Məhkəmə qərarları › İş №1(002)-153/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-153/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-153/2024 05.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2022-ci il tarixdən başlayaraq övladları, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80,00 manat cəmi 320,00 manat sabit pul məbləğində alimentin tutularaq Qəniyevə (Qaibova) Tünzalə Xeyrabad qızının xeyrinə ödənilməsinə dair Salyan Rayon Məhkəməsinin 2(057)-795/22 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Qaradağ Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2023-cü il tarixədək 6080,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Qəniyevə (Qaibova) Tünzalə Xeyrabad qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ondan xx.xx.2022-ci il tarixdən başlayaraq övladları, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80,00 manat cəmi 320,00 manat sabit pul məbləğində alimentin tutularaq Qəniyevə (Qaibova) Tünzalə Xeyrabad qızının xeyrinə ödənilməsinə dair Salyan Rayon Məhkəməsinin 2(057)-795/22 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Qaradağ Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilen xx.xx.2023-cü il tarixədək 6080,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Qəniyevə (Qaibova) Tünzalə Xeyrabad qızının xeyrinə ödəmədiyinin səbəbini fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla ayda təxminən 350,00-400,00 manat məbləğində əldə etdiyi qazancın öz dolanışığına çətinliklə çatması, övladları ilə görüşməyinə zərərçəkmiş şəxs tərəfindən maneə yaradıldığı üçün, həmçinin icra məmurunun göndərişi əsasında ona məşğulluq mərkəzində təklif olunan 450,00-500,00 manat məbləğində əmək haqqının az olaraq, onu qane etməməsi, təklif olunan iş yerinin uzaq məsafədə olması səbəbindən həmin işdən imtina edərək, aliment borcunu qərəzli olaraq, qəsdən ödəmədiyini bildirmişdir. O, öz ifadəsində son olaraq maddi imkanı olmadığından halhazıradək aliment borcundan heç nə ödəyə bilmədiyini və onu işlə təmin etsələr gələcəkdə işləyib ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq övladları, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80,00 manat cəmi 320,00 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair Salyan Rayon Məhkəməsinin 2(057)-795/22 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Qaradağ Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 6080,00 manat məbləğində aliment borcunu kifayət qədər qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq ödəməmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən hal-hazıradək yaranmış borcla bağlı heç bir ödəniş edilməmiş və buna heç bir formada cəhd belə göstərilməmişdir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq övladları, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80,00 manat cəmi 320,00 manat sabit pul məbləğində alimentin tutularaq Qaniyevə (Qaibova) Tünzalə Xeyrabad qızının xeyrinə ödənilməsinə dair Salyan Rayon Məhkəməsinin 2(057)- 795/22 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyine göre Qaradağ Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023 ve xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilen xx.xx.2023-cü il tarixədək 6080,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Qəniyevə (Qaibova) Tünzalə Xeyrabad qızının xeyrinə qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2023-cü il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Şahid, Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru vəzifəsində işləmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Salyan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(057)-795/2022 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən başlayaraq hər uşağa görə hər ay 80 manat olmaqla, cəmi 320 manat miqdarında alimentin alınaraq X2 verilməsi barədə qətnamə çıxarılmışdır. İş materiallarına əlavə olunmuş Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 may 2022-ci il tarixli, 2(057)-795/2022 saylı qətnaməsinin icrası zamanı Təqsirləndirilən şəxs məxsus əmlakların və gəlirlərin müəyyən edilməsi mümkün olmasa da sonuncu tərəfindən istintaqa verilmiş ifadə də fərdi əmək fəaliyyəti ilə məşğul olduğu və aylıq gəlirinin 100-200 manat təşkil etdiyi etiraf edilmişdir. Onun gəlirləri olduğu halda alimenti ödəməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli icra edilməməsi ilə nəticələnmişdir. İş materiallarına əlavə olunmuş 09 avqust 2022-ci il tarixli bildirişdən, izahatdan, həmçinin digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən həmin məhkəmənin qanuni qüvvədə olan 12 may 2022-ci il tarixli, 2(057)-795/2022 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 3(002)-283/2023 saylı qərarından aydın olur ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 8(002)-40/2023 saylı qərardadından aydın olur ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qeyri-səmimi apararaq yaranmış aliment borcundan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini, o cümlədən məhkəmə çağırışlarına heç bir üzrlü səbəb olmadan gəlməməklə barəsində iki dəfə məcburi gətirilmə barədə qərar çıxarılmaqla məhkəmə iclaslarına polis əməkdaşları tərəfindən gətirilməsinin təmin edilməsini, daha sonra onun təkrarən məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə tərəfindən onun barəsində seçilmiş qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəişdirilməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, yaranmış aliment borcunun miqdarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 11 mart 2024-cü il tarixdə tutulmuş və 13 mart 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Daha sonra məhkəmə iclaslarına gəlmədiyi üçün Qaradağ Rayon Məhkəməsinin 1(002)-153/2024 saylı 02 iyul 2024-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş “başqa yerə getməmək barəsində iltizam” qətimkan tədbiri dəşdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və o 19 iyul 2024-cü il tarixdə tutulmuşdur. Odur ki, bu hal cəza təyini zamanı 02 (iki) gün kimi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 19 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar