Məhkəmə qərarları › İş №1(002)-151/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-151/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-151/2020 08.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X13, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunun və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1984-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 68/1, mənzil 4-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada qaynaqçı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və digər saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanındakı fərdi yaşayış evinin həyətinə daş hasarın üstündən keçməklə yaşayış sahəsinə qanunsuz daxil olub oradakı bir mərtəbəli evin giriş qapısının sol tərəfindəki plastik materialdan pəncərənin üzərindəki dəmir barmaqlığı əlləri ilə əyərək pəncərənin arasına özləri ilə gətirdikləri vintaçanı salıb təzyiq göstərərək açmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan 1 ədəd qiyməti 200 manat olan «Kewinnek» markalı perforatoru, 1 ədəd qiyməti 200 manat olan «Makita» markalı motorlu ağac kəsən mişarı, 1 ədəd qiyməti 600 manat olan «Technik» markalı qaynaq aparatını, bir metrinin qiyməti 2 manat olan 8 mm qalınlığında 100 manat dəyərində 50 metr uzunluğunda elektrik kabelini, 1 ədəd qiyməti 120 manat olan «Kewinnek» markalı elektrik taxta kəsən aparatı, 1 ədəd qiyməti 100 manat olan komplektləşdirilmiş çilingər açarları və burğular dəstini, hər birinin qiyməti 340 manat olan 2 ədəd 680 manat dəyərində 2 ton yükü qaldırma qabiliyyətinə malik domkratı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanındakı fərdi yaşayış evinin həyətinə daş hasarın üstündən keçməklə yaşayış sahəsinə qanunsuz daxil olub oradakı qarajın dəmir qapısının arasına dəmir parçasını ling kimi salaraq təzyiq göstərib açmaqla qaraja qanunsuz daxil olaraq hər birinin qiyməti 100 manat təşkil edən 4 ədəd 400 manat dəyərində «Yokohama» markalı «225/65R17» ölçülü istifadədə olmuş avtomobil təkəri, hər birinin qiyməti 50 manat təşkil edən 2 ədəd 100 manat dəyərində Rusiya Federasiyasında istehsal olunmuş su nasosunu, 1 ədəd 400 manat dəyərində «Cannondale» markalı, istifadədə olmuş saz vəziyyətdə velosipedi, 1 ədəd 50 manat dəyərində istifadədə olmuş saz vəziyyətdə üzərində «2 in 1 Air Compressor & Hi X27» sözləri yazılmış avtomobil tozsoran-təkər dolduran avadanlığını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 950 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2019-cu il tarixdə saat 02 radələrində qrupun üzvü olan Təqsirləndirilən şəxs3 onlara verdiyi istiqamətə əsasən və izahı ilə Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 12 saylı evin 3cü mənzilinin mətbəxinin qarşısındakı bağçaya girməsi üçün o, Təqsirləndirilən şəxs2 qaldırmaqla kömək edib daş hasarın üstündən həyətə qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs2 bağçada olan kətili ayağının altına qoyaraq barmaqlığı olmayan pəncərəyə qalxaraq sonuncu özü ilə gətirdiyi vintaçanı plastik materialdan olan pəncərənin arasına salaraq təzyiq göstərib açmaqla mənzilə qanunsuz daxil olub mənzilin dəhlizindəki şkafda axtarış edərək, mənzilin giriş qapısının açarlarını tapıb qapını açaraq onun özü də yaşayış sahəsi hesab edilən mənzilə qanunsuz daxil olmuş, mənzildə qrupun üzvü olan Təqsirləndirilən şəxs3 pul və qızıl-zinyət əşyalarının saxlandığı ehtimal olunduğunu dediyi yataq otağının taxta qapısının arasına vintaçanı salıb açaraq, otağa girib paltar şkafını və tremonun siyirtmələrini axtararaq oradan 1 ədəd 200 manat dəyərində içərisində «Ceneve» yazısı, qolbaqsız, alt qapağı açıq işlək olmayan, tarix göstəricili, üzərində «750» əyar damğası həkk olunmuş, metalı üzərində 750 əyarlı qızıl suyu təbəqə çəkilmiş əlvan metal ərintisindən hazırlanmış, çəkisi 34,78 qram olan qol saatını, 1 ədəd 255 manat dəyərində sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 4,25 qram olan, qaşları qiymətli qaşlara aid olmayan üzüyü, 1 ədəd 153 manat dəyərində sarı rəngli metaldan, üzərində «Zumra» yazısı və 1 ədəd ağ şəffaf qaş olan, üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,55 qram, qaşı qiymətli qaşlara aid olmayan qolbağı, mənzilin qonaq otağından 1 ədəd 700 manat dəyərində Malaziyada istehsal edilmiş, qara rəngli «Samsung» markalı, LE20D550K1W model televizoru, uşaq otağını axtarıb oradan 1 ədəd 500 manat dəyərində «Asus» markalı, R 405 C, intel SORE İ5 WİNDOWS 8 göstəriciləri olan notbuku gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1808 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və digər saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanındakı fərdi yaşayış evinin həyətinə daş hasarın üstündən keçməklə yaşayış sahəsinə qanunsuz daxil olub oradakı bir mərtəbəli evin giriş qapısının sol tərəfindəki plastik materialdan pəncərənin üzərindəki dəmir barmaqlığı əlləri ilə əyərək pəncərənin arasına özləri ilə gətirdikləri vintaçanı salıb təzyiq göstərərək açmaqla saxlanc yerinə qanunsuz daxil olaraq, oradan 1 ədəd qiyməti 200 manat olan «Kewinnek» markalı perforatoru, 1 ədəd qiyməti 200 manat olan «Makita» markalı motorlu ağac kəsən mişarı, 1 ədəd qiyməti 600 manat olan «Technik» markalı qaynaq aparatını, bir metrinin qiyməti 2 manat olan 8 mm qalınlığında 100 manat dəyərində 50 metr uzunluğunda elektrik kabelini, 1 ədəd qiyməti 120 manat olan «Kewinnek» markalı elektrik taxta kəsən aparatı, 1 ədəd qiyməti 100 manat olan komplektləşdirilmiş çilingər açarları və burğular dəstini, hər birinin qiyməti 340 manat olan 2 ədəd 680 manat dəyərində 2 ton yükü qaldırma qabiliyyətinə malik domkratı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanındakı fərdi yaşayış evinin həyətinə daş hasarın üstündən keçməklə yaşayış sahəsinə qanunsuz daxil olub oradakı qarajın dəmir qapısının arasına dəmir parçasını ling kimi salaraq təzyiq göstərib açmaqla qaraja qanunsuz daxil olaraq hər birinin qiyməti 100 manat təşkil edən 4 ədəd 400 manat dəyərində «Yokohama» markalı «225/65R17» ölçülü istifadədə olmuş avtomobil təkəri, hər birinin qiyməti 50 manat təşkil edən 2 ədəd 100 manat dəyərində RF-da istehsal olunmuş su nasosunu, 1 ədəd 400 manat dəyərində «Cannondale» markalı, istifadədə olmuş saz vəziyyətdə velosipedi, 1 ədəd 50 manat dəyərində istifadədə olmuş saz vəziyyətdə üzərində «2 in 1 Air Compressor & Hi X27» sözləri yazılmış avtomobil tossoran-təkər dolduran avadanlığını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 950 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2019-cu il tarixdə saat 02 radələrində qrupun üzvü olan Təqsirləndirilən şəxs3 onlara verdiyi istiqamətə əsasən və izahı ilə Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 12 saylı evin 3-cü mənzilinin mətbəxinin qarşısındakı bağçaya girməsi üçün Təqsirləndirilən şəxs1 onu qaldırmaqla kömək edib, daş hasarın üstündən həyətə qanunsuz daxil olmuş, bağçada olan kətili ayağının altına qoyaraq barmaqlığı olmayan pəncərəyə qalxmış, özü ilə gətirdiyi vintaçanı plastik materialdan olan pəncərənin arasına salaraq təzyiq göstərib açmaqla mənzilə qanunsuz daxil olub mənzilin dəhlizindəki şkafda axtarış edərək mənzilin giriş qapısının açarlarını tapıb qapını açaraq Təqsirləndirilən şəxs1 də yaşayış sahəsi hesab edilən mənzilə qanunsuz daxil olmuş, mənzildə qrupun üzvü olan Təqsirləndirilən şəxs3 pul və qızıl-zinyət əşyalarının saxlandığı ehtimal olunduğunu dediyi yataq otağının taxta qapısının arasına vintaçanı salıb açaraq, otağa girib paltar şkafını və tremonun siyirtmələrini axtararaq oradan 1 ədəd 200 manat dəyərində içərisində «Ceneve» yazısı, qolbaqsız, alt qapağı açıq işlək olmayan, tarix göstəricili, üzərində «750» əyar damğası həkk olunmuş, metalı üzərində 750 əyarlı qızıl suyu təbəqə çəkilmiş əlvan metal ərintisindən hazırlanmış, çəkisi 34,78 qram olan qol saatını, 1 ədəd 255 manat dəyərində sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 4,25 qram olan, qaşları qiymətli qaşlara aid olmayan üzüyü, 1 ədəd 153 manat dəyərində sarı rəngli metaldan, üzərində «Zümra» yazısı və 1 ədəd ağ şəffaf qaş olan, üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,55 qram, qaşı qiymətli qaşlara aid olmayan qolbağı, mənzilin qonaq otağından 1 ədəd 700 manat dəyərində Malaziyada istehsal edilmiş, qara rəngli «Samsung» markalı, LE20D550K1W model televizoru, uşaq otağını axtarıb oradan 1 ədəd 500 manat dəyərində «Asus» markalı, R 405 C, intel SORE İ5 WİNDOWS 8 göstəriciləri olan notbuku gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1808 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib onlara qohumu Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 12 saylı evin 3-cü mənzilinin otaqlarının quruluşunu, mənzildə pulun və qızıl-zinyət əşyalarının saxlandığı ehtimal edilən yerləri, eləcə də mənzilə hansı formada daxil olmağın asan olduğu yeri izah etmiş, xx.xx.2019-cu il tarixdə saat 02 radələrində onun verdiyi istiqamətə əsasən və izahı ilə Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu və Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 12 saylı evin 3cü mənzilinin yanına getmiş, Təqsirləndirilən şəxs2 mətbəxinin qarşısındakı bağçaya Təqsirləndirilən şəxs1 köməkliyi ilə daş hasarın üstündən keçməklə qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs2 bağçada olan kətili ayağının altına qoyaraq barmaqlığı olmayan pəncərəyə qalxmış, özü ilə gətirdiyi vintaçanı plastik materialdan olan pəncərənin arasına salaraq təzyiq göstərib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub mənzilin dəhlizindəki şkafda axtarış edərək mənzilin giriş qapısının açarlarını tapıb qapını açmış, blokda onu gözləyən Təqsirləndirilən şəxs1 mənzilə buraxıb pul və qızıl-zinyət əşyalarının saxlandığı ehtimal olunduğu yataq otağının taxta qapısının arasına vintaçanı salıb açaraq otağa girib paltar şkafını və termonun şkaflarını axtararaq oradan 1 ədəd 200 manat dəyərində içərisində «Ceneve» yazısı, qolbaqsız, alt qapağı açıq işlək olmayan, tarix göstəricili, üzərində «750» əyar damğası həkk olunmuş, metalı üzərində 750 əyarlı qızıl suyu təbəqə çəkilmiş əlvan metal ərintisindən hazırlanmış, çəkisi 34,78 qram olan qol saatını, 1 ədəd 255 manat dəyərində sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 4,25 qram olan, qaşları qiymətli qaşlara aid olmayan üzüyü, 1 ədəd 153 manat dəyərində sarı rəngli metaldan, üzərində «Zümra» yazısı və 1 ədəd ağ şəffaf qaş olan, üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,55 qram, qaşı qiymətli qaşlara aid olmayan qolbağı, mənzilin qonaq otağından 1 ədəd 700 manat dəyərində Malaziyada istehsal edilmiş, qara rəngli «Samsung» markalı, LE20D550K1W model televizoru, uşaq otağını axtarıb oradan 1 ədəd 500 manat dəyərində «Asus» markalı, R 405 C, intel SORE İ5 WİNDOWS 8 göstəriciləri olan notbuku gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1808 manat məbləğində ziyan vurub oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ittiham olunduğu cinayət əməllərini qabaqcadan əlbir olmuş bir qrup halında deyil, təkbaşına özü törətmişdir. O, xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtdıqdan sonra yaşamağa yeri olmadığından təxminən 10 illik dostluq münasibəti olan «Motu» təxəllüslü Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunun Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 8 saylı evin 3-cü mənzilində yaşamışdır. Tahirlə dostluq etdiyinə görə onların bütün qohumlarını tanımışdır. Onun özünün şəxsi avtomobili olmadığından dostu Təqsirləndirilən şəxs1 ona məxsus «Ford Transit» markalı avtmobili götürərək işlərini görmüşdür. xx.xx.2019-cu il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 müraciət edib işlərinin olduğunu bildirərək ona bir neçə saatlıq avtomobilini verməsini xahiş etmiş, Tahirdə ona etiraz etməyərək avtomobili ona idarə etmək üçün vermişdir. Bundan sonra o, həmin günü gecə saat 03 radələrində dostu Tahirə məxsus «Ford Transit» markalı avtmobillə Sahil qəsəbəsi V.Ələkbərov küçəsində hərəkət olarkən həyətlərdən birinin işığının yanmadığını görmüş və həmin vaxt həyətə girib oğlurluq etmək qərara gəlmişdir. O, təkbaşına həyətə yaxınlaşaraq hasarın üstündən həyətə baxmış və evin içərisində heç kimin olmadından əmin olduqdan sonra hasardan həyətə düşərək evin giriş qapısının sağ və sol tərəfindəki plastik pəncərinin üzərində dəmir barmaqlıq olduğunu görmüş, bundan sonra özü ilə götürdüyü vintaçanı (otvyortkanı) plastik pəncərənin arasına salıb təzyiq göstərərək açaraq içəri girmişdir. Evin içərisindən 1 ədəd qaynaq aparatı, 1 ədəd perforator aparatı, 1 ədəd ağackəsən motorlu mişarı götürüb evdən girdiyi kimi çıxmışdır. Özü həyətdən qaynaq aparatını, perforatoru və motorlu ağac kəsən mişarı götürmüş və küçəyə çıxmış, sonra həmin əşyaları Tahirə məxsus avtomobilin yük yerinə yığaraq oradan uzaqlaşmışıb Tahirin yaşadığı evə gəlmiş, lakin oğurladığı əşyaları isə avtomobildə saxlamış və bu barədə Tahirə heçnə deməmişdir. Yalnız səhəri gün Tahir həmin əşyaların kimə məxsus olduğunu bildirdikə o Tahirə həmin əşyaların özünə məxsus olduğunu demişdir. Salyan rayonunun Xıdırlı qəsəbəsində həftənin hər bazar günü səyyar satış bazarı qurulduğundan təxminən hadisədən 1 həftə sonra Tahirə onunla birlikdə Salyan rayonuna getməyi xahiş etmiş, Tahirdə onunla razılaşmış və onlar birlikdə Tahirin maşını ilə Xıdırlı qəsəbəsində yerləşən səyyar satış bazarna gedərək orada tanımadığı bir nəfər şəxslə razılaşaraq həmin əşyaları ümumilikdə 285 manata satmaq barədə razılaşsalar da həmin şəxs pulun 55 manatını nağd ödəməklə, qalan 230 manat pulu isə 1 həftə sonra verəcəyini təklif etmiş, o da həmin şəxsin təklifinə etiraz etməyərək əşyaları ona vermişdir. Təxminən bir neçə gün sonra əşyaları alan həmin şəxs Tahirin mobil telefon nömrəsini götürdüyünə görə Tahirə zəng vurub Bakı-Salyan magistral avtomobil yoluna çıxmağı tapşırmışdır. O da Tahirlə birlikdə yola çıxaraq qalıq 230 manat pulu ondan götürərək sağollaşıb oradan uzaqlaşmışlar. Tahir onunla Salyana getdiyi üçün həmin pulun yarsını ona vermişdir. Bildirir ki, Tahir əvvəlcə həmin malların oğurluq olmasını bilməmiş, malları satdıqdan sonra onların oğurluq olmasını Tahirə demişdir. Bundan başqa təxminən xx.xx.2019-ci il tarixdə saat 01 radələrində qonşuluqda yerləşən qaraja müxtəlif əşyalar boşaldıldığını görmüşdür. Ətrafda heç kim olmadığından və onu heç kim görmədiyindən hasardan içəri keçmişdir. Oradakı qarajın dəmir qapısının arasına həyətdən götürdüyü lomu salıb təzyiq göstərərək açmış və təkbaşına qaraja girmişdir. Oradan 4 ədəd avtomobil təkəri, 1 ədəd kiçik həcmli qara rəngli tozsoran, 1 ədəd velosiped götürmüşdür. Həmin vaxtı Tahirə məxsus ağ rəngli «Ford Tranzit» markalı avtomobil onda olduğundan oğurladıqları əşyaların hamısını Tahirin maşının yük yerinə qoymuş və oradan uzaqlaşdıqdan sonra oğurluq etdiyindən heçkəsin xəbəri olmaması üçün fikirləşmişdir ki, həmin əşyaları Tahirin Ümid qəsəbəsində yaşayan yeznəsi Rəfailin fərdi yaşayış evinin zirzəmisinə yığsın. Ona görə də birbaşa Ümid qəsəbəsinə gedərək həmin əşyaları Tahirin Ümid qəsəbəsində yaşayan yeznəsi Rəfailin fərdi yaşayış evinin zirzəmisinə yığmışdır. Bundan Tahirin və Rəfaelin məlumatı olmamış, onu heç kim görməmişdir. Sonra Tahirin evinə gedərək orada gecələmişdir. Qeyd olunan oğurluğu törədən zaman ətrafdan heç kim onu görməmiş, ətrafda heç kim olmamış, həmçinin hərəkətlərini dayandırmağı heç kim tələb etməmişdir. Əşyaları Rəfaelin evinin zirzəmisinə qoyduqda da onu heç kim, o cümlədən Rəfaelin özü və ailə üzvləri görməmişdir. Sakitcə həyətə girib əşyaları zirzəmiyə qoyaraq çıxmışdır. Elə güman etmişdir ki, Rafailin evinin zirzəmisi təhlükəsiz yerdi və bundan heçkəsin xəbəri olmayacaq, lazım olduqda isə sakitcə götürüb satacaqdır. Həmin oğruluq hadisəsini də təkbaşına Tahirin iştirakı olmadan törətmiş və malların oğurluq olmasını ona bildirməmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 12 saylı evin 3-cü mənzilinə girib oradan 1 ədəd qızıl saat, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbaq, 1 ədəd televizor, 1 ədəd notbuk tipli kompyuter oğurlamışdır. Belə ki, 2019-cu ilin dekabr ayında Tahir və Daşqından Hətəmin atası Güloğlan ölümcül xəstə olduğunu, Güloğlan öldükdə onu dəfn etməyə gedəcəklərini eşitmişdir. xx.xx.2019-cu il tarixdə Güloğlan vəfat etmişdir. Bu səbəbdən də Tahir dəfn mərasimində iştirak etmək üçün Biləsuvar rayonun Zəhmətabad kəndinə gedəcəyini söyləmiş, o daTahirlə birlikdə Zəhmətabad kəndinə getmiş, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Zəhmətabad kəndinə çatarq dəfndə iştirak etməmişlər. Həmin vaxtı Hətəmin qohumları Daşqından başqa hamsı orada dəfndə olmuşdurlar. Güloğlan dəfn olunduqdan sonra onlar Bakı şəhərinə qayıtmışlar. xx.xx.2019-cu il tarixdə saat 17 radələrində Hətəmin mənzilində heç kimin olmadığını, mənzilində külli miqdarda pul və ya qızıl-zinyət əşyaları ola biləcəyini ehtimal edərək, təkbaşına Hətəmin evinə girmək qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Hətəmin yaşadığı evin qarşısına gəlmiş, blokun qarşısında daş hasarın üstündən Hətəmin pəncərəsinin qarşısındakı bağçaya düşmüşdür. Sonra orada olan kətili pəncərənin qarşısına qoymuş, kətilin üstünə çıxmış, özü ilə götürdüyü vintaçanı (otvyortkanı) plastik materialdan olan pəncərəsinin arasına salıb təzyiq göstərmiş, pəncərə açılmışdır. İçəri girmiş, girdiyi yerin mətbəx olduğunu müəyyən etmişdir. Mətbəxdən dəhlizə keçmiş, oradakı şkafı axtardıqda bir topa açar tapmışdır. Açarla mənzilin giriş qapısını yoxlamış, açarlardan biri qapını açmışdır. Qapını açıb mənzilə girmişdir. Vintaçanı (otvyortkanı) yataq otağının taxtadan olan qapısının arasına salıb təzyiq göstərmiş, qapının rəzəsi çərçivədən çıxmış və qapı açılmışdır. İçəri girmiş, tremonun qapısını əli ilə sola sağa hərəkət etdirib açmış, oradan 1 ədəd üzərində ağ rəngli qaşları olan qadın üzüyü, 1 ədəd üzərində «Z» hərfi ilə başlanan yazı olan qolbağ, 1 ədəd qara rəngli kəməri olan qol saatı tapıb cibinə qoymuşdur. Sonra otaqdakı paltar şkafını axtarmağa başlamış, otaqda olan otağın giriş qapısından sağ tərəfdə yerləşən şkafın qapısını sağa-sola hərəkət etdirib açmışdır. İçərisində olan paltarları yerə tökmüş, lakin qızıl və pul tapa bilməmiş və vaxt itirməmək üçün yataq otağından çıxmışdır. Daha sonra mənzilin digər otaqlarını, tualeti, hamamı, mətbəxi axtarmış, lakin başqa heçnə tapmadığından qonaq otağındakı «Samsung» markalı televizoru və mətbəxin yanındakı uşaq otağından 1 ədəd «Asus» markalı notbuk tipli kompyuteri götürərək oradan uzaqlaşmışdır. Oradan Tahirin yaşadığı evin arxasındakı həyətə getmiş, oraya yığılmış dəmirlərin və taxtaların arasında televizoru və kompyuteri gizlətmişdir. Sonra Tahirin evinə gedərək oğurladığı qızıl-zinyət əşyalarını yataq otağında pərdənin arxasına gizlətmiş və orada da yatmışdır. Səhər oyandıqdan sonra Tahirdən işi olması adı ilə onun avtomobilini alaraq sonuncudan xəbərsiz həyətə yığılmış dəmirlərlə birlikdə televizoru və kompyuteri ədyala büküb Tahirin «Ford Transit» markalı avtomobilinin yük yerinə qoyaraq Lökbatan qəsəbəsinə getmiş və orada dəmirləri metal qəbulu məntəqəsinə təhvil vermişdir. Televizor və kompyuteri isə ədyala bükülü şəkildə Sahil qəsində yaşayan tanışı «Qaqa» təxəllüslü Xəqaniyə saxlaması üçün vermişdir. Xəqani əşyaların kimə məxsus olduğunu soruşduqda, o həmin əşyaların özünə məxsus olduğunu demişdir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində həyətdə Hətəmin evindən oğurluq olması barədə məhəlləyə xəbər yayılmışdır. xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət olunmuş, onunla aparılan söhbət zamanı oğurluq hadisəsini Tahir və Daşqınla birlikdə törətdiyini göstərməsinə səbəb Tahir və Daşqının Hətəmin evində olmuş oğurluq hadisəsi ilə bağlı şübhəli şəxs kimi onun adını vermələri olmuşdur. Ona görə də qisas almaq məqsədilə cinayət əməllərini onlarla birlikdə törətməsini bildirmiş, həmçinin ibtidai istintaq zamanı ona təzyiq olunduğundan o, məcburiyyət qarşısında həmin formada ifadə vermişdir. Halbuki oğurluq hadisələrini o, təkbaşına, kimsənin iştirakı, köməyi olmadan törətmiş və bu barədə qabaqcadan heç kimə bildirməmişdir. Təqsirləndirilən şəxs sonda əməllərindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəyərək, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayətləri törətdiyinə görə 2 dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuş, 2018-ci ilin may ayında azadlığa buraxılmış və həmin ilin iyun ayında isə RF-nın Tver vilayətinə getmiş, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra yaşamağa yeri olmadığından təxminən 10 illik dostluq münasibəti olan «Motu» təxəllüslü Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunun Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 8 saylı evin 3-cü mənzilində yaşamışdır. Tahirlə dostluq etdiyinə görə onların bütün qohumlarını tanıyır. Daşqını, onun qardaşı İbanı, atası Novruzu, bütün ailə üzvlərini, bacısı Ülviyyə və yeznəsi Hətəmi, Hətəmin qardaşı Əlini, Tahirin yeznəsi Rafaeli, əmisi İzzəti və Qulamı tanıyır. Onların hamısı ilə normal münasibəti vardır. xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Tahirlə birlikdə Sahil qəsəbəsi V.Ələkbərov küçəsi ilə Tahirə məxsus «Ford Tranzit» markalı avtmobillə hərəkət edərkən həyətlərdən birinin işığının yanmadığını görmüş, bir an içərisində Tahirlə həyətə girib oğlurluq etmək qərara gəlmişdir. Tahir maşını bir qədər irəlidə saxlamış, hər ikisi həyətə yaxınlaşmış, hasarın üstündən həyətə düşmüş, həyətdəki birmərtəbəli evin işıqları yanmadığından evə yaxınlaşmışlar. Hər ikisi evin giriş qapısının sağ və sol tərəfindəki plastik pəncərə baxmışlar. Pəncərənin üzərində dəmir barmaqlıq olduğundan, qapı ilə üzüzə durduqda sol tərəfdəki pəncərənin üzərindəki dəmir barmaqlığı əli ilə əyib aralamış, özü ilə götürdüyü vintaçanı (otvyortkanı) plastik pəncərənin arasına salıb təzyiq göstərərək açmış, hər ikisi içəri girmişlər. Evin içərisindən 1 ədəd qaynaq aparatı, 1 ədəd perferator aparıtı, 1 ədəd ağackəsən motorlu mişar götürüb evdən girdikləri kimi çıxmışlar. Tahir hasarın üstündən küçəyə çıxmış, özü isə həyətdən qaynaq aparatını, perferatoru və motorlu ağac kəsən mişarı hasarın üstündən Tahirə ötürmüşdür. Sonra özü də küçəyə çıxmış, əşyaları maşına yükləyib hadisə yerindən uzaqlaşmışdır. Səhəri Tahir öyrənmişdir ki, Salyan rayonunun Xıdırlı qəsəbəsində həftənin hər bazar günü səyyar satış bazarı qurulur, orada müxtəlif əşyalar və alətlər satılır. Bu səbəbdən də təxminən bir həftə sonra, həftənin bazar günü Tahirin maşını ilə Xıdırlı qəsəbəsinə getmiş, orada perferatoru, qaynaq aparatını, motorlu ağac kəsən mişarı yerə qoyub satış üçün təqdim etmişlər. Bir nəfər şəxs yaxınlaşıb malların hamısına 285 manat təklif etmiş, 55 manatı nəğd ödəyib, 1 həftə sonra isə zəng vurub qalan 230 manatı vermək şərti ilə alətləri almışdır. Təxminən bir neçə gün sonra həmin şəxs Tahirə zəng vurub Bakı-Salyan magistral avtomobil yoluna çıxmağı tapşırmışdır. Tahirlə birlikdə yola çxmış, həmin şəxs Tahirə 230 manat pulu verib çıxıb getmişdir. Bütün pulları Tahirlə birlikdə xərcləmişlər. Malları satdığı şəxs səhv etmirsə özünü «Əli» adı ilə təqdim etmiş, təxminən 40-45 yaşlı, ağzında dişləri olmayan, saçları ağlı-qaralı, bığsız, təxminən 165-170 sm hündürlüyündə şəxs olmuşdur. Qeyd olunan oğurluğu törədən zaman ətrafdan onları heç kim görməmiş, ətrafda heç kim olmamış, həmçinin hərəkətlərini dayandırılmağı heç kim tələb etməmişdir. Bu oğurluq cinayəti barəsində heç kimə məlumat verməmişdir. Həmin evdən elektrik kabeli, elektrik taxta kəsən aparat, koplektləşdirilmiş çilingər açarları və burğular olan dəst oğurlamadığını əlavə etmişdir. Bundan başqa, təxminən xx.xx.2019-ci il tarixdə saat 01 radələrində Tahir ona demişdir ki, qonşuluqda yerləşən qaraja müxtəlif əşyalar boşaldıldığını görmüşdür. Həmin qarjdan oğurluq etməyi təklif etmiş, birlikdə Sahil qəsəbəsində ünvanı dəqiq bilmədiyi, lakin ifadəsinin yerində yoxlanması zamanı göstərdiyi, Tahirin yaşadığı evin arxa tərəfindəki bağ evi kimi yerə getmişdir. Ətrafda heç kim olmadığından və onları heç kim görmədiyindən hasardan içəri keçmişlər. Oradakı qarajın dəmir qapısının arasına həyətdən götürdüyü lomu salıb təzyiq göstərərək açmış, hər ikisi qaraja girmişlər. Oradan 4 ədəd avtomobil təkəri, 1 ədəd kiçik həcimli qara rəngli tossoran, 1 ədəd velosiped götürmüşlər. Tahir özünə məxsus ağ rəngli «Ford Tranzit» markalı avtomobilini küçədə saxlamışdır. Oğurladıqları əşyaların hamısını Tahirin maşının yük yerinə qoymuşlar. Oradan bir başa Ümid qəsəbəsinə getmişlər. Tahir oğurlanmış əşyaları onun Ümid qəsəbəsində yaşayan yeznəsi Rəfailinin fərdi yaşayış evinin zirzəmisinə yığmağı təklif etmişdir. Satdıqdan sonra pulunu bölüşdürəcəyini vəd etmişdir. Rəfaelin həyətinə girmişlər, əşyaları evin zirzəmisinə yığmışlar. Bundan Rəfaelin məlumatı olmamış, onları heç kim görməmişdir. Sonra Tahirin evinə qayıtmışlar və yatmışlar. Səhəri özlərini elə aparmışlar ki, guya heç bir şeydən xəbərləri yoxdur. Qeyd olunan oğurluğu törədən zaman ətrafdan heç kim onları görməmiş, ətrafda heç kim olmamış, həmçinin hərəkətlərini dayandırmağı heç kim tələb etməmişdir. Əşyaları Rəfaelin evinin zirzəmisinə qoyduqda da onları heç kim, ocümlədən Rəfaelin özü və ailə üzvləri görməmişdir. Sakitcə həyətə girib əşyaları zirzəmiyə qoyaraq çıxmışlar. Bu oğurluq cinayəti barəsində isə heç kimə məlumat verməmişlər. Qarajdan 4 ədəd avtomobil təkərləri, 1 ədəd qara-qırmı-ağ rənglərə boyanmış velosiped, 1 ədəd tossoran-hava nasosu avadanlığı oğurlasalar da, 2 ədəd RFda istehsal olunmuş su nasosu götürmədiklərini əlavə etmişdir. Bundan başqa xx.xx.2019cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 12 saylı evin 3-cü mənzilinə Təqsirləndirilən şəxs3 göstərişi ilə onun izah etdiyi qaydada Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu ilə birlikdə girib oradan 1 ədəd qızıl saat, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbağ, 1 ədəd televizor, 1 ədəd notbuk tipli kompyuter oğurladığını bildirmişdir. Belə ki, 2019-cu ilin dekabr ayında Tahir və Daşqın hər gün danışmışlar ki, Hətəmin atası Güloğlan ölümcül xəstədir. Daşqın demişdir ki, Güloğlan ölsəydi hamı onu dəfn etməyə gedərdi. Bundan istifadə edib Hətəmin evinə girərdik. Hətəmin çoxlu qızıl-zinyət əşyası olduğunu söyləmişdir. Dəfələrlə bu söhbətlərin şahidi olmuşdur. xx.xx.2019-cu il tarixdə Güloğlan vəfat etmişdir. Bu səbəbdən də, Tahir dəfn mərasimində iştirak etmək üçün Biləsuvar rayonun Zəhmətabad kəndinə gedəcəyini söyləmiş, Tahirlə birlikdə Zəhmətabad kəndinə getmiş, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Zəhmətabad kəndinə çatmış, Daşqın dəfndə iştirak etməmişdir. Hətəm və qardaşları, bacıları kənddə olmuşdur. Güloğlan dəfn olunduqdan sonra Bakı şəhərinə qayıtmışlar. xx.xx.2019-cu il tarixdə saat 17 radələrində Daşqın onunla və Tahirlə, Tahirin evinin yanında görüşmüş, əsil oğurluq vaxtı olduğunu söyləmiş, Hətəmin mənzilində heç kimin olmadığını, mənzilində külli miqdarda pul və ya qızıl-zinyət əşyaları ola biləcəyini demişdir. Tahir və Daşqınla birlikdə Hətəmin evinə girmək qərarına gəlmişlər. Daşqın evə girməyəcəyini deyib, pulun ola biləcəyi yeri söyləmiş, mənzilin otaqlarının qruluşunu izah etmişdir. Otaqlardan biri, yəni giriş qapısından mənzilə daxil olduqda soldan 2-ci otağın yataq otağı olduğun, həmin otaqdan bacısı Ülviyyənin istifadə etdiyini, otağın qapısının həmişə bağlı olduğunu, pul və qızılın həmin yataq otağındakı paltar şkafında saxlandığını söyləmişdir. Mənzilin mətbəxinin pəncərəsinin plastik materialdan olduğunu və üzərində dəmir barmaqlıq olmadığını, pəncərənin qarşısının daş hasara alındığını söyləmişdir. Qeyd olunan daş hasardan həyətə, oradan da mənzilə rahat girməyin mümkünlüyünü Daşqın izah etmişdir. Həmin vaxt qonşuluqda yaşayan Teymur onlara yaxınlaşmış, siqaretini yandırmış, bu səbəbdən də, Daşqın söhbəti yarımçıq saxlamışdır. Teymur siqaretini yandırdıqdan sonra Daşqın Teymurdan üzür istəyib söhbət etdiklərini deyib, aralanmağı xahiş etmiş, Teymur aralınıb, həyətdə bir tərəfdə durub siqaretini çəkmişdir. Tahirlə mənzilə girmək qərarına gəlmişlər. Daşqın mənzili atası Novruzun aldığını, bacısı Ülviyyə və yeznəsi Hətəmə bağışladığını, oğurluğun üstü açıldıqda məsələni atasının yatırdacağını, həmçinin hamının qohum olması səbəbindən şikayətin geri götürüləcəyini söyləyib qorxmamağı deyib çıxıb getmişdir. xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Tahirlə birlikdə Hətəmin yaşadığı evin qarşısına gəlmiş, blokun qarşısında Tahir onu qaldırmış və daş hasarın üstündən Hətəmin pəncərəsinin qarşısındakı baxçaya düşmüşdür. Sonra orada olan kətili pəncərənin qarşısına qoymuş, kətilin üstünə çıxmış, özü ilə götürdüyü vintaçanı (otvyortkanı) plastik materialdan olan pəncərəsinin arasına salıb təzyiq göstərmiş, pəncərə açılmışdır. İçəri girmiş, girdiyi yerin mətbəx olduğunu müəyyən etmiş, Tahir isə blokda onu gözləmişdir. Mətbəxdən dəhlizə keçmiş, oradakı şkafı axtardıqda bir topa açar tapmışdır. Açarla mənzilin giriş qapısını yoxlamış, açarlardan biri qapını açmışdır. Qapını açıb Tahiri çağırmış, Tahir də mənzilə girmişdir. Vintaçanı (otvyortkanı) Daşqının izah etdiyi yataq otağının taxtadan olan qapısının arasına salıb təzyiq göstərmiş, qapının rəzəsi çərçivədən çıxmış və qapı açılmışdır. İçəri girmiş, tremonun qapısını əli ilə sola sağa hərəkət etdirib açmış, oradan 1 ədəd üzərində ağ rəngli qaşları olan qadın üzüyü, 1 ədəd üzərində «Z» hərfi ilə başlanan yazı olan qolbağ, 1 ədəd qara rəngli kəməri olan qol saatı tapıb cibinə qoymuşdur. Otaqdakı paltar şkafını axtarmağa başlamış, otaqda olan, otağın giriş qapısından sağ tərəfdə yerləşən şkafın qapısını sağa-sola hərəkət etdirib açmışdır. İçərisində olan paltarları yerə tökmüş, lakin qızıl və pul tapa bilməmişdir. Şkafın digər qapını açmış, qapının arasına paltarlar töküldüyündən yarımçıq açılmışdır. Əlini salıb oradakı paltarları da dağıtmışdır. Qalan paltarların arasına əlini salıb yoxlamış, heç bir şey tapa bilməmiş, vaxt itirməmək üçün yataq otağından çıxmışdır. Həmin vaxt Tahir mənzilin digər otaqlarını, tualeti, hamamı, mətbəxi axtarmışdır. Üzük, qolbağ və saatdan başqa heç bir şey tapmadığını söyləmiş, sonra qonaq otağındakı «Samsung» markalı televizoru götürmüşdür. Tahir isə mətbəxin yanındakı uşaq otağından 1 ədəd «ASUS» markalı notbuk tipli kompyuteri götürmüşdür. Mənzilin giriş qapısından bloka çıxmış, qapını isə örtmüşdür. Bir başa Tahirin yaşadığı evin arxasındakı həyətə getmiş, oraya yığılmış dəmirlərin və taxtaların arasında televizoru və kompyuteri gizlətmişlər. Sonra Tahirin evinə getmişlər. Orada üzüyü, qolbağı və saatı Tahirə vermişdir. Səhər açılmış və Tahirlə birlikdə yuxudan durub həyətə yığılmış dəmirlərlə birlikdə televizoru və kompyuteri adyala büküb Tahirin «Ford Tranzit» markalı avtomobilinin yük yerinə qoymuşlar. Oradan birlikdə Lökbatan qəsəbəsinə getmiş, dəmirləri metal qəbulu məntəqəsinə təhvil vermişlər. Televizor və kompyuter maşında qalmışdır. xx.xx.2019-cu il tarixdə saat 17 radələrində Sahil qəsəbəsinə gəlmişlər. Televizoru və kompyuteri adyala bükülü şəkildə Sahil qəsəbə sakini «Qaqa» təxəllüslü Xəqaniyə saxlaması üçün vermişlər. Tahir maşında gözləmiş, özü isə adyala bükülü vəziyyətdə olan televizoru və kompyuteri götürüb Xəqaninin yaşadığı mənzilə qalxmış, mənzilə girib əşyaları Xəqaniyə vermiş və saxlamasını tapşırmışdır. Xəqani əşyaların kimə məxsus olduğunu soruşduqda, Tahirin göndərdiyini demişdir. Xəqani Tahirə zəng vurub danışmış, sonra əşyaları saxlamağa razılaşmışdır. Daşqın da Tahirin evinə gəlmiş, oturub yemək yemişlər. Oradaca Daşıqna mənzildən 1 ədəd üzük, 1 ədəd qolbağ, 1 ədəd saat, 1 ədəd televizor, 1 ədəd notbuk tapdıqlarını demişlər. Qeyd olunan əşyaları satdıqdan sonra ona da hissə verəcəyini söyləmişər. Tahir 10 manat pulu Daşqına vermiş, Daşqın da çıxıb getmişdir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində həyətə hay düşmüşdür ki, Hətəmin evindən oğurluq edilib, evdən xeyli qızıl-zinyət əşyaları və 27.000 manata yaxın pul oğurlanıb. xx.xx.2020-ci il tarixdə Tahirin yaşadığı evinin arxasında, Tahir və Daşqınla görüşmüş, mənzildən qeyd olunan məbləğdə pulun və qızılların oğurlanmadığı barədə söhbət etmişlər. Bir-birindən şübhələnməyə başlamışlar. Söhbət vaxtı Daşqının sifətinə sillə vurmuş, mənzildə qeyd olunan məbləğdə pulun olmadığını söyləmişdir. Yenidən dağılışmışlar və hərə öz işini görməyə davam etmişdir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Xəqani Tahirin evinə gəlmiş, onun və Daşqının yanında qəsəbədə hamının mənzil oğurluğundan danışdığını, mənzildən televizor, kompyuter, pul və qızıl oğurlandığını danışdıqlarını demiş, ona verilmiş televizor və kompyuterin oğurluq olmasından şübhələndiyini söyləyib gəlib əşyaları götürməyi tələb etmişdir. Tahir isə malların oğurluq olmadığını, özünə məxsus olduğunu pulunu verib aldığını və gəlib götürəcəyini söyləmişdir. Xəqani dönə-dönə gəlib televizor və kompyuteri aparmağı tələb edib getmişdir. Səhəri gün yenə Xəqani Tahirin evinə gəlmiş, onun və Daşqının yanında Tahirdən televizor və kompyuteri gəlib götürməyi tələb etmiş, əks halda özünün malları gətirib evin qarşısına atacağını söyləmişdir. Beləcə hər gün Xəqani Tahirə zəng vurub əşyaları götürməyi tələb etmişdir. xx.xx.2020-ci il tarixdə məlum olmuşdur ki, Daşqın Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət olunub və onunla söhbət aparılıb, oğurluğun Daşqın tərəfindən törədildiyindən şübhələnilib və Daşqın şübhəli şəxs qismində tutulub. Tahir tezliklə onların da tutulacağını söyləmiş, oğurlanmış əşyaları aparıb Hətəmin Ümid qəsəbəsindəki evinə yığmağı, oğurluq əşyalar Hətəmin evində olması və oğurluğu Hətəmlə qardaşı Cəfərin törətməsi barədə məlumat yaymağı təklif etmişdir. Eyni zamanda oğurladığımız avtomobil təkərləri və velosipedi də Hətəmin evinə qoymağı planlaşdırmışlar ki, polis qeyd olunan əşyaları Hətəmin evindən tapsın, Hətəm və Cəfər tutulsun, şübhlər onların üzərindən götürülsün, Daşqın azadlığa buraxılsın. Razılaşmış və Tahirin maşını ilə əvvəlcə «Qaqa» təxəllüslü Xəqaninin evinə getmiş, Xəqaninin evindən oğurladıqları televizoru və kompyuteri götürmüşlər. Sonra Ümid qəsəbəsinə, Tahirin yeznəsi Rəfaelin evinə getmişlər. Oradan oğurladıqları velosipedi, tossoranı, 4 ədəd avtomobil təkərini götürmüşlər. Hətəmin Ümid qəsəbəsindəki evinin arxa tərəfinə getmişlər. Hasarın üstündən həyətə düşmüş, küçə tərəfdə qalan Tahir notbuku, velosipedi, tossoranı, 2 ədəd avtomobil təkərini hasarın üstündən ona vermişdir. Evin qapısına yaxınlaşmış, Tahir isə hasarın digər tərəfində qalıb onu gözləmişdir. Qapının üzərində olan 1 ədəd asma qıfılı yerdən götürdüyü dəmir parçası və əli ilə dartıb açmış, içəri girmiş, girişdən soldakı otaqdakı şkafın içərisinə notbuku və tossoranı qoymuşdur. 2 ədəd avtomobil təkərini isə şkafın yanında divara söykəmiş, təkərlərə isə velosipedi söykəyib evdən çıxmışdır. Qıfılı yenidən əli ilə sıxıb dəmir parçası ilə arxasına vurub bağlamışdır. Eyni qaydada hasarın üstündən küçəyə çıxmışdır. Televizor və 2 ədəd avtomobil təkəri isə Tahirin maşınında qalmışdır. Tahirin evinə qayıtmışlar və yatmışlar. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə oğurluq əşyalar Hətəmin Ümid qəsəbəsindəki evindən aşkar olunmuş, Hətəm və qardaşı Cəfər şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixdə isə Daşqın azad edilmiş, onunla və Tahirlə görüşmüşdür. Oturub söhbət etmişlər və əşyaları Hətəmin evinə onların qoyduğunu Daşqına danışmışlar. Bu səbəbdən də, onun üzərindən şübhələrin götürüldüyünü, Hətəm və Cəfərin şübhəli şəxs qismində tutulduğunu söyləmişlər. Daşqın televizoru, saatı, üzüyü və qolbağı Tahirdən soruşmuş, Tahir isə onda heç bir əşya olmadığını, bütün əşyaları yoxa çıxardığını, əks halda tutula biləcəklərini demişdir. Əslində isə televizoru ona vermiş və televizoru Şahid7 adı ilə tanıdığı Sahil qəsəbə sakininə verib əvəzində şüşə narkotik vasitəsi almışdır. Həmin şüşəni isə Tahir və Daşqınla birlikdə çəkmişlər. Qızıl saat, qızıl üzük və qızıl qolbağ isə Tahirdə qalmışdır. xx.xx.2020-ci il tarixdə isə Hətəm və Cəfər azad edilmişdir. xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət olunmuş, onunla aparılan söhbət zamanı hər şeyi səmimi etiraf etmişdir. Qeyd olunan oğurluğu törədən zaman onları ətrafdan heç kimin görmədiyini, ətrafda heç kimin olmadığını, hərəkətlərini dayandırılması ilə əlaqədar heç bir tələb olmadığını, cinayət barəsində heç kimə məlumat vermədiyini, hadisə barəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 başqa heç kimin məlumatı olmadığını əlavə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə tanışı Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu və Təqsirləndirilən şəxs2 qohumu Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 12 saylı evin 3-cü mənzilinin quruluşu barədə istiqamət verərək, onlarla birlikdə həmin mənzilin yanına getməsi və həmin oğurluq hadisəsinin törədilməsində iştirakının olması barədə ifadə versə də, lakin həmin oğurluq hadisəsinin törədilməsindən xəbəri olmamış və həmin cinayət hadisəsi ilə onun heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini təkbaşına törətmişdir. Bəhruz Hətəm və onu yaxından tanıdığından onların yaxınları barədə özü məlumatlı olmuşdur və bu işdə onun Bəhruza hər hansı formada köməkliyi olmamışdır. İbtidai istintaq dövründə öz ifadələrində olan imzaları özünün çəkməsinə baxmayaraq, hazırda həmin ifadələri təsdiq etmir, çünki həmin ifadələrini oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs sonda onun tərəfindən hər hansı cinayət əməlinin törədilmədiyini nəzərə alaraq, barəsin bəraət hökmünün verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o məhkəməyədək icraat zamanı verdiyi bütün ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu qohumudur. Tahirin təxəllüsü «Motu»dur. Bəhruz isə Tahirin dostudur və onun evində yaşayır. Zərərçəkmiş şəxs3 yeznəsi, həmçinin bibisi oğludur. Hətəmin atası Güloğlan uzun müddət xətsə olduğundan vəfat etmişdir. Bir dəfə Tahir və Bəhruzun yanında demişdir ki, Güloğlan ölsəydi hamı onu dəfn etməyə gedərdi. Bundan istifadə edib Hətəmin evinə girərdim və oğurluq edərdim. Həmişə Hətəmin evində qızıl və pul olduğunu söyləmişdir. xx.xx.2019-cu il tarixdə Güloğlan vəfat etmiş, hamı dəfn mərasiminə getmişdir. Özü isə həmin mərasimə getməmişdir. Tahir və Bəhruz dəfn mərasiminən qayıtdıqdan sonra, yəni xx.xx.2019-cu il tarixdə saat 17 radələrində Tahirin evinə getmiş, birlikdə yemək yemişlər. Bəhruzun və Tahirin yanında əsil oğurluq vaxtı olduğun söyləmişdir. Hətəmin evində heç kimin olmadığını, mənzildə külli miqdarda pul və ya qızıl-zinyət əşyaları olduğunu söyləmişdir. Bəhruz və Tahir, Hətəmin evinə girmək qərarına gəlmişdir. Evə girməyəcəyini söyləyib pulun ola biləcəyi yeri, mənzilin otaqlarının qruluşunu izah etmişdir. Otaqlardan birinin, yəni giriş qapısından mənzilə daxil olduqda soldan 2-ci otağın yataq otağı olduğunu və həmin otaqdan bacısı Ülviyyənin istifadə etdiyini söyləmişdir. Otağın qapısının həmişə bağlı olduğunu, pul və qızılın həmin yataq otağındakı paltar şkafında saxlandığını demişdir. Mənzilin mətbəxinin pəncərəsinin plastik materialdan olduğunu, üzərində dəmir barmaqlıq olmadığını, həmin pəncərənin qarşısının daş hasara alındığını söyləmiş, qeyd olunan daş hasardan həyətə, oradan da mənzilə rahat girməyin mümkünlüyünü izah etmişdir. bundan sonra evə getmiş, xx.xx.2019-cu il tarixdə Zəhmətabad kəndinə getmiş və orada keçirilən 3 mərasiminə qoşulmuşdur. Həmin günü axşam isə atası və anası ilə birlikdə Bakı şəhərinə qayıtmışdır. Tahirin evinə getmiş, Tahir və Bəhruzla yemək yemişdir. Onlar mənzildən 1 ədəd üzük, 1 ədəd qolbağ, 1 ədəd saat, 1 ədəd televizor, 1 ədəd notbuk götürdüklərini, başqa əmlak tapmadıqlarını bildirmişlər. Qeyd olunan əşyaları satdıqdan sonra ona da hissə verəcəklərini vəd etmişlər. Tahir ona 10 manat pul vermiş, pulu alıb çıxıb getmişdir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Hətəm atası Novruza zəng vurub özünün Zəhmətabad kəndində olduğunu, evə baş çəkmək üçün Cavidi və İzzəti göndərdiyini, onların mənzilə baxarkən dağınıqlığı görüb oğurluq edildiyini başa düşdüklərini söyləmişdir. Atası və anası ilə birlikdə həmin mənzilə getdikdə İzzət və Cavidi həyətdə görmüş, polis gəlmiş və bir qədər sonra Hətəm və Ülviyyə də gəlib çıxmışlar. Bundan sonra baxış keçirilmiş, baxış zamanı yataq otağının qapısının sındırıldığı müəyyən edilmişdir. Dağınıq vəziyyətdə olan əşyaların altından Ülviyyənin pul kisəsi tapılmış, pul kisəsinin içərisindən 1 ədəd 20 manatlıq, 1 ədəd 50 manatlıq əskinaz aşkar olunmuşdur. Həmçinin yataq otağında dağınıq vəziyyətdə olan əşyaların altından 2 ədəd mücrünün içərisindəki qızıl-zinyət əşyaları tapılmışdır. Lakin patlar şkafında saxlanıldığını Hətəm dediyi 26758 (iyirmi altı min yeddi yüz əlli səkkiz) manat pul, güzgünün qarşısına qoyulmuş 1 ədəd «CENEVE» markalı qadın qızıl qol saatı, 1 ədəd qızıldan qadın qolbağı, 1 ədəd qızıl qadın üzüyü tapılmamışdır. Qonaq otağına baxş zamanı oradakı 1 ədəd «SAMSUNG» markalı televizor, uşaq otağına baxış zamanı oradan 1 ədəd «ASUS» markalı notbuk tipli kompyuterin oğurlandığı müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə Tahirin evinin arxasında Bəhruz və Tahirlə görüşmüş, mənzildən qeyd olunan məbləğdə pulun və qızılların oğurlanmadığını söyləmiş, aralarında şübhələr yaranmışdır. Bəhruz mənzildə qeyd olunan məbləğdə pulun olmadığını söyləmişdir. Yenidən dağılışıb hərə öz işi ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Xəqani adlı şəxs Tahirin evinə gəlmiş, onlar söhbət etmişlər. Tahir onların yanına qayıdıb bildirmişdir ki, Xəqani televizorun və kompyuterin gəlib götürülməsini tələb edir. Həmin vaxt daşa düşmüşdür ki, oğurlanmış televizor və kompyuter Xəqaninin evindədir. Həmin əşyaları saxlmaq üçün «Qaqa» təxəllüslü Sahil qəsəbə sakini Xəqaniyə veriblər. xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət olunmuş və sonra şübhəli şəxs qismində tutulmuşdur. Qaradağ RPİ-nin MSY-də olarkən xx.xx.2020-ci il tarixdə ona məlum olmuşdur ki, Hətəm və Cəfər də tutulub. Hətəmin Ümid qəsəbəsindəki evindən oğurlanmış 1 ədəd notbuk tipli kompyuter, 1 ədəd velosiped, 2 ədəd avtomobil təkəri, 1 ədəd tossoran tapılıb. Həmin əşyaların hamısının oğurluq olduğu, kompyuterin isə Hətəmin evindən oğurlanmış notbuk olduğu müəyyən edilib. Dərhal başa düşmüşdür ki, həmin əşyaları oraya Bəhruz və Tahir qoyub ki, şübhələr onların və onun üstümdən götürülsün. Oğurluğu Hətəm və Cəfərin törətdiyi və ya səhnələşdirdiyi zənn edilsin. xx.xx.2020-ci il tarixdə isə mən azad edilmiş, həmin günü Tahir və Bəhruzla görüşmüş, oturub söhbət etmişlər. Əşyaları Hətəmin evinə özlərinin qoyduqlarını söyləmişlər. Bu səbəbdən də onun üzərindən şübhələrin götürüldüyünü, Hətəm və Cəfərin şübhəli şəxs qismində tutulduğunu, onun isə buraxıldığını bildirmişlər. Televizoru, saatı, üzüyü və qolbağı soruşmuş, Tahir isə artıq heç bir əşyanın onda olmadığını, əşyaları tutulmamaq üçün yoxa çıxardığını söyləmişdir. xx.xx.2020-ci il tarixdə isə Hətəm və Cəfər azad edilmişdir. Yenidən Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət olunmuş, orada aparılan söhbət zamanı hər şeyi səmimi etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsində oğurluq cinayəti törətməsini etiraf etməmişdir. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla Zərərçəkmiş şəxs3 evinə oğurluğa girməmişdir. Həmçinin digər oğurluq hadisələrinin törədilməsindən Bəhruzla birlikdə iştirak etməmişdir. Bəhruzla dost olduğundan və Bəhruz onların evində yaşadığından sonuncuya onun xahişi ilə bir neçə dəfə özünə məxsus “Ford Transit” markalı maşınını idarə etmək üçün vermiş və Salyan rayonuna onun xahişi ilə özünə məxsus avtomobillə getmişlər. Əvvəldən onun maşınında daşınan malların oğurluq olması barədə məlumatı olmamış, malları satdıqdan sonra həmin malların oğurluq olmasını bilmişdir. Təqsirləndirilən şəxs2 ondan intiqam almaq üçün ibtidai istintaq dövründə cinayət əməllərini tək deyil, onunla birlikdə törətməsi barədə ifadə vermişdir. Belə ki, xalası oğlu Hətəm evində olmuş oğurluq hadisəsi ilə bağlı şübhəli şəxs kimi onun adını vermişdir. O da bundan sonra Bəhruzun cinayət törətməkdə şübhəli olmasını söyləməyə məcbur olmuşdur. Bundan sonra Bəhruz ondan intiqam almaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verərək, oğurluq əməllərini birlikdə törətdiyini göstərmişdir. Onun tərəfindən hər hansı oğurluq cinayəti törədilməmişdir. İbtidai istintaq dövründə öz ifadələrində olan imzaları özünün çəkməsinə baxmayaraq, hazırda həmin ifadələri təsdiq etmir, çünki həmin ifadələrini oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs sonda onun tərəfindən hər hansı cinayət əməllərinin törədilmədiyini nəzərə alaraq, barəsində bəraət hökmünün verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunun məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o məhkəməyədək icraat zamanı verdiyi bütün ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 10 ildir tanıyır və dostluq münasitələri vardır. Onunla birlikdə RF-da da olmuşdur. 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs2la birlikdə Azərbaycan Respublikasına qayıtmışdır. Bəhruz arvadından boşandığı üçün yaşamağa yeri olmadıöından onun evində yaşamışdır. Təqsirləndirilən şəxs3 dayısı oğludur. Zərərçəkmiş şəxs3 xalası oğlu, Şahid3 əmisidir. Bəhruz onunla dostluq etdiyindən bütün qohumlarını tanıyır və qohumlarının hamısı ilə normal münasibəti vardır. xx.xx.2019-cu il tarixdə saat 03 radələrində ona mxsus «Ford Tranzit» markalı avtmobillə Bəhruz Sahil qəsəbəsi V.Ələkbərov küçəsi ilə hərəkət etmişdir. Oradan keçəndə həyətlərdən birinin işığının yanmadığını görmüş, bir an içərisində həyəti yoxlayaq, heç kim olmasa oğurluq etmək qərarına gəlmişlər. Maşını bir qədər irəlidə saxlamış, hər ikis həyətə yaxınlaşmışlar. Hasarın üstündən həyətə düşmüşlər. Həyətdə birmərtəbəli ev olmuşdur. Lakin işıqları yanmamışdır. Hər ikisi evə yaxınlaşmışlar. Evin giriş qapısının sağ və sol tərəfində plastik pəncərə, pəncərənin üzərində isə dəmir barmaqlıq olmuşdur. Qapı ilə üz-üzə durduqda sol tərəfdəki pəncərənin üzərindəki dəmir barmaqlığı əlləri ilə əyib aralamışlar. Bəhruz özü ilə götürdüyü vintaçanı (otvyortkanı) plastik pəncərənin arasına salıb təzyiq göstərərək pəncərəni açmış, hər ikisi içəri girmişlər. Evin içərisindən 1 ədəd qaynaq aparatı, 1 ədəd perferator aparıtı, 1 ədəd ağackəsən motorlu mişar götürüb evdən girdikləri kimi çıxmışlar. Hasarın üstündən küçəyə çıxmış, Bəhruz həyətdən qaynaq aparatını, perferatoru və motorlu ağac kəsən mişarı hasarın üstündən ona ötürmüşdür. Sonra özü də küçəyə çıxmışdır. Əşyaları maşına yükləyib hadisə yerindən uzaqlaşmışlar. Səhəri öyrənmişdir ki, Xıdırlı qəsəbəsində həftənin hər bazar günü səyyar satış bazarı qurulur, orada müxtəlif əşyalar və alətlər satılır. Bu səbəbdən də təxminən bir həftə sonra onun maşını ilə Xıdırlı qəsəbəsinə getmişlər. Orada perferatoru, qaynaq aparatını, motorlu ağac kəsən mişarı yerə qoyub satış üçün təqdim etmiş, bir nəfər şəxs yaxınlaşıb malların hamısına 285 manat təklif etmişdir. 55 manat nəğd ödəniş edib, 1 həftə sonra isə zəng vurub qalan 230 manatı verəcəyini vəd etmiş, razılaşıb 55 manatı alıb 1 ədəd qaynaq aparatını, 1 ədəd perferator aparıtını, 1 ədəd ağackəsən motorlu mişarı vermişdir. Təxminən bir neçə gün sonra ona zəng vurub Bakı- Salyan magistral avtomobil yoluna çıxmağı tapşırmışlar. Bəhruzla birlikdə yola çıxmış və həmin şəxs 230 manat pulu verib çıxıb getmişdir. Bütün pulları Bəhruzla birlikdə xərcləmişdir. Malları satdığı şəxs səhv etmirsə özünü «Əli» adı ilə təqdim etmişdi. Əli adlı şəxsin təxminən 40-45 yaşı olardı. Ağzında dişləri yox idi, saçları ağlı-qaralı idi və bığı yox idi, təxminən 165-170 sm hündürlüyündəydi. Qeyd olunan oğurluğu törədən zaman ətrafdan onları heç kim görməmiş, ətrafda heç kim olmamışdır. Həmçinin hərəkətlərinin dayandırılmasını heç kim tələb etməmişdir. Bu oğurluq cinayəti barəsində heç kimə məlumat verməmişlər. Elektrik kabelini, elektrik taxta kəsən aparatı, koplektləşdirilmiş çilingər açarları və burğular olan dəsti oğurlanmadıqlarını əlavə etmişdir. Bundan başqa, təxminən xx.xx.2019-ci il tarixdə saat 01 radələrində Bəhruza qonşuluqda yerləşən qaraja girib oğurluq etməyi, əldə olunan əşyaları satıb pulunu xərcləməyi təklif etmişdir. Bəhruz razılaşmış, birlikdə Sahil qəsəbəsində ünvanını dəqiq bilmədiyi, lakin yerini dəqiq göstərə biləcəyi bağ evi kimi yerə getmişlər. Ətrafda heç kim olmadığından və onları heç kimin görmədiyinə əmin olub hasardan içəri keçmişlər. Oradan Bəhruz bir ədəd lom götürüb qarajın dəmir qapısının arasına salıb təzyiq göstərərək açmışdır. Hər ikisi qaraja girmişlər. Qarajdan 4 ədəd avtomobil təkəri, 1 ədəd kiçik həcimli qara rəngli tossoran, 1 ədəd velosiped götürmüşlər. Əşyaları ona məxsus ağ rəngli «Ford Tranzit» markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin yük yerinə qoymuşlar. Oradan bir başa Ümid qəsəbəsinə getmiş, oğurlanmış əşyaları Ümid qəsəbəsində yaşayan yeznəsi Rəfailinin fərdi yaşayış evinin zirzəmisinə yığmışlar. Bundan Rəraelin məlumatı olmamışdır və onları heç kim görməmişdir. Sonra Bəhruzla birlikdə evə qayıdıb yatmışlar. Səhəri özlərini elə aparmışlar ki, guya heç bir şeydən xəbərləri yoxdur. Qeyd olunan oğurluğu törədən zaman ətrafda heç kim olmamış və onları heç kim görməmiş, hərəkətlərini dayandırılmaq üçün heç kim səsləməmişdir. Əşyaları Rəfaelin evinin zirzəmisinə qoyduqda da onları heç kim, ocümlədən Rəfaelin özü və ailə üzvləri görməmişdir. Sakintcə həyətə girib əşyaları zirzəmiyə qoyaraq çıxmışlar. Oğurluq cinayəti barəsində heç kimə məlumat verməmişlər. Həmn qarajdan 4 ədəd avtomobil təkərləri, 1 ədəd velosiped, 1 ədəd tossoran-hava nasosu avadanlığı oğurlasalar da, 2 ədəd RF-da istehsal olunmuş su nasosu oğurlamadıqlarını bildirmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 12 saylı evin 3-cü mənzilinə Təqsirləndirilən şəxs3 göstərişi ilə onun izah etdiyi qaydada Təqsirləndirilən şəxs2 ilə birlikdə girib oradan 1 ədəd qızıl saat, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbağ, 1 ədəd televizor, 1 ədəd notbuk tipli kompyuter oğurladıqlarını bildirmişdir. Belə ki, 2019-cu ilin dekabr ayında Daşqın hər gün Hətəmin atası Güloğlan ölümcül xəstə olduğunu danışmışdır. Bunu özü də bilmişdir. Çünki Hətəm və Daşqın qohumdurlar. Daşqın demişdir ki, Güloğlan ölsəydi hamı onu dəfn etməyə gedərdi. Bundan istifadə edib Hətəmin evinə girərdik. Hətəmin çoxlu qızıl-zinyət əşyası olduğunu söyləmişdir. Özü də onun evində pul və qızıl olmasını ehtimal etmişdir. xx.xx.2019-cu il tarixdə Güloğlan vəfat etmiş, dəfn mərasimində iştirak etmək üçün Biləsuvar rayonun Zəhmətabad kəndinə getmişdir. Bəhruz da onunla getmişdir. xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Zəhmətabad kəndinə çatmışlar. Daşqın dəfndə iştirak etməmişdir. Güloğlan dəfn olunduqdan sonra Bakı şəhərinə qayıtmışlar. xx.xx.2019-cu il tarixdə saat 17 radələrində Daşqın onun evinə gəlmiş, Bəhruzun yanında əsil oğurluq vaxtı olduğunu, Hətəmin, İzzətin, Hətəmin Sahil qəsəbəsində yaşayan başqa bir bacısının kənddə olduğunu, mənzillərdə heç kimin olmadığını söyləmişdir. Hər birinin mənzilində külli miqdarda pul və ya qızıl-zinyət əşyaları ola biləcəyini demişdir. Bəhruz və Daşqınla birlikdə Hətəmin evinə girmək qərarına gəlmişlər. Daşqın evə girməyəcəyini demiş, lakin pulun ola biləcəyini yeri söyləmişdir. Mənzilin otaqlarının qruluşunu izah etmişdir. Daşqın bildirmişdir ki, otaqlardan biri, yəni giriş qapısından mənzilə daxil olduqda soldan 2-ci otaq yataq otağıdır və həmin otaqdan bacısı Ülviyyə istifadə edir. Otağın qapısının həmişə bağlı olduğunu, pul və qızılın həmin yataq otağındakı paltar şkafında saxlandığını söyləmişdir. Demişdir ki, mənzilin mətbəxinin pəncərəsi plastik materialdandır və üzərində dəmir barmaqlıq yoxdur. Həmin pəncərənin qarşısı daş hasara alınmışdır. Qeyd olunan daş hasardan həyətə, oradan da mənzilə rahat girməyin mümkünlüyünü Daşqın izah etmişdir. Bəhruzla birlikdə mənzilə girmək qərarına gəlmiş, Daşqın isə çıxıb getmişdir. xx.xx.2019cu il tarixdə saat 02 radələrində Bəhruzla birlikdə Hətəm yaşadığı evin qarşısına gəlmiş, blokun qarşısında Bəhruzu qaldırmış və Bəhruz daş hasarın üstündən Hətəmin pəncərəsinin qarşısındakı baxçaya düşmüşdür. Özü isə blokun qarşısında durub gələn olduqda xəbər vermək üçün gözətçilik etmişdir. Bir qədər sonra Hətəmin mənzilinin giriş qapısını Bəhruz içəri tərəfdən açmış və onu içəri çağırmışdır. Birlikdə otaqları axtarmışlar. Bəhruz özü ilə götürdüyü vintaçanı (otvyortkanı) Daşqının izah etdiyi yataq otağının taxtadan olan qapısının arasına salıb təzyiq göstərmiş, qapının rəzəsi çərçivədən çıxmış və qapı açılmışdır. Bəhruz içəri girmiş, özü isə uşaq otağına keçmiş, yatağı, paltarları dağıdıb altına baxmış, heç bir qiymətli əşya tapmamışdır. Oradan 1 ədəd «ASUS» markalı notbuk tipli kompyuter tapmış, mətbəxə baxmış, qonaq otağını axtarmış, dəhlizdəki şkafları dağıtmış, tualet və hamamın tavanının alçipanlarını qaldırmış, unitazın su qabının qapağını qaldırıb içərisini axtarmış, lakin heç bir qiymətli əşya tapmamışdır. Bəhruz yataq otağından çıxıb 1 ədəd üzük, 1 ədəd qolbağ, 1 ədəd saatdan başqa heç bir əşya tapmadığını demişdir. Sonra qonaq otağındakı «Samsung» markalı televizoru Bəhruz götürmüşdür. 1 ədəd «ASUS» markalı notbuk tipli kompyuteri də götürüb evdən çıxmışlar. Mənzilin giriş qapısından bloka çıxıb qapını örtmüşlər. Bir başa onun yaşadığı evin arxasındakı həyətə girmişlər. Oraya yığılmış dəmirlərin və taxtaların arasında televizoru və kompyuteri gizlətmişlər. Sonra evə girmişlər, mənzilin içərisində Bəhruz üzüyü, qolbağı və saatı ona vermişdir. Saat qara dəri kəmərli, üzüyün üstündə ağ rəngli şaqları olmuşdur. Qolbağın üstündə isə «Zümra» sözü yazılmışdır. Zümra adının Hətəmin qızının adı olduğunu qeyd etmişdir. Səhər açılmış, Bəhruzla durub həyətə yığılmış dəmirlərlə birlikdə televizoru və kompyuteri onun «Ford Tranzit» markalı avtomobilinin yük yerinə qoymuşlar. Oradan birlikdə Lökbatan qəsəbəsinə gəlmişlər, dəmirləri metal qəbulu məntəqəsinə təhvil vermişlər. Televizor və kompyuter maşında qalmışdır. xx.xx.2019-cu il tarixdə saat 17 radələrində Sahil qəsəbəsinə qayıtmışlar. Televizoru və kompyuteri adyala bükmüş, Sahil qəsəbə sakini «Qaqa» təxəllüslü Xəqaniyə saxlaması üçün vermişlər. Maşında gözləmiş, Bəhruz isə adyala bükülü vəziyyətdə olan televizoru və kompyuteri götürüb Xəqaninin yaşadığı mənzilə qalxmışdır. Bir qədər sonra Xəqani ona zəng vurmuş, ona televizor və kompyuterin özünə məxsus olduğunu söyləyib saxlamağı tapşırmışdır. Sonra Bəhruz qayıtmış, maşına əyləşmiş, birlikdə onun evinə gəlmiş, oturub yemək yemiş, oradaca Daşıqna gemişlər ki, mənzildən 1 ədəd üzük, 1 ədəd qolbağ, 1 ədəd saat, 1 ədəd televizor, 1 ədəd notbuk götürmüşlər. Başqa əmlak tapmadıqlarını söyləmişlər. Qeyd olunan əşyaları satdıqdan sonra ona da hissə verəcəklərini demişlər. Daşqına 10 manat pul vermiş, Daşqın pulu alıb çıxıb getmişdir. Özü və Bəhruz isə özlərini elə aparsışlar ki, guya hec bir şeydən məlumatları yoxdur. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində həyətə hay düşmüş, Hətəmin evindən oğurluq edilməsi, evdən xeyli qızıl-zinyət əşyaları və 27.000 manata yaxın pul oğurlandığı barədə məlumatlar yayılmışdır. xx.xx.2020-ci il tarixdə evin arxasında Bəhruz və Daşqınla görüşmüş, Daşqın mənzildən qeyd olunan məbləğdə pulun və qızılların oğurlanmadığını söyləmiş, hamı bir-birindən şübhələnmiş, Bəhruz Daşqının sifətinə sillə vurub mənzildə qeyd olunan məbləğdə pulun olmadığını söyləmişdir. Yenidən dağılışmışlar və hərə öz işini görməyə davam etmişdir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Xəqani onun evinə gəlmiş, qəsəbədə hamının mənzil oğurluğundan danışdığını, mənzildən televizor, kompyuter, pul və qızıl oğurlandığını danışdıqlarını, onun evinə gətirilmiş televizor və kompyuterin oğurluq olmasından şübhələndiyini söyləyib gəlib əşyaları ondan götürməyi tələb etmişdir. Həmin vaxt yanlarında Daşqın da olmuşdur. Mallar oğurluq olmadığını, özünə məxsus olduğunu, gəlib götürəcəyini Xəqaniyə söyləmişdir. Xəqani dönə-dönə gəlib televizor və kompyuteri aparmağı tələb etmiş, çevrilib getmişdir. Səhəri gün yenə Xəqani gəlmiş, televizor və kompyuteri gəlib götürməyi tələb etmiş, əks halda özünün gətirib evin qarşısına atacağını söyləmişdir. Beləcə hər gün Xəqani zəng vurub əşyaları götürməyi tələb etmişdir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində məlum olmuşdur ki, Daşqın Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət olunub və onunla söhbət aparılıb, oğurluğun Daşqın tərəfindən törədildiyindən şübhələnilib və Daşqın şübhəli şəxs qismində tutulub. Bəhruza tezliklə onların da tutulacağını söyləmiş, oğurlanmış əşyaları aparıb Hətəmin Ümid qəsəbəsindəki evinə yığmağı, məlumat yayıb oğurluq əşyaların Hətəmin evində olduğunu və oğurluğu Hətəmlə qardaşı Cəfərin törətdiyi fikrini yaratmağı təklif etmişdir. Polis qeyd olunan əşyaları Hətəmin evindən tapsa, Hətəm və Cəfər tutular, bununla da onların və Daşıqının üzərində olan şübhələr çəkilər, Daşqın azadlığa buraxılar. Bəhruz razılaşmış və Tahirin maşını ilə əvvəlcə «Qaqa» təxəllüslü Xəqaninin evinə getmiş, Xəqaninin evindən oğurluq televizoru və kompyuteri Bəhruz götürüb maşına gətirmiş, sonra Ümid qəsəbəsinə, Rəfaelin evinə getmişlər. Oradan oğurladıqları velosipedi, tossoranı, 4 ədəd avtomobil təkərini götürmüşlər. X29 qəsəbəsindəki evinin arxa tərəfinə getmişlər. Bəhruz hasarın üstündən həyətə düşmüşdür. Küçə tərəfdə qalmış, notbuku, velosipedi, tossoranı, 2 ədəd avtomobil təkərini hasarın üstündən Bəhruza vermişdir. Bəhruz qapının üzərində olan 1 ədəd asma qıfılı əli ilə dartıb açmış, içəri girmiş, əşyaları otağa yerləşdirib çıxmış, qapının üzərindəki asma qıfılı bağlamışdır. Televizor və 2 ədəd avtomobil təkəri isə maşında qalmışdır. Evə qayıtmışlar və yatmışlar. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə oğurluq əşyalar Hətəmin Ümid qəsəbəsindəki evindən aşkar olunmuş, Hətəm və qardaşı Cəfər şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixdə isə Daşqın azad edilmiş, onun və Bəhruzun yanına gəlib görüşmüşdür. Oturub söhbət etdikdə Daşqına əşyaları Hətəmin evinə onların qoyduqlarını, bu səbəbdən də onun üzərindən şübhələrin götürüldüyünü, Hətəm və Cəfərin şübhəli şəxs qismində tutulduğunu söyləmişdir. Televizoru, 2 ədəd təkəri, saatı, üzüyü və qolbağı soruşmuşdur. Onda heç bir əşya olmadığını, bütün əşyaları yoxa çıxardığını, əks halda tutula biləcəklərini demişdir. Əslində isə saatı, üzüyü və qolbağı yaşadığı mənzildəki yataq otağının pərdə asılqanından asdığı torbanın içərisinə qoyduğunu, əşyaları gizlətdiyini heç kim bilmədiyini qeyd etmişdir. Sonradan isə həmin əşyaları ailəsinə məxsus 1 ədəd sarı rəngli metaldan «OMAX» markalı qol saatı və həmin saatın qara rəngli kəməri, 1 ədəd ağ rəngli metaldan həmin rəngli matal qolbağlı «Rolex» markalı qol saatı, 1 ədəd ağ rəngli metaldan zənçir, 2 ədəd sarı rəngli metaldan uşaq üçün saç broş, 1 ədəd ağ rəngli metaldan uşaq saç broşla birlikdə üzərində «Zəfəran Hospital» sözləri yazılmış selofan torbanın içərisinə qoyub bükdüm, qonaq otağında olan Bəhruza məxsus idman çantasının içərisinə paltarların arasına yerləşdirdiyini əlavə etmişdir. Belə ki, evdə heç kim Bəhruzun çantasına toxunmadığından bu hərəkəti etmişdir. İfadəsinin yerində yoxlanması zamanı həmin əşyaları təqdim etmiş və götürülmüşdür. Televizoru isə Sahil qəsəbə sakini kimi tanıdığı Şahid7 adlı şəxsə Bəhruz vermiş, əvəzində ondan şüşə kimi adlandırdığı narkotik vasitə almışdır. Həmin şüşəni Bəhruzla və Daşqınla birlikdə qəbul etmişlər. 2 ədəd təkəri isə Ümid qəsəbəsində çöllük ərazidə basdırmışdır. Sonradan həmin yerdə traktorla qazıntı işləri aparıldığını və torpaq daşındığını görüb təkərin 1 ədədini çıxarmış, lakin 1 ədədini tapa bilməmişdir. Torpağın altında maşınları yüklənib ərazidən aparıldığını ehtimal etdiyini bildirmişdir. 1 ədəd təkəri yeznəsi Rəfael Məmmədovun həyətindəki plastik birləşmələrin arxasına qoymuşdur. İfadəsinin yerində yoxlanması zamanı 1 ədəd təkəri təqdim etmiş və götürülmüşdür. Qeyd olunan oğurluğu törədən zaman onları ətrafdan heç kimin görmədiyini, ətrafda heç kimin olmadığını, həmçinin hərəkətlərinin dayandırılmasını heç kimin tələb etmədiyini qeyd etmişdir. Bu oğurluq cinayəti barəsində heç kimə məlumat verməmiş, hadisə barəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bilmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 kimi qeydiyyatdan keçmiş bağ evi vardır. Ərazi 0,11 ha təşkil edir. Ərazinin içərisində bir mərtəbəli iki otaqlı ev tikmişdir. Evin giriş qapısı dəmirdəndir. Pəncərələr plastik materialdandır və üzərilərində dəmir barmaqlıqlar vardır. Həmin bağ evində toyuqlar saxlayır. Hər gün səhər və axşam bağ evinə gedib toyuqlara yem və su verir. Toyuqları saxladığı yer həyətin digər tərəfində olduğundan həmin yerə gedib-gəldikdə evin pəncərə və ya qapısına görməmişdir. xx.xx.2019-cu il tarixdə təxminən saat 17:00-18:00 radələrində bağ evinə getmiş və oradakı toyuqları yemləmişdir. Növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə saat 11 radələrində yenə toyuqlara yem və su vermək məqsədi ilə ünvan 3 ünvanındakı bağ evinə getmiş, toyuqlara yem verdikdən sonra oradakı evə tərəf getmişdir. Evin giriş qapısının sol tərəfindəki pəncərəsinin üzərindəki dəmir barmaqlığın əyilmiş olduğunu, plastik pəncərənin isə açıq olduğunu görmüş, pəncərədən içəriyə baxıb dağınıqlıq olduğunu müşahidə etmişdir. Pəncərənin qarşısına qoyulmuş «CRON» markalı musiqi mərkəzinin döşəmənin üstünə düşdüyünü müəyyən etmişdir. Oğurluq edildiyini başa düşmüş və DİN-nin 102 xidmətinə müraciət etmişdir. Hadisə yerinə polis işçiləri gəlib baxış keçirmiş, ərizəsi alınmışdır. xx.xx.2019-cu il tarixdə həmin bağ evinə getmiş, oranı yığışdırmış və çatışmazlığı tam şəkildə müəyyən etmişdir. Həmçinin pəncərənin barmaqlığını bərpa etmişdir. Müəyyən etmişdir ki, evin otağında olan 1 ədəd qiyməti 200 manat olan «Kewinnek» markalı perforator, 1 ədəd qiyməti 200 manat olan «Makita» markalı motorlu ağac kəsən mişar, 1 ədəd qiyməti 600 manat olan «Technik» markalı qaynaq aparatı, qiyməti 100 manat olan 8 mm qalınlığında 50 metr uzunluğunda elektrik kabel, 1 ədəd qiyməti 120 manat olan «Kewinnek» markalı elektrik taxta kəsən aparat, 1 ədəd qiyməti 100 manat olan komplektləşdirilmiş çilingər açarları və burğular dəsti, hər birinin dəyəri 340 manat olmaqla ümumilikdə 680 manat dəyərində 2 ədəd 2 ton yükü qaldırma qabiliyyəti olan domkrat oğurlanmış, bunun nəticəsində ona ümumilikdə 2000 manat məbləğində ziyan vurulmuşdur. Pəncərənin barmaqlığının sındırılması nəticəsində ona 100 manat məbləğində ziyan vurulmuşdur. Yerə salınmış «CRON» markalı musiqi mərkəzinin təmirinə isə 60 manat məbləğində pul sərf etmişdir. Başqa əmlakı zədələnməmiş və ya məhv edilməmişdir. Bir müddət sonra isə cinayəti törədən şəxslərin tutulduğunu öyrənmiş, işdə olduğundan evin qapısını açıb polis müşayəti altında oğurluğu törədən şəxsləri həyətə buraxmaq mümkün olmamışdır. Lakin öyrənmişdir ki, evindən oğurluq etmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunu və Təqsirləndirilən şəxs2 əvvəlcə tanımamışdır, onlarla hər hansı münasibəti və ya ədavəti olmamışdır. Oğurlanmış əşyaların bir qismi ibtidai istintaq dövründə ona geri qaytarılmışdır. Yerdə qalan maddi ziyanın əvəzi Təqsirləndirilən şəxs1 valideyinləri tərəfindən tam şəkildə ödənilmişdir və bu səbəbdən də heç bir tələbi yoxdur. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim etdi və təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmənin əvvəlki iclasında verdiyi ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında bir mərtəbə və bir otaqdan ibarət fərdi yaşayış evi, həyətdə isə bir ədəd daş qaraj tikmişdir. Qarajın 2 taylı avtomobil üçün dəmirdən qapısı küçəyə, 1 ədəd kiçik ölçülü dəmirdən qapısı isə yan tərəfdən həyətə açılır. Yay aylarında həmin evdə yaşayır. Qış aylarında isə qeydiyyatda olduğu evə köçür. xx.xx.2019-cu il tarixdə saat 17:00 radələrində Sahil qəsəbəsi, M.Seyidov küçəsindəki fərdi yaşayış evindən çıxıb binada olan evinə getmişdir. Bundan sonra həmin evə bir daha xx.xx.2019-cu il tarixdə saat 15:00 radələrində qayıtmışdır. Evin həyətində yerləşən qarajın həyətə açılan qapısının açıq olduğunu, seyf qıfılının isə sındırıldığını aşkar etmişdir. Qaraja həmin qapıdan daxil olduqda içəridən hər birinin dəyəri 100 manat olan Koreya istehsallı 04 ədəd «Yokohama» markalı avtomobil təkəri, hər birinin dəyəri 50 manat olan Rusiya istehsallı 02 ədəd su nasosu və dəyəri 1000 manat olan ABŞ istehsallı 01 ədəd «Cannondale» markalı qara-gırmızı-ağ rəngli 24-lük velosiped oğurlandığını müəyyən etmişdir. Sonrakı gün qaraja baxdıqda oradan həmçinin 1 ədəd 60 manat dəyərində CXR-nın istehsalı olan «2 in 1 Air Compressor & X20» markalı avtomobil tozsoran-təkər dolduran avadanlığı oğlurlandığını müəyyən etmişdir. Oğurluq hadisəsinin olduğunu bildikdən sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar 38-ci polis bölməsində ərizə yazmış, fakt üzrə cinayət işi başlanmış, zərərçəkmiş şəxs qismində tanınmışdır. Sonrdan məlum olmuşdur ki, əmlakını oğurlayan şəxslər tutulmuşdur. Hətta onlar polis işçilərinin müşayiəti ilə həyətinə gəlmiş, həyətə daxil olduqları yeri, qarajın qapısını hansı üsulla açdıqlarını, əşyaları haradan götürdüklərini əyani şəkildə göstərmişlər. Bu prosessdə məlum olmuşdur ki, əmlakını oğurlayan şəxslər fərdi yaşayış evi ilə üzbəüzə yerləşən binanın sakinləri Tahir və Bəhruzdur. Onları tanısa da, şəxsi münasibəti olmamışdır. İbtidai istintaq zamanı oğurluq nəticəsində ona 1560 manat məbləğində maddi ziyan dəydiyini göstərdə də, istintaqın ilkin mərhələsində 1 ədəd 60 manat dəyərində CXR-nın istehsalı olan «2 in 1 Air Compressor & X20» markalı avtomobil tozsoran-təkər dolduran avadanlığın oğurlandığını müəyyən etmədiyindən onu əvvəlki ifadəsində göstərməmişdir. Həmçinin qapını təmir etmiş, bununla bağlı 20 manata 1 ədəd seyf kilidi almışdır. Başqa əmlakı zədələnməmiş və ya məhv edilməmişdir. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, onlara yüngül cəza təyin edilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 12 saylı evin 3-cü mənzilində arvadı Şahid2 və azyaşlı övladları ilə birlikdə yaşayır. Yaşadığı ev 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşməklə 3 otaqdan, 1 mətbəxdən, 1 hamamdan, 1 tualetdən ibarətdir. Həmin mənzili qaynatası Şahid4 öz şəxsi vəsaiti hesabına almış, sonradan arvadı Ülviyyə bağışlamış və bağışlama müqaviləsi ilə mənzil arvadının adına qeydiyyata alınmışdır. Qeyd olunan mənzilə 2018-ci ilin avqust-sentyabr ayında köçmüşlər. Buna qədər 2010-cu ildən Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv, 18 saylı fərdi yaşayış evində yaşamışlar. Həmin ev rayon icra hakimiyyətinin sərəncamı əsasında tikilsə də, çıxarışı yoxdur. Yaşadığı Sahil qəsəbəsi, M.Seyidov küçəsi 12 saylı evin 3-cü mənzilinin pəncərələrindən ikisi evin arxa tərəfinə, ikisi isə evin qarşı tərəfinə açılır. Evin pəncərələri plastik materialdandır və arxa tərəfindəki pəncələr üzərində dəmir barmaqlıqlar vardır. Evin qarşı tərəfinə olan 2 plastik materialdan olan pəncərələri üzərində isə dəmir barmaqlıqlar yoxdur. Həmin pəncərələrin qarşısını daş hasara alaraq 1 ədəd dəmir qapı qoymuşdur. Mənzilin giriş qapısı dəmirdəndir və iki ədəd daxili kilidlə bağlanır. Kilidlərdən biri VAZ tipli, digəri isə seyf tipli kiliddir. Seyf tipli kilidi adətən istifadə etmir, həmişə VAZ tipli kilidi bağlayır. X21 uzun sürən ağır xəstəliyi ilə əlaqədar X22 müalicə olunmuşdur. xx.xx.2019-cu il tarixdə onu yaşadığı evə gətirmək istəmiş, bu səbəbdən də həyat yoldaşı Ülviyyəyə evdə yataq yeri düzəltməyi tapşırmışdır. Lakin xx.xx.2019-cu il tarixdə atası vəfat etmişdir. Bu səbədən də atasının meyitini Biləsuvar rayonu Zəhmətabad kəndinə aparmaq qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə saat 03 radələrində yaşadığı evin qarşısında bütün qardaşlar yığışmış, qardaşı Şahid1 idarə etdiyi avtomobillə atasının meyitini Biləsuvar rayonunun Zəhmətabad kəndinə aparmışlar. X25 tapşırmışdır ki, ailəsini də götürüb kəndə gəlsin. Əli maşını ilə ailə üzvlərini götürüb mənzildən çıxmışdır. xx.xx.2020-ci il tarixdə qardaşı Cavid şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə gəldiyindən, sonuncuya onun da mənzilinə baş çəkməsini tapşırmışdır. Saat 18 radələrində Cavid ona zəng vurub bildirmişdir ki, mənzilin giriş qapısını açıb içəri girdikdə əşyaları dağınıq görmüş, mətbəxin pəncərəsinin açıq olduğunu müəyyən etmişdir. Mənzildə oğurluq hadisəsinin baş verdiyindən şübhələndiyini söyləyib təcili gəlməsini tapşırmışdır. O, həmin vaxt Əli və Cəfərlə birlikdə olmuş, bu söhbəti yas mərasimində iştirak edən həmkəndliləri də eşitmişlər. Orada olan söhbət zamanı həmkəndliləri demişlər ki, mənzildən külli miqdarda pul və qızıl-zinyət əşyalarının oğurlandığını söyləmək lazımdır ki, polis cinayətkarların tapılması üçün var gücü ilə çalışsın. Bu sözləri deyən şəxsləri xatırlamır. Onu xatırlayır ki, başına xeyli şəxs toplaşmış və onların hamısı bu sözləri demişlər. Evdə qızıl-zinyət əşyaları olsa da, nağd şəkildə pul olmamışdır. Bu səbəbdən də əsəbi vəziyyətdə pulunun və qızıllarının oğurlandığını söyləmiş və arvadı Ülviyyəni də götürüb yaşadığı evə gəlmişdir. Mənzilin əşyalarının dağıdıldığını, tualet və hamamın tavanlarının söküldüyünü müəyyən etmişdir. Evə polis işçiləri baxış keçirən zaman arvadı Şahid2 çantasında olan mənzilin giriş qapısına məxsus açarları tapa bilməmişlər. Başa düşmüşlər ki, oğru mənzilə mətbəxin pəncərəsinə güc tətbiq etməklə açıb daxil olmuş, oğurluğu həyata keçirdikdən sonra isə həmin açarlarla qapını açıb çıxmış, sonra qapını örtmüşdür. Baxış zamanı yataq otağının qapısının sındırıldığını müəyyən etmişdir. Belə ki, bir yerə getdikdə yataq otağının taxtadan olan qapısını daxili kilidi ilə bağlayırlar. Dağınıq vəziyyətdə olan əşyaların altından arvadının pul kisəsini tapmışlar. Pul kisəsinin içərisində 1 ədəd 20 manatlıq, 1 ədəd 50 manatlıq əskinaz olmuşdur. Həmçinin yataq otağında dağınıq vəziyyətdə olan əşyaların altından 2 ədəd mücrünün içərisindəki qızıl-zinyət əşyalarını tapmışlar. Sonra yataq otağındakı şkafın rəfinin birini göstərib bildirmişdir ki, həmin rəfdə müxtəlif sənədlərlə birlikdə saxladığı 26758 (iyirmi altı min yeddi yüz əlli səkkiz) manat pul oğurlanmışdır. Əslində isə orada pul olmamışdır. Ümumiyyətlə həmin məbləğdə pulu olmamışdır. Bunu deməkdə məqsədi evdən oğurluq edən şəxslərin təcili tapılmasına nail olmaq olmuşdur. Yataq otağındakı güzgünün qarşısına qoyulmuş 1 ədəd «CENEVE» markalı qadın qızıl qol saatını, 1 ədəd qızıldan qadın qolbağını, 1 ədəd qızıl qadın üzüyünü tapa bilməmişlər. Həmin əşyaların oğurlandığını başa düşmüşlər. Qonaq otağına baxş zamanı oradakı 1 ədəd «Samsung» markalı televizorun da oğurlandığını, uşaq otağına baxış zamanı oradan 1 ədəd «Asus» markalı notbuk tipli kompyuterin oğurlandığını da müəyyən etmişdir. Keçirilmiş baxışla 04 ədəd əl barmaq izi skoç lentinə köçürülməklə götürülmüş, protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş, mənzildən tapılan 70 manat pul və qızıl-zinyət əşyaları ona qaytarılmışdır. Protokol oxunmuş və imzalanaraq təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixdə ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv, 18 saylı evdə təxirə salınmadan axtarış aparılması zərurəti yarandığı barədə məlumat verilmiş, həmin evdə axtarış aparılmasına etiraz etmədiyini demiş və axtarış aparılmasına etiraz etməməklə bağlı ərizə ilə istintaqa müraciət etmişdir. Həmin tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv, 18 saylı evdə təxirə salınmadan axtarış aparılmış, axtarış zamanı mənzilin vaxtı ilə mətbəx kimi istifadə olunan otağından 2 ədəd «225/65 R17» texniki göstəricili «Yokohama» markalı avtomobil təkərləri, 1 ədəd «CANNONDALE» markalı velosiped, şkafın içərisindən 1 ədəd kiçik ölçülü tossoran, 1 ədəd «ASUS» markalı notbuk tipli kompyuter aşkar olunmuşdur. Həmin «ASUS» markalı notbuk tipli kompyuteri görən kimi tanımış, kompyuter ona məxsus olmuş və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan müddət ərzində yaşadığı Sahil qəsəbəsi, M.Seyidov küçəsi 12 saylı evin 3-cü mənzilindən oğurlanmışdır. Bununla bağlı protokol tərtib edilmiş və həmin əşyalar protokola əsasən götürülmüş, protokol oxunmuş, əlavə və düzəliş daxil olmadığından imzalanmış, protokolun surətini almışdır. Qeyd olunan əşyaların ona məxsus Ümid qəsəbəsi 4-cü massiv 18 saylı evə hansı formada qoyulduğunu bilmədiyini qeyd etmişdir. Bir müddət sonra müəyyən edilmişdir ki, mənzilə xalası oğlu Təqsirləndirilən şəxs1 və onun dostu Təqsirləndirilən şəxs2 daxil olub oğurluq etmişlər. Evə daxil olmağın asan yolunu, qiymətli əşyaların ola biləcək yerini və mənzilin içərisinin təsvirini Tahirə və Bəhruza qaynı Təqsirləndirilən şəxs3 izah etmişdir. Daşqının izahı və tapşırığı ilə Bəhruz mətbəxin pəncərəsindən mənzilə girmiş, mənzilin dəhlizindəki ehtiyat açarla giriş qapısını açıb Tahiri içəri buraxmışdır. Sonra onların ikisi mənzildən onun əmlakını oğurlamışlar. Həmçinin istintaq zamanı müəyyən edilmişdir ki, Tahir və Bəhruz Sahil qəsəbəsində başqa mənzillərdən də oğurluq etmişlər. Oradan oğurlanmış əmlakları onun Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi 4-cü massiv 18 saylı evimin içərisinə yerləşdirib polisdə fikir çaşqınlığı yaradaraq onun oğurluğu səhnələşdirdiyi, eyni zamanda da digər mənzilləri oğurladığı fikrini yaratmışlar. Oğurluq nəticəsində 1 ədəd 1000 manat dəyərində «Ceneve» markalı qadın qızıl qol saatı, 1 ədəd 585 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə 250 manat dəyərində qadın qolbağı, 1 ədəd 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə 500 manat dəyərində qadın üzüyü, 1 ədəd 1300 manat dəyərində, saz və əvvəllər təmir olunmamış «Samsung» markalı televizor, 1 ədəd 1000 manat dəyərində, saz və əvvəllər təmir olunmamış «Asus» markalı notbuk tipli kompyuter oğurlanmışdır. Bununla da ona ümumilikdə 4050 manat məbləğində maddi ziyan vurulmuşdur. Oğurluq zamanı əmlakının zədələnməsi və ya məhv edilməsi halları ilə qarşılaşmamış, əmlakı zədələnməmiş və ya məhv edilməmişdir. Azərbaycan Respublikası MEM-nin 2991/2992 nömrəli, xx.xx.2020-ci il tarixli rəyinə əsasən 1 ədəd sarı rəngli metaldan, içərisində «CENEVE» yazısı, qolbaqsız (qolbağının bir hissəsi qara rəngli dəriyə bənzər materialdan, qırılmış vəziyyətdə), alt qapağı açıq işlək olmayan, tarix göstəricili qol saatı – üzərində «750» əyar damğası həkk olunmuşdur, metalı üzərində 750 əyarlı qızıl suyu təbəqə çəkilmiş əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 34,78 qramdır – 200 manat; 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük – üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,25 qram, qaşları qiymətli qaşlara aid deyil – 255 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində «Zümra» yazısı və 1 ədəd ağ şəffaf qaş olan qolbaq – üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,55 qram, qaşı qiymətli qaşlara aid deyil – 153 manat; 1 ədəd Malaziyada istehsal edilmiş, qara rəngli «Samsung» markalı, LE20D550K1W model televizor – 700 manat; 1 ədəd «Asus» markalı, R 405 C, intel SORE İ5 WİNDOWS 8 göstəriciləri olan notbuk – 500 manat müəyyən edilməsi ilə razıdır, heç bir etirazı, vəsatəti və ya şikayəti yoxdur. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasında Zərərçəkmiş şəxs3 çıxışında bir daha ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, oğurluq cinayəti nəticəsində ona dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən tam ödənildiyindən sonunculara qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun kürəkəni və bacısı oğludur. Şahid2 isə qızıdır. Zərərçəkmiş şəxs3 və Şahid2 azyaşlı övladları ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Onların yaşadıqları mənzil 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. xx.xx.2019-cu il tarixdə saat 04 radələrində arvadı Şəhrəbani İbayeva ilə birlikdə Biləsuvar rayonu Zəhmətabad kəndinə getmişdir. Belə ki, yeznəsi, yəni Zərərçəkmiş şəxs3 X21 uzun sürən ağır xəstəliyi ilə əlaqədar X22 müalicə olunmuşdur. Müalicə öz müsbət təsirini göstərmədiyindən və xx.xx.2019-cu ildə övladları Güloğlanın səhhətinin kəskin pisləşməsi səbəbindən onu Biləsuvar rayonu Zəhmətabad kəndinə aparmaq qərarına gəlmişlər. xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Hətəm atasını kəndə apardığından həyat yoldaşı ilə birlikdə Zəhmətabad kəndinə getmişlər. xx.xx.2019-cu il tarixdə Güloğlan vəfat etmiş və onun dəfnində iştirak etmişdir. xx.xx.2019-cu il tarixdə 3 mərasimi başa çatdıqdan sonra Bakı şəhərinə qayıtmışdır. xx.xx.2019-cu il tarixdə saat 09 radələrində oğlu Təqsirləndirilən şəxs3 də məclisdə iştirak etmək üçün Zəhmətabad kəndinə gəlmişdir. Həmin günü Daşqın da onunla birlikdə Bakı şəhərinə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Hətəm ona zəng vurub özünün Zəhmətabad kəndində olduğunu, evə baş çəkmək üçün Cavidi və İzzəti göndərdiyini, onların mənzilə baxarkən dağınıqlığı gördüklərini demişdir. Xahiş etmişdir ki, mənzilə gedib baxsın. Həyat yoldaşı ilə birlikdə qızının yaşadığı M.Seyidov küçəsi 12 saylı evin 3-cü mənzilinə getmişdir. İzzət və Cavid həyətdə olmuşlar və ona demişlər ki, mənzilin qapısına açarı salmaq istədikdə qapı açılmamış, qapını yoxladıqda isə açıq olduğunu müəyyən etmişlər. İçəri dağınıq olduğundan qorxmuşlar. Polis gəlmiş və bir qədər sonra Hətəm və Ülviyyə də gəlib çıxmışlar. Bundan sonra baxış keçirilmişdir. Baxış zamanı yataq otağının qapısının sındırıldığını müəyyən olunmuşdur. Dağınıq vəziyyətdə olan əşyaların altından Ülviyyənin pul kisəsi tapılmış, pul kisəsinin içərisindən 1 ədəd 20 manatlıq, 1 ədəd 50 manatlıq əskinaz aşkar olunaraq qaytarılmışdır. Həmçinin yataq otağında dağınıq vəziyyətdə olan əşyaların altından 2 ədəd mücrünün içərisindəki qızıl-zinyət əşyalarını tapılmış və qaytarılmışdır. Lakin patlar şkafında saxlanıldığını Hətəm dediyi 26758 (iyirmi altı min yeddi yüz əlli səkkiz) manat pul, güzgünün qarşısına qoyulmuş 1 ədəd «Ceneve» markalı qadın qızıl qol saatı, 1 ədəd qızıldan qadın qolbağı, 1 ədəd qızıl qadın üzüyü tapılmamışdır. Qonaq otağına baxış zamanı oradakı 1 ədəd «Samsung» markalı televizorun, uşaq otağına baxış zamanı oradan 1 ədəd «Asus» markalı notbuk tipli kompyuterin oğurlandığını müəyyən etmişlər. Lakin sonrdan müəyyən olunmuşdur ki, əslində Hətəmin evində dediyi 26758 (iyirmi altı min yeddi yüz əlli səkkiz) manat pul olmamış və oğurlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan yolu, ev 8, mənzil 3-də qeydiyyatda olsa da, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv, nömrəsiz özbaşına tikili evdə ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ev fərdi yaşayış evi olaraq kürsülü, bir mərtəbədən ibarətdir. Küçə tərəfdən evin həytinin hasarı olsa da, arxa tərəfin hasarını hələ tikə bilməmişdir. Ona görə də açıqdır. Evin atlında isə zirzəmi düzəltmişdir. Bəzi əşyaları, alətləri orada saxlayır. Zirzəminin qapısına isə bir ədəd asma qıfıl vurmuşdur. Lakin qıfıl xarab olduğundan əllə dartıb açmaq olur. Həmçinin evin həyətinin giriş darvazasında isə qıfıl yoxdur, bir ədəd cəftə ilə bağlanır. Özü fərdi qaydada qaynaqçı işləyir. Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu onun xalası oğlu, həm də qaynıdır. Onunla münasibəti yaxşıdır. Gecə evə gələ bilməyəndə və ya işləri ilə əlaqədar haradasa olduqda əvvəlcədən Tahirlə danışmış, Tahir gəlib onun evində gecələmişdir. Evin ətrafı boşluq ərazi olduğundan və hasarı olmadığından ailə üzvlərinin evdə tək qalması onu narahat etmişdir. Tahir qaynı və xalası oğlu olduğundan onun dostu Təqsirləndirilən şəxs2 da tanıyır. Bəhruz həmişə Tahirin yanında olmuşdur. Onlar demək olar ki, birlikdə yaşayırlar, işləyirlər. Son vaxtlar Tahir və Bəhruz metal qırıntılarının toplanması və təhvili işi ilə məşğul olmuşlar. Zərərçəkmiş şəxs3 Güloğan oğlu da xalası oğludur. Hətəm Sahil qəsəbəsində yaşayır. Hətəmin arvadı Ülviyyə də dayısı qızıdır. xx.xx.2019-cu ildə Hətəmin atası Güloğlan vəfat etmişdir. Dəfn mərasimi Biləsuvar rayonu Zəhmətabad kəndində keçirilmişdir. xx.xx.2020ci il tarixdə axşam saatlarında məlum olmuşdur ki, Hətəmin evindən oğurluq edilib, pul və qızıl zinyət əşyaları oğurlanıb. Bundan sonra istintaq aparılmışdır. İstintaq zamanı evdən oğurlandığı barədə məlumat verilmiş əşyaların çoxu tapılmışdır. Bir ədəd qızı saat, 1 ədəd qızıl qolbağ, 1 ədəd qızıl üzük, 1 ədəd notbuk tipli kompyuter və 1 ədəd televizor tapılmamışdır. Bir neçə gün sonra isə oğurluqda şübhəli kimi Təqsirləndirilən şəxs1 və onun dostu Təqsirləndirilən şəxs2 tutulmuşdur. xx.xx.2020-ci il tarixdə Bəhruz və Tahirin ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, hər ikisi polis işçilərinin müşayəti ilə onun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv, nömrəsiz özütikili evə gəlmişdir. Tahir onun evinin zirzəmisini göstərib bildirmişdi ki, oğurladığı bəzi əşyaları gətirib evin zirzəmisində saxlamış, bir neçə gün sonra isə götürüb getmişdir. Eyni qaydada Bəhruzun da ifadəsi yerində yoxlanmış və o, oğurladıqları əşyaları Tahirlə birlikdə evin zirzəmisinə yığdıqlarını, sonra gəlib apardıqları bildirmişdir. Tahir və Bəhruz bildirmişdir ki, oğurladıqları 4 ədəd avtomobil təkərini, 1 ədəd tozsoranı, 1 ədəd velosipedi birlikdə həmin zirzəmiyə yerləşdirmişlər. Bir neçə gün sonra isə birlikdə gəlib götürmüşlər və harasa başqa yerə aparmışlar. Məlum olmuşdur ki, qeyd olunan əşyaları Hətəmin Ümid qəsəbəsindəki ünvanını bilmədiyi evinə yığmışlar. Tahirin ifadəsi ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv, nömrəsiz fərdi yaşayış evinin həyətində yoxlanılan zaman Tahir divarın dibinə yığılmış plastik arakəsmələrin altından 1 ədəd «Yokohama» markalı avtomobil təkərini polisə təqdim edib bildirmişdir ki, həmin təkər oğurladıqları 4 ədəd təkərdən biridir. Təkər həmin vaxt polis tərəfindən götürülmüşdür. Qeyd olunan əşyaların evinə nə vaxt gətirilməsi, nə vaxt yığılması və nə vaxt daşınması barədə məlumatı olmamışdır. Belə bir halın şahidi olmamışdır. Ümumiyyətlə Tahirin və ya Bəhruzun hər hansı cinayət hadisəsi törərtmələri və ya oğurluq etmələri barədə məlumatı olmamışdır. Bunların hamısını Tahir və Bəhruz həbs edildikdən sonra bilmişdir. Həmçinin onların ifadələri yoxlandıqda hadisə barədə məlumatı olmuşdur. Əgər bu hadisələr barəsində əvvəlcədən məlumatı olsaydı, qarşısını alardı və ya hansısa qanunamüvafiq tədbirlər görülməsinə çalışardı. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx.xx.2012-ci il tarixdə Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu ilə ailə həyatı qurmuş və həmin nikahdan 3 övladı var. Onunla eyni evdə qaynatası Şahid5 və 2-ci qrup əlil qaynanası Şahid8 yaşayır. Hamısı Təqsirləndirilən şəxs1 himayəsindədirlər. Zərərçəkmiş şəxs3 həyat yoldaşı Tahirin xalası oğludur. Təqsirləndirilən şəxs2 əri Tahirin dostudur və bir müddətdir ki, Bəhruz da onlarla eyni evdə yaşayır. xx.xx.2019-cu il tarixdə Hətəmin atası Güloğlan vəfat etmişdir. Dəfn mərasimi Biləsuvar rayonu Zəhmətabad kəndində keçirilmişdir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında məlum olmuşdur ki, Hətəmin evindən oğurluq edilib, pul və qızıl zinyət əşyaları oğurlanıb. Bundan sonra istintaq aparılmışdır. İstintaq zamanı Tahir oğurluq cinayətini törətməkdə təqsirləndirilsə də, o, ərinin əleyhinə onun oğurluq törətməsi barədə ibtidai istintaq dövründə ifadə verməmişdir, həmin ifadə polis idarəsi tərəfindən tərtib olunmuş və ona oxutmamış imza etdirmişlər. Məhkəmə baxışı zamanı iş üzrə Şahid9 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2012-ci il tarixdə Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu ilə ailə həyatı qurmuş və bu nigahdan 3 övladı – xx.xx.2008-ci il təvəllüdlü Ayşən Həbiyeva, xx.xx.2010-cu il təvəllüdlü Elşən Həbiyev, xx.xx.2013-cü il təvəllüdlü Şəfiqə Həbiyeva dünyaya gəlmişdir. Onunla eyni evdə qaynatası Şahid5 və 2-ci qrup əlil qaynanası Şahid8 yaşayır. Hamımız Təqsirləndirilən şəxs1 himayəsindədirlər. Zərərçəkmiş şəxs3 həyat yoldaşı Tahirin xalası oğludur. Təqsirləndirilən şəxs2 əri Tahirin dostudur və bir müddət idi ki, Bəhruz da onlarla eyni evdə yaşayır. xx.xx.2019-cu il tarixdə Hətəmin atası Güloğlan vəfat etmişdir. Dəfn mərasimi Biləsuvar rayonu Zəhmətabad kəndində keçirilmişdir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında məlum olmuşdur ki, Hətəmin evindən oğurluq edilib, pul və qızıl zinyət əşyaları oğurlanıb. Bundan sonra istintaq aparılmışdır. İstintaq zamanı evdən oğurlandığı barədə məlumat verilmiş əşyaların çoxu tapılmışdır. Bir ədəd qızı saat, 1 əddə qızıl boyunbağı, 1 ədəd qızıl üzük, 1 ədəd notbuk tipli kompyuter və 1 ədəd televizor tapılmamışdır. Bir neçə gün sonra isə oğurluqda şübhəli kimi əri Təqsirləndirilən şəxs1 və onun dostu Təqsirləndirilən şəxs2 tutulmuşdur. Müəyyən edilmişdir ki, oğurluğu Tahir və Bəhruz törədiblər. xx.xx.2020-ci il tarixdə isə Tahirin ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş və Tahir oğurluğu yerində göstərməklə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 8 saylı evin 3-cü mənzilində gizlətdiyi, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd qızıl saatı, 1 ədəd qızıl üzüyü, 1 ədəd qızıl qolbağı təqdim etmişdir. Həmin vaxt mənzildən bu əşyalarla yanaşı 1 ədəd sarı rəngli metaldan «OMAX» markalı qol saatı və həmin saatın qara rəngli kəməri, 1 ədəd ağ rəngli metaldan həmin rəngli matal qolbağlı «Rolex» markalı qol saatı, 1 ədəd ağ rəngli metaldan zənçir, 2 ədəd sarı rəngli metaldan uşaq üçün saç broşu, 1 ədəd ağ rəngli metaldan uşaq saç broşu da götürülmüşdür ki, həmin əşyalar ailəsinə məxsusdur. Cinayət yolu ilə əldə edilməyib və oğurluğa heç bir aidiyyəti yoxdur. Həmçinin məlum olmuşdur ki, Tahir və Bəhruz başqa 2 evdən də oğurluq etmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Nurəddin adlı şəxsin ünvan 3 ünvanınındakı fərdi yaşayış evindən 1 ədəd «Kewinnek» markalı perferatoru, 1 ədəd «Makita» markalı motorlu ağac kəsən mişarı, 1 ədəd qaynaq aparatını, elektrik kabelini, 1 ədəd elektrik taxta kəsən aparatı, 1 ədəd koplektləşdirilmiş çilingər açarları və burğular dəstini oğurlayıblar. Bundan başqa Tahir və Bəhruz xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Rövşən adlı qonşunun ünvan 4 ünvanınındakı fərdi yaşayış evinin həyətindəki daş qaraja girib 4 ədəd Koreya Respublikasının istehsalı olan «Yokohama» markalı avtomobil təkərlərini, 2 ədəd RF-da istehsal olunmuş su nasosunu, 1 ədəd ABŞ istehsalı olan «Cannondale» markalı velosipedi, 1 ədəd CXR-nın istehsalı olan tossoran-hava nasosu avadanlığını oğurlayıblar. Bütün bunlardan sonra Tahir barəsində həbs qətimkan tədbiri seçilmişdir. Tahirin oğurluq cinayətləri barəsində, onun oğurladığı əmlakları harada gizlətməsi barəsində və ya kimlərə satması barəsində heç bir məlumatı olmamışdır. Bu hadisə barəsində Tahir tutulduqdan sonra istintaq zamanı öyrənmişdir. Sonda bildirmişdir ki, əgər bu hadisələr barəsində əvvəlcədən məlumatı olsaydı, qarşısını alardı və ya hansısa qanunamüvafiq tədbirlər görülməsinə çalışardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq dövründə verdiyi ifadəsini təkzib edərək, ibtidai istintaq zamanı Tahirin oğurluq törətməsi barədə ifadə vermədiyini bildirirərək, həmin ifadəni oxutmamış ona imza etdirdiklərini göstərmişdir. Məhkəmə baxışı zamanı iş üzrə Şahid8 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, İİ qrup ılildir və heç yerdə işləmir. Şahid5 həyat yoldaşıdır, Təqsirləndirilən şəxs1 isə onun oğludur. Thirlə ailəsi ilə birlikdə onlarla bir yerdə yaşayır. Oğlu tahirin himayəsində 3 azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs2 oğlu Tahirin dostudur və bir müddətdir ki, Bəhruz da onun evində yaşamışdır. xx.xx.2019-cu ildə Hətəmin atası, onun bacanağı Güloğlan vəfat etmişdir. Dəfn mərasimi Biləsuvar rayonu Zəhmətabad kəndində keçirilmişdir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında məlum olmuşdur ki, Hətəmin evindən oğurluq edilib, pul və qızıl zinyət əşyaları oğurlanıb. Bundan sonra istintaq aparılmış, istintaq zamanı evdən oğurlandığı barədə verilmiş əşyaların çoxu tapılmışdır. Bir ədəd qızı saat, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl üzük, 1 ədəd notbuk tipli kompyuter və 1 ədəd televizor tapılmamışdır. Bir neçə gün sonra isə oğurluqda şübhəli kimi oğlu Təqsirləndirilən şəxs1 və onun dostu Təqsirləndirilən şəxs2 tutulmuşdur. Müəyyən edilmişdir ki, oğurluğu Tahir və Bəhruz törədiblər. xx.xx.2020-ci il tarixdə isə Tahirin ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş və Tahir oğurluğu yerində göstərməklə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 8 saylı evin 3-cü mənzilində gizlətdiyi, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd qızıl saatı, 1 ədəd qızıl üzüyü, 1 ədəd qızıl qolbağı təqdim etmişdi. Həmin vaxt mənzildən bu əşyalarla yanaşı 1 ədəd sarı rəngli metaldan «Omax» markalı qol saatı və həmin saatın qara rəngli kəməri, 1 ədəd ağ rəngli metaldan həmin rəngli metal qolbağlı «Rolex» markalı qol saatı, 1 ədəd ağ rəngli metaldan zəncir, 2 ədəd sarı rəngli metaldan uşaq üçün saç broşu, 1 ədəd ağ rəngli metaldan uşaq saç broşu da götürülmüşdür ki, həmin əşyalar ailəsinə məxsusdur. Cinayət yolu ilə əldə edilməmişdir. Həmçinin məlum olmuşdur ki, Tahir və Bəhruz başqa 2 evdən də oğurluq etmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Nurəddin adlı şəxsin ünvan 3 ünvanınındakı fərdi yaşayış evindən 1 ədəd «Kewinnek» markalı perforatoru, 1 ədəd «Makita» markalı motorlu ağac kəsən mişarı, 1 ədəd qaynaq aparatını, elektrik kabelini, 1 ədəd elektrik taxta kəsən aparatı, 1 ədəd komplektləşdirilmiş çilingər açarları və burğular dəstini oğurlayıblar. Bundan başqa Tahir və Bəhruz xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Rövşən adlı qonşunun ünvan 4 ünvanınındakı fərdi yaşayış evinin həyətindəki daş qaraja girib 4 ədəd Koreya Respublikasının istehsalı olan «Yokohama» markalı avtomobil təkərlərini, 2 ədəd RF-da istehsal olunmuş su nasosunu, 1 ədəd ABŞ istehsalı olan «Cannondale» markalı velosipedi, 1 ədəd CXR-nın istehsalı olan tozsoran-hava nasosu avadanlığını oğurlayıblar. Bütün bunlardan sonra Tahir barəsində həbs qətimkan tədbiri seçilmişdir. Tahirin oğurluq cinayətləri barəsində, onun oğurladığı əmlakları harada gizlətməsi barəsində və ya kimlərə satması barəsində heç bir məlumatı olmamışdır. Bu hadisə barəsində Tahir tutulduqdan sonra istintaq zamanı öyrənmişdir. Əgər bu hadisələr barəsində əvvəlcədən məlumatı olsaydı, qarşısını alardı və ya hansısa qanunamüvafiq tədbirlər görülməsinə çalışardı. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ərizə ünvanlayaraq, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 məhkəmə istintaqı zamanı ifadəsi tədqiq olunmaqla elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Cavid Güloğlan oğlu məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Zərərçəkmiş şəxs3 onun böyük qardaşı, Şahid2 isə həm dayısı qızı, həm də qardaşı Hətəmin arvadıdır. Zərərçəkmiş şəxs3 və Şahid2 azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 12 saylı evin 3-cü mənzilində yaşayırlar. Onların yaşadıqları mənzil 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Hətəm ailəsi ilə ara-sıra yaşadığı mənzilə gedirdi. Mərhum X21 uzun müddət xəstə olmuş və Bakı şəhərində X22 müalicə olunmuşdur. xx.xx.2019-cu il tarixdə həkimlər atasının vəziyyətinin ümidsiz olduğunu söyləmişlər. xx.xx.2019-cu il tarixdə atası Güloğlanı xəstəxanadan çıxarmışlar. Lakin sonra qərara gəlmişlər ki, yaşadığı Biləsuvar rayonu Zəhmətabad kəndinə aparsınlar. xx.xx.2019-cu il tarixdə saat 03 radələrində qardaşı Hətəm atasının meyitini yaşadığı evin qarşısından Biləsuvar rayonu Zəhmətabad kəndinə aparmışdır. Onun idarə etdiyi avtomobillə kəndə getmişlər və maşını özü idarə etmişdir. Binanın qarşısında Hətəm kiçik X25 tapşırmışdır ki, onun ailəsini də götürüb ardınca kəndə gəlsin. Əli öz ailəsi və Hətəmin ailəsi ilə birlikdə onun ardınca Zəhmətabad kəndinə getmişdir. xx.xx.2019-cu il tarixdə atası vəfat etmiş və həmin günü Biləsuvar rayonu Zəhmətabad kəndində onu dəfn etmişlər. Hamı evlərindən tələsik çıxdığından suyun, qazın və işığın söndürüldüyünü dəqiq xatırlamamışdır. Bu səbəbdən də xx.xx.2020-ci il tarixdə Hətəm və Əli ilə oturub qərara gəlmişlər ki, yeznəsi İzzətlə birlikdə Bakı şəhərinə qayıtsınlar, mənzilləri yoxlayaraq yenidən kəndə qayıtsınlar. Hətəm və Əli mənzillərinin açarlarını ona vermişlər. İzzətlə birlikdə günortadan sonra Bakı şəhəri istiqamətində onun avtomobili ilə hərəkət etmiş, xx.xx.20202-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə çatmışlar. İzzəti Sahil qəsəbəsində Hətəmin evinin yanındakı avtobus dayanacağında düşürmüş, Hətəmin mənzilinin açarlarını ona vermişdir. İzzətə tapşırmışdır ki, öz mənzilini və Hətəmin mənzilini yoxlasın. Özü isə Əlinin və öz mənzilini yoxlayacağını, sonra gəlib onu götürəcəyini, yenidən kəndə qayıdacaqlarını söyləmişdir. Təxminən 3-4 dəqiqə sonra İzzət ona zəng vurub açarı Hətəmin mənzilinin giriş qapısına daxil edə bilmədiyini, qapının dəstəyini yoxladıqda isə açıq olduğunun müəyyən etdiyini demişdir. Mənzilin dəhlizindəki dağınıqlığı görüb qorxaraq içəri girməmişdir. Dərhal geri qayıtmış və mənzilin giriş qapısından içəri baxıb dağınıqlığı görmüşdür. Mənzildə oğurluq edildiyindən şübhələnib tez Hətəmə zəng vurmuş, ona vəziyyəti deyib Bakı şəhərinə gəlməsini tapşırmışdır. Sonra isə DİN-nin 102 xidmətinə zəng vurmuş, hadisə yerinə polis işçiləri gəlmişlər. Bir qədər sonra isə Hətəm və ailəsi mənzilə gəlmişlər. Mənzilə baxış keçirməyə başlandıqda isə digər qardaşının evinə və öz evinə baxmış, hər şeyin qaydasında olduğuna əmin olub yenidən Hətəmin mənzilinə qayıtmışdır. Sonra Hətəmi və ailə üzvlərini də götürüb yenidən Biləsuvar rayonu Zəhmətabad kəndinə qayıtmışdır. Hətəm ona demişdir ki, evə polis işçilərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yataq otağının qapısının sındırıldığını müəyyən edilmişdir. Dağınıq vəziyyətdə olan əşyaların altından Ülviyyənin pul kisəsi tapılmış, pul kisəsinin içərisində 1 ədəd 20 manatlıq, 1 ədəd 50 manatlıq əskinaz olmuşdur. Həmçinin yataq otağında dağınıq vəziyyətdə olan əşyaların altından 2 ədəd mücrünün içərisindəki qızılzinyət əşyaları tapılmışdır. Lakin patlar şkafında saxlanıldığını Hətəm dediyi 26758 (iyirmi altı min yeddi yüz əlli səkkiz) manat pul, güzgünün qarşısına qoyulmuş 1 ədəd «Ceneve» markalı qadın qızıl qol saatı, 1 ədəd qızıldan qadın qolbağı, 1 ədəd qızıl qadın üzüyü tapılmamışdır. Qonaq otağına baxş zamanı oradakı 1 ədəd «Samsung» markalı televizorun, uşaq otağına baxış zamanı oradakı 1 ədəd «Asus» markalı notbuk tipli kompyuterin oğurlandığını da müəyyən etmişlər. Mənzildən tapılmış 70 manat pul və qızılzinyət əşyaları Zərərçəkmiş şəxs3 qaytarılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid3 digər Şahid1 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 onun oğludur. O, evlidir və himayəsində 3 azyaşlı övladı vardır. Tahir ailəsi ilə birlikdə onunla yaşayır. Zərərçəkmiş şəxs3 baldızının oğlu, Təqsirləndirilən şəxs2 oğlu Tahirin dostudur və bir müddətdir ki, Bəhruz da onun evində yaşamışdır. xx.xx.2019-cu ildə Hətəmin atası, onun bacanağı Güloğlan vəfat etmişdir. Dəfn mərasimi Biləsuvar rayonu Zəhmətabad kəndində keçirilmişdir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında məlum olmuşdur ki, Hətəmin evindən oğurluq edilib, pul və qızıl zinyət əşyaları oğurlanıb. Bundan sonra istintaq aparılmış, istintaq zamanı evdən oğurlandığı barədə verilmiş əşyaların çoxu tapılmışdır. Bir ədəd qızı saat, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl üzük, 1 ədəd notbuk tipli kompyuter və 1 ədəd televizor tapılmamışdır. Bir neçə gün sonra isə oğurluqda şübhəli kimi oğlu Təqsirləndirilən şəxs1 və onun dostu Təqsirləndirilən şəxs2 tutulmuşdur. Müəyyən edilmişdir ki, oğurluğu Tahir və Bəhruz törədiblər. xx.xx.2020-ci il tarixdə isə Tahirin ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş və Tahir oğurluğu yerində göstərməklə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 8 saylı evin 3-cü mənzilində gizlətdiyi, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd qızıl saatı, 1 ədəd qızıl üzüyü, 1 ədəd qızıl qolbağı təqdim etmişdi. Həmin vaxt mənzildən bu əşyalarla yanaşı 1 ədəd sarı rəngli metaldan «Omax» markalı qol saatı və həmin saatın qara rəngli kəməri, 1 ədəd ağ rəngli metaldan həmin rəngli metal qolbağlı «Rolex» markalı qol saatı, 1 ədəd ağ rəngli metaldan zəncir, 2 ədəd sarı rəngli metaldan uşaq üçün saç broşu, 1 ədəd ağ rəngli metaldan uşaq saç broşu da götürülmüşdür ki, həmin əşyalar ailəsinə məxsusdur. Cinayət yolu ilə əldə edilməmişdir. Həmçinin məlum olmuşdur ki, Tahir və Bəhruz başqa 2 evdən də oğurluq etmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Nurəddin adlı şəxsin ünvan 3 ünvanınındakı fərdi yaşayış evindən 1 ədəd «Kewinnek» markalı perforatoru, 1 ədəd «Makita» markalı motorlu ağac kəsən mişarı, 1 ədəd qaynaq aparatını, elektrik kabelini, 1 ədəd elektrik taxta kəsən aparatı, 1 ədəd komplektləşdirilmiş çilingər açarları və burğular dəstini oğurlayıblar. Bundan başqa Tahir və Bəhruz xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Rövşən adlı qonşunun ünvan 4 ünvanınındakı fərdi yaşayış evinin həyətindəki daş qaraja girib 4 ədəd Koreya Respublikasının istehsalı olan «Yokohama» markalı avtomobil təkərlərini, 2 ədəd RF-da istehsal olunmuş su nasosunu, 1 ədəd ABŞ istehsalı olan «Cannondale» markalı velosipedi, 1 ədəd CXR-nın istehsalı olan tozsoran-hava nasosu avadanlığını oğurlayıblar. Bütün bunlardan sonra Tahir barəsində həbs qətimkan tədbiri seçilmişdir. Tahirin oğurluq cinayətləri barəsində, onun oğurladığı əmlakları harada gizlətməsi barəsində və ya kimlərə satması barəsində heç bir məlumatı olmamışdır. Bu hadisə barəsində Tahir tutulduqdan sonra istintaq zamanı öyrənmişdir. Əgər bu hadisələr barəsində əvvəlcədən məlumatı olsaydı, qarşısını alardı və ya hansısa qanunamüvafiq tədbirlər görülməsinə çalışardı. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Həşimov Şahid7 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, «SOCAR» şirkətində montajçı işləyir. «Motu» təxəllüslü Təqsirləndirilən şəxs1 15 ildən artıqdır ki, Sahil qəsəbəsinin sakini kimi tanıyır. Eyni qəsəbənin sakinləri kimi tanış olmuşlar və normal münasibətləri olmuşdur. Belə ki, Tahir onun yaşadığı evin həyətində meyvə və tərəvəz ticarəti ilə məşğul olmuşdur. Tez-tez ondan meyvə-tərəvəz almışdır. Onun evinin yanındakı mağazanı da Tahir işlətmişdir. Bundan başqa Tahirin dostu kimi və yanında işləyən şəxs kimi Təqsirləndirilən şəxs2 da tanımışdır. 2019-cu ilin yay aylarının birində Bəhruz ona müraciət edib yaşadığı evin kirayə pulunu vermək üçün ona borc verməyi xahiş etmişdir. Tahir də xahiş etmişdir ki, Bəhruza borc versin. Bəhruzun borcu ödəməyəcəyi tədqirdə pulu özünün ödəyəcəyini vəd etmişdir. Bu səbəbdən də Bəhruza 280 manat pulu borc olaraq vermişdir. Aradan 1-2 ay keçməsinə baxmayaraq Bəhruz ona olan borcunu ödəyə bilməmişdir. Tahirə müraciət edib Bəhruzun aldığı borcu qaytarmasına kömək etməsini söyləmiş, Tahir isə qəsəbə sakini Bilal adlı şəxsin ona borcu olduğunu, pulu Bilaldan alıb verəcəyini söyləmişdir. Bu söhbətdən təxminən 1-2 ay sonra 2019-cu ilin payız ayında Tahirlə Bilal ona 2 ədəd soyuducu gətirib bildirmişlər ki, Bilal borcunun bir qisminin əvəzinə həmin soyuducuları ona verir. Bilal da bunu təsdiq etmişdir. Soyuducuları qəbul etsə də sata bilməmişdir. Ona görə Tahirdən həmin soyuducuları götürüb satıb pulunu verməsini tələb etmişdir. Tahir də soyuducuları satıb onun pulunu, yəni Bəhruzun ondan borca aldığı 280 manat pulu ödəmişdir. xx.xx.2019-cu il tarixdə saat 16-17 radələrində Bəhruz Sahil qəsəbəsi, M.Seyidov küçəsində fəaliyyət göstərən «Balıq evi» kafesinin qarşısında onunla qarşılaşmış, söhbət etmiş, hal-əhval tutub onda borcun əvəzinə ödənilmiş 1 ədəd «Samsung» markalı televizoru olduğunu, pulu olmadığından satdığını demişdir. O, Bəhruzə baxmaq istədiyini söyləmiş və Bəhruz kafenin arxasına tərəf gedib geri əlində adyala bükülü formada 1 ədəd «Samsung» markalı televizoru gətirmişdir. Televizor işlənmiş olsa da, yaxşı vəziyyətdə və təzə kimi olmuşdur. Televizorun pultu isə olmamışdır. Pultu soruşmuş, Bəhruz necə veriblərdə, eləcə də götürdüyünü söyləmişdir. Qiyməti ilə maraqlanmış, Bəhruz 300 manat borcun əvəzinə ona verildiyini demişdir. Üstündə cəmi 120 manat pulu olduğunu söyləyib televizoru 100 manata ala biləcəyini bildirmişdir. Bəhruzla uzun söhbət etdikdən sonra televizora görə 100 manatı Bəhruza verib götürmüşdür. Bəhruz televizorun ona və Tahirə borcun əvəzinə verildiyini söylədiyinə görə hesab etmişdir ki, Bilalın Tahirə olan 6000 manat borcun əvəzinə verdiyi əşyalardan biridir. Ona görə heç bir şübhə olmadan televizoru alıb evinə aparmışdır. xx.xx.2020-ci il tarixdə polis işçilərinin apardığı şifahi söhbətdən müəyyən etmişdir ki, Bəhruzun ona satdığı, borc pulun əvəzinə ona və Tahirə verildiyini söylədiyi 1 ədəd «Samsung» markalı televizoru cinayət yolu ilə, yəni mənzildən oğurluq yolu ilə əldə edilmişdir. Bunu bilmədiyini demiş, televizorun cinayət yolu ilə əldə edildiyini bilsəydi, heç vaxt almayacağını söyləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 100 manat aldığı 1 ədəd «Samsung» markalı televizorun onda olduğunu, hazırda könüllü olaraq təqdim etdiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, narkotik qəbul etmir və ya satmır. Televizoru qeyd etdiyi kimi ona Bəhruz satıb, Tahir satmayıb. Ona da pul vermiş, şüşə və ya başqa narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğurluq cinayəti ilə məşğul olması barəsində onunla polisin apardığı şifahi sorğu zamanı öyrənmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müvafiq olaraq yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tərəflərə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus əmlakın gizli olaraq talanması faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. (İ cild, i.v. 01) Tədqiqat üçün nümunələrin götürülməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 12 saylı evin 3-cü mənzilinin sahibi Zərərçəkmiş şəxs3, arvadı Şahid2 və həmin mənzilə mütəmadi gəlib-gedən şəxslərin əl-barmaq işləri götürülmüşdür. (İ cild, i.v. 37) Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli qərar və tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 76, 85) Axtarış aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Qaradağ RPİ İŞ-nin müstəntiqi, polis mayoru X12, Zərərçəkmiş şəxs3 iştirakı ilə ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Umid qəsəbəsi, 4-cü massiv, 18 saylı fərdi yaşayış evinə baxış keçirilmişdir. Axtarış zamanı evin mətbəx kimi istifadə olunan otağından 1 ədəd “Cannondale” markalı velosiped, 2 ədəd “Yokohama” markalı 225/65 R17 texniki göstəricili avtomobil təkərləri, şkafın içərisindən 1 ədəd “Asus” markalı notbuk tipli komputer, 1 ədəd üzərində “Zinl 250 PSİ” yazılmış kiçik həcmli tozsoran aparatı aşkar edilmişdir. Axtrışda iştirak edən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, “Asus” markalı notbuk tipli komputer ona məxsusdur və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan müddət ərzində yaşadığı ünvan 7 ünvanından pul və digər əşyalarla birlikdə oğurlanmışdır. (İ cild, i.v. 97-101) Şəxsin MSY-dən azad edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 saxlandığı Bakı şəhəri Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. (İ cild, i.v. 103) Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli qərar və tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 126) Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli qərar və tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 147) İttiham olunmalı şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ittiham olunmalı şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 177, 181) «İfadənin yerində yoxlanması haqqında» xx xxxxxx 2020-ci il tarixli protokol və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, həmin tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X12 tərəfindən müdafiəçinin iştirakı ilə ifadəsi yerində yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanındakı fərdi yaşayış evinin qarşısına gəlib bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 01 radələrində dostu Təqsirləndirilən şəxs1lə birlikdə həmin evin həyətinə daş hasarın üstündən düşüb oğruluq etmişlər. Həyətə daxil olub daş hasarı göstərərək, Tahirlə birlikdə həmin hasarın üstündən həyətə düşdüklərini bildirmişdir. Sonra həyətdəki daş qarajın kiçik ölçülü qapısını göstərib bildirmişdir ki, həyətdən tapdığı dəmir parçasının lom kimi istifadə edib dəmir qapının arasına salıb təzyiq göstərərək açmışdır. Hər ikisi həmin qapıdan qaraja girmişlər. Sonra qarajın içərisini göstərib bildirmişdir ki, oradan 4 ədəd avtomobil təkəri, 1 ədəd kiçik həcmli qara rəngli tozsoran, 1 ədəd velosiped götürüb eyni qaydada həyətdən çıxmışlar. Tahirə məxsus ağ rəngli “Ford Tranzit” markalı avtomobilə qoyub əşyaların hamısını Ümid qəsəbəsinə aparmışlar. Sonra Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv, nömrəsiz fərdi yaşayış evinin qarşısına gəlib bildirmişdir ki, həmin ev Tahirin yeznəsi Rəfael Məmmədova məxsusdur. Həyətə daxil olub oradakı bir mərtəbəli evin arxa tərəfindəki zirzəminin qapısını göstərib bildirmişdir ki, oğurladıqları 4 ədəd avtomobil təkərini, 1 ədəd tozsoranı, 1 ədəd velosipedi Tahirlə birlikdə həmin zirzəmiyə yerləşdirmişlər. Bu hərəkətlərdən ev sahibi Rəfaelin məlumatı olmamış, onları heç kim görməmişdir. Sonra Tahirin evinə qayıdıb yatmışlar. Bundan başqa Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 12 saylı evin qarşısına gəlib Zərərçəkmiş şəxs3 yaşadığı 3 saylı mənzilin mətbəxinin qarşısındakı daş hasara alınmış bağçanın divarını göstərib bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə Hətəmin atası Güloğlan vəfat etmiş, Təqsirləndirilən şəxs1lə birlikdə Biləsuvar rayonu, Zəhmətabad kəndində keçirilən dəfn mərasimində iştirak etmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhərinə qayıtmışlar. Həmin gün saat 17 radələrində Daşqın və Tahirlə Tahirin evinin yanında görüşmüş, Daşqın əsl oğurluq vaxtı olduğunu, İzzətin və Hətəmin kənddə olduğunu, mənzillərdə heç kimin olmadığını, mənzillərdə külli miqdarda pul və ya qızıl-zinyət əşyaları ola biləcəyini söyləmişdir. Tahir və Daşqınla birlikdə qərara gəlmişlər ki, Hətəmin evinə girib oğurluq etsinlər. Daşqın evə girməyəcəyini deyərək otaqların quruluşunu, daş hasarın üstündən keçməklə mətbəxin dəmir barmaqlıqsız plastik pəncərəsindən mənzilə girilməsinin mümkün olduğunu izah etmişdir. xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Tahirlə birlikdə Hətəm yaşadığı evin qarşısına qeyd olunan daş hasarın üstündən Tahirin onu qaldırması ilə həyətə düşdüyünü bildirdi. Həyətə daxil olub oradakı taburetkanı pəncərənin qarşısına qoyub bildirmişdir ki, həmin pəncərənin arasına özü ilə götürdüyü vintaçanı (otvyortkanı) salıb təzyiq göstərmiş, pəncərə açılmış və içəri girmişdir. Bundan sonra mənzilin içərisində, dəhlizdə olan şkafı göstərib bildirmişdir ki, şkafı axtaran zaman oradan açarlar tapmış, mənzilin giriş qapısının kilidinə salıb yoxlamış və qapı açılmışdır, Tahir giriş qapısından içəri girmişdir. Bundan sonra mənzilin yataq otağını göstərib bildirmişdir ki, özü ilə gətirdiyi vintaçanı (otvyortkanı) yataq otağının taxtadan olan qapısının arasına salıb təzyiq göstərmiş, qapının rəzəsi çərçivədən çıxmış və qapı açıldığından içəri girmişdir. Oradakı tremonun güzdüsünü sağa tərəf hərəkət etdirib oradakı rəfləri göstərib bildirmişdir ki, rəfdən 1 ədəd qara kəmərli saatı, 1 ədəd üzərində qaşlar olan üzüyü, 1 ədəd üstündə «Z» hərfi ilə başlayan ad yazılmış qolbağı götürüb cibinə qoymuşdur. Sonra həmin otaqdakı paltar şuafını göstərib qapısını sola və sağa hərəkət etdirib açmış, oradakı paltarları dağıtsa da pul, qızıl və ya başqa qiymətli əşya tapa bilməmişdir. Dəhlizə çıxdıqda Tahirin uşaq otağını axtarıb 1 ədəd notbuk tipli kompyuter tapdığını, dəhlizin şkaflarını, tualet və hamamın tavanındakı alçepanların altına baxdığını gördüyünü bildirmişdir. 1 ədəd üzərində ağ rəngli qaşları olan qadın üzüyü, 1 ədəd üzərində «Z» hərfi ilə başlanan yazı olan qolbağ, 1 ədəd qara rəngli kəməri olan qol saatı tapdığını demişdir. Sonra Qonaq otağına keçib oradakı televizor altlığını göstərib bildirdi ki, oradakı 1 ədəd böyük «Samsung» markalı televizoru götürmüş, Tahirlə birlikdə mənzildən çıxmışlar. Sonra Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 8 saylı evin arxa tərəfinə gəlib orada olan taxta və dəmirləri göstərib bildirdi ki, televizor və kompyuteri həmin dəmir və taxtaların arasında gizlədib Tahirin evinə girmişlər. Mənzilin içərisində oğurladığı 1 ədəd saatı, 1 ədəd qolbağı, 1 ədəd üzüyü Tahirə vermiş, Tahir satıb pulunu bölüşdürəcəyini vəd etmiş və sonra yatmışlar. Həmin taxta və dəmirlərin qarşısındakı pəncərənin Təqsirləndirilən şəxs1 məxsus Sahil qəsəbəsi, M.Seyidov küçəsi 8 saylı evin 3-cü mənzin pəncərələri olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 39 saylı evin 8-ci mənzilinin qarşısına gəlib bildirmişdir ki, mənzildə «Qaqa» təxəllüslü Xəqani adlı şəxs yaşayır və Xəqani ilə Tahir dostdurlar. Həmin mənzilə Təqsirləndirilən şəxs1lə birlikdə xx.xx.2019-cu il tarixdə saat 17 radələrində Tahirə məxsus «Ford Tranzit» markalı avtomobili ilə gəlmişlər. Tahir həyətdə maşının içərisində qalıb gözləmiş, özü isə oğurladıqları 1 ədəd televizoru və 1 ədər notbuku adyala bükülü vəziyyətdə götürüb mənzilə qalxmış, qapını döymüş, Xəqani qapını açdıqda içəri girmişdir. Mənzilin otağını göstərib bildirdi ki, adyala bükülü televizor və notbuku oraya qoymuş, Xəqaniyə saxlamasını tapşırmışdır. Xəqani əşyaların kimə məxsus olduğunu soruşmuş, Tahirin göndərdiyini demişdir. Xəqani Tahirə zəng vurub danışmış, sonra əşyalar mənzildə qalmış özü isə çıxıb getmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Xəqani Tahirin evinə gəlmiş, qəsəbədə mənzil oğurluğu baş verdiyini, televizor, kompyuter, pul və qızıl oğurlandığını eşitdiyini söyləmiş, televizor və kompyuterin oğurluq olmasından şübhələndiyini deyib gəlib əşyaları ondan götürməyi tələb etmişdir. Həmin vaxt Tahir malların oğurluq olmadığını, özünə məxsus olduğunu, gəlib götürəcəyini bildirmişdir. Xəqani isə dönə-dönə gəlib televizor və kompyuteri aparmağı tələb etmiş və çevrilib getmişdir. Səhəri gün yenə Xəqani Tahirin evinə gəlmiş, onun və Daşqının yanında Tahirdən televizor və kompyuteri gəlib götürməyi tələb etmiş, əks halda özünün gətirib evin qarşısına atacağını söyləmişdir. Beləcə hər gün Xəqani Tahirə zəng vurub əşyaları götürməyi tələb etmişdir. xx.xx.2020-ci il tarixdə Daşqın tutulduğundan Tahir bildirmişdir ki, tezliklə onları da tutacaqlar. Təklif etmişdir ki, oğurlanmış əşyaları aparıb Hətəmin Ümid qəsəbəsindəki evinə yığsınlar, məlumat yayıb oğurluq əşyaların Hətəmin evində olduğu və oğurluğu Hətəmlə qardaşı Cəfərin törətdiyi fikrini yaratsınlar. Polis qeyd olunan əşyaları Hətəmin evindən tapsın, Hətəm və Cəfər tutulsun. Bununla da onun və Daşıqının üzərində olan şübhələr çəkilsin, Daşqın azadlığa buraxılsın. Razılaşdığını və xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Tahirin maşını ilə əvvəlcə «Qaqa» təxəllüslü Xəqaninin evinə gəldiklərini, evdən oğurladıqları televizoru və kompyuteri götürdüklərini, Tahirin maşında onu gözlədiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv, nömrəsiz özütikili evin qarşısına gəlib Rəfael Məmmədova məxsus evin zirzəmisini göstərib xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Tahirin maşını ilə «Qaqa» təxəllüslü Xəqaninin evinə gedib oğurladıqları televizoru və kompyuteri götürdükdən sonra həmin ünvana gəldiklərini, birlikdə evin zirzəmisinə xx.xx.2019-cu ildə qoyduqları 1 ədəd velosipedi, 1 ədəd tossoranı, 4 ədəd avtomobil təkərini götürüb Tahirin maşınına qoyduqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv, 18 saylı fərdi yaşayış evini göstərib bildirdi ki, ev Zərərçəkmiş şəxs3 məxsusdur. Evin arxa tərəfindən gəldiklərini, həyətin içərisinə arcxa tərəfdəki hasardan düşdüyünü deyib hasarın həmin hissəsini göstərmişdir. Bildirmişdir ki, Tahir hasarın arxa tərəfində dayanıb 1 ədəd velosipedi, 1 ədəd tossoranı, 2 ədəd avtomobil təkərini, 1 ədəd notbuk tipli kompyuteri ona otürmüşdür. Həmin əşyaları alıb həyətə qoymuşdur. Sonra evin girişindəki dəmir qapıdakı asma qıfılı göstərid qıfılı dəmir parçası ilə açdığını bildirdi və yerdən götürdüyü dəmir parçası ilə asmı qıfılı əyani surətdə açdı. İçəri girib sağ tərəfdə yerləşən otağa girib oradakı şkafı göstərib bildrdi ki, 1 ədəd tossoranı və 1 ədəd notbuk tipli kompyuteri həmin şkafa qoyduğunu, 2 ədəd avtomobil təkərini və 1 ədəd velosipedi divara söykədiyini bildirib yerindəcə göstərdi. Sonra həytə çıxıb giriş qapısının 1 ədəd asma qıfılını əli ilə sıxaraq dəmirlə arxasına vurub əynai şəkildə göstərərək bağlamışdır. Bundan sonra hasarı göstərib eyni qaydada çıxdığını, küçədə onu maşınla gözləyən Tahirlə birlikdə onun evinə qayıtdıqlarını və yatdıqlarını bildirmişdir. xx.xx.2020-ci il tarixdə oğurluq əşyaların Hətəmin Ümid qəsəbəsindəki evindən aşkar olunduğunu, Hətəm və qardaşı Cəfər şübhəli şəxs qismində tutulduğunu, xx.xx.2020-ci il tarixdə isə Daşqının azad edildiyini və onlarla görüşdüyünü, əşyaları Hətəmin evinə yerləşdirdikləri danışmışlar. xx.xx.2020-ci il tarixdə isə Hətəm və Cəfər azad edilmişdir. xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət olunmuş, onunla aparılan söhbət zamanı hər şeyi səmimi etiraf etdiyini qeyd etmişdir. (İ cild, i.v. 189- 196) «İfadənin yerində yoxlanması haqqında» xx xxxxxx 2020-ci il tarixli protokol və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, həmin tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X12 tərəfindən müdafiəçinin iştirakı ilə ifadəsi yerində yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu ünvan 9 ünvanındakı fərdi yaşayış evinin qarşısına gəlib bildirdi ki, xx.xx.2019-cu il tarixdə saat 01 radələrində dostu Təqsirləndirilən şəxs2la birlikdə həmin evin həyətinə daş hasarın üstündən düşüb oğurluq etmişlər. Həyətə daxil olub daş hasarı göstərib Bəhruzla birlikdə həmin hasarın üstündən həyətə düşdüklərini bildirdi. Sonra həyətdəki daş qarajın kiçik ölçülü qapısını göstərib bildirdi ki, Bəhruzun həyətdən tapdığı dəmir parçasını lom kimi istifadə edib dəmir qapının arasına salıb təzyiq göstərərək açmışdır. Hər ikisi həmin qapıdan qaraja girmişlər. Sonra qarajın içərisini göstərib bildirdi ki, oradan 4 ədəd avtomobil təkəri, 1 ədəd kiçik həcimli qara rəngli tossoran, 1 ədəd velosiped götürüb eyni qaydada həyətdən çıxmışlar. Ona məxsus ağ rəngli «Ford Tranzit» markalı, **-BE-*** dövlət aömrə nişanlı avtomobilə qoyub əşyaların hamısını Ümid qəsəbəsinə aparmışlar. Sonra Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv, nömrəsiz fərdi yaşayış evinin qarşısına gəlib bildirdi ki, həmin ev yeznəsi Rəfael Məmmədova məxsusdur. Həyətə daxil olub oradakı bir mərtəbəli evin arxa tərəfindəki zirzəminin qapısını göstərib bildirdi ki, oğurladıqları 4 ədəd avtomobil təkərini, 1 ədəd tossoranı, 1 ədəd velosipedi Tahirlə birlikdə ləmin zirzəmiyə yerləşdirmişlər. Bu hərəktlərindən ev sahibi Rəfaelin məlumatı olmamışdır, mları heç kim görməmişdir. Sonra Bəhruzla birlikdə evə qayıdıb yatdıqlarını əlavə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 12 saylı evin qarşısına gəlib Zərərçəkmiş şəxs3 yaşadığı 3 saylı mənzilin mətbəxinin qarşısındakı daş hasara alınmış bağçanın divarını göstərib bildirdi ki, xx.xx.2019-cu il tarixdə Hətəmin atası Güloğlan vəfat etmiş, Bəhruzla birlikdə Biləsuvar rayonu Zəhmətabad kəndində keçirilən dəfn mərasimində iştirak etmişdir. xx.xx.2019-cu il tarixdə Bakı səhərinə qayıtmışlar. Həmin günü saat 17 radələrində Daşqın və Bəhruzla birlikdə onun yaşadığı evin yanında görüşmüş, Daşqın əsl oğurluq vaxtı olduğunu, İzzətin və Hətəmin kənddə olduğunu, mənzillərdə heç kimin olmadığını, mənzillərdə külli miqdarda pul və ya qızıl-zinyət əşyaları ola biləcəyini söyləmişdir. Bəhruz və Daşqınla birlikdə qərara gəlmişlər ki, Hətəmin evinə girib oğurluq etsinlər. Daşqın evə girməyəcəyini deyərək otaqların qruluşunu, hasarın üstündən keçməklə mətbəxin dəmir barmaqlıqsız plastik pəncərəsindən mənzilə girməsinin mümkün olduğunu izah etmişdir. xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Bəhruzu qaldırmış, Hətəm yaşadığı evin qarşısına qeyd olunan daş hasarın üstündən içəri girməsinə kömək etmişdir, özü isə küçədə, blokun qarşısında dayanıb gələn olsa xəbər vermək üçün gözətçilik etmişdir. Bundan sonra mənzilin giriş qapısını göstərib bildirmişdir ki, Bəhruz jənzilə girəndən bir neçə dəqiqə sonra mənzilin qapısını içəri tərəfdən Bəhruz açmış və onu içəri çağırmışdır. Bundan sonra Bəhruz mənzilin yataq otağının taxta qapısını özü ilə gətirdiyi vintaçanı (otvyortkanı) açıb içəri girib oranı axtarmışdır. Özü isə uşaq otağını göstərib bildirdi ki, oradakı əşyaları və paltarları yerə töküb axtarmış, 1 ədəd «ASUS» markalı notbuk tipli kompyuterdən başqa qiymətli əşya tapa bilməmişdir. Sonra mətbəxi göstərib oranı axtardığını, soyuducunu açıb yoxladığını, heç bir əşya tapa bilməyib hamam və tualetə girib tavanlardakı imepanları qaldırdığını, altına baxıb qiymətli əşya tapmadığını qeyd etmişdir. Sonra Bəhruz fctaq otağının tremosunun rəfindən 1 ədəd qara kəmərli saat, 1 ədəd üzərində qaşlar olan üzük, 1 ədəd üstündə «Z» hərfi ilə başlayan ad yazılmış qolbağ tapdığını, başqa pul və ya qiymətli əşya olmadğnı söyləyib qonaq otağına girmiş, oradan 1 ədəd televizor gtürmüşdür. Daha sonra mənzilin giriş qapısından bloka, oradan küçəyə çıxıb getmişlər. Sonra Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 8 saylı evin arxa tərəfinə gəlib orada olan taxta və dəmirləri göstərib bildirdi ki, televizor və kompyuteri həmin içəmir və taxtaların arasında gizlədib onun evinə girmişlər. Mənzilin içərisində Bəhruz İrğurladığı 1 ədəd saatı, 1 ədəd qolbağı, 1 ədəd üzüyü ona vermiş, əşyaları Bəhruzdan götürüb sstıb pulunu bölüşdürəcəyini vəd etmiş və sonra yatmışlar. Həmin taxta və dəmirlərin mrşısmdakı pəncərənin ona məxsus Sahil qəsəbəsi, M.Seyidov küçəsi 8 saylı evin 3-cü mənzin pəncərələri olduğunu bildirdi. Mənzilə girib yataq otağında girib pəncərənin qarşısına gəlib pərdənin asılqanını göstərib oğurlanmış saatı, üzüyü və qolbağı bir müddət həmin asılqanda gizlətdiyini bildirmişdir. Sonra qonaq otağına keçib oradakı idman çantasını açıb içərisindən 1 -iəd üzərində «Zəfəran Hospital» sözləri yazılmış selofan torbanı çıxarmışdır. Həmin torbanın cərisinə baxış keçirilən zaman 1 ədəd sarı rəngli metaldan «Geneve» markalı qol saatı və həmin zatın qara rəngli kəməri, 1 ədəd sarı rəngli metaldan «OMAX» markalı qol saatı və həmin saatın qara rəngli kəməri, 1 ədəd ağ rəngli metaldan həmin rəngli matal qolbağlı «Rolex» markalı qol saatı, 1 ədəd ağ rəngli metaldan zənçir, 1 ədəd sarı rəngli metaldan üzərində 5 ədəd ığ rəngli qaşlar olan qadın üzüyü, 1 ədəd sarı rəngli metaldan üzərindəki lövhədə «Zümra» sözü razılmış, lövhənin bir tərəfində siçan fiquru, lövhənin digər tərəfində 1 ədəd ağ rəngli qaş olan zolbağ, 2 ədəd sarı rəngli metaldan uşaq üçün saç broşu, 1 ədəd ağ rəngli metaldan uşaq saç :roşu aşkar olundu. Təqsirləndirilən şəxs1 bildirdi ki, 1 ədəd sarı rəngli metaldan «Geneve» markalı qol saatı və həmin saatın qara rəngli kəməri, 1 ədəd sarı rəngli metaldan üzərində 5 ədəd ağ rəngli qaşlar olan qadın üzük, 1 ədəd sarı rəngli metaldan üzərindəki lövhədə «Zümra» sözü yazılmış, lövhənin bir tərəfində siçan fiquru, lövhənin digər tərəfində 1 ədəd ağ rəngli qaş olan qolbağ Zərərçəkmiş şəxs3 mənzilindən oğurlanmış əşyalardır, qalan əşyalar isə onun ailəsinə və övladına məxsusdur. Qeyd olunan əşyalar hazırki protokola əsasən götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev xüçəsi, 39 saylı evin yanna gəlib bildirdi ki, evin 3-cü mərtəbəsində yerləşən 8-ci mənzildə onun dostu, «Qaqa» təxəllüslü Xəqani yaşayır. xx.xx.2019-cu il tarixdə saat 17 radələrində özünə məxsus avtomobillə Bəhruzla birlikdə həmin evin qarşısına gəldiyini, həyətdə maşının içərisində oturduğunu, Bəhruzun isə maşından oğurladıqları 1 ədəd televizoru və 1 ədər notbuku adyala bükülü vəziyyətdə onun göstərişi ilə götürüb Xəqaninin mənzilinə apardığını bildirdi. Br neçə dəqiqədən sonra Xəqani ona zəng vurub televizor və kompyuter barədə soruşmuş, Xəqaniyə malların ona məxsus olduğunu, öz pulu ilə aldığını, 1-2 gün sonra götürəcəyini deyib saxlamağı xahiş etdiyini bildirmişdir. Sonra Bəhruz maşına qayıtmış, əşyaları Xəqaniyə verdiyini demiş, evə qayıtmışlar. Həmçinin bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Xəqani : onun evinə gəlmiş, qəsəbədə mənzil oğurluğu baş verdiyini, televizor, kompyuter, pul və qızıl oğurlandığını eşitdiyini söyləmiş, televizor və kompyuterin oğurluq olmasından şübhələndiyini deyib gəlib əşyaları ondan götürməyi tələb etmişdir. Həmin vaxt malların oğurluq olmadığını, özünə məxsus olduğunu, gəlib götürəcəyini Xəqaniyə bildirmişdir. Xəqani isə dönə-dönə gəlib televizor və kompyuteri aparmağı tələb etmiş və çevrilib getmişdir. Səhəri gün yenə Xəqani onun evinə gəlmiş, Bəhruzun və Daşqının yanında ondan televizor və kompyuteri gəlib götürməyi tələb etmiş, əks halda özünün gətirib evin qarşısına atacağmı söyləmişdir. Beləcə hər gün Xəqani ona zəng vurub əşyaları götürməyi tələb etmişdir. xx.xx.2020-ci il tarixdə Daşqın tutulduğundan Bəhruzla söhbət edib tezliklə onların da tutacağı qənaətinə gəlmişlər. Təklif etmişdir ki, oğurlanmış əşyaları aparıb Hətəmin Ümid qəsəbəsindəki evinə yığsınlar, məlumat yayıb oğurluq əşyaların Hətəmin evində olduğu və oğurluğu Hətəmlə qardaşı Cəfərin törətdiyi fikrini yaratsınlar. Polis qeyd olunan əşyaları Hətəmin evindən tapsın, Hətəm və Cəfər tutulsun. Bununla da onun, Bəhruzun və Daşıqmm üzərində olan şübhələr çəkilsin, Daşqın azadlığa buraxılsın. Razılaşdıqdan sonra xx.xx.2020-ci il tarixdə saat 22 radələrində onun maşını ilə əvvəlcə «Qaqa» təxəllüslü Xaqaninin evinə getdiklərini, özünün həyətdə maşında oturub gözlədiyini, Bəhruzun Xaqaninin evinə qalxıb oğurladıqları televizoru və kompyuteri götürüb gətirərək maşına qoyduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv, nömrəsiz özütikili evin qarşısına gəlib yeznəsi Rəfael Məmmədova məxsus evin zirzəmisini göstərib xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Bəhruzla birlikdə «Qaqa» təxəllüslü Xaqaninin evinə gedib oğurladıqları televizoru və kompyuteri götürdükdən sonra həmin ünvana gəldiklərini, birlikdə evin zirzəmisinə xx.xx.2019-cu ildə qoyduqları 1 ədəd velosipedi, 1 ədəd tossoranı, 4 ədəd avtomobil təkərini götürüb maşına qoyduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 evin həyətindəki plastik materialdan olan birləşmələrin arxasından 1 ədəd «225/65 R17» texniki göstəricili «Yokohama» markalı avtomobil təkərini göstərib bildirdi ki, oğurladıqları 4 ədəd təkərin üçüncüsüdür. Həmin 4 ədəd təkərin 2 ədədini Hətəmin Ümid qəsəbəsindəki evə qoyduqlarını, 2 ədədini isə Ümid qəsəbəsində çöllük ərazidə daşdırdığını bildirdi. Sonradan həmin ərazidə traktorun qazma işləri aparıb torpaq daşıdıqlarm görüb təkərləri çıxarmaq qərarına gəlmiş, 1 ədədini tapmış, 1 ədədini isə tapa bilməmişdir. Qeyd olunan tapdığı təkəri isə Rafaelin həyətində plastik birləşmələrin arxasına qoymuşdur. 1 ədəd «225/65 R17» texniki göstəricili «Yokohama» markalı avtomobil təkəri hazırki protokola əsasən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv, 18 saylı fərdi yaşayış evini göstərib bildirdi ki, ev Zərərçəkmiş şəxs3 məxsusdur. Evin arxa tərəfindən gəldiklərini, həyətin içərisinə Bəhruzun arcxa tərəfdəki hasardan düşdüyünü deyib hasarın həmin hissəsini göstərmişdir. Özü isə hasarın küçə tərəfində qalmışdır. Bildirmişdir ki, hasarın arxa tərəfində dayanıb 1 ədəd velosipedi, 1 ədəd tossoranı, 2 ədəd avtomobil təkərini, 1 ədəd notbuk tipli kompyuteri Bəhruza ötürmüşdür. Həmin əşyaları Bəhruz alıb həyətə qoymuşdur. Sonra Bəhruz eyni qaydada hasardan küçəyə çıxıb evin girişindəki dəmir qapıdakı asma qıfılı dəmir parçası ilə açdığını, içəri girib sağ tərəfdə yerləşən otağa əşyaları yığdığını, yenidən giriş qapısının 1 ədəd asma qıfılını əli ilə sıxaraq dəmirlə arxasına vurub bağladığını ona söyləmişdir. Sonra maşınla onun evinə qayıtdıqlarını və yatdıqlarını bildirmişdir. xx.xx.2020-ci 2 tarixdə oğurluq əşyaların Hətəmin Ümid qəsəbəsindəki evindən aşkar olunduğunu, Hətəm və qardaşı Cəfər şübhəli şəxs qismində tutulduğunu, xx.xx.2020-ci il tarixdə isə Daşqının azad i fildiyini və onlarla görüşdüyünü, əşyaları Hətəmin evinə yerləşdirdikləri danışmışlar. 1.01.2020-ci il tarixdə isə Hətəm və Cəfər azad edilmişdir. xx.xx.2020-ci il tarixdə Bəhruz zılmuş, sonra Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət olunmuş, onunla aparılan söhbət zamanı şeyi səmimi etiraf etdiyini qeyd etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunun ifadəsinin yerində yoxlanılması zamanı protokola əlavə olunması üçün göstərdiyi yerin fotoşəkilləri çəkildi. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs1 Nəsrulla oğluna məxsus Bakı şəhəri, qəsəbəsi, M.Seyidov küçəsi 8 saylı evin 3-cü mənzinin qonaq otağındakı idman çantasının rdsindən aşkar olunmuş 1 ədəd üzərində «Zəfəran Hospital» sözləri yazılmış selofan torbanın rrisindəki 1 ədəd sarı rəngli metaldan «Geneve» markalı qol saatı və həmin saatın qara rəngli rməri, 1 ədəd sarı rəngli metaldan «OMAX» markalı qol saatı və həmin saatın qara rəngli sməri, 1 ədəd ağ rəngli metaldan həmin rəngli matal qolbağlı «Rolex» markalı qol saatı, 1 ədəd ğ rəngli metaldan zənçir, 1 ədəd sarı rəngli metaldan üzərində 5 ədəd ağ rəngli qaşlar olan fcdm üzüyü, 1 ədəd sarı rəngli metaldan üzərindəki lövhədə «Zümra» sözü yazılmış, lövhənin bir rəfində siçan fiquru, lövhənin digər tərəfində 1 ədəd ağ rəngli qaş olan qolbağ, 2 ədəd sarı -ngli metaldan uşaq üçün saç broşu, 1 ədəd ağ rəngli metaldan uşaq saç broşu, Məmmədov fəfael Vəzir oğluna məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv, nömrəsiz fərdi yaşayış evinin həyətindən aşkar olunmuş 1 ədəd «225/65 R17» texniki göstəricili «Yokohama» markah avtomobil təkəri protokola əsasən götürülmüşdür. (İ cild, i.v. 197- 205) Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə icraatda istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. (İ cild, i.v. 230-231) Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 ünvanındakı fərdi yaşayış evinin qarajına qıfılı sındırmaqla qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 04 ədəd avtomobil təkəri, 02 ədəd su nasosu və 01 ədəd velosipedin oğurlanması faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (İ cild, i.v. 236) Cinayət işinin materiallarının tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsindən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinə tövsif edilmişdir. (İİ cild, i.v. 51-53) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (İİ cild, i.v. 55-56) Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2015-ci il təvəllüdlü Novruz və xx.xx.2019-cu il təvəllüdlü Əli adlı 2 azyaşlı övladı vardır. (İİ cild, i.v. 66) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (İİ cild, i.v. 72-73) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (İİ cild, i.v. 92-93) Təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət rədd edilmiş, həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməklə, Bakı şəhəri Qaradağ RPİnin müvəqqəti saxlama yerindən azad olunmuşdur. (İİ cild, i.v. 118-120) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Bakı şəhəri Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. (İİ cild, i.v. 122) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-06/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 126-129) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-05/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 130-134) Götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Həşimov Şahid7 təqdim etdiyi 1 ədəd “Samsung” markalı televizor ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürülmüşdür. (İİ cild, i.v. 138-139) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 20/53R saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən və fotocədvəldən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs3 məxsus ünvan 10 ünvanında baş vermiş oğurluq faktı ilə əlaqədar 04 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs3, Şahid1, X9, Təqsirləndirilən şəxs3, X1, X14, Şahid4, Şahid3 və Şahid2 əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl-barmaq izlərindən 02 ədədi (tədqiqata təqdim edilmiş) xx.xx.1980-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Zərərçəkmiş şəxs3 sağ əlinin orta barmağının (02) dəfə əksi ilə eynilik müəyyən edilmişdir. Qalan 02 ədəd əl barmaq izləri isə DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, həmçinin tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs3, Şahid1, X9, Təqsirləndirilən şəxs3, X1, X14, Şahid4, Şahid3 və Şahid2 əl-barmaq izləri ilə eynilik təşkil etməmişdir. (İİ cild, i.v. 164- 182) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə təqsirli bilinərək CM-nin 234.2-cü maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə təqsirli bilinərək CM-nin 263.2-ci maddəsinə əsasən 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına və 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İİ cild, i.v. 206-207) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (İİ cild, i.v. 208) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə təqsirli bilinərək CM-nin 177.2.1, 177.2.3-cü maddələrinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli Qanun tətbiq edilərək, cəzası 1 il 06 ay azaldılmış və üzərində 2 il müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir. xx xxx 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. (İİ cild, i.v. 209-210) Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2008-ci il təvəllüdlü Ayşən və xx.xx.2010-cu il təvəllüdlü Elşən, xx.xx.2013-cü il təvəllüdlü Rəfiqə adlı 3 azyaşlı uşağı var. (İİ cild, i.v. 224, 228, 229) Şahid5 tərəfindən Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X8 verilmiş xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunun ifadəsinin yerində yoxlanması zamanı götürülmüş, ailəsinə məxsus və cinayət yolu ilə əldə edilməmiş 1 ədəd sarı rəngli metaldan “Omax” markalı qol saatı və həmin saatın qara rəngli kəmərini, 1 ədəd ağ rəngli metaldan həmin rəngli metal qolbağı “Rolex” markalı qol saatını, 1 ədəd ağ rəngli metaldan zənciri, 2 ədəd sarı rəngli metaldan uşaq saç broşunu işin məhkəmə həllinə qədər saxlanması üçün qəbul etmişdir. (İİ cild, i.v. 231) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2991/2992 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, 1 ədəd sarı rəngli metaldan, içərisində “Geneve” yazısı, qolbaqsız (qolbağın bir hissəsi qara rəngli dəriyə bənzər materialdan, qızılmış vəziyyətdə), alt qapağı açıq, işlək olmayan, tarix göstəricili qol saatı – üzərinə 750 əyar damğası həkk olunmuşdur, metalı üzərinə 750 əyarlı qızıl suyu təbəqə çəkilmiş əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 34,78 qramdır; 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,25 qram, qaşları qiymətli qaşlara aid deyil; 1 ədəd sarı rəngli metaldan, üzərində “Zumra” yazısı və 1 ədəd ağ şəffaf qaş olan qolbaq – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,55 qram, qaşı qiymətli qaşlara aid deyil. Ekspertizaya təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2358 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri təyin tədqiqi hissəsində göstərilmişdir. Həmin rəyin tədqiqi hissəsindən görünür ki, 1. 1 ədəd sarı rəngli metaldan, içərisində “Geneve” yazısı, qolbaqsız (qolbağın bir hissəsi qara rəngli dəriyə bənzər materialdan, qızılmış vəziyyətdə), alt qapağı açıq, işlək olmayan, tarix göstəricili qol saatı – üzərinə 750 əyar damğası həkk olunmuşdur, metalı üzərinə 750 əyarlı qızıl suyu təbəqə çəkilmiş əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 34,78 qramdır – 200 manat,

2. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,25 qram, qaşlara aid deyil – 255 manat,

3. 1 ədəd sarı rəngli metaldan, üzərində “Zumra” yazısı və 1 ədəd ağ şəffaf qaş olan qolbaq – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,55 qram, qaşı qiymətli qaşlara aid deyil – 153 manat,

4. 1 ədəd Malaziyada istehsal edilmiş, qara rəngli “Samsung” markalı, LE40D550K1W model televizor – 700 manat,

5. 1 ədəd “Asus” markalı, R405C, intel CORE İ5 WİNDOWS 8 göstəriciləri olan notbuk – 500 manat,

6. 1 ədəd “Cannondale” markalı, istifadədə olmuş saz vəziyyətdə velosiped – 400 manat,

7. 1 ədəd “Yokohama” markalı, “225/65R17” ölçülü istifadədə olmuş avtomobil təkəri – 100 manat,

8. 1 ədəd istifadədə olmuş saz vəziyyətdə üzərində “2 in 1 Air Compressor and X20” sözləri yazılmış avtomobil tozsoran-təkər dolduran avadanlıq – 50 manat. Ekspertiza tədqiqatının dəyəri 109,50 manat təşkil edir. (İİ cild, i.v. 253- 256) Maddi sübut kimi tanımaq haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işinin istintaqı zamanı götürülmüş 1 ədəd içərisində “Ceneve” yazısı, qolbaqsız (qolbağının bir hissəsi qara rəngli dəriyə bənzər materialdan, qırılmış vəziyyətdə), alt qapağı açıq işlək olmayan, tarix göstəricili, üzərində “750” əyar damğası həkk olunmuş, metalı üzərində 750 əyarlı qızıl suyu təbəqə çəkilmiş əlvan material ərintisindən hazırlanmış, çəkisi 34,78 qram olan qol saatı, 1 ədəd üzəridə ağ şəffaf qaşları olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 4,25 qram, qaşları qiymətli qaşlara aid olmayan üzük, 1 ədəd üzərində “Zumra” yazısı və 1 ədəd ağ şəffaf qaş olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,55 qram, qaşı qiymətli qaşlara aid olmaya qolbaq, 1 ədəd Malaziyada istehsal edilmiş, qara rəngli “Samsung” markalı, LE20D550K1W model televizor, 1 ədəd “Asus” markalı, R 405 C, intel SORE İ5 WİNDOWS 8 göstəriciləri olan notbuk, 1 ədəd “Cannondale” markalı, istifadədə olmuş saz vəziyyətfdə velosiped, 3 ədəd “Yokohama” markalı “225/65R17” ölçülü istifadədə olmuş avtomobil təkəri, 1 ədəd istifadədə olmuş saz vəziyyətdə üzərində “2 in 1 Air Compressor and Hi X27” sözləri yazılmış avtomobil tozsoran-təkər dolduran avadanlığı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. (İİ cild, i.v. 42-44) Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X8 verilmiş xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış, özünə məxsus 1 ədəd “Cannondale” markalı velosipedi, 3 ədəd “Yokohama” markalı “225/65R17” ölçülü avtomobil təkərini, 1 ədəd üzərində “2 in 1 Air Compressor and X20” sözləri yazılmış avtomobil tozsoran-təkər dolduran avadanlığı işin məhkəmə həllinə qədər saxlanması üçün qəbul etmişdir. (İİİ cild, i.v. 47) Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X8 ünvanlanmış xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, 4 ədəd Koreya Respublikasının istehsalı olan “Yokohama” markalı avtomobil təkərləri, 2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş su nasosu, 1 ədəd ABŞ istehsalı olan “Cannondale” markalı velosiped, 1 ədəd CXR-nın istehsalı olan tozsoran hava nasosu avadanlığı oğurlamışlar. Həmin əşyalar istintaq zamanı ona qaytarılmışdır. Digər çatışmayan əşyaların dəyəri isə ona Təqsirləndirilən şəxs1 valideynləri tərəfindən tam şəkildə ödənilmişdir. (İİ cild, i.v. 48) Zərərçəkmiş şəxs3 tərəfindən Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X8 verilmiş xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış, 1 ədəd sarı rəngli metaldan, içərisində “Ceneve” yazısı, qolbaqsız (qolbağının bir hissəsi qara rəngli dəriyə bənzər materialdan, qırılmış vəziyyətdə), alt qapağı açıq işlək olmayan, tarix göstəricili, üzərində “750” əyar damğası həkk olunmuş, metalı üzərində 750 əyarlı qızıl suyu təbəqə çəkilmiş əlvan material ərintisindən hazırlanmış, çəkisi 34,78 qram olan qol saatı, 1 ədəd üzəridə ağ şəffaf qaşları olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 4,25 qram, qaşları qiymətli qaşlara aid olmayan üzük, 1 ədəd üzərində “Zumra” yazısı və 1 ədəd ağ şəffaf qaş olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,55 qram, qaşı qiymətli qaşlara aid olmaya qolbaq, 1 ədəd Malaziyada istehsal edilmiş, qara rəngli “Samsung” markalı, LE20D550K1W model televizor, 1 ədəd “Asus” markalı, R 405 C, intel SORE İ5 WİNDOWS 8 göstəriciləri olan notbuk işin məhkəmə həllinə qədər saxlanması üçün qəbul etmişdir. (İİİ cild, i.v. 50) Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, aparılmış istintaq zamanı Zərərçəkmiş şəxs3, X2 əməlində hər hansı cinayətin əlamətləri müəyyən edilmədiyindən xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ- nin MSY-dən azad edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərarlar nəzərə alınmış, aparılmış istintaq zamanı X4 əməlində hər hansı cinayətin əlamətləri müəyyən edilmədiyindən, o cümlədən Azərbaycan Respublikası CM-nin 194-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri müəyyən edilmədiyindən xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin MSY-dən azad edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar nəzərə alınmış, aparılmış istintaq zamanı Həşimov Şahid7 əməlində hər hansı cinayətin əlamətləri, o cümlədən Azərbaycan Respublikası CM-nin 194-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri müəyyən edilmədiyindən barəsində cinayət təqibinin başlanması rədd edilmiş, aparılmış istintaqla Həşimov Şahid7 əməlində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsində nəzərdə tutulmuş soyğunçuluq cinayətinin əlamətləri, 186-cı maddəsində nəzərdə tutulmuş «Əmlakı qəsdən məhv emıə və ya zədələmə» cinayətinin əlamətləri, 187-ci maddəsində nəzərdə tutulmuş «Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə» cinayətinin əlamətləri müəyyən edilmədiyindən barələrində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus 8 mm qalınlığında 50 metr .uzunluğunda elektrik kabelini, 1 ədəd «Kewinnek» markalı elektrik taxta kəsən, aparatı, 1 ədəd komplektləşdirilmiş çilingər açarları və burğular dəstini, 2 ədəd 2 ton yükü qaldırma qabiliyyətinə malik domkratı, xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus 2 ədəd RF-da istehsal olunmuş su nasosunu oğurlamadıqları barədə ifadələri özünü müdafiə kimi qiymətləndirilmiş, veriləcək yeni ittihamın məzmununda talanmış əşyaların siyahısına həmin əşyalar qeyd olunmaqla daxil edilmiş, istintaq zamanı Zərərçəkmiş şəxs3 əməlində Azərbaycan Respublikası CMnin 296-cı maddəsinin əlamətləri müəyyn edilmədiyindən barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işinin istintaqı zamanı götürülmüş 1 ədəd içərisində «Ceneve» yazısı, qolbaqsız (qolbağının bir hissəsi qara rəngli dəriyə bənzər materialdan, qırılmış vəziyyətdə), alt qapağı açıq işlək olmayan, tarix göstəricili, «750» əyar damğası həkk olunmuş, metalı üzərində 750 əyarlı qızıl suyu təbəqə çəkilmiş əlvan metal ərintisindən hazırlanmış, çəkisi 34,78 qram olan qol saatının, 1 ədəd üzərində ağ şəffaf qaşları olan, «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 4,25 qram, qaşları qiymətli qaşlara aid olmayan üzüyün, 1 ədəd üzərində «Zümra» yazısı və 1 ədəd ağ şəffaf qaş olan, «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,55 qram, qaşı qiymətli qaşlara aid olmayan qolbağın, 1 ədəd Malaziyada istehsal edilmiş, qara rəngli «Samsung» markalı, E20D550K1W model televizorun, 1 ədəd «Asus» markalı, R 405 C, intel SORE İ5 WİNDOWS 8 göstəriciləri olan notbukun, 1 ədəd «Cannondale» markalı, istifadədə olmuş saz vəziyyətdə velosipedin, 3 ədəd «Yokohama» markalı «225/65R17» ölçülü istifadədə olmuş avtomobil təkərinin, 1 ədəd istifadədə olmuş saz vəziyyətdə üzərində «2 in 1 Air Compressor & Hi X27» sözləri yazılmış avtomobil tozsoran-təkər dolduran avadanlığının cinayət işi üzrə maddi sübut kimi tanınması, cinayət işinin materialları ilə təqsirləndirilən şəxslər, müdafiəçilər və zərərçəkmiş şəxslər tanış olduqdan sonra işin məhkəmə həllinədək saxlanması üçün sahibləri olan zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunun, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində ifadələri, Təqsirləndirilən şəxs1 Təsrulla oğlu və Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanması protokolları, təxirə salınmadan axtarış və götürmə istintaq hərəkəti aparılmasına dair protokol, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, əşyanın tanınmaya təqdim edilməsi haqqında protokollar, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində ifadələri, Şahid2, X10, Şahid1, Şahid3, Muradov Əli oğlan oğlu, X5, Şahid4, X24, X6, Şahid5 ,Şahid8, Şahid9, X11, Şahid6, Həşimov Şahid7 şahid qismində ifadələri, üzləşdirmə protokolu, Azərbaycan Respublikası MEM-nin İƏ31/2992 nömrəli, xx.xx.2020ci il tarixli rəyi, Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin 072-7010-1220 nömrəli, xx.xx.2020-ci il tarixli məktubu cinayət işi üzrə sübut növü imi qəbul edilmiş, cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası DİN-in KTİ-nin 20/53R nömrəli, xx.xx.2020-ci il tarixli rəyi iş üçün əhəmiyyət kəsb etmədiyindən sübut növü kimi tanınmış, cinayət işinə əlavə nəsi nəzərə alınmışdır. (İİİ cild, i.v. 53-98) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (İİİ cild, i.v.99-100) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (İİİ cild, i.v.113-100) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (İİİ cild, i.v.113-100) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-41/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 01 ay 19 gün, yəni xx xxxx 2020-ci il tarixə kimi uzadılmışdır. (İİİ cild, i.v. 164-169) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-40/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunun həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş və dərhal həbsdən azad edilmişdir. (İİİ cild, i.v. 170-179) Qətimkan tədbiri seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İİİ cild, i.v. 193) Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbi yoxdur. Ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbi yoxdur. Ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı şikayət və tələbi yoxdur. Ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Məhkəmənin şifahi sorğusuna əsasən məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qaradağ rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 17/65-836/7 saylı məktubundan görünür ki, Qaradağ rayon Məhkəməsinin 1(002)- 71/2007 saylı, xx.xx.2007-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu ona təyin edilmiş və çəkilməmiş 01 il 06 ay nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrumetmə cəzası xx.xx.2011-ci ildə başa çatmışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslər və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş olduqları, həmçinin təkrarən Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etməklə müvafiq olaraq yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı tədqiq edilməklə hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı, onların özlərinin, hadisədən əvvəl, hadisə vaxtı və bundan sonrakı dövrdə aktiv hərəkətlərinin məhz nədən ibarət olduğu, o cümlədən işin faktiki hallarına uyğun olmaqla ibtidai istintaq zamanı öz müdafiəçilərinin iştirakı ilə vermiş olduqları etirafedici ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, zərərçəkmiş şəxslər və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, eləcə də ibtidai istintaq dövründə verdikləri və məhkəmə iclasında tədqiq olunmaqla elan olunmuş ifadələri, ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin müvafiq cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunun ona qarşı irəli sürülmüş ittihamla bağlı iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsini oxumadan imza etməsi, törədilmiş oğurluq hadisələrinə heç bir aidiyyətinin olmadığı, həmin oğurluq hadisələrinin törədilməsi ilə bağlı digər Təqsirləndirilən şəxs2 ilə arasında qabaqcadan heç bir razılaşma olmadığı, ümumiyyətlə onun həmin cinayət hadisələrinə heç bir aidiyyəti olmadığı və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ondan intiqam almaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verməsi barədə məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq, hesab edir ki, onun bu kimi ifadəsi cinayət məsuliyyətindən yayınmaq və həmçinin öz məsuliyyətlərini yügülləşdirmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir və onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və digər saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq cinayət əməllərini törətməkdə təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamla bağlı iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsini oxumadan imza etməsi, törədilmiş oğurluq hadisəsinə heç bir aidiyyətinin olmadığı, həmin oğurluq hadisələrinin törədilməsi ilə bağlı digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Nəsrulla oğluna köməklik göstərməsi, onlar arasında qabaqcadan heç bir razılaşma olmadığı, ümumiyyətlə onun həmin cinayət hadisəsinə heç bir aidiyyəti olmadığı barədə məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq, hesab edir ki, onun bu kimi ifadəsi cinayət məsuliyyətindən yayınmaq və həmçinin öz məsuliyyətlərini yügülləşdirmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir və onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla bağlı iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsində göstərdiyi xüsusatlardan kənar, yəni törətmiş olduğu cinayət əməllərini bir qrup şəxs halında digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu və Təqsirləndirilən şəxs3 ilə deyil, təkbaşına törətməsi barədə məhkəmə iclasında verdiyi ifadəsinə münasibətdə hesab edir ki, onun bu cür ifadəsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətdən azad etmək və öz məsulliyətini yüngülləşdirmək məqsədi daşıyır və məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslər və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, eləcə də ibtidai istintaq dövründə verdikləri və məhkəmə iclasında elan olunmuş ifadələri, ekspertiza rəyləri, iş materiallarında olan üzləşdirmə protokolları, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Məhkəmə Şahid8 və Şahid9 məhkəmə iclası zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatlara münasibətdə qeyd edir ki, həmin şahidlər Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunun ailə üzvləri olmaqla, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün məhkəmə iclasında göstərilən formada ifadə verərək, ibtidai istintaq dövründə verdikləri ifadələrini təkzib etmişlər. Həmçinin həmin şəxslər hadisə ilə bağlı bilavasitə şahidlik etməmişlər və onların ifadələri ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları təkzib edə bilmək üçün əsas deyildir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməlləri 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu oğlu və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2005-ci il 1 №-li Qərarının 10, 11 və 27-ci bəndlərinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, müvafiq olaraq, xeyli və ya külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən, cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınmalıdır. Belə hallarda təqsirkarların ayrı-ayrılıqda taladıqları əmlakın məbləği, talanmış əmlakın hansı ölçüdə bölüşdürülməsi onların əməlinin tövsifinə təsir etmir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunun cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırmasını (CM- 59.1.13) və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-59.1.12), himayəsində 3 azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırmasını (CM- 59.1.13) və zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), himayəsində 2 azyaşlı uşağının olmasını (CM-59.1.4), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını xx xxx 2018-ci ildə çəkib qurtarsa da, lakin məhkumluğunun ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayət törətmişdir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs2 yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırmasını (CM- 59.1.13) və zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu və Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, onların şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu və Təqsirləndirilən şəxs3 barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və onlara azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran (Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərində ağırlaşdırıcı halların olmaması müəyyən edilmişdir) hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 Nəsrulla oğluna, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6 ), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs1 Nəsrulla oğluna cəza təyin edilərkən onun tutulma altında saxlandığı və həbsdə olduğu müddət nəzərə alınmaqla onun üzərində qəti cəza saxlanmalı (CPM-158.2.1,158.6, 69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm tarixindən hesablanmalı, o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən onun tutulma altında saxlandığı müddət nəzərə alınmaqla onun üzərində qəti cəza saxlanmalı (CPM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm tarixindən hesablanmalı, o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd içərisində “Ceneve” yazısı, qolbaqsız (qolbağının bir hissəsi qara rəngli dəriyə bənzər materialdan, qırılmış vəziyyətdə), alt qapağı açıq işlək olmayan, tarix göstəricili, üzərində “750” əyar damğası həkk olunmuş, metalı üzərində 750 əyarlı qızıl suyu təbəqə çəkilmiş əlvan material ərintisindən hazırlanmış, çəkisi 34,78 qram olan qol saatı, 1 ədəd üzəridə ağ şəffaf qaşları olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 4,25 qram, qaşları qiymətli qaşlara aid olmayan üzük, 1 ədəd üzərində “Zumra” yazısı və 1 ədəd ağ şəffaf qaş olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,55 qram, qaşı qiymətli qaşlara aid olmaya qolbaq, 1 ədəd Malaziyada istehsal edilmiş, qara rəngli “Samsung” markalı, LE20D550K1W model televizor, 1 ədəd “Asus” markalı, R 405 C, intel SORE İ5 WİNDOWS 8 göstəriciləri olan notbuk, 1 ədəd “Cannondale” markalı, istifadədə olmuş saz vəziyyətfdə velosiped, 3 ədəd “Yokohama” markalı “225/65R17” ölçülü istifadədə olmuş avtomobil təkəri, 1 ədəd istifadədə olmuş saz vəziyyətdə üzərində “2 in 1 Air Compressor and Hi X27” sözləri yazılmış avtomobil tozsoran-təkər dolduran avadanlıqların sahiblərinə qaytarılması nəzərə alınmalı (CPM-131), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 Nəsrulla oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 14 (on dörd) saat vaxt, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz) saat vaxt, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 18 (on səkkiz) saat vaxt, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 234 (iki yüz otuz dörd) manat məbləğində vəsait Müdafiəçi1, 216 (iki yüz on altı) manat məbləğində vəsait Müdafiəçi2, 108 (bir yüz səkkiz) manat məbləğində vəsait X3 və 150 (bir yüz əlli) manat məbləğində vəsait Müdafiəçi4 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Nəsrulla oğlunun xx xxxxxx 2020-ci il tarixindən xx xxxxx 2020-ci il tarixədək, yəni 02 (iki) ay 28 (iyirmi səkkiz) gün şübhəli şəxs qismində saxlanıldığı və həbsdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq, 02 (iki) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 şəxs qismində saxlanıldığı xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixədək, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 03 (üç) gün şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınaraq ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində, qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109,50 (yüz doqquz manat, əlli qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Nəsrulla oğlu və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd içərisində “Ceneve” yazısı, qolbaqsız (qolbağının bir hissəsi qara rəngli dəriyə bənzər materialdan, qırılmış vəziyyətdə), alt qapağı açıq işlək olmayan, tarix göstəricili, üzərində “750” əyar damğası həkk olunmuş, metalı üzərində 750 əyarlı qızıl suyu təbəqə çəkilmiş əlvan material ərintisindən hazırlanmış, çəkisi 34,78 qram olan qol saatı, 1 ədəd üzəridə ağ şəffaf qaşları olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 4,25 qram, qaşları qiymətli qaşlara aid olmayan üzük, 1 ədəd üzərində “Zumra” yazısı və 1 ədəd ağ şəffaf qaş olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,55 qram, qaşı qiymətli qaşlara aid olmaya qolbaq, 1 ədəd Malaziyada istehsal edilmiş, qara rəngli “Samsung” markalı, LE20D550K1W model televizor, 1 ədəd “Asus” markalı, R 405 C, intel SORE İ5 WİNDOWS 8 göstəriciləri olan notbuk, 1 ədəd “Cannondale” markalı, istifadədə olmuş saz vəziyyətfdə velosiped, 3 ədəd “Yokohama” markalı “225/65R17” ölçülü istifadədə olmuş avtomobil təkəri, 1 ədəd istifadədə olmuş saz vəziyyətdə üzərində “2 in 1 Air Compressor and Hi X27” sözləri yazılmış avtomobil tozsoran-təkər dolduran avadanlıqların sahiblərinə qaytarılması nəzərə alınsın. Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 Nəsrulla oğluna ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 234 (iki yüz otuz dörd) manat məbləğində vəsait, Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs3 ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə 216 (iki yüz on altı) manat məbləğində vəsait, Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 Təqsirləndirilən şəxs2 ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə 108 (bir yüz səkkiz) manat məbləğində vəsait və Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi1, Müdafiəçi2, X3 və Müdafiəçi4 ödənilməsi Bakı şəhəri 10 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar