Məhkəmə qərarları › İş №1(002)-150/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-150/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-150/2023 06.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 11:30-da X6 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndində qeydiyyatda olan və Qaradağ rayonu, Sahil qəsəbəsi 16 saylı yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə saat 13.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Ş.Əsgərov küçəsində, ümumi tanışları arasında əvvəllər baş vermiş münaqişəni bəhanə gətirərək Zərərçəkmiş şəxs işlətdiyi meyvə-tərəvəz mağazanın qarşısına gəlib aqressiv hərəkətlər edərək, ətrafda olan insanlara məhəl qoymayaraq heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə qəsdən yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbələr vuraraq ona hər iki burun keçəcəyinin aktiv qanaması və tənəffüs pozulması ilə müşayiət olunan burunüstü nahiyənin sıyrığı ilə nəticələnən və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 09 dekabr 2022-ci il tarixdə saat 13:15 radələrində Sahil qəsəbəsində Şahlar Əsgərov küçəsində dayanıb dostu Orxan Kərimovu gözləmişdir. Dayandığı yer İlhamın meyvə satdığı yerə yaxın olmuşdur. Bu zaman İlham ona yaxınlaşaraq “sənin burada işin var?” deyə soruşmuşdur. O da İlhama adam gözlədiyini dedikdə, İlham onu itələmiş və ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra İlhama demişdir ki, bura məhldədir heç kim heç kimi qova bilməz. İlham bu an onun sifətindən sillə vurmuşdur və sinəsindən itələmişdir. O, yerə yıxılmışdır. Yerdən qalxıb İlhamın üz nahiyəsinə iki dəfə yumruqla vurmuşdur. Bu vaxt İlhamım üzü qanamışdır. Hadisə zamanı onları xatırlamadığı şəxslər ayırmışlar. Onların dalaşdıqlarını görən polislər oraya yaxınlaşmışlar. Onları polis bölməsinə gətirmişlər. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə nəticəsində o, xəsarət almamışdır. Lakin birinci İlham onu vurmuşdur. Hazırda əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmaq istəyir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrində hadisəyə səbəb Zərərçəkmiş şəxs onu şillə ilə vurması və sinəsindən itələməsi olması kimi göstərdiyi xüsusatlar özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Sahil qəsəbəsindən tanıyır. Təqsirləndirilən şəxs ilə əvvəllər münasibəti normal olmuşdur. 2022-ci ilin sentyabr ayında onun bacısı oğlu X2 ilə Təqsirləndirilən şəxs və onun dostu X1 arasında dava-dalaş olmuşdur. Hadisədə onun bacısı oğlu Ramal döyülmüşdür. Bundan sonra onlar, yəni bacısı oğlu Qaradağ RPİ-nin 38-ci PB-nə ərizə yazmış və bununla bağlı Qaradağ RPİ-nin İŞ-də cinayət işi istintaq olunmuşdur. Məlum hadisədən sonra, yəni bacısı oğlu Ramalın döyülməsindən sonra Sənanla və onun dostu Orxan Kərimovla münasibətləti yaxşı olmamışdır. Həmin hadisədən sonra Orxan və Sənan həmişə Orxanın idarə etdiyi motosikletlə onun işlədiyi meyvə dükanının qarşısından keçərkən ona acıq vermişlər. Ondan yaşca dəfələrlə kiçik olduqları halda, bu hərəkəti etmələri ona çox pis təsir etmişdir. Bundan başqa. Təqsirləndirilən şəxs da öz motosikleti ilə onun dükanının qarşısından keçib onu əsəbləşdirmişdir. O, buna görə Sənana dəfələrlə öz iradını bildirmişdir. 09 dekabr 2022-ci il tarixdə saat 13 radələrində o, Sahil qəsəbəsində Ş.Əsgərov küçəsində işlətdiyi meyvə dükanının qarşısında olarkən Sənan yaxında dayanıb ona tərəf addımlayıb lap yaxınına gəlib sonra isə geri qayıtmışdır. Bir neçə dəfə bu hərəkəti edəndən sonra onun ehmalca gödəkçəsinin qolundan tutub demişdir ki, “səni kim buraya göndərib get burdan”. Sənanla onun arasında sözlü mabahisə yaranmışdır. Bu zaman Təqsirləndirilən şəxs gözləmədiyi halda onun burun nahiyəsinə yumruqla bir iki dəfə vurmuşdur. Sənanın vurduğu zərbənin təsirindən onun burnundan qan açılmışdır. Həmin ərəfədə yaxınlıqdan keçən post patrul xidməti əməkdaşları onlara yaxınlaşmışdır. Onlar hər ikisini 38-ci polis bölməsinə aparmışlar. Bölmədə ərizə yazmış, izahatı alınmışdır. Sənanı şillə ilə vurmamışdır. Sənan özünü müdafiə etmək üçün yalan ifadə vermişdir. Ona sakitcə demişdir ki, buradan get. Onu söyməmişdir. Sənanla onun mübahisəsi və Sənanın onu yumruqla vurması 5 dəqiqə davam etmişdi. Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 08 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlarıtəsdiq edərək 09 dekabr 2022-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsində Təqsirləndirilən şəxs onun sifətinə yumruqla vuraraq xəsarət yetirməsini, hadisə zamanı Təqsirləndirilən şəxs şillə ilə vurmadığını sonuncunun üzünə qarşı demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ rayon RPİ-nin PPXB-də polis nəfəri işləyən Şahid2 ifadəsində göstərmişdir ki, xidməti fəaliyyəti ilə bağlı Qaradağ rayonu ərazisində müxtəlif qəsəbələrdə postda olur. 09 dekabr 2022-ci il tarixdə Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsində olarkən iş yoldaşı Şahid1 Sayid oğlu birlikdə xidmətdə olmuşdur. Bu zaman onlar xidməti avtomobillə Sahil qəsəbəsi ərazisində Ş.Əsgərov küçəsində iki nəfərin dalaşdığını görmüşlər və həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burnundan yumruqla vurmuşdur. Onlar avtomobili saxladıb onlara yaxınlaşmışlar. Hadisə zamanı oraya bir neçə nəfər şəxs toplaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs burun nahiyəsi qanamışdır. Onlar Şahid1 ilə birlikdə hər iki şəxsi avtomobilə əyləşdirib Qaradağ RPİ-nin 38-ci polis bölməsinə gətirmişlər. Bu barədə tərəflərindən raportla polis bölməsinin rəisinə məruzə olunmuşdur. Bölmədə məlum olmuşdur ki, həmin şəxslərdən biri Zərərçəkmiş şəxs, digəri isə Təqsirləndirilən şəxsdur. Hər iki şəxsin Sahil qəsəbəsində yaşadıqları bilinmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ rayon RPİ-nin PPXB-də polis nəfəri işləyən Şahid1 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayır. Özünə məxsus “Vaz-2103" markalı, avtomobili var. Həmin avtomobillə taksi kimi fəaliyyət göstərir. Şəxiyyət vəsiqəsində adı Malik olsa da, onu hər yerdə Xalid kimi tanıyıb çağırırlar. Bir çox hallarda Sahil qəsəbəsində Ş.Əsgərov küçəsində avtomobilini saxlayıb müştəri gözləyir. Onun avtomobili saxladığı əraziyə yaxın yerdə Zərərçəkmiş şəxs adında şəxs meyvə- tərəvəz alveri ilə məşğul olur. İlhamla münasibəti normaldır. 09 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Sahil qəsəbəsində Ş.Əsgərov küçəsində çayxanada olarkən küçədə İlhamın meyvə dükanının qarşısında bir neçə nəfərin toplaşdığını və PPXB-nin xidməti avtomobilinin dayandığını görmüşdür. O, və başqa adamlar nə baş verdiyini öyrənmək üçün həmin yerə yaxınlaşmışlar. Onlar ora yaxınlaşanda Yaqubla bir nəfər 20-21 yaşlarında cavan oğlanın əlbəyaxa olduqlarını görmüşlər. Həmin vaxt polis əməkdaşları İlhamı və onunla dalaşan oğlanı avtomobilə mindirib aparmışlar. İlhamın burnundan qan gəlmişdir. Orada olan şəxslərdən eşitmişdir ki, İlham adının sonradan Sənan olduğunu bildiyi şəxslə dava etmişdir. Həmin Sənan adlı şəxs İlhamı yumruqla vurmuşdur. O, bu dediklərini oraya toplaşan başqa adamlardan eşitmişdir. Lakin kiminsə İlhamı vurmasını görməmişdir. Həmçinin İlham da özü ona demişidir ki, onu Sənan yumruqla vurub burnunu əzmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid4 Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022ci il tarixli, 908 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətləri - hər iki burun keçəcəyinin aktiv qanaması və tənəffüs pozulması ilə müşayiət olunan burunüstü nahiyəsinin sıyrığı bərk küt əşya təsirindən müayinədən bir neçə saat əvvəl törənmişdir, qərarın, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 685 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməllərini faktiki xarakterini və ictimai təhlükəl i liyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-ııin 21-ci maddəsinin təsiri altına düşmür. X3 məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında göstərilən məsələləri də nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları da nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və gənc olmasını onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onların vəkil işlədikləri 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar