Məhkəmə qərarları › İş №1(002)-153/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-153/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-153/2023 07.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(002)-330/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, xx.xx.1993-cü ildə Qobustan rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımış və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədilə 04 noyabr 2022-ci il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Sülh küçəsində yerləşən "xxxx" MMC-yə məxsus 3993 saylı mağazanın arxa tərəfindəki anbarın plastik pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi dəmir linglə sındıraraq qanunsuz olaraq içəri daxil olmuş, giriş qapısında kassanın üzərində olan siqaret vitrinindən hər birinin qiyməti 3,80 manat olmaqla bir ədəd standart bağlamada, bir ədədi isə açıq halda olan ümumilikdə 41,80 manat dəyərində on bir qutu “Kent 8” markalı siqaret, hər birinin qiyməti 3,60 manat olmaqla ümumilikdə 28,80 manat dəyərində səkkiz qutu “Vinston XS Silver” markalı siqaret, hər birinin qiyməti 3,20 manat olmaqla ümumilikdə 9,60 manat dəyərində üç qutu “LD Platinum” markalı siqaret, hər birinin qiyməti 2,50 manat olmaqla ümumilikdə 15 manat dəyərində altı qutu “Vest Silver” markalı markalı siqaret, hər birinin qiyməti 3,80 manat olmaqla ümumilikdə 34,20 manat dəyərində doqquz qutu “Kent 1” markalı siqaret, hər birinin qiyməti 3,80 manat olmaqla ümumilikdə 11,40 manat dəyərində üç qutu “Kent4” markalı siqaret, hər birinin qiyməti 3,60 manat olmaqla ümumilikdə 10,80 manat dəyərində üç qutu “Vinston Compact” markalı siqaret, hər birinin qiyməti 4,10 manat olmaqla bir ədəd standart bağlamada, bir ədədi isə açıq halda ümumilikdə 45,10 manat dəyərində on bir qutu “X15” markalı siqaret, hər birinin qiyməti 4,10 manat olmaqla ümumilikdə 20,50 manat dəyərində beş qutu “X16” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olmaqla bir ədəd standart bağlamada, 9 ədədi isə açıq halda olan ümumilikdə 41,80 manat dəyərində on doqquz qutu “X21” markalı siqaret, qiyməti 2,40 manat olan bir ədəd “İmperial CLSC Silver Compact” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olmaqla ümumilikdə 4,40 manat dəyərində olan iki qutu “X28” markalı siqaret, hər birinin qiyməti 2,70 manat olmaqla bir ədəd standart bağlamada, iki ədədi isə açıq halda olan ümumilikdə 32,40 manat dəyərində on iki qutu “X17” markalı siqaret, dəyəri 2,70 manat olan bir ədəd “Wincester Komp.Blue” markalı siqaret, hər birinin qiyməti 2,70 manat olan bir ədəd standart bağlamada, bir ədədi isə açıq halda olan ümumilikdə 29,70 manat dəyərində on bir qutu “Wincester KSSS Silver” markalı siqaret, hər birinin qiyməti 2,70 manat olmaqla ümumilikdə 8,10 manat dəyərində üç qutu “X22” markalı siqaret, hər birinin qiyməti 2,20 AZN olmaqla ümumilikdə 13,20 manat dəyərində altı qutu “X23” markalı siqaret, bir ədəd dəyəri 2,70 manat olan “X18” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olmaqla ümumilikdə 8,80 manat dəyərində dörd qutu “X29” markalı siqaret, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 20 manat dəyərində beş qutu “X10” markalı siqaret, hər birinin qiyməti 2,50 AZN olan bir ədəd standart bağlamada, dörd ədədi isə açıq halda olan 2,50 manat olan ümumilikdə 35 manat dəyərində on dörd qutu “X31 Gold” markalı siqaret, hər birinin qiyməti 2,50 manat olan iki ədəd standart bağlamada, üç ədədi isə açıq halda olan ümumilikdə 57,50 manat dəyərində iyirmi üç qutu “X31 Silver” markalı siqaret, ümumi dəyəri 475,90 manat təşkil edən siqaretləri və masanın altında saxlanılan hər birinin qiyməti 679,81 manat olan, ümumi qiyməti 1359,62 manat olan iki ədəd “Lenovo” markalı prosessoru, qiyməti 879,54 manat olan bir ədəd üzərində “Cisco” “Meraki Z3C” yazıları olan qara rəngli internet paylayıcı aparatı, ümumilikdə "xxxx" MMC-yə məxsus 2715,06 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Telestansiya küçəsində yerləşən "xxxx" MMC-nin 3994 saylı mağazasının qarşısına gəlmiş, Təqsirləndirilən şəxs2 marketin qarşısında dayanmış, ətrafı nəzarətdə saxlamış, o, isə marketin plastik qapısının üzərinə bərkidilmiş dəmir barmaqlıqları əvvəlcədən özü ilə gətirdiyi dəmir linglə sındıraraq qanunsuz olaraq içəri daxil olmuş, mağazanın daxilində olan malların saxlandığı deponun içərisindəki dəmir şkafdan hər birinin qiyməti 3,80 manat olmaqla ümumilikdə 30,40 manat dəyərində səkkiz qutu “Kent 8” markalı siqaret, hər birinin qiyməti 3,60 manat olmaqla ümumilikdə 10,80 manat dəyərində üç qutu “Winston Silver” markalı siqaret, hər birinin qiyməti 3,20 AZN olmaqla iki ədəd standart bağlamada, 5 ədədi isə açıq halda olan ümumilikdə 80 manat dəyərində iyirmi beş qutu “LD” markalı markalı siqaret, hər birinin qiyməti 2,50 manat olmaqla ümimilikdə 10 manat dəyərində 4 qutu “West” markalı siqaret, hər birinin qiyməti 3,80 manat olmaqla ümumilikdə 19 manat dəyərində 5 qutu “Kent 1” markalı siqaret, hər birinin qiyməti 3,80 manat olmaqla üç ədəd standart bağlamalarda, bir ədədi isə açıq halda olan ümumilikdə 117,80 manat dəyərində otuz bir qutu “Kent 4” markalı siqaret, hər birinin qiyməti 3,60 manat olmaqla üç ədəd standart bağlamada, 8 ədədi isə açıq halda olan ümumilikdə 136,80 manat dəyərində otuz səkkiz qutu “Winston XSTYLE Silver” markalı siqaret, hər birinin qiyməti 4,10 manat olmaqla ümumilikdə 8,20 manat dəyərində iki qutu “X24” markalı siqaret, hər birinin qiyməti 4,10 manat olmaqla iki ədəd standart bağlamada ümumilikdə 82 manat dəyərində “X25” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olmaqla üç ədəd standart bağlamada, altı ədədi isə açıq halda olan ümumilikdə 79,20 manat dəyərində 35 qutu “X21” markalı siqaret, hər birinin qiyməti 2,20 AZN olmaqla ümumilikdə 15,40 manat dəyərində yeddi qutu “X28” markalı siqaret, hər birinin qiyməti 2,40 AZN olan ümumilikdə 14,40 manat dəyərində “İmperial CLSK Silver Compakt” markalı siqaret, hər birinin qiyməti 2,70 manat olmaqla bir ədəd standart bağlamada, bir ədədi isə açıq halda olan ümumilikdə 29,70 manat dəyərində on bir qutu “Rothmans Silver” markalı siqaret, hər birinin qiyməti 2,70 manat olan ümumilikdə 13,50 manat dəyərində beş qutu “X12” markalı siqaret, hər birinin qiyməti 2,70 AZN olmaqla, ümumilikdə 10,80 manat dəyərində dörd qutu “Palmall Silver” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olmaqla ümumilikdə 13,20 manat dəyərində altı qutu “X26” markalı siqaret, qiyməti 2,70 manat olmaqla bir qutu “Rothmans Amber” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olmaqla ümumilikdə 17,60 manat dəyərində səkkiz qutu “X30” markalı siqaret, hər birinin qiyməti 4 manat olmaqla, bir ədəd standart bağlamada ümumilikdə 40 manat dəyərində “X10” markalı siqaret, hər birinin qiyməti 2,50 manat olmaqla ümumilikdə 10 manat dəyərində dörd qutu “Senate Gold” markalı siqaret, hər birinin qiyməti 2,50 manat olmaqla ümumilikdə 5 manat dəyərində iki qutu “Senate Silver” markalı siqaret, hər birinin qiyməti 2 manat olan ümumilikdə 16 manat dəyərində səkkiz qutu “Kingston Silver” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olmaqla ümumilikdə 19,80 manat dəyərində doqquz qutu “X27” markalı siqaret, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 6 manat dəyərində üç qutu “Argo Blue” markalı siqaret, hər birinin qiyməti 2 manat olan, ümumilikdə 16 manat dəyərində səkkiz qutu “Argo Red” markalı siqaret, hər birinin qiyməti 2,70 manat olmaqla ümumilikdə 18,90 manat dəyərində yeddi qutu “Palmall American” markalı siqaret, hər birinin qiyməti 4 manat olmaqla bir ədəd standart bağlamada ümumilikdə 40 manat dəyərində “X19” markalı siqaret, hər birinin qiyməti 2,70 manat olmaqla ümumilikdə 10,80 manat dəyərində dörd qutu “Wincester KSSS Silver” markalı siqaret, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 14 manat dəyərində yeddi qutu “Bakı Blue” markalı siqaret, hər birinin qiyməti 2,70 manat olmaqla bir ədəd standart bağlamada, 5 ədədi isə açıq halda olan ümumilikdə 40,50 manat dəyərində on beş qutu “Rothmans Blue” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olmaqla üç ədəd standart bağlamada, 8 ədədi isə açıq halda olan ümumilikdə 83,60 manat dəyərində otuz səkkiz qutu “Prima Blue” markalı siqaret, hər birinin qiyməti 3 AZN olmaqla ümumilikdə 18 manat dəyərində altı qutu “LD EXTRA WHİTE” markalı siqaret, içərisində 265,37 manat pul olan, üzərində “Truva Safe” yazısı olan istifadədə olmuş 500 manat dəyərində bir ədəd dəmir seyfi, ümumilikdə AL Market” MMC-yə məxsus 1795,47 manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədilə 04 dekabr 2022 ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Sülh küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Seyfəddin” marketin qapısı üzərində olan dəmir qıfılı əvvəlcədən özü ilə gətirdiyi dəmir linglə sındıraraq qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla dükanın içəri hissəsində olan vitrindən hər birinin qiyməti 2,20 manat olmaqla hər birində on qutu olmaqla dörd ədəd standart bağlamada ümumilikdə 88 manat dəyərində qırx qutu “Maqna” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olmaqla hər birində on qutu olmaqla dörd ədəd standart bağlamada ümumilikdə 88 manat dəyərində qırx qutu “Viceroy” markalı siqaret, hər birinin qiyməti 4 AZN olmaqla hər birində 10 qutu olmaqla iki ədəd standart bağlamada ümumilikdə 80 manat dəyərində 20 qutu “Dunhill” markalı siqaret, hər birinin qiyməti 3,60 AZN olmaqla hər birində on qutu olmaqla iki ədəd standart bağlamada ümumilikdə 72 manat dəyərində iyirmi qutu “Winston” markalı siqaret, hər birinin qiyməti 2,70 AZN olmaqla bir ədəd standart bağlamada ümumilikdə 27 manat dəyərində on qutu “Pall Mall” markalı siqaret, hər birinin qiyməti 2,70 AZN olmaqla bir ədəd standart bağlamada ümumilikdə 27 manat dəyərində on qutu “Rothmans” markalı siqaret, hər birinin qiyməti 3,80 AZN olmaqla hər birində on qutu olmaqla iki ədəd standart bağlamada ümumilikdə 76 manat dəyərində iyirmi qutu “Kent 4” markalı siqaret, hər birinin qiyməti 3,80 AZN olmaqla bir ədəd standart bağlamada ümumilikdə 38 manat dəyərində on qutu “Kent 8” markalı siqaret, hər birinin qiyməti 0,50 qəpik olan üzərində “Silverer” yazılmış ümumilikdə on beş manat dəyərində 30 ədəd alışqanı, kassadan 100 manat nağd pulu, bir ədəd üzərində “H.264 X13” yazısı olan 7108V modelli, 8 kanallı qara rəngli 70 manat dəyərində video müşahidə yaddaş aparatını, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 681 manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. O, həmçinin istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,462 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, 08 noyabr 2022-ci il tarixdə saat 00:50 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, massiv 1 ünvanında yerləşən “24 saat” marketin qarşısında saxlanılmış, Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş, bölmədə xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,462 qram olan tünd qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Telestansiya küçəsində yerləşən "xxxx" MMC-yə məxsus 3994 saylı mağazanın qarşısına gəlmiş, aralarında olan razılaşmaya əsasən o, mağazanın qarşısında dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə marketin plastik qapısının üzərinə bərkidilmiş dəmir barmaqlıqları əvvəlcədən özü ilə gətirdiyi dəmir linglə sındıraraq qanunsuz olaraq içəri daxil olmuş, mağazanın daxilində olan malların saxlandığı deponun içərisindəki dəmir şkafdan hər birinin qiyməti 3,80 manat olmaqla ümumilikdə 30,40 manat dəyərində səkkiz qutu “Kent 8” markalı siqaret, hər birinin qiyməti 3,60 manat olmaqla ümumilikdə 10,80 manat dəyərində üç qutu “Winston Silver” markalı siqaret, hər birinin qiyməti 3,20 manat olmaqla iki ədəd standart bağlamada, 5 ədədi isə açıq halda olan ümumilikdə 80 manat dəyərində iyirmi beş qutu “LD” markalı siqaret, hər birinin qiyməti 2,50 manat olmaqla ümimilikdə 10 manat dəyərində 4 qutu “West” markalı siqaret, hər birinin qiyməti 3,80 AZN olmaqla ümumilikdə 19 manat dəyərində 5 qutu “Kent 1” markalı siqaret, hər birinin qiyməti 3,80 manat olmaqla üç ədəd standart bağlamalarda, bir ədədi isə açıq halda olan ümumilikdə 117,80 manat dəyərində otuz bir qutu “Kent 4” markalı siqaret, hər birinin qiyməti 3,60 manat olmaqla üç ədəd standart bağlamada, 8 ədədi isə açıq halda olan ümumilikdə 136,80 manat dəyərində otuz səkkiz qutu “Winston XSTYLE Silver” markalı siqaret, hər birinin qiyməti 4,10 manat olmaqla ümumilikdə 8,20 manat dəyərində iki qutu “X24” markalı siqaret, hər birinin qiyməti 4,10 manat olmaqla iki ədəd standart bağlamada ümumilikdə 82 manat dəyərində “X25” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olmaqla üç ədəd standart bağlamada, altı ədədi isə açıq halda olan ümumilikdə 79,20 manat dəyərində 35 qutu “X21” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olmaqla ümumilikdə 15,40 manat dəyərində yeddi qutu “X28” markalı siqaret, hər birinin qiyməti 2,40 manat olan ümumilikdə 14,40 manat dəyərində “İmperial CLSK Silver Compakt” markalı markalı siqaret, hər birinin qiyməti 2,70 manat olmaqla bir ədəd standart bağlamada, bir ədədi isə açıq halda olan ümumilikdə 29,70 manat dəyərində on bir qutu “Rothmans Silver” markalı siqaret, hər birinin qiyməti 2,70 manat olan ümumilikdə 13,50 manat dəyərində beş qutu “X12” markalı siqaret, hər birinin qiyməti 2,70 manat olmaqla, ümumilikdə 10,80 manat dəyərində dörd qutu “Palmall Silver” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olmaqla ümumilikdə 13,20 manat dəyərində altı qutu “X26” markalı siqaret, qiyməti 2,70 manat olmaqla bir qutu “Rothmans Amber” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olmaqla ümumilikdə 17,60 manat dəyərində səkkiz qutu “X30” markalı siqaret, hər birinin qiyməti 4 manat olmaqla, bir ədəd standart bağlamada ümumilikdə 40 manat dəyərində “X10” markalı siqaret, hər birinin qiyməti 2,50 manat olmaqla ümumilikdə 10 manat dəyərində dörd qutu “Senate Gold” markalı siqaret, hər birinin qiyməti 2,50 manat olmaqla ümumilikdə 5 manat dəyərində iki qutu “Senate Silver” markalı siqaret, hər birinin qiyməti 2 manat olan ümumilikdə 16 manat dəyərində səkkiz qutu “Kingston Silver” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olmaqla ümumilikdə 19,80 manat dəyərində doqquz qutu “X27” markalı siqaret, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 6 manat dəyərində üç qutu “Argo Blue” markalı siqaret, hər birinin qiyməti 2 manat olan, ümumilikdə 16 manat dəyərində səkkiz qutu “Argo Red” markalı siqaret, hər birinin qiyməti 2,70 manat olmaqla ümumilikdə 18,90 manat dəyərində yeddi qutu “Palmall American” markalı siqaret, hər birinin qiyməti 4 manat olmaqla bir ədəd standart bağlamada ümumilikdə 40 manat dəyərində “X19” markalı siqaret, hər birinin qiyməti 2,70 manat olmaqla ümumilikdə 10,80 manat dəyərində dörd qutu “Wincester KSSS Silver” markalı siqaret, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 14 manat dəyərində yeddi qutu “Bakı Blue” markalı siqaret, hər birinin qiyməti 2,70 manat olmaqla bir ədəd standart bağlamada, 5 ədədi isə açıq halda olan ümumilikdə 40,50 manat dəyərində on beş qutu “Rothmans Blue” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olmaqla üç ədəd standart bağlamada, 8 ədədi isə açıq halda olan ümumilikdə 83,60 manat dəyərində 38 qutu “Prima Blue” markalı siqaret, hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 18 manat dəyərində 6 qutu “LD EXTRA WHİTE” markalı siqaret, içərisində 265,37 manat pul olan, üzərində “Truva Safe” yazısı olan istifadədə olmuş 500 manat dəyərində bir ədəd dəmir seyfi, ümumilikdə "xxxx" MMC-yə məxsus 1795,47 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 04 noyabr 2022-ci il tarixdə, gecə saat 03:00 radələrində yaşadığı evdən çıxarkən özü ilə dəmir ling götürmüşdür. Ələt qəsəbəsi Sülh küçəsindəki anbar kimi istifadə olunan yerin plastik materialdan olan kiçik ölçülü pəncərəsini çıxarmış və içəriyə daxil olmuşdur. Kassanın üzərində olan siqaret vitrinindən oğurladığı siqaretləri qutuya yığmış, bundan başqa marketdə olan iki ədəd müxtəlif kompüter prosessorlarını və bir ədəd internet paylayıcı aparatı oğurlamışdır. Oğurladığı kompüter prosessorlarını tanımadığı şəxsə satmış, siqaretlərin bir qismini və internet paylayıcı aparatı isə yaşadığı evdə gizlətmişdir. 27 noyabr 2022-ci il tarixdə Ələt qəsəbəsinin Telestansiya küçəsində yerləşən “AL” marketin qapısında olan dəmir barmaqlıqları evdən özü ilə gətirdiyi dəmir linglə sındıraraq içəri daxil olmuşdur. Həmin vaxt tanışı Təqsirləndirilən şəxs2 onu marketin arxasında gözləmişdir. Marketdə olan dəmir şkafın içərisindən bir ədəd dəmir seyfi oğurlayaraq küçəyə çıxarmış və saxlaması üçün Təqsirləndirilən şəxs2 vermiş, özü isə təkrarən marketə daxil olmuş, orada olan siqaretləri qutuya yığaraq marketdən çıxarmışdır. Marketdən oğurladıqları seyf və siqaretləri Təqsirləndirilən şəxs2 Ələt qəsəbəsində yaşadığı evin həyətinə aparmışlar. Orada olarkən dəmir seyfi sındırmış və içərisində olan təxminən 200 manat pulu götürmüşlər, seyfi isə Təqsirləndirilən şəxs2 məxsus evin arxa hissəsinə atmışlar. Seyfdən götürdükləri pulu Təqsirləndirilən şəxs2la bərabər bölmüşlər. 04 dekabr 2022-ci il tarixdə gecə saatlarında Ələt qəsəbəsi Sülh küçəsində yerləşən marketin dəmir barmaqlıqlarını evdən götürdüyü dəmir linglə sındırmış və içəri daxil olmuşdur. Oradan da müxtəlif növ siqaretləri, kamera yaddaş aparatını və kassada olan 100 manat pulu oğurlayıb yaşadığı evə gəlmişdir. 05 dekabr 2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən yaşadığı evdə saxlanarkən üç oğurluq əməli törətməsini etiraf etmişdir. Oğurluq əməlinin yalnız bir epizodunu tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişdir. O, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması barədə ona elan olunmuş ittihama dair qeyd etmişdir ki, təxminən oktyabr ayının sonlarında yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, İ.Mehdiyev küçəsi, ev 72 ünvanının qarşısından keçən zaman yerdə siqaretin gümüşü rəngli kağız kəsiyində olan bükümü cibinə qoyaraq oradan uzaqlaşmış və bir müddət həmin narkotik maddədən istifadə etməyə başlamışdır. Sonuncu dəfə narkotik vasitə heroindən istifadə etdikdən sonra istifadə olunmamış hissəsini əynində olan qara rəngli gödəkçənin sol yan cibində gizlətmişdir. 08 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsində “24 Saat” mağazasının qarşısında olarkən təxminən saat 00:50 radələrində 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış özlərini təqdim etdikdən sonra onu Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. 11-ci polis bölməsində onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi üçün vəkil dəvət olunmuş, lakin həmin saatda vəkil gələ bilməyəcəyini bildirdikdən sonra onu polis əməkdaşları nəzarət altında saxlamışlar. Vəkil gəldikdən sonra 11-ci polis bölməsində ona təqdim olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparmaqla şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamışlar. Onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində saxladığı qanunsuz əşya və ya predmeti könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O da könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sol yan cibindən siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü masanın üzərinə qoymuş, ünvan 6 ünvanının qarşısından təxminən 20 gün əvvəl tapdığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərində narkotik vasitədən başqa qanunsuz heç bir əşya olmamış, aşkar edilmiş narkotik vasitə heroin isə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, zərf və protokol şəxsi axtarış və istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Narkotik vasitə olan heroini öz istifadəsi üçün əldə etmiş, kiməsə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. Daha sonra əməlindən peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq olunmamışdır. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun tanışıdır. 27 noyabr 2022-ci il tarixdə 01:00 radələrində Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gəlmişdir. Təqsirləndirilən şəxs1 ona xeyli borcu olduğunu bildirərək Ələt qəsəbəsinin Telestansiya küçəsində yerləşən "xxxx" MMC-yə məxsus 3994 saylı marketdən oğurluq etməyi təklif etmişdir. Onlar oğurluq etməyə razılaşdıqdan sonra əvvəlcə Təqsirləndirilən şəxs1 evinə getmişlər, sonuncu oradan dəmir parçası götürərək çıxmışdır. Onlar həmin marketin arxa tərəfində dayanmış Təqsirləndirilən şəxs1 əlində olan dəmir linglə marketin qapısında olan dəmir barmaqlıqları sındırdıqdan sonra içəri daxil olmuşdur. O, isə market istiqamətində gələn şəxsləri gördükdə Təqsirləndirilən şəxs1 məlumatlandırmaq məqsədilə bayırda gözləmiş, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs1 marketdə olan dəmir seyfi mağazadan götürdüyü örtüyə bükülmüş vəziyyətdə çıxarmış və ona vermişdir. Yenidən içəri daxil olub marketdə olan siqaretləri yığdığı qutu ilə bərabər marketdən çıxmışdır. Onlar oğurladıqları seyfi və siqaretləri onun Ələt qəsəbəsində yaşadığı evin həyətinə aparmış, orada Təqsirləndirilən şəxs1 seyfi sındırmış və içərisində olan 120 manat pulu götürdükdən sonra seyfi onun yaşadığı evin arxa hissəsinə atmışlar, üzərini torpaq və kol-kosla örtmüşlər. Seyfdən götürdükləri pulun yarısını Səbuhi ona vermiş, qalan hissəsini isə özünə götürmüşdür. Bundan əlavə ona bir neçə qutu “Sobranie” markalı siqaret də vermişdir. O, 05 dekabr 2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılarkən törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs1la yalnız bir dəfə oğurluq əməlini törətdiyini, həmin gündən sonra onunla ümumiyyətlə qarşılaşmadığını, onun törətdiyi digər oğurluq hadisələri barədə məlumatsız olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən isə ona qarşı heç bir zor tətbiq olunmamışdır. Daha sonra əməlindən peşman olmasının, ilk dəfə oğurluq hadisəsi törətməsinin, səhhətində problemləri olan atasının onunla yaşamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 04 dekabr 2022-ci il tarixdə səhər saatlarında mağazanın plastik materialdan olan qapısının üzərindəki dəmir barmaqlıqların yerindən çıxarıldığını, qapının isə sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Mağazaya daxil olub kassaya baxarkən isə 10,20,5 və 1 manatlıq əskinaslardan ibarət olmaqla 100 manat pulun oğurlandığını görmüşdür. Bundan başqa mağazadan hər birinin qiyməti 2,20 manat olmaqla hər birində on qutu olmaqla dörd ədəd standart bağlamada ümumilikdə 88 manat dəyərində qırx qutu “Maqna” markalı, hər birinin qiyməti 2,20 manat olmaqla hər birində on qutu olmaqla dörd ədəd standart bağlamada ümumilikdə 88 manat dəyərində qırx qutu “Viceroy” markalı, hər birinin qiyməti 4 manat olmaqla hər birində on qutu olmaqla iki ədəd standart bağlamada ümumilikdə 80 manat dəyərində 20 qutu “Dunhill” markalı siqaret, hər birinin qiyməti 3,60 manat olmaqla hər birində 10 qutu olmaqla iki ədəd standart bağlamada ümumilikdə 72 manat dəyərində 20 qutu “Winston” markalı siqaret, hər birinin qiyməti 2,70 manat olmaqla bir ədəd standart bağlamada ümumilikdə 27 manat dəyərində 10 qutu “Pall Mall” markalı, hər birinin qiyməti 2,70 manat olmaqla bir ədəd standart bağlamada ümumilikdə 27 manat dəyərində 10 qutu “Rothmans” markalı, hər birinin qiyməti 3,80 manat olmaqla hər birində 10 qutu olmaqla iki ədəd standart bağlamada ümumilikdə 76 manat dəyərində 20 qutu “Kent 4” markalı, hər birinin qiyməti 3,80 manat olmaqla bir ədəd standart bağlamada ümumilikdə 38 manat dəyərində 10 qutu “Kent 8” markalı siqaretlər olmuşdur. Siqaretlərin ümumi qiyməti 496 manat təşkil edir. Həmçinin hər birinin qiyməti 0,50 qəpik olan üzərində “Silverer” yazılmış ümumilikdə 15 manat dəyərində 30 ədəd alışqan da oğurlanmışdır. Bundan başqa dükanda olan bir ədəd 70 manat dəyərində üzərində “H.264 X13” yazısı olan videomüşahidə kamerası da oğurlanmışdır. Hadisədən sonra o, “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Həmçinin, qeyd etmişdir ki, ibtidai istintaq dövründə mağazadan oğurlanmış məhsulların bir qismi ona qaytarılsa da ümumilikdə dəymiş zərər ödənilməmiş, bu səbəbdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında Qaradağ rayonu, Ələt qəsəbəsi, Telestansiya küçəsində fəaliyyət göstərən 3994 saylı və həmin qəsəbədə Sülh küçəsində yerləşən 3993 saylı "xxxx" MMC-yə məxsus mağazalar üzrə bölgə müdiri vəzifəsində işləmişdir. Oğurluq barədə məlumatı ona 3994 saylı mağazanın müdiri Şahid2 vermişdir. 27 noyabr 2022-ci il tarixdə səhər saatlarında Şavqatlı X1 yerləşən 3994 saylı mağazanın müdiri Şahid2 zəng edərək mağazadan oğurluq baş verməsi barədə məlumat vermişdir. Oğurluq barədə məlumatı aldıqdan sonra o, dərhal həmin mağazaya getmiş, mağazanın dağınıq vəziyyətdə olduğunu, dolabın içərisində yerləşdirilmiş dəmir seyfin yerində olmadığını görmüşdür. Oğurluq barədə məlumatı “102” xidməti zəng mərkəzinə Şahid4 vermişdir. Mağazada baş vermiş oğurluq hadisəsi mağazaya aid videomüşahidə kameraları vasitəsilə də qeydə alınmışdır. Həmin görüntülərdə başında papaq olan şəxsin mağazaya daxil olması və oğurluq etməsi görünür. 3994 saylı mağazadan götürülmüş dəmir seyfdən başqa, 30,40 manat dəyərində hər birinin qiyməti 3,80 manat olan 8 ədəd “Kent 8” markalı siqaret, 10,80 manat dəyərində hər birinin qiymədi 3,60 manat olan 3 ədəd “Winston Silver” markalı siqaret, 64 manat dəyərinə iki blok “LD” markalı siqaret, 16 manat dəyərində hər birinin qiyməti 3,20 manat olan 5 ədəd “LD” markalı siqaret, 10 manat dəyərində hər birinin qiyməti 2,50 manat olan dörd ədəd “West” markalı siqaret, 19 manat dəyərində hər birinin qiyməti 3,80 manat olan 5 ədəd “Kent 1” markalı siqaret, 114 manat dəyərində 3 blok “Kent 4” markalı siqaret, dəyəri 3,80 manat olan 1 ədəd “Kent 4” markalı siqaret, 108 manat dəyərində 3 blok “Winston XSTYLE Silver” markalı siqaret, ümumi qiyməti 28,80 manat olan, hər birinin qiyməti 3,60 manat olan 8 ədəd “Winston XSTYLE Silver” markalı siqaret, hər birinin qiyməti 4,10 manat olan 8,20 manat məbləğində iki ədəd “X24” markalı siqaret, hər birinin qiyməti 4,10 manat olan 82 manat dəyərində iki blok “X25” markalı siqaret, hər birinin qiyməti 2,20 manat olan 66 manat dəyərində 3 blok “X21” markalı siqaret, 13,20 manat dəyərində hər birinin qiyməti 2,20 manat olan 6 ədəd “X21” markalı siqaret, 15,40 manat hər birinin qiyməti 2,20 manat olan 7 ədəd “X28” markalı siqaret, 14,40 manat dəyərində 6 ədəd hər birinin qiyməti 2,40 manat olan “İmperial CLSK Silver Compakt” markalı siqaret, 27 manat dəyərində bir qutu “Rothmans Silver” markalı siqaret, qiyməti 2,70 manat olan 1 ədəd “Rothmans Silver” markalı siqaret, 13,50 manat dəyərində hər birinin qiyməti 2,70 manat olan 5 ədəd “X12” markalı siqaret, 10,80 manat dəyərində hər birinin qiyməti 2,70 manat olan 4 ədəd “Palmall Silver” markalı siqaret, 13,20 manat dəyərində hər birinin qiyməti 2,20 manat olan altı ədəd “X26” markalı siqaret, bir ədəd qiyməti 2,70 manat olan “Rothmans Amber” markalı siqaret, 17,60 manat dəyərində, 8 ədəd “X30” markalı siqaret, 40 manat dəyərində bir blok “X10” markalı siqaret, 10 manat dəyərində hər birinin qiyməti 2,50 manat olan 4 ədəd “Senate Gold” markalı siqaret, 5 manat dəyərində hər birinin qiyməti 2,50 manat olan iki ədəd “Senate Silver” markalı siqaret, 16 manat dəyərində hər birinin qiyməti 2 manat olan 8 ədəd “Kingston Silver” markalı siqaret, 19,80 manat dəyərində hər birinin qiyməti 2,20 manat olan 9 ədəd “X27” markalı siqaret, 6 manat dəyərində hər birinin qiyməti 2 manat olan üç ədəd “Argo Blue” markalı siqaret, 16 manat dəyərində hər birinin qiyməti 2 manat olan, 8 ədəd “Argo Red” markalı siqaret, 18,90 manat dəyərində, hər birinin qiyməti 2,70 manat olan 7 ədəd “Palmall American” markalı siqaret, 40 manat dəyərində içərisində 10 qutu olmaqla bir blok “X19” markalı siqaret, 10,80 manat dəyərində hər birinin qiyməti 2,70 manat olan 4 ədəd “Wincester KSSS Silver” markalı siqaret, 14 manat dəyərində hər birinin qiyməti 2 manat olan 7 ədəd “Bakı Blue” markalı siqaret, 27 manat dəyərində bir blok “Rothmans Blue” markalı siqaret, 13,50 manat dəyərində hər birinin qiyməti 2,70 manat olan 5 ədəd “Rothmans Blue” markalı siqaret, 66 manat dəyərində üç blok “Prima Blue” markalı siqaret, 17,60 manat dəyərində hər birinin qiyməti 2,20 manat olan 8 ədəd “Prima Blue” markalı siqaret, 18 manat dəyərində hər birinin qiyməti 3 manat olan 6 ədəd “LD EXTRA WHİTE” markalı siqaret oğurlanmışdır. Mazağadan oğurlanan bir ədəd seyfin içərisində 265,37 manat pul olmuş, bundan əlavə seyfin qiyməti 500 manat, oğurlanmış siqaretlərin qiyməti isə 1030,10 manat təşkil edir. Baş vermiş oğurluq nəticəsində 3994 saylı mağazaya ümumilikdə 1795,47 manat məbləğində maddi ziyan dəymişdir. 04 noyabr 2022-ci il tarixdə Ələt qəsəbəsi, Sülh küçəsində yerləşən 3993 saylı mağazadan baş vermiş oğurluq barədə məlumat ona həmin mağazanın müdiri Şahid3 tərəfindən verilmişdir. Hadisənin ilkin şahidi isə həmin mağazanın işçisi Şahid1 olmuş və o, hadisə barədə Qaradağ RPİ-nin 11-ci PB-nə ərizə yazmışdır. 3993 saylı mağazadan 41,80 manat dəyərində hər birinin qiyməti 3,80 manat olan 11 ədəd “Kent 8” markalı siqaret, 28,80 manat dəyərində hər birinin qiyməti 3,60 manat olan “Winston XS Silver” markalı siqaret, 9,60 manat dəyərində hər birinin qiyməti 3,20 manat olan manat 3 ədəd “LD Platinum” markalı siqaret, 15 manat dəyərində hər birinin qiyməti 2,50 manat olan 6 ədəd “West Silver” markalı siqaret, 34,20 manat dəyərində hər birinin qiyməti 3,80 manat olan 9 ədəd “Kent 1” markalı siqaret, 11,40 manat dəyərində hər birinin qiyməti 3,80 manat olan 3 ədəd “Kent 4” markalı siqaret, 10,80 manat dəyərində hər birinin qiyməti 3,60 manat olan 3 ədəd Winston Compact” markalı siqaret, 45,10 manat dəyərində hər birinin qiyməti 4,10 manat olan 11 ədəd “X15” markalı siqaret, 20,50 manat dəyərində hər birinin qiyməti 4,10 manat olan 5 ədəd “X16” markalı siqaret, 41,80 manat dəyərində hər birinin qiyməti 2,20 manat olan 19 ədəd “X21” markalı siqaret, qiyməti 2,40 manat olan bir ədəd “İmperial CLSC Silver Compact” markalı siqaret, 4,40 manat dəyərində hər birinin qiyməti 2,20 manat olan 2 ədəd “X28” markalı siqaret, 32,40 manat dəyərində hər birinin dəyəri 2,70 manat olan 12 ədəd “X17” markalı siqaret, dəyəri 2,70 manat olan bir ədəd “Wincester Komp.Blue” markalı siqaret, 29,70 manat dəyərində hər birinin qiyməti 2,70 manat olan 11 ədəd “Wincester KSSS Silver” markalı siqaret, 8,10 manat dəyərində hər birinin qiyməti 2,70 manat olan 3 ədəd “X22” markalı siqaret, 13,20 manat dəyərində hər birinin qiyməti 2,20 manat olan 6 ədəd “X23” markalı siqaret, bir ədəd dəyəri 2,70 manat olan “X18” markalı siqaret, 8,80 manat dəyərində hər birinin qiyməti 2,20 manat olan 4 ədəd “X29” markalı siqaret, 20 manat dəyərində hər birinin qiyməti 4 manat olan 5 ədəd “X10” markalı siqaret, 35 manat dəyərində hər birinin qiyməti 2,50 manat olan 14 ədəd “X31 Gold” markalı siqaret, 57,50 manat dəyərində hər birinin qiyməti 2,50 manat olan 23 ədəd “X31 Silver” markalı siqaret oğurlanmışdır. Siqaretlərin ümumi qiyməti 475,90 manat təşkil edir. Bundan başqa 3993 saylı mağazadan hər birinin qiyməti 679,81 manat olan, ümumi qiyməti 1359,62 manat olan iki ədəd prosessor, qiyməti 879,54 manat olan bir ədəd üzərində “Cisco” “Meraki Z3 C” yazıları olan qara rəngli internet paylayıcı da oğurlanmışdır. Bu oğurluq hadisəsi də mağazadakı videomüşahidə kameraları vasitəsilə qeydə alınmış, hadisə nəticəsində 3993 saylı marketə ümumilikdə 2715,06 manat zərər dəymişdir. İbtidai istintaq dövründə mağazadan oğurlanmış məhsulların bir qismi ona qaytarılsa da ümumilikdə dəymiş zərər ödənilməmiş, bu səbəbdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ələt qəsəbəsi, Sülh küçəsində yerləşən müdir müavini vəzifəsində işlədiyi "xxxx" MMC-yə məxsus 3993 saylı mağazada 04 noyabr 2021-ci il tarixdə saat 07:45 radələrində gəlmiş, mağazanın kassa bölməsinin dağınıq vəziyyətdə olduğunu müəyyən etmişdir. Dərhal mağazaya baxış keçirmiş naməlum şəxs və ya şəxslərin mağazanın anbar otağının kiçik ölçülü pəncərəsindən içəri daxil olaraq dükandan tütün məmulatlarını oğurlanmasını müşahidə etmiş və dərhal bu barədə “102” xidməti zəng mərkəzinə məlumat vermiş, daha sonra mağazanın müdriyyətinə oğurluq barədə məlumatlandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 10 iyun 2022-ci il tarixdən Qaradağ rayonu, Ələt qəsəbəsi, Telestansiya küçəsində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus 3994 saylı mağazada müdir vəzifəsində işləyir. 27 noyabr 2022-ci il tarixdə onun istirahət günü olduğu üçün Şahid4 saat 07:00 radələrində mağazanın çöldən asılı qıfılını açaraq içəri keçmişdir. Şahid4 mağazanın içərisində olan əşyaların dağınıq olmasını görüb ona zəng etmişdir. O da Şahid4 “102” xidməti zəng mərkəzinə məlumat verməsi barədə tapşırıq vermişdir. Bir qədər sonra özü də mağazaya gəlmiş, mağazanın dağınıq vəziyyətdə olduğunu, dolabın içərisində yerləşən dəmir seyfin isə orada olmadığını və müxtəlif çeşidli siqaretlərin oğurlanmasını müəyyən etmişdir. Oğurlanmış seyfdə həmçinin 265,37 manat pul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2022ci ilin sentyabr ayından Qaradağ rayonu, Ələt qəsəbəsi, Telestansiya küçəsində yerləşən "xxxx" MMC-yə məxsus 3994 saylı mağazada müdir köməkçisi işləyir. 27 noyabr 2022-ci il tarixdə saat 07:00 radələrində mağazaya gəldikdə çöldən asılı olan qıfılın sındırıldığını görmüşdür. Mağazaya daxil olduqda isə mağazanın dağınıq vəziyyətdə olmasını görmüş, mağazada oğurluq hadisəsi baş verdiyini müəyyən edərək bu barədə əvvəlcə Şahid2 sonra “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Bir qədər sonra Şahid2 də mağazaya gəlmiş, dolabın içərisinə yerləşdirilmiş dəmir seyfin yerində olmadığını görmüşdür. Mağazadan içərisində 265,37 manat pul olan dəmir seyf və müxtəlif çeşidli siqaret qutuları oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkili Şahid5 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Qaradağ rayonu, Sənqəçal qəsəbəsində xidmətdə olarkən iş yoldaşı bölmənin əməliyyat müvəkkili Şahid6 ilə bir nəfər şəxsin “24 Saat” adlı marketin qarşısında dayandığını görmüşlər. Həmin şəxs özünü şübhəli aparmış, bu səbəbdən ona yaxınlaşıb özlərini təqdim etmişlər. Özünü Səbuhi kimi təqdim etmiş şəxsi Qaradağ RPİ-nin 11-ci PBnə dəvət etmişlər. O da buna etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Gecə vaxtı vəkil bürosu ilə əlaqə saxlamaq mümkün olmadığından onun hüquqlarının müdafiə olunması üçün 08 noyabr 2022-ci il tarixdə səhər saat 10:00 radələrində təhqiqatçı tərəfindən Bakı şəhəri 10 saylı Vəkil Bürosundan müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılacağı izah edilmişdir. O da videoçəkiliş aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq saxladığı əşyanı təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümü təqdim etmiş, həmin büküm açıldıqda qəhvəyi rəngli, tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə heroin olmasını və 20 gün əvvəl yaşadığı evin yaxınlığından yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa heç bir qanunla qadağan olunmuş maddə aşkar edilməmişdir. Onun üzərindən aşkar olunan maddə zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru Şahid7 digər Şahid5 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid6 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid6 ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Qaradağ rayonu, Sənqəçal qəsəbəsində xidmətdə olarkən iş yoldaşı bölmənin əməliyyat müvəkkili Şahid5 ilə bir nəfər şəxsin “24 Saat” adlı marketin qarşısında dayandığını görmüşlər. Həmin şəxs özünü şübhəli aparmış, bu səbəbdən ona yaxınlaşıb özlərini təqdim etmişlər. Özünü Səbuhi kimi təqdim etmiş şəxsi Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. O da buna etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Gecə vaxtı vəkil bürosu ilə əlaqə saxlamaq mümkün olmadığı üçün onun hüquqlarının müdafiə olunması üçün 08 noyabr 2022-ci il tarixdə səhər saat 10:00 radələrində təhqiqatçı tərəfindən Bakı şəhəri 10 saylı Vəkil Bürosundan müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılacağı izah edilmişdir. O da videoçəkiliş aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq saxladığı əşyanı təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümü təqdim etmiş, həmin büküm açıldıqda qəhvəyi rəngli, tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə heroin olmasını və 20 gün əvvəl yaşadığı evin yaxınlığından yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa heç bir qanunla qadağan olunmuş maddə aşkar edilməmişdir. Onun üzərindən aşkar olunan maddə zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 174-175-ci vərəqələrində olan ********* nömrəli cinayət işi üzrə 08 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 00:50-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 223-224-cü vərəqələrində olan ********* nömrəli cinayət işi üzrə 09 noyabr 2022-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Qaradağ RPİ-nin MSY-dən azad olunmuş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin qərar Təqsirləndirilən şəxs1 09 noyabr 2022-ci il tarixdə, saat 18:30-da Müvəqqəti saxlama yerində elan olunmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 08 noyabr 2022-ci il tarixdən 09 noyabr 2022-ci il tarixədək tutulub saxlanıldığı müddət 24 saatdan çox oluğu üçün məhkəmə tərəfindən 2 gün kimi qiymətləndirilir. Cinayət işinin 1-ci cildinin 42-ci vərəqəsində olan 05 dekabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 110-111-ci vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 4(002)-216/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 4(002)-36/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 25 mart 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cildinin 59-cu vərəqəsində olan 05 dekabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 112-116-cı vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 4(002)-217/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət işinin 1-ci cildinin 117-118-ci vərəqələrində olan qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 155-156-cı vərəqələrində olan cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək cinayət işinin istintaqı ********* statistik nömrəsi altında aparılmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs" qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 "barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 49-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(002)-330/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə qəti olaraq 02 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş 03 aprel 2023-cü il tarixli, 21-1/3-7135/4 nömrəli müvafiq məlumat məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmadığı üçün Qaradağ Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Cinayət işinin 1-ci cildinin 81-ci vərəqəsində olan cinayət işinin tövsif edilməsi haqqında 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 84-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 93-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 2-ci cildinin 85-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 06 fevral 2023-cü il tarixli, 656 nömrəli rəyindən, görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburni müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 192-193-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 noyabr 2022-ci il tarixli 6/6466 №-li məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №223” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitəyə oxşar kütlə...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,462 qram olan tünd rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Cinayət işinin 1-ci cildinin 191-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 55 (əlli beş) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 90-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 fevral 2023-cü il tarixli 9/547 №-li məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd istifadə olunmuş üzərində “Cisco” “Meraki Z3C” yazıları olan qara rəngli internet paylayıcının qiyməti 600 manat, bir ədəd istifadə olunmuş üzərində “Truva Safe” yazısı olan ağ rəngli dəmir seyfin qiyməti 200 manat, bir ədəd istifadə olunmuş üzərində “H.264 X13” yazısı olan 7108 V modelli 8 kanallı qara rəngli videomüşahidə yaddaş aparatının qiyməti 70 manat, hər birində 10 qutu olmaqla bir vahidinin qiyməti 2,20 manat olmaqla 4 blok “Maqna” markalı siqaretin ümumi qiyməti 88 manat, bir vahidinin qiyməti 2,20 manat olmaqla hər birində 10 qutu olmaqla 4 blok “Viceroy” markalı siqaretnin qiyməti 88 manat, bir vahidinin qiyməti 4 manat olmaqla hər birində 10 qutu olmaqla 2 blok “Dunhill” markalı siqaretin ümumi qiyməti 80 manat, bir vahidinin qiyməti 3,60 manat olmaqla hər birində 10 qutu olmaqla 2 blok “Winston” markalı siqaretin ümumi qiyməti 72 manat, bir vahidinin qiyməti 2,70 manat olmaqla 10 qutu olmaqla 1 blok “Pall Mall” siqartinin ümumi qiyməti 27 manat, bir vahidinin qiyməti 2,70 manat 10 qutu olmaqla 1 blok “Rothmans” markalı siqaretin ümumi qiyməti 27 manat, bir vahidinin qiyməti 3,80 manat olmaqla hər birində 10 qutu olmaqla iki blok “Kent-4” markalı siqaretin qiyməti 76 manat, bir vahidinin qiyməti 3,80 manat olmaqla 10 qutu olmaqla 1 blok “Kent-8” markalı siqaretlərin ümumi qiyməti 38 manat, bir vahidinin qiyməti 0,50 qəpik olan üzərində “Silverer” yazılmış 30 ədəd alışqanın ümumi qiyməti 15 manat təşkil edir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti 1381 manat təşkil edir. Cinayət işinin 2-ci cildinin 89-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 94-111-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 19 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış və götürmə hərəkətlərinin videogörüntüsünü əks etdirən bir ədəd DVD disk və oğurluq hadisəsinin görüntüləri olan iki ədəd DVD disk sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,462 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,412 qram narkotik vasitə olan heroin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9-547 nömrəli rəyində göstərilən qiymətlər deyil, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatlar əsas hesab edilməli, dəymiş ziyanın həddi həmin ifadə ilə hesablanması qərara alınmışdır. İş üzrə götürülmüş "Cisco" "Meraki Z3C" markalı internet paylayıcının, "Truva Safe" yazısı olan seyfin qiyməti "H.264 X13" yazısı olan 7108 V modelli 8 kanallı video müşahidə yaddaş aparatının, hər birində 10 qutu olmaqla 4 blok "Maqna" markalı siqaretnin, 4 blok "Viceroy" markalı siqaretnin, 2 blok "Dunhill" markalı siqaretnin, 2 blok "Winston" markalı siqaretnin, 1 blok "Pall Mall" siqarertinin, 1 blok "Rothmans" markalı siqaretin, iki blok "Kent-4" markalı siqaretin, 1 blok "Kent-8" markalı siqaretlərin, “Silverer" yazılmış 30 ədəd alışqanın maddi sübut kimi tanınması və tanış olma mərhələsindən sonra saxlanması üçün zərərçəkmiş şəxslərə təhvil veriləcəyi nəzərə alınmışdır. Cinayət işinin 2-ci cildinin 118-119-cu vərəqələrində olan 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 131-134-cü vərəqələrində olan 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 152-ci vərəqəsində olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş qəbzdən görünür ki, ona məxsus “Seyfəddin” marketdən oğurlanmış siqaretləri, alışqanları və bir ədəd üzərində “X13” yazıları olan yaddaş aparatını təhvil almışdır. Cinayət işinin 2-ci cildinin 153-cü vərəqəsində olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş qəbzdən görünür ki, "xxxx" MMC-nin Ələt qəsəbəsində yerləşən mağazalarında oğurlanmış 1 ədəd dəmir seyfi və 1 ədəd “Meraki Z3C” markalı internet paylacını təhvil almışdır. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində ola biləcək qanunsuz əşyaların təqdim edilməsi təklif olunmuş, o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm açılarkən içərisində toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs1 da həmin bükümün içərisində olan narkotik vasitə heroini 20 (iyirmi) gün əvvəl yaşadığı evin yaxınlığından yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlaması və daşıması, Təqsirləndirilən şəxs2 isə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi cinayətlərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskində olan video görüntülər və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, digər Təqsirləndirilən şəxs2 əməlləri isə məhkəmə tərəfindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, iş materiallarına əlav olunmuş Qaradağ Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(002)-330/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona cəza təyin edilməli və hazırkı ıiş üzrə cinayət əməllərinin Qaradağ Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(002)-330/2022 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsin üzərində qəti olaraq saxlanılmış və çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə ona təyin ediləcək cəza ilə həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə qismən toplanaraq və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün müddət nəzərə alınmalı, onun 08 noyabr 2022-ci il tarixdən saat 00:50-dən, 09 noyabr 2022-ci il saat 18:30-dək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq hazırki cinayət işi üzrə 05 dekabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 06 fevral 2023-cü il tarixli, 656 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, bir daha belə hala yol verməyəcəyinə dair vədini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasında davranışını, özünü təqsirli bilməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 05 dekabr 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq hökmün çıxarıldığı 07 iyun 2023-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut olan və Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,412 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə götürülmüş "Cisco" "Meraki Z3C" markalı internet paylayıcının, üzərində "Truva Safe" yazısı olan dəmir seyfin, üzərində "H.264 X13" yazısı olan 7108 V modelli 8 kanallı video müşahidə yaddaş aparatının, siqaret qutularının və 30 ədəd alışqanın saxlanması üçün zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının xərci 55 (əlli beş) manat Təqsirləndirilən şəxs1, iş üzrə aparılmış məhkəmə əmtəəşünaslıqekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən göstərilmiş 41 (qırx bir) saat hüquqi xidmətə görə 246 (iki yüz qırx altı) manat pul, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən göstərilmiş 40 (qırx) saat hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat pul, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi1 tərəfindən göstərilmiş 30 (otuz) saat hüquqi yardıma görə 180 (yüz səksən) manat pul, digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş 48 (qırx səkkiz) saat hüquqi xidmətə görə 288 (iki yüz səksən səkkiz) manat pul, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş 35 (otuz beş) saat hüquqi yardıma görə 210 (iki yüz on) manat pul işlədikləri Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs1 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Qaradağ Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(002)-330/2022 saylı hökmü ilə üzərində qəti olaraq saxlanılmış və çəkilməmiş 02 il 08 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq və həmin Məcəllənin 68.1.1- 1-ci maddəsinə əsasən çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün müddət nəzərə alınmaqla, ona 04 (dörd) il 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08 noyabr 2022-ci il tarixdən saat 00:50-dən, 09 noyabr 2022-ci il saat 18:30-dək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, onun üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,412 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 05 dekabr 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının xərci – 55 (əlli beş) manat Təqsirləndirilən şəxs1, məhkəmə əmtəəşünaslıq-ekspertizası tədqiqatının xərci- 50 (əlli) manat isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə götürülmüş "Cisco" "Meraki Z3C" markalı internet paylayıcının, üzərində "Truva Safe" yazısı olan dəmir seyfin, üzərində "H.264 X13" yazısı olan 7108 V modelli 8 kanallı video müşahidə yaddaş aparatının, siqaret qutularının və 30 ədəd alışqanın saxlanması üçün zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən göstərilmiş 41 (qırx bir) saat hüquqi xidmətə görə 246 (iki yüz qırx altı) manat pul, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən göstərilmiş 40 (qırx) saat hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat pul, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi1 tərəfindən göstərilmiş 30 (otuz) saat hüquqi yardıma görə 180 (yüz səksən) manat pul, digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş 48 (qırx səkkiz) saat hüquqi xidmətə görə 288 (iki yüz səksən səkkiz) manat pul, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş 35 (otuz beş) saat hüquqi yardıma görə 210 (iki yüz on) manat pul işlədikləri Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar