Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-150/2024 15.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Lənkəran rayonu, Lüvəsər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Lüvəsər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, о, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs1 arvadı X1 vəsiqəsini 1000 manat pul müqabilində düzəldəcəyi barədə qəsdən yalan vəd verib onu aldadaraq etibarından suistifadə edib 650 (altı yüz əlli) manat məbləğində pul vəsaitini 20 iyul 2023-ci il tarixdə kart hesabına göndərilməsi yolu ilə ələ keçirərək sonuncuya ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa о, təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı evin qonşuluğunda yaşayan X6, Zərərçəkmiş şəxs5, X9 və Zərərçəkmiş şəxs3 da sürücülük vəsiqəsinin hər birini 1000 manat pul məbləğində düzəldəcəyi barədə ona qəsdən yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2023-ci il tarixdə kart hesabına göndərilməsi yolu ilə 300 manat, xx.xx.2023-ci il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 400 manat və xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Meyvəli Bazarı”ın giriş qapısında 2850 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 cəmi 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, zərərçəkmiş şəxslərin şəxsiyyət vəsiqələrini Tərlan ona göndərmişdir. Tərlanın göndərdiyi pulları ona Hacıbala vermişdir. Birinci 650 manat pul atılıb Hacının kartına sonra da 300, 400 manat pullar atılıb. Onlara sürcülük vəsiqəsi düzəldəcəyimə vəd verərək Hacını aldadmışam. Sonra Tərlanla özü danışaraq 650 manatdan əlavə ondan 2850 manat pul almışdır ki, digərilərinədə sürücülük vəsiqəsi düzəldəcəkdir. O bu pulları məhlələrində qalan Tural adlı adamın kartına atıldığını, oda pulları çıxarıb gətirib ona verdiyini, onun bu pulların nə məqsdlə ona göndərilməsindən xəbərinin olmadığnı qeyd etmişdir. Digər xanımların sürücülük vəsiqələrinin düzlməsini də 850 manata razılaşmışlar. X23 tərəfdə görüşmüş, elə-belə pravalarla bağlı söhbət edib getmişlər. Tərlan ora tək gəlmiş, o isə əmisioğlu ilə gedərək iki dəqiqəlik Tərlanla görüşüb sonra evə getmişdir. O Tərlanı ilk dəfə orda görmüş və Tərlan ona demişdir ki, gəl görüşək danşaq nəsə problem olmasın pravanı düzəlt sonra pulun qalan hissəsində verim. Əmisioğlu onlar görüşən zaman heç maşından düşməyib onun bu məsələdən xəbəri olmamışdır. Bu günə kimi vurulmuş ziyandan imkanı olmadığı üçün heç nə qaytarmamışdır. O özünü ancaq 2850 manata görə təqsirli bildiyini, meyvəli ticarət mərkəzinin yanında Tərlandan pul almadığını, Zərərçəkmiş şəxs1 arvadına prava düzətmək üçün ondan da 650 manat pul aldığını göstərmişdir. O əlavə olaraq öz ifadəsində törətdiyi əməldən peşiman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənildiyini, oğlu X11 ikinci Qarabağ müharibəsində döyüşlərdə fəal iştirak edərək medallara təltif edildiyini nəzərə alaraq ona yüngül cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. O həmin ifadəsində göstərmişdir ki, bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Hal-hazırda heç yerdə işləmir. Elan edilmiş ittihamın mahiyyətinə dair göstərir ki, 2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsində kirayə yaşadığı zaman qonşuluqda yaşayan Hacıbala adlı şəxsi tanımış və aralarında dostluq münasibəti yaranmışdır. 2023-cü ilin avqust ayında Şahid1 ilə söhbət etdiyi zaman o, dostu Tərlanın həyat yoldaşı üçün sürücülük vəsiqəsi düzəltdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Şahid1 bu işdə kömək edə biləcəyini və 1000 manat pul müqabilində Zərərçəkmiş şəxs1 həyat yoldaşı üçün sürücülük vəsiqəsi düzəldə biləcəyini söyləmişdir. Hacıbala bununla bağlı Tərlan adlı şəxslə telefonla danışdıqdan sonra Tərlanın razı olduğunu bildirmişdir. Bundan sonra Hacıbalaya sürücülük vəsiqəsi almaq istəyən şəxsin şəxsiyyət vəsiqəsinin surətini və qeyd edilən məbləği ona göndərməsini söyləmişdir. Bundan sonra Tərlan Hacıbalanın kart hesabına 700 manat pul göndərmiş, həmin məbləği Hacıbala kartından çıxararaq Təqsirləndirilən şəxs vermişdir. Hacıbala onun mobil telefon nömrəsini Tərlana bildirdikdən sonra sonuncu öz həyat yoldaşının şəxsiyyət vəsiqəsinin şəklini votsap sosial şəbəkəsi vasitəsi ilə ona göndərmişdir. Qalan 300 manatı isə işin sonunda ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la razılaşmış və 45 gün sonra sürücülük vəsiqəsinin hazır olacağını ona bildirmişdir. Həmin vaxtdan bir neçə gün sonra Tərlan ona yenidən zəng edərək arvadından başqa dörd nəfər şəxs üçün də sürücülük vəsiqəsi düzəldilməsi lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt pula ehtiyacı olduğundan Tərlanın bu təklifi ilə razılaşaraq onu əmin etmişdir ki, həmin şəxslərə də hərəsindən 1000 manat məbləğində pul müqabilində sürücülük vəsiqəsi düzəldəcəkdir. Tərlanla razılaşmadan sonra o, sözügedən qadınların şəxsiyyət vəsiqələrinin şəklini ona göndərərək, kart hesabı ilə hissə-hissə cəmi 1500 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı həmin pulları öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la sonuncu dəfə 2023cü ilin avqust ayının sonlarında Qaradağ rayonunda yerləşən Meyvəli adlanan bazarın yaxınlığında görüşmüş, sürücülük vəsiqələrinin düzəldilməsi barədə söhbət etdikdən sonra ayrılmışlar. Vəd etdiyi sürücülük vəsiqələrini düzəldə bilmədiyindən Hacıbalanın və Tərlanın onu tapa bilməmələri üçün bir müddət sonra Keşlə qəsəbəsində kirayə yaşadığı mənzildən köçmüş, mobil telefonunun nömrəsini dəyişmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, “Vətən Müharibəsi” qazisi olmaqla 3-cü qrup əlildir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında keçmiş əsgər yoldaşı Şahid1 ilə görüşüb haləhval tutub, söhbət əsnasında ona bildirmişdir ki, həyat yoldaşına sürücülük vəsiqəsi almaq istəyir. Bunu eşidən Hacıbala ona söyləmişdir ki, onun Amil adında yaxın dostu vardır və o, Daxili İşlər Nazirliyində adını bilmədiyi general rütbəli şəxsin sürücüsüdür və sürücülük vəsiqəsini onun köməyi ilə almaq olar. Zərərçəkmiş şəxs1 Hacıbaladan xahiş etmişdir ki, Amil adlı şəxslə danışıb bu məsələdə ona kömək etsin. Hacıbala onun xahişini yerinə yetirəcəyinə söz vermişdir. xx.xx.2023-cü il tarixdə Hacıbala ona zəng edərək Amillə ilə bir yerdə olduğunu, sürücülük vəsiqəsi məsələsini 1000 (min) manat müqabilində həll edə biləcəyini, buna görə də onun kart hesabına 1000 manat pul göndərməyi söyləmişdir. Zərərçəkmiş şəxs1 razılaşıb Şahid1 **********714075 nömrəli kart hesabına ödəmə terminalı vasitəsi ilə ümumilikdə 650 manat pul və arvadının şəxsiyyət vəsiqəsinin şəklini onun telefonuna göndərmişdir. Bundan sonra yenidən Hacıbalaya zəng edib pulu göndərdiyini bildirdikdə, Amil adlı şəxs onunla telefonla danışaraq tanışları vasitəsilə 45 gün müddətinə sürücülük vəsiqəsinin hazır edəcəyini bildirmişdir. O, da Amilə sürücülük vəsiqəsi hazır olandan sonra qalan 350 manatı verəcəyini söyləmişdir. Həmin gündən təqribən 2-3 gün sonra Zərərçəkmiş şəxs1la qonşuluqda yaşayan dörd nəfər qadın sonuncunun həyat yoldaşına 1000 manata sürücülük vəsiqəsi alacağını eşidib onlar üçün də bu məsələdə kömək etməsini xahiş etdilər. Zərərçəkmiş şəxs1 həmin qadınların şəhid ailələri olduğunu nəzərə alıb Amilin köməkliyi ilə onlara sürücülük vəsiqəsi almağa razılaşmışdır. Bu barədə söhbət etmək üçün Amilin ***-***-**-** nömrəsinə zəng etmiş və ona əlavə olaraq 4 nəfər üçün də sürücülük vəsiqəsi almaq lazım olduğu barədə məlumat vermişdir. Bunu eşidən Təqsirləndirilən şəxs dərhal razılıq vermiş və ona bildrmişdir ki, mümkün qədər tez zamanda pulları və sənədləri ona çatdırsın ki, o, sürücülük vəsiqələrini almaq üçün lazımi şəxslərə müraciət etsin. Zərərçəkmiş şəxs1 ona inananaraq ilk olaraq müraciət edən qonşu qadınların sənədlərini ona göndərmişdir. Bundan sonra hissə-hissə olmaqla onun kart hesabına 1500 manat göndərmişdir. Son olaraq isə xx.xx.2023-cü il tarixdə günorta saatlarında meyvəli bazarının girişinin qarşısında Amillə görüşüb ümumi məbləğdən qalan 2850 manatı ona vermişdir. Pulu tam olaraq ona verdikdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, ən geci sentyabr ayının 15-də sürücülük vəsiqələri tam hazır olacaqdır. O, da Təqsirləndirilən şəxs sözlərinə inanıb gözləməyə başlamışdır. Sentyabr ayının əvvəllərində işin gedişi ilə bağlı Təqsirləndirilən şəxs zəng etmək istədikdə onun nömrəsinə zəng çatmamışdır. Bundan şübhələndiyi üçün Zərərçəkmiş şəxs1 dostu Hacıbalaya zəng etmiş və Təqsirləndirilən şəxs zəng çatmadığını bildirmişdir. Hacıbala ona Amilin bir neçə şəxsdən bu vasitə ilə pul alaraq aradan çıxdığını və hal hazırda onunla heç bir əlaqə saxlamaq mümkün olmadığını söyləmişdir. Zərərçəkmiş şəxs1 həmin gün başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etmişdir. Bundan sonra o, dostlarından və yaxınlarından borc alıb qonşu qadınların 4000 manatını qaytarmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 01 iyul 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə və barəsində dəfələrlə məcburi gətirilmə barədə qərarlar qəbul edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və onun məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. O məhkəməyə teleqram ünvanlayaraq, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın Zərərçəkmiş şəxs1 tərəfindən tam ödəndiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılğı ilə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailə üzvlərimlə birlikdə yaşayıram. Zərərçəkmiş şəxs1 da ailəsi ilə onlarla bir binada ailəsi ilə yaşayır. Onlar arasında olan münasibətlər normaldır. 2023-cü ilin avqust ayında yaşadıları binanın həyətində qonşu qadınlarla söhbət etdikləri zaman, qonşu Tərlanın öz arvadı üçün Amil adlı şəxs vasitəsi ilə 1000 manat pul məbləğində sürücülük vəsiqəsi düzəltmək istədiyini eşidib binada yaşayan,onunla birlikdə üç qonşu qadınlar bu barədə Tərlana müraciət etmişlər.Tərlan bu məsələdə onlara kömək etməyə razılıq verərək Amil adlı şəxslə danışdıqdan sonra bizə cavab verəcəyini söyləmişdir. Aradan bir gün keçəmiş ki, Tərlanla həyətdə görüşərkən o,Amil adlı oğlanla əlaqə saxladığını və onun köməkliyi ilə 1000 manat pul məbləği müqabilində onlara sürücülük vəsiqəsi alacağını söyləmişdir. O, özünə aid olan şəxsiyyəti barədə olan sənədləri toplayıb 1000 manat pulu hissə-hissə Tərlana vermişdir. Qonşu qadınlar da sənədlərini hazırlayaraq hərə öz payına düşən 1000 manat məbləğində pulu Tərlana vermişlər.Tərlan aldığı sənədləri və pulları hissə-hissə Amil adlı şəxslərə göndərmişdir. Amil adlı şəxs Tərlana söz vermişdir ki, sentyabr ayının 15-nə kimi onların sürücülük vəsiqələri hazır olacaqdır.Lakin göstərilən müddətdə xəbər çıxmadığı üçün Tərlana müraciət etdikləri zaman o, Amilin telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Onlar,yəni dörd nəfər qonşu qadınlar hərəsi min manat məbləğində pulu Tərlana verdikləri üçün pulu ondan alacaqlarını söyləmişlər. Tərlan onlara narahat olmamağı bildirərək, onun və qonşu qadınların ona verdikləri pulu hissə-hissə qaytarmışdır. Ona görə də şəxsən onun Tərlana qarşı heç bir iddiası və tələbi yoxdur. Amil adlı şəxsi tanımır, onunla görüşməmiş və telefon əlaqəsi də saxlamamışdır. Sürücülük vəsiqəsi almaq üçün bütün söhbətlər Tərlanla aparılmışdır. Tərlan bu barədə polisə müraciət etmiş, Amil adlı şəxs həbs edilmiş və barəsində Qaradağ RPİ-nin istintaq şöbəsində araşdırma aparılır. Zərərçəkmiş şəxs5 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə və barəsində dəfələrlə məcburi gətirilmə barədə qərarlar qəbul edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və onun məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. O, məhkəməyə teleqram ünvanlayaraq, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın Zərərçəkmiş şəxs1 tərəfindən tam ödəndiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılğı ilə Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailə üzvlərimlə birlikdə yaşayıram. Zərərçəkmiş şəxs1 da ailəsi ilə onlarla bir binada ailəsi ilə yaşayır. Onlar arasında olan münasibətlər normaldır. 2023-cü ilin avqust ayında yaşadıları binanın həyətində qonşu qadınlarla söhbət etdikləri zaman, qonşu Tərlanın öz arvadı üçün Amil adlı şəxs vasitəsi ilə 1000 manat pul məbləğində sürücülük vəsiqəsi düzəltmək istədiyini eşidib binada yaşayan,onunla birlikdə üç qonşu qadınlar bu barədə Tərlana müraciət etmişlər.Tərlan bu məsələdə onlara kömək etməyə razılıq verərək Amil adlı şəxslə danışdıqdan sonra bizə cavab verəcəyini söyləmişdir. Aradan bir gün keçəmiş ki, Tərlanla həyətdə görüşərkən o,Amil adlı oğlanla əlaqə saxladığını və onun köməkliyi ilə 1000 manat pul məbləği müqabilində onlara sürücülük vəsiqəsi alacağını söyləmişdir. O, özünə aid olan şəxsiyyəti barədə olan sənədləri toplayıb 1000 manat pulu hissə-hissə Tərlana vermişdir. Qonşu qadınlar da sənədlərini hazırlayaraq hərə öz payına düşən 1000 manat məbləğində pulu Tərlana vermişlər.Tərlan aldığı sənədləri və pulları hissə-hissə Amil adlı şəxslərə göndərmişdir. Amil adlı şəxs Tərlana söz vermişdir ki, sentyabr ayının 15-nə kimi onların sürücülük vəsiqələri hazır olacaqdır.Lakin göstərilən müddətdə xəbər çıxmadığı üçün Tərlana müraciət etdikləri zaman o, Amilin telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Onlar,yəni dörd nəfər qonşu qadınlar hərəsi min manat məbləğində pulu Tərlana verdikləri üçün pulu ondan alacaqlarını söyləmişlər. Tərlan onlara narahat olmamağı bildirərək, onun və qonşu qadınların ona verdikləri pulu hissə-hissə qaytarmışdır. Ona görə də şəxsən onun Tərlana qarşı heç bir iddiası və tələbi yoxdur. Amil adlı şəxsi tanımır, onunla görüşməmiş və telefon əlaqəsi də saxlamamışdır. Sürücülük vəsiqəsi almaq üçün bütün söhbətlər Tərlanla aparılmışdır. Tərlan bu barədə polisə müraciət etmiş, Amil adlı şəxs həbs edilmiş və barəsində Qaradağ RPİ-nin istintaq şöbəsində araşdırma aparılır. Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə və barəsində dəfələrlə məcburi gətirilmə barədə qərarlar qəbul edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və onun məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. O məhkəməyə teleqram ünvanlayaraq, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın Zərərçəkmiş şəxs1 tərəfindən tam ödəndiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılğı ilə Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailə üzvlərimlə birlikdə yaşayıram. Zərərçəkmiş şəxs1 da ailəsi ilə onlarla bir binada ailəsi ilə yaşayır.Onlar arasında olan münasibətlər normaldır. 2023-cü ilin avqust ayında yaşadıları binanın həyətində qonşu qadınlarla söhbət etdikləri zaman, qonşu Tərlanın öz arvadı üçün Amil adlı şəxs vasitəsi ilə 1000 manat pul məbləğində sürücülük vəsiqəsi düzəltmək istədiyini eşidib binada yaşayan,onunla birlikdə üç qonşu qadınlar bu barədə Tərlana müraciət etmişlər.Tərlan bu məsələdə onlara kömək etməyə razılıq verərək Amil adlı şəxslə danışdıqdan sonra bizə cavab verəcəyini söyləmişdir. Aradan bir gün keçəmiş ki, Tərlanla həyətdə görüşərkən o,Amil adlı oğlanla əlaqə saxladığını və onun köməkliyi ilə 1000 manat pul məbləği müqabilində onlara sürücülük vəsiqəsi alacağını söyləmişdir. O, özünə aid olan şəxsiyyəti barədə olan sənədləri toplayıb 1000 manat pulu hissə-hissə Tərlana vermişdir. Qonşu qadınlar da sənədlərini hazırlayaraq hərə öz payına düşən 1000 manat məbləğində pulu Tərlana vermişlər.Tərlan aldığı sənədləri və pulları hissə-hissə Amil adlı şəxslərə göndərmişdir. Amil adlı şəxs Tərlana söz vermişdir ki, sentyabr ayının 15-nə kimi onların sürücülük vəsiqələri hazır olacaqdır.Lakin göstərilən müddətdə xəbər çıxmadığı üçün Tərlana müraciət etdikləri zaman o, Amilin telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Onlar,yəni dörd nəfər qonşu qadınlar hərəsi min manat məbləğində pulu Tərlana verdikləri üçün pulu ondan alacaqlarını söyləmişlər. Tərlan onlara narahat olmamağı bildirərək, onun və qonşu qadınların ona verdikləri pulu hissə-hissə qaytarmışdır. Ona görə də şəxsən onun Tərlana qarşı heç bir iddiası və tələbi yoxdur. Amil adlı şəxsi tanımır, onunla görüşməmiş və telefon əlaqəsi də saxlamamışdır. Sürücülük vəsiqəsi almaq üçün bütün söhbətlər Tərlanla aparılmışdır. Tərlan bu barədə polisə müraciət etmiş, Amil adlı şəxs həbs edilmiş və barəsində Qaradağ RPİ-nin istintaq şöbəsində araşdırma aparılır. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə və barəsində dəfələrlə məcburi gətirilmə barədə qərarlar qəbul edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və onun məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. O məhkəməyə teleqram ünvanlayaraq, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın Zərərçəkmiş şəxs1 tərəfindən tam ödəndiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailə üzvlərimlə birlikdə yaşayıram. Zərərçəkmiş şəxs1 da ailəsi ilə onlarla bir binada ailəsi ilə yaşayır. Onlar arasında olan münasibətlər normaldır. 2023-cü ilin avqust ayında yaşadıları binanın həyətində qonşu qadınlarla söhbət etdikləri zaman, qonşu Tərlanın öz arvadı üçün Amil adlı şəxs vasitəsi ilə 1000 manat pul məbləğində sürücülük vəsiqəsi düzəltmək istədiyini eşidib binada yaşayan,onunla birlikdə üç qonşu qadınlar bu barədə Tərlana müraciət etmişlər.Tərlan bu məsələdə onlara kömək etməyə razılıq verərək Amil adlı şəxslə danışdıqdan sonra bizə cavab verəcəyini söyləmişdir. Aradan bir gün keçəmiş ki, Tərlanla həyətdə görüşərkən o,Amil adlı oğlanla əlaqə saxladığını və onun köməkliyi ilə 1000 manat pul məbləği müqabilində onlara sürücülük vəsiqəsi alacağını söyləmişdir. O, özünə aid olan şəxsiyyəti barədə olan sənədləri toplayıb 1000 manat pulu hissə-hissə Tərlana vermişdir. Qonşu qadınlar da sənədlərini hazırlayaraq hərə öz payına düşən 1000 manat məbləğində pulu Tərlana vermişlər.Tərlan aldığı sənədləri və pulları hissə-hissə Amil adlı şəxslərə göndərmişdir. Amil adlı şəxs Tərlana söz vermişdir ki, sentyabr ayının 15-nə kimi onların sürücülük vəsiqələri hazır olacaqdır.Lakin göstərilən müddətdə xəbər çıxmadığı üçün Tərlana müraciət etdikləri zaman o, Amilin telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Onlar,yəni dörd nəfər qonşu qadınlar hərəsi min manat məbləğində pulu Tərlana verdikləri üçün pulu ondan alacaqlarını söyləmişlər. Tərlan onlara narahat olmamağı bildirərək, onun və qonşu qadınların ona verdikləri pulu hissə-hissə qaytarmışdır. Ona görə də şəxsən onun Tərlana qarşı heç bir iddiası və tələbi yoxdur. Amil adlı şəxsi tanımır, onunla görüşməmiş və telefon əlaqəsi də saxlamamışdır. Sürücülük vəsiqəsi almaq üçün bütün söhbətlər Tərlanla aparılmışdır. Tərlan bu barədə polisə müraciət etmiş, Amil adlı şəxs həbs edilmiş və barəsində Qaradağ RPİ-nin istintaq şöbəsində araşdırma aparılır. Məhkəmə iclasında Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əsgər yoldaşı olmuşdur. Onunla dostluq münasibətindədirlər.14 iyul 2023-cü il tarixdə Bakı şəhərində Tərlanla görüşüb bir qədər söhbət etdikdən sonra Tərlan arvadına sürücülük vəsiqəsi almaq istədiyini, lakin tanış adam olmadığını söyləmişdir. Onunla bir məhəllədə yaşayan Amil adlı şəxs ona Azərbaycan Respublikası DİN-də yüksək rütbəli şəxsin sürücüsü olduğunu söylədiyindən, bu barədə Tərlana bildirdikdə ondan xahiş etmişdir ki, Amildən arvadına sürücülük vəsiqəsi düzəldə bilib-bilmədiyini öyrənsin. Sonra biz xudahifzləşərək ayrılmışlar.Bir neçə gündən sonra,yəni 20 iyul 2023-cü il tarixdə məhəllədə Amillə görüşüb Tərlanın xahişini yerinə yetirə biləcəyini soruşduqda Amil sürücülük vəsiqəsini 1000 manat pulun müqabilində düzəldə bilməsini söyləmiş və bunun üçün şəxsin şəxsiyyət vəsiqəsinin surətinin lazım olduğunu bildirmişdir. O, elə oradaca Tərlanın mobil telefonuna zəng edərək bu barədə ona söyləmişdir. Tərlan ondan Amilin kart hesabını ona göndərməyi xahiş etmiş və o da Amildən onun kart hesabını öyrənərək onun telefonuna atmışdır. Həmin axşam Tərlan Amilin kartına iki dəfəyə 200 və 450 manat pul göndərmişdir.Belə ki,Tərlan pulu göndərdikdən sonra ona zəng edərək pulu göndərdiyini bildirdikdə Amil onun yanında olmuşdur.Amil onun mobil telefonu ilə Tərlanla danışaraq 45 gün müddətində sürücülük vəsiqəsini düzəldəcəyini söyləmişdir. Tərlan da ona sürücülük vəsiqəsi alan günü qalıq 350 manat pulu verəcəyi vəd etmişdir. Aradan bir müddət keçmiş Tərlan onunla əlaqə saxlayaraq özünün Amilə göndərdiyi 1000 manat puldan əlavə qonşuları olan dörd qadının hərəsindən 1000 manat pul alaraq bir hissəsini Milliönlə Amilə göndərmiş və hətta Amillə «Meyvəli Bazarın« qarşısında görüşərək qalıq qalan pulu da ona əlbə-əl vermişdir.Amil vədini yerinə yetirmədiyindən Tərlan onunla telefon əlaqəsi yaradıb danışdıqları zaman, Amilin onun da telefon zənglərinə cavab vermədiyini kirayə qaldığı evdən çıxıb getdiyini söyləmişdir. Bundan sonra Tərlanın polisə müraciət etməsi və Amilin barəsində cinayət işi başlanaraq həbs edildiyini, Qaradağ rayon polis idarəsində araşdırılma aparıldığını söyləmişdir.Həmin hadisədən sonra o, Amili görməmiş və onunla telefon əlaqəsi yaratmaq da mümkün olmamışdır. Amillə Tərlanı sürücülük vəsiqəsi düzəldə biləcəyi ilə əlaqədar onun hər hansı bir marağım olmamışdır. O, dostluq xatirinə Tərlanın xahişini yerinə yetirməyə çalışmışdır. Şahid X7 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılğı ilə şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayından etibarən tanımışdır. Onun Təqsirləndirilən şəxs tanımağına səbəb sonuncunun T.Murtuzazadənin yaşadığı məhəlləyə köçərək orada ailəsi ilə birlikdə kirayə yaşaması olmuşdur. Təqsirləndirilən şəxs həmin məhəlləyə köçdükdən sonra onlar arasında normal münasibət yaranmışdır. Təqsirləndirilən şəxs həmişə özünü müxtəlif yerlərdə işləmiş və hazırda da mühüm vəzifədə işləyən şəxs kimi qələmə vermişdir. T.Murtuzazadə mahiyyəti üzrə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadıqları məhəllədə söhbət etdikləri zaman Təqsirləndirilən şəxs ondan bank kartının nömrəsini istəmiş və bildirmişdir ki, kart hesabına onun üçün pul göndəriləcəkdir, sonra isə T.Murtuzazadədən xahiş etmişdir ki, o, həmin pulu çıxarıb Təqsirləndirilən şəxs versin. T.Murtuzazadə onun xahişinə etiraz etməyib özünə məxsus olan **********190700 nömrəli "xxxx" kartının nömrəsini ona demişdir. xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində T.Murtuzazadənin kart hesabına 300 manat pul köçürülmüşdür. O, dərhal yaxınlıqdakı ATM məntəqəsinə gedib həmin pulu nağdlaşdıraraq gətirib yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, öz istifadəsində olan kart hesabı bloka düşdüyünə görə bir neçə dəfə bu qaydada onun üçün pul göndəriləcəkdir və T.Murtuzazadə həmin pulu çıxarıb ona versin. Sonuncu buna etiraz etməyib Təqsirləndirilən şəxs dediyi kimi edəcəyini bildirmişdir və bunda heç bir problemin olmadığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əvvəlcədən xəbər verməsi ilə onun kart hesabına xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 400 manat və xx.xx.2023-cü il tarixdə isə 400 manat pul göndərilmiş və o, həmin pulları kartından çıxarıb yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsində Təqsirləndirilən şəxs vermişdir. Tural Murtuzazadə həmin pulların Təqsirləndirilən şəxs kim tərəfindən və nə məqsədlə göndərildiyini bilməmiş və bu haqda Təqsirləndirilən şəxs heçnə soruşmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, əri Zərərçəkmiş şəxs1 Vətən müharibəsi qazisi olmaqla 3-cü qrup əlildir. Tərlan xx.xx.2023-cü il tarixdə əsgər yoldaşı Şahid1 ilə görüşüb hal-əhval tutan zaman söhbət əsnasında ona bildirmişdir ki, onun üçün sürücülük vəsiqəsi almaq istəyir, lakin tanış adam tapa bilmir. Hacıbala ona bildirmişdir ki, Amil adında dostunun vasitəsi ilə sürücülük vəsiqəsi almaq mümkündür. Tərlan Hacıbaladan xahiş etmişdir ki, Amillə danışsın və sürücülük vəsiqəsinin alınması məsələsini həll etsin. X24 adlı şəxsi əri Tərlanla tanış etmiş, Amil də Tərlanla telefonla danışaraq 1000 (min) manat pul müqabilində sürücülük vəsiqəsinin düzəldəcəyinə vəd vermişdir. Əri onun şəxsiyyət vəsiqəsinin surətini və min manat pulu üç dəfəyə hissə-hissə Amilə göndərmişdir. O, bu barədə qonşuluqda yaşayan qadınlarla söhbət etdikdə dörd nəfər qonşu qadınlar, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da özlərinə həmin məbləğə sürücülük vəsiqəsi almaq üçün Tərlana müraciət etmişlər. Tərlan da bu barədə Amillə telefon əlaqəsi yaradaraq onun razılığını aldıqdan sonra qonşu qadınların hərəsindən hissə-hissə min manat pul alaraq pulun bir hissəsini Milliön vasitəsi ilə digər hissəsini isə Lökbatan qəsəbəsi ərazisindəki «Meyvəli Bazar»ın qarşısında görüşüb vermişdir. Amil sentyabr ayının axırlarına sürücülük vəsiqələrinin hazır olacağını bildirmişdir. Vaxt gəlib çatdıqda Tərlan Amillə telefon əlaqəsi saxlamaq istəmiş, lakin onun telefonuna zəng çatmamışdır. Tərlan Hacıbalaya zəng edərək Amilin onun telefon zənglərinə cavab verməməsini və verdiyi vədi yerinə yetirməməsini bildirdikdə Hacıbala ona Amilin kirayə qaldığı evdən çıxıb naməlum getdiyini söyləmişdir. Qonşu qadınlar bunu öyrəndikdən sonra Tərlandan pullarını tələb etmişlər. Tərlan isə dost və tanışlardan borca pul alaraq qonşu qadınların pullarını qaytarmışdır. Sonra isə əri Tərlan bu barədə polisə yazılı müraciət etmişdir. Amil adlı şəxs tutulmuş və barəsində hazırda araşdırma aparılır. Bütün bunlara baxmayaraq Amilin dələduzluq hərəkətləri nəticəsində onların ailə büdcəsinə 5000 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, 27 fevral 2024-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin "Million" elektron ödəmə sistemindən "xxxx" xidmətinin nağd ödənişi ilə kart hesabına 200 azn və 450 azn, xx.xx.2023-cü il tarixdə 300.00 azn, xx.xx.2023-cü il tarixdə 400.00 azn, xx.xx.2023-cü il tarixdə 400.00 azn və xx.xx.2023-cü il tarixdə 400.00 azn pul köçürülmələrinə dair qəbzlərdən aydın ki, həmin pullar Təqsirləndirilən şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarından olan nigah haqqında şəhadətnamənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs ilə X3 arasında 01 fevral 2006-cı il tarixdə nigah qeydə alınmışdır. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi, təqsirləndirilən şəxsin oğlu X13 məxsus sx № ******* saylı hərbi biletin surətindən və Azərbaycan Respublikası medalının Vəsiqələrinin surətlərindən görünür ki, Şahid3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və “Vətən müharibəsində iştirak görə”, “Xocavəndin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edərək peşman olmasını və faktiki oğlu Şahid3 Vətən müharibəsi iştirakçısı olmaqla dəfələrlə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 25 fevral 2024-cü il tarixdə saat 18:10-da şübhəli şəxs kimi tutulmuş və Qaradağ rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin "Million" elektron ödəmə sisteminə məxsus 200 manat pul köçürülməsinə dair bir ədəd qəbz və "xxxx" ASC-nin mobil tətbiqinə məxsus olan xx.xx.2023-cü il tarixdə 450 AZN, xx.xx.2023cü il tarixdə 300.00 AZN, xx.xx.2023-cü il tarixdə 400.00 AZN, xx.xx.2023-cü il tarixdə 400.00 AZN və xx.xx.2023-cü il tarixdə 400.00 AZN pul köçürülməsinə dair beş ədəd qəbzlər cinayət işi materialında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 35 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 210 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 25 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış, xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin "Million" elektron ödəmə sisteminə məxsus 200 manat pul köçürülməsinə dair bir ədəd qəbz və "xxxx" ASC-nin mobil tətbiqinə məxsus olan xx.xx.2023-cü il tarixdə 450 azn, xx.xx.2023cü il tarixdə 300.00 azn, xx.xx.2023-cü il tarixdə 400.00 azn, xx.xx.2023-cü il tarixdə 400.00 azn və xx.xx.2023-cü il tarixdə 400.00 azn pul köçürülməsinə dair beş ədəd qəbzlər cinayət işində saxlanılsın. Zərəçəkmiş şəxslərə izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdirlər. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-150/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-150/2024
15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver