Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-151/2023 10.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,285 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 26 dekabr 2022ci il tarixdə, saat 14:20 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyi, 4 saylı binanın qarşısında saxlanılaraq 10-cu PB-yə gətirilmişdir. Üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının qabaq sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1(bir) ədəd qızılı rəngli kağız bükümün içərisində, təmiz çəkisi 0,285 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, 15 ildən artıqdır ki, narkotik vasitə heroin istifadə edir. Lakin ona elan olunmuş ittihamda özünü təqsirli bilmir. Belə ki, 26 dekabr 2022-ci il tarixində Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməkdaşları onu yaşadığı evdən götürmüş və polis bölməsinə aparmışlar. Polis əməkdaşları onu evindən apararkən bacısı və bacısının əri də orada olmuşlar, onun üzərində narkotik vasitənin olmamasını onlar da təsdiqləyə bilərlər. Polis bölməsində təhqiqatçının otağında olarkən ağrılarını sakitləşdirmək məqsədilə özünün xahişi əsasında ona narkotik vasitə təqdim edilmiş və o, istifadə etmişdir. Bu səbəbdən də ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs təqsirli olmasını etiraf etməsə də şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntü və iş materiallarında olan digər sənədlər ilə onun təqsiri tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Şahid4 ifadəsində bildirmişdir ki, 26 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək 10-cu PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxlanması qanunla qadağan olunmuş əşya və predmetin təqdim edilməsi təklif edilmiş və o, əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş və sonuncunun əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən 1(bir) qutu "Prima" markalı siqaret və 1(bir) qutu kibrit aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə hesab edilən "kokos" olduğunu, həmin narkotik vasitəni 26 dekabr 2022-ci il tarixdə saat 11:00 radələrində Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15(on beş) manata şəxsi istifadəsi üçün aldığını, üzərində daşıyaraq öz evinə gedərkən polis əməkdaşlarının onu saxlayaraq PB-yə gətirildiyini bildirmişdir. Bundan sonra həmin maddə qablaşdırılmış, tərtib olunmuş protokol isə iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Narkotik vasitə zərfə qoyularaq möhürlənmişdir. Həmçinin, Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin ona polis bölməsində təqdim edilməsi barədə ifadəsi həqiqəti əks etdirmir. Belə ki, o, müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə istintaqı hərəkəti keçirilərkən narkotik vasitənin ona məxsus olmamasına dair heç bir fikir səsləndirməmiş, əksinə əməlini səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Qaradağ RPİ-nin 10-cu PB-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən videoçəkiliş aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxlanması qanunla qadağan olunmuş əşya və predmetin təqdim edilməsi təklif edilmiş və o, əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş və sonuncunun əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən 1(bir) qutu "Prima" markalı siqaret və 1(bir) qutu kibrit aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə hesab edilən "kokos" olduğunu, həmin narkotik vasitəni 26 dekabr 2022-ci il tarixdə saat 11:00 radələrində Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15(on beş) manata şəxsi istifadəsi üçün aldığını, üzərində daşıyaraq öz evinə gedərkən polis əməkdaşlarının onu saxlayaraq PB-yə gətirildiyini bildirmişdir. Bundan sonra həmin maddə qablaşdırılmış, tərtib olunmuş protokol iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Narkotik vasitə isə zərfə qoyulub möhürlənmişdir. Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru Şahid3 məhkəmə iclasında şahid qismində ifadə verərək bildirmişdir ki, 26 dekabr 2022-ci il tarixdə polis bölməsində xidmətdə olan zaman Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun, Qaradağ RPİ-nin 10-cu PB-nin polis əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs cinayət törədərkən onu ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə qərar qəbul edilmişdir. Həmin gün əməliyyat qrupu ilə birlikdə Müşfiqabad qəsəbəsində müşahidələr aparmağa başlanılmış, müşahidələr zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyi 4(dörd) nömrəli binanın qarşısında üzərində narkotik vasitə ilə birlikdə dayandığı barədə əməliyyat məlumatı daxil olmuşdur. 26 dekabr 2022-ci il tarixdə saat 14:20 radələrində əməliyyat qrupunun rəhbəri Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyi 4(dörd) nömrəli binanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, 10-cu PB-nə dəvət etmişlər və o, onlarla birlikdə 10-cu PB-yə gəlmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxlanması qanunla qadağan olunmuş əşya və predmetin təqdim edilməsi təklif edilmiş və o, əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş və sonuncunun əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən 1(bir) qutu "Prima" markalı siqaret və 1(bir) qutu kibrit aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə hesab edilən "kokos" olduğunu, həmin narkotik vasitəni 26 dekabr 2022-ci il tarixdə saat 11:00 radələrində Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15(on beş) manata şəxsi istifadəsi üçün aldığını, üzərində daşıyaraq öz evinə gedərkən polis əməkdaşlarının onu saxlayaraq PB-yə gətirildiyini bildirmişdir. Bundan sonra həmin maddə qablaşdırılmış, tərtib olunmuş protokol iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Narkotik vasitə isə zərfə qoyulub möhürlənmişdir. Şahid3 ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı ərazinin sahə inspektorudur. Sonuncunun narkotik vasitə istifadə etməsi həm onun ailə üzvlərinin, həm də qonşuların kütləvi narazılığına səbəb olur. Təqsirləndirilən şəxs istifadəsi üçün narkotik vasitə əldə edə bilmədikdə ailə üzvlərinə qarşı fiziki təzyiq göstərməklə yanaşı, evdə olan bütün ev əşyalarını satmışdır. Həmçinin, o, bildirmişdir ki, Təqsirləndirilən şəxs öz əməlini etiraf etməyərək, narkotik vasitənin ona polis bölməsində təqdim edilməsinə dair ifadə verməsi onun törətdiyi cinayət əməlindən yaxa qurtarmaq niyyəti ilə əlaqədardır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin, 29 mart 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi tədqiq edilmişdir. Şahid1 ibtidai istintaq dövründə verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, 26 dekabr 2022-ci il tarixdə bölməsində xidmətdə olan zaman Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun, Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru polis mayoru Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs cinayət törədərkən onu ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə qərar qəbul edilmişdir. Həmin gün əməliyyat qrupu ilə birlikdə Müşfiqabad qəsəbəsində müşahidələr aparmağa başlanılmış, müşahidələr zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyi 4(dörd) nömrəli binanın qarşısında üzərində narkotik vasitə ilə birlikdə dayandığı barədə əməliyyat məlumatı daxil olmuşdur. 26 dekabr 2022-ci il tarixdə saat 14:20 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru polis mayoru Şahid3 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyi 4(dörd) nömrəli binanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, 10-cu PB-nə dəvət etmişlər və o, onlarla birlikdə 10-cu PB-yə gəlmişdir. Bundan sonra polis bölməsində Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Şahid4 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Şahid3, 10 saylı Qaradağ rayon vəkil bürosunun vəkili X1 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlamış, istintaq hərəkəti zamanı təhqiqatçı Şahid4 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya(lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra onun üzərində Qaradağ RPİ 10-cu PB-nin sahə inspektoru polis mayoru Şahid3 tərəfindən şəxsi axtarış həyata keçirilmiş və əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən 1 (bir) qutu "Prima" markalı siqaret və 1 (bir) qutu kibrit aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin narkotik maddə hesab edilən "kokos" olduğunu, 15-20 ildir ki, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni 26 dekabr 2022-ci il tarixdə saat 11:00 radələrində Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 (on beş) manata şəxsi istifadəsi üçün aldığını, üzərində daşıyaraq öz evinə gedərkən polis əməkdaşlarının onu saxlayaraq PB-yə gətirdiklərini bildirmişdir. Daha sonra isə həmin büküm iştirakçıların qarşısında 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1(bir) qutu "Prima" markalı siqaret və 1 (bir) qutu kibrit ona geri qaytarılmışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və aidiyyəti üzrə Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan 26 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 58-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 86-90-cı vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 4(002)-228/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2022-ci il tarixli, 6/7156 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №222 dairəvi möhür əksi”, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,285 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 0,285 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq- 0,235 qram təşkil edir. Cinayət işinin 46-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109 (yüz doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 95-ci vərəqəsində olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 007 nömrəli, 19 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, ev 4, mənzil 15 üvanında anası, arvadı, qızı, bacısı və bacısı oğlanları ilə birlikdə yaşayır. Cinayət işinin 98-ci vərəqəsində olan Respublika Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 765 nömrəli, 23 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2014-xx.xx.2014-cü il tarixdə adı çəkilən xəstəxanada stasionar müayinədə, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə xəstəxanada müalicədə olmuşdur. Cinayət işinin 125-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 20 fevral 2023-cü il tarixli, 976 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 129-131-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik Ekspertiza Mərkəzi” X9 27 fevral 2023-cü il tarixli, 541 saylı məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu formasında psixi patologiya aşkar olunur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə "üzvi emosional- labil (astenik) pozuntu" qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən "üzvi emosional- labil (astenik) pozuntu" onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda qeyd olunan "üzvi emosional-labil (astenik) pozuntu" onu öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 99-100-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 02 fevral 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanmış iş üzrə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 136-140-cı vərəqələrində olan 01 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, iş üzrə 0,285 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi- 0,235 qram maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə üzərində ola biləcək qanunsuz əşyaların təqdim edilməsi təklif olunmuş, o, əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən 1 (bir) qutu "Prima" markalı siqaret və 1 (bir) qutu kibrit aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin narkotik maddə hesab edilən "kokos" kimi təqdim edərək, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Büküm açılarkən içərisindən qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilərək qablaşdırılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitənin olmamasını təsdiq edə biləcək şahidlərin mövcud olduğunu qeyd etsə də, həmin şəxsləri məhkəməyə təqdim etməmişdir. Belə ki, onun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə qeydə alınmış Təqsirləndirilən şəxs videogörüntüdə mövcud olan etirafı, həmçinin məhkəmə iclasında 17 yaşından etibarən narkotik vasitədən istifadə etməsi barədə etirafedici ifadəsi ilə və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməməsi müdafiə xarakteri daşıyır, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və İİ qrup əlilliyi olan şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq hazırki cinayət işi üzrə 26 dekabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 20 fevral 2023-cü il tarixli, 976 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut olan və Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,235 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci–109 (bir yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 ibtidai istintaq dövründə 35 (otuz beş) iş saatı Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) iş saatı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş 35 (otuz beş) saat hüquqi xidmətə görə 210 (iki yüz on) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,235 qram narkotik vasitə kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş 35 (otuz beş) saat hüquqi xidmətə görə 210 (iki yüz on) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-151/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-151/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver