Məhkəmə qərarları › İş №1(002)-151/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-151/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-151/2024 08.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində bir yetkinlik yaşına çatmayan və biz azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 30 ünvanının qarşısına gələrkən uzun illər ədavəti olduğu qardaşı Zərərçəkmiş şəxs görüb yaxınlaşaraq sonuncunun onun və ailə üzvlərinin haqqında xoşagəlməz ifadələr işlətməsinin səbəbini aydınlaşdırmaq istəyərkən şəxsi münasibətlər pozulması zəmnində aralarında yaranmış münaqişə nəticəsində Zərərçəkmiş şəxs yumruqla və bellə vuraraq ona üst çənə mərkəzi kəsici dişlərin yumşaq toxumalarına qansızma və üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası ilə müşayiət olunan üst dodağın səthi əzilmiş yarası, sol bazu nahiyəsinin qançırı ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü ilin noyabr ayının sonlarında tanışı ilə söhbət edən zaman qardaşı Zərərçəkmiş şəxs onun və ailə üzvləri haqqında digər şəxslərin yanında olduqca xoşagəlməz fikirlər səsləndirdiyini öyrənmiş, o, Zərərçəkmiş şəxs gördüyündə səbəbini soruşmaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətində iş görən zaman qardaşı Zərərçəkmiş şəxs küçədə dayandığını görmüşdür. Qardaşından onun haqqında dediklərinin səbəbini soruşan zaman Zərərçəkmiş şəxs ona yaxşı etdiyini bildirmiş, o da əlinin arxası ilə sonuncunun sifət nahiyəsinə sillə vurmuşdur. Lakin, hər hansı dəmir parçası il onu vurmamışdır. Həmin vaxt oğlu Şahid1 və həyat yoldaşı Şahid2 onu çəkərək həyətə salmışlar və qapını arxadan bağlamışlar. O, öz ifadəsində son olaraq ikinci qrup əlil olduğunu və əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində azyaşlı qızını məhəllədə gəzdirən zaman qardaşı Təqsirləndirilən şəxs özünə məxsus avtomobil ilə oraya gələrək yaşadıqları ünvanın qarşısında saxlamış və yerə düşərək ona hücum çəkmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu Azər onu tutub saxlamağa çalışsa da buna müyəssər olmamışdır və Təqsirləndirilən şəxs yumruqla onun ağzına zərbə vurmuşdur. O, qızını yıxılmamaq üçün tutduğundan Təqsirləndirilən şəxs zərbəsinin qarşısını ala bilməmiş, lakin sonra qızını kənara çəkmiş və Təqsirləndirilən şəxs üzərinə getmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürdüyü bel ilə onun başına zərbə vurmaq istəyərkən o, qolunu irəli verərək zərbənin qarşısını almış və beli Təqsirləndirilən şəxs əlindən dartaraq yerə atmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qaçaraq yaşadığı evə girmiş, o, isə qızını evə apardıqdan sonra birbaşa Qaradağ RPİ-nin 10-cu PŞ-nə gedərək baş verənlərlə bağlı şikayət ərizəsi yazmış və tibbi ekspertizadan keçmişdir. O,əlavə olaraq dişlərinin hadisə nəticəsində sındığını və maddi imkansızlığı səbəbindən bərpa edə bilmədiyini, həmçinin təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri, Zərərçəkmiş şəxs isə onun qaynıdır. Əri ilə qaynı Zərərçəkmiş şəxs arasında uzun illərdir ki, düşmənçilik münasibətləri vardır. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında evdə olduğu zaman qəfildən məhəllədə səs-küy olduğunu eşitmiş və çölə çıxmışdır. Bu zaman qaynı Zərərçəkmiş şəxs nalayiq küçə söyüşləri ilə Təqsirləndirilən şəxs söyərək ucadan qışqırdığını, bir-birləri ilə dalaşdıqlarını, oğlu Azərin isə onları ayırmağa çalışdığını görmüşdür. O, səs-küyə çıxdıqda onların əlində hər hansı dəmir parçası görməmiş, lakin eşitdiyinə görə əri Qüdrətin əlində dava zamanı dəmir parçası olmu, oğlu atasını evə tərəf çəkərkən isə əmisinin atasının üzərinə dəmir parçası ilə hücum çəkdiyini demişdir. Oğlu Şahid1 onları ayırmağa və atasını həyətə tərəf çəkməyə çalışmışdır. O, qorxduğu üçün həyətdən çölə çıxmamış və Təqsirləndirilən şəxs evə daxil olduqdan sonra qapını bağlamışlar. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 anası Şahid2 ilə eyniməzmunlu ifadə verərək əlavə olaraq əmisi Zərərçəkmiş şəxs öz həyətinə gedib oradan əlində armatur parçası ilə qayıdaraq atasına hücum etdiyini və onun ayağına bir neçə dəfə zərbə endirdiyini, atasının özünü qorumaq və Zərərçəkmiş şəxs özündən kənarlaşdırmaq üçün onu kənara itələdiyini bildirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 19-21-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X6 X9 xx.xx.2023-cü il tarixli 875 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəməm-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- üst çənə mərkəzi kəsici dişlərin yumşaq toxumalarına qansızma və üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarasıilə müşayiət olunan üst dodağın səthi əzilmiş yarası, sol bazu nahiyəsinin qançırı ilə nəticələnən dərəcələrinə görə sağlamığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işinin 9-13-cü vərəqələrində olan 29 dekabr 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında dava-dalaşın baş verdiyi yer ünvan 2 ünvanının qarşısıdır. Hadisə yerinə Zərərçəkmiş şəxsnın iştirakı ilə baxış keçirilmişdir. Hadisə yerində iş üçün əhəmiyyətli olan hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 60-61-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin 70-71-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Q.H.Şahid1baycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 11:00) Cinayət işinin 90-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 may 2024cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə elektron sistemi vasitəsilə əldə olunmuş və cinayət işinə əlavə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliklə bağlı 2-ci qrup əlilliyi olan şəxsdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidin verdikləri ifadələri və digər iş materialları ilə onun qəsdən sağlamlığa yüngül zərər vurması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində biri yetkinlik yaşına çatmayan, biri azyaşlı olmaqla iki övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və 2-ci qrup əlilliyi olan şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş hesabatlardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X2 25 (iyirmi beş) iş saatı, məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) iş saatı dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili X1 150 (yüz əlli) manat pul, məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili X1 150 (yüz əlli) manat pul, məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar