Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-152/2023 02.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 dekabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında ailə münasibətləri zəminində yaranmış münaqişə zamanı arvadı Zərərçəkmiş şəxs baş, sifət, çənə və boyun nahiyələrinə bir neçə dəfə sillə və yumruq zərbələri ilə vuraraq, daha sonra Zərərçəkmiş şəxs yıxıb yerdə olan zaman bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri ilə vuraraq başın ənsə, sağ gözaltı, alt çənə, boyun nahiyələrinin və sol əlin İİ barmağının əsas falanqasının qançırları, alt dodağın selikli qişasının əzilmiş yarası və qansızma ilə müşayiət olunan üst çənədə Vİ dişin travmatik sınması, sağ diz oynağının sıyrığı ilə nəticələnən bədən xəsarətləri yetirməklə qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə ailəlidir, birgə nikahdan 3 övladları var. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Lakin Şəhla işə girdikdən sonra aralarında mübahisələr yaramağa bağlamışdır. Aralarında mübahisənin yaranmasının əsas səbəbi Şəhlanın anası Elmiranın ailəyə müdaxiləsi olmuşdur. 11 dekabr 2022-ci il tarixdə axşam saatlarında evdə olan zaman Şəhla ona bildirmişdir ki, anası qonaq gələcək. O, hər dəfə qaynanası Elmiranın onlara gələndə ailəsində problem yaratdığını bildiyi üçün qaynanasının onlara gəlməyinə razı olmamışdır. Bir qədər sonra Şəhla anasıgili ilə telefonda danışarkən rus dilində səs göndərmişdir. O, buna əsəbləşib rus dilində danışmasını Şəhlaya irad bildirmiş, həmin vaxt Şəhla ona cavab qaytardığı üçün aralarında münaqişə yaranmışdır. O, münaqişə zamanı əsəblərinə hakim olmayaraq Şəhlanın sifətinə 2-3 dəfə sillə ilə vurmuşdur. Bundan sonra Şəhla özünü yerə çirpmağa başlamışdır. Bir qədər sonra Şəhlanın anası gəlib Şəhlanı aparmışdır.Törətdiyi əməldən peşmandır. Himayəsində üç yetkinlik yaşına çatmayan uşağı var. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə evlidir və birgə nikahdan 3 övladları var. Əvvəllər Ceyhunla münasibətləri normal olmuşdur, lakin sonradan Ceyhunun ona qarşı münasibəti dəyişmişdir. Evlənəndən bir müddət sonra Ceyhun evə baxmamağa və onunla tez-tez münaqişə yaratmağa başlamışdır. Dəfələrlə aralarında ailədaxili münaqişələr olsa da, o, övladlarını düşünüb ailəsini dağıtmamaq üçün heç kimə şikayət etməmişdir. 11 dekabr 2022-ci il tarixdə saat təxminən 23.00 radələrində evdə olarkən o, valideynləri ilə danışan zaman rayondan göndərilən sovqatdan qoz, xiyar və başqa tutmalar gətirmələrini istəmişdir. O, Ceyhuna da bildirmişdir ki, sabah anasıgili onlara qonaq gələcək, evə bazarlıq etmək lazımdır. Ceyhun buna narazılıq edib valideynlərinin gəlməməsi üçün onunla mübahisə etməyə başlamışdır. Ceyhuna bildirmişdir ki, istəmirsə desin gəlməsinlər. O, digər otağa keçib gəlməmələri üçün telefon vasitəsilə valideynlərinə məlumat verən zaman Ceyhun yataq otağından gələrək onu saçından tutub başını divara vurmuşdur. Bundan sonra yumruq zərbələri ilə üzündən, gözündən və çənəsindən vurmağa başlamışdır. Həmin vaxt xəsarət aldığı üçün qışqırmağa başlamışdır. Ceyhun onu yerə yıxıb boğmağa və bədəninin müxtəlif nahiyələrini təpikləməyə başlamışdır. O, ağrılar içində qışqırmağa davam etmişdir. Həmin vaxt yanlarında övladları və qaynanası İradə də olmuşdur. Ceyhun onu yerdə təpikləyən zaman o, qışqıraraq oğlu Qəhrəmanı köməyə çağırmış və anasıgilə məlumat verməyini istəmişdir. Bir qədər sonra anasıgili gəlib onu evlərinə aparmışlar.Əri Təqsirləndirilən şəxs şikayətçidir, lakin ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun gəlinidir. X4 əvvəllər normal münasibətləri olmuşdur. 11 dekabr 2022-ci il tarixdə saat təxminən 23.00 radələrində hamı evdə olan vaxt onlara məlum olmuşdur ki, Şəhlanın valideynləri sabah qonaq gələcəklər. Şəhla anasına rus dilində səs göndərmişdir. Ceyhun buna görə Şəhlaya irad bildirmişdir ki, niyə rus dilində danışırsan. Bu zaman onların aralarında mübahisə yaranmışdır. Ceyhun əsəbləşdiyindən Şəhlanı döymüşdür. O, və nəvəsi Şəhlanı Ceyhunun əlindən almışlar. Bundan sonra Şəhla anasına xəbər vermiş və bir qədər sonra anası Elmira gəlib Şəhlanı evlərinə aparmışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Qaradağ rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 922 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- başın ənsə, alt çənə, boyun nahiyələrinin və sol əlin 2-ci barmağının əsas falanqasının qançırlar, alt dodağın selikli qişasının əzilmiş yarası və qansızma ilə müşayiət olunan üst çənədə 6-cı dişin travmatik hissəvi sınması, sağ diz oynağının sıyrığı bərk küt əşya təsirindən, müayinədən 2-4 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməlini etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut , məhkəmə xərcləri və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 10 (on) saata görə 60 (altmış) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 10 (on) saata görə 60 (altmış) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-152/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-152/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver