Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-152/2021 08.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (Mülki iddiaçı) və onun vəkili – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs (Mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Soltanabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə sonuncunun qardaşı Yüzbaşov Mahir Nurağa oğlunu guya Azərbaycan Respublikası DİN-də işləyən yüksək vəzifədə işləyən tanışının vasitəsi ilə Bakı şəhəri Qaradağ RPİ-dən həbsdən azad ediləcəyi barədə vəd verib aldadaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində olan “AFA” tikinti materialları mağazasının arxasında 20000 (iyirmi min) manat pulunu alıb vədinə əməl etməyərək, həmin məbləğdə pulu ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (Mülki cavabdeh) Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” TM-nin, 18cı sıra, 30 nömrəli dükanda plasmas qab-qacaq satışı ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə əvvəllər bir yerdə işlədiyi Səlmiyə adlı qadın xatırlamadığı mobil nömrə ilə onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək qohumu Mahir Yüzbaşovun polis əməkdaşları tərəfindən tutulduğunu, sonuncunun azad edilməsi üçün polis əməkdaşlarına pul təklif etmək istədiyini, lakin polis tanışları olmadığı üçün edə bilmədiyini bildirmişdir. Şahid1 onun polis qohumunun olduğunu bildiyindən ona zəng etmişdir. Belə ki, o əvvəllər Səlmiyə dayısı Şahid3 polis orqanlarında işlədiyini demişdir. Əslində Nəsib Qəhrəmonovla heç bir qohumluğu və münasibətləri olmamış, sadəcə əvvəllər sonuncunun ünvan 2 ünvanında yerləşən evində kirayədə yaşamış və bu səbəbdən də, Səliməyə Şahid3 onun dayısı olduğunu bildirmişdir. Bu görə də, Səlmi ondan Mahiri azad etmək üçün 20.000 manat pulu Qaradağ RPİ-nə aparıb hər hansı bir vəzifəli şəxsə verib, Mahir Yüzbaşovu azad etdirməsini xahiş etmişdir. O, Səlmiyə kömək etmək üçün pulu polis əməkdaşlarına verəcəyini, Mahir Yüzbaşovu azad etdirə biləcəyini vəd etmiş, pulu ondan almağı qəbul etmişdir. Səlmi həmin 20000 manat pulu ona Mahirin qardaşı Yasinin verəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində Yasin onun telefonuna zəng edərək onunla görüşmək istədiyini və pulu gətirdiyini bildirmişdir. Bundan sonra o, “Sədərək” TM-nin “AFA İnşaat” dükanının arxasında Yasin ilə görüşmüşdür. Həmin vaxt Yasinin yanında bir nəfər kişi də olmuşdur. Yasin həmin kişinin onun əmisi olduğunu bildirmişdir. Yasin onun DİN-də tanışlarının olduğu üçün ondan qardaşını azad etdirmək məqsədi ilə 20000 manat pulu Qaradağ RPİ-nin hər hansı bir yüksək vəzifəli əməkdaşlarına verməsini xahiş etmişdir. O, Səlmini əvvəllər tanıdığı üçün Mahir Yüzbaşovu azad etdirməkdə köməklik etmək istəsə də, bunu edəcək imkanı olmamışdır. O, Yasindən pulu alan zaman polis idarəsində kimə verəcəyini soruşmuş, Yasində ona həmin pulu polis idarəsində hər hansı yüksək vəzifəli şəxslərdən birinə verib qardaşı Mahir Yüzbaşovu azad etdirməsini xahiş etmişdir. O, razılaşmış və 20000 manat pulu Yasindən almışdır. Sonra idarə etdiyi “Geely brand” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomaşınına minib Qaradağ RPİ-nə tərəf getmiş, idarənin yanından keçən zaman isə idarəyə daxil olub vəzifəli şəxslərə pul təklif etməkdən qorxduğu üçün idarəyə daxil olmamış, onu rüşvət verməsinə görə həbs edəcəklərini düşünmüşdür. Buna görə də o, cinayət törətmək istəmədiyi üçün idarənin inzibati binasının yanından keçmiş, Lökbatan qəsəbəsinə girmiş və yenidən “Sədərək” TM-nə geri qayıtmış və verilmiş 20000 manat pulu isə özündə saxlamışdır. O, Yasinin işini həll edə bilmədiyi üçün ona zəng etməkdən çəkinmiş, lakin pulu Yasinə geri qaytarmamışdır. Düşünmüşdür ki, pulu üç gün özündə saxlayıb, daha sonra işi həll edə bilmədiyini deyib pulu ona geri qaytarsın. Ancaq pul onda olan vaxt borcu olduğu üçün borclu olduğu şəxslər ondan pullarını istəmişlər. O, həmin puldan borclarını qaytarmış və 20000 manat pulun hamısını xərcləmişdir. Həmin puldan Mahir Yüzbaşovu azad edilməsi üçün heç kimə heç bir məbləğdə pul verməmişdir. O, sonradan işləyərək Yasindən aldığı pulu ona geri qaytarmağı fikirləşmiş, lakin Yasin ona pulun qaytarılması üçün vaxt verməyərək ondan bu barədə Qaradağ Rayon Polis İdarəsinə şikayətlə müraciət etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, onun Qaradağ Rayon Polis İdarəsində, Qaradağ Rayon prokurorluğunda və hüquq mühafizə orqanlarında vəzifədə heç bir tanışı olmamış və tanımamışdır. O, sadəcə tanışı Şahid1 xahişi ilə pulu polis əməkdaşlarına verərək Mahir Yüzbaşovu azad etdirə biləcəyini vəd etmiş və pulu Zərərçəkmiş şəxs almağı qəbul etmişdir. Əslində onun belə bir imkanı imkanı olmamışdır. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edərək barəsində verilmiş mülki iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs (Mülki iddiaçı) ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir mübahisə və ədavət olmamışdır. xx.xx.2020-ci ildə qardaşı Mahir Yüzbaşov Qaradağ RPİ tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğu üçün saxlanılmışdır. Bibisi qızı Səlmi ona zəng edərək, Namiq adlı tanışının olduğunu, Namiq ilə birlikdə “Sədərək” TM-də işlədiyini, Namiqin DİN-də işləyən dayısı olduğunu, sonuncu ilə birlikdə işləyən zaman ona gələcəkdə nə problem olsa dayısının vasitəsi ilə həll edə biləcəyini dediyini bildirmişdir. O, Səlimdən Namiqin telefon nömrəsini almış və ona zəng etmişdir. Telefon danışığı zamanı onlar ertəsi gün “Sədərək” TM-də görüşməyi qərara almışlar. Ertəsi gün tanışı Xanverdi ilə birlikdə “Sədərək” TM-nə getmişlər. Orada Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Təqsirləndirilən şəxs DİN-də işləyən Şahid3 adlı qohumunun olduğunu, həmin şəxsin yüksək vəzifədə işlədiyini, Qaradağ rayon prokurorunun və Qaradağ RPİ-nin rəisinin dayısının tanışı olduğunu, dayısı vasitəsi ilə qardaşı Mahir Yüzbaşovu azad etdirə biləcəyini demiş və onun nə qədər pulu olduğunu soruşmuşdur. O, ona 15000 manat pulunun olduğunu demişdir. Namiq həmin məbləğin az olduğunu, işin ağır iş olduğu üçün 20000 manat pul lazım olduğunu demiş və pulu verdiyi günün axşamı qardaşını azad etdirəcəyini bildirmişdir. O, Namiqin sözlərinə inanmış və ona 20000 manat pulu düzəldib verəcəyini deyərək, oradan ayrılmışdır. O, evə gəlmiş, qohum əqrabadan pul yığmış və 20000 manat pul düzəltmişdir. Sonra Namiqə zəng edərək, pulu hazırladığını demişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində “Sədərk” TM-də “AFA İnşaat” dükanının arxasında Namiqlə görüşmüş və 20000 manat pulu Namiqə vermişdir. Namiq pulu almış və axşama qədər qardaşı Mahiri azad etdirəcəyini demişdir. Pulu verən zaman qohumu Şahid2 da onun yanında olmuşdur. Sonra o və Xanverdi maşına minmiş, evə gəlmişlər. Namiqin vəd verdiyi vaxt qardaşının azad edilmədiyini görmüş və ona zəng etmişdir. Namiq ona narahat olmamasını, bir-iki günə qardaşını azad etdirəcəyini bildirmişdir. Lakin Namiqin vəd verdiyi gün gəldikdə qardaşının azad edilmədiyini görmüş, təkrar Namiqə zəng edərək, Namiqin yalan vədlərlə onu aldataraq bu günə, sabaha azad ediləcək deyə inandırdığını bildirmişdir. Günlər keçdikcə qardaşının azad edilmədiyini görmüş, Namiqin onu aldatdığını hiss etmiş və pulu geri qaytarmasını tələb etmişdir. Lakin Namiq artıq pulu verdiyini, onda pul olmadığını bildirmişdir. Lakin sonradan Namiqin onu aldatdığını və pulunu ələ keçirdiyini başa düşmüş, ondan pulunu geri qaytarmasını tələb etsə də, Namiq pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmiş, 20000 manat məbləğində pul vəsaiti geri qaytarılmamışdır. Bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zərərçəkmiş şəxs sonda ona vurulmuş maddi ziyanın bu günədək ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu nəzərə alınaraq məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs kirvəsidir və onların münasibətləri həmişə normal olmuşdur və halhazırda da normaldır. xx.xx.2020-ci il tarixdə Yasinin qardaşı Mahiri Qaradağ RPİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsi və satışı ilə əlaqədar tutulmuşdur. Yasin də həmin gündən Mahirin arxası ilə polis idarəsinə getmişdir. xx.xx.2020-ci il tarixdə Yasin ona qohumunun vasitəsi ilə Namiq adlı şəxslə tanış olduğunu, həmin şəxsin Mahiri həbsdən azad etmək üçün ondan 20000 manat pul istədiyini bildirmişdir. O, həmin pulu hazır etdiyini, birlikdə aparıb Namiqə vermələrini xahiş etmişdir. O, Yasinlə birlikdə xx.xx.2020-ci il tarixdə təxminən saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzinə getmişdir. Orada onlar bir nəfər tanımadığı şəxslə görüşmüşlər. Yasin həmin şəxsi ona təqdim edərək, Namiq olduğunu və Mahirin işini onun həll edəcəyini bildirmişdir. O, Namiqdən məsələni necə həll edəcəyini soruşduqda Namiq, ona yuxarıda vəzifəli qohumunun işlədiyini, bu barədə həmin qohumuna bildirdiyini və onun da Qaradağ Rayon Polis İdarəsində lazımi şəxsə çatdırdığını demişdir. Bundan sonra Yasin onun yanında 20000 manat pulu sayaraq Namiqə vermişdir. O, Namiqə həmin şəxsi çağırmasını, oraya gələrək ətraflı söhbət etmələrini bildirsə də, lakin sonuncu ona qohumunun çox yuxarı vəzifədə işlədiyini, buna görə də özünün gələ bilməyəcəyini, bu işi həll etmək üçün işçilərindən kimisə göndərəcəyini bildirmişdir. O, Namiqə, onu orada gözlədiklərini, nəticəni gəlib onlara bildirməsini demişdir. Namiq isə təxminən 2-3 günə bu məsələnin həll olunacağını bildirmişdir. Namiq onların yanından ayrılmış və onlar onu ticarət mərkəzində gözləmişlər. Təxminən 1 saatdan sonra Namiq geri qayıdaraq, onlara narahat olmamalarını, təxminən 2-3 günə işin həll olunacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində 30/32 saylı mağazada satıcı işləmişdir. Hal-hazırda isə 74 saylı uşaq bağçasında təsərüffat fəhləsi işləyir. O, mağazada satıcı işləyən zaman həmin mağazanın bir hissəsində isə Təqsirləndirilən şəxs plastmast materialından olan qab-qacaq satmışdır. Onunla aralarında olan söhbətlər zamanı Namiq ona Bakı şəhərində Baş polis İdarəsində qohumunun işlədiyini, həmin qohumunun vasitəsi ilə bütün problemləri həll etdiyini bildirmişdir. 2020-ci ilin yanvar ayının sonlarında onun dayısı oğlu Yüzbaşov X6 Raoyn Polis İdarəsi tərəfindən narkotik vasitələrin istifadəçisi kimi tutulmuşdur. Həmin vaxt Mahirin qardaşı Yasin ona tanış adam olsa Mahirin məsələsini həll etməsini demişdir. O da Namiqə zəng edərək onun qohumu tərəfindən bu məsələni həll etmənin mümkün olubolmadığını soruşmuşdur. Namiq ona qohumu Şahid3 Qaradağ Rayon Polis İdarəsində və prokurorluğunda tanışları olduğunu və bu məsələni həll edə biləcəyini bildirmişdir. O, bu barədə Yasinə bildirərək, Namiqin mobil nömrəsini ona verib, qalan məsələləri öz aralarında həll etmələrini demişdir. Bundan sonra o, Yasinlə Namiqin görüşməsini və Yasinin qardaşı Mahirin həbsdən buraxılması məqsədi ilə Namiqə 20000 manat pul verdiyini öyrənmişdir. Bundan bir neçə gün sonra ona məlum olmuşdur ki, Namiq Yasini aldadaraq pulunu ələ keçirmiş, Mahirin həbsdən buraxılması üçün aldığı pulu öz şəxsi məqsədlərinə xərcləmişdir. O, Yasinin 20000 manat pulu Namiqə qardaşı Mahirin həbsdən buraxdırması məqsədi ilə verdiyini bilmişdir. Lakin pulun verilməsindən iştirak etməmişdir. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında əvvəllər hər hansı bir tanışlıq olmamış, onlar bir-birlərini tanımamışlar və onun vasitəsi ilə tanış olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 1997-ci ildən Azərbaycan Respublikası DİO-da, həmin ildən də Azərbaycan Respublikası DİN-nin H.Əliyev adına X12 mühafizəsi Polis İdarəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. O, ünvan 2 ünvanında mənzilini kirayə vermiş və həmin kirayə pulu ilə ailəsinin ehtiyaclarını ödəmişdir. 2019-cu ilin iyun ayında qohumu Zaur əvvəlləri tanımadığı Namiq adlı şəxs gətirərək onunla tanış etmiş və birlikdə onun evində kirayə qalacağını demişdir. O da Namiqlə tanış olmuş və Namiq həmin vaxtdan onun evində yaşamağa başlamışdır. Onun Namiqin hər hansı bir işlə məşğul olması barədə məlumatı olmamışdır. Ancaq Namiq vaxtlı-vaxtında kirayə pulunu ödəmişdir. Onun Namiqlə heç bir münasibəti olmamışdır. Belə ki, o, Namiqlə bir dəfə də olsun hər hansı bir iş barəsində söhbət etməmişdir. Namiq kirayə pulunu evdə onun uşaqlarına vermişdir. xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin İŞ-dən müstəntiq tərəfindən ona zəng olunmuş və o, polis idarəsinə dəvət edilmişdir. Ona polis idarəsində bildirmişlər ki, Namiq onun adından istifadə edərək Zərərçəkmiş şəxs 20000 manat pul alaraq dələduzluq etmişdir. O, bundan sonra Namiqi evdən çıxarmış və Namiqlə bu günə kimi heç bir əlaqəsi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 11, 19-20) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarın ləğv edilməsi və şübhəli şəxsin MSY-dən şəxsin azad edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş Quliyev X7 RPİ-nin MSY-dən azad edilmiş və şübhəli şəxs kimi statusuna xitam verilmişdir. (i.v. 32-34) Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 72-73,75-76) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-153/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 119-122) Diskin götürülməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxa Zərərçəkmiş şəxs səs yazısı olan bir ədəd disk götürülmüşdür. (i.v. 124) Diskə baxış keçirilməsi və götürülməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X11 Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bir ədəd diskə baxış keçirmişdir. Baxış zamanı müəyyən edildi ki, diskdə 5 ədəd səs yazısı olan fayl vardır, faylları açdıqda iki nəfər kişi cinsindən olan şəxslərin telefon danışıqlarının səs yazısı aydın eşidilir, həmin səs yazılarında mövzu verilmiş pulun geri alınması barədədir. Protokolun doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər. (i.v. 125) Diskə baxış keçirilməsi və götürülməsi barədə xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 Namiq Vüqar oğlu və hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bir ədəd diskə baxış keçirlmişdir. Baxış zamanı müəyyən edildi ki, diskdə 5 ədəd səs yazısı olan fayl vardır, faylları açdıqda iki nəfər kişi cinsindən olan şəxslərin telefon danışıqlarının səs yazısı aydın eşidilir, həmin səs yazılarında mövzu verilmiş pulun geri alınması barədədir. Təqsirləndirilən şəxs səs yazısına qulaq asdıqdan sonra bildirdi ki, həmin səs yazıları Zərərçəkmiş şəxsla onun arasında olan səs yazılarıdır. Səs onun səsidir. Protokolun doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər. (i.v. 138) Mülki iddiaçı qismində tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmış və ona hüquq vəzifələri izah olunmuşdur. (i.v. 151) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 155) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il taixli, 4/97-4/98 saylı məhkəmə-fonoskopik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “KODAK” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “KODAK” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat təşkil edir. (i.v. 156-167) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. İş üzrə məhkəmə fonoskopik ekspertizaının xx xxxxxx 2021-ci il taixli, 4/97-4/98 saylı rəyi iş üzrə toplanmış digər sübutlarla uzlaşdığından sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında olan səs yazısı olan 01 ədəd diskin götürülməsi və diskə baxış keçirilməsi barədə protokol Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qardaşı Mahir Yüzbaşovun azadlığa çıxarılması vədi ilə 20000 manat pul almasını bir daha təsdiq etdiyindən və iş üzrə toplanmış digər mötəbər sübutlarla uzlaşdığından maddi sübut kimi tanınmış, iş üzrə toplanmış ilkin təhqiqat materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri , keçirilmiş üzləşdirmə istintaq hərəkəti sübut növü kimi tanınmış, keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı aparılmış videoçəkiliş 1 ədəd diskə köçürülmüşdür. Həmin 1 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə bir sıra sənədlərdə “Səlimə” adı Şahid1 qızı kimi yazılması və oxunması qərara alınmışdır. (i.v. 170-176) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 4(002)- 35/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün, yəni xx xxxx 2021-ci il tarixədək uzadılmışdır. (i.v. 196-198) Sabirabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli Qərarının 36-cı bəndində məhkəmələrə izah edilmişdir ki, şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, (CPM-158.2.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxxxx 2020-ci il tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPMnin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Cinayət işinin materiallarından və verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə sonuncunun qardaşı Yüzbaşov Mahir Nurağa oğlunu guya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən tanışının vasitəsi ilə Bakı şəhəri Qaradağ RPİ-dən həbsdən azad ediləcəyi barədə vəd verib aldadaraq onun 20000 (iyirmi min) manat pulunu alıb vədinə əməl etməyərək, həmin məbləğdə pulu ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Azərbaycan Respublikası CPM-nin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Göründüyü kimi, mülki iddia üzrə tələb edilən məbləğ Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində yaranmışdır. Belə olan halda, maddi məsuliyyətin Təqsirləndirilən şəxs üzərinə qoyulması qanuni və əsaslı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, mülki iddia üzrə tələb edilən 20000 (iyirmi min) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə 47 (qırx yeddi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 47 (qırx yeddi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 282 (iki yüz səksən iki) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-fonoskopik ekspertizası tədqiqatının dəyəri – 300 (üç yüz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 47 (qırx yeddi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 282 (iki yüz səksən iki) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-152/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-152/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver