir. Həmin üzüklərdən birinin üzərində bir ədəd göy rəngli qaş varmış, digər üzük isə paxlava şəkilli olmuşdur. Rəşad həmin üzüklərə baxıb onunla belə razılaşmışdır ki, hazırda 55 manat verəcəkdir, yaxın günlərdə də qalan 45 manatı da ona ödəyəcəkdir. Rəşad evə gedib evdən pul götürüb gəlmiş və ona 55 manat pul vermişdir. O, 02 ədəd üzüyü Rəşada pulla satsa da qutu ilə birlikdə olan mirvari dəstini ona pay vermişdir. Həmin vaxt gecə saat 03 radələri olduğu üçün Rəşadan xahiş etmişdir ki, əgər yer varsa qalsın, səhər açılan kimi gedər. Rəşad da ona razılıq verdiyi üçün gecəni Rəşadgilin evində qalmış, səhər açılandan sonra onunla sağollaşıb qəsəbədə yerləşən DYP postunun yanına gəlmişdir. Orada olarkən təsadüfən məhlə uşağı olan Razi adlı şəxslə rastlaşmışdır. Raziyə bildirmişdir ki, borcu olduğu üçün ailəsinə məxsus qızıl-zinət əşyalarını satır. Razi isə bildirmişdir ki, qeyd edilən qızılları yalnız «Moskva» univermağında satmaq olar. Onların heç birinin üstündə şəxsiyyət vəsiqələri olmadığı üçün Razi bildirmişdir ki, taksi sürücüsü vardır, çox gümanki həmin qızılları onun şəxsiyyət vəsiqəsi ilə satmaq olar. Odur ki, Razi qeyd edilən taksi sürücüsü, şəxsiyyəti ona sonradan məlum olan Kamran adlı şəxsə zəng edib qəsəbəyə gəlib-gəlməyəcəyini xəbər almışdır. Həmin şəxs isə «20 Yanvar»-dan müştəri götürüb qəsəbəyə gəldiyini demişdir və gözləməyi xahiş etmişdir. Təxminən bir saat sonra avtomobilinin markasını, eləcə də dövlət qeydiyyat nişanını hazırda xatırlamadığı Kamran adlı taksi sürücüsü gəlmiş və onları postun yaxınlığında yerləşən yerüstü keçidin yanından avtomobilə götürmüşdür. Razi onu həmin Kamran adlı şəxsə təqdim etdikdən sonra Kamran avtomobili idarə edərək onları «Moskva» univermağının yaxınlığına gətirmişdir. Yol gedərkən Razi taksi sürücüsü Kamrana bildirmişdir ki, «Anarın evinin qızılları vardır, onları satmaq lazımdır, lakin üstlərində şəxsiyyət vəsiqələri yoxdur». Kamran həmin vaxt ondan qızılların həqiqətəndə özünə məxsus olub-olmamasını xəbər alarkən o, qızılların ailəsinə məxsus olduğunu demişdir. «Moskva» univermağının yaxınlığında Kamran avtomobili saxladıqdan sonra üzərində olan bir ədəd qızıl üzük və bir cüt sırğanı satması üçün Kamrana vermişdir. Beləliklə də Kamranla Razi birlikdə avtomobildən düşüb getmişlər, o isə avtomobildə gözləmişdir. Bir qədər sonra Razi ilə Kamran geri qayıtmışdılar. Razi ona bildirmişdir ki, qızılları 400 manata satıblar. Razi həmin 400 manat pulu ona vermiş və ondan borc pul istədiyi üçün Raziyə həmin 400 manat puldan 200 manat borc vermişdir. Bundan sonra Kamran onları idarə etdiyi avtomobillə qəsəbəyə gətirmişdir. Qəsəbəyə gedərkən Kamrana 20 manat yol pulu verib əlavə olaraq avtomobilinə 40 manatlıq da yanacaq doldurmuşdur. Beləliklə də Kamran onları qəsəbədə gətirib düşürtmüşdür. O, Razi ilə gedib çayxanada çay içmişlər və söhbət zamanı Raziyə üzərində bir ədəd də qızıl qolbaq olduğunu demiş və əldə etdiyi pul borcunu tam ödəmədiyi üçün həmin qolbağı da aparıb satmaq məqsədilə şəxsiyyət vəsiqəsini gətirməsini Razidən xahiş etmişdir. Razi yaşadığı evə gedib şəxsiyyətini təsdiq edən sənədi gətirmiş və onunla birlikdə yoldan keçən tanımadıqları bir taksiyə əyləşib «Moskva» univermağının yanına gəlmişlər. O, taksidə Razini gözləmiş, Razi isə qızıl bilərziyi satmaq üçün univermağa aparmışdır. Bir qədər sonra Razi geri qayıdıb həmin qızıl bilərziyi 360 manata satdığını ona demiş və həmin pulu ona vermişdir. Bundan sonra həmin taksi onları 4-cü mikrayonda yerləşən hamama aparmış və çıxıb getmişdir. Razi ilə hamama daxil olub buxar olan yerinə getmişdir ki, xəstəliyi bir az azalsın. O, buxar alıb çimsə də, Razi çimməmiş və onu gözləmişdir. Beləliklə də bir saat sonra Razi ilə birlikdə taksi çağırıb Müşfiqabad qəsəbəsinə gəlmişlər. Qəsəbədə isə onlar sağollaşıb hərəsi öz evinə getmişdir. O, Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 5 ünvanından 05 yanvar 2022-ci il tarixdə gecə saat 01 radələrində ümumilikdə üç ədəd üzük, bir cüt sırğa, bir ədəd bilərzik, eləcə də bir dəst mirvari boyunbağını qolbağı ilə birlikdə oğurlamışdır. Eləcə də, müxtəlif bujiteriyalar oğurlamışdır, lakin onlar qızıl olmadığı üçün evin zirzəmisinə atmışdır. Oğurladığı qızılları isə Kamran adlı taksi sürücüsü və məhlə uşağı Razi adlı şəxslərin vasitəsilə sataraq ümumilikdə 815 manat pul əldə etmişdir. O, etdiyi oğurluq hadisəsində Kamran adlı taksi sürücüsünün, eləcə də, Razi adlı tanışının heç bir iştirakı olmamışdır. Həmçinin onlar həmin zinət əşyalarının oğurluq olmasını da bilməmişlər. Onlara bu barədə heç bir söz deməmişdir. O, oğurluğu tək etmişdir. Müşfiqabad qəsəbəsindən «20 Yanvar» dairəsinə taksi sürücüləri adamın birini 1 manatdan olmaqla 4 nəfəri ümumilikdə 4 manata gətirir. Laklin, sifariş olduqda taksi bir sifarişi üçün şəxsi qəsəbədən «20 Yanvar» dairəsinə 10 manat gətirir. Kamran qeyd edilən qızılları öz şəxsiyyət vəsiqəsi ilə satdığı üçün, eləcə də Razinin tanışı olduğu üçün idarə etdiyi avtomobilə 40 manatlıq benzin vurmuşdur, 20 manat isə nəğd pul vermişdir. Rəşad adlı tanışına iki ədəd qızıl üzük satarkən sonuncuya həmin üzüklərin oğurluq olduğunu deməmişdir. Əgər bu barədə ona bildirsəydi Rəşad həmin qızılları ondan satın almazdı. Polis əməkdaşları tərəfindən ona heç bir təziq göstərilməyib, onunla qanun çərçivəsində rəftar edilib. O, öz ifadəsində daha sonra göstərmişdir ki, o, 2021-ci ilin noyabr ayının 5-də gecə saat 01 radələrində yaşadığı evin yaxınlığında yaşayış olmayan həyət evi görmüşdür. Həyət evinin qapısı bağlı olduğunu görüb hasardan evin həyətinə boylanmış, yaşayış olmadığını görüb hasardan aşıb həyətə düşmüşdür. Həmin həyətdə əl damının qapısı açıq vəziyyətdə olduğunu görüb içəri daxil olmuşdur. İçəridə olan plastik boru, armaturlar və avtomobilə aid ehtiyyat hissəsini götürüb bir-bir hasardan çölə atmışdır. Sonra hasardan aşıb çöl tərəfə düşmüşdür. Oğurladığı əşyaları sürütləyib öz həyət evinə aparmışdır. Səhəri gün isə həmin əşyaları evində olan əl arabasına yığaraq yaxınlıqda olan metal qəbul şöbəsinə aparmışdır. Orada həmin əşyaları 50 manata satmışdır. O, bundan başqa yenə də 23 noyabr 2021-ci il tarixdə gecə 02 radələrində oğurluq etmək qərarına gəlmişdir. İlk növbədə yaşadığı evin yaxınlığında həyət evi görmüşdür. Həmin evin dəmir darvazasından qıfıl asılmasını müşahidə etdikdən sonra evdə heç kim olmadığına əmin olmuşdur. O, həmin hasardan həyətə aşmış və evin həyətinə daxil olmuşdur. Evin həyətində əl damının olmasını görmüşdür. Həmin əl damının qapısı açıq vəziyyətdə olmuşdur. Qapıdan içəri keçmişdir. Əl damının içində aliminum qazan götürmüşdür. Əl damının içərisində olan dolabdan elektirik kabel topası götürmüş və yerdə olan yanacaqla işləyən ot biçən aparatı götürüb əl damından çıxıb evin həyətinə yaxınlamış, götürdüyü əşyaları hasardan küçəyə tullamışdır. Özüdə hasardan küçəyə düşmüşdür. O, ətrafa baxmışdır ki, heç kim onu görmür, bundan əmin olandan sonra oğurladığı əşyaları götürüb həmin yerdən çıxıb getmişdir. Həmin gün səhəri, yəni xx.xx.2021-ci il tarixdə elektirik kabellərini və aliminum qazanı Müşfiqabad qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb 21 manata satmış, motorlu ot biçən aparatı isə yaşadığı evin həyətinə qoymuşdur. O, əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. O, oğurluqları tək etmişdir, oğurluq edən zaman onu heç kim görməmişdir. X3 əl damından o, 1 ədəd motorolu ot biçən aparatı, 40 metr elektirik naqili, 01 ədəd aliminium qazan, avtomobilə aid ehiyyat hissəsi oğurlamışdır. Qeyd etmişdir ki, Binəqədi RPİ-nin İŞ-nə vermiş olduğu ifadəsində QAZ-21 markalı avtomobilin ehtiyyat hissələrini oğurladığını göstərmişdir. Belə ki, o, QAZ-21 markalı avtomobilin hissələrinin, eləcə də detallarının adını dəqiq bilmədiyi üçün ifadəsində həmin detallarla bağlı izah verə bilməmişdir. Bundan başqa 20 kq 100-lük mismarları, eləcə də, 3 ədəd aliminium qazan oğurlamamışdır. O, oğurladığı aliminium qazan, kabel topasını, plastik boru, dəmir boru və avtomobil ehtiyat hisslərini yaşadığı evin yaxınlığında olan metal qəbulu yerinə satmışdır, təkcə ot biçən aparat evində qalmışdır, həmin ot biçən aparatı 40-cı PB-nin əməkdaşlarına təqdim etmişdir. O, Binəqədi rayonunda oğurluq etdiyi həyətlərdəki əşyaları satdığı yeri 40-cı polis bölməsinin əməkdaşlarına göstərmişdir. Eləcə də, həmin oğurladığı əşyaları satarkən metal qəbul edən şəxs onun şəxsiyyət vəsiqəsinə baxıb özündə qeyd etmişdir, eləcə də, o, metal qəbul edən şəxsə satmış olduğu metalın oğurluq olması barədə hər hansı bir məlumat verməmişdir. Onuda qeyd etmişdir ki, maddi çətinlik çəkdiyinə görə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus ünvanlardan oğurluq edərkən görmüşdür ki, həmin ünvanlarda metal çoxdur, ona görə də, xırda-xırda həmin ünvanlardan metal oğurlamışdır ki, ev sahibləri bunu hiss etməsin. O, öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini, ailəli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olduğunu, arvadının da heç bir yerdə işləmədiyini və zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını bildirərək məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 6 ünvanda oğlu Anar Bağrovla birlikdə yaşayır. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bildirirmişdir ki, yaşadığı ev üç otaqdan ibarətdir. Evinin girişində sağ tərəfində mətbəx yerləşir, mətbəxlə eyvan arasında plastik qapı vardır. Həmin plastik qapının arxasına məişətdə istifadə olunan təmir alətləri yığmışdır. 28 dekabr 2021-ci il tarixdə təxminən saat 09 radələrində yaşadığı ünvandan oğlu Anarla brilikdə çıxıb Tovuz rayonuna toy şənliyinə getmişdir. Fikirləşmişdir ki, elə yeni ili rayonda qarşılayar. Bu məqsədlə də bir neçə gün Tovuz rayonunda qalmışdır. 05 yanvar 2022-ci il tarixdə təxminən saat 17:30-da yaşadığı ünvana gəlmiş, evin giriş qapısını açıb içəri daxil olarkən mətbəxlə eyvanı ayıran plastik qapının aralandığını görmüşdür. O, plastik qapının aralandığını gördükdən sonra şübhələnib evin otaqlarını gəzməyə başlamışdır. Oğlu Anarın yataq otağına daxil olmuş və bu vaxt oğlu Anarın yataq otağının sol tərəfində yerləşən qəhvəyi rəngli dolabın sol künc tərəfinin üst hissəsinin qapılarının açıq olduğunu görmüşdür. Dolabın içərisnə baxarkən ona məlum olmuşdur ki, ağ rəngli parçaya bükülmüş qırmızı rəngli ürək şəkilli qutunun içərisində saxladığı qızıl-zinyət əşyaları yerində yoxdur. Bir qədər evin içində otaqları axtarmağa başlamış və ona məlum olmuşdur ki, onun yaşadığı ünvanda oğurluq hadisəsi baş vermişdir. O, baş verən hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər keçmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməkdaşları yaşadığı ünvana gəlib baxış keçirib sənədləşmə aparmışdılar. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, ona məxsus və oğurlanmış qızıl zinət əşyaları: 700 manat dəyərində 01 ədəd mirvari bilərzik və sep arası qızıl, əyyarı tam yadında deyil, 900 manat dəyərində 585 əyyarlı 6 qram çəkidə 01 ədəd brilliantdan qədimi paxlava şəkilli üzük, 900 manat dəyərində 585 əyyarlı çəkisini xatırlmadığı paxlava şəkilli qızıldan 01 ədəd üzük, 800 manat dəyərində 585 əyyarlı 8 qram çəkidə qızıldan gül komplekti, 700 manat dəyərində 585 əyyarlı 01 ədəd qızıl üzük sapfir qaşla kənarlara brilliant qaşlarla əhatə olunmuş, 2500 manat dəyərində 750 əyyarlı dubay istehsalı olan 25 qram çəkidə qızıldan sep və bilərzik dəsti, 700 manat dəyərində 750 əyyarlı 7 qram çəkidə Dubay istehsalı olan 01 ədəd qızıl üzükdən ibarət olmuşdur. Belə ki, həmin qızıl-zinət əşyaları baxmayaraq ki, həyat yoldaşı Məlahət Bağırovaya məxsus idi, lakin onları öz pulu ilə o, almışdır və maddi ziyan ona dəymişdir. Oğurluq baş verməmişdən öncə onun yaşadığı ünvana hər hansı bir şəxs gəlməmişdir. Baş vermiş oğurluq hadisəsi zaman ona 7200 manat dəyərində maddi ziyan dəymişdir. Hadisə vaxtı həyacanlı olduğundan ola bilsin ki, dəymiş maddi ziyanın məbləğini izahatında düzgün qeyd etməmişdir. Bildirmişdir ki, ona dəymiş maddi ziyan 7200 manat təşkil edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyandan 1500 manat ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Binəqədi rayonu, 28 may qəsəbəsində yerləşən ona məxsus olan evdə təxminən 10 ildir ki, daimi yaşayış yoxdur. Arada bir o, evə gələrək oraya nəzarət edir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ona məxsus olan Binəqədi rayonu, 28 may qəsəbəsində yerləşən evdən saat 16-17 radələrində çıxmışdır. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində evə gəldiyi zaman ona məxsus evin qapısına müdaxilə olunduğunu görmüşdür. Daha sonra həyətdə yerləşən əlavə avadanlıqlar yığmaq üçün yarım tikiliyə baxarkən onun qapısının sındırıldığını görmüşdür. Baş vermiş oğurluq hadisəsi zamanı ona məxsus evdən 120 manat dəyərində 01 ədəd motorlu ot biçən aparatı, 160 manat dəyərində 40 metirlik 4 başlı elektirik naqilləri, 50 manat dəyərində 20 kq-lıq mismar, 150 manat dəyərində 100 metirlik 4 lük nazik elektirik naqili, 01 ədədinin dəyəri 10 manat olmaqla ümumi 20 manat dəyərində 02 ədəd mis qazan, 01 ədədinin dəyəri 10 manat olmaqla ümumi 30 manat dəyərəində 03 ədəd aliminium qazan, 01 ədəd 25 manat dəyərində böyük alminium tas qazan, ümumi 50 manat dəyərində QAZ-21 markalı avtomobilə məxsus ehtiyyat hissələri, 01 ədədinin dəyəri 30 manat təşkil edən 10 ədəd simistitel və onun ehtiyyat hissələri, 01 ədədinin dəyəri 10 manat təşkil edən ümumi 10 ədəd qapı kilidi, 01 ədədin dəyəri 20 manat təşkil edən 20 ədəd Avropa istehsalı olan qapı kilidi və ehtiyyat hissələri ilə birlikdə oğurlanmışdır. Binəqədi RPİ-nin İstintaq şöbəsinə vermiş olduğu ifadəsində ona dəymiş ziyanın 805 manat təşkil etdiyini göstərmişdir, lakin sonradan oğurluq hadisəsi baş vermiş saxlanc yerinə baxarkən daha başqa əşyaların da oğurlandığını aşkar etmişdir, lakin hal-hazırda verilmiş ittihamla bağlı heç bir etirazı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasındaa Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Təxminən 20 ildir ki, ünvan 4 ünvanında yaşayış evində yaşayır. Oğurluq hadisəsi baş verməmişdən təxminən bir həftə öncə atasının yaşadığı Binəqədi rayonu, 28 may qəsəbəsi, 4-cü döngə, ev 112-yə getmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 11:10 radələrində yaşadığı evin həyətinə daxil olduqda aşkar etmişdir ki, evin həyətində yerləşən əl damından ona məxsus olan 25 dm-lik 7 ədəd plastik boru, 07 ədəd 100 dm-lik kanalizasiya borusu, dəmir armatur, QAZ- 53 markalı avtomobilə məxsus ehtiyyat hissələri oğurlanmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, düşmənçiliyi olmamışdır. 25 dm-lik 7 ədəd plastik boru 21 manat, 07 ədəd 100 dm-lik kanalizasiya borusu 140 manat, 20 ədəd armatur 40 manat, 100 manat dəyərində işlənmiş xaladenlik motoru, 45 mm-lik 6 ədəd uqolnik 50 manat, QAZ-53 markalı avtomobilə məxsus ehtiyyat hissələri 200 manat olmaqla, 20 metrlik 30 manat dəyərində kabel şnuru,150 manat dəyərində 12 ədəd 75 lik dəmir boru, bir neçə ədəd yadında qalmadığı 250 manat dəyərində list dəmir, 02 ədəd 20 manat dyərində tramvay relsi oğurlanmaqla ona ümumilikdə 1001 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsi zamanı həmin gün əl damına tam baxış keçirtməmişdir, lakin sonradan baxış keçirtdiyi zaman müəyyən etmişdir ki, əlavə əşyalar oğurlanmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını,ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Şahid1 onun doğma oğludur. Rəşad onunla birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanımır, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. 2022-ci ilin yanvar ayının əvvəllərində gecə vaxtı adını sonradan bildiyi Anar yaşadıqları evə gəlib Rəşadı bayıra çağırmışdır. Bir müddət sonra Rəşad evə gəlib Anarın pis vəziyyətdə olduğunu, ailəsində problem olmasını, maddi çətinlik yarandığını və buna görə də ona pul lazım olduğunu bildirmişdir. Rəşad ona Anarın evində olan bəzi bijuteriyaları satmasını bildirmişdir. O, Rəşada ehtiyacları olmadığını bildirmişdir. Lakin Rəşad ona Anarın maddi vəziyyətinin çətin olmasını və köməklik göstərməklərini xahiş etmişdir. O da Rəşada görə razılığını bildirmişdir. Rəşad ondan 55 manat pul alıb Anarın yanına getmişdir. Bir müddət sonra Rəşad əlində qutunun içərisində mirvari boyunbağını, biləriziyi və bir ədədinin üzərində göy rəngli qaş, digəri isə paxlava şəkilli olan iki ədəd üzüyü gətirmişdi. Təxminən 2-3 gün sonra o, maddi çətinlik çəkdiyi üçün Rəşadın aldığı bir ədədinin üzərində göy rəngli qaş, digəri isə paxlava şəkilli olan iki ədəd üzüyü «Moskva» univermağında hazırda xatırlamadığı mağazaya 60 manata satmışdır. Daha sonra Rəşadın Anardan aldığı bijuteriyaların oğurluq olmasını bilmişdir. Onun Təqsirləndirilən şəxs oğlu Şahid1 satdığı əşyaların oğurluq olmasından xəbəri olmamışdır. Rəşad ona Anarın maddi vəziyyətinin çətin olduğunu dediyi üçün o, həmin bijuteriyaların alınmasına razılıq vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Ağsu şəhəri, ünvan 10 ünvanında daimi pasport qeydiyyatında olmaqla valideynləri ilə birlikdə yaşayır. Özü orta təhsillidir, rəsmi iş yeri olmadığı üçün ara-bir Bakı şəhərinə gələrək idarə etdiyi “Gelli MK” markalı **- SG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti göstərir, bu yolla da maddi təlabatlarını təmin edir. Əvvəllər avtoqəza törətdiyi üçün eləcə də oğurluq etdiyinə görə məhkum olunmuş, lakin cəza çəkmə müəsissəsində cəza çəkməmişdir. Sonuncu dəfə isə Bakı şəhərinə 2021-ci ilin may ayında gəlmiş və həmin gündən etibarən Yasamal rayonunda ayrı-ayrı yerlərdə kirayədə qalmışdır. O, hər gün Bakı şəhəri 20 yanvar metrostansiyası yaxınlığında yerləşən abidənin yanında avtomobilini saxlayır və müştəri olduqda ünvana çatdırmaqla məşğul olur. Eləcədə adam başı 1 manatdan «20 Yanvar» metrostansiyası yaxınlığından Müşfiqabad qəsəbəsinə müştəri düşdükdə aparır. O, Təqsirləndirilən şəxs heç bir vaxt görməmiş və onu tanımamışdır. Onların Razi adlı ortaq tanışları vardır və Razi onun müştərisidir. Ara-bir Razini müxtəlif ünvanlara aparmaqla zəhmət haqqını alır. Razini təxminən 2-3 ildir ki, tanıyır, onun müştərisi olmasına baxmayaraq Razi ilə dostluq münsibəti yoxdur. Yalnız Raziyə harasa getmək lazım olduqda istifadəsində olan ***-***-**-** mobil nömrəsinə hazırda xatırlamadığı nömrəsi ilə zəng edərək onu çağırır. Sonuncu dəfə 05 yanvar 2022-ci il tarixdə təxminən səhər saat 11 radələrində Razi istifadəsində olan mobil nömrəsinə zəng edərək harada olduğunu xəbər almış və Müşfiqabad qəsəbəsinə gəlib-gəlməyəcəyini soruşmuşdur. O isə Raziyə «20 Yanvar» dairəsində olduğunu deyib Müşfiqabad qəsəbəsinə gələcəyini bildirmişdir. Razi isə demişdir ki, qəsəbəyə gələrkən sonuncunuda götürsün və Bakı şəhərinə gətirsin. Təxminən saat 12 radələrində «20 Yanvar» dairəsindən 4 nəfər müştəri götürüb qəsəbəyə getmiş və müştəriləri düşürtdükdən sonra Razi ona yenidən zəng etmiş və şəhərə gedən yolda keçidin yanında gözlədiyini bildirmişdir. O, Bakı şəhəri istiqamətində Müşfiqabad qəsəbəsinin çıxacağında yerləşən körpünün yanından Razini bir nəfər şəxsiyyəti ona sonradan məlum olan Anar adlı şəxslə birlikdə avtomobilinə götürmüş və sonuncular ondan avtomobili «Memar Əcəmi» metrosunun yanına sürməyini xahiş etmişlər. Yol gələrkən Razi ona bildirmişdir ki, Anar qəsəbə uşağıdır və dostluq münasibətləri vardır. Beləliklə də, o, onları «Əcəmi» metrosunun yanında fəaliyyət göstərən “Moskva” Univermağının yanına gətirmişdir. Anar özü ilə evdən qızıl götürdüyünü, həmin qızılları satmaq istədiyini bildirmişdi. Lakin üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün həmin qızılları satmağını ondan xahiş etmişdir. O, Anardan həmin qızılların oğurluq olubolmamasını xəbər alarkən Anar həmin qızılların özünə məxsus olduğunu demişdir. Bundan sonra bir ədəd üzükdən və bir cüt sırğadan ibarət olan qızıl-zinət əşyalarını Razi ilə birlikdə univermağın yanında yerləşən qızıl alqı-satqısı mağazasına aparmışdır. Zərgər qızıllara baxıb onları elektron tərəzidə çəkmiş və ümumilikdə 800 manat etdiyini demişdi. O, həmin qızılları 800 manata satıb pulunu mağazanın içərisində Raziyə vermişdir. Bundan sonra yenidən gəlib avtomobilə oturmuşlar və Razi həmin 800 manat puldan Anara cəmi 400 manat pul vermişdir. Anar isə həmin 400 manat puldan idarə etdiyi avtomobilə 40 manatlıq benzin vurmuş və özünə 20 manat nağd pul vermişdir. O, yenidən onları Müşfiqabad qəsəbəsinə gətirib düşürtmüş və onlarla sağollaşıb qəsəbədən müştəri götürüb Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan sonra Razi ilə görüşü olmayıbdır. Razi qızılların satışından 800 manat pul əldə etdiyini Anara deməmişdir. Razi Anara qızılların satışından cəmi 400 manat pul əldə etdiyini demişdir. Razi ilə Anar dost olduğu üçün o, onların işinə qarışmamışdır. Sadəcə olaraq onların şəxsiyyət vəsiqələri üzərində olmadığı üçün o, öz vəsiqəsi ilə qızılları satıb pulunun hamısını Raziyə vermişdir. Raziyə verdiyi 800 manat puldan Razi Anara cəmi 400 manat pulu onun yanında avtomobilin içərisində vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 400 manat puldan Raziyə 200 manat pul vermiş, özünə isə cəmi 200 manat pul qalmışdır. Təqsirləndirilən şəxs avtomobilinə vurduğu 40 manat dəyərində benzinin pulunu, eləcədə ona verdiyi 20 manat nağd pulu özünə düşən 200 manat pulun üstündən götürmüşdür. Qızıl-zinət əşyalarını ona satmağı üçün Təqsirləndirilən şəxs vermişdir. O, qızılları satdıqdan sonra Razi bildirmişdir ki, «pulu ver, Anara özüm verəcəm». O da pulun hamısını Raziyə vermişdir. Bir daha bildirmişdir ki, həmin qızılların oğurluq olmasından məlumatı olmamışdır. Eləcə də həmin qızılların oğurluq olmasını bilsəydi heç bir vaxt şəxsiyyət vəsiqəsi ilə onları satmazdı. Razi onunla birlikdə qızıl alqı-satqısı mağazasına daxil olmuş və onunla da birlikdə yenidən gəlib avtomobilə əyləşmişdir. Razi digər bir mağazaya getməmişdir. Onun Təqsirləndirilən şəxs tərəfindən mənzildən qızıl-zinət əşyaları oğurlamasından məlumatı olmamışdır. Razi Müşfiqabad qəsəbəsində yaşayır, lakin onun yaşadığı ünvanı tanımır. Eləcə də Razinin yalnız adını və istifadəsində olan mobil telefonu bilir. Razinin mobil telefonu ***-***-**-**-dir, digər anket məlumatları barədə heç bir şey bilmir. Razi sadəcə olaraq onun müştərisi olub, Razini bir neçə dəfə Bakı şəhərindən Müşfiqabad qəsəbəsinə aparmışdır. Razi heç bir vaxt ona oğurluq etməyi təklif etməyibdir. Eləcə də Razinin bu cür işlərlə məşğul olması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onun Bakı şəhəri Nəsimi rayonu, Cavadaxan küçəsi, 3500-ci məhəllədə «Moskva» univermağının yaxınlığında iki mağazası vardır. Həmin mağazalardan birində özü, digərində isə Şahid6 qızılın alışı-satışı ilə məşğul olurlar. xx.xx.2022-ci il tarixdə Şahid4 və adının sonradan Razi kimi bildiyi şəxs işlədiyi mağazaya gəlmişlər. Həmin vaxt Kamran ona 2 ədəd qızıl üzük satdığını bildirmişdir. O, qızıllara baxmışdır, iki ədəd 512 əyyarlı qadın üzüyü idi, ümumi çəkisi 13,5 qram təşkil etmişdir. Ona göstərilən qızıllara görə 800 manat pul verə biləcəyini söyləmişdir. Kamranda onunla razılaşaraq qızılları ona vermiş və o da Kamrana 800 manat pul vermişdir. Qeyd etmişdir ki, Kamran ona qızılları satarkən şəxsiyyət vəsiqəsini təqdim etmiş və o da bununla bağlı alış qəbzi tərtib etmişdir. Eləcə də həmin alış qəbzində Kamranın soyadını, atasının adını, habelə şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd etmişdir. Bundan sonra Kamran ondan həmin məbləği götürdükdən sonra çıxıb getmişlər. Şahid4 qızıl-zinət əşyalarını ona satarkən oğurluq olması barədə hər hansı bir məlumat verməmişdir, Kamran ona bildirmişdir ki, həmin bəzək əşyaları onun ailəsinindir. Təqsirləndirilən şəxs tanımır. Şahid4 və X16 işlədi qızıl-zinyət əşyalarının alışı və satışı kimi fəalliyyət göstərən mağazaya əvvəllər hər hansı bir qızıl-zinət əşyası satmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır, evlidir, 2 övladı var. Təxminən hadisədən əvvəl 7 ay olarmış ki, Binəqədi rayonu, 28 may qəsəbəsində metal qəbulu obyektini kirayə götürüb işlədirmiş. Onun iş fəaliyyəti bundan ibarətdir ki, ona hər hansı tərəfindən dəmir, aliminum və sair əlvan metal gətirirsə, qəbul edib gətirən şəxsə məxsus şəxsiyyət vəsiqəsini tələb edir və müvafiq qeydiyyatlar apardıqdan sonra metalı çəkir və uyğun qiymətə alır. Aldığı metalı yük maşınları vasitəsilə aidiyyatı zavodlara göndərir. xx.xx.2021-ci il tarixdə işdə olduğu zaman saat 11:55-də Təqsirləndirilən şəxs onun işlədiyi obyektə qırmızı rəngli əl arabası ilə yaxınlaşmışdır. Anar ondan dəmir alıb-almadığını soruşmuşdur. O, cavab vermişdir ki, bəli 1 kiloqramını 30 qəpikdən dəmir alır. Anarda da ona uzun bir künclük (uqolnik) dəmir göstərmişdir. O, həmin uqolniki tərəzidə çəkmiş və 18 kq olmasını müəyyən etmişdir. O, Anarın şəxsiyyət vəsiqəsini qəbul etmiş və müvafiq qeydlər apardıqdan sonra ona 5 manat 40 qəpik pul vermişdir. O, Anardan soruşmuşdur ki, hazır uqolniki niyə satır. Anar isə cavab vermişdir ki, evi təmir etdikdən sonra lazımsız olduğu üçün satmaq qərarına gəlmişdir. O, da həmin dəmiri Anardan qəbul edib pulunu verib yola salmışdır. xx.xx.2021ci il tarixdə saat 10.02-də eyni qaydada Təqsirləndirilən şəxs onun işlətdiyi obyektinə gəlmiş və ona 3 kq 300 qram yanmış mis gətirmişdir. O, da 1 kiloqramını 12 manatdan alacağını bildirmişdir. O, Anarla razılaşmış, lakin Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etmədiyi üçün qəbul etməmişdir. Bundan öncəki qeydiyyat dəftəri dolduğundan yeni dəftər tutmuşdur və bu səbəbdən vəsiqə tələb etmişdir. Qeyd etmişdir ki, xx.xx.2021ci il tarixinədək Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda ona 1 ədəd 1 kq aliminum qazan, üçbucaq formalı 3 ədəd dəmirlər, bir ədəd 70-lik diametrdə dəmir boru(turba) gətirmişdi. Bu dəmir və aliminiumun əvəzində o, Anara pul verib almışdır. Köhnə dəftər dolduğundan həmin dəftəri atmışdır. Anarın dəqiq nələr satdığı onun tam yadında qalmamışdır. Yadında qalanları ifadəsində göstərmişdir. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona yanına metal gətirib satarkən o, iş dəftərində qeyd edirmiş, eləcə də Anar ona satmış olduğu metalların fotoşəkilini, şəxsiyyət vəsiqəsini və öz şəkilini satdığı metalla bərabər çəkirmiş. Bildirmişdir ki, o, hər hansı bir şəxsdən metal qəbul edərkən metal satan şəxsin şəxsiyyət vəsiqəsi olmadan metalı qəbul etmir. Anarın ona satmış olduğu metalları köhnə jurnalda qeyd etmişdir, lakin həmin jurnal dolduğundan o, həmin jurnalı atmışdır, lakin Anarın foroşəkillərini, eləcə də şəxsiyyət vəsiqəsinin və satmış olduğu metalın bir hissəsinin fotoşəkili istifadəsində olan mobil telefonunda qeydə alınmışdır. Həmin şəkilləri o, təqdim edə bilər, Anardan qəbul etdiyi metalların qalan hissəsinin fotoşəkillərinin telefonuda yaddaş kifayət qədər olmadığından pozulmuşdur. Anar oğurluq dəmir və aliminium satdığını bilmirmiş. Hər zaman soruşduğunda Anar müxtəlif səbəblər göstərdiyi üçün inanıb almışdır. Təqsirləndirilən şəxs işlədiyi metal qəbulu məntəqəsinə gələrkən sonuncunun yanında hər hansı bir şəxs olmamışdır. X9 tanımır, işlədiyi metal qəbulu məntəqəsinə elə bir adam hər hansı bir metal gətirməmişdir. Şahid6 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid6 göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi rayonu, Cavadaxan küçəsi, 3500-ci məhəllədə «Moskva» univermağının yaxınlığında qızıl-zinət əşyalarının alışı-satışı ilə məşğul olur. Həmin mağazaların sahibi Şahid5dur. Həmin mağazalardan birində Şahid5, digərində isə o, qızılın alışı-satışı ilə məşğul olurlar, həmçinin Şahid5 mağazalara nəzarət də edir. xx.xx.2022-ci il tarixdə Şahid4 və adının sonradan Razi kimi bildiyi şəxslər işlədikləri mağazaya gəlmişlər. Həmin vaxt Kamran iki ədəd qızıl üzük satdığını bildirmişdir. Qızıllara baxarkən müəyyən olunmuşdur ki, ədəd 512 əyyarlı qadın üzüyüdür, ümumi çəkisi 13,5 qram təşkil edir. Həmin qızıllara görə 800 manat pul verə biləcəklərini bildirmişlər. Kamranda razılaşaraq qızılları təqdim etmişdir. Kamrana 800 manat pul verilmişdir. Onu da qeyd etmişdir ki, Kamran qızılları satarkən şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bununla bağlı alış qəbzi tərtib edilmişdir. Eləcə də həmin alış qəbzində Kamranın soyadını, atasının adını, habelə şəxsiyyət vəsiqəsinin nömrəsi qeyd olundu. Bundan sonra Kamran həmin məbləği götürdükdən sonra çıxıb getdilər. Suallara cavab olaraq Şahid6 göstərmişdir ki, Şahid4 qızıl-zinət əşyalarını satarkən oğurluq olması barədə hər hansı bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs tanımır. Şahid4 və X16 işlədikləri qızıl-zinyət əşyalarının alışı və satışı kimi fəaliyyət göstərən mağazaya əvəllər hər hansı bir qızıl-zinət əşyası satmamışdır. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu, Müşfiqadab qəsəbəsi, Yataqxana 1 ünvanında daimi pasport qeydiyyatındadır, lakin Müşfiqabad qəsəbəsi, X26 küçəsi, ev 35 ünvanında yaşayır. 2019cu ildə ailə həyatı qurmuş, lakin rəsmi nikahı yoxdur. Özü orta təhsillidir, rəsmi iş yeri olmadığı üçün ayrı-ayrı yerlərdə günəmuzd fəhlə işləməklə ailəsinin maddi təlabatlarını təmin edir. Təqsirləndirilən şəxs onun məhlə uşağıdır, onunla münasibəti vardır. 05 yanvar 2022-ci il tarixdə səhər saatlarında Müşfiqabad qəsəbəsində yerləşən DYP postunun yaxınlığında Təqsirləndirilən şəxsla rastlaşıb bir qədər söhbət etmişdir. Söhbət zamanı Anar ona demişdir ki, üzərində ailəsinə məxsus qızıl-zinət əşyaları vardır və həmin əşyları satmaq istəyir. O isə Anara bildirmişdir ki, həmin qızılları “Moskva” univermağında rahat satmaq olar. Anar isə ona demişdir ki, üzərində şəxsiyyət vəsiqəsi yoxdur, həmin qızılları satmaqda ona köməklik etsin. Həmin vaxt onunda şəxsiyyət vəsiqəsi üzərində yox idi. Bu səbəbdən də həmin qızılları «Moskva» univermağında satmaqda Anara kömək etmək üçün tanışı olan taksi sürücüsü Kamran adlı şəxsin istifadəsində olan mobil telefon nömrəsinə zəng edib qəsəbəyə gəlib-gəlməyəcəyini xəbər almışdır. Kamran isə hazırda avtomobilində müştəri olduğunu, həmin müştəriləri qəsəbədə düşürdüb gəlib onu götürəcəyini demişdir. Bundan sonra o, Anarla birlikdə “FS” marketin yaxınlığında olan yerüstü piyada körpüsünün yanına gedib Kamranı orada gözləmişdir. Təxminən 1 saat sonra Kamran idarə etdiyi “Gelli MK” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlib onları götürmüş və birbaşa «Moskva» univermağına sürməsini xahiş etmişdir. Eləcə də yol gedərkən Kamrandan şəxsiyyət vəsiqəsinin üzərində olub-olmamasını xəbər alarkən Kamran vəsiqəsinin üzərində olduğunu ona demişdir. O da Anarı Kamrana dostu kimi təqdim edib Anarın qızıl-zinət əşyalarını satması üçün heç birinin üzərində şəxsiyyət vəsiqələri olmadığını deyib həmin qızılları satmaqda onlara köməklik göstərməsini xahiş etmişdir. Həmçinin Anar özü də Kamrana demişdir ki, qızıllar arvadına məxsusudur, borcu olduğu üçün satmaq istəyir. Beləliklə də, onlar «Moskva» univermağının yanına gəlib çatmışlar və avtomobildə olarkən Anar Kamrana bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa vermişdi. O, Kamranla birlikdə univermağın girişində olan qızıl alqı-satqısı mağazasına daxil olmuşlar və Kamran şəxsiyyət vəsiqəsini təqdim edib zərgərə qızılları satmaq üçün mağazaya gəldiyini demişdir. Zərgərdə həmin üzük və sırğalara baxdıqdan sonra qızıl metallardan ibarət olduğunu müəyyən edib qızılları 780 manata Kamrandan almışdır. Daha sonra Kamran əldə edilmiş pulun hamısını ona vermişdir. O, telefonunu lombarda qoyduğu üçün əvvəlcədən Anardan borca pul istəmişdir. Bu səbəbdən də mağazadan çölə çıxdıqdan sonra həmin puldan 380 manat götürmüş və qalan pulu isə gətirib Kamranın iştirakı ilə Anara vermişdir. Eləcə də Kamrana demişdir ki, Anara qızılın satılan məbləğini deməsin, özü Anarla danışacaq. Anara 400 manat verdikdən sonra Anar həmin puldan borc olaraq ona 200 manat pul vermişdir. Anara həmin pulu tezliklə geri qaytaracağını bildirmişdir. Beləliklə də Kamranın idarə etdiyi avtomobillə yenidən Müşfiqabad qəsəbəsinə yola düşmüşlər. Yol gələrkən Anar Kamranın idarə etdiyi avtomobilə 40 manat dəyərində yanacaq vurmuş və 20 manat nəğd pul vermişdir. Kamran onları gətirib qəsəbədə düşürtdükdən sonra çıxıb getmişdir. Onlar isə qəsəbədə kafelərin birinə gedib çay içib bir qədər söhbət etmişlər. Söhbət zamanı Anar ona bildirmişdir ki, üzərində əlavə olaraq bir ədəd də qızıl qolbaq vardır, onu da satmaq lazımdır. Bunun üçün ondan şəxsiyyət vəsiqəsini gətirməyini, yenidən Anarla birlikdə univermağa getməyini xahiş etmişdir. O da Anarın xahişinə əsasən yaşadığı evdən şəxsiyyət vəsiqəsini götürüb Anarın yanına gəlmiş və onlar birlikdə yoldan keçən tanımadıqları bir taksiyə əyləşib «Moskva» univermağına getmişlər. Univermağa çatdıqdan sonra Anar gəldikləri taksidə onu gözləmişdir. O isə Anardan bir ədəd qızıl bilərziyi götürüb qızıl alqı-satqısı mağazasına gedib həmin bilərziyi 560 manat satmışdır. Lakin satdığı məbləği Anara deməmişdir. Anara cəmi 360 manat pul gətirib vermişdir. Bundan sonra həmin taksi onları 4-cü mikrorayonda yerləşən hamama aparmış və çıxıb getmişdir. O, hamamda Anarı gözləmiş, Anar isə par qəbul etmək üçün otağa getmişdir və bir saat sonra onlar birlikdə hamamdan çıxıb taksi çağırıb Müşfiqabad qəsəbəsinə gəlmişlər. Qəsəbədə isə onlar sağollaşdıq, hərə öz evinə getmişdir. Suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Anarla o, Müşfiqabad qəsəbəsində yerləşən DYP postunun yaxınlığında yaşayırlar və evilərindən posta cəmi 200 metr məsafə vardır. Həmin gün o, evdən çıxıb mağazaya gedərkən Anarla yolda təsadüfən rastlaşmışdır. Kamran mənə 800 manat deyil, cəmi 780 manat pul vermişdir. O, həmin puldan 380 manat cibinə qoymuşdur ki, Anara sonradan bu barədə bildirər, çünki müəyyən borcları vardır. Avtomobilə əyləşdikdən sonra Anara qızılları 400 manat satdıqlarını deyib həmin pulu Anara təqdim etmişdir. Daha sonra Anar həmin puldan borc olaraq ona 200 manat pul vermişdir. 06 yanvar 2022-ci il tarixdə isə məhlədə Anarla görüşüb ona qızılları 780 manata satıldığını demişdi və puldan 380 manat götürdüyünü bildirmişdir. Həmçinin yaxın günlərdə həmin pulu Anara qaytaracağını demişdir. Lakin bilərziyi 560 manata satdığı təqdirdə həmin puldan 200 manat götürdüyünü Anara bildirməmişdir. Təqsirləndirilən şəxs yüngül soyuqladığı üçün bədəni ağrıyırdı. Bu səbəbdən də Anar Kamranla birlikdə mağazaya getməyini ondan xahiş etmişdir. Bu səbəbdən də Kamran əldə edilmiş pulu mağazanın yanında ona vermişdir, onun tapşırığına əsasən Kamran Anara satdığı pulun qədərini düzgün deməmişdir. Onun pula ehtiyacı olduğu üçün Kamrandan ümumi məbləği gizlətməsini xahiş etmişdir. Başqa məqsədi olmamışdır. Eləcə də o, sonradan Anara əldə edilmiş məbləği düzgün demişdir. Lakin bilərziyi neçəyə satmağını düzgün deməmişdir. O, qeyd edilən mağazanı əyani şəkildə göstərməklə bir daha ifadəsini təsdiq edə bilər. O, Rəşad adlı şəxsi tanıyır, Rəşad Anarın da tanışıdır. Rəşad onlarla bir qəsəbədə yaşayır, Rəşadı 2 ilə yaxındır bir qəsəbə sakini kimi tanıyır. Lakin, Təqsirləndirilən şəxs Rəşada qızıl-zinət əşyaları satmasından məlumatı yoxdur. Təqsirləndirilən şəxs satılması üçün onunla Kamrana verdiyi qızıl-zinət əşyalarının oğurluq olmasından məlumatı olmayıbdır. Eləcə də, Anarın oğurluq etməsini qabaqcadan bilməmişdir. Bu barədə polis idarəsinə dəvət edildikdən sonra məlumatı olubdur. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, o, latın qrafikalı əlifba ilə üzündən oxumağı bacarır, ifadəsinin latın qrafikalı əlifba ilə kompyuter vasitəsilə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanıyır, sonuncu əvvəllər onların məhlələrində yaşayırdı. X18 rayonu, Müşfiqabad qəsəbəsinə köçmüşdür, buna baxamayaq onun Anarla əlaqəsi vardır. Bildirirmişdir ki, o, yuxarıda göstərilən ünvanda anası Şahid3 ilə birlikdə yaşayır, hazırda heç bir yerdə işləmir. Yaşadığı ev iki otaqdan ibarətdir. Suallara cavab olaraq Şahid1 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, lakin sonuncunun dəqiq hansı ünvanda yaşadığını bilmir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri ilə razıdır, belə ki, 2022-ci ilin yanvar ayının əvvəllərində gecə vaxtı Anar onun yaşadığı ünvana gəlib onu bayıra çağırıb söyləmişdir ki, ailəsində problem var, maddi çətinlik yaranıb və buna görə də ona pul lazımdır. Həmin vaxt Anarın əlində qırmızı qutu var idi. Anar qutunu açıb qutunun içərisindəki mirvari boyunbağını biləriziyi ilə birlikdə göstərmişdir, bundan başqa da, bir ədədinin üzərində göy rəngli qaş, digəri isə paxlava şəkilli olan iki ədəd üzüyü ona göstərib bildirmişdi ki, bunları satır. O, da Anara söyləmişdir ki, ona götərdiyi həmin bəzək əşyaları qızıla oxşamır, lakin Anarı çoxdan tanıdığı üçün sonuncuya 55 manat indi verər, sonrada 45 manat ödəyər. O, Anardan dəfələrlə soruşmuşdur ki, bunlar oğurluq deyil ki? Anar qətiyyətlə ona bildirmişdi ki, ona satmaq istədiyi həmin bəzək əşyaları oğurluq deyil. Bundan sonra o, evin içinə daxil olub evdən 55 manat pul götürüb Anara vermişdir. Anarda bir ədədinin üzərində göy rəngli qaş, digəri isə paxlava şəkilli olan iki ədəd üzüyü ona vermişdi. Bundan sonra Anar qutunun içərisindəki mirvari boyunbağını biləriziyi ilə birlikdə ona verib demişdi ki, bunuda qeyri rəsmi yaşadığın Səbinəyə verərsən. O da həmin qutunu, mirvari boyunbağını biləriziyi ilə birlikdə götürüb evə aparmışdır. Həmin qızıl üzüklərı anasının yaşadığı ünvanda saxlamışdır, mirvari boyunbağını biləriziyi ilə birlikdə götürüb qeyri-rəsmi yaşadığı Səbinənin evinə aparmışdır. Anarın ona satdığı bir ədədinin üzərində göy rəngli qaş, digəri isə paxlava şəkilli olan iki ədəd üzüyü maddi çətinlik çəkdikləri üçün anası Sevil 2-3 gün bundan qabaq «Moskva» unvermağı yaxınlğında satmışdır. Qutunun içərisində olan mirvari dəsti hazırda ondadır, təqdim edə bilər. Təqsirləndirilən şəxs qızıl-zinyət əşyalarını ona satarkən oğurluq olması barədə hər hansı bir məlumat verməmişdir, Anar ona bildirmişdir ki, həmin bəzək əşyaları özünün evinindir. Təqsirləndirilən şəxs onun yanına gəlib ailə vəziyyəti pis olması barədə bildirmiş və sonuncuya borclu qaldığı 45 manat istəyirdi. Onun pulu olmadığından Anara borclu qaldığı pulu verə bilməmişdir. Anar ona satdığı bir ədədinin üzərində göy rəngli qaş, digəri isə paxlava şəkilli olan iki ədəd üzüyün, eləcə də, qutunun içərisində olan mirvari dəstinin oğurluq olması barədə onun məlumatı olmamışdır. İş materiallarına olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 05 fevral 2022-ci il tarixli 22/113R-№-li rəyindən görünür ki: 1.xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 13 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs2 məxsus mənzil 67-də baş vermiş oğurluq faktı ilə əlaqədar, hadisə yerinin müayinəsi zamanı 13 ədəd yapışqan lent kəsikləri vasitəsi ilə götürülmüş əl izlərindən 04 ədəd ovuc və 4 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2.Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs adına çıxarılmış daktiloskopik xəritə müqayisəli tədqiqat üçün yararlıdır. 3.Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədəd xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağın əksi ilə eynilik müəyyən edilmişdir. 4.Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan 04 ədəd ovuc və 03 ədəd əl-barmaq izinin DİN-nin KTİ-nin ADİS-nin məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs əl əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2022-ci il tarixli, 9/8992 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 1 ədəd Pioneer markalı, mühərrik gücü 6.2 kw/13000rpm olan sarı rəngli otbiçən aparatın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırki tarixə, yəni 2021-ci il dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 70,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2022-ci il tarixli, 6/570-9/665 saylı rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, təqiqata təqdim edilən zərgərlik məmulatlarının xx.xx.2022-ci il tarixə olan orta bazar qiyməti aşağıdakı kimi müyyən edilir: -20,36 qram kütləli, mis əsaslı ərintidən hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar və kürə formalı ağ rəngli muncuq olan sarı rəngli 1 dəst sırğa cütü-üzük - 5,00 manat; -127,34 qram kütləli, ümumilikdə 48 ədəd kürə formalı, ağ rəngli muncuqlardan və 44 ədəd 583/585 əyarlı qızıldan olan, sarı rəngli metal kürəciklərdən ibarət 1 dəst boyunbağıqolbaq- 130,00 manat; -4,47 qram kütləli mis əsaslı ərintidən hazırlanmış, üzərində ümumilikdə 2 ədəd ağ rəngli muncuqlar olan, qırmızımtıl-sarı rəngli 1 cüt sırğa - 2,00 manat; -5,17 qram kütləli, mis əsaslı ərintidən hazırlanmış, üzərində ümumilikdə 2 ədəd kürə formalı, ağ rəngli muncuqlar olan sarı rəngli 1 cüt sırğa- 5,00 manat; -Ürək formalı, qırmızı rəngli qızl qabı- 10,00 manat. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Orxan Ocaqov tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli «Baxış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu küçəsi, ev 4D-də yerləşən 67 saylı mənzil 9 mərtəbəli binada yerləşir. Mənzilin alt tərəfində binanın çölündə metal boru vardır. Mənzil 3 otaqdan ibarətdir. Mənzilə daxil olarkan sol tərəfdə yataq otağı və həmin otağın sol tərəfində qəhvəyi rəngli dolab vardır. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, həmin dolabın yuxarı hissəsində qırmızı rəngli ürək şəkilli qutu olmuş və həmin qutunun içərisində qızıl-zinnət əşyaları olmuşdur. Baxış zamanı həmin ürək şəkilli qutu içərisində olan qızıl-zinnət əşyaları ilə birlikdə dolabda olmamışdır. Mənzilə daxil olarka sağ tərəfdə mətbəx yerləşir. Mətbəxi eyvanla plastmass qapı ayırır. Həmin qapının üzərində olan 1 seksiya sındırılmış vəziyyətdə olmuşdur. Hadisə yerindən 12 ədəd əl-barmaq izləri aşkar edilərək götürülmüş, fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. X14 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli «Götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq birinin qaşı sınıq olmaqla iki ədəd mirvari və brilliant qaşlı sırğalar, iki ədəd mirvari qaşlı sırğa, bir ədəd mirvari qaşlı üzük və 2 ədəd mirvari qaşı təqdim etmiş və həmin əşyalar təhqiqat orqanı tərəfindən götürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli «Təqdim etmə və götürmə barədə» protokoldan görünür ki, Şahid1 14 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə almış olduğu 01 ədəd qutunun içərisində mirvari boyunbağını biləriziyi ilə birlikdəi istintaqa təqdim etmişdir. İşdə olan «13» yanvar 2022-ci il tarixli «Təqdim etmə və götürmə barədə» protokoldan görünür ki, həmin tarixdə «İNCİ» mağazasından Şahid4 tərəfindən həmin mağazaya qızıl-zinət əşyasının təhvil verilməsi barədə xx.xx.2022-ci il tarixli «Alış qəbzi» götürülmüşdür və bu qəbzdən görünür ki, sonuncu tərəfindən mağazaya üzük və sırğa satılmışdır. X15 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli «Könüllü təqdim etmə barədə» protokolundan görünür ki, oğurluqda şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 28 May qəsəbəsində yerləşən fərdi tikili evdən oğurladığı 1 ədəd motorlu ot biçən maşını Abşeron rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi ev 152-də qaldığı fərdi yaşayış evində saxladığını bildirərək konüllü olaraq təqdim etmişdir. Könüllü təqdim etmə zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 01 dəst sırğa-üzük, 1 dəst boyunbağı-qolbaq, 1 cüt sırğa və bir cüt sırğanı Zərərçəkmiş şəxs2 təhvil almışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə X10 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X6, xx.xx.2007-ci il tarixdə doğulmuş X11, xx.xx.2012-ci il tarixdə doğulmuş X7 və xx.xx.2015-ci il tarixdə doğulmuş X8 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə istintaq zamanı əldə olunmuş Zərərçəkmiş şəxs2 məxsus 20,36 qram kütləli mis əsaslı ərintidən hazırlanmış üzərində rəngsiz şəffaf qaşlar və kürə formalı ağ rəngli muncuq olan sarı rəngli 1 dəst sırğa cütü-üzük, 127,34 qram kütləli ümumilikdə 48 ədəd kürə formalı ağ rəngli muncuqlardan və 44 ədəd 583/585 əyarlı qızıldan olan sarı rəngli metal kürəciklərdən ibarət 1 dəst boyunbağı-qolbaq, 4,47 qram kütləli mis əsaslı ərintidən hazırlanmış üzərində ümumilikdə 2 ədəd ağ rəngli muncuqlar olan qırmızımtıl-sarı rəngli 1 cüt sırğa, 5,17 qram kütəli mis əsaslı ərintidən hazırlanmış üzərində ümumilikdə 2 ədəd kürə formalı ağ rəngli muncuqlar olan sarı rəngli 1 cüt sırğa, ürək formalı qırmızı rəngli 1 ədəd qızıl qabı və Zərərçəkmiş şəxs3 məxsus ot biçən aparat maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün müvafiq olaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərinə görə 30 noyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 02 dekabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, daha sonra o, 13 yanvar 2022-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və 15 yanvar 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə 17 avqust 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, 14 oktyabr 2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs bu günədək tutulduğu və həbsdə qaldığı 01 (bir) ay 26 (iyirmi altı) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə 160 (yüz altmış) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus 20,36 qram kütləli mis əsaslı ərintidən hazırlanmış üzərində rəngsiz şəffaf qaşlar və kürə formalı ağ rəngli muncuq olan sarı rəngli 1 dəst sırğa cütü-üzük, 127,34 qram kütləli ümumlikdə 48 ədəd kürə formalı ağ rəngli muncuqlardan və 44 ədəd 583/585 əyarlı qızıldan olan sarı rəngli metal kürəciklərdən ibarət 1 dəst boyunbağı-qolbaq, 4,47 qram kütləli mis əsaslı ərintidən hazırlanmış üzərində ümumilikdə 2 ədəd ağ rəngli muncuqlar olan qırmızımtıl-sarı rəngli 1 cüt sırğa, 5,17 qram kütəli mis əsaslı ərintidən hazırlanmış üzərində ümumlikdə 2 ədəd kürə formalı ağ rəngli muncuqlar olan sarı rəngli 1 cüt sırğa, ürək formalı qırmızı rəngli 1 ədəd qızıl qabı və Zərərçəkmiş şəxs3 məxsus ot biçən aparatın müvafiq olaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən 39 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 234 (iki yüz otuz dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə qaldığı 01 (bir) ay 26 (iyirmi altı) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 14 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə 160 (yüz altmış) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus 20,36 qram kütləli mis əsaslı ərintidən hazırlanmış üzərində rəngsiz şəffaf qaşlar və kürə formalı ağ rəngli muncuq olan sarı rəngli 1 dəst sırğa cütü-üzük, 127,34 qram kütləli ümumilikdə 48 ədəd kürə formalı ağ rəngli muncuqlardan və 44 ədəd 583/585 əyarlı qızıldan olan sarı rəngli metal kürəciklərdən ibarət 1 dəst boyunbağı-qolbaq, 4,47 qram kütləli mis əsaslı ərintidən hazırlanmış üzərində ümumilikdə 2 ədəd ağ rəngli muncuqlar olan qırmızımtıl-sarı rəngli 1 cüt sırğa, 5,17 qram kütəli mis əsaslı ərintidən hazırlanmış üzərində ümumilikdə 2 ədəd kürə formalı ağ rəngli muncuqlar olan sarı rəngli 1 cüt sırğa, ürək formalı qırmızı rəngli 1 ədəd qızıl qabı və Zərərçəkmiş şəxs3 məxsus ot biçən aparatın müvafiq olaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla 234 (iki yüz otuz dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar